Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 1(088)-13/2024 31.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 iclas katibliyi, Xüsusi ittihamçısı- X4 Barəsində şikayət verilən şəxs- X5 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Sədərək rayon Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq anası, Sədərək rayon Qaraağac klubunda mədəni təşkilatçı işləyən, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X2 Şərəbanı Kərim qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Sədərək Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, ailəsi ilə birlikdə doğulub böyüdüyü Sədərək rayon Qaraağac kəndində yaşadığını və Sədərək rayon Qaraağac kənd sakini X10 bir həmkəndli kimi tanıdığını, onunla yaxın qohumluq əlaqəsininin olmadığını, əvvəllər aralarında hər hansı bir ədavətin olmadığnı, X7 internet informasiya portalında “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi Sofiya 1212 Qarayeva səhifəsində onun ünvanına yalan olduğunu bilə-bilə böhtan xarakterli ittihamlarla çıxış edərək təhqir etməklə işgüzar nüfuzuna xələl gətirdiyini, Şərəbanı Əhmədovanın ünvanına yalan olduğunu bilə-bilə böhtan ataraq şərəf və ləyaqətimizi alçaldacaq, nüfuzdan salacaq məlumatları ictimayiləşdirməklə “TikTok” sosial şəbəkəsində Sofiya 1212 Qarayeva səhifəsində yerləşdirdiyi məlumatın surətini məhkəməyə təqdim etdiyini, X15 informasiya portalında TikTok sosial şəbəkəsində Sofıya 1212 Qarayeva səhifəsində yerləşdirdiyi məlumatlarda göstərdiklərinin heç bir əsası olmadığını və böhtan xarakterli olduğunu, Şərəbanı Əhmədovanın heç bir səbəb olmadan onun ünvanına internet informasiya portalında “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi Sofıya 1212 Qarayeva adlı səhifədə yalan olduğunu bilərək böhtann xarakterli məlumatlar yerləşdirməklə onun şərəf və ləyaqətimi alçaltmış, işgüzar nüfuzuna xələl gətirdiyini, bununla bağlı dəfələrlə Şərəbanı Əhmədovaya bir həmkəndli kimi xəbərdarlıq etməyinə baxmayaraq onun öz hərəkətlərini davam etdirdiyini, Şərəbanı Əhmədova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatları “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi Sofıyal212 Qarayeva səhifəsində yalan olduğunu bilərək böhtan xarakterli məlumatlar yerləşdirərək yaymaqla şərəf və ləyaqətini ləkələyərək işgüzar nüfuzumu taptalamış və buna görə mənəvi iztirab çəkdiyini, hətta ailəsində problemlər yarandığını, utandığımdan kəndə, icimayət arasına çıxa bilmədiyini, dost-tanışdan, musiqiçi yoldaşlarından, hətta qohum əqrabadan qaçıb gizləndiyini, bir sözlə bu biabırçılıqdan qurtarmaq üçün nə edəcəyini bilmədiyini ona görə də pozulmuş hüquqlarını, şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək xüsusi ittihamçı qismində tanınmaqla, yalan olduğunu bilə-bilə internet informasiya portalında “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi Sofiya 1212 Qarayeva səhifəsində yazılı müraciət yerləşdirərək böhtan atan, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, ictimayət arasında nüfuzdan salan məlumatları ictimayiləşdirməklə yayan Sədərək rayon Qaraağac kəndində qeydiyyatda duran və yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (Maddə 147.1. Böhtan, yəni yalan olduğunu hilə-hilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və başqalarına ibrət olsun deyə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökümünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 həm kəndli olduğunu onun barəsində heç bir yazı paylaşmadığını və onun Sofiya 1212 Qarayeva səhvəsinin olmadığını bu baxımdan heç bir cinayət törətmədiyini qeyd edərək şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X5 Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərər çəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Xüsusi ittihamçı tərəfindən şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin onu təhqir etdiyini, şərəf və ləyaqətini alçaltdığını qeyd etsə də, ona dair sübutları təqdim edə bilməmişdir. Belə ki, xüsusi ittihamçı tərəfindən şikayət ərizəsində göstərilən Sofiya 1212 Qarayeva səhvəsinin barəsində şikayət verilmiş şəxs X8 aid olması barədə hər hansı sübut əlavə etməmişdir və əlavə olaraq şikayət ərizəsinə əlavə etdiyi Sofiya 1212 Qarayeva səhvəsindəki rəylərdə sadəcə olaraq ”Elsevər” adının yazılması , başqa anket məlumatlarının qeyd edilməməsi də yazının ona aid edilməsinə dəlalət etmir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (“De Haes və Gijsels Belçikaya qarşı”). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”) (6-cı bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 hərəkətində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-Prosessual Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan rəsmi qaydada verildiyi andan 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-13/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №1(088)-13/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver