Məhkəmə qərarları › İş №1(080)-9/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-9/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-9/2025 27.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Culfa Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis X3 iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq anası, əvvəllər məhkum olunmamış, işsiz, xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ordubad rayon Üstüpü kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus açıq sahədə olan gödəkcənin cibindən **********937802 nömrəli plastik kartı gizli yolla əldə edərək həmin gün, saat 11:49 dəqiqədə qeyd edilən elektron məlumat daşıyıcısını Ordubad rayon Sabirkənd ticarət mərkəzinin önündə quraşdırılmış Kapital Banka məxsus bankomata daxil edib oradan 500 manat pulu qanunsuz olaraq məxaric etməklə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Ramanın mərhum bibisinin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs hərdən bir Şəmsinurun yaşadığı evin həyətində olan bulaqdan su aparmış, o, müxtəlif vaxtlarda Qurbana yemək bişirərək vermiş, onun Qurbanla heç bir ədavəti olmamışdır. xx.xx.2025- ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs bulaqdan su doldurmaq üçün Şəmsinurun yaşadığı evin həyətinə gəlmiş, Qurban gödəkçəsini həmin həyətdə olan ağacın üzərinə asaraq qablarını doldurmuş, daha sonra Qurban gödəkcəsini orada unudaraq yaşadığı evə getmişdir, Şəmsinur Qurban getdikdən sonra onun gödəkcəsinə yaxınlaşmış, o, həmin vaxt əlini Qurbanın gödəkcəsinin iç döş cibinə salmış, bu zaman qeyd edilən cibdə Qurbana məxsus olan bir ədəd hesab kartı və 27 manat pul görmüş, kartın üzərində karta aid 4 rəqəmli şifrə olmuş, Şəmsinur həmin vaxt Qurbanın təqaüd pulunun yükləndiyini və pulunu çəkmədiyini bilmişdir O, daha sonra kartı götürərək həmin kartda olan məbləğini bilmədiyi pulları çəkmək üçün həyat yoldaşı ilə rayonun Sabirkənd kəndinə getmiş, Şəmsinur orada qeyd edilən kartı bankomata yerləşdirmiş, orada adını bilmədiyi bir nəfər kişi cinsindən olan şəxsin köməkliyi ilə Qurbana məxsus olan kartın mədaxilində olan 504 manat pulun 500 manatını məxaric etmişdir. Şəmsinur daha sonra həmin pulun bir hissəsinə Sabirkənd kəndində yerləşən Lətif adlı şəxsin mağazasından ərzaq almış, bu barədə həyat yoldaşına məlumat verməmiş, həmin gün qeyd edilən kartı həyətlərində ağacdan aslanan Qurbanın gödəkcəsinin həmin cibinə yerləşdirmiş, o, Qalıq olan pulun 50 manatını kommunal xərclərinə, 350 manatını isə yaşadığı kənddə yerləşən Ramin adlı şəxsin mağazasından ərzaq almış, Şəmsinur həmin pulu maddi ehtiyaclarının ödənilməsi üçün götürmüş, o, qeyd edilən pulu daha sonra Qurbana qaytarmaq niyyətində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ordubad rayon Üstüpü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, təqaüdçü olmuş, 11 iyun 2025-ci il tarixdə istifadəsində olan 4169 7416 1393 7802 nömrəli plastik kartını Ordubad şəhərində yerləşən Kapital Bankın önündə adını bilmədiyi xanıma təqdim edərək təqaüd pulunun məxaric etməsini istəmiş, qeyd edilən xanım kartı bankomata yerləşdirərək Qurbanın kartında hər hansı məbləğin olmadığı barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs bu barədə Kapital Banka məlumat vermiş, bank əməkdaşı tərəfindən 05 iyun 2025-ci il tarixdə saat 11:49-da onun istifadəsində olan plsatİk kartdan 500 manat pulun naməlum şəxslər tərəfindən məxaric edildiyi barədə məlumat vermiş, hadisə ilə bağlı Qurban bank çıxarışı əldə etmiş, daha sonra bu barədə Ordubad rayon Polis Şöbəsinə məlumat verərək çıxarışı təqdim etdiyini bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Ordubad rayon Üstüpü kəndində qeydiyyatda durmaqla rayonun Çənnəb kənddə yaşayır, Ordubad rayon, Üstüpü kənd mağazasının sahibkarıdır, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış və yoxdur, Şəmsinur və onun ailə üzvləri onun nəzarətində olan mağazadan mütəmadi olaraq ərzaq və digər əşyalar almışlar, 2025ci ilin iyun ayının əvvəllərində Şəmsinur Raminin nəzarətində olan mağazaya gələrək evləri üçün lazım olan ərzaqları almış, aldığı ərzaqların və əvvəllər də Raminə olan borcu ilə bitlikdə 300 manata yaxın pul ödəmişdir. Ramin Şəmsinurun qeyd edilən pulu haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Cinayət işi üzrə məhkəmə iclasına çağırılan digər iki şahid X5 və Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı verdikləri ifadələrini təstiq etdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə, 416974******7802 nömrəli bank hesabına nəğdsiz 497.75 manat mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 416974******7802 nömrəli bank hesabından 500 (beş yüz) manat məbləğində pul çıxarılmışdır. 08 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 08 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Naxçıvan MR X1 22 iyul 2025-ci il tarixli N-3-28-34-4-12-1887/2025 nömrəli sorğuya cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. X4 sistemində qohumluq haqqında məlumatlarla bağlı sorğuya cavabdan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 olan iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə veriliş ifadəsində o öz ifadəsi ilə təsdiq etmişdir ki Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 29 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsindəiki azyaşlı uşağının olmasını(CM-59.1.4), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş « polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ordubad rayon Üstüpü kəndində yerləşən evini tərk etməmək, Naxçıvan Muxtar Respublikası hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Culfa Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ordubad Rayon İcra və Probasiya Bölməsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ordubad rayon Üstüpü kəndində yerləşən evini tərk etməmək, Naxçıvan Muxtar Respublikası hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsi aldıqdan sonra özünə qaytarılsın. İş materiallarına əlavə edilmiş ********* saylı ittiham aktı köçürülmüş CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Culfa Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar