Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-7/2024 24.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cu il tarixdə Ordubad rayon Aza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası CM-in 259.3cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1, xx.xx.1999-cu il tarixdə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 26 fevral 2024-cü il tarixdə, saat 18 radələrində meşə fonduna daxil olmayan, Aza kənd Bələdiyyəsinin mülkiyyətində olan, Aza kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində tikilmiş divarın yaxınlığında Aza kənd bələdiyyəsinin mülkiyyətində diametri təxminən 80 sm olan 20-25 metr hündürlüklü yaş köküstə bitmiş tut ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsməklə təbiətə 2650 (iki min altı yüz əlli) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, 2023-cü il tarixdə Ordubad rayon Dəstə kənd sakini X7 ilə ailə həyatı qurmuş, ailəsini dolandırmaq üçün gündəlik işlərə getdiyini, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə heç bir ədavətinin olmadığını, 2 il bundan öncə Aza kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində tikilmiş divarın yaxınlığında Aza kənd bələdiyyəsinin mülkiyyətində diametri təxminən 80 sm olan 20-25 metr hündürlüklü yaş köküstə bitmiş tut ağacının budaqlarının onun həyətinə kölgə saldığını, həmin ağacların budaqlarını özünə məxsus motopila ilə budadığını, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə yaşadıqları kənd ərazisində görüşdüyünü, yuxarıda qeyd etdiyim ağac barədə Harkana məlumat verdiyini, qeyd edilən ağacının qalıq olan hissəsini kəsilib Harkanın özünün istifadəsi üçün apara biləcəyi barədə Harkana məlumat verdiyini, Harkanın onun bu fikiri ilə razılaşdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 həmin gün saat 18 radələrində Rasimin yaşadığı evin həyətinə gedərək onu səslədiyini, çölə çıxdıqda Harkanın əlində motopila olduğunu, qeyd edilən ağacın kəsilməsi üçün Harkanla adı çəkilən ağaca yaxınlaşdıqlarını, Harkanın motoilanı işə salaraq qeyd edilən yaş köküstə olan tut ağacını kökdən kəsdiyini, həmin tut ağacının yaş olduğunun ona məlum olduğunu, bu səbəbdən ağacın gövdəsinin üzərinə torpaq tökdüyünü, bir neçə dəqiqə keçdikdən sonra ərazinin polis sahə rəisinin həmin yerə gəldiyini, ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər hansı icazə vərəqəsinin alıb-almadığı barədə polis əməkdaşı tərəfindən sual edildiyini, polis əməkdaşına kəsilmiş ağacla bağlı hər hansı icazə almadıqlarını, daha sonra Rasimin atası Elşənin də həmin sahəyə gəldiyini, həmin vaxt ağacın kəsilməsi ilə bağlı Harkanla aralarında hər hansı pul söhbətinin olmadığını, həmin ağacın Harkan tərəfindən kəsildikdən sonra kömür ediləcəyini, bələdiyyədən və ya digər müvafiq orqanadan razılıq almaq lazım olduğunu düşünmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilməyərək və ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə heç bir ədavətinin olmadığın, Rasimlə dostluq münasibətində olduğunu, Ordubad rayon ərazisində Rasimlə birlikdə gündəlik işlərə getdiklərini, xx.xx.2024-cü il tarixdə Rasimlə birlikdə rayonun Dəstə kəndində işləyərkən Rasimin yaşadığı evinin yaxınlığında 1 ədəd tut ağacı olduğunu, həmin ağacın istifadəsində olan motopila kəsilməsi təklifini Rasimdən aldığını, qarşılığında Rasim tərəfindən ona 10 manat pul veriləcəyini, qeyd edilən ağacın budaqlarının 1 il bundan öncə Rasim tərəfindən kəsildiyini, ağacın kəsilməsində heç bir narahatçılığın olmadığı barədə Rasimdən məlumat aldığını, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Rasimin onun mobil telefonuna zəng edərək qeyd edilən ağacın kəsilməsi üçün Rasimin evinə getməyini istədiyini, daha sonra özünə məxsus olan motopilanı götürərək Rasimin yaşadığı evin həyətinə getdiyini, Rasimin evdən çölə çıxdığını, Rasimin həyətinin giriş qapısından aralıda, təxminən 1.50 sm hündürlükdən budaqları kəsilmiş, diametdi təxminən 80 sm olan yaş tut ağacının kəsilməsini ondan istədiyini, həmin tut ağacının Rasimin həyətyanı sahəsində deyil yol kənarında olduğunu gördükdən sonra həmin ağacın yerləşdiyi sahənin kimə məxsus olduğu barədə Rasimə sual etdiyini, Rasimdən həmin ərazinin hər hansı şəxsə məxsus olmadığı və həmin tut ağacının kəsilməsində hər hansı manenin olmadığı barədə məlumat aldığını, Rasimin köməkliyi ilə onun istifadəsində olan motopilanı işə salaraq qeyd edilən yaş köküstə bitmiş tut ağacını gövdəsindən kəsdiyini, qeyd edilən ağacı kəsdikdən sonra həmin ağacın Aza kənd bələdiyyəsinin mülkiyyətində olduğu barədə məlumat aldığını, bir neçə dəqiqə keçdikdən sonra Rasimin atası Elşənin və ərazinin polis sahə rəisinin oraya gəldiyini, sahə rəisinin onlardan həmin ağacın kəsilməsi üçün hər hansı şəxsdən müvafiq icazələrinin alıb-almadıqları barədə sual etdiyini, Rasimin həmin ağacın kəsilməsi üçün hər hansı şəxsdən icazə almadıqlarını, kəsilmiş ağacın Rasimə məxsus olan həyətyanı sahənin divarına yaxın olduğunu, həmin divarı sıvayacayağını, qeyd edilən ağacın Rasimə mane olduğunu, bu səbəbdən ağacı kəsdikləri barədə polisə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi barədə etirafı və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla və Təqsirləndirilən şəxs2 cinayət əməli törətməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza və X3 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda durmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığını, 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakultəsini bitirdiyini, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza və X3 və Nəzarət Xidməti lahiyələrinin məsləhətçisi vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Ordubad rayon Aza kənd sakini Təqsirləndirilən şəxs1 həmin gün səhər saatlarında Ordubad rayon Aza kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 1 ədəd köküstə yaş tut ağacını qanunsuz olaraq kəsməsi barədə məlumat aldığını, hadisədən xəbər tutduqdan sonra həmin əraziyə getdiyini, Ordubad rayon Aza kənd Bələdiyyəsinin mülkiyyətində yerləşən sahədən 1 ədəd yaş tut ağacının qanunsuz olaraq kəsildiyinin şahidi olduğunu, kəsilmiş həmin tut ağacının gövdəsinin 85 sm diametrli olduğunu, nəzər saldıqda kəsilmiş gövdənin 85 santimetr olduğunu, X10 və Təqsirləndirilən şəxs2 Ordubad rayon Aza kənd Bələdiyyəsinin mülkiyyətində yerləşən köküstə bitmiş yaş tut ağacını kəsmələri ilə bağlı hər hansı müraciətlərinin daxil olmadığını, X10 və Təqsirləndirilən şəxs2 qeyd edilən ağacı kəsmələri ilə təbiətə 2650 (iki min altı yüz əlli) manat maddi ziyan vurduqlarını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 övladı Təqsirləndirilən şəxs1 barəsində könüllü ifadə verərək göstərdi ki, Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, ailəli olduğunu, 3 övladı olduğunu, ailəsini dolandırmaq üçün gündəlik işlərə getdiyini, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə heç bir ədavətinin olmadığını, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Ordubad rayon Aza kəndində yerləşən evində olduğunu, həmin vaxt oğlu Rasimin yaşadığı evinin yaxınlığından motopila səsi eşidildiyini, bu səbəbdən həmin sahəyə getdiyini, Rasimin evinin həyətyanı sahəsinin hasarının çöl hissəsində həmkəndlisi Təqsirləndirilən şəxs2 əlində motopila olduğunu, Harkan tərəfindən həmin motopila ilə orada bitmiş yaş tut ağacının kəsilməsinin ona məlum olduğunu, oğlu Rasimin də Harkanın yanında olduğunu, daha sonra oraya ərazinin polis sahə rəisinin gəldiyini, qeyd edilən halla bağlı polis əməkdaşı tərəfindən sual edildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Culfa rayon Əbrəqunus kəndində qeydiyyatdadır, Ordubad rayon Baş Başdizə kəndinə yaşayır, 2016cı il tarixdən X8 işləyidiyini, 2021-ci il tarixdə Ordubad rayon X14 X12 sahə rəisi vəzifəsinə təyin edildiyini, Ordubad rayon Aza kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir ədavətinin olmadığını, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində xidməti ərazisi olan Aza kəndində olduğunu, qərəzsis mənbədən həmin kənd ərazisində yerləşən bələdiyyə mülkiyyətindən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 1 ədəd yaş tut ağacını qanunsuz olaraq kəsmələri ilə bağlı məlumat daxil olduğunu, daha sonra həmin sahəyə getdiyini, Təqsirləndirilən şəxs1 evinin yaxınlığında yerləşən yol kənarında bitmiş 1 ədəd, diametri 80 sm yaxın yaş köküstə bitmiş 2 metr hündürlüklü tut ağacının adı çəkilən şəxslər tərəfindən kəsildiyini, həmin vaxt Harkanın kəsilmiş yaş tut ağacını motopila ilə hissələrə bölmək istədiyini, qeyd edilən ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hər hansı icazə almadıqlarını bildrimişdir. Azərbaycan Respublikası Nаzirlər Kаbinеtinin xx.xx.2018-ci il tаriхli 522 nömrəli Qərаrının 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 93-cü maddəsinin 3-cü hissəsinin məzmununa görə torpaq sahəsi üzərində olan tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər torpaq sahəsində yerləşən daşınmaz əmlaklar hesab edilir. İş materiallarına əlavə edilmiş: Ordubad rayon Mıxlıqovaq kəndinin Bələdiyyəsinin 27 fevral 2024-cü il tarixli 07 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə kəsilmiş 01 ədəd tut ağacı Ordubad rayonunun Aza kənd Bələdiyyəsinin mülkiyyətinə aiddir və Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 01 ədəd yaş tut ağacı kəsilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza və X3 Nəzarət Xidməti layihələrinin məsləhətçisi Nümayəndə zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 247 nömrəli ekspert rəyində 1 ədəd 85 sm diametrli yaş tut ağacının qanunsuz kəsilməsi nəticəsində təbiyətə dəymiş ziyanın məbləğinin nəzəri qaydada 2650 manat olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən verilmiş rəydə 1 ədəd 85 sm diametrli yaş tut ağacının qanunsuz kəsilməsi nəticəsində təbiyətə dəymiş ziyanın məbləğinin nəzəri qaydada 2650 manat olduğu göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 491 saylı məktubda Təqsirləndirilən şəxs1 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 490 saylı məktubda Təqsirləndirilən şəxs2 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs1 səciyyələndirən hallar: xx.xx.1993-cu il tarixdə Ordubad rayon Aza kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, məhkumluğu yoxdur, işsizdir, Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs2 səciyyələndirən hallar: xx.xx.1999-cu il tarixdə Culfa şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, ali təhsillidir, subaydır, məhkum olunmamışdır, İşsizdir, Ordubad rayon Aza kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə tutulan ittiham elan olunmuş, həmin tаriхdə bаrəsində polisin nəzarəti altına vermə növündə qətimkаn tədbiri seçilmişdir. 06 aprel 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə tutulan ittiham elan olunmuş, həmin tаriхdə bаrəsində polisin nəzarəti altına vermə növündə qətimkаn tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 26 fevral 2024-cü il tarixdə, saat 18 radələrində meşə fonduna daxil olmayan, Aza kənd Bələdiyyəsinin mülkiyyətində olan, Aza kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində tikilmiş divarın yaxınlığında Aza kənd bələdiyyəsinin mülkiyyətində diametri təxminən 80 sm olan 20-25 metr hündürlüklü yaş köküstə bitmiş tut ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu isə həmin göstəriş əsasında bir ədəd 80 sm diametrində köküstə yaş tut ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz olaraq kəsmiş, nəticədə təbiətə 2650 (iki min altı yüz əlli) manat miqdarında - xeyli miqdarda maddi ziyan dəymişdir. Bununla da təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə ilə bağlı cinayət əməlini törətmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinə əsasən Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsin alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsin alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə vurulmuş 2650 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməlidir. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AZE******** nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi hökm qanuni quvvəsini aldıqdan özlərinə qaytarılmalıdır. İş üzrə Məhkəmə-əmtəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi kod 502906 VÖEN ********** müxbir hesab AZ 88NABZ********************, SFİFT BİK NABZAZ2C, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** hesab AZ21NABZ******************** Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş ********** saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsin alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsin alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə vurulmuş 2650 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Naxçıvan MR Vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) saat üçün nəzərdə tutulan 360 ( üç yüz altmış ) manat Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin İş üzrə Ordubad Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AZE******** nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi hökm qanuni quvvəsini aldıqdan özlərinə qaytarılsın. İş üzrə Məhkəmə-əmtəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi kod 502906 VÖEN ********** müxbir hesab AZ 88NABZ********************, SFİFT BİK NABZAZ2C, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** hesab AZ21NABZ******************** Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödənilsin. İş materiallarına əlavə edilmiş ********** saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-7/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-7/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver