Məhkəmə qərarları › İş №1(088)-13/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-13/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-13/2025 19.01.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Şərur rayon Axaməd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvəllər məhkumluğu olmayan, subay, işsiz, Şərur rayon Axaməd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yaşamış, 19 sentyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, haliyədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan dayısı Zərərçəkmiş şəxs məxsus 10.800 manat və 100 ABŞ dollarını 06 sentyabr 2025-ci il tarixdə Türkiyə Respublikasından Sədərək rayon Dəmirçi kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə gələrək nənəsi Şahid2 yatacağını bildirərək yataq otağına keçmiş və orada yatağın üzərində olan döşəyin altındakı əl çantasının içindən gizli olaraq talamaqla xeyli miqdarda oğurluq etmiş, dayısı Zərərçəkmiş şəxs ümumilikdə 10.970 (on min doqquz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2015-ci il tarixdən Türkiyə Respublikasına gedib -gəldiyini, orada tekstil fabriklərində işlədiyini, sonuncu dəfə Türkiyə Respublikasına təxminən 2025-ci ilin yanvar ayında getdiyini və 2025-ci ilin sentyabr ayının 6-da geri qayıtdığını, Türkiyə Respublikasından bir başa Sədərək rayon Dəmirçi kəndinə babası Şahid3 evinə gəldiyini, onlarda yemək yeyib babası Şahid3, nənəsi Şahid2 və dayısı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət etdiklərini, sonra babası və dayısı çıxıb evdən işləri ilə məşğul olmaq üçün getdiklərini, nənəsinə yatacağını, səs salmamasını söyləyib yataq otağına keçdiyini, yataq otağına daxil olandan sonra evdə dayısının pulu olduğunu xatırladığını, yatağın döşəyinin altını qaldırıb baxmaq qərarına gəldiyini, doşəyi qaldırıb baxan zaman qara əl çantası olduğunu gördüyünü, götürüb içinə baxdığını, əl çantasının içərisində düyü torbasına qoyulmuş parçaya və sellafon torbaya bükülü iki paçka manat gördüyünü, paçkalardan böyük olanı götürdüyünü, bundan sonra evdən çıxıb çöldə olan nənəsinə Naxçıvan şəhərinə nişanlısını görməyə getdiyini dediyini, nənəsi ilə sağollaşandan sonra Sədərək rayon Dəmirçi kənd mərkəzinə getdiyini, orada tanımadığı taksi sürücüsünə onu Naxçıvan şəhərinə aparmasını bildirdiyini, avtomobildə olan zaman nənəsi gilin evindən götürdüyü pulu sayıb 10.800 manat və 100 ABŞ dolları olduğunu bildiyini, həmin taksi ilə Şərur rayon Yuxarı Daşarx kəndi ərazisinə gəldiklərini, avtomobilin Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində nasazladığı üçün o, düşüb taksi sürücüsünə 15 manat verdiyini, oradan başqa avtomobilə əyləşib onu Naxçıvan şəhərinə aparmasını bildirdiyini, Naxçıvan şəhərinin girişində yanacaq doldurma məntəqəsinə girdiyini, nişanlısı üçün mağazadan kolbasa, çörək və su alıb X7 limanına getdiyini, orada nişanlısı Sevinc ilə görüşüb söhbət etdiyini, hava limanına getdiyi taksi ilə yenidən Naxçıvan şəhərinə qayıtdığını, taksi sürücüsünə 25 manat pul verib Naxçıvan şəhərində olan “Söyütlük” adlı kafeyə getdiyini, “Söyütlük” adlı kafedə əyləşib dostu Şərur rayon Zeyvə kəndində yaşayan Məhəmmədə zəng etdiyini, ona taksiyə əyləşib Naxçıvan şəhərində olan “Söyütlük” adlı kafeyə gəlməsini, taksi pulunu verəcəyini söylədiyini, onunda taksi ilə Naxçıvan şəhərində olan “Söyütlük” adlı kafeyə gəldiyini, gəldiyi taksiyə 20 manat verib göndərdikdən sonra Məhəmməd ilə “Söyütlük”də əyləşib yemək yediklərini, spirtli içki qəbul etdiklərini, daha sonra taksi çağırıb Naxçıvan şəhərində mərkəzi küçələrin birindən nişanlısının qardaşı posunu götürdüklərini, birlikdə Şərur rayon Şəhriyar kəndinə gedib taksi sürücüsünə 25 manat verib yola saldığını, Şərur rayon Şəhriyar kəndinə Əziz adlı dostunu götürüb başqa avtomobil ilə Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində yerləşən adını xatırlamadığı restorana getdiklərini, orada da taksiyə 5 manat verib yola saldığını, restoranda birlikdə yemək yeyib, spirtli içki qəbul etdiklərini, yeyib-içdikdən sonra Posu, Əziz və o, birlikdə taksi ilə Şərur şəhərinə getdiklərini, Şərur şəhərində olan “Zet” restoranında əyləşib piyvə içdiklərini, oradan qalxanda təxminən 150 manat hesab verdiyini, Şərur şəhərində dostu Sinan ilə danışıb görüşdüyünü, sonra taksi ilə Posu, Əziz və Məhəmməd birlikdə Naxçıvan şəhərində olan “Faytonçu” restoranına getdiklərini, o, isə Sinanla birlikdə təxminən 40 dəqiqə sonra ayrı taksi ilə “Faytonçu” restoranına getdiyini, yenə orada da piyvə içib təxminən 180 manat hesab verdiyini, “Faytonçu” restoranından da qalxıb Naxçıvan şəhərində olan “011” restoranına getmək qərarına gəldiklərini, lakin dostu Sinanın onlarla getmədiyini, “011” restoranında yemək yeyib-spirtli içki qəbul etdiklərini, “011” restoranında olan zaman əyləşdiyi masaya təxminən 7 nəfər qız gəldiyini, onlarla əyləşib içməyə başladıqlarını, orada əlavə olaraq özünə qəlyan sifariş verdiyini, həmin vaxt o, Sinana zəng edib “011” restoranına çağırdığını, Sinan gələndən sonra həmin qəlyanı çəkməyə başladıqlarını, həmin vaxt orada dostu Sinan ondan atasına olan 180 manat borcunu istədiyini, ona 250 manat pul verdiyini, “011” restoranında olan zaman hesabla birlikdə ümumilikdə 4300 manat pul xərclədiyini, Sinan ilə Posu onun yanından getdikdən sonra Məhəmməd və o, orada olan qızlardan ikisi ilə danışıb pul qarşılığında cinsi əlaqədə olmaq təklif etdiklərini, Əzizin isə əvvəlcədən tanıdığı taksi sürücüsü qız ilə birlikdə onlardan öncə Babək rayonu ərazisində yerləşən “Elsevər” hotelinə getdiklərini, Məhəmməd ilə qızların işdən çıxmasını gözləyib birlikdə “Elsevər” hotelinə getdiklərini, “Elsevər” hotelində 3 ayrı otaq tutduqlarını, 120 manat pul verdiyini, Məhəmməd ilə cinsi əlaqədə olan qıza 150 manat, əlavə olaraq onun yanında olan qıza 100 ABŞ dolları verdiyini, Əziz isə otaqda tək qaldığını, “Elsevər” hotelində təxminən 200 manatlıqda yeyib-içdiklərini, həmin günün səhəri Əziz, Məhəmməd və o, taksi ilə Şərur şəhərinə getdiklərini, hamının öz evinə getdiyini, onun isə Şərur rayon Axaməd kəndində əmisi Böyrək Cəfərovun evinə gedib yuyunduğunu, bundan sonra evdən çıxıb dostu Məhəmmədə zəng edib Şərur şəhərində görüşdüklərini, Məhəmməd ilə görüşdükdən sonra qızlara zəng edib işə getməmələrini, onlarla görüşmələrini bildirdirdiklərini, axşam saatlarında Məhəmmədlə birlikdə tanımadığı taksiyə əyləşib Naxçıvan şəhərinə getdiklərini, Naxçıvan şəhərində “Araz Marketə” gedib təxminən 300 manatlıq spirtli içki alaraq “Elsevər” hotelinə getdiklərini, “Elsevər” hotelinə gedən zaman qızlara zəng edib otelə çağırdıqlarını, “Elsevər” hotelində olan zaman qızların gəldiyini və əlavə olaraq yanlarında bir qızda gətirdiklərini, qızlar ilə birlikdə “Elsevər” hoteldə yeyibicib əyləndiklərini, sonra qızlardan əlavə gələn qıza 100 manat verib yola saldığını, sonra hərəsi öz otağına gedib cinsi əlaqədə olduqlarını, qızların hər birinə 150 manat verdiyini, əlavə olaraq 200 manatda otelə verdiyini, həmin günün səhəri yuxudan oyanıb qızları yola salmış və üzərində olan pulları sayarkən təxminən 2000 manat qaldığını gördüyünü, “Elsevər” hoteldən qalxıb “Terrace” adlı kafeyə getdiklərini, orada olan zaman Posununda onların yanına gəldiyini, “Terrace” adlı kafedə təxminən 500 manat yaxın pul xərclədiyini, “Terrace”dan sonra Naxçıvan şəhərində “Danyeri” restoranına gedib 150 manata yaxın orada xərclədiyini, “Danyeri” restoranından qalxandan sonra hava limanından dostu Məhəmmədi yola salıb Şərur rayon Axaməd kəninə Böyrək əmisinin evinə getdiyini, orada yuyunub dincəldiyini, səhər oyanıb Bakı şəhərinə getmək qərarına gəldiyini, həmin günün axşamı hava limanına gedib bilet aldığını, Bakı şəhərinə getdiyini, orada valideyinlərinin yaşadığı evə getdiyini, Bakı şəhərində olan zaman dayısı Zərərçəkmiş şəxs anasına Safaləyə zəng edib pulunu onun götürüb-götürmədiyini soruşduğunu, onunlada danışdığını, lakin qorxduğu üçün onlara puldan xəbəri olmadığın bildirdiyini, həmin gündən təxminən 1-2 gün sonra polis əməkdaşlarının onu Sədərək rayon polis şöbəsinə dəvət etdiklərini və ondan şübhələndikləri üçün onu saxladıqlarını, hər şeyin ortaya çıxdığını gördükdən sonra hər şeyi düzgün olaraq polisə etiraf etdiyini, belə ki, hadisədən təxminən 2-3 il öncə Sədərək rayon Dəmirçi kəndinə dayısı gilə gələn zaman onun yatağının altında pulunun olduğunu gördüyünü, yataq otağına yatmaq üçün yox pulun olub-olmasını yoxlamaq məqsədi olduğunu və pulu gördükdən sonra oğurlamaq qərarına gəldiyini, dostlarının pulu oğurladığından xəbəri olmadığını, onlara pulu Türkiyə Respublikasına işləyib yığdığını və oradan gətirdiyini söylədiyini, oğurladığı pulları restoran və kafelərdə xərcləyən zaman restoran, kafe sahiblərinə pulun oğurluq olduğunu demədiyini, cinsi münasibətdə olduğu Günay adlı qıza verdiyi 100 ABŞ dolları pulu, dayısı Elşənə məxsus pulların içərisindən götürüb verdiyini, Naxçıvanda olan zaman pulun böyük hissəsini müxtəlif kafe və restoranlarda xərclədiyini, Bakı şəhərinə gedən zaman üzərində təxminən 600 manat pul qaldığını, həmin puluda Bakı şəhərində kafe, restoranlarda xərclədiyini, dayısı Zərərçəkmiş şəxs vurduğu 10970 manat ziyanı istintaq təcridxanasında olduğu üçün kim tərəfindən ödənildiyini bilmədiyini, eşitdiyinə görə ailəsi tərəfindən ödənildiyini, nənə-babası və dayısı (zərərçəkmiş şəxslə) ilə barışıq əldə etdiyini, əməlindən peşman olduğunu , ona görə də onun barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində valideynləri ilə birgə atasına məxsus olan evdə yaşadığını, təxminən 6 ildir ki, özünə məxsus olan “Hyundai Accent” markal **-BA-*** qeydiyyat nişanlı avtomobili ilə taksi faəliyyəti ilə məşğul olduğunu, Sədərək rayon Dəmirçi kəndində atası Şahid3 məxsus evdə atası, anası və o, birlikdə yaşadığını, evləri kəndin sonunda olduğundan qonşulardan onlara gedən-gələn az olduğunu, xx.xx.2025-ci il tarixdə günorta saatlarında nahar üçün evə getdiyi zaman Bakı şəhərində yaşayan bacısı Səfalə Cəfərovanın övladı Təqsirləndirilən şəxs Türkiyə Respublikasından birbaşa onlara gəldiyini gördüyünü, onunla nahar edib bir müddət söhbət etdiyini, sonra işi olduğu üçün evdən çıxıb getdiyini, evdən çıxdığı zaman Təqsirləndirilən şəxs anası ilə birgə evdə qaldığını, evə qayıtdığı zaman bacısı oğlunun artıq evlərindən getdiyini, anası Şahid2 Təqsirləndirilən şəxs hara getdiyini soruşan zaman yemək yedikdən sonra yataq otağında bir neçə dəqiqə uzandığını və sonra anidən nişanlısı ilə görüşəcəyini söyləyib evdən çıxdığını bildirdiyini, təxminən 3-4 gün sonra səhər saatlarında anası onu yuxudan oyadaraq 10.800 manat və 100 ABŞ dolları pulunun oğurlandığını bildirdiyini, işləyərək topladığı pulu saxlaması üçün anasına verdiyini, anasının isə onu əl çantasında yataq otağındakı çarpayının üzərində olan döşəyin altına qoyduğunu, anasının ona “çantanı kimsə götürüb və döşəyin aşağı hissəsində altına qoyub” dediyini, çantaya baxdığı zaman onun içərisindən ona məxsus olan 10800 manat və 100 ABŞ dolları məbləğində pulun olmadığını gördüyünü, çantada həmin puldan əlavə kağıza bükülü halda başqa məbləğdə anasına məxsus olan pulda olduğunu, lakin həmin pulun yerində qaldığını, ona məxsus olan pulun isə hamısı birgə selafona bükülü halda olduğunu, həmin çantada pul olduğunu ondan və anasından başqa heç kim bilmədiyini, onun ümumilikdə 10800 Azərbaycan manatı və 100 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından şübhələndiyini, ona görə də özünün ilkin araşdırma apardığığını, həmin pulların Kamal tərəfindən oğurlandığını tam yəqin olunduğundan sonra Kamalın anasına və özünə zəng edərək bu barədə danışdığını, lakin Kamal pulu götürməyi boynuna almadığı üçün Sədərək Rayon Polis Şöbəsinə yazılı məlumat verdiyini, ondan sonra Kamalı saxladıqlarını və hər şeyin sübut olunduğunu, yəni onun pullarının Kamal tərəfindən oğurlanması sübuta yetirildiyini, haliyyədə Təqsirləndirilən şəxs şikayətçi olmadığını və məhkəməyə yazılı ərizə verərək ona dəymiş maddi ziyanının Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini ona görə də aralarında barışıq olduğunu bildirərək Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mirsadiq qızı ifadəsində bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində həyat yoldaşı Şahid3 və oğlu Zərərçəkmiş şəxslə birgə özünə məxsus olan evdə yaşadığını, qeyd etdiyi şəxslərdən başqa evində heç kimin olmadığını, oğlu Zərərçəkmiş şəxs işlədiyi müddət ərzində qazandığı pulu ona gətirdiyini, onun isə həmin pulu topladığını, həmin pulu özünə məxsus olan qara əl çantasına, çantanı isə yataq otağında olan çarpayının üzərindəki döşəklərin alt hissəsinə qoyduğunu, adətən həmin çantanı çarpayının yuxarı tərəfindən döşəklərin altına yerəşdirdiyini, 06 sentyabr 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhərində yaşayan qızı Səfalənin oğlu Təqsirləndirilən şəxs yaşadığı Türkiyə Respublikasının İstanbul şəhərindən qayıdaraq onlara gəldiyini, həmin vaxt evdə tək olduğunu, sonra həyat yoldaşı Şahid3 və oğlu Zərərçəkmiş şəxs evə gəldiyini, birlikdə nahar etdiklərini, həyat yoldaşı Şahid3 və oğlu Zərərçəkmiş şəxs evdən çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs balaca otağa keçərək orada olan divanda uzandığını, həmin vaxt o, yorğun olduğunu, yatmaq istədiyini və sənin səsin məni narahat edir bu otağa daxil olma istirahət edim, oyandığım zaman nişanlım və anasını Bakı şəhərinə yola salacam dediyini, o, bundan sonra evdən çölə çıxdığını, 5-10 dəqiqə keçməmiş Təqsirləndirilən şəxs evdən çölə çıxaraq Naxçıvan şəhərinə gedəcəyini deyərək getdiyini, həmin gün hava yağışlı olduğu üçün həyət işləri ilə məşğul olduğundan heç nəyə diqqət etmədiyini, bir-neçə gün sonra çantasını yoxlamaq istəyən zaman çantanın yerinin dəyişdirilərək çarpayının aşağı hissəsində döşəyin altına qoyulduğunu gördüyünü, bu zaman çantanı açmış və sellafona bükülü şəkildə qoyduğu oğlu Zərərçəkmiş şəxs məxsus olan 10800 Azərbaycan manatı və 100 ABŞ dolları məbləğində pulun yerində olmadığını gördüyünü, bu zaman dərhal Zərərçəkmiş şəxs yanına gedərək ona pulunun çantasından götürüldüyünü bildirdiyini, Zərərçəkmiş şəxs isə son zamanlarda evə Təqsirləndirilən şəxs başqasının gəlmədiyini qeyd edərək pulu onun götürə biləcəyini dediyini, Elşənlə birgə Şərur rayon Axaməd kəndində yerləşən Kamalın əmisi Beyrək gilin evinə getdiklərini, onlarla söhbət zamanı pulu Kamalın oğurlaya biləcəyindən şübhələndiyini bildirərək Kamalın onlarda qaldığı müddət ərzində nə etdiyini soruşduğunu, Beyrəkin isə Kamalın onlarda 1 gün qaldığını və çantasını da götürərək Naxçıvan şəhərinə getdiyini dediyini, bundan sonra qızı Səfaləyə zəng edərək məsələ barədə ona məlumat verdiyini, lakin Səfalə Kamal ilə söhbət edib ona yenidən zəng edən zaman Kamalın həmin puldan xəbəri olmadığını dediyini, bundan sonra övladı Zərərçəkmiş şəxs polisə müraciət etdiyini, Təqsirləndirilən şəxs onlara gəldiyi zaman əlində idman çantası və çiynindən asılı olan balaca sənəd çantası olduğunu, lakin gedən zaman sadəcə çiynində olan sənəd çantasını apardığını, o, getdiyi günün axşamı əmisi Beyrək adlı Şərur rayon Axaməd kənd sakini onlara gələrək Kamalın Naxçıvan şəhərində olduğunu ona zəng etdiyini və çantasını götürməsini xahiş etdiyini dediyini, oda çantanı aparması üçün əmisinə verdiyini, həmin pulun nə zamandan bəri evdə olduğunu dəqiq xatırlamadığını, ancaq uzun illərdir ki, Zərərçəkmiş şəxs pul qazandıqca ona gətirdiyini, onun isə çantaya qoyduğunu, həmin çantada Elşənə məxsus olan 10800 manat və 100 ABŞ dolları məbləğində pulu sellafon torbaya, əlavə olan 500 manat özünə məxsus pulu isə parçaya sənədlərlə birlikdə büküb qoyduğunu, haliyyədə nəvəsi Təqsirləndirilən şəxsla barışdıqlarını və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın tam ödənildiyini bu baxımdan Kamala cəza verilməməsini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində həyat yoldaşı və oğlu Elşənlə birgə özünə məxsus olan evdə yaşadığını, adətən səhər erkən saatda evdən çıxır və nahar üçün günorta evə qayıtdığını, daha sonra günorta evdən çıxıb və axşam evə qayıtdığını, xx.xx.2025-ci il tarixdə günorta saatlarında nahar üçün evə gəldiyi zaman Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan nəvəsi Təqsirləndirilən şəxs onların evinə gəldiyini gördüyünü, onunla görüşüb nahar etdikdən sonra o, yenidən kənd mərkəzinə getdiyini, axşam evə gəldiyi zaman isə Kamalın getdiyini öyrəndiyini, bundan 1-2 gün sonra günorta saatlarında oğlu Elşənin ona zəng edərək, evdə ona məxsus olan 10.800 manat və 100 ABŞ dolları pulnun oğurlandığını və həmin pulu isə nəvəsi Kamal tərəfindən oğurlandığını güman etdiyini bildirdiyini, sonra Elşən Kamalın valideyinləri ilə əlaqə saxlayıb pulu Kamalın oğurlayıb-oğurlamadığını dəqiqləşdirsə də Təqsirləndirilən şəxs pulu oğurlamadığını bildirib boynundan atdığını, övladı Elşən isə bir neçə gündən sonra polisə müraciət etdiyini, həmin pulları təxminən Təqsirləndirilən şəxs onlara gələndən bir gün əvvəl həyat yoldaşı çantada gördüyünü bidirdiyini, yaşadığı evdən ümumilikdə 10800 Azərbaycan manatı və 100 ABŞ dolları məbləğində pul oğurlandığını, evindən oğurlanmış 10800 Azərbaycan manatı və 100 ABŞ dolları məbləğində pul övladı Zərərçəkmiş şəxs məxsus olduğunu, nəvəsi Təqsirləndirilən şəxsla barışdıqlarını və oğlu Elşənə dəymiş maddi ziyanın tam ödənildiyini ona görə də nəvəsi Kamala cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əsgərli (Əsgərov) Sinan Vilayət oğlu ifadəsində bildirdi ki, Naxçıvan Dövlət Universitetinin Hərbi-Bədən Tərbiyəsi fakultəsində təhsil aldığını, həmkəndlisi və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib Naxçıvan MR-na gəldiyini və avtobusda olduğunu bildirdiyini, həmin gündən bir gün sonra Təqsirləndirilən şəxs ona zəng edib Şərur rayonunda olduğunu və Naxçıvan şəhərinə gəlmək istədiyini bildirdiyini, oda həmin vaxt Şərur rayonuna evə baş çəkmək üçün getdiyini, Kamal ilə danışdıqdan sonra taksi ilə bir başa Şərur şəhərinə gedib Təqsirləndirilən şəxs ilə görüşdüyünü, həmin vaxt onun yanında Əziz ilə nişanlısının qardaşı olduğunu bildirdiyi Posu olduğunu, onlar ilə salamlaşmış, bir neçə dəqiqə söhbət etdikdən sonra evə gedib qardaşı ilə görüşəcəyini və sonra onların yanına gələcəyini söylədiyini, bundan sonra onlardan aralanıb evlərinə getdiyini, təxminən 40 dəqiqə sonra yenidən Təqsirləndirilən şəxs ilə zəngləşib görüşdüklərini, görüşəndən sonra Posu və Əziz birlikdə taksi ilə Naxçıvan şəhərinə getdiklərini, Kamalın isə qız gələcəyini bildirdiyini, onu gözləməyi təklif etdiyini, razılaşıb bir neçə dəqiqə Kamalın dediyi qızı gözlədiklərini, lakin qızın gəlmədiyini, sonra Kamal ilə birlikdə taksi ilə Əzizgilin oturduğu Naxçıvan şəhərində yerləşən “Faytonçu” restoranına getdiklərini, orada bir neçə dəqiqə əyləşdiklərini, Kamal və dostları bir neçə bokal piyvə içib yemək yediklərini, oradan birlikdə qalxıb ayaq ilə yaxınlıqda olan “Turan 011” adlı kafeyə getdiklərini, onların “Turan 011”-də əyləşdiyini, lakin hərbi xidmətdən dostu gəldiyi üçün onunla görüşməyə getdiyini, təxminən 2 saatdan sonra yenidən Kamal ilə danışıb onların yanına “Turan 011” kafeyə qayıtdığını, ora çatanda Kamal və dostlarının masalardan birində əyləşmiş və ətraflarında isə 5-6 nəfər qız olduğunu gördüyünü, qızlar spirtli kokteyil, Kamalgil piyvə və “Likor” spirtli içkisindən içdiklərini, masada qəlyanda olduğunu, ümumiyyətlə masa dolu və masada hər bir şeyin olduğunu, Təqsirləndirilən şəxs atası Vilayətin Şərur rayon Axaməd kəndində mağazası olan zaman ondan nisiyə 180 manatlıq ərzaq götürdüyünü, həmin vaxtdan borclu qaldığını, kafedə olan zaman Təqsirləndirilən şəxs həmin pulu verməsini bildirdiyini, Kamalın onunla razılaşaraq ona 250 manat pul verdiyini, qalıq pulu xərcləməyini söylədiyini, bir neçə dəqiqə də orada əyləşdikdən sonra çıxıb evlərinə getdiyini, həmin günün səhəri Kamal ilə mobil telefonda danışdığını, axşam “Turan 011” də 4000 manat pul xərclədiyini bildirdiyini, onunla mobil telefonda danışan zaman videozəng etdiyini, həmin vaxt o kafe kimi yerdə əyləşmiş və ətrafında qızlar, dostu Məhəmmədin də olduğunu, Təqsirləndirilən şəxs onunla danışan zaman Bakı şəhərinə gedəcəyini bildirdiyini, həmin gündən sonra birdə Kamal ilə görüşmədiyini, Təqsirləndirilən şəxs pulu haradan əldə etdiyini soruşduğunu, Kamalın pulu Türkiyə Respublikasında işləyib qazandığını dediyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, ailəli və 3 övladının olduğunu, ailəsi ilə birlikdə təxminən 2002-ci il tarixdən Şərur rayon Axaməd kəndində özünə məxsus evdə yaşadığını, 06 sentyabr 2025-ci il tarixdə saat təxminən 13:00 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs ona zəng edərək Sədərək rayon Dəmirçi kəndində dayısı Zərərçəkmiş şəxs gildə olduğunu, onlardan çıxıb bir-başa Naxçıvan şəhərinə nişanlısını Bakı şəhərinə yola salmağa gedəcəyini və Zərərçəkmiş şəxs evində olan çantasını götürüb öz evinə aparmağı xahiş etdiyini, həmin vaxtdan bir neçə saat sonra o, Sədərək rayon Dəmirçi kəndində Zərərçəkmiş şəxs yaşadığı evə gedərək oradan Təqsirləndirilən şəxs çantasını götürdüyünü, həmin günü Təqsirləndirilən şəxs onlara gəlmədiyini, sabahı səhər saatlarında Kamalın onlara gələrək qaldığını, 08 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onlardan çıxaraq şəhərə gedəcəyini bildirdiyini, o, ara-sıra Kamal ilə əlaqə saxladığını, Kamalın isə Naxçıvan şəhərində olduğunu bildirdiyini, təxminən 2 gün Naxçıvan şəhərində qaldığını, sona gəlib onlardan çantasını götürüb Hava limanına gedəcəyini bildirdiyini, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs bir daha görmədiyini, Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul vermədiyini, Təqsirləndirilən şəxs onlarda olan zaman ona nə üçün bu qədər burda qalıb avaralıq etdiyini, atasının ona Türkiyə Respublikasından Bakı şəhərinə getməsi üçün 100 manat yolladığını, həmin puluda xərcləyib burda qalacağını söylədiyini, çünki Təqsirləndirilən şəxs Türkiyə Respublikasından gələn zaman pulu olmadığını, qardaşı Əhməd Cəfərovun ona 100 manat pul göndərdiyini, həmin pulu yol pulu edib Bakı şəhərinə getməsi üçün göndərdiyini, Təqsirləndirilən şəxs Türkiyə Respublikasından gələn zaman Naxçıvan şəhərinə taksi ilə gedib-gəldiyini, dostları ilə görüşdüyünü lakin ona oğurluq etməsi barədə heç bir söz demədiyini, Təqsirləndirilən şəxs onun evində qaldığı müddətdə onun evdən hər hansı bir əşya və yaxud pul oğurlamadığını, Kamalın dayısı Zərərçəkmiş şəxs bir neçə gündən sonra onun evinə gəlib Kamalın harada olduğunu soruşduğunu, sonra isə Kamalın onların evindən təxminən 10.900 manat pul oğurladığını bildirdiyini, bundan sonra Kamalın Zərərçəkmiş şəxs məxsus pulu oğurladığından xəbəri olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Türkiyə Respublikasının İstanbul şəhərində anadan olub orada böyüdüyünü, 2023-cü il tarixdə hərbi xidmətə getmək üçün Naxçıvan MR-na gəldiyini, hərbi xidməti başa vurduqdan sonra 2024-cü ilin sonlarında Türkiyə Respublikasına getdiyini, 2025-ci ilin sentyabr ayının 1-də Naxçıvan MR-na geri gəldiyini, Türkiyə Respublikasında yaşadığı müddətdə Şərur rayon Axaməd kəndindən olan Təqsirləndirilən şəxs ilə tanış olduğunu, ara-sıra “İnstagram” sosial şəbəkəsində danışdıqlarını, təxminən dəqiq xatırlamadığı 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona “İnstagram” sosial şəbəkəsində mesaj yazdığını, harada olduğunu soruşduğunu, Şərur rayon Şəhriyar kəndində evdə olduğunu söylədiyini, Kamalın taksi ilə onun yaşadığı kəndə gəldiyini, evə gəlib çay içdiklərini, birlikdə Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində olan restorana getdiklərini, restoranda onların yanına Kamalın dostu Məhəmmədində gəldiyini, orada yemək yeyib spirtli içki qəbul etdiklərini, Kamalın həmin restoranda hesabı verəndən sonra Şərur şəhərinə gəldiklərini, Şərur şəhərində olan zaman Kamalın dostu Sinanında onların yanına gəldiyini, Kamalın nişanlısının qardaşı Posu, o və Məhəmməd ayrı avtomobildə Naxçıvan şəhərinə getdiklərini, Sinanla Kamal isə Aysel adlı qızı gözləyib onla gələcəklərini söylədiklərini, Naxçıvan şəhərində “Faytonçu” restoranına getdiklərini, orada spirtli içki qəbul etdiklərini, Kamal ilə Sinanı gözlədiklərini, bir neçə dəqiqə sonra Kamal və Sinanında gəldiyini, lakin yanlarında heç kəsin olmadığını, orada yeyib-içdikdən sonra Kamalın hesabı ödədiyini, birlikdə oradan çıxıb gəzə-gəzə Araz restoranının yanında olan “011” adlı kafeyə getdiklərini, həmin kafedə oturub piyvə və viski içdiklərini, Kamalın sonra masaya qızları çağırdığını, birlikdə yeyib-içdiklərini, masaya qəlyan sifariş verdiklərini, hamı orada birlikdə qəlyan çəkdiklərini, Kamaldan siqaret istədiyini və çəkdiyini, siqareti çəkəndən sonra halının pisləşdiyini üçün çölə çıxıb qusduğunu, təxminən 15 dəqiqə sonra Kamalın kiminləsə telefonda danışdığını və bir avtomobilin gəldiyini, həmin avtomobili idarə edən qadın olduğunu, Kamalın onunla otelə gedib otaq danışmağını yer saxlamağını və qızlarla gələcəyini bildirdiyini, avtomobili idarə edən qız ilə birlikdə Babək rayonu ərazisində olan “Elsevər” otelə getdiklərini, həmin qızın otaqları danışdığını, birlikdə “011” restoranına getdiklərini, ora gedəndə Kamal, Sinan, Posu və Məhəmmədin qızlarla oynadığını gördüyünü, Kamalın qızlarla oynayan zaman onların başına pul səpdiyini, bir neçə saat sonra Kamalın “011” restoranın hesabını ödədiyini, Kamal, Məhəmməd, iki qız və o, taksi sürücüsü ilə birlikdə “Elsevər” otelə getdiklərini, orada Kamal, Məhəmməd və iki qız birlikdə otaqlarına getdiyini, taksi sürücüsü ilə Posunu evlərinə apardığını, sonra yenidən taksi sürücüsünün onu gətirib “Elsevər” restoranına qoyduğunu, həmin günü orada qalıb səhər qızları yola saldıqdan sonra Şərur rayonuna gəldiklərini, hərənin öz evinə getdiyini, həmin gündən iki gün sonra Kamala zəng edib 50 manat borc pul istədiyini, onunda kart hesabına atdığını, bundan başqa Kamal ilə danışmadığını və görüşmədiyini, Təqsirləndirilən şəxs olan pulu haradan əldə etdiyini soruşduğunu, Kamalın Türkiyə Respublikasında olan zaman işlədiyini və qazandığını dediyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, təxminən 1 il əvvəl Türkiyə Respublikasında yaşadığı müddətdə Şərur rayon Axaməd kəndindən olan Təqsirləndirilən şəxs ilə yaxın yaşadığı üçün ünsiyyəti yarandığını, 07 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Türkiyə Respublikasından qayıtdığını və Naxçıvan şəhərinə gedib gəzmək istədiyini dediyini, kimlə gedəcəyini soruşduğu zaman o, qaynı Posu və dostu Əzizlə birgə gedəcəyini dediyini, onun dediyi şəxsləri tanımadığını, ona pulunun olmadığını bildirdiyini, Kamalın isə pula ehtiyac olmadığını deyərək sadəcə onunla birgə əylənməyini istədiyini, həmin gün işdən icazə alaraq ayrıldığını, Kamalın ona zəng edərək dostu Əziz və qaynı Posununun onu avtomobil vasitəsilə götürəcəklərini özünün isə arxaları ilə gələcəyini dediyini, Əziz, Posu və o, onların gəldiyi avtomobil ilə Naxçıvan şəhərinə getdiklərini, həmin vaxt onlardan ayrılaraq siqaret almaq üçün getdiyini, onların isə həmin vaxt Faytonçu restoranına getdiklərini, daha sonra onların yanına faytonçu restoranına getdiyini, Kamalın dostu Sinanla birgə gəldiyini, birlikdə Araz restoranının ikinci mərtəbəsində yerləşən “011” adlı kafeyə getdiklərini, həmin vaxt Sinanın onlardan ayrılaraq yatmaq istədiyini və evinə gedəcəyini dediyini, bundan sonra yeyib içməyə başladıqlarını, gecə saat 00:02-dən səhər 05:00 radələrinə qədər orada əyləşdiklərini və yemək yeyib spirtli içki qəbul etdiklərini, orada olan zaman masalarına 6-7 nəfər qız da gəldiyini, onlarla birgə əyləşdiklərini, həmin vaxt Kamalın təxminən 4000-5000 manata yaxın hesab ödədiyini, masalarına gələn qızlardan ikisi ilə danışaraq birgə otelə getmələrini istədiklərini, onlarla razılaşdıqdan sonra Kamal və o, iki qızla birgə Babək rayonu ərazisində yerləşən Elsevər Hotelə getdiklərini, onların ardı ilə Əzizin də həmin hotelə getdiyini, hərəsi bir otaq götürərək ayrıldıqlarını, həmin qızın onunla cinsi əlaqədə olmağının müqabilində Kamalın qıza 100 manat verdiyini, səhər açılan zaman Kamal və Əzizlə birgə oradan ayrılıb Naxçıvan şəhər avtovağzalına getdiyini, oradan taksi vasitəsilə Şərur rayonuna qayıtdığını, bundan sonra ertəsi gün Kamal yenə ona zəng edərək Naxçıvan şəhərinə getməyi bildirdiyini, həmin qızlara zəng edib görüşməyi, otelə getməyi söylədiyini, razılaşıb Şərur şəhərində görüşdüklərini, taksi vasitəsilə Şərur restoranına getdiklərini, orada yemək yedikdən sonra Mahmudkənd ərazisində taksilər dayanan yerə getdiklərini, oradan növbədə olan taksiyə əyləşərək Naxçıvan şəhərinə getdiklərini, Naxçıvan şəhərində Araz marketdən viski, pivə və meyvə alaraq Elsevər hotelə getdiklərini, otaqlara yerləşəndən sonra həmin qızlara zəng edərək çağırdıqlarını, həmin vaxt qızlar 3 nəfər gəldiyini, lakin Kamalın onlardan birinə 100 manat verərək geri göndərdiyini, qalan iki qızla hərəsi bir otağa getdiyini, ertəsi gün Kamalla birgə yenidən Şərur rayonuna qayıtdıqlarını, sonra isə birlikdə Bakı şəhərinə getdiyini, Kamalla Bakı şəhərində görüşərək yeyib- içdiklərini, daha sonra onu görmədiyini, Təqsirləndirilən şəxs pulu haradan əldə etməsi barədə 011 kafesində yeyib içərkən soruşduğunu Kamal isə həmin pulu Türkiyyədə işləyərək qazandığını dediyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, təxminən 4 ildir ki, 011 kafesini işlətdiyini, həmin kafenin adətən saat 17:00 radələrindən fəaliyyətə başladığını, növbəti günün səhər saatlarına qədər işlədiyini, təxminən 7-8 sentyabr 2025-ci il tarixlərində saat 01:00 radələrində 011 kafesində işdə olan zaman tanımadığı bir neçə nəfər şəxsin gələrək masalardan birində əyləşdiyini və yemək yediklərini, sonra həmin şəxslərin spirtli içki və qəlyan çəkdilərini video çəkilişdə gördüyünü, bir müddət keçəndən sonra həmin şəxslər masaya qızları dəvət etdiyini, onlara spirtli kokteyllər aldıqlarını, həmçinin onların oynayan zaman başlarına pul səpdiklərini, həmin gün saat təxminən səhər 05:00 raddələrinə kimi həmin şəxslərin kafedə əyləşdiyini, sonda təxminən hesabları 1600 manat olduğunu lakin kafedə 3000 manata yaxın xərcləndiyini, həmin şəxsləri əvvəlcədən tanımadığını, ilk dəfə gördüyünü, kafedə işləyən qızlardan hesabı ödəyən zaman bu qədər pulu haradan aldığını soruşduğunu, Təqsirləndirilən şəxs qızlara dediyinə görə onun Şərur rayonunda fermasının olduğunu, təsərüffat işi gördüyünü və pulunun çox olduğunu dediyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, Babək rayon Qoşadizə qəsəbəsində yerləşən “Elsevər” oteldə adminstrator işlədiyini, təxminən 07 sentyabr 2025-ci il tarixdə “Elsevər” oteldə işdə olan zaman tanımadığı bir nəfər qadın və kişi gələrək 03 ədəd otaq götürmək istədiklərini, həmin otaqlardan biri tək nəfərlik, ikisi isə iki nəfərlik olduğunu, həmin şəxslər otağın pulunu ödədikdən sonra gedib yenidən digər şəxslərlə birlikdə gəldiklərini, həmin şəxslərdən otaqda qalmaq üçün şəxsiyyət vəsiqəsi istədiyi üçün Məhəmməd ilə Kamalın adı yadında qaldığını, həmin şəxslər oteldə qaldıqdan sonra çıxıb getdiklərini, bir gün sonra həmin şəxslər əvvəl gəldikləri qızlar ilə yenidən gəlib oteldə qaldıqlarını, bundan sonra bir daha həmin şəxsləri görmədiyini, Təqsirləndirilən şəxs, Məhəmməd Məhəmmədli və Şahid1 ilk dəfə idi gördüyünü, onları tanımadığını, Təqsirləndirilən şəxs, Məhəmməd Məhəmmədli “Elsevər” oteldə Şahid6 və Şahid7 ilə cinsi əlaqədə olacaqları barədə heç bir söz demədiklərini, “Elsevər” otelə gələn şəxslər otaqda qalmaq üçün sədəcə otağın pulunu ödədiyini, otaqda cinsi əlaqədə olmaqları barədə heç bir məlumat vermədiklərini və buna görə heç bir əlavə ödəniş alınmadığını bildirdi. Cinayət işinin materiallarında olan: -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sədərək Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı polis leytenantı X4 tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nörməli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və həmin tarixdə müstəntiq cinayət işini icraatına qəbul edərək iş üzrə istintaqın aparılması barədə qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 16:30-da cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona elan edilən ittihamın mahiyyəti izah olunmaqla qərarın sürətinin təqdim olunması qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -Sədərək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(088)-2/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. -xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Şərur Rayon Axaməd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə kənddə yaşadığı müddətdə həmişə özünü yaxşı apardığından o, müsbət xarakteriza olunur. -Azərbaycan Respublikasının Mərkəzi Bankının çıxarışından müəyyən olunur ki, 1 ABŞ dollarının dəyəri 1.70 manat müəyyən edilmişdir. -Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 457 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs "Nevrotik reaksiya. Özünə xəsarət yetirmələrlə xəstəliyi vardır, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə istintaqında araşdırılmış hallardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan dayısı Zərərçəkmiş şəxs məxsus 10.800 manat və 100 ABŞ dolları 06 sentyabr 2025-ci il tarixdə Türkiyə Respublikasından Sədərək rayon Dəmirçi kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə gələrək nənəsi Şahid2 yatacağını bildirərək yataq otağına keçmiş və orada yatağın üzərində olan döşəyin altındakı əl çantasının içindən gizli olaraq talamaqla xeyli miqdarda oğurluq etmiş, dayısı Zərərçəkmiş şəxs ümumilikdə 10.970 manat maddi ziyan vurması müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsində sübutların məcmusu zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin dindirilmə protokolları, şahid ifadələri, həmin sübutların Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün əsas və təsdiqedici, yətərli olması kimi qəbul edilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadəsinə, zərərçəkmişlərin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq - yəni özgənin əmlakını gizli olaraq talama — (xeyli miqdarda ziyan vurmaqla törədildikdə)- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini, əməlini etiraf etməsini və törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, əvəllər məhkum olmamasını, törətdiyi əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Bu baxımdan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Şərur rayon Axaməd kəndində qeydiyyatda olsada faktiki olaraq uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı Rayonunda yaşadığından hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün (cəzasının icrası yaşayış yeri üzrə) Bakı şəhəri Probasiya idarəsinə göndərilməlidir. Cinayət işinə əlavə olunmuş Şərur Rayon İcra Hakimiyyəti Axaməd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 yanvar 2026-cı il tarixli 04 nömrəli arayışı göstərilənləri bir daha təsdiq edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdən 19 yanvar 2026-cı il tarixinə kimi 4 (dörd) ay 2 (iki) gün həbsdə saxlandığı vaxt nəzərə alınaraq ( 4 ay 2 gün x 2 gün = 8 ay 4 gün) onun üzərində qəti cəza saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikasına aid AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılsın. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 3 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin nəticəsində zərərçəkmiş şəxsə dəymiş 10970 (on min doqquz yüz yetmiş) manat maddi ziyanla bağlı, zərərçəkmiş şəxsə dəymiş ziyan məhkəmə istintaqı zamanı tam ödənildiyindən Zərərçəkmiş şəxs 19 yanvar 2026-cı il tarixli yazılı ərizəsi cinayət işinə əlavə edilməklə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347; 349; 351-353; 356; 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdən 19 yanvar 2026-cı il tarixinə kimi 4(dörd) ay 2 (iki) gün həbsdə saxlanıldığı vaxt nəzərə alınaraq ( 4 ay 2 gün x 2 gün = 8 ay 4 gün) onun üzərində 11 (on bir ) ay 27 (iyirmi yeddi) gün qəti cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilsin. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş materialına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikasına aid AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsait dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Cinayət işinə əlavə olunmuş 3 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, hökm elan olunduğu andan ( həbsdə olan məhkum hökmün surətini ona verildiyi andan) 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: H.Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar