Məhkəmə qərarları › İş №1(080)-8/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-8/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-8/2024 02.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X4 müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərəçəkmiş şəxs Ordubad Quşçuluq MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayon Sahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, məhkum olunmamış, işsiz Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 01 fevral 2024-cü il tarixdə, saat 18 radələrində işlədiyi "xxxx"-nin müdiri Nümayəndə orada olmamasından istifadə edərək tamah məqsədilə 10 qutu olmaqla 120 kiloqram bud ətini, 3 qutu olmaqla 24 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 22 kiloqram toyuq ətini, 2 qutu olmaqla 6 kiloqram toyuq içalatını gizli yolla talamaqla ona 799,23 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən, 13 fevral 2024-cü il tarixdə, saat 09:30-da işlədiyi "xxxx"nin müdiri Nümayəndə həmin MMC-də hesabatla məşğul olduğu görmüş, həmin gün 13 fevral 2024-cü il tarixdə, saat 09:30-da işlədiyi həmin MMC-dən tamah məqsədilə 10 qutu olmaqla 131,74 kiloqram toyuq bud ətini, 3 qutu olmaqla 23,955 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 23,705 kiloqram toyuq ətini, 2 qutu olmaqla 7,435 kiloqram toyuq içalatını gizli yolla talamaqla ona 863,17 manat maddi ziyan vurmuşdur. Əlavə olaraq o, 15 avqust 2023-cü il tarixdə saat 23 radələrində işlədiyi Ordubad Quşçuluq MMC-də işləyən işçilərinin yatmış olduğunu görmüş, həmin vaxt tamah məqsədilə orada olan istifadə edilməmiş, hər birinin qaınlığı 1,5 mm olan 3 ədəd diametri 63 mm olmaqla 18 metr, 6 ədəd diametri 42 mm olmaqla 36 metr, 8 ədəd diametri 22 mm olmaqla 48 metr mis borularının, 10 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis birləşdiricilərinin, 5 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis dirsəklərinin və 8 ədəd diametri 22 mm olan mis kranları gizli yolla talamaqla ona 1751 manat maddi ziyan vurmaqla ümumilikdə "xxxx"-nə 3413,40 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş, ifadəsində 2023-cü il tarixdə Ordubad şəhər sakini X11 ilə ailə həyatı qurduğunu, həmin ilin sentyabr ayının sonlarından Ordubad rayon Aşağı Əylis kəndində yerləşən "xxxx" şirkətində fəhlə kimi işləməyə başladığını, qeyd edilən MMC-də yaxşı işlədiyi üçün müdiri Nümayəndə rəğbətini qazandığını, işlədiyi sexdə ondan əlavə olaraq digər şəxslərin də işlədiyini, qeyd edilən MMC-dən aylıq 510 manat əmək haqqı aldığını, 01 fevral 2024-cü il tarixdə kreditini ödəmək üçün işlədiyi sexdən toyuq əti oğurlayaraq satmaq qərarına gəldiyini, həmin gün saat 18 radələrində müdiri Davudla qeyd edilən sexin digər işçisi Şəhriyar adlı şəxsin gecə növbəsində işləyən qadınları sexə gətirmək üçün Culfa şəhərinə getdiklərini, həmin vaxt qayınatası Şahid1 zəng edərək müdiri tərəfindən ona toyuq əti verildiyini, həmin ətlərin Yasinin öz evinə aparmasını, taksi tərəfindən həmin ətin Yasindən götürüləcəyini bildirərək Yasindən quşçuluq sexinə gəlməsini istədiyini, bir neçə dəqiqə keçdikdən sonra qayınatası Yasinin idarə etdiyi Vaz 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə oraya gəldiyini, qeyd edilən şirkətin soyuducusundan oğurladığı 10 qutu olmaqla 120 kiloqram bud ətini, 3 qutu olmaqla 24 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 22 kiloqram toyuq ətini, 2 qutu olmaqla 6 kiloqram toyuq içalatını Yasinin avtomobilinə yüklədiyini, qeyd edilən ətlərin müdiri Davud tərəfindən satılması üçün ona verildiyi barədə Yasinə məlumat verdiyini, Yasinin avtomobilini işə salaraq yaşadığı evə getdiyini, daha sonra Yasinə zəng edərək taksi tapa bilmədiyini, qeyd edilən ətləri onun Kəngərli rayon Şahtaxtı kəndində yerləşən evinə aparmasını Yasindən istədiyini, həmin gün Yasinin qeyd edilən toyuq ətlərini onun Şahtaxtı kəndində yerləşən evinə apardığını, oğurluq etməsi barədə hər hansı şəxsə məlumat vermədiyini, ertəsi gün Şahtaxtı kəndində yerləşən evlərinə getdiyini, oğurladığı toyuq ətlərini həmin kənddə yaşayan Şahid4 və X1, ümumilikdə həmin toyuq ətlərindən 500 manat qazanc əldə etdiyini, qeyd edilən puldan qayınatası Yasinə 43 manat yol haqqı verdiyini, qalıq olan 457 manat pulla isə kreditini ödədiyini, bir neçə gün keçdikdən sonra yenidən həmin sexdən toyuq əti oğurlayıb satmaq qərarına gəldiyini, xx.xx.2024-cü il tarixdə, saat 09:30-da işlədiyi toyuq sexində müdiri Davudun ofisində hesabatla məşğul olduğunu, digər iş yoldaşı Şəhriyarın isə yatdığını, adı çəklən şəxslərin olduqları yerdə qalacaqlarını düşündüyünü, qayınatası Yasinə zəng edərək həmin sexdə toyuq əti olduğu barədə məlumat verdiyini, toyuq ətlərinin satılması üçün Kəngərli rayon Şahtaxtı kəndinə aparmalı olduğunu, Yasinin bir neçə dəqiqə keçdikdən sonra Ordubad Quşçuluq MMC-nin arxa tərəfində yerləşən anbara gəldiyini, sexdə yerləşən soyuducudan oğurladığı 10 qutu olmaqla 131,74 kiloqram toyuq bud ətini, 3 qutu olmaqla 23,955 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 23,705 kiloqram toyuq ətini, 2 qutu olmaqla 7,435 kiloqram toyuq içalatını Yasinin avtomobilinə köməkli şəkildə yüklədiklərini, Yasinin avtomobilini işə salaraq onunla birlikdə doğulduğu Kəngərli rayon Şahtaxtı kəndinə getdiklərini, onun yaşadığı evinə yaxınlaşdıqda Kəngərli rayon Polis Şöbəsinin əməkdaşlarının avtomobili saxlayaraq həmin avtomobilə baxış keçirmək istədiklərini, polis əməkdaşlarının Yasinin icazəsi ilə avtomobilə baxış keçirdiklərini, baxış zamanı onun oğurladığı toyuq ətlərininin polis əməkdaşları tərəfindən aşkarlandığını, oğurluq əməlini törətməsi barədə polis əməkdaşlarına məlumat verdiyini, qeyd edilən toyuq ətlərinin (185 kiloqram) olmaqla protokol tərtib edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü, həmin toyuq sexindən 2 dəfə olmaqla ümumilikdə 358 kiloqrama yaxın toyuq ət və ət məhsullarını oğurladığını bildirmişdir. Bundan başqa 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində qeyd edilən MMC-nin həyətindən müxtəlif diametrlərdə, təxminən 5-6 metr uzunluqda olan istifadə edilməmiş mis boruları, həmin borularda istifadə edilməsi üçün alınmış bir neçə mis birləşdiriciləri, mis dirsəkləri, mis kranları əzib-qırma yolu ilə toplayaraq Ordubad şəhər sakini kimi tanıdığı Rauf adlı şəxsə satdığını, satdığı mis məmulatlarının özünə məxsus olduğu barədə Raufa məlumat verdiyini, həmin mis məmulatlarının ümumi çəkisinin 20-25 kq olduğunu, həmin metalların qarşılığında Raufdan 140 manat pul aldığını, törətdiyi əməldən səmimi peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs Ordubad Quşçuluq MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Ordubad Quşçuluq MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində 2017-ci il tarixdən Ordubad rayon Aşağı Əylis kənd ərazisində yerləşən Ordubad Quşçuluq MMC-də icraçı vəzifəsində işlədiyini, Kəngərli rayon Şahtaxtı kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, Hafilin 2021-ci il tarixdən həmin quşçuluq sexində fəhlə kimi işlədiyini, daha sonra Hafilin həmin sexdən ayrıldığını, 2022-ci ilin yay aylarında yenidən qeyd edilən sexdə fəhlə kimi işləməyə başladığını, xx.xx.2024-cü il tarixdə hesablamalar zamanı istifadəsində olan MMC-də yerləşən 18-ci soyuducudan 251,74 kiloqram toyuq bud ətinin, 47,955 kiloqram toyuq sinə ətinin, 45,705 kiloqram toyuq ətinin, 13,435 kiloqram toyuq içalatının və istifadə edilməmiş, hər birinin qalınlığı 1,5 mm olan 3 ədəd diametri 63 mm olmaqla 18 metr, 6 ədəd diametri 42 mm olmaqla 36 metr, 8 ədəd diametri 22 mm olmaqla 48 metr mis borularının, 10 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis birləşdiricilərinin, 5 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis dirsəklərinin və 8 ədəd diametri 22 mm olan mis kranların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, bir neçə saat keçdikdən sonra həmin MMC-dən 186,835 kiloqram toyuq ətininin (toyuq ət məhsullarınının) işçisi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı və Kəngərli rayon Şahtaxtı kəndində satması barədə polis əməkdaşlarından məlumat aldığını, qeyd edilən MMC-dən ümumilikdə 358,835 kiloqram toyuq ət və ət məhsullarının oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, subay olduğunu, ailəsini dolandırmaq məqsədilə Türkiyə Respublikasına gedib-gəldiyini, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, Hafili həmkəndlisi kimi tanıdığını, 2024-cü il fevral ayının əvvəllərində yaşadığım kənddə həmkəndlisi Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, Hafillə bir neçə dəqiqə söhbət etdiklərini, söhbət zamanı Hafilin Ordubad rayon Əylis kəndində yerləşən Ordubad Quşçuluq MMC-də işlədiyini, müdirinin ona satması üçün həvalə etdiyi toyuq ətlərini yaşadığı kənddə gətirdiyini, Hafildən qeyd etdiyi toyuq ətlərinin qiymətini soruşduğunu, həmin toyuq ətlərinin 1 kiloqramını 4 manata satdığı barədə Hafildən məlumat aldığını, həmin gün Hafildən 1 kiloqramı 4 manata olmaqla 3 kiloqram toyuq ətini 12 manat pul qarşılığında aldığınıqeyd edilən toyuq ətlərinin Hafil tərəfindən oğurluq yolu ilə əldə edilməsi barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ünvan 1 ünvanda yaşadığını, təqaüdçü olduğunu, 01 fevral 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən kürəkəni Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon vasitəsilə Hafilin işlədiyi "xxxx" fermasına dəvət edildiyini, istifadəsində olan avtomobillə deyilən sahəyə getdiyini, Hafillə birlikdə donmuş toyuq ətlərini avtomobilinə yüklədiklərini, həmin ətlərin Hafilin müdiri tərəfindən satılması üçün Hafilə verildiyi barədə Hafildən məlumat aldığını, qeyd edilən toyuq ətlərinin yaşadığı evə aparılmasını Hafilin istədiyini, sonra qeyd edilən ətləri yaşadığı evin önünə apardığını, təkrarən Hafilin ona zəng edərək həmin ətləri Hafilin yaşdığı Kəngərli rayon Şahtaxtı kəndində yerləşən evinə aparılmasını istədiyini, avtomobili ilə həmin toyuq ətlərini Hafilin yaşadığı Şaxtaxtı kəndində yerləşən evinə apardığını, 13 fevral 2024-cü il tarixdə saat 9:45 radələrində Hafilin onun istifadəsində olan mobil telefona zəng etdiyini, Hafil tərəfindən "xxxx" fermasına dəvət edildiyini, daha sonra həmin yerə getdiyini, avtomobilini Hafilin istəyi ilə fermanın həyətində yerləşən anbarın önünə sürdüyünü, orada olan donmuş toyuq ətlərini avtomobilinə yüklədiklərini, daha sonra Hafildən həmin toyuq ətlərinin satılması üçün müdiri tərəfindən ona verilməsi məlumatını aldığını, həmin ətlərin Kəngərli rayon Şaxtaxtı kəndinə aparmalı olduqlarını, Hafillə birlikdə toyuq ətlərini Kəngərli rayon Şaxtaxtı kəndinə apardıqlarını, orada polis əməkdaşlarının avtomobilin yük hissəsinə baxış keçirdiklərini, avtomobilinin yük hissəsindən qeyd edilən toyuq ətlərinin aşkarlandığını, Hafilin polis əməkdaşlarına həmin toyuq ətlərinin müdiri tərəfindən ona satılması üçün verildiyi barədə məlumat verdiyini, daha sonra Hafilin qeyd edilən ətlərin oğurluq yolu ilə əldə etməsi ilə bağlı polis əməkdaşlarına məlumat verdiyini, ətlərin oğurluq yolu ilə əldə edilməsi ilə bağlı hər hansı məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 2 ünvanda yaşadığını, 2023-cü ilin yay aylarında Ordubad şəhər ərazisində əvvəllər tanımadığı bir şəxsin ona yaxınlaşaraq mis məmulatları alıb-almadığını soruşduğunu, həmin səxsə mis və ya müxtəlif növdən olan metalları aldığı barədə məlumat verdiyini, danışıq zamanı həmin şəxsin adının Hafil olduğunu, Hafilin həmin vaxt ona 2 kq mis məmulatlarını satdığını, qarşılığında Hafilə 16 manat pul verdiyini, əlavə satılacaq mis məmulatlarının satılması üçün telefon nömrəsinin Hafil tərəfindən qeyd edildiyini, 10 gün keçdikdən sonra Hafilin onun mobil telefonuna zəng edərək satılacaq misi olduğunu, həmin gün Hafilin əlavə olaraq ona satılması üçün qara rəngli çantada mis məmulatlarını Ordubad şəhər ərazisində yerləşən yanacaq doldurma məntəqəsinə gətirdiyini, çantanın içərisində 7 ədəd hər birinin uzunluğu 20-50 sm aralığında olmaqla əzik vəziyyətdə olan diametri təxminən 60 mm-lik, digərlərinin isə hər birinin uzunluğu 20-50 sm olmaqla müxtəlif diametrli mis boruların olduğunu, mis boruları tərəzidə çəkdikdə ümumi çəkisinin 16,50 kq olduğunu, Hafilin həmin mis boruların özünə məxsus olduğu barədə məlumat verdiyini, qeyd edilən mis boruların ümumi dəyərinin 115 manat təşkil etdiyini, həmin vaxt Hafilə 50 manat verdiyini, qalıq olan 65 manatını isə misi satdıqdan sonra ödəyəciyini, mis məmulatlarını satdıqdan sonra Hafilə qalıq olan 65 manat borcunu ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, subay olduğunu, ailəsini dolandırmaq məqsədilə yaşadığı kənddə bərbərlik etməklə məşğul olduğunu, Təqsirləndirilən şəxs ilə heç bir ədavətinin olmadığını, işlədiyi bərbərxananın Hafilin yaşadığı evin yaxınlığında yerləşdiyini, xx.xx.2024-cü il tarixdə Hafilin onun işlədiyi bərbərxanaya gəldiyini, Hafillə bir neçə dəqiqə ərzində söhbət etdiklərini, daha sonra Hafildən onun müdirinin satması üçün verdiyi toyuq ətləri və içalatlarının olduğu barədə məlumat aldığını, Hafilə inanaraq 1 kiloqramı 4 manatdan olmaqla 5 kq toyuq ətini Hafildən aldığını, həmin toyuq ətlərinin qarşılığında Hafilə 20 manat pul verdiyini, daha sonra yaşadığı evə getdiyini, bir neçə gün keçdikdən sonra Hafilin işlədiyi Ordubad Quşçuluq MMC-dən oğurluq etdiyi barədə yaşadığı kənd sakinlərindən məlumat aldığını, Hafilin qeyd edilən toyuq ətlərini oğurluq yolu ilə əldə etməsi barədə hər hansı məlumatının olmadığını bildrimişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024cü il tarixli 223 nömrəli ekspert rəyində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmış 131,74 kiloqram toyuq bud ətinin, 23,955 lioqram toyuq sinə ətinin 23,705 kiloqram toyuq ətinin, 7,435 kiloqram toyuq içalatının orta bazar qiymətinin ümumilikdə dəyəri 863,17 manat olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024cü il tarixli 224 nömrəli ekspert rəyində oğurlanmış 251,74 kiloqram toyuq bud ətinin, 47,955 lioqram toyuq sinə ətinin 5,705 kiloqram toyuq ətinin, 13,435 kiloqram toyuq içalatının orta bazar qiymətinin 1662,40 manat, 03 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, 01 ədəd diametri 63 mm olmaqla 6 metr mis borunun, 06 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 42 mm olmaqla 6 metr mis borunun, 08 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 22 mm olmaqla 6 metr mis borunun, 10 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 63 mm olmaqla mis birləşdiricilərin, 05 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 42 mm olmaqla mis birləşdircilərin, 05 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 22 mm olan mis birləşdiricinin, 05 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 63 mm olmaqla mis dirsəklərin, 05 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 22 mm olmaqla mis dirsəklərin və 08 ədəd istifadə edilməmiş divarının qalınlığı 1,5 mm olan, diametri 22 mm olmaqla mis kranların orta bazar qiymətinin isə 1751 manat olmaqla ümumi dəyərinin isə nəzəri qaydada 3413,40 manat olduğu müəyyən edilmişdir. 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx"-dən oğurlanmış oğurluq yolu ilə əldə edilmiş 131,74 kiloqram toyuq bud əti, 23,955 kiloqram toyuq sinə əti, 23,705 kiloqram toyuq əti və 7,435 kiloqram toyuq içalatı, ümumilikdə 186,835 kq toyuq ət və ət məhsulları həmin MMC-nin icraçısı Nümayəndə Cəfər oğluna təhvil verilmişdir. 06 iyun 2024-cü il tarixdə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs tərəfindən 1850 manat pul aktla təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X3 daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Y.Budaqov adına Naxçıvan MR X5 sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli 794 saylı məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatdında dayanmadığı göstərilmişdir. Kəngərli rayon Qeydiyyat şöbəsindən daxil olmuş 06 may 2024-cü il tarixli, 3-16-5/8xx-xx/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs arvadı: xx.xx.1985-ci il təvəllüdlü X11 ilə nikaha daxil olduğu və övladlarının olmadığı göstərilmişdir. İstintaq dövründə zərərçəkmiş qismində tanınmış Ordubad Quşçuluq MMC şirkətinə vurulmuş 3413,40 manat maddi ziyanın (131,74 kiloqram toyuq bud əti, 23,955 kiloqram toyuq sinə əti, 23,705 kiloqram toyuq əti və 7,435 kiloqram toyuq içalatı, ümumilikdə 863,17 manat dəyəri olan 186,835 kq toyuq ət və ət məhsulları geri qaytarılmaqla, aktla isə 1850 manat ödənilmiş) 2713,17 manatı yəni, 79 %-i ödətdirilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.1996-cı il tarixdə Şərur rayon Sahtaxtı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Natamam orta təhsillidir. Evlidir. Məhkumluğu yoxdur. İşsizdir. Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş Ordubad rayon Aşağı Əylis kəndində yerləşən "xxxx"-dir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə səciyyələndirən hallar: xx.xx.1986-cı il tarixdə Babək rayon Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsillidir. Evlidir. Deməsinə görə məhkumluğu yoxdur. Ordubad rayon Aşağı Əylis kəndində yerləşən "xxxx"-də icraçı vəzifəsində işləyir. ünvan 4 ünvanında qeydiyyatda olmaqla Ordubad rayon Aşağı Əylis kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə tutulan ittiham elan olunmuş, həmin tаriхdə bаrəsində polisin nəzarəti altına vermə növündə qətimkаn tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə, saat 18 radələrində işlədiyi "xxxx"-nin müdiri Nümayəndə orada olmamasından istifadə edərək tamah məqsədilə 10 qutu olmaqla 120 kiloqram bud ətini, 3 qutu olmaqla 24 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 22 kiloqram toyuq ətini, 2 qutu olmaqla 6 kiloqram toyuq içalatını gizli yolla talamaqla ona 799,23 manat maddi ziyan, təkrarən, 13 fevral 2024-cü il tarixdə, saat 09:30-da işlədiyi "xxxx"-nin müdiri Nümayəndə həmin MMC-də hesabatla məşğul olduğu görmüş, həmin gün 13 fevral 2024-cü il tarixdə, saat 09:30-da işlədiyi həmin MMC-dən tamah məqsədilə 10 qutu olmaqla 131,74 kiloqram toyuq bud ətini, 3 qutu olmaqla 23,955 kiloqram toyuq sinə ətini, 2 qutu olmaqla 23,705 kiloqram toyuq ətini, 2 qutu olmaqla 7,435 kiloqram toyuq içalatını gizli yolla talamaqla ona 863,17 manat maddi ziyan, 15 avqust 2023-cü il tarixdə saat 23 radələrində işlədiyi Ordubad Quşçuluq MMC-də işləyən işçilərinin yatmış olduğunu görmüş, həmin vaxt tamah məqsədilə orada olan istifadə edilməmiş, hər birinin qaınlığı 1,5 mm olan 3 ədəd diametri 63 mm olmaqla 18 metr, 6 ədəd diametri 42 mm olmaqla 36 metr, 8 ədəd diametri 22 mm olmaqla 48 metr mis borularının, 10 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis birləşdiricilərinin, 5 ədəd diametri 63 mm olan, 5 ədəd diametri 42 mm olan, 5 ədəd diametri 22 mm olan mis dirsəklərinin və 8 ədəd diametri 22 mm olan mis kranları gizli yolla talamaqla ona 1751 manat maddi ziyan vurmaqla ümumilikdə "xxxx"-nə 3413,40 manat maddi ziyan vurmuşdur. Bununla da təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə: 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın bir qisminin ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirməməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış Ordubad Quşçuluq MMC-dən oğurlanan 131,74 kiloqram toyuq bud əti, 23,955 kiloqram toyuq sinə əti, 23,705 kiloqram toyuq əti və 7,435 kiloqram toyuq içalatı, ümumilikdə 186,835 kq toyuq ət və ət məhsulları həmin MMC-nin icraçısı Nümayəndə Cəfər oğluna qaytarılması nəzərə alınmalıdır. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ordubad Quşçuluq MMC-yə vurulmuş 700 manat 23 qəpik məbləğində ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X9 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kəngərli Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs olan Ordubad Quşçuluq MMC-yə vurulmuş 700 manat 23 qəpik məbləğində ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X9 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C00941125 nömrəli Azərbaycan Respublikası pasportu özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar