Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-1/2025 16.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 16:10-da Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 məhkəmə-iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, X4, Təqsirləndirilən şəxs3 və onların vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, tərcüməçi X3 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Türkiyə Respublikasının Bursa şəhərində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında həbsdə saxlanılan-Təqsirləndirilən şəxs1 xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasının Dərələyəz rayonunun, Əmioğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X4 xx.xx.1991-ci il tarixdə Şərur rayonu, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Alışar kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X8 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci və 32.5, 320.2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirlən şəxs Türkiyə Respublikası vətəndaşı Selda X15 Respublikasında məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəmiş, şəxsiyyət vəsiqəsi cəza çəkdiyi çəzaçəkmə müəssisəsində saxlanıldığı, həmçinin məhkum olması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilmədiyi üçün müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən cəzasını çəkdiyi müddətdə əmək məzuniyyətində olduğu zaman özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, **********0 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinin avtovağzalında tanımadığı şəxslərdən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkliyi ilə əldə edib, X5 məxsus “Fiat Doblo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlənərək 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 23 radələrində **********0 nömrəli şəxsiyyət vəsiqəsindən saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Şədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməmişdir. Təqsirləndirlən şəxs Azərbaycan Respublikası vətəndaşı Kazımov X11 Respublikasında məhkum olunmaqla, azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəyən, şəxsiyyət vəsiqəsi cəza çəkdiyi müəssisədə saxlanıldığından, müəyyən edilmiş sənədləri olmadığı üçün Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməyən Türkiyə Respublikası vətəndaşı X13 cinayəti törətməsi üçün vasitə olan Türkiyə Respublikasına məxsus saxta şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə etməsindən ötrü əldə edib, sonuncuya verəcəyi barədə qəsdən qabaqcadan verdiyi vədə əsasən, Selda Ozcanın anket məlumatları və fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış **********0 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinin avtovağzalında tanımadığı şəxslərdən əldə edib, həmin gün Təqsirləndirilən şəxs1 verib, onu şəxsi “Fiat Doblo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsəsində gizlədərək Türkiyə Respublikasının dövlət sərhədindən qanunsuz yolla keçirib neytral zonada düşürmüş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 23 radələrində **********0 nömrəli şəxsiyyət vəsiqəsindən saxta olduğunu biləbilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Şədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirlən şəxs Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Türkiyə Respublikasında məhkum olunmaqla, azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəyən, şəxsiyyət vəsiqəsi cəza çəkdiyi müəssisədə saxlanıldığından, müəyyən edilmiş sənədləri olmadığı üçün Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməyən Türkiyə Respublikası vətəndaşı X13 cinayəti törətməsi üçün vasitə olan Türkiyə Respublikasına məxsus saxta şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə etməsindən ötrü Azərbyacan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 köməkliyi ilə əldə edib, sonuncuya verəcəyinə dair qəsdən qabaqcadan verdiyi vədə əsasən, Təqsirləndirilən şəxs1 anket məlumatları və fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış **********0 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsinin, Təqsirləndirilən şəxs2 köməkliyi ilə 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinin avtovağzalında tanımadığı şəxslərdən əldə edib, Təqsirləndirilən şəxs1 verilməsinə nail olmuş, həmin gün Təqsirləndirilən şəxs2 “Fiat Doblo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsəsində gizlədib Türkiyə Respublikasının dövlət sərhədindən qanunsuz yolla keçirərək neytral zonada düşürdüyü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, 1 avqust 2024-cü il tarixdə, saat 23 radələrində **********0 nömrəli şəxsiyyət vəsiqəsindən saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Şədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 29, 318.1-ci və 320.2-ci, maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin əvvəllərində İstanbul şəhərində cinayət əməli törətdiyi üçün 2023-cü ilin avqust ayında Türkiyə Respublikası Çağlayan məhkəməsinin hökmü ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edildiyini, təxminən 1 (bir) il cəzaçəkmə məntəqəsində saxlanıldıqdan sonra, 07 iyul 2024-cü il tarixdə 10 (on) gün müddətinə məzuniyyətə buraxıldığını, həmin müddət ərzində özünə sənəd düzəldərək Azərbaycan Respublikasına geçmək qərarına gəldiyini, bu məqsədlə də tanışlarının və azərbaycan vətəndaşı Turxanın vasitəsi ilə saxta sənəd hazırlayan Azərbaycan Respublikasının vətəndaşı Elbrus adlı şəxsin mobil nömrəsini alaraq sonuncu ilə telefon əlaqəsi saxladığını, Elbrusun ona saxta şəxsiyyət vəsiqəsi düzəldə biləcəyini və bunun müqabilində 400 (dörd yüz) ABŞ dolları alacağını bildirdiyini, həmin şəxslə razılaşdıqdan sonra Elbrusun dediyi karta 400 (dörd yüz) ABŞ dolları atdığını, bir neçə gün Elburusla İğdir şəhərində oteldə qaldıqlarını, sonra Elbrusun ona **********0 nömrəli Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini verdiyini, şəxsiyyət vəsiqəsini aldıqdan sonra 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının dövlət sərhədini qanunsuz yolla, yəni Elbrusun avtomobilinin baqajında gizlənməklə keçib “Sədərək” sərhəd nəzarəti şöbəsinə gəldiyini, “Sədərək” sərhəd nəzarəti şöbəsində **********0 nömrəli şəxsiyyət vəsiqəsini sərhəd naryadına təqdim etdiyini, şəxsiyyət vəsiqəsi saxtalıqda şübhəli bilindiyi üçün 1 avqust 2024-cü tarixdə, saat 23 radələrində sərhəd naryadı tərəfindən saxlandığını və aparılan sorğu zamanı **********0 nömrəli şəxsiyyət vəsiqəsini Azərbaycan Respublikasının vətəndaşı olan Elbrus adlı şəxsin 400 (dörd yüz) ABŞ dolları müqabilində İğdir şəhərində avtovağzaldan götürərək ona verdiyini, törətdiyi əməldən çox peşman olduğunu, əlacsız olduğu üçün gömrüyü qanunsuz olaraq saxta sənədlərlə keçdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 32.5, 29, 318.1, və 32.5, 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, saxlanılmasından təxminən 2 ay əvvəl istifadəsində olan ***-***-**-** nömrəsinə Turxan adlı şəxsin zəng edərək nömrəsini Naxçıvan MR-dan Rza adlı tanışından götürdüyünü, ona bir nəfər Türkiyə Respublikası vətəndaşının sərhəddən qanunsuz yolla Azərbaycan Respublikasına keçməli olduğunu, bu işdə ona köməklik etməsi üçün tanışlarının olduğunu dediyini, Turxana Türkiyə Respublikasında “TİR” şoferlərinin 800 dollar müqabilində bu işlə məşğul olduğunu bildirdiyini, o da onun həmin təklifi ilə razılaşaraq Türkiyə Respublikası vətəndaşı Selda Ozcana köməklik etməyini xahiş etdiyini, Turxan adlı şəxs ona Təqsirləndirilən şəxs1 mobil nömrəsini ataraq onunla əlaqə saxlamasını bildirdiyini, o da, öz növbəsində həmin nömrəyə yığaraq Selda ilə əlaqə saxlamış və sonuncunun İgdır şəhərində bir otelda qaldığını öyrəndiyini, səhəri gün Türkiyə Respublikasının İğdır şəhərinə gedərək Selda ilə görüşmüş, sonuncunun Türkiyə Respublikasında məhkumluq həyatı yaşadığını, hazırda 10 günlük məzuniyyətə çıxdığını, yenidən türməyə qayıtmaq istəmədiyi üçün Azərbaycan Respublikasına Türkiyə Respublikasından qanunsuz yolla keçmək istədiyini bildirdiyini, Seldadan şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşduqda, Selda şəxsiyyət vəsiqəsinin türmədə qaldığını, lakin tanımadığı şəxslər tərəfindən ona şəxsiyyət vəsiqəsi düzələcəyinin bildirildiyini, Naxçıvan MR-na qayıdıb Turxanla əlaqə saxlamış və Selda ilə görüşdüyünü, Seldanın şəxsiyyət vəsiqəsinin olmadığını, kimlərinsə ona saxta şəxsiyyət vəsiqəsi düzəldəcəkləri barədə söz verdiyini, Turxan ona həmin adamı tanıdığını və həmin şəxsin köməkliyi ilə sənədi düzəldəcəyini, onun isə yalnız Seldanı Türkiyə Respublikası sərhədindən keçirməli olduğunu bildirdiyini, Turxan adlı şəxsə özünün Selda Ozcandan xoşunun gəldiyini və onunla ailə həyatı qurmaq niyyətində olduğunu bildirdiyini, bundan sonra Turxan saxta şəxsiyyət vəsiqəsi düzəldən Həsən adlı şəxsin nömrəsini (+**********34) ona yolladığını, Həsən adlı şəxslə əlaqə saxlıyaraq Təqsirləndirilən şəxs1 düzəldəcəyi sənədlə bağlı, bundan sonra onun ilə əlaqə saxlamasını və nə lazım olsa ona deməsini bildirdiyini, təxminən 4-5 gündən sonra Həsən adlı şəxs onunla əlaqə saxlıyaraq sənədin hazır olduğunu və İğdır şəhərində yerləşən avtovağzalda bilet satılan yerdən götürə biləcəyini bildirdiyini, o da, öz növbəsində Selda ilə əlaqə saxlıyaraq İğdır şəhərinə gedib onu oteldən götürərək avtovağzala yollandığını, Selda avtomobildə gözlədiyini, o isə həmin şəxsiyyət vəsiqəsini götürmək üçün bilet satılan yerə yaxınlaşdığını, orada oturan şəxsə burada kimlik olduğunu, həmin kimliyin ona çatacağını bildirdiyini, həmin şəxs kağıza bükülmüş bir kimlikliyi ona verdiyini, həmin gün, yəni 01 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1ı ona məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsəsində gizlədərək Türkiyə Respublikasının dövlət sərhədindən qanunsuz yolla keçirmiş, neytral zonada düşürmüş və Selda, orada olan avtobusa minərək Azərbayacan Respublikası ərazisinə keçmək istiyərkən saxlanıldığını, Selda Özacan ilə Türkiyə Respublikasının İğdır şəhərində dəfələrlə görüşdüyünü, lakin ondan 400 dollar pul almadığını və qeyd olunan şəxsiyyət vəsiqəsini düzəltdirmədiyini, saxta sənəd düzəldən Həsən adlı şəxsin nömrəsini ona, Turxan adlı şəxsin yolladığını, onunla əlaqə saxlamağını, lakin 400 dollar pulu Seldanın həmin şəxslərə konum vasitə ilə Turxanın ona göndərdiyi yerdə olan tanımadığı şəxsə verdiyini bildirdiyini, Həsən adlı şəxslə şəxsi tanışlığının olmadığını, onunla heç vaxt görüşmədiyini, sadəcə onunla telefonla (+**********34) nömrə ilə danışdığı zaman Həsənin danışıq ləhçəsindən Azərbayacan Respublikası vətəndaşı və Naxçıvanlı olduğunu bildiyini, etdiyi əməldən çox peşman olduğunu, iki azyaşlı övladının olmasını ona görə də ona yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Elburus Kazımovla eyni rayonlu olduğunu, əvvələr onu tanımadığını qohumlarının vasitəsi ilə Təqsirləndirilən şəxs2 tanıdığını, Elburus Kazımovun türkiyədən azərbaycana və əksinə qaçaq adam keçirdiyini və saxta sənəd düzəltdiyini eşitdiyini, bu baxımda onunla telefon əlaqəsi saxlayaraq bir nəfərə köməklik edilməsini Elburusa dediyini, telefonuna baxış keçirilən zaman, sonuncunun mobil telefonunda whatsapp proqramında +**********59 nömrəli “Tufan Tufan Bakı T” adlı şəxsin digər Türkiyə Respublikası +**********34 nömrəsi ilə yazışmasının fotoşəkilləri aşkar olunmuş həmin nömrə ona məxsus olduğunu və həmin mobil nömrəni o istifadə edərək həmin şəxslə yazışdığını, həmin yazışmalarda Həsən adlı şəxs ona Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin hazır olduğunu, bunun müqabilində 400 dollar pul alacağını dediyini, bu məqsədlə də haradan, necə pul almalı olduğunu danışdığını, ona Təqsirləndirilən şəxs1 olduğu konumu atdığını, saxta sənəd düzəldən şəxsin adının Həsən olduğunu, lakin onun anket məlumatları barədə heç bir məlumatı olmadığını, həmin şəxsin nömrəsini ona Türkiyə Respublikasında dostlarının tanışları tərəfindən verildiyini, həmin şəxsin nömrəsini Təqsirləndirilən şəxs2 yollamış və sonradan whatsapp vasitəsi ilə konfrans quraraq bir yerdə danışaraq Təqsirləndirilən şəxs1 saxta şəxsiyyət vəsiqəsini necə düzəldə biləcəyini danışdıqlarını, Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Təqsirləndirilən şəxs2 nömrəsini yolladıqdan sonra sonuncunu tanıdığını, Təqsirləndirilən şəxs1 saxta sənəd düzələcəyi barədə və həmin saxta sənədlə qeyri qanuni yolla Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçəcəyi barədə məlumatı olduğunu və Seldaya bu işdə köməklik etmək barədə vəd verdiyini, etdiyi əməldən çox peşman olduğunu bir də belə hallara yol verməyəcəyini, himayəsində 4 uşağının olmasını nəzərə alınmasını və on yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin mühafizəçisi, gizir Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə saat 09:00-dan 02 avqust 2024-cü il saat 09:00-dək “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətinə təyin olduğunu, xidmətdə olduğu zaman 01 avqust 2024-cü il tarixdə saat 22:53 radələrində “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətində olarkən Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində gələn vətəndaşdan sənədlərini təqdim etməsini xahiş etdiyini, vətəndaşın ona Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini təqdim etdiyini, şəxsiyyət vəsiqəsinə vizual baxış keçirərkən şəxsiyyət vəsiqəsinin mikroçaplarından, elektron məlumat daşıyıcısından (çipindən) və görünüşündən şüphələndiyini, bu barədə dərhal “növbə rəisi” baş leytenant X9 məruzə etdiyini, baş leytenant Şahid2 dərhal həmin yerə gələrək Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 araşdırma aparılması üçün rejima apardığını, bundan sonra Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 01 avqust 2024-cü i! saat 22:53-də saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş leytenant X14 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsləri, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Giriş-çıxış və qeydiyyat İAMAS üzrə çıxarışın məzmunundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 saxta sənəddən istifadə etməklə xx.xx.2024-cü il tarixdə, saat 07:26 radələrində Sədərək sərhəd keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikasına keçmək istəmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 sərhəd naryadı tərəfindən saxlanılmış, sərhəd naryadına təqdim etdiyi Türkiyə Respublikasına məxsus **********0 nömrəli şəxsiyyət vəsiqəsi tam saxta olduğu aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, xx.xx.2024cü il tarixdə saat 19:45-də 24 saat müddətinə inzibati qaydada tutulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-418/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtan yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli 5/896 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Təqsirləndirilən şəxs1 adına olan **********0 nömrəli Türkiyə Respublikasının kimlik kartı xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələrlə təchiz olunmuş sənədlərin, o cümlədən eyniləşdirici kartların hazırlanmasında istifadə olunmur. Əlavə olaraq 16 avqust 2024-cü il tarixli 5/896 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 90 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1, 32.5 və 320.2-ci maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollundan görünür ki, Təqsirləndirilən şəxs1 şahid Təqsirləndirilən şəxs2 qarşı ilkin ifadəsində dediklərini təsdiqləmiş, lakin saxta şəxsiyyət vəsiqəsinin düzəlməsinə görə 400 dolar pullu Təqsirləndirilən şəxs2 vermədiyini, Təqsirləndirilən şəxs3 ona atdığı konuma gedərək, orada tanımadığı şəxslərə verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə üzləşdirmə protokollundan görünür ki, Təqsirləndirilən şəxs2, şahid Təqsirləndirilən şəxs3 qarşı ilkin ifadəsində dediklərini təsdiqləmiş, şahid Təqsirləndirilən şəxs3 etdiyi əməli etiraf edərək təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saxta sənəd düzələcəyi barədə və həmin saxta sənədlə qeyri qanuni yolla Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçəcəyi barədə məlumatı olduğunu, ona köməklik etdiyini, Selda Ozcan konum ataraq 400 dollar pulu saxta sənəd düzəldən şəxslərə verməsini, Təqsirləndirilən şəxs2 da saxta sənədi düzəldən Həsən adlı şəxslə onun tanış etdiyini etiraf etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-613/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310, 32.4 və 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Azərbaycan Respublikası vətəndaşı X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdirlər. Belə ki, təqsirləndirlən şəxs Türkiyə Respublikası vətəndaşı Selda X15 Respublikasında məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəmiş, şəxsiyyət vəsiqəsi cəza çəkdiyi çəzaçəkmə müəssisəsində saxlanıldığı, həmçinin məhkum olması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilmədiyi üçün müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən cəzasını çəkdiyi müddətdə əmək məzuniyyətində olduğu zaman özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, **********0 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinin avtovağzalında tanımadığı şəxslərdən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkliyi ilə əldə edib, X5 məxsus “Fiat Doblo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilində 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 23 radələrində **********0 nömrəli şəxsiyyət vəsiqəsindən saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Şədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci və 32.5, 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdirlər. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Selda X15 Respublikasında məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəmiş, Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilmədiyi üçün müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən cəzasını çəkdiyi müddətdə əmək məzuniyyətində olduğu zaman özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, **********0 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinin avtovağzalında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkliyi ilə əldə edib, X5 məxsus “Fiat Doblo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlənərək 1 avqust 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 23 radələrində **********0 nömrəli şəxsiyyət vəsiqəsindən saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Şədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən bilə-bilə saxta sənədlərdən istifadə edərək keçmək istəməsini və cinayətin törədilməsində yardım edilməsi və köməklik göstərilməsi həmin əməlin qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci və 32.5, 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318 və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 29, 32.5, 318.1, 320.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci və 32.5, 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41- ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə və həmin məcəllənin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onlara hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də X10 barəsində Azərbaycan Respblikası CM-nin 32.5, 29, 318.1-ci və 32.5, 320.2-ci, Təqsirləndirilən şəxs3 barəsində 32.5, 29, 318.1 və 32.5, 320-ci, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respblikası CMnin 29, 318.1 və 320.2-ci maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, CM-nin 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 2 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmiş, həmin məcəllənin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 1 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə çıxır ki, CM-nin 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 2 il, CM-nin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 1 il qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.1-ci maddəsinin sanksiyasında 3 aydan 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.1-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CM-nin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Ancaq cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı şəraitdə təqsirləndirilən şəxslərə CM-nin 318.1-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən müəyyən olunmuş 3 ay-2 il arası və CMnin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 1 il arası həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər cinayət əməli törətmələrini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirirlər. Onlar cinayət törətməsini etiraf etmiş, cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin obyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişlər. Təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 318.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, cinayət əməli törətmələrini etiraf edib, bundan səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri CM-nin 29, 32.5, 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğun saymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən və az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 02 avqust 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X10 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbir ilə dəyişdirilməli, X10 və Təqsirləndirilən şəxs3 məhkəmə zalından həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Selda X15 Respublikası vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlilli olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs1 Türkiyə Respublikası vətəndaşı olmasını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını və Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X4 və Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etmişdirlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM- nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza xərci olaraq 90 manat alınıb (büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE********************) Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 adına hazırlanmış Türkiyə Respublikasına məxsus **********0 nömrəli kimlik kartı ( şəxsiyyət vəsiqəsi) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1( bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:45-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.5, 318.1 və 32.5, 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədibiri dəyişdirilsin və o,dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 318.1 və 32.5, 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 320.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədibiri dəyişdirilsin və o,dərhal məhkəmə zalından həbs edilsin. X4 və Təqsirləndirilən şəxs3 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına təhvil verilməsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hazırki işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza xərci olaraq 90 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına ödənilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 adına hazırlanmış **********0 nömrəli kimlik kartı (şəxsiyyət vəsiqəsi) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-1/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-1/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver