Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-1/2024 28.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat: 15:20-də Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 8 inzibati binada pasport qeydiyyatında olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Abbasov X13 Respublikasından deportasiya olunduğundan qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yol ilə Türkiyə Respublikasına getmək məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X8 Muxtar Respublikası Sədərək rayonunda yerləşən X11 Məntəqəsində sərhəd nəzarətindən yayınaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına qəsdən qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 1991-ci il tarixdə Bakı şəhərində anadan olduğunu, həmin şəhərdə yaşamaqla boya başa çatdığını və təhsilində Bakı şəhərində aldığını, 2006-cı ildə iş yeri olmadığından və dolana bilmədiyindən işləmək məqsədi ilə Türkiyə Respublikasına davamlı olaraq gedib-gəldiyini, sonuncu dəfə 2019cu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən “Şahtaxtı” sərhət nəzarət məntəqəsindən dövlət sərhədini müvafiq qaydada keçərək İran İslam Respublikasına, oradan da Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək üç il qanunsuz olaraq orada işlədiyini, bu baxımdan 2022-ci ilin aprel ayında İstanbul şəhərində polis onu saxlayaraq Azərbaycana deport etdiklərini, 4-5 ay azərbaycanda yaşadıqdan sonra yenidən Türkiyə Respublikasına getmək istədiyini, lakin deport olunduğundan qanuni yolla gedə bilməyəcəyini bilib 07 noyabr 2022-ci il tarixdə dövlət sərhədini qanunsuz olaraq Türkiyə Respublikasına keçmək üçün Sədərək rayonunda yerləşən Sədərək gömrük nəzarət məntəqəsi ərazisinə gedərək, orada Bakı şəhərində qeydiyyatda olan vətəndaşların Türkiyə Respublikasına buraxılıb-buraxılmamasını soruşduğunu, Bakı şəhərində qeydiyatda olan vətəndaşların Türkiyə Respublikasına buraxılmamasını öyrəndikdən sonra, sərhəd naryadından yayınaraq qanunsuz olaraq dövlət sərhədini pozaraq Türkiyə Respublikasına keçdiyini, daha sonra yük maşınının alt hissəsində gizlənərək türk gömrüyünü keçərək orada olan yol kənarında dayanan taksilərlə İğdir şəhərinə getmək istərkən türkiyə polisləri onu saxladıqlarını və sənədlərini yoxladıqlarını, sənədlərində möhür olmadığı üçün həmin gün 07 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası istiqamətində geri qaytararaq azərbaycan tərəfinə təhvil verdiklərini, təhvil verildikdən sonra X11 məntəqəsində pasportunu yoxladıqlarını bu zaman onun Türkiyə Respublikasına giriş-çıxış tarix ştamplarının olmadığını görərək onu saxladıqlarını və araşdırma apardıqlarını 07 noyabr 2022-ci il tarixdə X11 məntəqəsindən dövlət sərhədini qanunsuz olaraq keçdiyini müəyyən etdiklərini, bu baxımdan sənədləşmə apararaq barəsində cinayət işi başlandığını bildirdi. Əlavə olaraq iş üzrə Təqsirləndirilən şəxs onu da bildirdi ki, barəsində istintaq bitdikdən sonra iş məhkəməyə göndərildikdən sonra məhkəmənin vaxtı və yeri barədə məlumatı olsada məhkəmə iclaslarına gəlmədiyini, sonra isə onu heç kim saxlamadığını və ona heç kim heç nə demədiyi, 2023-cü ilin mart ayında ikinci dəfə Bakı şəhərində cinayət törətdiyi, 11 mart 2024-ci ildə Sabunçu Rayon Məhkəməsi onun barəsində hökm çıxardaraq 3 il 6 ay azadlıqda məhrum etdiyini, ondan sonra birinci cinayət işinə görə Naxçıvan MR Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasına etap edildiyini bildirdi və törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınan Şahid1 ifadəsində bildirdi ki, 07 noyabr 2022-ci il tarixdə X15 Məntəqəsində “növbə rəisi” sərhəd naryadı xidmətində olduğu zaman saat 23:00 radələrində ölkəyə giriş şlaqbaununda xidmət aparan kiçik çavuş Şahid3 rabitə vasitəsilə onu ölkəyə giriş qapısına çağırdıqlarını, tələsik həmin istiqamətə getdiyini, orada Türkiyə Respublikasının sərhət nəzarət məntəqəsində xidmət edən polisləri və bir vətəndaşın dayandığını gördüyünü, Türkiyə Respublikası polislərinin yanlarında gətirdikləri Azərbaycan vətəndaşının qanunsuz olaraq Türkiyə Respublikasına keçdiyinə görə saxladıqlarını və Azərbaycan tərəfə təhvil verdiklərini, dərhal Sədərək SNM-nin rəisi Kamil Rzayevə məlumat verildiyini, həmin şəxsi təhvil aldıqdan sonra onunla sorğu sual etdiklərini və araşdırma apardıqlarını, həmin şəxsin şəxsiyyətini müəyyən etdiklərini, belə ki, həmin şəxsin xx xxxx 1991-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdiklərini, İnalın özünün dediyinə görə 07 noyabr 2022-ci il tarixdə təxminən 20:30 radələrində X15 Məntəqəsində sərhəd naryadından yayınaraq qanunsuz olaraq Azərbaycan tərəfindən Türkiyə Respublikasına keçdiyini bildirdiyini, sonra sənədləşdirmə işləri qurtardıqdan sonra müvafiq araşdırma aparılması üçün istintaq orqanına təhvil verildiyini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Şahid3 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edə bilməməsinin səbəblərinin üzrlü və yaxud üzürsüz olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqında cinayət prosesi iştirakçıları (tərəfləri) şahidin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Şahid2 məhkəmə iclasına gəlməmiş, 27 iyun 2024-cü ildə teleqramla məhkəməyə müraciət etmiş, xidməti işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-1-54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab etmişdir ki, şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmur və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmalıdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsi elan olunmuş, şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 07 noyabr 2022-ci il tarixində X11 məntəqəsində gəliş xəttində şlaqbaum gözətçisi sərhəd naryadı xidmətində olduğu zaman saat 21:30 radələrində Türkiyyə Respublikasından Azərbaycan Respublikasına gələn xx xxxx 1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi C01683629 nömrəli pasportu yoxladığı zaman Türkiyyə Respublikasına məxsus giriş-çıxış tarix ştamplarının olmadığını aşkar edərək bu barədə növbə rəisi Şahid1 məruzə etdiyini, Şahid1 onların yanına gələrək vətəndaş Təqsirləndirilən şəxs ilə söhbət apardığını bu zaman İnnalın 07 noyabr 2022-ci i tarixdə X12 məntəqəsindən sərhət nəzarətindən yayınaraq Azərbaycan Respublikasından Türkiyyə Respublikası istiqamətində dövlət sərhəddini pozaraq qanunsuz yolla keçdiyini bildirdiyindən dərhal o, saxlanılaraq müəyyən sənədləşmə işləri aparıldıqdan sonra aidiyyatı üzrə təhqiqat orqanına təhvil verdiklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsi elan olunmuş, şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 07 noyabr 2022-ci il tarixində X11 məntəqəsində gəliş xəttində şlaqbaum gözətçisi sərhəd naryadı xidmətində Şahid3 ilə birlikdə xidmətdə olduğu zaman saat 20-21 radələrində iki nəfər azərbaycan Respublikası vətəndaşları əllərində daşıdıqları veşləri şlaqbaumun yanına qoyaraq pasportlarını sərhəd nəzarətçilərinə təqdim etdiklərini,Türkiyyə Respublikasından Azərbaycan Respublikasına gələn xx xxxx 1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi C01683629 nömrəli pasportu yoxladıqları zaman Türkiyyə Respublikasına məxsus giriş-çıxış tarix ştamplarının olmadığını aşkar edərək bu barədə növbə rəisi Şahid1 məruzə etdiklərini, Şahid1 onların yanına gələrək vətəndaş Təqsirləndirilən şəxs ilə söhbət apardığını bu zaman İnnalın 07 noyabr 2022-ci i tarixdə X12 məntəqəsindən sərhət nəzarətindən yayınaraq Azərbaycan Respublikasından Türkiyyə Respublikası istiqamətində dövlət sərhəddini pozaraq qanunsuz yolla keçdiyini bildirdiyini, Türkiyyə Respublikasının İğdir şəhərində polisin onu saxlayaraq Sədərək Sərhəd məntəqəsinə gətirib təhvil verildiyini, Əmrah müəllimin onu saxlayaraq müəyyən sənədləşmə işləri aparıldıqdan sonra aidiyyatı üzrə təhqiqat orqanına təhvil verdiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissə Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyevin 08 noyabr 2022-ci il tarixli xx/xx/1964 nömrəli məktubundan görünür ki, 07 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, xx xxxx 1991-ci il ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış,Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 8, inzibati binasında passport qeydiyyatında olan və Naxçıvan Muxtar Respublikası Şərur rayonu Qarxun kəndində yaşayan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “Sədərək” sərhəd nəzarəti məntəqəsində “şlaqbaum gözətçisi” sərhəd naryadına təqdim etdiyi C01683629 nömrəli passport yoxlanılan zaman Türkiyə Respublikasına məxsus giriş-çıxış tarix ştampları olmadığı üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində X11 məntəqəsində sərhəd nəzarətindən yayınaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən sonuncu hərəkəti 08 noyabr 2022-ci ildə Türkiyə Respublikasından ölkə ərazisinə gəlməklə, ümumilikdə 2006-cı il tarixdən 2022-ci il tarixədək 12 hərəkəti qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 17 noyabr 2022-ci il tarixli, 10839 saylı məktubundan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X16 16 noyabr 2022-ci il tarixli, xx/xx-14842 saylı məktubundan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 noyabr 2022-cu iİ tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər (həmin tarixədək) məhkum olunmamışdır. Lakin cinayət işinə əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(008)-55/2024 nömrəli hökmündən aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs adı çəkilən hökm ilə 03 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verilərkən, “Sədərək” sərhəd nəzarəti məntəqəsində “şlaqbaum gözətçisi” sərhəd naryadına təqdim etdiyi C01683629 nömrəli passport yoxlanılan zaman Türkiyə Respublikasına məxsus giriş-çıxış tarix ştampları olmadığı üçün sərhəd naryadı tərəfindən saxlanılmış və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində X11 məntəqəsində sərhəd nəzarətindən yayınaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmişdir. Məhkəmə cinayət işinə əlavə olunan Sədərək Gömrük idarəsi tərəfindən təqdim edilmiş 01 ədəd elektron məlumat daşıyıcısına baxış keçirilərkən görüntüdən məlum oldu ki, 07 noyabr 2022-ci il tarixdə saat 20:50-dən, 20:58-dək Azərbaycan Respublikası vətəndaşı Abbasov X14 Sərhət Nəzarət Məntəqəsində sərhəd naryadlarından yayınaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində keçmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dənizvə hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olmaması və törətdiyi cinayətdən sonra təkrarən cinayət törətməsi, zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmaması onun islah olunmamasına dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Lakin göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən sonra peşman olub islah olunmaq əvəzinə, yenidən cinayət əməli törədərək islah olunmamasını bir daha aşkarcasına nümayiş etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə inzibati qaydada, 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 noyabr 2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən həbsdən azad olunmuşdur. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs inzibati qaydada və şübhəli şəxs kimi 3 (üç) gün tutulmaqla saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 3(üç) gün tutularaq həbsdə qalması ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikası İXM-də şəxsin inzibati qaydada tutulmasının ona təyin olunan cinayət cəzası müddətinə daxil edilməsi halı nəzərdə tutulmasa da, inzibati tutulma müddətinin cinayət cəzası, o cümlədən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 69.4-cu maddələri və Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri tətbiq olunmaqla, təqsirləndirilən şəxsin həmin 3 (üç) gün inzibati və şübhəli şəxs qismində tutulma müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X4rşı işlər). Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X7rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsi barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilməsini imperativ qaydada təsbit edir. Eynilə Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X3rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Qanunvericliyin tələbinə əsasən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxt onun tutulmasıdır. Avropa Konvensiyasının 5-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən burada tutulmanın hansı qaydada; inzibati və ya cinayətprosessual qaydada həyata keçirilməsi önəm daşımır. Əgər şəxsin azadlığı faktiki məhdudlaşdırılıbsa bu, tutulma sayılır və şəxsin Avropa Konvensiyasının 5-ci maddəsinin və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinin tələbləri qaydasında həbsi deməkdir və bu hal qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən -xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- ciddi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını “ümumi rejimli” cəza çəkmə müəssisələrində çəkməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində çıxartdığı 11 mart 2024-cü il tarixli 1(008)-55/2024 nömrəli hökmü nəzərə alınsın. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismət toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanmalıdır ( Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında “ 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 17-ci bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tətbiqi zamanı məhkəmə nəzərə almışdırki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur (Azərbaycan Respublikası CM 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarı). Başqa sözlə, barəsində hökm çıxarılmış şəxsin həmin hökm qanuni qüvvəyə minənədək cinayət törətdiyi bütün hallarda ona hökmlərin məcmusu üzrə deyil, cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-55/2024 nömrəli, 11 mart 2024cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək yəni 3 (üç) gün inzibati və şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 3 (üç) gün müddət nəzərə alınsın, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə nəzərə alınmış 11 mart 2024-cü il tarixdən hazırki iş üzrə 28 iyun 2024-cü il tarixə kimi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 (üç) ay 17 (on yeddi) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəza çəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinə əlavə olunmuş Sədərək Gömrük idarəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs görüntüləri əks olunan bir ədəd elektron məlumat daşıyıcısı, cinayət işində saxlanılsın. Hazırki işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, göstərdiyi hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №1(088)-1/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-1/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver