Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-10/2024 30.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 11:30 Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Sədərək Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixində Şərur rayon Sədərək kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, 3 uşaq atası, haliyyədə himayəsində 2 yetkinlik yaşına çatmayan övladı olan, hal-hazırda Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 03 avqust 2024-cü il tarixdə polis nəzarətinə vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs məxsus “**********249471” saylı kart hesabından 24 aprel 2024-cü il tarixdə saat 21:59 radələrində informasiya texnologiyalarından istifadə edilməklə 110 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, texnologiyalarından istifadə edilməklə 25 aprel 2024-cü il tarixdə saat 23:55 radələrində Zərərçəkmiş şəxs məxsus “**********249471” saylı kart hesabından 222 manat pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 332 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, həyat yoldaşından ayrıldıqdan sonra Sədərək rayon Qaraağac kəndində atasına məxsus olan evdə atası, anası və iki övladı ilə birlikdə yaşadığını, iş olduqca gedib günlük işlərdə işləyərək qazandığı pul ilə ailəsini dolandırdığını, 23 aprel 2024-cü il tarixdə axşam saat 21:00 radələrində kənddə yerləşən çayçıdan evə gedən zaman yolda qara rəngli mobil telefon görüb götürdüyünü, götürdükdən sonra həmin telefonun qonşusu Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyini, Zərərçəkmiş şəxs telefonunda hər hansı bir çətinlik olanda həmişə qonşu kimi ona gətirdiyindən telefonda olan “Birbank” proqramınıda o, yüklədiyindən parolunu bildiyini, o həmin vaxt Zərərçəkmiş şəxs telefonunu vermək üçün onların yaşadığı evə getdiyini, qapılarını döysədə heç kəs cavab vermədiyini, 24 aprel 2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Zərərçəkmiş şəxsla görüşdüklərini, həmin vaxt Zərərçəkmiş şəxs ona piyvə almağı təklif etdiyini, oda kəndə Zahir adlı şəxsin avto yumasına iş danışmağa gedəcəyini bildirdiyini, avtoyumaya getsədə işçi götürdüklərini bildirdiklərini, oradan çıxıb bir başa Qaraağac kəndində olan Zamin adlı həmkəndilisinin kafesinə Cabbarın yanına getdiyini, Zərərçəkmiş şəxs ilə bir necə bakal piyvə içdikdən sonra, Cabbarın masadan qalxıb getdiyini, kafedə “Wifi” olduğu üçün o, Cabbarın telefonu ilə əvvəlcədən kodunu bildiyindən “Birbank” mobil tətbiqinə daxil olduğunu, Zərərçəkmiş şəxs kart hesabında 112 manat pulun olduğunu gördüyünü, həmkəndlisi Şahid2 zəng edərək kart hesabını söyləməsini və ona pul atacağını bildirdiyini, İsanın kartının kodunu ona söylədiyini, onun kart hesabına Zərərçəkmiş şəxs kart hesabından 110 manat pul atdığını. sonra Şahid2 kəndə gəlməsini və pulu çəkib ona verməsini bildirdiyini, Şahid2 kəndə gəldiyini və kartını verib kodunu söylədiyini, özünün avtomobildə əyləşdiyini, onun gedib kartdan pulu çəkdiyini, bundan sonra İsaya Fatimə adlı tanışının yanına Şərur rayon Kürçülü kəndində olan “Tac” kafeyə getməsini bildirdiyini, Fatimənidə oradan götürüb Şərur rayon Zeyvə kəndində yerləşən “Oskar” adlı kafeyə getdiklərini, “Oskar” adlı kafedə Şahid2, Fatimə, o və onları “Oskar” restoranına aparan taksi sürücüsü Elməddinində onlarla əyləşdiyini, orada yemək yediklərini və piyvə içdiklərini, restoranda nə qədər pul xərclədiyini xatırlamadığını, oradan qalxdıqdan sonra Fatimə Səma adlı xanım tanışına zəng etdiyini, Səmanı Şərur şəhərində tanımadığı ünvandan götürdüklərini və ünvan 2ənarına getdiklərini, orada bir müddət söhbət etdikdən sonra qızların hər ikisini Şərur şəhərində yerləşən tanınmadığı ünvanlara aparıb düşürdüklərini, sonra İsa ilə Sədərək kəndinə öz evlərinə geri döndüklərini, taksi sürücüsü Elməddinə 20 manat pul verdiklərini, evə gələndə cibində 3 manat pulu qaldığını, 25 aprel 2024-cü il tarixdə kənddə Oktay adlı həmkəndlisinin pirket sexində gedib işlədiyini, 17 manat pul aldığını, axşam saat 19:00 radələrində yaşadığı evə getdiyini, saat 21:00 radələrində evdən çıxıb kənd mərkəzinə getdiyini, 23:00 radələrində evə geri dönən zaman “X11” yanından keçərkən telefon oranın “Wifi”na qoşulduğunu və telefona sms-lər gəldiyini, sms-lərə baxan zaman Kapital Bankdan hesaba 220 manat pul köçdüyünü gördüyünü, həmin vaxt İsaya zəng edib kartına pul atacağını bildirdiyini, İsa onun yanına gələnə kimi kartda olan 222 manat pulu Şahid2 kart hesabına atdığını, yenə kənddən həmin pulu çəkdiyini, taksi sürücüsü Xudaverdini çağırdığını və birlikdə Oskar restoranına getdiklərini, Fatimənin onlardan öncə restorana gedib orada onları gözlədiyini, birlikdə kabinetlərin birində əyləşib yeyib içdiklərini, sonra avtomobil ilə Naxçıvan şəhərinə getdiklərini, biraz orada gəzib yenidən evə geri döndüklərini, Fatiməni Şərur şəhərində evlərinə düşürdüklərini, Sədərək kəndinə geri dönəndən sonra Xudaverdi adlı taksi sürücüsünə 35 manat pul verdiyini, həmin günün səhəri özünə paltar almaq üçün Şərur şəhərinə getdiyini, təxminən 50 manatlıq paltar aldığını və Sədərək kəndinə geri döndüyünü, həmin gündən bir neçə gün sonra Zərərçəkmiş şəxs kart hesabından pulun çəkildiyini bildiyini və polis şöbəsinə müraciət etdiyini, bundan sonra polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiyini, o Zərərçəkmiş şəxs məxsus kart hesabından pulu oğurlayıb Şahid2 məxsus kart hesabına atan zaman Şahid2 pulu oğurlaması barədə heç bir söz demədiyini, Zərərçəkmiş şəxs məxsus kart hesabından pulu oğurlayıb Şahid2 məxsus kart hesabına atan zaman Şahid2 heç bir məbləğ vermədiyini, birlikdə yeyib-içdiklərini, onlarla birlikdə Oskar restoranında yeyib-içən taksi sürücüləri Xudaverdi, Elməddin, həmçinin Fatimə və Səma adlı xanımlar pulu oğurladığı barədə məlumatlarının olmadığını, onlara bu barədə heç bir söz demədiyini, onlarla birlikdə Oskar restoranında gedən taksi sürücüləri Xudaverdi və Elməddinnin orada spirtli içki qəbul etmədiklərini, Zərərçəkmiş şəxs məxsus kart hesabından qeyd olunanlardan əlavə heç bir məbləğdə pul oğurlamadığını, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı iki övladının olduğunu, ondan ayrı yaşayan bir övladına isə hər ay 120 manat aliment ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, təxminən 7-8 aydır ki, həyat yoldaşı X7 Respublikasında yaşayan övladının yanına getdiyini, hal-hazırda o, Sədərək kəndində tək yaşadığını, 2017-ci il tarixdən 2-ci qrup əlil kimi təqaüdə çıxdığını, 220 manat təqaüd aldığını və aldığı təqaüd ilə özünü dolandırdığını, 24 aprel 2024-cü il tarixdə telefonunda olan birbank mobil tətbiqi vasitəsi ilə pula ehtiyacı olduğu üçün kredit götürdüyünü, Kredit götürməkdən anlayışı olmadığından krediti götürməyə həmkəndlim Zamin Kərimovun köməklik etdiyini, həmin vaxt o, 1000 manat kredit götüdüyünü, həmin kreditin 890 manatını Sədərək rayon Sədərək kəndində olan Sədərək Rabitə idarəsinin binasında olan “Kapital Banka” məxsus bankomatdan çəkdiyini, həmin pulu bir neçə yerə borcu olduğu şəxslərə payladığını, həmin gün necə oldusa o, mobil telefonunu itirdiyini, lakin harda itirdiyini xatırlamadığını, nə qədər axtarsada telefonunu tapa bilmədiyini, 25 aprel 2024-cü il tarixdə təqaüdlərin yükləndiyini bildiyindən kəndə təqaüdünü çəkməyə getdiyini, kartı bankomata salanda, təqaüdü və kreditdən qalan əlavə 110 manat pul kartda olmadığını gördüyünü, bundan sonra təqaüdlərin gecikə biləcəyini düşünərək bir müddət gözlədiyini, 02 may 2024-cü il tarixdə pulun yüklənmədiyini görüb "xxxx"a getdiyini, kapital bankın əməkdaşlarının ona təqaüdün yükləndiyini, lakin hansısa karta getdiyini söylədiklərini və bununla bağlı çıxarış verdiklərini, bundan sonra o, polisə müraciət etdiyini, onun 5103-0716-9424-9471 nömrəli kart hesabından kreditdən qalan 112 manat və 220 manat təqaüdü olmaqla ümumilikdə onun kart hesabından 332 manat pul çəkildiyini bildirdiyini, ondan sonra polis əməkdaşları tərəfindən həmkəndlisi Təqsirləndirilən şəxs saxlandığını eşitdiyini, istintaq zamanı Rəcəbin onun bankomat kartından 332 manat pulunu oğurladığı müəyyən edildiyini, Rəcəb tərəfindən oğurlanmış 332 manat pulun məhkəməyə qədər ona ödənildiyini, ona məxsus telefonuda özünə qaytarıldığını, Rəcəblə həmkəndli və qonşu olduqlarına Rəcəbin himayəsində azyaşlı uşaqları olduğuna görə onunla barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını, bu baxımdan Təqsirləndirilən şəxs yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Sədərək rayon Sədərək kəndində babası Şahid2 Rza oğluna məxsus olan evdə nənəsi, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşadığını, işsiz olduğunu və arada taksi faliyyəti ilə məşğul olduğunu, 24 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində Sədərək rayon Qaraağac kənd sakini və tanışı olan Təqsirləndirilən şəxs ona zəng edərək kart hesabını bildirməyimi və ona pul atacağını, sonradan isə pulu ondan alacağını bildirdiyini, oda kartının üzərində olan 16 rəqəmli kodu bildirdiyini və bir neçə dəqiqədən sonra pulun kartına yükləndiyini gördüyünü, həmin vaxt evdə olduğunu və oradan çıxıb kənd mərkəzinə getdiyini, orada Rəcəb ilə görüşüb kartını ona verdiyini, Rəcəb bankomatdan pulu çəkmiş 104 manat olduğunu bildirdiyini, oda kartdan tutqu ola biləcəyini söylədiyini, bundan sonra həmkəndlisi Elməddin adlı taksi sürücüsünü çağırdığını və Rəcəb ilə Şərur rayon Kürçülü kəndində yerləşən “Tac kafe”də Fatimə adlı tanışını görməyə getdiklərini, ora çatan zaman Fatimənin çölə çıxdığını və birlikdə Şərur rayon Zeyvə kəndində yerləşən Oskar restoranına getdiklərini, orada birlikdə spirtli içki qəbul edib yemək yediklərini, sonra Fatimənin tanışı olan Səma adlı xanımı Şərur şəhərində tanımadığı ünvandan götürdüklərini, birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən Arpa çayının yaxınlığına gedib orada bir müddət söhbət etdikdən sonra geri dönüb qızları Şərur şəhərində tanımadığı ünvanda düşürüb Sədərək kəndinə geri döndüklərini, 25 iyun 2024cü il tarixdə axşam saat 23:00 radələrində kənddə Sədərək restoranından çıxıb evə gedən zaman Təqsirləndirilən şəxs ona zəng edərək kart hesabını yadında saxladığını, hesaba pul atdığını və görüşməyini bildirdiyini, Sədərək kəndində bankomatın yanında Rəcəb ilə görüşdüyünü, kartını pulu çəksin deyə Rəcəbə verdiyini, onunda gedib bankomatdan 220 manat pulu çəkdiyini və Xudaverdi adlı taksi sürücüsünü çağırıb Oskar restoranına getdiklərini, Fatimənin öncədən ora getdiyini, birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etdiklərini, bundan sonra Naxçıvan şəhərinə getdiklərini, orada biraz gəzdikdən sonra geri dönüb Fatiməni Şərur şəhərində düşürdüklərini, sonra Sədərək kəndinə gəldiklərini, Təqsirləndirilən şəxs onun kart hesabına ilk dəfə 110 manatı atanda nə pul olduğunu soruşduğunu, onunda alimentin pulu olduğunu bildirdiyini, pulu xərcləyəndə aliment olduğunu söylədiyini bildirdiyini, onunda atasının Bakı şəhərində olduğunu pulu oradan atdığını bildirdiyini, Təqsirləndirilən şəxs ona məxsus kart hesabına pulu atdıqdan sonra ona heç bir məbləğdə pul vermədiyini, ancaq birlikdə yeyib-içdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində ailəli və 2 övlad atası olaraq Sədərək rayon Sədərək kəndində yaşadığını, İİ qrup əlili olduğunu, heç bir yerdə işləmədiyini, özünə məxsus olan “Lifan-320” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil ilə arada taksiçilik fəaliyyəti ilə məşğul oolduğunu, 25 aprel 2024-cü tarixdə saat təxminən 22 radələrində həmkəndlisi Şahid2 ona zəng edərək onu “oskar” restoranına aparmağını istədiyini, İsa ilə razılaşıb Sədərək rayon Elektrik İdarəsinin yanında onunla görüşdüyünü, Elektrik İdarəsinin yanında olan zaman həmkəndlisi Rəcəbində İsanın yanında olduğunu gördüyünü, onları avtomobil ilə götürüb “Oskar” restoranına apardığını Restorana çatan zaman bir nəfər tanımadığı qadının da orda olduğunu İsa ilə Rəcəbi gözlədiyini gördüyünü, Birlikdə restoranda kabinetdə oturub yemək yediklərini, sonra Rəcəbin gəzmək üçün şəhərə getməyi təklif etdiyini, oda onlarla razılaşıb Naxçıvan şəhərinə gedib orada avtomobil ilə gəzdirdiyini, sonra yenidən geri döndüklərini, Şərur şəhərində Fatimə adlı qadını tanımadığı ünvanda düşürdüyünü, bundan sonra Sədərək kəndinə gəlib İsa ilə Rəcəbi düşürüb evinə getdiyini, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə “Oskar” restoranına gedən zaman onların pulu haradan əldə etmələri barədə heç bir söz deməmlərini, Təqsirləndirilən şəxs “Oskar” restoranında xərclədiyi pulu oğurladığını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində ailəli olduğunu, 1 uşaq atası olduğunu, hal-hazırda kənd camatına məxsus olan xırda buynuzlu heyvanları pul qarşılığında otardığını və əlavə olaraq da mərhum atasına məxsus olan “Xəzər” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil ilə taksiçilik fəaliyyəti ilə məşğul olduğunu, 24 aprel 2024-cü tarixdə saat 23:00 radələrində Sədərək rayon Sədərək kəndində evdə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək taksi lazım olduğunu və onu “Oskar” restoranına aparmağını istədiyini, onunda onunla razılaşmış və Sədərək kəndində yerləşən Elektrik İdarəsinin yanına getdiyini, oradan Təqsirləndirilən şəxs və Şahid2 götürüb yola çıxdıqlarını, Rəcəb avtomobildə olan zaman Şərur rayon Kürçülü kəndinə gedib adam götürəcəyini bildirdiyini, o ilk öncə avtomobili Şərur ayon Kürçülü kəndinə sürdüyünü orada “Tac” kafenin yanında avtomobilə tanımadığı bir nəfər xanım əyləşdiyini, onları Şərur rayon Zeyvə kəndində yerləşən “Oskar” restoranına apardığını, Rəcəb ona bir müddət oturub sonra duracağını və evə geri dönəcəklərini, bu səbəbdən onunda onlarla oturub yemək yeməyini söylədiyini, onunla razılaşdığını və onlarla birlikdə oturub restoranda yemək yediyini, lakin spirtli içki qəbul etmədiyini, bir müddət orada oturduqdan sonra qalxaraq Şərur şəhərinə getdiklərini və oradan bir nəfər əlavə adını bilmədiyi xanımda avtomobilə əyləşdiyini, oradan Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində yerləşən Arpaçay körpüsünün yanına getdiyini, orada Rəcəb, İsa və iki nəfər xanım avtomobildən düşüb çayın kənarına getdiyini, onlar getdikdən sonra avtomobildə yatdığını, təxminən bir saat onlar orada oturduqlarını, onlar geri dönüb avtomobilə geri gəldiklərini və xanımları aparıb Şərur şəhərində tanımadığı ünvanda düşürdüyünü, oradan isə İsa və Rəcəb ilə birlikdə Sədərək rayon Sədərək kəndinə geri döndüklərini, həmin vaxtdan sonra o, İsa və Rəcəblə heç bir yerə getmədiyini, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə “Oskar” restoranına gedən zaman pulu haradan əldə etmələri barədə hər hansı bir söz soruşmadığını, onlarında heç nə demədiklərini, həmin vaxt Təqsirləndirilən şəxs “Oskar” restoranında xərclədiyi pulu oğurladığını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ailəli olduğunu və 3 övladının olduğunu, təxminən 1998-ci il tarixdən Sədərək rayon Rabitə İdarəsində müxtəlif vəzifələrdə işlədiyini, 2010-cu il tarixdən 2021-ci il tarixə kimi rabitə idarəsinin müdiri vəzifəsində işlədiyini, 2024-cü il tarixdən isə təqaüdə çıxdığını, övladı Təqsirləndirilən şəxs ailə həyatı qurub ayrıldığını və iki övladı olduğunu, iki övladı ilə birlikdə ona məxsus evdə onunla birlikdə yaşadığını, Rəcəbin müxtəlif yerlərdə fəhlə kimi işlədiyini, 02 may 2024-cü il tarixdə polis şöbəsindən övladı Təqsirləndirilən şəxs çağıran zaman onunla birlikdə polis şöbəsinə gəlmiş və bundan sonra Rəcəbin həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Bir bank” hesabından pul oğurladığını bildiyini, Sədərək Rayon Qaraağac kənd sakini Zərərçəkmiş şəxs ilə hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmadığını, Rəcəbin bir müddət Cabbarla birlikdə işlədiyini, övladı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 332 manat pulu oğurlayandan sonra ona bu barədə heç bir söz deməmiş və heç bir məbləğdə pul vermədiyini, onun polis şöbəsinə gələndən sonra Rəcəbin oğurluq etməsindən xəbəri olduğunu, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı məhkəməyə qədər tam ödədiklərini və barışıq əldə etdikləri bildirmişdir. Təqsirləndirilən şəxs şahidlərin ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə başlanılaraq icraata qəbul edilimiş və həmin tarixdə vətəndaş Zərərçəkmiş şəxs maddi zərər yetirildiyi müəyyən edildiyinidən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2024xx.xx.2024-cü il tarixli dövrü əhatə edən çıxarışdan və xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli kapital bank kartına köçürmə barədə qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 510307******9471 nömrəli kartdan İS******** A******** məxsus olan 523915******7202 nömrəli karta xx.xx.2024-cü il tarixdə saat 21:59-da 110 manat, xx.xx.2024-cü il tarixdə saat 23:55-də 222 manat məbləğində pul mədaxil edilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış aparılması haqqında protokolundan görünür ki, “Samsung A2 core” markalı mobil telefon qara rəngli, saz və işlək vəziyyətdədir. Telefonun önü həssas ekrandan ibarətdir. Telefonun arxa hissəsinin qapaqla örtülü olduğu görsənir və qapağın yuxarı orta hissəsində markanı bildirən “Samsung” yazısı həkk olunub. Mobil cihazın sağ tərəfində olan düymə vasitəsilə mobil telefon açıldı, telefonda heç bir təhlükəsizlik parolu yoxdur, mobil cihazın proqramlar menyusunda yerləşən, internetlə işləyən “Birbank” adlı proqrama daxil olundu, həmin proqramın fəaliyyəti Zərərçəkmiş şəxs məxsus “Kapitan Bank” plastik kartının içərisində olan pulların idarə olunmasından ibarətdir. Zərərçəkmiş şəxs məxsus **********249471 nömrəli kart hesabına daxil olub 24 aprel 2024-cü il tarixindən 25 aprel 2024-cü il tarixə kimi olan müddətdə mədaxil və məxaric əməliyyatlarına baxılan zaman kart hesabında olan 112 manat pulun 110 manatı 24 aprel 2024-cü il tarixdə saat 21:59 dəqiqədə İS***** A***** məxsus olan 523915******7202 nömrəli kart hesabına məxaric edildiyi, 25 aprel 2024-cü il tarixdə saat 18:27 dəqiqədə Zərərçəkmiş şəxs məxsus **********249471 nömrəli kart hesabına 220 manat pulun mədaxil edilidiyi, 25 aprel 2024-cü il tarixdə saat 23:55 dəqiqədə Zərərçəkmiş şəxs məxsus **********249471 nömrəli kart hesabından 222 manat pulun İS***** A***** məxsus olan 523915******7202 nömrəli kart hesabına məxaric edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış protokolları, protokollar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 471 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, təqdim olunmuş 1 ədəd qara rəngli, 16 GB daxili yaddaşı olan “Samsung A2 core” markalı mobil telefonun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti 45 manat müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Əlavə olaraq məhkəmə istintaqında da iş üzrə zərərərçəkmiş şəxs 18 sentyabr 2024cü il tarixdə yazılı ərizə verərək ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tam ödədiyindən ondan heç bir şikayətinin olmadığını bildirmişdir İş materiallarında Azərbaycan Respublikası Naxçıvan X9 Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 19 avqust 2024-cü il tarixli 1441 saylı məktubundan görünür ki, Qədimzadə X5 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatına alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Sədərək rayon Qaraağac kəndində qeydiyyatdadır və oğurluq hadisəsi baş verən vaxtadək müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadəsinə, zərərçəkmişin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq - təkrarən, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarı) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, iki azyaşlı uşağını tək böyütməsini, bir azyaşlı uşağına görə isə hər ay aliment ödəməsini (aliment ödəyicisi olduğuna görə) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini, iki azyaşlı uşağını tək böyütməsini, bir azyaşlı uşağına görə isə hər ay aliment ödəməsini (aliment ödəyicisi olduğuna görə) cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra və probasiya bölməsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası Sədərək Rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sədərək Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sədərək Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsait dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-10/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-10/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver