Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-9/2023 26.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Şərur rayonunda anadan olmuş, evli, 2 uşaq atası orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmayan, müvəqqəti işsiz, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 26 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində özünə məxsus olan, AE 887591 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes Benz D” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən "X13" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Ordubad rayonu ərazisinə düşən həmin yolun 65-ci km-də ehtiyatsızlıqdan, hərəkətdə olduğu zolaqda uzanmış vəziyyətdə olan heyvanı vurmamaq üçün avtomobili sağa tərəf istiqamətləndirmiş, idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırmış, sərnişin X6 bir neçə sıyrıq və qançırlar, başın dərialtı yumuşaq toxuması altına geniş həcmli qansızma, hər iki gicgah əzələsinə qansızma, beyin toxumasına qansızma və ödem olmaqla ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək X8 22 iyun 2023-cü il tarixdə aldığı xəsarətlər nəticəsində həmin xəstəxananın reanimasiya şöbəsində ölümünə, digər sərnişin Zərərçəkmiş şəxs hər iki yuxarı ətraflarda çox saylı kiçik ölçülü sıyrıq, yara və qançırlar, döş qəfəsinin küt travması, döş sümüyünün dəstəsinin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir və 2 övladı vardır. O, bir müddət “Gəmiqaya” holdingdə fəhlə işləmiş, belində yırtıq yarandığı üçün ağır işlər görə bilməmiş, özünə avtomobil alıb təxminən 2016-cı il tarixdən taksiçilik etməyə başlamışdır. 2017-ci ildə hazırda idarə etdiyi və qəzaya düşdüyü “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili almışdır. Həmin tarixdən “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil ilə taksiçilik edirmiş, adətən Sədərək rayonu ərazisində yerləşən Gömrük postunun girişində avtomobili ilə durub, gömrükdən gələn şəxsləri pul müqabilində ünvanlarına aparmışdır. 20 iyun 2023-cü il tarixdə evdə olan zaman dostu Yunis zəng edərək Sədərək Gömrük postunda qonaqlarının olduğunu və onları Ordubad rayonuna aparmaq lazım olduğunu bildirmişdir. Yunis həmin şəxsin Şükür olduğunu söyləyib mobil nömrəsini ona vermişdir. O, Şükürə zəng etmiş, telefonda onları Ordubad rayonuna aparmaq üçün 70 manata razılaşmış və o, evdən çıxıb Sədərək gömrük postuna getmişdir. Şükürgil 3 nəfər böyük yanlarında isı 3 nəfər uşaq olmuş, əlavə olaraq da yükləri olmuşdur. 20 iyun 2023-cü il tarixdə saat 21 radələrində onları və yüklərini götürüb Orduba rayonuna yola düşmüş, saat 23 radələrində Naxçıvan-Avtomobil yolunun Ordubad rayon Düylün kəndindən keçən hissədə olan zaman avtomobil yolunda heyvan ölüsünün olduğunu görmüş, üzərindən keçməmək üçün avtomobili sağ hissəyə çəkmiş, lakin hava yağışlıq, asfalt örtük yaş olduğundan avtomobil sürüşmüş və sağa-sola hərəkət etməyə başlamışdır. O, nə qədər etsə də avtomobili yığışdıra bilməmiş, avtomobil yoldan çıxmış və sağ hissədə olan torpaqlıq hissəyə düşmüşdür. Çox həyəcanlı olduğu üçün avtomobilin çevrilib-çevrilmədiyini xatırlamamışdır. Avtomobil sağ hissədə olan su arxına düşüb dayanmışdır. O, avtomobildən düşmüş və avtomobildə qalan oğlan uşağını avtomobildən çıxarmışdır. Sonra uşlaqları yola çıxarıb avtomobil saxlatdırmış, uşaqları yol maşını ilə Ordubad rayon Mərkəzi Xəstəxanasına göndərmiş, sonra təcili yardım avtomobili gəlmiş və Şükürün həyat yoldaşı Səbinəni aparmışdır. Onu isə polislər xəsarəti olmadığı üçün içkililik testindən keçirməyə aparmışdırlar. İdarə etdiyi “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və öz mülkiyyətindədir. 2007-ci il tarixində sürücülük məktəbini bitirmiş, həmin tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin texniki cəhətdən hər hansı bir nasazlığı olmamışdır. İdarə etdiyi avtomobili sentyabr 2022-ci il tarixində texniki baxışdan keçirmişdir. İdarə etdiyi “Mersedes Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinləri tanımamış, ilk dəfə idi ki, görürmüş, Şükürün adını isə telefonda danışan zaman bilmişdir. Hadisədən əvvəl narkotik və ya spirtli içki qəbul etməmişdir. Asfalt örtük yaş olduğundan heyvan ölüsünə 10 metr qalmış onu görmüş və üstündən keçməmək üçün avtomobili sağ hissəyə çəkmiş, bundan sonra avtomobil sürüşmüş və idarə etməni itirmişdir. Hadisə baş verən zaman idarə etdiyi “Mersedes Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilin hərəkət surəti təxminən 80 km/saat olarmış və baş vermiş qəza nəticəsində hər hansı bir bədən xəsarəti almamışdır. Hadisədən sonra X3 müalicə xərclərini, eləcə də öldükdən sonra dəfn xərclərini qarşılamış, onun ailə üzvlərinə maddi və mənəvi dəstək olmuş, mərhum Narin Məmmədovanın hüquqi varisi olan atası X9 və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə, himayəsində azyaşlı uşağının və qoca anasının olmasını, Narin Məmmədovanın hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlarndırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, hadisə zamanı aldıqları xəsarətdən Bakı şəhərində müalicə aldıqlarını, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərindən ona qarşı şikayətləri və tələblərinin olmadığını bildirmişlər. Tərəflər zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X9 və Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar ifadəsində göstərmişlər ki, təxminən 2022-ci ilin oktyabr tarixdən işləmək məqsədi ilə ailəsilə birlikdə Türkiyə Respublikasına getmişdir. Bir müddət orada işlədikdən sonra 20 iyun 2023-cü il tarixdə qeydiyyatda olduğu Ordubad rayon Əylis kəndində geri dönmüş, Naxçıvan Muxtar Respublikasına ailəsi və uzaq qohumu olan Şahid ilə gəlmişdir. Onlar Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikasına giriş etdikdən sonra “Mercedes-Benz” markalı taksi sürücüsü ilə razılaşıb, Ordubad rayonuna yola düşmüşdürlər. Avtomobildə olan zaman telefonla məşğul olduğu üçün yola baxmamışdır. Təxminən 23 radələrində Naxçıvan-Ordubad avtomobil yolunun Ordubad rayon Düylün kəndindən keçən hissəsində avtomobilin anidən sağa-sola hərəkət etdiyini hiss etmiş, başını qaldırıb yola baxanda isə avtomobilin yoldan çıxdığını və yolun sağında olan torpaqlıq hissəyə getdiyini görmüşdürlər. Avtomobil fırlana-fırlana qarşıda olan çökəklik hissəyə aşmışdır. Avtomobildən özü çıxmış və ailə üzvülərinin avtomobildən çıxmasına köməklik etmişdir. X4 avtomobildən çıxıb otluq hissəyə düşmüş, onu oradan götürmüş və yola çıxmışdır. Yoldan keçən tanımadığı avtomobil saxlamış və onları Ordubad rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonra isə Naxçıvan MR Xəstəxanasına getmişdirlər. Sədərək rayon Qaraağac kənd sakini “Mercedes-Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir şəxsi ədavəti və qohumluq münasibəti olmamışdır. “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobildə arxa sol sərnişin oturacağında əyləşmiş və avtomobildə sürücüdən əlavə Şahid, Zərərçəkmiş şəxs övladları Narin Məmmədova, Zamin Məmmədli və Hüseyn Məmmədov olmuşdur. Hadisə baş verən zaman, baş verdikdən sonra narın yağış yağırmış, avtomobil təxminən 80 km/saat sürətlə hərəkət etmişdir. Baş vermiş qəza nəticəsində sol hissəsində əzilmə olmuş, və heç bir yerində qırıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2019-cu il tarixdən işləmək məqsədi ilə Türkiyə Respublikasına getmişdir. Bir müddət orada işlədikdən sonra 20 iyun 2023-cü il tarixdə qeydiyyatda olduğu Ordubad rayon Kotam kəndində geri dönmək üçün uzaq qohumu olan Şükür Məmmədov və onun ailəsi ilə Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikasına giriş etmişdirlər. Şükür Məmmədov “Mercedes-Benz” markalı taksi sürücüsü ilə razılaşmış və Ordubad rayonuna yola düşmüşdürlər. Təxminən 23 radələrində Naxçıvan-Ordubad avtomobil yolunun Ordubad rayon Düylün kəndindən keçən hissəsində yolda nəyinsə olduğunu görmüş, sürücüdə həmin qaraltını görmüş və onu vurmamaq üçün avtomobili sağ hissəyə çəkmiş, həmin vaxtdan sonra o, avtomobilin idarə etməsini itirmiş və avtomobil fırlanafırlana yolun sağında olan torpaqlıq hissəyə düşmüşdür. Avtomobili firlanan zaman onu içərisindən çölə tullamışdır. Yerə düşən kimi dərhal qalxmış və avtomobildə olan şəxşlərin avtomobildən çıxmasına köməklik etmişdir. Həmin vaxt olar yoldan keçən avtomobil ilə Ordubad rayon xəstəxanasına, oradan da Naxçıvan MR Xəstəxanasına gətirilmişdirlər. O, xəstəxanadan müayinə olunmuş və sağ əlində kəsik, sağ qulağının altında kəsik, sağ sinə altında əzilmə və sağ çiynində azilmə olduğunu bildirmişdirlər. Sədərək rayon Qaraağac kənd sakini “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir ədavəti və qohumluq münasibəti olmamışdır. “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobildə ön sərnişin oturacağında əyləşmiş və avtomobildə sürücüdən əlavə Şükür Məmmədov, həyat yoldaşı Zərərçəkmiş şəxs övladları Narin Məmmədova, Zamin Məmmədli və Hüseyn Məmmədov olmuşdur. “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil hadisə baş verməmişdən öncə təxminən 100 km/saat sürətlə hərəkət etmişdir. Hərəkətdə olan zaman yolda olan qaraltının Çakkal ölüsü olduğunu orada olan şəxslərdən öyrənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 20 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində “Mercedes-Benz” markalı 73-BC- 591 qeydiyyat nişanlı minik avtomobilinin Naxçıvan-Ordubad avtomobil yolunun 65-ci kilomterliyində yolun sağında olan torpaqlıq hissəyə düşməsi və ölümlə nəticələnən yol nəqliyyat hadisəsi yerinə baxış keçirilir. Baxış havanın qaranlıq vaxtında, hal şahidlərinin və iştirakçıların iştirakı ilə aparılır. Hadisə baş verən yolda dayanıb üzü Ordubad rayon avtomobil yolu istiqamətində baxdıqda avtomobil yolunun bir gedişli və bir gəlişli olmaqla iki hərəkət zolağından ibarət olması, yolu ayıran ağ rəngli qırıq xətlərin olması və yol kənarını asvalt yolla ayıran sarı xəttin olması görsənir. Yola nəzər yetirdikdə asfalt örtüyünün normal vəziyyətdə .olması, hər hansı deformasiyaya uğramaması, həmçinin yolun səthinə hər hansı kənar maddə və ya material tokülməməsi müşahidə edilir. Həmin yolun hadisə baş verən hissəsində üfiqi və şaquli istiqamətdə düz xətt boyunca yol davam edir. Hər hansı eniş və yoxuş, sağa və yaxudda sola dönmə bucağı yoxdur. Baxış zamanı asfalt örtüyün üzərinin quru vəziyyətdə olmasına baxmayaraq hadisə zamanı asfalt yol yaş vəziyyətdə olmuşdur. Bundan başqa yolda hər hansı yol nişanı müşahidə edilmədi. Hadisə yerinin yaxınlığında yolun sağ və sol hissəsində ağaclıq sahələrin olması müşahidə edilir. Hadisə yerində tormoz izi olması müşahidə olunmadı. Asfalt yolun ümumi eni 8.6 metrdir. Avtomobillərin hərəkətdə olduğu hissələrin ölşüsü 4.3 metr Asfalt yolun üzərində olan qana bənzər izlərdən heyvan ölüsünün yolun üzü Ordubad rayonu istiqamətində qırıq xəttə 1 metr məsafədə olduğu müəyyən edilmişdir. Qan ləkələrinin olduğu yerdən Ordubad rayonu istiqamətində 29 metr məsafədə avtomobilin təkərinin palçıqlı izləri başlayır və sağ tərəfə istiqamətlənərək 37 mert gedib solun sağında olan torpaqlıq hissədən keçərək solun sağında olan su arxına düşmüşdür. Avtomobilin yararsız vəziyyətdə olması görünür. Avtomobil yolun sağında olan torpaqlıq hissəyə düşdükdən sonra 43 mert irəli gedib dayanmışdır. Heyvan ölüsünün olduğu yerdən avtomobilin düşüb durduğu yerə olan məsafə 109 metrdir. Avtomobilin sağ arxa təkərindən yolun köməkçi hissəsinə olan məsafə 14 metrdir. Hadisə yerinin baxışından, asfalt yolda olan izlərdən, sürücünün deməsindən müəyyən etmək olur ki, “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil Ordubad rayonu istiqamətində hərəkətdə olan zaman hərəkətdə olduğu istiqamətdə yolda heyvan ölüsünün olduğunu görmüş, üzərindən keçməmək üçün avtomobili sağ hissəyə qaçırmış, lakin asfalt örtük yaş olduğundan avtomobil sürüşmüş və sürücü idarə etməni itirərək avtomobili sağ hissədə olan torpaqlıq hissəyə salmışdır. Hadisə yerinə baxış hal şahidlərinin və iştirakçıların iştirakı ilə sakit və qaranlıq havada aparıldı, hadisə yerinin sxemi tərtib edildi və fotoşəkillər çəkildi. Hadisə baş verən yerdə hər hansı videomüşahidə kamerasının olmadığı müşahid olundu. Maddi sübut əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq “Mercedes-Benz” markalı 73- -591 qeydiyyat nişanlı minik avtomobili Ordubad Rayon Polis Şöbəsinin duracağına aparılmış. Baxış zamanı qeyd olunanlardan əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı iz və ya predmet aşkar edilmədi və götürülmədi. Protokolun düzgünlüyü imzalarla təstiq olunmuşdur. Belə ki, cinayət işində olan 20 iyun 2023-cü tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində Naxçıvan-Ordubad avtomobil yolunun 65-ci kilomterliyində Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz » markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağında olan torpaqlıq hissəyə düşməsi ilə nəticələnən hadisəsi baş vermişdir. Cinayət işində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 472 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Ayıq olmuşdur. Cinayət işində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 41 №-li ekspert rəyində göstərilmişdir ki, mərhum X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: bir neçə sıyrıq və qançırlar, başın dərialtı yumuşaq toxuması altına geniş həcmli qansızma, hər iki gicgah əzələsinə qansızma və ödem. Göstərilən bu xəsarətlər ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat təhlükəli olmaqla nəticələnən ağır zərər vurmaya aid olub onun ölümü ilə nəticələnmişdir. Xəsarətlərin müddəti meyitin müayinə gününə uyğun gəlir. X3 ölümünün səbəbi almış olduğu xəsarətlər hesabına yaranmış qapalı kəllə beyin travması, beyin toxumasının ödemi və beyin toxumasına qansızma olmuşdur. Bu xəsarətlər həyati olub, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi nəticəsində yaranmağa xarakterikdir. Cinayət işində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 753 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: hər iki yuxarı və ətraflarda çox sayılı kiçik ölçülü sıyrıq, yara və qançırlar, döç qəfəsinin küt travması, döş sümüyünün dəstinin sınığı. Göstərilən xəsarət küt əşyanın təsirindən yaranmış, həmçinin bilavasitə xəsarət avto qəza nəticəsində yarana bilərdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətinə aiddir. Cinayət işində olan Naxçıvan Muxtar Respublikası X11 Şəxsin xx.xx.2023-cü il tarixli 463 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə təcili yardım şöbəsinə “döş qəfəsinin küt travması” diaqnozu ilə daxil olmuş, müvafiq tibbi yardım göstərilmiş və həmin gün evə yazılmışdır. Cinayət işində olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli 669 saylı ekspert rəyində göstərilmişdir ki, “Mercedes-Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X13" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işində olan Babayev X7 Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserində narkoloji və psixoloji xəstə kimi qeydiyyatda olub-olmadığını müəyyən etmək üçün dispanserə 27 iyul 2023-cü il tarixdə məktub ünvanlanmış və həmin dispanserdən alınmış 01 avqust 2023-cü il tarixli məktubda Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE №887591 seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Cinayət işində olan Sədərək Rayon İ.H Qaraağac kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Babayev X10 Rayon Qaraağac kəndibndə qeydiyyatdadır və yaşayır. Qeydiyyatda olduğu müddətdə özünü yaxşı aparmışdır. Onun barəsində Sədərək Rayon Qaraağac kənd nümayəndəliyinə heç vaxt şikayət daxil olmamışdır. Cinayət işində olan Sədərək Rayon İ.H Qaraağac kənd İƏD-si üzrə nümayəndəsi və Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Yusif və xx.xx.2015-ci il təvəllüdlü Heydər adlı uşaqları vardır. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Zərərçəkmiş şəxs tərəfindən iptidai araşdırmada 13 iyul 2023-cü il tarixli və məhkəmə prosesinə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışlar. Ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. «X13» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində özünə məxsus olan, AE 887591 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes Benz D” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən "X13" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Ordubad rayonu ərazisinə düşən həmin yolun 65-ci km-də ehtiyatsızlıqdan, hərəkətdə olduğu zolaqda uzanmış vəziyyətdə olan heyvanı vurmamaq üçün avtomobili sağa tərəf istiqamətləndirmiş, idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırmış, sərnişin X6 bir neçə sıyrıq və qançırlar, başın dərialtı yumuşaq toxuması altına geniş həcmli qansızma, hər iki gicgah əzələsinə qansızma, beyin toxumasına qansızma və ödem olmaqla ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək X8 22 iyun 2023-cü il tarixdə aldığı xəsarətlər nəticəsində həmin xəstəxananın reanimasiya şöbəsində ölümünə, digər sərnişin Zərərçəkmiş şəxs hər iki yuxarı ətraflarda çox saylı kiçik ölçülü sıyrıq, yara və qançırlar, döş qəfəsinin küt travması, döş sümüyünün dəstəsinin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işi materiallarından olan sənədlər və məhkəmə araşdırması nəticəsində yenidən təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də aydın görünür ki, Təqsirləndirilən şəxs əməlində təqsirli bilindiyi maddənin əlamətləri mövcuddur və ona göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 Şöbəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakaterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onların mənafeyini, inkşafını, təhsilini və Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər yetkinlik yaşına çatmayan uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə görə təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes-Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 45 (qırx beş) saat üçün nəzərdə tutulan 270 (iki yüz yetmiş) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Müayinə mərkəzinin duracağında saxlanılan “Mersedes-Benz” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesabına keçirilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(080)-9/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-9/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver