Məhkəmə qərarları › İş №1(088)-12/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-12/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-12/2023 28.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət İttihamçısı- Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs X4 və onun vəkili Müdafiəçi və tərcüməçi X8 iştirakı ilə, xx.xx.1985-ci ildə Pakistan İslam Respublikasının Buner şəhərində doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Buner şəhərində qeydiyyatda olan, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan- X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında, 28 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Pakistan İslam Respublikası vətəndaşı X9 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından işləmək məqsədi ilə Türkiyə Respublikasına getmək üçün 01 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Sədərək rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisinin 24-cü sahəsindən Azərbaycan Respublikasından Türkiyə Respublikasına qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X9 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 27 may 2023-cü il tarixdə təyyarə ilə Azərbaycan Respublikasına gəldiyini, Bakı şəhərində dostları ilə birlikdə hosteldə 2 gün qaldıqdan sonra dostlarının geri qayıtdığını o isə Türkiyə Respublikasına digər dostlarının yanına gedib orada işləmək məqsədi ilə 31 may 2023-cü il tarixdə təyyarə ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində gəzdikdən sonra “Türk məscidi” deyilən yerdə gecələdiyini, 1 iyun 2023-cü il tarixdə günorta saatlarında taksi ilə Sədərək gömrüyünə getdiyini, Sədərək sərhəd nəzarət məntəqəsinə yaxınlaşaraq Türkiyə Respublikasına keçmək üçün sənədlərini hərbi qulluqçulara təqdim etdiyini, lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk etmək mümkün olmadığından geri qaytarıldığını, bundan sonra həmin gün saat 22:00 radələrində Sədərək sərhəd nəzarət məntəqəsinin arxa istiqaməti tərəfindən Türkiyə Respublikasına qanunsuz yolla keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanıldığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd divizyasının 1-ci sərhəd komendantlığının komendantının birinci müavini-qərargah rəisi, kapitan X20 ifadəsində bildirdiki, xx.xx.2023-cü il tarixdə alınmış məlumat əsasında saat 20:30 radələrində sərhəd naryadının üzvləri, kapitan Toğrul Səfərov və əsgər Elçin Qurbanovla birlikdə 1-ci sərhəd zastavasının 25-ci sahəsinin arxa istiqamətində “Pusqu” sərhəd naryadı xidmətini təşkil etdiklərini, saat 22:15 radələrində 1-ci sərhəd zastavasının 24-cü sahəsində 2/5 saylı sərhəd nişanından 200 metr sağa, dövlət sərhəd xəttindən təqribən 250 metr, mühəndis çəpərindən 100-150 metr arxa tərəfdə dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər naməlum şəxsin tərəflərindən aşkar olunaraq saxlanıldığını, araşdırma zamanı saxlanılan şəxs X16 vətandaşı X9 Azərbaycan Respublikası ərazisindən qanunsuz yolla Türkiyə Respublikasına işləmək məqsədi ilə getmək istədiyini , həmin şəxsi saxladıqdan sonra aidiyyatı üzrə təhvil verdiklərini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd diviziyasının N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantının əməliyyat axtarış üzrə müavini, kapitan X19 ifadəsində bildirdiki, xx.xx.2023-cü il tarixdə alınmış məlumat əsasında saat 20:30 radələrində sərhəd naryadının başçısı kapitan Yusif Əliyev və sərhəd naryadının üzvü əsgər Elçin Qurbanovla birlikdə 1-ci sərhəd zastavasının 25-ci sahəsinin arxa istiqamətində “Pusqu” sərhəd naryadı xidmətini təşkil etdiklərini, Saat 22:15 radələrində 1ci sərhəd zastavasının 24-cü sahəsində 2/5 saylı sərhəd nişanından 200 metr sağa, dövlət sərhəd xəttindən təqribən 250 metr, mühəndis çəpərindən 100-150 metr arxa tərəfdə dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər naməlum şəxsin tərəflərindən aşkar olunaraq saxlanıldığını, araşdırma zamanı saxlanılan şəxs X16 vətandaşı X9 Azərbaycan Respublikası ərazisindən qanunsuz yolla Türkiyə Respublikasına getmək istədiyini, saxlanılan şəxslə bağlı araşdırma qurtardıqdan sonra onu aidiyyatı üzrə təhvil verdiklərini bildirdi. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X5rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxsi, şahidəri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X9 Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan, xx xxxxxx 1985-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşının “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə dövlət sərhəddindən rəsmi qaydada hərəkətindən görünür ki, Haq X2 dəfə 27 may 2023-cü il tarixdə Pakistan İslam Respublikasından, Heydər Əliyev adına Beynəlxal Aeroportundan Azərbaycan Respublikasına giriş etmiş lakin bundan sonra onun heç bir sərhədkeçməsi qeydə alınmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. -xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X9 02 iyun 2023 il tarixdə, saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan da müəyyən edilir ki, Pakistan İslam Respublikası vətəndaşı X25 Muhammad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli 4(009)- 377/2023 nömrəli qərarından görünür ki, həmin qərarla X9 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan 02 iyun 2023cü il tarixdən hesablanmışdır. -Sədərək Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 1(088)-12/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli 4(009)- 377/2023 nömrəli qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Pakistan İslam Respublikası vətəndaşı X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs X4 əməlləri Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarınavə digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və təqsirləndirilən şəxsin səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün hesab edilmir. Ona görə də X9 təqsirli bilindiyi CM-in 29, 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, onun cəzasının 02 iyun 2023-cü il tarixdən saat 10:00-dan hesablanmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən o, cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Haq X1 İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə X4 Pakistan İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət vəsaiti hesabına təqsirləndirilən şəxs X4 hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X7 göstərilən hüquqi yardıma görə vəkil Müdafiəçi vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 cəza çəkmə müddətinin əvvəli 02 iyun 2023-cü il tarixdən saat 10:00 –dan hesablansın. X9 cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Əlavə cəzanın icrası cəzaçəkmə müəssisəsinə həvalə edilsin. X9 məhkumluğu götürülənədək və ya ödənilənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Müdafiəçi təqsirləndirilən X7 göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. X16 tərəfindən verilmiş AL6392935 nömrəli X7 məxsus pasport, hökm qanuni qüvvəsini aldıqdan sonra cəzasını çəkdiyi müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar