Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-8/2023 28.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1965-ci ildə Naxçıvan MR, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbri seçilmiş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 1 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “TO3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silahını qanunsuz əldə edib ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləsində qanunsuz saxlamaqla və Ordubad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 01 may 2023-cü il tarixdə saat 17:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində və saxlamasında əsaslı şübhələr olduğundan qeyd edilən torpaq sahəsində tikilmiş tövləsinə onun razılığı ilə keçirilən baxış zamanı 1 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “TO3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 27-də Ordubad rayon ərazisində yerləşən tullantı poliqonuna atılmış metal hissəciklərini topladıqda həmin vaxt orada bükülmüş vəziyyətdə olan xalçayabənzər bir parça bükümü tapmışdır. Həmin parçanı açıb baxdıqda içərisində bir ədə “TO3-8M” markalı silah olduğunu görmüş, tapdığı həmin silah barədə heçkimə məlumat verməmişdir. Silahı həmin tullantılar olan ərazidə gizlətdikdən sonra 2023-cü ilin aprel ayının 29-da gecə saatlarında özünə məxsus ata minərək poliqonuna gedərək həmin silahı götürüb yaşadığı evə gətirərək həyətyanı sahəsində yerləşən tövlədə gizlətmişdir. Bir neçə gün keçdikdən sonra Ordubad rayon Polis Şöbəsinin əməkdaşı Tural müəllimin onun tapdığı silah barədə məlumat almış, ondan soruşduqda onda hər hansı silah olmadığını bildirmişdir. 01 may 2023-cü il tarixdə Ordubad rayon Polis şöbəsinin əməkdaşlarının onun razılığı ilə ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləsinə baxış keçirdiklərində baxış zaman gizlətdiyi “To3-8M” markalı, tək lüləli silahın aşkar edilərək götürüldüyünü bildirmişdir. Ordubad rayon ərazisində yerləşən tullantı poliqonundan silah taparkən tək olmuş, bu barədə hər hansı şəxsə məlumat verməmişdir. Qeyd etilən silahı tapan vaxt həmin silahla birlikdə bir ədəd tək lüləli ov silahı, bir ədəd AKM markalı avtomat və həmin avtomat silahına məxsus 25 ədəd patron tapmış, tək lüləli ov silahını, avtomat silahını və həmin silaha məxsus olan 25 ədəd patronu könüllü olaraq Ordubad rayon Polis Şöbəsinə təqdim etmişdir. “TO3-8M” markalı silahı mükafat qaydasında polis orqanından pul aldıqdan sonra təqdim edəcəyini, həmin silahdan atəs açmadığını, sadəcə qanunsuz olaraq saxladığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel ayının sonunda Ordubad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə məlumat daxil olduğundan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün 01 may 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul ediyini, həmin tədbirdə rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyindən onunda həmin tədbirə daxil edildiyini, həmin qərara əsasən 01 may 2023-cü il tarixdə Şahid2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs razılığı əsasında və hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləyə onun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı qeyd edilən tikilidən 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, “41160” №-li “TO3-8M” konstruksiyalı, yivli, odlu idman-ov silahı aşkar edilərək maddi sübut qismində götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel ayının sonunda Ordubad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə məlumat daxil olduğunu, onun cinayət əməlini ifşa etmək üçün 01 may 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etdiyini, həmin tədbirdə rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid1 da daxil edildiyini, həmin qərara əsasən 01 may 2023-cü il tarixdə Tural Səfərovun iştirakı ilə Təqsirləndirilən şəxs razılığı əsasında və hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləyə onun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı qeyd edilən tikilidən 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, “41160” №-li “TO3-8M” konstruksiyalı, yivli, odlu idman-ov silahı aşkar edilərək maddi sübut qismində götürüldüyünü bildirmişdir. Cinayət işində olan Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid2 tərəfindən Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid1, hal şahidləri A,Rüstəmovun. Ə.Məmmədovun və hazırkı təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş baxışın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,”01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləsinə baxış keçirilərək götürülmüş 1 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “To3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silah, çəkilmiş 4 ədəd fotoşəkil və tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin 465 saylı 05 may 2023-cü il tarixli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, “41160” №-li “TO3-8M” konstruksiyalı, yivli, atəşə yararlı odlu idman-ov silahıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus mənzildən götürülmüş ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövləsinə baxış keçirilərək götürülmüş 1 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “To3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silah cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Ordubad rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin X2 Şöbəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Ordubad rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə məhkum edildiyi və xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunduğu qeyd olunmaqla məhkumluğu ödənilmişdir. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Ordubad RPŞ-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə - Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə müsbət xarakterizə edilmişdir. Cinayət işində olan Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2023-cü il tarixli 854 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində psixi və narkolji xəstə kimi dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadəsinə, məhkəmə istintaqı zamanı tədqiq edilən işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi, ilk gündən səmimi ifadə verməklə istintaqın gedişinə köməklik etməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsinin təsbit edilməsini, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Ordubad rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tövlədən götürülmüş 01 ədəd “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “TO3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silahı Naxçıvan Muxtar Respublikası DİN-yə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respubikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ordubad rayon İcra və Probasiya Bolməsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınan və Ordubad rayon Məhkəməsində saxlanılan “Tula silah zavodu”nda (keçmiş SSRİ, Rusiya Federasiyası) 1958-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli, “41160” №-li, “TO3-8M” konstruksiyalı, yivli, atəşə yararlı, odlu idman-ov silahı Naxçıvan Muxtar Respublikası DİN-yə təhvil verilsin. Hökmün icrası Ordubad rayon İcra və Probasiya Bolməsinə həvalə edilsin. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-8/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-8/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver