Məhkəmə qərarları › İş №1(088)-11/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-11/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-11/2023 30.08.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 17:40-da Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılovÇingiz Məhərrəm oğlunun məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, X1 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Hindistan Respublikasının Haryana ştatında anadan olmuş, Hindistan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Hindistan Respublikasının Haryana ştatının Kharkan kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan Muxtar Respublikası İstintaq Təcridxanasında həbsdə saxlanılan- Təqsirləndirilən şəxs2 və xx.xx.1981-ci il tarixdə Hindistan Respublikasının Panjab ştatında anadan olmuş, Hindistan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Hindistan Respublikasının Panjap ştatının Mehamedpur Zattan kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan Muxtar Respublikası İstintaq Təcridxanasında həbsdə saxlanılan - X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 318.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Hindistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikasına keçməklə gələcəkdə qanunsuz yol ilə Avropa ölkələrinə getmək üçün Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisindən qəsdən qanunsuz olaraq Ermənistan Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra 6 aprel 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsinin əməkdaşları tərfindən Şərur şəhərində saxlanılaraq müvafiq araşdırma aparıldıqdan sonra 15 aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişlər Təqsirləndirilən şəxs2 və Manjeet X5 cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, baldızı X11 ilə birlikdə Avropa ölkələrinin birinə getmək məqsədi ilə Hindistan Respublikasında olan turizm şirkətlərinin birinə 3000 Avro pul ödədiklərini, orada onlara Ermənistan Respublikasına gedərək digər şəxslərin köməkliyi ilə avropa ölkələrinin birinə göndərəcəklərinə söz verdiklərini, bu məqsədlə 11 yanvar 2023-cü il tarixdə baldızı X11 ilə tranzit yolla X9 Ermənistan Respublikasına gələrək 2023-cü ilin aprel ayının 5-dək həmin ölkənin Yerevan şəhərində yerləşən “Happy” otelində qalaraq orada digər hindistanlılarla müxtəlif işlərdə işləyib pul qazandıqlarını, Ermənistan Respublikasında olduqları müddətdə onlara Radja adlı şəxs köməklik etmiş və vaxtı gələndə onun vasitəsi ilə avropa ölkələrinin birinə leqal keçmələri üçün köməklik edəcəyini bildirdiyini, 05 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Hindistan Respublikasının vətəndaşı Radja adlı şəxs onlara yaxınlaşaraq avropa getmək üçün ilk öncə Azərbaycan Respublikasına, oradan isə digər Avropa ölkəsinə gedəcəklərini bildirdiyini, bu məqsədlə onlar və digər iki nəfər tanımadıqları Hindistan Respublikası vətəndaşları ilə birilkdə Ermənistan Respublikasının Azərbaycan Respublikası sərhədinə gəldiklərini, Radja adlı şəxs onları qara maskalı şəxsə təhvil verdikdən sonra özünün geri qayıtdığını, maskalı şəxs onları qabağına salaraq heç bir keçid məntəqəsi olmayan dağlıq ərazidən Naxçıvan MR-nın Sədərək rayonu ərazisinə keçirdiyini, Radja adlı şəxs onun mobil telefonuna konum ataraq həmin konum istiqamətdə hərəkət etmələrini və qarşılarına park çıxaraq həmin parkın yanında olan oteldə gözləmələrini bildirdiyini, təxminən 2 saat hərəkət etdikdən sonra yaşayış məntəqəsinə çatdıqlarını, onlarla gələn digər iki Hindistan Respublikası vətandaşları onlardan ayrılaraq başqa istiqamətdə hərəkət etdiyini, baldızı ilə o isə 1 saat piyada yolla hərəkət etdikdən sonra qarşılarına park çıxdığını, həmin parka çatdıqda Radja adlı şəxs onlara orada gözləməklərini bildirdiyini, lakin həmin şəxs gəlib çıxmadığından 06 aprel 2023-cü il tarixdə, saat 18 radələrində parkda gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldıqlarını, 15 aprel 2023-cü il tarixədək barələrində araşdırma aparıldıqdan sonra DSX-nin əməkdaşlarına təhvil verildiklərini, dövlət sərhəddini qanunsuz keçdiyini bildiyini, ona görə də bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, bacısının əri Təqsirləndirilən şəxs2h oğlu ilə birlikdə Avropa ölkələrinin birinə getmək məqsədi ilə Hindistan Respublikasında olan turizm şirkətlərinin birinə 3000 avro pul ödədiklərini, orada onlara Ermənistan Respublikasına gedərək digər şəxslərin köməkliyi ilə avropa ölkələrinin birinə göndərəcəklərinə söz verdiklərini, bu məqsədlə 11 yanvar 2023-cü il tarixdə bacısının əri Təqsirləndirilən şəxs2 ilə tranzit yolla X9 Ermənistan Respublikasına gələrək 2023-cü ilin aprel ayının 5-dək həmin ölkənin Yerevan şəhərində yerləşən “Happy” otelində qalaraq orada digər hindistanlılarla müxtəlif işlərdə işliyib pul qazandıqlarını, Ermənistan Respublikasında olduqları müddətdə onlara Radja adlı şəxs köməklik etmiş və vaxtı gələndə onun vasitəsi ilə avropa ölkələrinin birinə leqal keçmələri üçün köməklik edəcəyini bildirdiyini, 05 aprel 2023-cü il tarixdə, saat 23 radələrində havanın qaranlıq vaxtı Hindistan Respublikasının vətəndaşı Radja adlı şəxs onlara yaxınlaşaraq avropa getmək üçün ilk öncə Azərbaycan Respublikasına, oradan isə digər Avropa ölkəsinə gedəcəklərini bildirdiyini, bu məqsədlə onlar və digər iki nəfər tanımadıqları Hindistan Respublikası vətəndaşları ilə birilkdə Ermənistan Respublikasının Azərbaycan Respublikası sərhədinə gəldiklərini, Radja adlı şəxs onları qara maskalı şəxsə təhvil verdikdən sonra özünün geri qayıtdığını, maskalı şəxs onları qabağına salaraq Azərbaycanla Ermənistan sərhədinin dağlıq ərazidən Naxçıvan MR-nın Sədərək rayonu ərazisinə keçirdiyini, Radja adlı şəxs bacısının ərinin mobil telefonuna konum ataraq həmin konum istiqamətdə hərəkət etmələrini və qarşılarına park çıxaraq həmin parkın yanında olan oteldə gözləmələrini bildirdiyini, təxminən 2 saat bağların içərisi ilə hərəkət etdikdən sonra yaşayış məntəqəsinə çatdıqlarını, onlarla gələn digər iki Hindistan Respublikası vətandaşları onlardan ayrılaraq başqa istiqamətdə hərəkət etdiyini, bacısının əri ilə o, isə əlavə 1 saat piyada yolla hərəkət etdikdən sonra qarşılarına park çıxdığını, həmin parka çatdıqda Radja adlı şəxs onlara orada gözləməklərini bildirdiyini, lakin həmin şəxs gəlib çıxmadığından 06 aprel 2023-cü il tarixdə, saat 18 radələrində parkda gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldıqlarını, üzərlərində heç bir sənədləri və pasportları olmadığından 15 aprel 2023-cü il tarixədək orada onların barəsində araşdırma aparıldığını, sonra DSX-nin əməkdaşlarına təhvil verildiklərini, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR-nın Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı rütbəsində xidmətini davam etdirən Şahid1, öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazidə xidmətin təşkili zamanı Şərur rayonunun istrahət parkında 2 nəfər xarici vətandaşın özlərini şübhəli aparamaları barədə məlumatın daxil olduğunu, iş yoldaşı polis kapitanı Şahid2 ilə birlikdə həmin əraziyə getdiklərini və əraziyə çatdıqda 2 nəfər xarici vətandaşların yanında yerli camaatın yığışdıqlarını gördüklərini, dərhal onlara yaxınlaşdıqlarını həmin vətəndaşların Hindistan Respublikası vətandaşları olduğunu müəyyən etdiklərini, araşdırma aparmaq məqsədi ilə onları Şərur rayon polis şöbəsinə apardıqlarını və araşdırma zamanı onların dediyinə görə müəyyən olunmuşdur ki, həmin şəxslər Ermənistan Respublikasından qeyri qanuni yolla Azərbaycan Respublikasına keçdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR-nın Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı rütbəsində xidmətini davam etdirən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Naxçıvan” X12 komandiri polkovnik Bəhmən Babayevin DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:35-də Daxili İşlər Nazirliyinin Şərur rayon idarəsindən təhvil alınmış dövlət sərhədini pozmuş Hindistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Manjeet X2. İşin 28-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Heydərabad qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan mil ucu adlanan postun ərazisinə baxış keçirilmiş, baxış yeri taborun mərkəzindən 580 metr, Sədərək kəndindən 1520 metr məsafədədir, ərazi dağlıq, təpəlik relyefə məxsusdur. Baxış zamanı Hindistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və X11 05 aprel 2023-cü il tarixdə axşam saatlarında Ermənistan Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq həmin ərazidən keçdiklərini bildirmişlər. İş materiallarından görünür ki, Hindistan vətəndaşları Təqsirləndirilən şəxs2 və X11 15 aprel 2023-ci il tarixdə inzibati qaydada tutulmuş və həmin tarixdən onların azadlığı faktiki məhdudlaşdırılmışdır. İşin 132-134-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 18 aprel 2023-cü il tarixli, 4(009)- 276/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X11 barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli X4 faktiki tutulduğu andan, yəni 15 aprel 2023-cü il tarixdən saat 14:05-dən hesablanmışdır. İşin 137-139-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 18 aprel 2023-cü il tarixli, 4(009)- 277/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 faktiki tutulduğu andan, yəni 15 aprel 2023-cü il tarixdən saat 14:00-dan hesablanmışdır. İşin 144-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Cinayət işinin 27-ci vərəqəsində olan “şəxsi və əşyaların axtarışı, sənədlərin və əşyaların götürülməsi haqqında” 15 aprel 2023-cü il tarixli protokoldan da görünür ki, X4 üzərindən şəxsi əşyaları götürülərkən bir çox əşyalarla yanaşı Ermənistan Respublikasının milli valyutası olan 165 dram pul da götürülərək protokolda göstərilmişdir. İşin 145-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, X11 məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X7rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər-Hindistan vətəndaşları Təqsirləndirilən şəxs2 və X11, şəxsiyyətləri istintaqa məlum olmayan digər Hindistan vətəndaşları ilə birlikdə Radja adlı şəxsin köməkliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2023-cü il tarixdə 23:00 radələrində axşam vaxtı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Heydərabad qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan “mil ucu” adlanan postun ərazisindən Ermənistan Respublikasından Azərbaycan Respublikasına keçərək Şərur rayonuna getdikləri və Şərur rayonunda hərəkət edərkən Şərur rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanmaları iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrini, həmin əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41- ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 ilk dəfə cinayət əməli törətmiş, Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçdikləri yeri göstərmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, onlara Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etiraflar digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafları könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə ilk dəfə cinayət əməli törətmələrini və cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələrini Təqsirləndirilən şəxs2 və X4 hər birinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 cəza təyin edərkən onlara hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətmələri və cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 və X11 barəsində təqsirli bilindikləri Azərbaycan Respblikası CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə çıxır ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 5 il qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.2-ci maddəsinin sanksiyasında 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.2-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CMnin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Ancaq cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı şəraitdə təqsirləndirilən şəxslərə CM-nin 318.2-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən müəyyən olunmuş 3 ay-5 il arası həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər ilk dəfədir ki, cinayət əməli törədirlər, cinayət əməli törətmələrini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirirlər. Onlar cinayət törətməsini etiraf etmiş, cinayətin törədildiyi yeri göstərmiş və cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin olbyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişlər. Təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətmələri və cinayət əməli törətmələrini etiraf edib, bundan səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğun saymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X8 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 və X4 15 aprel 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandıqları müddət onlara təyin olunan cəza müddətinə daxil edilməklə onların cəza çəkməsinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X4 hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Manjeet X6 vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlilli olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs2 və X4 Hindistan vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X11 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X4 hüquqlarını və Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmişdirlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı X8 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və hazırki işin məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Əliyev X25, göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM- nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs2 15 aprel 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən saat 14:00-dan hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; X11 15 aprel 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən saat 14:05-dən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 və X11 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs2 və X4 Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hazırki işin məhkəmə icraatı zamanı X8 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və hazırki işin məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar