Məhkəmə qərarları › İş №1(080)-9/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-9/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-9/2024 05.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 31 may .2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etmişdir. Belə ki, göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmkəndlisi X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin qapısının qıfılını metal alətlə sındıraraq qanunsuz olaraq oraya daxil olmuş, zirzəmidən ümumilikdə 160 manat dəyərində 5 litrlik tutumu olan 2 ədəd odun samovarı, 160 manat dəyərində 1 ədəd 6 kiloqramlıq mis məcməyini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin pəncərə şüşəsini çıxarmaqla oraya qanunsuz daxil olmuş, lakin zirzəmidən mis və alüminium məmulatları olmamamış, yəni öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək oğurluğa etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən həmkəndlisi X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə 7 fevral 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Ordubad rayonu, Dırnıs kəndində yerləşən yaşayış evinin zirzəmisinin qapısını zor tətbiq etməklə sındırmış, zirzəmiyə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 140 manat dəyərində 1 ədəd 5 litrlik və 1 ədəd 3 litrlik tutumu olan ədəd odun samovarlarını, 160 manat dəyərində 1 ədəd 6 kiloqramlıq mis məcməyini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşamış, ailədə 2 bacı, 2 qardaş olmuş, 2020-ci il tarixdə həmkəndlisi Şahid4 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 1 oğlan övladı olmuş, heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün Türkiyə Respublikasına işləmək məqsədilə gedib-gəlmiş, sonuncu dəfə 13 fevral 2023-cü il tarixdə işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, 19 may 2024-cü il tarixdə qeydiyyat qaydalarını pozduğu üçün müvafiq orqanlar tərəfindən Türkiyədən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respbublikasına göndərilmişdir. Həmin gün Bakı Beynəlxalq Hava Limanında saat 10 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində cinayət işinin istintaq edildiyi barədə ona məlumat verilmiş, həmin gün müvafiq polis əməkdaşları tərəfindən saat 20 radələrində Ordubad rayon Polis Şöbəsinə gətirilmişdir. O, 07 fevral 2023-cü il tarixdə həmkəndlisi X8 ilə həmin kənd məktəbinin qabağında görüşüb söhbət etmiş, Elvinə metalı olduğu və həmin metalı Naxçıvan şəhərindən gələn bir şəxsə satacağı barədə məlumat vermişdir. Röyal qeyd edilən metalı gələn yük avtomobilinə yükləmək üçün Elvindən kömək istəmiş, Elvin Röyalın bu fikri ilə razılaşmış, həmin gün saat 11 radələrində nömrə nişanını xatırlamadığı ”Qazel” markalı bir yük avtomobili yaşadıqları kəndə gəlmişdir. Röyal, Elvin ilə birlikdə həmin avtomobilə əyləşmiş, həmin avtomobil ilə Röyalın dayısı İbrahimin evinə getmişlər. Röyal orada Elvinlə birlikdə həmin yük avtomobilinə 400 kq-a yaxın metal yükləmiş, daha sonra həmin qeyd edilən Qazel markalı avtomobilin adını bilmədiyi sürücüsündən avtomobili Röyalın qaynatası Kamranın həyətinə sürməsini istəmişdir. Röyal qeyd edilən şəxslərlə birlikdə qayınatası Kamranın həyətinə getmiş, Kamranın həyətindən əlavə olaraq 200 kq metal və 5 kq alüminiumu həmin yük avtomobilinə yükləmiş, qeyd edilən metalların qarşılğında yük avtomobilinin sürücüsü Röyala 130 manat pul vermişdir. Röyal həmin gün saat 13-14 radələrində Elvinlə birlikdə çörək yemək üçün rayonun Dizə kəndində yerləşən “Su səsi” ailəvi istirahət mərkəzinə getmişlər. X17 spirtli içki qəbul etmiş, Röyal Elvinə söhbət əsnasında yaşadıqları kənddə boş evlər olduğu, həmin evlərdə mis və ya alüminium əşyalarının olabiləcəyi, həmin əşyaları gizli şəkildə götürərək satabiləcəkləri barədə Elvinə təklif etmişdir. Elvin, Röyalın bu təklifini qəbul etmiş, onların hər ikisi restorandan qayıtdıqdan sonra Dırnıs kəndindəki xidmət mərkəzinə gəlmiş, orada əlavə olaraq hər ikisi spirtli içki olan pivə içmişlər. Röyal ilə Elvin evlərinə gedərkən həmkəndiləri Mehriban adlı şəxsin evinin yanından keçməli olmuş, X11 Bakı şəhərində olduğu barədə məlumat vermişdir. Daha sonra Röyal Elvinə onların zirzəmisində mis olduğunu, həmin mis əşyaları götürərək satabiləcəklərini demş, həmin gün saat təxminən 19 radələrində hər ikisi Mehribanın həyətinə bərkidilmiş setqadan həyətə daxil olmuşlar. X9 həyətindən bir metal parçası tapmış, daha sonra Mehribanın evinin zirzəmisinə yaxınlaşmışlar. Röyal həmin metal parçası ilə zirzəminin qapısının qıfılını açmış, hər kisi içəriyə daxil olmuşlar. Adı çəkilən şəxslər oradan 2 ədəd 5 litrlik odun samovarı və 1 ədəd 6 kiloqramlıq mis məcməyini götürmüşlər. Qeyd edilən əşyaları Mehribanın həyətində yerə qoymuş, daha sonra Elvinlə Röyal həmin həyətə parelel olan Əhmədova (Cəfərova) Mahirə Cəbrayıl qızının həyətinə daxil olmuşlar. Mehribana məxsus olan evin zirzəmisinə yaxınlaşmış, Mahirəyə məxsus olan evin zirzəminin qapısı üzərində qıfıl olduğunu görmüşlər. Elvin zirzəminin pəncərənin üzərində olan şüşəni çıxarmış və pəncərəni əli ilə arxadan açmışdır. Elvinlə Röyal pəncərədən zirzəmiyə daxil olmuş, Elvin orada olan şkafın qapısını metal parçası ilə açmış, lakin şkafın içərisində hər hansı əşya tapmamışdır. Elvin daha sonra həmin şkafın arxasında yerləşən zirzəminin qapısına yaxınlaşaraq qapının üzərində olan qıfılı metal parçası ilə zor tətbiq etmə yolu ilə açmış, adıçəkilən şəxslər zirzəmiyə daxil olmuş, oradan mis tapa bilməmişlər. Daha sonra X10 həyətinə daxil olaraq onun zirzəmisindən çıxardıqları əşyaları götürərək Röyalın yaşadığı evin həyətinə aparmışlar. Elvinlə Röyal yenidən oğurluq etmək qərarına gəlmiş, birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs3 evinə yaxınlaş, Röyal Səlimin Bakı şəhərində olduğu barədə Elvinə məlumat vermişdir. Röyalla Elvin birlikdə Səlimin həyətinə daxil olmuş, evinin zirzəmisinin əl və çiyin vasitəsi ilə zor tətbiq etmə yolu ilə açmışlar. Həmin zirzəmidən digər zirzəmiyə açılan və qapsi üzərində olan qıfılı qıraraq digər zirzəmiyə daxil olmuşlar. Adıçəkilən şəxslər oradan 1 ədəd 5 litrlik odun samovarı, 1 ədəd 3 litirlik odun samovarı və 1 ədəd 6 kiloqramlıq mis məcmeyini Röyalın evinin arxasına aparmışlar. Həmin gün saat 24 radələrində Elvin Röyaldan ayrılaraq yaşadığı evə getmiş, bir neçə dəqiqə keçdikdən sonra Röyal istifadəsində olan “Samsung Galax J4” markalı telefonun üzərində olmadığını görmüşdür. Yaşadığı evin həyətinə yığdıqları metalların arasında telefonunu axtarmış, lakin, telefonu tapa bilməmişdir. Röyal ertəsi gün Elvinə telefon barədə məlumat vermiş və telefonun tapılması üçün Elvindən köməklik istəmişdir. Röyal hənin gün telefonunu axtarmış, lakin tapa bilməmişdir. Bir neçə gün keçdikdən sonra Elvin oğurluq yolu ilə əldə etdikləri əşyaları satmış, həmin əşyaların qarşılığında Elvinlə Röyalın hər biri 107 manat pul əldə etmiş, Röyal oğurluq yolu ilə əldə edilmiş əşyaların Elvin tərəfindən adını bilmədiyi şəxsə satıldığını bildirmişdir. Röyal 13 fevral 2023-cü il tarixdə işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, oradan Elvinə zəng edərək telefonu tapıb-tapmadığı barədə sual etmişdir. Elvin Röyala telefonu tapa bilmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra əvvəllər polis əməkdaşı kimi tanıdığı Tural müəllim Röyalın mobil telefonuma zəng edərək Elvinlə birlikdə etdikləri oğurluqlar barədə məlumat vermişdir. Artıq etdiyi əməldən peşman olmuş. Zərərçəkmiş şəxslərlə barışdığnı, bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçıların ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Daha sonra zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçılar məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs şikayətlərinin olmadıqlarını bildirmişlər. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1975-ci il tarixdə həyat yoldaşı Yazgül Novruzovla ailə həyatı qurduğunu, həmin evlilikdən 4 övladı olduğunu, övladlarımın ailə quraraq ondan ayrı yaşadıqlarını, 15 dekabr 2022-ci il tarixdə həyat yoldaşı Yazgülün səhhətində nasazlıq yarandığı üçün Bakı şəhərinə getdiklərini, 25 fevral 2023-cü il tarixdə onunla birlikdə yaşadığı Dırnıs kəndinə gəldiklərini, evinin birinci mərtəbəsində yerləşən zirzəmi qapısının açıq olduğunu, zirzəmi qapısının zorla açıldığını, zirzəmidən digər zirzəmiyə açılan qapının üzərində olan qıfılın zor tətbiq etməklə qapının açıldığını, zirzəminin sol tərəfində yerləşən digər zirzəminin qapısı üzərində olan qıfılın eyni üsülla açıldığı, həmin zirzəmidən 2 odun samovarının orada olmadığını, zirzəmidə samovarları axtaran zaman əlavə olaraq 1 ədəd 6 kiloqramlıq mis məcməyinin yox olduğunu, həmin əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bakı şəhərinə gedərkən evini başqa şəxslərə tapşırmadığını, Polis şöbəsinə müraciətimdən sonra kənd camaatından həmkəndliləri Elvin Qafarovla və Təqsirləndirilən şəxs bir neçə şəxsin zirzəmisindən mis və alüminium əşyalarını oğurlayaraq satdıqlarını, həmin əşyaların oğurlanması ilə bağlı ona 400 manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını, öhdəliyində 1 az yaşlı oğlan övladı olduğunu, nəzərə almasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə və 05.09. 2024-cü il tarixli məhkəməyə ünvanlandığı ərizələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, və Təqsirləndirilən şəxs ona vurduğu maddi zərər olan 320 manat tam ödənilmişdir, Röyal Abdulla oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. İpdidai istintaq dövründə verdiyi ifadəsini müdafiə edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs, qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki,1976-cı il tarixdə X13 ilə ailə həyatı qurduğunu, həmin evlilikdən 3 qız övladıolduğunu, ailə quraraq Bakı şəhərində yaşadıqlarını, 2022-ci il tarixdə həyat yoldaşı Kərimin rəhmətə getdiyini, 06 dekabr 2023-cü il tarixdə tək olduğu üçün Bakı şəhərində yaşayan övladlarının yanına getdiyini, 17 fevral 2023-cü il tarixdə qaynı Nəcəfin ona zəng edərək zirzəmi qapısı üzərində olan qıfllın açıq olduğunu, Nəcəfdən zirzəmidə olan əşyaların oğurlanıb-oğurlanmadığını soruşduğunu, bir neçə gün keçdikdən sonra Dırnıs kəndinə gəldiyini, zirzəminin qapısına bağlanmış qıfıl üzerində zor tətbiq etmə izlərinin olduğunu, zirzəmiyə daxil olduğunu, hər hansı əşyanın yerinin dəyişilmədiyini, bir gün keçdikdən sonra yenidən zirzəmiyə daxil olduğunu, əvvəlİər şfanerin üzərinə qoyduğu iki ədəd 5 litrlik odun samovarının, digər şfanerin üzerindən isa bir ədəd 6 kiloqramlıq mis məcməyinin oğurlandığını, həyətyanı sahəsində olan digər yardımçı otaqlardan samovar və macməyini axtardığını, lakin tapa bilmədiyini, qeyd etdiyi əşyalar oğurlanmaqla 500 manat maddi ziyan vurulduğunu, bir gün keçdikdən sonra həyətlərinə gələn suyu kəsmək üçün qonşuluqada yerləşən Mahirə adlı şəxsin həyatinə getdiyini, Mahirənin Bakı şəhərində yaşadığını, onun həyətindən 1 ədəd ”Samsung Galaxy J4+” markalı smartfon telefon tapdığını, həmin telefonu kəndin icra nümayəndəsinin müavini Cabir müəllimə verdiyini, orada olan icra nümayəndəsi Asəf müəllimin həmin telefonun Röyala məxsus olduğunu, bir neçə saat keçdikdən sonra polis əməkdaşı kimi tanıdığı Tural müəllimlə Cabirin Mahirənin həyətinə gəldiyini, ona məxsus zirzəmidən və ya başqa sahədan hər hansı əşya oğurlanmadığını, Röyal ilə heç bir ədavəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlandığı teleqramında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İpdidai istintaq dövründə verdiyi ifadəsini müdafiə edir.Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs, qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, 1981-ci il tarixdə Dırnıs kənd sakini X7 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı doğulmuş, 1989-cu il tarixdən ailəsi ilə Bakı şəhərində yaşamış, sonuncu dəfə 2022-ci il tarixdə anasının ölümü ilə bağlı ildönümünə gəlmişdir. O, evində törədlilmiş hadisə ilə bağlı məlumatı 23 fevral 2023-cü ilin tarixdə həyat yoldaşı Şəfidən aldığını, onun icra nümayəndəsinin müavini Cabir adlı şəxslə danışdığını, Cabirin evə baxmaq üçün açarların kimdə olduğunu, həmin kənddə yaşayan bacısı Səltənətə zəng vuraraq bu barədə məlumat verdiyini, daha sonra polis və digər şəxslərlə birlikdə bacısının evə baxdığını, birinci mərtəbədə yerləşən zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarıldığını, digər zirzəmi qapısının üzərində olan qıfılın qırıldığını, zirzəmidən hansı əşyaların oğurlandığını, Bakı şəhərində olarkən evinin zirzəmisinə qanunsuz daxil olan şəxslərin həmkəndliləri X8 və Təqsirləndirilən şəxs olduğu barədə məlumat aldığını, evinə baxmaq üçün Bakı şəhərindən gəldiyini, evimin birinci mərtəbəsində yerləşən zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarılaraq yerə atıldığını, digər zirzəmi qapısının üzərində olan qıfılın qırılaraq qapının açıldığını, lakin zirzəmilərdən hər hansı əşya götürülmədiyini, bacısı Səltənətin ərizə ilə polisə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şəhərlərarası sərnişin daşımaqla məşğul olduğunu, həmkəndliləri X8 və Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmadığını, onların Dırnıs kənd sakinləri Səlim Cəfərov, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirzəmilərinə daxil olaraq oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərindən aldığını, fevral ayının sonlarında tanımadığı bir polis əməkdaşının istifadəsində olan 060 *** ** ** nömrəli mobil telefonuna zəng edərək 07 fevral 2023-cü il tarixdə, saat 10:29 radələrində 060 ***-**-** nömrəli abonentlə telefon əlaqəsi yaradıb-yaratmadığı barədə suallar verdiyini, polis əməkdaşına qeyd edilən tarixdə 060 ***-**-** nömrəli telefon vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə yaratdığını, həmin nömrənin onun istifadəsində olduğunu, Röyalın yeni doğulmuş uşağı üçün yemək almaq məqsədi ilə ona zəng vurduğunu bildirmişdir. O, əvvəllərdə 060 ***-**- ** nömrəli telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə yaratdığını, onun yeni doğulmuş uşağı üçün lazım olan qidaları aldığını, qeyd edilən telefon nömrəsinin Röyalın istifadəsində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə həmin kənddə yaşadığını, Dırnıs kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyini, X8 və Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmadığını, X12 kənd sakinləri Səlim Cəfərov, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirzəmilərinə daxil olaraq oradan oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərimdən aldığını, 2023-cü ilin fevral ayının sonlarında Ordubad rayon Polis Şöbəsinin əvvəllər tanımadığı əməkdaşı tərəfində istifadəsində olan 060 ***-**-** nömrəli mobil telefonuna zəng gəldiyini, 07 fevral 2023-cü il tarixdə, saat 08:59 və 10:33 radələrində 060 ***-**-** nömrəli abonentlə telefon əlaqəsi yaradıb-yaratmadığı barədə suallar verildiyini, özünə məxsus olan 060 ***-**-** nömrəli telefonumla Təqsirləndirilən şəxs istifadəsində olan 060 ***-**-** nömrəli telefon vasitəsi ilə əlaqə yaratdığını, 07 fevral 2023-cü il tarixdə saat 08:59 dəqiqədə Röyalın istifadəsində olan 060 ***-**-** nömrə ilə əlaqə yaratdıqlarını, həmin vaxt ona məxsus olan voleybol setqasının Röyal tərəfindən gətirdiyini, bir neçə dəqiqə keçdikdən sonra Röyalın istifadəsində olan 060 ***-**-** nömrəli telefonuna yenidən zəng edərək harada olduğu barədə sual verdiyini, daha sonar Röyala əvvəllər verdiyi voleybol setqasını Dırnıs kənd tam orta məktəbinin qarşısına gətirdiyini, Röyalla Elvinin oğurluq etmələri barədə məlumatı digər həmkəndlilərindən aldığını, Təqsirləndirilən şəxs işləmək məqsədilə Türkiyə Respublikasına getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, yaşadığı kənddə taxta emalı sexində sahibkarlıqla məşğul olduğunu, Təqsirləndirilən şəxs və X8 ilə həmkəndli olduğunu, Röyalın fəaliyyət göstərdiyi sexin qonşuluğunda yaşadığını, Röyalla Elvinin kənd ərazisində fəhləlik etdiklərini, Elvini sakit təbiətli olduğunu, onun teztez spirtli içki qəbul etdiyini, Röyalın arasıra Türkiyə Respublikasına işləməyə getdiyini bildirmişdir. O, 05 fevral 2023-cü il tarixdə saat 08:40 dəqiqədə Röyalın istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə yaratdıqlarını, sexinə adam girdiyi barədə Röyaldan məlumat aldığını, həmin nömrənin həmkəndlisi Röyala aid olduğunu, 2023-cü ilin mart ayının əvvəllərində həmkəndliləri Elvinlə və Röyalın birlikdə Dırnıs kənd sakinləri Səlimin, Mehribanın və Mahirənin zirzəmilərinə qanunsuz daxil olaraq oradan samovar və məcmeyi oğurladıqları barədə məlumat aldığını, Röyalın Türkiyə Respublikasına getdiyini, əvvəllərdə Röyalla ***-***-**-** mobil telefon nömrə vasitəsi ilə əlaqə yaratdığını bildirmişdir. İş üzrə Şahid4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsində onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini, ibtidai istintaqda verdiyi ifadəsi təstiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, evliliklərindən bir oğlan övladı doğulduğunu, Röyalın qonşu kəndlərdə ustalıq fəaliyyəti ilə məşğul olduğunu, onun işləmək məqsədi ilə hərdən bir Türkiyə Respublikasına gedibgəldiyini, sonuncu dəfə Novruz bayramı münasibəti ilə 20 yanvar 2023-cü il tarixdə kəndə gəldiyini, 13 fevral 2023-cü il tarixdə müdiri tərəfindən işə çağrıldığı üçün Türkiyə Respublikasına getdiyini bildirmişdir. O, 2023-cü ilin mart ayının əvvəllərində Röyalla Elvinin oğurluq etməsi mbarədə məlumatı Zərərçəkmiş şəxs1 aldığını, Mehribana məxsus olan 2 ədəd odun samovarı və 1 ədəd mis məcməyinin Röyalla Elvin tərəfindən oğurluq yolu ilə götürdüklərini, Röyalın işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyi barədə Mehribana məlumat verdiyini, qeyd edilən oğurluq barədə heç bir məlumatı olmadığını, həmin gün həyat yoldaşı Röyalla telefon əlaqəsi yaradaraq bu barədə ona məlumat verdiyini, Röyalın oğurluq hadisəsi barədə heç bir məlumatı olmadığını, Mehribana məxsus evin zirzəmisinə girmədiyini, oradan hər hansı əşya götürmədiyini, Röyalın istifadəsində olan ***-***-**-** mobil nömrənin onun adıma rəsmiləşdirildiyini, həmin mobil nömrənin1 il bundan öncə alındığını, Röyalın Türkiyə Respublikasına getməzdən 3-4 gün öncə Dırnıs kəndində futbol oynayarkən “Samsung J4+” markalı mobil telefonunu itirdiyini, həmin telefonun Zərərçəkmiş şəxs2 həyətində tapılması barədə heç bir məlumatı olmadığını, Röyalın telefonunu itirdikdən sonra qar yağdığı üçün telefonunu tapa bilmədiyini, Röyalın dəmir alqı-satqısı ilə məşğul olduğu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 17 radələrində bacısı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq Dırnıs kəndində yerləşən evlərinə oğru girdiyini, onun evinə getdiyini, bacısının Bakı şəhərində yaşadığını, kənd icra nümayəndəsinin müavini Cabir müəllimin, Ordubad rayon Polis Şöbəsinin əməkdaşı Tural müəllimin, Mehriban və digər polis əməkdaşlarının iştirakı bacıma məxsus evin zirzəmisinə baxdıq, zirzəminin pəncərəsi üzərində olan şüşənin çıxarılaraq zirzəmi qapısının qırıldığını, orada olan sandığın qıfılının qırıldığını, hər hansı əşyanın götürülüb-götürülmədiyi barədə məlumatı olmadığını, Mehribanın həmin həyətdən bir ədəd mobil telefon tapdığını, həmin telefonu polis əməkdaşlarına təhvil verildiyini, bu barədə Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini, Zərərçəkmiş şəxs2 Bakı şəhərindən gəldiyini, zirzəmisindən hər hansı əşya oğurlanmadığını, Elvinlə Röyalın birlikdə bir neçə evə oğurluğa girib mis məcmeyi və samovar oğurlayaraq satmaları barədə məlumat aldıqlarını bildirmişdir. İş materiallarında olan- Baxış keçirilməsi barədə 23 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Ordubad rayon Dırnıs kəndində Cəfərova (Əhmədova) Mahirə Cəbrayıl qızına məxsus evin zirzəmisində, Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin zirzəmisində və Zərərçəkmiş şəxs3 evinin zirzəmisində baş vermişdir. 17 mart 2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə yenidən telefon əlaqəsi yaradılmış, ifadəsinin alınması üçün Ordubad rayon Polis Şöbəsinə dəvət edilmiş, o, Türkiyə Respublikasında olduğunu bildirmiş və müxtəlif bəhanələr gətirərək ifadə verməkdən yayınmışdır 20 mart 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, icra edilməsi üçün qərarın surəti Ordubad rayon Polis Şöbəsinə təqdim edilmiş, alınmış cavabda 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasını birləəşditən “Dilucu” gömrüyündən Türkiyə Respublikası ərazisinə keçməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verildiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin gün bu barədə ittiham ona elan olunmuş, həmçinin müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək dindirilmişdir. 20 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 22 may 2024-cü il tarixdə çağırış vərəqəsi ilə, 23 may 2024-cü il tarixdə telefon danışığı vasitəsilə istintaq zərurəti ilə əlaqədar olaraq təqsirləndirilən şəxs Qulamov X6 rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək istintaqdan yayınmışdır. 25 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaq hərəkətlərini yerinə yetirməsi üçün məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, lakin, keçirilən tədbirlərə baxmayaraq onun gətirilməsi təmin etmək mümkün olmamışdır. 28 may 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilərək İstintaq və təhqiqat qrupuna təhvil verilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 03 mart 2023-cü il tarixli 232 nömrəli ekspert rəyində oğurlanaraq satılan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd 5 litrlik odun samovarın, 1 ədəd 6 kloqramlıq mis məcməyinin ümumi dəyərinin 320 manat, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 5 litrlik odun samovarın, 1 ədəd 3 litirlik odun samovarının və 1 ədəd 6 kloqramlıq mis məcəyinin ümumi dəyərinin isə 300 manat təşkil edildiyi göstərilmişdir. 31 mart 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 daxil olmuş 395 nömrəli məktubda Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. xx.xx.2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat-X2 3-13-43/2-669/2023 nömrəli məktubla daxil olmuş tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir. 03 aprel 2023-cü il tarixdə X5 daxil olmuş 105 nömrəli məktubda Təqsirləndirilən şəxs; arvadı xx.xx.1990-cı il təvəllüdlü Şahid4, xx.xx.2022-ci il təvəllüdlü Azad Qulamov adlı övladının olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Zərərçəkmiş şəxs2 həyətindən tapılmış, təqsirlənmdirilən şəxs Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J4+” markalı mobil telefon sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.1989-cu il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Orta təhsillidir. Evlidir. Məhkumluğu yoxdur. İşsizdir. Ordubad rayon Dırnıs kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 səciyələndirilən hallar: xx.xx.1964-cü il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki uşaq anası, işsiz, ünvan 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxs3 səciyələndirilən hallar: xx.xx.1947-ci il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 4 uşaq atası, təqaüdçü, ünvan 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxs2 səciyələndirilən hallar: xx.xx.1962-ci il tarixdə Ordubad rayon Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq anası, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan yaşayır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti faktına tam, obyektiv və aydın hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* cinayət işindən qeyd olunan fakt üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır.xx.xx.2023-cü il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Zərərçəkmiş şəxs2 həyətindən tapılmış “Samsung Galaxy J4+” markalı telefon ayrılan cinayət işinə əlavə edilmişdir. Zərər çəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Ordubad rayon Dırnıs kənd İƏDÜN-si tərəfindən verilmiş arayışdan görünür ki, Qulamov X6 rayonu Dırnıs kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahələrinə qanunsuz daxil olmaqla özgələrin əmlakını talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, eyni zamanda mülki iddiaçının ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını,himayəsində 1 azyaşlı övladının olması, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərin dəymiş ziyanla bağlı şikayətlərinin olmaması,Zərərçəkmiş şəxs1 vurulmuş 320 maddi ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi və 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Naxçıvan Muxtar Respublikası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. xx.xx.2023-cü il tarixdə Ordubad rayon Dırnıs kənd sakini Zərərçəkmiş şəxs2 həyətindən tapılmış, təqsirlənmdirilən şəxs Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J4+” markalı mobil telefon sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 dəymiş 300 manat miqdarında maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququları izah olunmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və “Samsung Galaxy J4+” markalı mobil telefon özünə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 vurulmuş 300 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və “Samsung Galaxy J4+” markalı mobil telefon özünə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar