Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-11/2024 26.11.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət İttihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun X4 üzrə Şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, mütəxəssis X5, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixində Babək rayon Qaracuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, dörd uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Qaracuq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd təxminən 45 (qırx beş) manat dəyərində “Saklivadi” zeytun yağını, 01 ədəd 01 kq təxminən 7(yeddi) manat dəyərində pendirini, 01 blok təxminən 35(otuz beş) manat dəyərində Parlament siqaretini, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs3 məxsus 9180 (doqquz min yüz səksən) manat pulunu və Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus deməsinə görə ümumilikdə 110 manat dəyərində 02 ədəd “Saklivadi” zeytun yağını, 02 ədəd 01 kq pendirini 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonu ərazisində yerləşən X21 Məntəqəsində gizli olaraq talamaqla oğurluq etmiş, yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 9416 (doqquz min dörd yüz on altı) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, təxminən 25 ildir ki, hər ay 4-5 dəfə X21 məntəqəsi vasitəsi ilə Türkiyə Respublikasına keçir, oradan qida və qeyri-qida məhsulları gətirib Naxçıvan şəhərində satır və qazandığı pul ilə ailəsini dolandırdığını, 2006-cı il tarixdən X11 ilə ailə həyatı qurmuş və 4 övladının olduğunu, onlardan ən böyüyünün 16 yaşı, ən balacasının isə 4 yaşının olduğunu, o, Türkiyə Respublikasına gedib-gəldiyi müddətlərdə orada münasibəti yarandığı Türkiyə Respublikası vətəndaşları ilə ərzaq alqı-satqısı etdiyini, həmin Türkiyə Respublikası vətəndaşlarının Türkiyə Respublikasın İğdır şəhərində mağazalarının olduğunu, onlar müxtəlif avtomobillər ilə qida və qeyri-qida məhsullarını Türkiyə Respublikasının Gömrük Keçid Məntəqəsinə göndərir, o, X21 məntəqəsindən Türkiyə Respublikasına keçib oradan həmin məhsulları Naxçıvan MR-na gətirdiyini, uzun zaman keçdiyinə görə dəqiq tarix yadında qalmadığını ona görə də təxminən 24-25 yanvar 2024-cü il tarixdə səhər saatlarında tanımadığı taksi ilə X21 Məntəqəsinə getdiyini, oradan Türkiyə Respublikasına gedib onun üçün göndərilən məhsulları götürüb yenidən X21 mənətəqsinə qayıtdığını, azərbaycan gömrük keçid məntəqəsinin giriş hissəsində gözləyib tanımadığı müxtəlif şəxslərə yüklərinə kömək etməsini xahiş etdiyini, həmin vaxt tanımadığı iki nəfər şəxsə iki ədəd sellafon çantasını verərək gömrükdən keçirməsini istədiyini, bundan təxminən 15 dəqiqə sonra tanımadığı sonradan adının Gündüz olduğunu bildiyi şəxs avtomobili ilə gələrək avtomobili gömrük keçid məntəqəsinin giriş hissəsində saxladığını, həmin vaxt onun avtomobilindən özündən əlavə iki nəfər cavan adamın düşdüyünü, sürücüyə yaxınlaşaraq yükünə kömək etməyini xahiş etdiyini, birinci yüklərinin çox olduğunu qeyd etdiyini, sonradan Gündüz iki nəfər cavan oğlana yükünə kömək etmələrini söylədiyini, bundan sonra o, onların hərəsinə balaca sellafon paketdə bir neçə şampun, əlavə olaraq isə içərisində yağ, şokalad və pendir olan bir ədəd qırmızı sellafon paket verdiyini, onlara həmin yükləri çıxışda alacağını söylədiyini, həmin şəxslərin gömrük keçid məntəqəsinə daxil olduqlarını, digər yüklərini isə başqa tanımadığı şəxslərə payladığını, sonra özünün də keçib getdiyini, gömrük keçid məntəqəsində yükünü verdiyi tanımadığı qadının cəriməsi olduğu üçün onu saxlanıldığını, həmin vaxt o, qadından onun yüklərini monitordan keçirib ona verməsini xahiş etdiyini, bundan sonra həmin qadın yüklərini keçirib monitorun yanına qoyduğunu, həmin vaxt onu gətirən sürücüyə həmin yükləri götürüb yükünü verdiyi iki nəfər gənc oğlana verməsini istədiyini, oda yükləri həmin gənc uşaqlara vermiş və bütün bunları özünün gördüyünü, onlarda onun yüklərini çölə çıxardıqlarını, onlardan təxminən iki saat sonra gömrük keçid məntəqəsinin çıxışında sonradan tələbə olduqlarını bildiyi Gündüzlə gələn şəxslərə yaxınlaşaraq onlara verdiyi şampunları aldığını, sonra sağ tərəfdə olan iki ədəd qırmızı selefon çantaları götürüb maşına apardığını, ondan sonra tələbələrdən onun selefon çantasının hara qoyduqlarını soruşduqda onlar çantanı əlləri ilə göstərdıklərini, bundan sonra tələbəyə verdiyi qırmızı selefon paketidə tələbələrin yanından götürərək aparıb avtomobilə qoyduğunu, sonra avtomobilə yüklərini yığıb gömrükdən çıxıb getdiyini, həmin gün axşam Gündüz adlı şəxs və bir qadın və bir oğlan onun yaşadığı evə gələrək onların yüklərini və əmanətlərini götürdüyünü söylədiyini, onun isə heç bir yük götürmədiyini bildirdiyini, ondan sonra onların evdən getdiklərini, sonra onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə çağırdıqlarını və izahatını aldıqlarını, artıq on aydır ki onu apar- gətir etdiklərini və ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, Türkiyyə gedə bilmədiyini və uşaqlarına çörək qazana bilmədiyini, onun ümumilikdə 4 ədəd qırmızı sellafon paket, iki ədəd də parça çantası olduğunu, Zərərçəkmiş şəxs1 və yanında olan tələbələrə 2 ədəd balaca şampun olan çanta bir ədəd isə içərisində yağ, kaşar pendiri, şokalad və yuyucu toz olan selefon paket olan çanta verdiyini lakin video görüntülərdə bir ədəd çanta verildiyi müşahidə edildiyini, Zərərçəkmiş şəxs1 gömrükdən keçərkən heç bir dollar və lirə keçirməsi video görüntülərdə öz əksini tapmadığını, Türkiyyə tərəfində dolları dəyişərkəndə heç bir sənəd təqdim etmədiyini yalnız bir qara paket alaraq oradan uzaqlaşdığı kameraya düşdüyünü, əlavə olaraq gömrükdən keçərkən Rentgen qurğusunda da Gündüzün əl veşində pulun olması müəyyən edilmədiyini, video görüntüyə baxdıqda onun azərbaycan gömrüyünün giriş hissəsində tələbələrə 2 ədəd balaca şampun olan çantası və bir ədəd qırmızıya oxşar selefon çantası verdiyini və azərbaycan gömrüyünün çıxışında isə özünə aid olmayan bir ədəd ağzı qara selefonla bağlanmış qırmızı selefon sumkanı, bir ədəd tələbələrin göstərdiyi ağzı bağlı olan qırmızı selefon sumkanı götürərək və tələbələrə verdiyi iki balaca selefon sumkada olan şampunları alaraq maşına qoyaraq evinə getdiyi müşahidə olunduğunu, evinə düşərkən özünə aid olmayan ağzı qara selefon ilə bağlanmış və ağzı düyünlənmiş iki ədəd qırmızı selefon sumkaları maşından götürmədiyini, həmin sumkaların kimin götürdüyündən xəbəri olmadığını, nə Zərərçəkmiş şəxs1 nə də digər zərərçəkmişlərin heç nəyini oğurlamadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, özünə məxsus olan “Mercedes-Benz” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili ilə 15 gündən bir Türkiyə Respublikasına keçir, dizel yanacağı aparıb orada sataraq sonra geri qayıtdığını, əlavə olaraq Türkiyə Respublikasına gedən zaman sərnişin olanda Azərbaycan Respublikasından Türkiyə Respublikasına aparır yada geri gətirdiyini, dəqiq vaxtı yadında olmadığından təxminən 24-25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Türkiyə Respublikasına getmək üçün X17 getdiyini, gömrük postunun girişində olan zaman həmkəndlisi Məhəmmədin ona yaxınlaşaraq 5400 ABŞ dolları pul verərək onu Türkiyə Respublikasında Türk Lirəsinə çevirərək gətirməyi xahiş etdiyini, həmkəndlisi olduğu üçün Məhəmməddən pulu alaraq Türkiyə Respublikasına apardığını, orada olan zaman dizel yanacağı satdıqdan sonra aparıb pulu türk lirəsinə çevirmək üçün İMECE dövzə verdiyini və çıxıb getdiyini bir-neçə saat sonra həmin dövzə gedərək oradan qara bir paketdə olan lirəni alaraq ordan çıxdığını, onlarla həmişə iş gördüklərinə görə onlara inanaraq və Məhəmmədəlinin türklərlə telefonla danışdığına görə dolları verəndə də və lirəni alanda da saymadığını, İğdır şəhərində Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq bir ədəd sellafon çantası olduğunu və onuda Naxçıvan Muxtar Respublikasına aparmağını xahiş etdiyini, Nurulla ilə razılaşaraq ağzı qara selefonla möhkəm bağlanmş sumkasını alıb maşınına qoyduğunu, sonra özünün gəlib ondan götürəcəyini bildirdiyini, qayıdan zaman İğdır şəhərindən iki nəfər də Türkiyə Respublikasında oxuyan tələbəni sərnişin kimi götürdüyünü, onlarla birlikdə Türkiyə gömrük postundan keçib Sədərək gömrük məntəqəsinin girişinə gəldiklərini, Türkiyə Respublikasından iki ədəd yağ aldığını, həmin yağın bir ədədini tələbəyə gömrüyü keçirməsi üçün verdiyini, həmin vaxt bir nəfər tanımadığı qadın onlara yaxınlaşaraq və yağı olduğunu keçirməyə kömək etmələrini xahiş etdiyini, oda yağının olduğunu bir tələbənin boş olduğunu bildirdiyini, həmin qadının bir yağı və içərisində başqa nə olduğunu bilmədiyi bir qırmızı selefon çantanı tələbəyə verdiyini, əlavə olaraq həmin qadın hər bir tələbəyə iki-üç ədəd də şanbun verdiyini, tələbələr həmin yükləri götürmək istəmədiyini, həmin yükləri götürüb kömək etsinlər deyə tələbələrə xahiş etdiyini, onlar birlikdə gömrük keçid məntəqəsini keçdiklərini, həmkəndlisi Məhəmmədin qara selefonda olan pulunu isə əlində ağ rəngli sellafon torbaya qoyaraq gömrükdən keçirdiyini, Gömrükdə veşləri keçirərkən gömrük əməkdaşına çantasında 5400 ABŞ dolları məbləğində lirə olduğunu bildirdiyini, gömrük əməkdaşının isə 10000-dən az olduğuna görə bəyan etməyi lazım bilmədiyini və lirəyə baxmadığını və saymadığını, veşlərini götürdükdən sonra gömrük keçid məntəqəsinin çıxışına getdiyini, gətirdiyi selafon çantanı çıxışda kameranın altına qoyduğunu, pul olan qara poketi və kaşar pendirini ağ rəngli selefon sumkadan götürərək qırmızı rəngli sellafon çantaya qoyduğunu və ağzını iki dəfə möhkəm bağladığını, sonra maşını gətirmək üçün getdiyini, gömrüyün içərisində tələbələri gördükdə eşdə olan çantalara baxmalarını bildirdiyini, avtomobili gömrükdən keçirdikdən sonra gəlib baxan zaman bir ədəd içərisində türk lirəsi olan qırmızı selefon çantanın orada olmadığını gördüyünü, tələbələrdən çantanın necə olduğunu soruşanda çantanı həmin qadının apardığını söylədiklərini, oradan avtomobilə əyləşərək Naxçıvan şəhərinə getdiyini, Naxçıvan şəhərində gömrük idarəsində kamera görüntülərinə baxıb kamerada qadının çantanı götürdüyünü bildirdiklərini, həmin vaxt həmkəndlisi Məhəmməd və onun anası ilə birlikdə qadının yaşadığı evi öyrənərək onun evinə getdiklərini və həmin qadının yəni Nubarın evinə baxdıqlarını Nubara neçə ədəd yağ keçirmisən soruşarkən Nubar gah 8 gahda 10 ədəd yağ keçirdiyini bildirdiyini, həmin vaxt Nubarın çantanı götürmədiyini puldan xəbəri olmadığını bildirdiyini, ondan sonra məcbur olub Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini, beş aya yaxın müddətdə DİNdə araşdırma aparıldığını nazirliyin təhqiqatçısının iş otağında Sərxan müəllimin yanında şikayətin geri götürülməsi üçün Nubar Əmirovun ona 4000 manat təklif etdiyini, lakin Təqsirləndirilən şəxs ilə razılaşmadığını, X21 məntəqəsinin giriş hissəsində olan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşıb kömək istəyərkən içərisində pul olan qara sellafon torbanı digər ağ sellafon torbaya qoyduğunu, bunu Təqsirləndirilən şəxs yanında etdiyi üçün Nubarın onu gördüyünü düşündüyünü, məhkəmə istintaqı zamanı video görüntüyə baxılarkən Nubarın, zərərçəkmiş X3 aid olan bir ədəd ağzı qara selefon ilə bağlanmış selefon sumkanı və ona aid olan içərisində pul olan ağzı iki dəfə bağlanmış bir ədəd qırmızı sumkanı götürüb maşına qoyduğunu etiraf etdiyini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində yaşadığını və işsiz olduğu üçün 10 ildən artıqdır ki, X21 Məntəqəsində valyuta mübadiləsi ilə məşğul olduğunu, Türkiyə Respublikasına gedən şəxslərə "Türk lirəsi", Türkiyə Respublikasından gələn şəxslərə isə Azərbaycan manatı satdığını, Zərərçəkmiş şəxs1 kəndlisi olduğunu, Gündüzün Türkiyə Respublikasına müştəri aparıb gətirməklə ailəsinin maddi ehtiyacın qarşıladığını, 25 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasına gedən zaman onunla X21 Məntəqəsində səhər saatlarında rastlaşdığını, bu zaman Gündüzdən Türkiyə Respublikasından ona 5400 ABŞ dolları dəyərində Türk lirəsi alıb gətirməsini xahiş etdiyini, onun isə etiraz etmədiyini, 5400 ABŞ dollar pulu alıb getdiyini, həmin günü Türkiyyə tərəfində dövz işlədən tanışlarına zəng vuraraq 5400 ABŞ dollarını lirə ilə dəyişərək Gündüzə vermələrini bildirdiyini, həmin gün saat 16-17 radələrində Gündüz Türkiyə Respublikasından qayıdan zaman ona zəng edərək çantasını apardıqları üçün Naxçıvan MR Baş Gömrük İdarəsinə gedəcəyini dediyini, hansı çantasının oğurlanması barədə sual verdiyini, Gündüzün ona məxsus olan 5400 ABŞ dolları dəyərində Türk Lirəsinin olduğu çantanın olduğunu dediyini, ilk öncə onu ciddiyə almadığını, sonra Gündüz Naxçıvan Baş Gömrük idarəsinə getməyinin həqiqət olduğunu bildiyini və ona sən get məndə gəlirəm dediyini, bu söhbətdən sonra anası ilə birlikdə Naxçıvan şəhərinə getdiyini, komitədə olan zaman Gündüz artıq oraya müraciət etdiyini, həmin vaxt gömrük idarəsində olmuş və orada olan zaman pul olan çantanı Naxçıvan Şəhər Qaraçuq kəndində yaşayan bir qadının apardığını dediyini, dərhal Gündüzlə birlikdə bir neçə tanışlarından həmin qadının kim olduğunu və harada yaşadığını soruşduğunu və onun evinə getdiklərini, Gündüzün və onun anasının birlikdə həmin şəxsin evinə getdiyini, 15-20 dəqiqə sonra isə geri qayıtdıqlarını, amma həmin xanımın çantanı götürməməsini qeyd etdiyini, ondan sonra X13 Respublikası Daxili İşlər Nazirliyinə gedərək müraciət etdiyini, bu günə kimi 10 aydır polis tərəfindən araşdırma aparıldığını, hətda türkiyyə tərəfindən Gündüzün lirə alarkən video görüntüsünü də köçürərək polisə təqdim etdiyini, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müstəntiq Sərxan müəllimin iş otağında və yanında Gündüzə 4000 manat qaytarılmasını və şikayətdən imtina etməsini təklif etdiyini, Gündüzün isə Nubarın təklifini qəbul etmədiyini, Təqsirləndirilən şəxs əvəllər tanımadığını və onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmadığını, lakin gömrükdə işləyənlərin hamısı Nubarın haqqında mənfi fikirdə olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, iki-üç aydan bir alış-veriş etmək üçün Türkiyə Respublikasına getdiyini, 25 yanvar 2024-cü il tarixdə yenə Türkiyə Respublikasının İğdır şəhərinə həm alış veriş üçün həm də Ərzurum şəhərinə qızını müalicə aparmaq üçün getdiyini, İğdırda olan zaman alver etdiyi qırmızı rəngli selefon torbanı taksi fəaliyyəti ilə məşğul olan Sadərək rayon Dəmirçi kənd sakini Gündüzlə rastlaşan zaman ona verdiyini və onuda aparmasını xahiş etdiyini, həmin torbada iki ədəd beş litirlik duru zeytun yağı, iki ədəd bir kiloqramlıq pendir olduğunu, bir ədəd qırmızı selefon çantanın ağzını qara selefonla möhkəm bağladıqdan sonra Gündüzə verdiyini, Gündüz isə onunla razılaşaraq həmin sumkanı alıb öz maşınına qoyduğunu, Gündüzlə sağollaşdıqdan sonra ondan ayrılıb getdiyini lakin, bəzi səbəblərdən ötrü Ərzuruma gedə bilmədiyi üçün axşam tərəfi yenidən Naxçıvan Muxtar Respublikasına geri qayıtdığını, X21 məntəqəsini keçdikdən sonra Gündüzün mobil telefonuna zəng vurduğunu, həmin vaxt Gündüz ona verdiyi torba ilə başqa bir torbasının gömrükdə oğurlandığını və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək üçün getdiyini, həmin oğurlanan çantalardan birində də həmkəndlisinin 5400 ABŞ dolları dəyərində Türk lirəsinin oğurlandığını bildirdiyini, heç nə demədiyini və onu aldatdığını düşündüyünü, həmin günün səhəri Sədərək rayon Dəmirçi kəndində olan bir neçə tanışından Gündüzün həqiqətən də gömrükdə çantalarının oğurlandığını eşitdiyini, onun Gündüzə İğdır şəhərində verdiyi qırmızı torbada 100-130 manat dəyərində ərzaq olduğunu, məhkəmə istintaqı zamanı video görüntülərə baxılarkən ona aid olan ağzı qara selefonla bağlanmış selefon sumkanın Təqsirləndirilən şəxs tərəfindən götürülərək maşına aparıb qoyduğunu gördüyünü, Naxçıvan şəhər Qaraçuq kənd sakini Təqsirləndirilən şəxs əvəllər tanımadığını və görmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, 21 il hərbidə xidmət etdiyini, mayor hərbi rütbəsilə təqaüdə çıxdığını, ara-sıra qohumu Cəbrayıl Əhmədova məxsus etibarnamə ilə idarə etdiyi “Land Cruiser” markalı, **-BM-*** dövlər nömrə nişanlı avtomobillə Türkiyə Respublikasına sərnişin apardığını, 25 yanvar 2024-cü il tarixdə o, yenə Türkiyə Respublikasına alış-veriş üçün getdiyini, Türkiyə Respublikasına gedən zaman iki nəfər şəxsdə müştəri qismində Naxçıvan şəhər Avtovağzalından götürdüyünü, həmin şəxslər ilə Türkiyə Respublikasına gedib yenidən geri döndüyünü, Türkiyə Respublikasının Gömrük Keçid Məntəqəsinin çıxışında bir nəfər tanımadığı qadın ona yaxınlaşaraq iki nəfər olduqlarını, onları Naxçıvan şəhərinə apara biləcəyini soruşduğunu, hərəsindən 10 manat almaqla apara biləcəyini bildirdiyini, bundan sonra onlarda avtomobilə əyləşmiş və gömrük keçid məntəqəsini keçib X21 məntəqəsinin girişinə getdiyini, orada yükləri boşaldıb, özünə məxsus olan bir ədəd yağı onunla birlikdə gələn şəxslərə verdiyini və keçirməyi xahiş etdiyini, onlarda razı olduğundan o, avtomobil ilə digər tərəfdən yoxlanışdan keçdiyini, həmin hissə yük olmayan sürücülərin keçməsi üçün nəzərdə tutulan hissə olduğunu, həmin hissədən keçib getdiyini, gömrük keçid məntəqəsinin çıxışında onunla keçən şəxsləri gözlədiyini, Naxçıvan Şəhəri, Qaraçuq kəndinə gətirdiyi həmin kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmadığını, onunla birlikdə Türkiyə Respublikasına gedib gələn həmin şəxslərin birinin bir ədəd, digərinin isə iki ədəd çantasının olduğunu və həmin şəxslər Naxçıvan şəhərində avtomobildən enən zaman öz çantalarını götürüb getdiklərini, avtomobildə qalan digər 10-15 ədəd selefon və parça çantalar isə Nubarın avtomobilə yığdığı çantalar olduğunu, Nubarın avtomobildən enən zaman bütün çantalarını götürüb taksi pulunu verib evinə getdiyini, Nubar maşından düşüb getdikdən sonra maşında bir ədəd də olsun çanta qalmadığını, məhkəmə iclasında videogörüntülərə baxılarkən də bir ədəd ağzı qara selefonla bağlı olan qırmızı selefon sumkanı və ağzı bağlı olan qırmızı selefon sumkanı da Nubar Əmirovun apardığını müəyyən etdiyini, Təqsirləndirilən şəxs yanında 25-30 yaşlarında bir nəfər cavan oğlan olduğunu, həmin şəxs ilə də avtomobildə olan zaman səmimi söhbət etdiklərini, həmin şəxs X21 məntəqəsinin girişində avtomobildən düşən zaman Nubarın yükləri aparmasına da köməklik etdiyini, birdə gömrük keçid məntəqəsinin çıxışında avtomobilə əyləşdiyini, Gömrükdən tez çıxmaları üçün Nubarın sellafon torbalarını avtomobilin yanına gətirməsinə və avtomobilin baqajına yığmasına köməklik göstərdiyini, Təqsirləndirilən şəxs X21 məntəqəsinin içərisində ona heç bir söz demədiyini və heç bir veş vermədiyini, ümumilikdə orada tələbə şəxs görmədiyini, bu barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs yüklərini gömrükdən keçirmədiyini, çöldə olan zaman o, onunda adına yük keçirməyi xahiş etdiyini lakin ona etiraz etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş şahid X15 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edə bilməməsinin səbəblərinin üzrlü və yaxud üzürsüz olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqında cinayət prosesi iştirakçıları (tərəfləri) şahidin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-1-54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab etmişdir ki, şahid X7 məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığından məhkəmə baxışı davam etdirilməli və şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmalıdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş X7 ifadəsi elan olunmuş, şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 2021-ci il tarixdən Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin Diş Həkimliyi fakultəsində təshil aldığını, hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsi olduğunu, onun ailəsi Sumqayıt şəhərində yaşadığı üçün o, hər il qış və yay tətillərində Azərbaycan Respublikasına geri döndüyünü, 2024-cü ilin yanvar ayının 24-də Azərbaycan Respublikasına gəlmək üçün Ərzurum şəhərindən yola düşdüyünü, Naxçıvan MR-dan Bakı şəhərinə getmək üçün Türkiyə Respublikasının İğdır şəhərinə gəldiyini, 25 yanvar 2024-cü il tarixdə İğdır şəhərində avtobus parkında olan zaman bir taksi sürücüsü ona yaxınlaşmış və Naxçıvana getdiyini bildirdiyini, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı olduğunu, sonradan onun adının Gündüz olduğunu bildiyini, Gündüz ilə onu X14 Limanına aparması üçün 20 manat qarşılığında razılaşdığını, həmin vaxt onun gəldiyi avtobus ilə əlavə olaraq bir azərbaycanlı tələbənin də gəldiyini, həmin tələbədə onun razılaşdığı taksi ilə razılaşmış və onlar birlikdə Türkiyə Respublikasının Dilucu gömrük keçid məntəqəsinə getdiklərini, gömrük məntəqəsini keçib X21 məntəqəsinin giriş hissəsinə gəldiklərini, avtomobildən düşüb yüklərini avtomobildən düşürdüklərini, avtomobildən düşən zaman kənarda bir nəfər tanımadığı orta yaşlı bir qadın onlara yaxınlaşmış və onun yüklərinə kömək etməklərini xahiş etdiyini, ilk öncə razılıq verməsədə sonradan onun yüklərinə kömək etdiyini, ona və digər tələbəyə bir-iki ədəd şampun, bir sellafon paket verdiyini, həmin paketi digər tələbə Əsgər götürdüyünü, həmin vaxt Gündüzün də eyni rəngli sellafon paketi olduğundan hansının Nubara hansının Gündüzə məxsus olduğunu bilmədiklərini, öz çantaları ilə gömrük keçid məntəqəsinə daxil olduğunu, içəridə olan rentgen aparatlarından keçdiyini, həmin vaxt onların yükləri əl dəyişdiyini, Gündüz onun çantasını götürdüyünü o, isə orada olan onların gətirdiyi sellafon çantalardan götürdüyünü, Gündüzün onlardan öncə çölə çıxdığını və çantalarını çıxış hissəyə qoyduğunu, sonra isə geri dönüb onlara çantaları çölə qoyduğunu və avtomobili keçirib gələcəyini bildirdiyini, bundan sonra Əsgər ilə çıxışda durduğunu, ilk öncə gündüzün çantanı hara qoyduğunu görüb çantaların yanına yaxınlaşdıqlarını, əlində olan iki ədəd sellafon çantanı giriş hissədə sağ tərəfə qoyduğunu, bənövşəyi rəngə bənzər rəngli çantanın bir ədədi isə Gündüzün ağ rəngli çantalarının yanında olduğunu, çantaları qoyduqdan sonra Gündüzü gözlədiklərini, Əsgər ilə söhbətə başı qarışdığı üçün Nubar onlara yaxınlaşaraq onlara verdiyi şampunları istədiyini, şampunları verən zaman Gündüzün qoyduğu sellafon çantaya baxdığını, lakin sellafon çantanı götürmədiyini, həmin qadın onlardan yüklərinə kömək etməklərini istəmiş onlar avtomobili gözlədiyini, hava limanına tələsdiklərini bildirdiyini, bundan sonra Nubar adlı qadın gömrük məntəqəsinin içərisinə getmiş və geri dönən zaman sağ hissədə olan iki ədəd sellafon çantanı götürüb avtomobilə apardığını,sonra isə bir ədəd Gündüzün veşlərinin yanında olan selefon çantanı götürərək apardığını, bir necə dəqiqdən sonra Gündüz avtomobili ilə gəlmiş və yüklərini yığan zaman bənövşəyi (qırmızı) rəngli sellafon çantalarının harada olduğunu soruşduğunu, onlarda həmin istiqamətə baxanda Gündüzə məxsus olan sellafon çantanın olmadığı gördüklərini, bundan sonra Gündüzün onlarla birlikdə Gömrük İdarəsinə getdiyini, orada kameralara baxıb, sellafon çantanı onların götürmədiyinə əmin olduqdan sonra onları hava limanına apardığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onu ilk dəfə gördüyünü, Zərərçəkmiş şəxs1 da əvəllcədən tanımadığını, onu ilk dəfə gördüyünü, onun Zərərçəkmiş şəxs1 çantasında pul olmasından xəbəri olmadığını, Gündüz bu barədə onlara nə maşında nədə gömrükdə heç bir söz demədiyini, Sellafon çantaların rəngi eyni olduğundan hansı çantanın Gündüzə məxsus olmasını və Zərərçəkmiş şəxs1 pul barədə ona heç bir söz demədiyi üçün hansı çantada pul olduğunu bilmədiklərini, X21 məntəqəsinin içərisində olan zaman Təqsirləndirilən şəxs onlara əlavə çanta vermədiyini, sadəcə olaraq gömrük keçid məntəqəsinin giriş hissəsində, çöldə bir çanta və iki-üç ədəd şampun verdiyini, bundan əlavə o, onlara çanta vermədiyini, Gündüz də gələndən sonra iki çantanın ona məxsus olduğunu bir ədədinin isə Nubara məxsus olduğunu söylədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatətinə görə şahid qismində dindirilən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X8 ifadəsində bildirdi ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində işlədiyini, 2024-cü ilin əvəllərində Zərərçəkmiş şəxs1 nazirliyə ərizə ilə müraciət edərək onun X16 ona məxsus olan çantaların və çantanının içərisində olan 5400 ABŞ dolları dəyərində türk lirəsinin oğurlandığını, həmin çantaları və pulu Nubar adında xanımın götürdüyünü bildirdiyini, materialı araşdırarkən hər iki tərəfin izahatlarını aldığını, əsas şahidlərin yəni tələbələrin Naxçıvan MR-da yaşamadığından araşdırmanın uzun çəkdiyini, araşdırma dövrü Nubar xanım heç bir çanta götürmədiyini və oğurluq etmədiyini bildirdiyini, lakin sonradan ona aid olan Naxçıvan MR DİN-də yerləşən xidməti otağında Təqsirləndirilən şəxs şikayətçi Zərərçəkmiş şəxs1 4000 (dörd) min manat verməklə razılığa gəlməsini və şikayətini geri götürməsini təklif etdiyini, Zərərçəkmiş şəxs1 pulun ona aid olmadığını başqa şəxsə aid olduğunu və himayəsində azyaşlı xəstə uşağı olduğunu qeyd edərək Nubarın təklifini qəbul etməyərək razılaşmadığını, Nubarın və Gündüzün onun xidməti otağında olan söhbətlərindən sonra onların hardasa razılaşacaqlarını düşünüb işə səthi yanaşdığını, lakin sonradan onların razılaşmadığını görüb material araşdırılması üçün Sədərək rayon Polis şöbəsinin təhqiqat qrupuna göndərildiyini bildirdi. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının və müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 17 ildir gömrük orqanlarında işlədiyini onun 15 ilini sırf rendgen qurğusuna nəzarət etdiyini, işinin yalnız vətəndaşların əl yüklərində olan əşyaları rendgen qurğusu ilə müşaət etdiyini, vətəndaşların yüklərində hər hansı bəyan olunmamış qanunsuz əşyalar və yaxud normadan artıq əşyalar olduqda həmin əşyaları saxlayaraq müvafiq tədbirlər görülməsi üçün sənədləşdirdiklərini, bu cinayət işi ilə bağlı uzun müddət keçdiyinə görə yəni 2024-cü ilin əvvəllərində hadisə baş verdiyindən Zərərçəkmiş şəxs1 əl çantalarında hansı əşyaların olduğunu xatırlamadığını, ancaq onun çantasında əlli min manatdan artıq pulu olsaydı bu xüsusi risqli hesab edilərək baxa biləcəklərini, Gündüzün əl çantalarında pulu olsada deməli az olub ki, saxlamadıqlarını və tədbir görmədiklərini, 2024-cü ilin əvvəllərində Gündüzün əl çantasında hər hansı əşyanın və yaxud pul əskinazının olub-olmadığını dəqiq xatırlamadığını, 11 ay yəni uzun müddət keçdiyinə görə rendgen qurğusunun yaddaşı dolduğundan və yaddaşı təzələndiyindən 25 yanvar 2024-cü il tarixli görüntülərin çıxarılmasının qeyri mümkün olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının və müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 14 ildir gömrük orqanlarında xidmət etdiyini, iki ildir X16 işlədiyini, 2024-cü ilin yanvar ayının 25-də xidmətdə olduğu zaman bəyənnamə köşkünə nəzarət etdiyini, vəzifəsinin yalnız vətəndaşların bəyan ediləsi əşyalarının qeydiyyatdan keçirmələrinə köməklik göstərməsi olduğunu, 2024-cü ilin yanvar ayından 11 ay keçdiyinə görə və hər gün 400-500 nəfərlə ünsiyyətdə olduğundan, Zərərçəkmiş şəxs1 ilə nə vaxt görüşdüyünü və aralarında hansı söhbət olduğunu xatırlamadığını, ancaq məhkəmə iclasında video-görüntüyə baxdıqdan sonra yaddaşının təzələndiyini və həqiqətən Zərərçəkmiş şəxs1 25 yanvar 2024-cü il tarixdə gömrük keçid məntəqəsinin keçid zalında bir neçə əl çantalarını tərəziyə qoyaraq ona yaxınlaşdığını və onunla 3-4 dəqiqə söhbət etdiklərini, ancaq uzun zaman keçdiyinə görə söhbətin nədən getdiyini və Gündüzün ona çantasında 5400 ABŞ dolları məbləğində lirə olduğunu deməsini dəqiq xatırlamadığını, həmin tarixdə Gündüzün bir neçə selefon əl yükü olduğunu və həmin əl çantalarında qanunsuz heç nə aşkar olunmadığını bildirdi. Cinayət işinin materiallarında olan: -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sədərək Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı polis leytenantı X2 tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nörməli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və 01 iyun 2024-ci il tarixdə müstəntiq cinayət işini icraatına qəbul edərək iş üzrə istintaqın aparılması barədə qərar qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona elan edilən ittihamın mahiyyəti izah olunmaqla qərarın sürətinin təqdim olunması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd 5 kiloqramlıq sakrivari zeytun yağını, 01 ədəd 1 kiloqramlıq pendirin və 01 blok parlament markalı siqaretin 2024-cü ilin yanvar ayına olan orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə həmin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə 01 ədəd 5 kq-lıq saklivadi zeytun yağı 45 manat, 01 ədəd 1 kq-lıq pendir 7 manat və 01 blok parlament markalı siqaret 35 manat olmaqla ümumi dəyərləri 87 manat müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 879 saylı ekspertiza xərclarinə dair bildirişə əsasən aparılmış ekspertizanın dəyəri 40 manat müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -25 yanvar 2024-cü il tarixdə X21 Məntəqəsində baş vermiş hadisənin əks etdirən video-görüntülər olan bir ədəd DVD disk məhkəmə iclasında tədqiq edilmiş və həmin video görüntülərdən görünür ki, həmin DVD-nin içərisində 07 ədəd videonun olduğu müəyyən edilmişdir. Həmin videoda birinci görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cü il tarixi, saat 16:05:49 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin Türkiyə Respublikası tərəfdən giriş hissəsini çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə Təqsirləndirilən şəxs yanında bir neçə ədəd sellafon torba ilə durduğu müşahidə edilir. Kameranın saat 16:06:04 saniyəni göstərdiyi vaxt keçid məntəqəsinin girişinə Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin gəldiyi müşahidə edilir. Həmin avtomobildən Zərərçəkmiş şəxs1 və tələbə olan Şahid2 və Əsgər Məmmədov düşür və yüklərini yəni iki ədəd qırmızı selefon sumkanı bir ədəd ağ selefon sumkanı avtomobildən yendirdiklərini, Kameranın saat 16:06:25 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs onlara yaxınlaşır və onlarla söhbət etməsi müşahidə edilir. Təqsirləndirilən şəxs yüklərinə tərəf gedərək Kameranın saat 16:06:47 saniyəni göstərdiyi vaxtda yenidən əlinə iki ədəd çəhrayı (qırmızı) rəng sellafon torba ilə Zərərçəkmiş şəxs1 və tələbələrin yanına yaxınlaşır, tələbələr ilə söhbət edir. Kameranın saat 16:07:30 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs tələbələrin hər birinə balaca sellafon torba verir və onlar sellafon torbanı əl çantalarına qoyurlar. Kameranın saat 16:07:27 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 avtomobilin ön hissəsinə gedərək ön sağ qapını açır və oradan qara rəngli balaca sellafon torba götürüb, həmin torbanı kameranın saat 16:07:53 saniyəni göstərdiyi vaxtda əlində olan ağ sellafon çantaya qoyur. Kameranın saat 16:08:51 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs əlində gətirdiyi iki ədəd qırmızı rəngdə olan sellafon torbanın birini geri qaytarır, digərini isə tələbələrdən biri götürüb Gömrük keçid məntəqəsinin içərisinə daxil olur. Həmin video-görüntülərdən İİ görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cü il tarixi, saat 16:08:07 saniyəni göstərdiyi və videokameranın X21 məntəqəsinin zal tərəfdən giriş hissəsini çəkdiyi müşahidə edilir. Kameranın saat 16:09:16 saniyəni göstərdiyi vaxtda gömrük keçid məntəqəsinin zalında Zərərçəkmiş şəxs1 və onunla gələn tələbələrdən birinin göründüyü, giriş hissəsi ilə zaldan keçməsi müşahidə edilir. Kameranın saat 16:09:43 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 zaldan geri döndüyü və çıxışa getdiyi görünür. Kameranın saat 16:09:57 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 digər tələbənin yükünə kömək edərək zala geri döndüyü görünür. Həmin video-görüntülərdən İİİ görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cü il tarixi, saat 16:10:07 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin zalını çəkdiyi müşahidə edilir. Kameranın saat 16:10:29 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 əlində olan yükü gətirib tərəzinin üzərinə qoyduğu, saat 16:10:40 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 zala qoyduğu digər yükləridə gətirib tərəzinin yanına qoyur və bəyənnamə köşkünə nəzarət edən gömrük əməkdaşı ilə söhbət edir. Kameranın saat 16:12:57 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 və tələbələr tərəzinin yanından yüklərini götürüb rentgen aparatına tərəf getmələri müşahidə olunur. Həmin video-görüntülərdən İV görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cu il tarixi, saat 16:12:51 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin zalında rentgen aparatını çəkdiyi müşahidə edilir Kameranın saat 16:13:06 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 və tələbələrin rentgen qurğusuna yaxınlaşdığı, yükləri həmin rentgen qurğusuna qoyduğu müşahidə edilir. Həmin video-görüntülərdən V görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cü il tarixi, saat 16:13:25 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin zalında rentgen aparatının digər hissəsini çəkdiyi müşahidə edilir. Kameranın saat 16:14:17 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 və tələbələrin rentgen qurğusundan yükləri keçirdiyi müşahidə edilir. Kameranın saat 16:15:27 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 çəhrayı, ağ rəngli, ağ-qırmızı rəngli 3 ədəd sellafon torbanı və bir ədəd baqaj çantasını götürüb çıxışa doğru hərəkət etməsi müşahidə edilir. Kameranın saat 16:16:55 saniyəni göstərdiyi vaxtda tələbərdən birinin iki ədəd çəhrayı rəngli sellafon çantanı digərinin isə bir ədəd baqaj çantasını götürdüyü müşahidə edilir. Həmin video-görüntülərdən Vİ görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024cü il tarixi, saat 16:15:43 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin zal tərəfdən çıxış hissəsini çəkdiyi müşahidə edilir. Kameranın saat 16:15:47 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 zaldan əlində qeyd olunan yüklər ilə çıxdığı müşahidə edilir. Kameranın saat 16:17:23 saniyəni göstərdiyi vaxtda tələbələrində əllərində qeyd olunan yüklər ilə zaldan çıxdığı müşahidə edilir. Həmin video-görüntülərdən Vİİ görüntüyə baxış zamanı həmin videonun 25 yanvar 2024-cü il tarixi, saat 16:15:55 saniyəni göstərdiyi və video-kameranın X21 məntəqəsinin çıxış hissəsini çəkdiyi müşahidə edilir. Kameranın saat 16:16:01 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 zaldan çıxdığı, kameranın saat 16:16:14 saniyəni göstərdiyi vaxtda pul olduğunu bildirdiyi qara sellafon torbanı və başqa əşyanı çəhrayı (qırmızı) rəngli çantaya qoyması və iki dəfə möhkəm düyün vurması müşahidə edilir. Kameranın saat 16:16:38 saniyəni göstərdiyi vaxtda Zərərçəkmiş şəxs1 çantaların yanından uzaqlaşıb gömrük keçid məntəqəsinin zalına geri dönür. Kameranın saat 16:17:44 saniyəni göstərdiyi vaxtda tələbələrin əlində qeyd olunan iki ədəd qırmızı (çəhrayı) rəngli selafon sumkaları çıxışda sağ tərəfə yerə qoyduqları müşahidə edilir. Kameranın saat 16:21:11 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs zalın çıxış hissəsinə gəldiyi əlində olan bir ədəd parça çantanı çəhrayı rəngli sellafon çantaların yanına qoyduğu müşahidə edilir. Kameranın saat 16:21:24 saniyəni göstərdiyi vaxtda şəxsiyyəti məlum olmayan şəxs parça çantanı gətirib Təqsirləndirilən şəxs yanına qoyması müşahidə edilir. Kameranın saat 16:21:50 saniyəni göstərdiyi vaxtda Nübar Əmirova yükünü götürən tələbələr yaxınlaşır və onlara verdiyi ayrı-ayrı iki ədəd sellafonda olan şampunları alması müşahidə edilir. Kameranın saat 16:22:30 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan çəhrayə rəngli sellafon torbaya baxır, sonra isə giriş hissəsinin sağında olan iki ədəd sellafon çəhrayı rəngli biri özünə məxsus digəri isə ağzı qara selefonla bağlanmış Zərərçəkmiş şəxs2 məxsus qırmızı selefon sumkanı götürüb avtomobilə aparması müşahidə edilir. Kameranın saat 16:23:32 saniyəni göstərdiyi vaxtda X24 Fətəliyevə məxsus olan digər yüklərin yanında giriş hissəsinin solunda olan çəhrayı (qırmızı) rəngli sellafon torbanı götürməsi müşahidə edilir. Kameranın saat 16:23:41 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan çəhrayı rəngli sellafon torbanın içərisindən görüntüdə görünməyən əşyanı götürüb sağ hissəsində paltarının altına qoyması müşahidə edilir. Kameranın saat 16:24:33 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs gömrük məntəqəsinin zalına geri dönür. Kameranın saat 16:24:46 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs zaldan çölə çıxdığı, bundan sonrada bir neçə dəfə zala girib yenidən çıxması müşahidə edilir. Kameranın saat 16:29:06 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs zaldan çıxaraq çıxışa doğru gedib yenidən geri dönməsi müşahidə edilir. Kameranın saat 16:30:28 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs yüklərini yığdığı avtomobil həmin yerdən uzaqlaşıb getməsi müşahidə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2- 016046/2024 nömrəli məktubundan görünür ki, Sədərək gömrük postunun ölkəyə giriş nəzarət xəttində quraşdırılmış rentgen avadanlığının yaddaş bazasına baxış keçirilmiş, lakin xx.xx.2024-cü il tarixdən xeyli müddət keçdiyi üçün görüntülərin avadanlığın yaddaşında qalmadığı müəyyən olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin izahat və ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə istintaqında araşdırılmış hallardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd təxminən 45(qırx beş) manat dəyərində “Saklivadi” zeytun yağını, 01 ədəd 01 kq təxminən 7(yeddi) manat dəyərində pendirini, 01 blok təxminən 35(otuz beş) manat dəyərində Parlament siqaretini, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs3 məxsus 9180 (doqquz min yüz səksən) manat pulunu və Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus deməsinə görə ümumilikdə 110 manat dəyərində 01 ədəd “Saklivadi” zeytun yağını, 02 ədəd 01 kq pendirini 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonu ərazisində yerləşən X21 Məntəqəsinin zaldan çıxış hissədən gizli olaraq talamaqla oğurluq etmiş, yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 9416 (doqquz min dörd yüz on altı) manat maddi ziyan vurması müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsində sübutların məcmusu zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin dindirilmə protokolları, şahid ifadələri, Naxçıvan MR. Dövlət Gömrük Baş İdarəsi tərəfindən təqdim edilmiş 25 yanvar 2024-cü il tarixli və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 25 yanvar 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı video-görüntülərdən ibarətdir. Məhkəmə hesab edir ki, həmin sübutların Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün əsas və təsdiqedici, yətərli olması kimi qəbul edilməsi mümkündür. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclasında ittiham üzrə özünü təqsirli saymadığını və zərərçəmiş şəxslərə məxsus olan iki ədəd qırmızı rəngdə olan selefon sumkaları onun aparmadığını qeyd etsədə, 09 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə istintaqı zamanı 25 yanvar 2024-cü il tarixli hadisənin baş verdiyi günün video-görüntüyə baxılarkən və tədqiq edilərkən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan ağzı qara selefonla bağlanmış qırmızı selefonun ona aid olmadığını və öz sumkası ilə birlikdə götürüb maşına apardığını və digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus içərisində qara selefon bağlama olan digər bir ədəd qırmızı rəngdə olan selefon sumkanı tələbələrin yanından öz sumkası olduğunu zənn etdiyi üçün götürüb maşına aparıb qoyduğunu bildirmişdir. Bununla da o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsindən də tam aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə Sədərək gömrük postunun çıxış hissəsindən götürərək Naxçıvan şəhəri Qaracuq kəndində yerləşən evinə apardığını, Nubarın maşına yığdığı 10-15 ədəd qırmızı selefon sumkasını həm maşına yığdığı vaxt həm də evlərinə yendirdikləri vaxt kömək etdiyini, Nubarın maşına yığdığı qırmızı selefon sumkaların hamısını evinə apardığını, Nubar maşından düşdükdən sonra bir dənədə olsun maşında sumkası qalmadığının qeyd etməsi də Nubarın zərərçəkmişlərin qırmızı rəngli selafon sumkalarını aparmasını bir daha təsdiqləyir. Ona görə ki, iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövrü həmdə məhkəmə istintaqı zamanı dörd ədəd qırmızı rəngli selefon sumkasının olduğunu vurğulasada məhkəmə istintaqı zamanı onun 10-dan çox selefon sumkanın və o, cümlədən zərərçəkmiş şəxslərə məxsus bir ədəd ağzı qara selefonla bağlanmış qırmızı rəngli selefon sumka və bir ədəd ağzı bağlanmış qırmızı rəngli selefon sumkanın Sədərək gömrük postunun çıxışından “Land Cruiser” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobilə yığaraq apardığı müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaqa təqdim etdiyi video- görüntüdə içərisində Türkiyyə Respublikasında valyuta dəyişmə məntəqəsində baş vermiş hadisənin əks etdirən 01 ədəd video-görüntü olan məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan video-görüntüdən görünür ki, həmin video-görüntünün 29 saniyə olması Zərərçəkmiş şəxs1 adı müəyyən edilməyən valyuta dəyişmə məntəqəsində olması görünür. Videogörüntüdə aparat vasitəsi ilə pulların sayılması müşahidə edilir. Kameranın 16-cı saniyəsində bir nəfər şəxsiyyəti müəyyən edilməyən şəxsin qara sellafon paketi Zərərçəkmiş şəxs1 verməsi, Zərərçəkmiş şəxs1 isə həmin qara torbanı aldıqdan sonra açıb içinə baxaraq oranı tərk etməsi və videonun xx.xx.2024-cü il tarixi saat 12:29:27 saniyəni göstərdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin videogörüntülər olan DVD disk də iş üzrə sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadəsinə, zərərçəkmişlərin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq - yəni özgənin əmlakını gizli olaraq talama — (xeyli miqdarda ziyan vurmaqla törədildikdə)- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində 4 övladının olmasını onlardan 2-nin yetkinlik yaşına çatmayan birinin isə azyaşlı olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 4 övladının olmasını onlardan birin azyaşlı və 2-nin isə yetkinlik yaşına çatmayan olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra və probasiya bölməsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut içərisində hadisənin baş verdiyi günə aid video-görüntü olan 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin nəticəsində zərərçəkmiş şəxslərə dəymiş 9416 ( doqquz min dörd yüz on altı) manat maddi ziyanla bağlı, zərərçəkmişlərə gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347; 349; 351-353; 356; 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Naxçıvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Təqsirləndirilən şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsait dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə maddi sübut içərisində 25 yanvar 2024-cü il tarixli hadisənin baş verdiyi günə aid video-görüntü olan 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Cinayət işinin nəticəsində zərərçəkmiş şəxslərə dəymiş 9416 ( doqquz min dörd yüz on altı) manat maddi ziyanla bağlı, gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-11/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-11/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver