Məhkəmə qərarları › İş №1(088)-2/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-2/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-2/2025 24.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 16:00-da Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X5, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Türkiyə Respublikasının Şahinbey şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, azərbaycanda məhkumluğu olmayan, subay, işsiz, Türkiyə Respublikasının Antalya şəhəri, Küş Kavağı məhəlləsi, 318 küçəsi, Bəyaz Evlər yaşayış komleksi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşamış, 28 oktyabr 2024cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında, 24 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Keklik X13 Respublikasında məhkumluğu olduğu üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəmiş, məhkum olunması ilə bağlı özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən, şərti olaraq azadlıqda olduğu zaman özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa Sədat Engin adı ilə məlum olan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, U21611803 nömrəli Türkiyə Respublikasına məxsus pasportu əldə edib, 25 oktyabr 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün saat 21:30 radələrində U21611803 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 oktyabr 1996-ci ildə Türkiyə Respublikasının Şahinbey şəhərində anadan olduğunu, 2024-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində çalışdığı zaman Azərbaycan Respublikası vətəndaşı X15 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, 2021-2023-cü illərdə Türkiyə Respublikasında çalışarkən bir kürd qupunun əhatəsinə düşdüyünü, onlarla qumar oynadığını və borcu yarandığını, həmin insanlara 50000 manat borcu olduğu halda ondan 250000 manat pul aldıqlarını və əlavə pul tələb etdiklərini, evini sataraq evin pulunu da onlara verdiyini, lakin ondan əlavə pul tələb etdiklərini əgər əlavə pul verilmədiyi təqdirdə onu öldürəcəkləri ilə hədələdiklərini, əlacsız qalıb Antalyada yaşayan Məhəmməd adlı tanışına Türkiyə Respublikasından qaçmaq istədiyini lakin şərti cəzası olduğu üçün qanuni gedə bilmədiyini bildirdiyini, onun da öz növbəsində onu İstanbul şəhərində yaşayan Sedat Engin adlı şəxslə tanış etdiyini, Sedat Engin ona İstanbul şəhərinə getməyini və ona pasport düzəldəcəyini bildirdiyini, bu baxımdan İstanbul şəhərinə getdiyini, təxminən 10 gün sonra Sedat Engin ona üzərinə öz fotoşəkili vurulmuş, X20 adına olan pasport, kimlik və sürücülük vəsiqəsi verdiyini, həmin sənədlərə görə Sedat Enginə ümumilikdə 20.000 ABŞ dolları pul verdiyini, bundan sonra Sedat Enginin onu Artvin şəhərinə göndərdiyini və orada Məhəmməd adlı şəxslə görüşməyini bildirdiyini, Məhəmməd adlı şəxs ona tanış taksi sürücüsü olduğunu və həmin taksi sürücüsünün onu Azərbaycan Respublikasına aparacağını bildirdiyini, bunun müqabilində 1.500 ABŞ dolları pul aldığını, eyni zamanda Məhəmmədin ona Türkiyə Respublikasında dövlət sərhədində taksidən düşəcəyini və oradan qanunsuz yolla dövlət sərhədini keçirəcəklərini bildirdiyini, xx.xx.2024-cü ildə axşam Məhəmmədin onu yuxudan oyadaraq Rza adlı sürücünün gəldiyini həmin sürücü ilə Azərbaycan Respublikası istiqamətində yola düşdüyünü, Türkiyə Respublikası ilə Azərbaycan Resublikasının dövlət sərhədinə yaxınlaşdıqda İğdır vilayətində Rza adlı sürücünün idarə etdiyi avtomobildən düşdüyünü, orada tanımadığı şəxslərin onu qarşılayıb yük avtomobilinin içərisində gizlədib Türkiyə Respublikasının dövlət sərhədini keçirdiklərini, Azərbaycan Respublikasının dövlət sərhədində yenidən Rza adlı şəxsin avtomobilinə əyləşərək birlikdə «Sədərək» sərhəd nəzarəti şöbəsinə daxil olduqlarını, orada üzərində olan X20 adına olan Türkiyə Respublikasına məxsus pasportu sərhəd naryadına təqdim etdiyini, sərhədçi sənədlərini yoxlayan zaman sənədlərinin saxta olduğunu bildirdiyini, bundan sonra sənədinin saxta olduğunu və özünun Təqsirləndirilən şəxs olduğunu etiraf etdiyini, 25 oktyabr 2024-cü il tarixdə saat 21.30 radələrində sərhəd naryadı tərəfindən saxlanıldığını,qeyd olunan pasportun ona deyil tanımadığı şəxsə məxsus olduğunu, sənədləri İstanbul şəhərində Sedat Engin adlı şəxsin verdiyini, həmin pasportdan əvvəllər istiadə etmədiyini, pasportda qeyd olunan X23 adlı şəxsi tanımadığını, törətdiyi əməldən çox peşman olduğunu, ailəli olduğunu bir müddətdən sonra ata olacağını və onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin mühafizəçisi, kiçik gizir Şahid2 ifadəsində 25 oktyabr 2024-cü il tarixdə saat 09:00-dan 26 oktyabr 2024-cü il saat 09:00-dək “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətinə təyin olduğunu, xidmətdə olduğu zaman 25 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətində olarkən Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində gələn vətəndaşdan sənədlərini təqdim etməsini xahiş etdiyini, vətəndaşın ona Türkiyə Respublikasına məxsus pasportunu təqdim etdiyini, pasporta vizual baxış keçirərkən pasportun görünüşündən şübhələnib bu barədə dərhal “növbə rəisi” baş leytenant Şahid1 məruzə etdiyini, baş leytenant Şahid1 dərhal həmin yerə gələrək Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərini araşdırma aparılması üçün rejimə apardığını, orada X21 aid pasportu xüsusi aparatdan keçirərkən həmin pasportun saxta olduğu müəyyən edildiyini, ona görə də Təqsirləndirilən şəxs aidiyyatı üzrə təhvil verdikdən sonra xidmət yerinə qayıtdığını bildiridi. Məhkəmədə şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş leytenant Şahid1 da, Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində xx xxxxxx 1977-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olduğunu, rəsmi iş yerinin olmadığını, təxminən 10 ildir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, xx.xx.2024-cü ildə səhər saatlarında Gürcüstanda yaşayan əvvəlcədən tanıdığı Röya adlı şəxsin ona zəng edərək Türkiyə Respublikasının Artvin şəhərində bir nəfərin olduğunu, həmin şəxsi götürüb İğdır şəhərində düşürdəcəyini, Türkiyə Respublikasının Dilucu sərhəd keçid məntəqəsində neytral zonada götürəcəyini və X17 aparacağını bildirdiyini, eyni zamanda Röya adlı şəxsin buna görə ona 500 (beş yüz) ABŞ dolları pul veriləcəyini bildirdiyini, xx.xx.2024-cü ildə saat 13:32 radələrində Azərbaycan Respublikasından Türkiyə Respublikasına getdiyini, Artvin şəhərində ona deyilən ünvana gedib milliyyətcə türk olan özünü X23 kimi təqdim edən şəxsi idarə etdiyi avtomobil ilə götürdüyünü, İğdır vilayətinə gəldiyini, burada X22 avtomobildən düşürüb , Dilucu sərhəd keçid məntəqəsinə getdiyini, qanuni qaydada sərhəd məntəqəsindən keçdikdən sonra, neytral zonada olarkən X22 gözlədiyini, həmin şəxs gəldikdən sonra onu yenidən avtomobilinə götürdüyünü və xx.xx.2024-cü ildə birlikdə Sədərək sərhəd nəzarəti şöbəsinə daxil olduqlarını, Sədərək sərhəd nəzarəti şöbəsində X20 sənədlərini sərhəd naryadına təqdim etdiyini, sərhədçi onun sənədlərini yoxlayan zaman sənədlərinin saxta olduğunu bildirdirdikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu, sənədlərinin saxta olaraq özünə məxsus olmadığını bildirdiyini, həmin şəxsin Təqsirləndirilən şəxs saxta sənədlə azərbaycana gəlməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2- ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Giriş-çıxış və qeydiyyat İAMAS üzrə məktubun məzmunundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində ölkəyə giriş-çıxış haqqında məlumat yoxdur. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli inziabti qaydada tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 06:40-da 24 (iyirmi dörd) saat müddətinə inzibati qaydad tulumuşdur. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2- ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. -Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-568/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2024-cü il tarixli 5/1235 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X20 adına olan **********8 nömrəli Türkiyə Respublikasının kimlik kartı xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal qurğu vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələrlə təchiz olunmuş sənədlərin o, cümlədən eyniləşdirici kartların hazırlanmasında istifadə olunmur. Əlavə olaraq 25 noyabr 2024-cü il tarixli 5/1235 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 90 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 5/1332 nömrəli rəyindən görünür ki, təqdim olunmuş X24 adına olan U seriyalı 21611803 Türkiyə Respublikasına məxsus pasportun 2-3-cü səhifələri ilkin deyildir, dəyişdirilmişdir və xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələrlə təchiz olunmuş sənədlərin o, cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Həmin pasportun digər vərəqləri (2-3 cü səhifələr istisna olmaqla) mətbəə üsulu ilə çap olunub, poliqrafik, texnoloji və fizikikimyəvi mühafizə vasitələrlə təchis edilmişdir. Əlavə olaraq 02 dekabr 2024-cü il tarixli 5/1332 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 90 manat müəyyən edilmişdir. Məhkəmə, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi 20 may 2024-cü il tarixli B02 № 705485 nömrəli X7 Nikah Evinin “Nikah haqqında beynəlxalq şəhadətnaməsindən” aydın olur ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası vətəndaşı X15 ailə qurmaqla aralarında 20 may 2024-cü il tarixində rəsmi nikah bağlanmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istəmiş, məhkum olunması ilə bağlı özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən, özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə istintaqa Sədat Engin adı ilə məlum olan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, U21611803 nömrəli Türkiyə Respublikasına məxsus pasportu əldə edib, 25 oktyabr 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 21:30 radələrində U21611803 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. . Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dənizvə hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ailə vəziyyətini (yeni ailə qurmasını) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu halların təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs əvvəllər antisosial davranışa (insanların hüquqlarını pozan və onlara zərər verən bir sıra hərəkətlər) yol verməmişdir. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antisosial yönümün model davranışa çevrilmədiyini göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun ilk dəfə cinayət əməli törətməsi konteksində öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə və ya az ağır təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin maddələrində göstərilməyən formalarda da ifadə oluna bilər. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, yuxarıda qeyd edilən X3rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsində təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusatda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları və həmin məcəllənin 320.2-ci maddəsinin sanksiyasında bir min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə içtimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəzada həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların əsasən, heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, onun yeni ailə həyatı qurması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli inziabti qaydada tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 06:40-da 24 (iyirmi dörd) saat müddətinə inzibati qaydad tulumuşdur. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-568/2024 nömrəli qərarından da müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən 21:30-dan hesablanmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdən həbsdə qalması ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi əsası kimi nəzərə alınmalıdır. Belə ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikası İXM-də şəxsin inzibati qaydada tutulmasının ona təyin olununan cinayət cəzası müddətinə daxil edilməsi halı nəzərdə tutulmasa da, inzibati tutulma müddətinin cinayət cəzası, o cümlədən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 69.4-cu maddələri və Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri tətbiq olunmaqla, təqsirləndirilən şəxsin həmin iyirmi dörd saat (15 fevral 2024-cü il tarixdə 24 saat inzibati qaydada tutulmuş) inzibati tutulma müddəti ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi üçün nəzərə alınmaladır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X6rşı işlər). Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X10rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsi barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilməsini imperativ qaydada təsbit edir. Eynilə Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X4rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Qanunvericliyin tələbinə əsasən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxt onun tutulmasıdır. Avropa Konvensiyasının 5-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən burada tutulmanın hansı qaydada; inzibati və ya cinayətprosessual qaydada həyata keçirilməsi önəm daşımır. Əgər şəxsin azadlığı faktiki məhdudlaşdırılıbsa bu, tutulma sayılır və şəxsin Avropa Konvensiyasının 5-ci maddəsinin və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinin tələbləri qaydasında həbsi deməkdir və bu hal qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 21:30dan saxlanılmasını və xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Məhkəmə Təqsirləndirilən şəxs yeni ailə həyatı qurmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 318.1-ci və 320.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə saxlanması müddəti nəzərə alır və hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 180 manat alınıb (büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE********************) Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Keklik X13 Respublikası vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilib- edilməməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə… Məhkəmə Təqsirləndirilən şəxs olunun Türkiyə Respublikası vətəndaşı olmasını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.1 və 52.2-ci maddəsində göstərilən halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası tətbiq edilə bilməz. Ona görə ki, 20 may 2024-cü il tarixli B02 № 705485 nömrəli X7 Nikah Evinin “Nikah haqqında beynəlxalq şəhadətnaməsindən” aydın olur ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası vətəndaşı X15 arasında 20 may 2024-cü il tarixində rəsmi nikah bağlanmışdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut X20 adına hazırlanmış Türkiyə Respublikasına məxsus U21611803 nömrəli pasport cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 2000 ( iki min ) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1300 (min üç yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2500 ( iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirməklə üzərində qəti cəza olmaqla 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilsin. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 180 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına ödənilsin. İş üzrə maddi sübut X20 adına hazırlanmış Türkiyə Respublikasına məxsus U21611803 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar