Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-10/2025 25.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 17:40-da Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis X4 iştirakları ilə, xx.xx.1992-cı il tarixdə Sədərək rayon Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, halhazırda Sədərək rayon Heydərabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 17 iyun 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 1 (bir) ədəd predmetin kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı beşbarmağı əldə etmiş və 08 aprel 2025-ci il tarixdə saat 20:50 radələrində Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən evinə baxış keşirilən zaman Sədərək RPŞ-in CAB-ın əməkdaşları tərəfindən 01 ədəd yuxarıda qeyd olunan predmet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sədərək rayon Heydərabad qəsəbəsində anası və atası ilə birlikdə atasına məxsus evdə yaşdığını, atasına məxsus xırda buynuzlu heyvanları otarır və onların qatıq, südünü və ətini satıb dolandığını, dəqiq vaxtını xatırlamadığı tarixdə Sədərək rayon Heydərabad qəsəbəsi ərazisində yerləşən çöllük ərazisdə xırda buynuzlu heyvanları otaran zaman otluq yerdə parıldayan dəmir olduğunu görərək götürdüyünü, həmin dəmir alətin beşbarmaq olduğunu bildiyini, ilk öncə onu atmaq istədiyini, lakin sonradan suvenir kimi xoşuna gəldiyi üçün onu evə aparmaq qərarına gəldiyini, həmin vaxtdan beşbarmağı evdə öz otağında olan televizor altlığının içərisinə qoyub saxladığını, onun yanında olan bıçağı isə elə həmin tarixlərdə Sədərək rayon Sədərək kəndində yerləşən bazarda hazırda kimliyini xatırlamadığı şəxsdən pul qarşılığında aldığını, beşbarmağı evdə saxlamağının heç bir səbəbi olmadığını, sadəcə xoşu gəldiyi üçün evdə saxladığını, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən yaşadığı evdə saxladığı beşbarmaq barədə heç kimə məlumat vermədiyini, evdə beşbarmaq saxladığı barədə valideyinlərinə məlumat vermədiyini, onların həmin qeyd olunan beşbarmaq və bıçaqdan xəbərinin olmadığını, beşbarmaq ilə hər hansı bir şəxsə xəsarət yetirmədiyini, təhsili və savadı az olduğu üçün beşbarmağ əldə edib saxlamağın məsuliyyətə səbəb olduğunu bilmədiyini, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Sədərək RPŞ-in CAB-in rəisi Şahid3 ifadəsində bildirmişdir ki, 08 aprel 2025-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz soyuq silahının olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Sədərək RPŞ-in CAB-də əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Sədərək RPŞin CAB-ın KCMQ-un əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və Sədərək RPŞ-in CAB-də əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradıldığını, bundan sonra həmin gün saat 20:46 radələrində Təqsirləndirilən şəxs Sədərək rayon Heydərabad qəsəbəsində yaşadığı evin yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, ona qanunsuz olaraq soyuq silah saxlamasında şübhəli olduğunu bildirərək üzərində və yaşadığı evə baxış həyata keçirilməsi zərurətinin yarandığını deyib hüquq və vəzifələri izah edildikdən sonra üzərinə və Sədərək rayon Heydərabad qəsəbəsində yaşadığı evə baxış keçirdiklərini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədiyini, əlavə olaraq Sədərək rayon Heydərabad qəsəbəndə yerləşən yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdə özünün yatdığı otaqda televizor altlığında olan rəfdən bir ədəd beşbarmaq və bir ədəd bıçaq aşkar edilərək götürüldüyünü, bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair protokol tərtib edildiyini və protokol iştirakçılar tərəfindən imzalarla təstiq edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4, Şahid5 və Şahid6 ifadələrində Şahid3 verdiyi ifadəyə tam uyğun olaraq ifadə verərək, ibtidai istintaqda verdikləri ifadələrində göstərilənləri bir daha təsdiq etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, 1991-ci il tarixdə Şahid2 ilə ailə həyatı qurduqlarını, bu evlilikdən iki övladlarının doğulduğunu, oğlu Təqsirləndirilən şəxs subay olduğunu və onunla birlikdə yaşadığını, qızı Türkan Hüseynovanın isə ailəli olduğunu və onlardan ayrı yaşadığını, ailədə heç birinin işləmədiyini və övladı Təqsirləndirilən şəxs ona məxsus olan xırda buynuzlu hevanları otardığını, ordan əldə etdiyi gəlir ilə dolandıqlarını, 08 aprel 2025-ci il tarixdə Sədərək rayon polis şöbəsinin əməkdaşlarının evə gələrək övladı Təqsirləndirilən şəxs beşbarmaq və bıçaq saxladığını bildirərək evə baxış keçirdiklərini, həmin vaxt Coşqun Hüseyinlinin yatdığı otaqdan bir ədəd bıçaq və bir ədəd beşbarmaq aşkar edərək götürdüklərini, sonra isə Təqsirləndirilən şəxs Sədərək rayon Polis Şöbəsinə apardıqlarını, övladı Təqsirləndirilən şəxs evdə beşbarmaq soyuq silahını saxlaması barədə heç bir məlumat vermədiyini, Polis əməkdaşları evə gəlib getdikdən sonra o, Coşqundan həmin beşbarmağı haradan və kimdən aldığını soruşduğunu, Coşqunun isə dəqiq vaxtını xatırlamadığını və Sədərək rayon Heydərabad qəsəbəsində çöllük sahədə xırda buynuzlu hevanları otaran zaman tapdığını dediyini, oğlu Coşqunun təhsilinin və düşüncəsinin zəif olduğu üçün beşbarmağ əldə edib saxlamağın məsuliyyətə səbəb olduğunu bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Şahid1 verdiyi ifadəyə tam uyğun olaraq ifadə verərək, ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq etdi. Cinayət işinə əlavə olunan Sədərək Rayon Polis Şöbəsinin 08 may 2025-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və işin icraata qəbul edilib iptidai istintaq aparılması qərara alınmışdır Cinayət işinə əlavə olunan Sədərək Rayon Polis Şöbəsinin 08 aprel 2025-ci il tarixli Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin orta otağında yerləşən dolabın sol gözündə olan bir ədəd beşbarmaq soyuq silahı və bir ədəd bıçaqı polis əməkdaşları götürərək sənədləşdirmişlər. Cinayət işinə əlavə olunan Sədərək Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinə əlavə olunan Naxçıvan Muxtar Respublikası Məhkəmə-balistik ekspertizasının 23 aprel 2025-ci il tarixli 432 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun olduğunu və tədqiqata təqdim edilmiş 01 ədəd predmet qustar üsullla, kastet (beşbarmaq) tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunmuşdur. Əlavə olaraq 23 aprel 2025-ci il tarixli 432 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat müəyyən edilmişdir. Cinayət işinə əlavə olunan Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserindən daxil olmuş 03 iyun 2025-ci il tarixli 261 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs "Psixoloji inkişaf geriliyi. Nitq artikulyasiya pozuntusu" psixi xəstəliyi vardır, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlinin törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətində olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirli olması, yəni satış məqsədi olmadan qanunsuz olaraq soyuq silah hesab edilən beşbarmağı əldə edərək evdə saxlamasını özünün etiraf etməsi, şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinə əlavə olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X2 21 aprel 2025-ci il tarixli tələbnaməsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 2-ci qrup əlil olmasını və "Psixoloji inkişaf geriliyi. Nitq artikulyasiya pozuntusu" psixi xəstəliyi olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, 2-ci qrup əlil olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və "Psixoloji inkişaf geriliyi. Nitq artikulyasiya pozuntusu" psixi xəstəliyi olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Ona görə ki, azadlığın məhdudlaşdırılması cəzası təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla daha tez islah olunmasına təsir edər. Cəza çəkmə müddətinin əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübut olan Sədərək rayon məhkəməsinin dəftərxanasında saxlanılan 01 ədəd predmet qustar üsullla, vurucu, əzici xassəyə malik soyuq silah olan kastet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 120 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X7 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına ödənilməlidir. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sədərək rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Sədərək Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sədərək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinin dəyəri olan 120 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X7 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına keçirilsin. Maddi sübut – Sədərək Rayon Məhkəməsinin dəftərxanasında saxlanılan 01 ədəd predmet qustar üsullla, vurucu, əzici xassəyə malik soyuq silah olan kastet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökm icra edilməsi üçün Sədərək rayonu İcra və Probasiya bölməsinə göndərilsin. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-10/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-10/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver