Məhkəmə qərarları › İş №1(088)-3/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-3/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-3/2024 06.02.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə ünvan 1-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri Xəzər Rayonu Binə qəsəbəsi, Babək küçəsində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 02 ədǝd kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış təyinatı üzrə istifadəyə yararlı, deşici, vurucu, ǝzici xassəyə malik soyuq silahı əldə edib üzərində gəzdirərkən yəni, 05 oktyabr 2023-cü il tarixində saat 13:53-də radələrində Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından piyada xətti ilə Naxçıvan Muxtar Respublikasına gələn zaman X5 onun əl yükləri "HEİMAN-XRAY" markalı rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və əl yüklərinə baxış həyata keçirərkən onun çantasının içərisində yuxarıda qeyd olunan 02 ədǝd soyuq silah (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 il əvvəl Bakıdan işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, orada işlədiyi müddətdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Cuma” bazarında olarkən beşbarmaq və qatlanan bıçaqlar satıldığını gördüyünü, həmin beşbarmaq və bıçaqları bəyəndiyi üçün suvenir kimi alıb çantasına atdığını, beşbarmaq və bıçağı aldıqdan sonra aparıb yaşadığı evə qoyduğunu, Türkiyə Respublikasında bir müddət işlədikdən sonra daha işləyə bilmədiyini və Bakı şəhərinə qayıtmaq qərarına gəldiyini, aldığı bıçaq və beşbarmaqlarıda çantasına qoyduğunu, xx.xx.2023-cü il tarixində atası ilə birlikdə Naxçıvana qayıtmaq üçün İstanbul şəhərindən yola düşdüklərini, xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası Gömrük Postuna gəlib çatdığını, oranı keçdikdən sonra X6 daxil olduğunu, “Sədərək” Gömrük Postunu keçən zaman gömrük əməkdaşlarının onun əl yükündən İstanbul şəhərindən özü üçün aldığı 2 ədəd beşbarmaq və 1 ədəd qatlanan bıçaq aşkar etdiklərini, daha sonra müvafiq sənədlər hazırladıqlarını və onun da imzaladığını, əl yükündən aşkar edilmiş 2 ədəd beşbarmaq ona məxsus olduğunu, həmin beşbarmaqlar Sədərək gömrük keçid məntəqəsində olan zaman gömrük işçisinin rentgen qurğusu vasitəsi ilə müəyyən etdiyini, həmin 2 ədəd beşbarmağın insana xəsarət yetirmək üçün istifadə olunduğunu bildiyini, lakin həmin beşbarmağı kiməsə xəsarət yetirmək üçün yox suvinir kimi bəyənib İstanbul şəhərindən aldığını, beşbarmaqların soyuq silah olduğunu bildiyi üçün qorxudan gömrükdə bəyan etmədiyini, İstanbul şəhərində yaşadığı müddətdə həmin beşbarmaqlardan istifadə etmədiyini, beşbarmağın soyuq silah olduqlarını bilmiş, lakin gəzdirmənin və əldə etmənin məsuliyyətə səbəb olacağını bilmədiyini, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 05 oktyabr 2023-cü il tarixdə X5 növbədə olduğunu, həmin gün saat təxminən 13:30 radələrində “Hi-Scan” rentgen qurğusunda sərnişinlərin əl yüklərini yoxlayan zaman şəxsiyyəti ona sonradan məlum olan və Türkiyə Respublikasından gəlib Sədərək Gömrük postu vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına keçən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əl yüklərinin içərisində beşbarmağa bənzər predmet olduğunu rentgen qurğusu vasitəsi ilə gördüyünü, həmin hissəyə iki nəfər hal şahidi dəvət etdiyini, onların iştirakı ilə Təqsirləndirilən şəxs əl yükünə baxış keçirdiyini, baxış zamanı Təqsirləndirilən şəxs əl yükündən 2 ədəd beşbarmaq və bir ədəd qatlanan bıçaq aşkarlandığını, hal şahidlərinin iştirakı ilə 2 ədəd beşbarmaq və bıçaq protokollaşdırılaraq götürüldüyünü, daha sonra şəxsin üzərinə şəxsi yoxlama otağında iki hal şahidinin iştirakı ilə baxış keçirildiyini, şəxsin üzərindən qanunla qadağan olunmuş əlavə heç bir əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs əl yükündən 2 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkarlanan zaman həmin beşbarmaqları və bıçağı İstanbul şəhərindən bəyəndiyi üçün aldığını özüylə gətirməkdə də heç bir məqsədinin olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs əl yükündə olan beşbarmaqları və bıçağı sərnişinlərin keçidi üçün nəzərdə tutulan hissədə yerləşən “Hi-Scan” rentgen qurğusu vasitəsi ilə müəyyən edildiyini, həmin beşbarmaqları və bıçağı rentgen qurğusu vasitəsi ilə aşkar etdikdən sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs əl yükündən götürüldüyünü və müvafiq sənədləşmə aparıldıqdan sonra aidiyyatı üzrə təhvil verildiyini bildirdi. Məhkəmə istintaqı zamanı hal şahidi qismində dindirilən Şahid3 öz ifadəsində bildirdi ki, uzun illərdir X5 qeyri-rəsmi şəkildə sanitar-təmizləyici işlədiyini, növbəli şəkildə bir gün işdə olub, bir gün evdə olduğunu, 05 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X6 yük boşaltmaq üçün getdiyini, həmin gün günorta saatlarında gömrük əməkdaşı Anar müəllim və onunla birlikdə fəhləlik edən Sərxana yaxınlaşaraq Türkiyə Respublikasindan gələn bir nəfər Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış keçirəcəyini və orada hal şahidi kimi iştirak etməklərini xahiş etdiyini, onlarda razılaşaraq birlikdə sərnişin zalına getdiklərini, daha sonra Anar müəllim Təqsirləndirilən şəxs onlara təqdim edərək onun çantasına baxış keçirməyə başladığını, Anar müəllim çantaya baxış keçirən zaman çantanın içərisindən 2 ədəd beşbarmaq və 1 ədəd qatlanan bıçaq aşkarlandığını, daha sonra şəxsi yoxlama otağında həmin şəxsin üzərinə əlavə baxış keçirildiyini, lakin onun üzərindən heç nə aşkar edilmədiyini, bundan sonra Anar müəllimin bir sıra sənədlər tərtib etdiyini, onlarda imzaları ilə təsdiq etdiklərini, hal şahidi qismində iştirak edən zaman Təqsirləndirilən şəxs məxsus olan əl yükündən iki ədəd beşbarmağa bənzər əşya və bir ədəd bıçaq aşkar edilərək götürüldüyünü və müvafiq qaydada qablaşdırılıb möhürləndiyini bildirdi. Məhkəmə istintaqında hal şahidi qismində dindirilən Şahid2 ifadəsində hal şahidi Şahid3 verdiyi ifadəyə tam uyğun olaraq ifadə verərək, ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq etdi. Cinayət işinə əlavə olan Sədərək Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1003 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd bıçaq bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir. Ekspertiza tədqiqatına təqdim edilmiş 2 (iki) ədəd predmet kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik, soyuq silahdırlar, təyinatı üzrə istifadəyə yararlıdırlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirli olması, yəni satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd soyuq silah hesab edilən beşbarmağın və soyuq silah hesab edilməyən bıçağın özünə aid olması və çantasında olduğunu özünün etiraf etməsi, şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinə əlavə olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. Cinayət işinə əlavə olunan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və S.R.Abbasov Adına 117 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəza çəkmə müddətinin əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübut olan Sədərək rayon məhkəməsinin dəftərxanasında saxlanılan 2 (iki) ədəd predmet kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik olan soyuq silah beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. 1 (bir) ədəd bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına aid olan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri Xəzər Rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Xəzər Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Sədərək rayon məhkəməsinin dəftərxanasında saxlanılan 2 (iki) ədəd predmet kustar üsulla, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik olan soyuq silah beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 1 (bir) ədəd bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına aid olan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsi icra edilməsi üçün Sədərək rayonu İcra və Probasiya bölməsinə göndərilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsait dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar