Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-3/2025 11.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu Parağa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, haliyyədə işsiz, Ordubad rayonu, Parağa kəndində qeydiyyatda olan və Ordubad rayonu, Nurgüt kəndində yaşayan Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 09 sentyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA ” markalı nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 23 ədəd 7,62x39 mm kalibirli döyüş sursatı olan patronları və 1 ədəd “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomatik tüfənglərin funksional təyinata malik olmayan komplekt hissəsi olan sandıqçanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altındakı kəsilmiş dəri döşəməyə qoymaqla saxlamış, Azərbaycan Respublikası ərazisinə daşımış və həmin tarixdə qeyd olunan nəqliyyat vasitəsilə saat 12:00 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan giriş edib qeyd olunan döyüş sursatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində gecə saatlarında özünə məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA” markalı minik nəqliyyat vasitəsi ilə bacısı Bəhruzə Məmmədovanı, onun yoldaşı Qeyis Mikayılovu və üç övladlarını Türkiyənin İstanbul şəhərinə yola salmaq üçün Sədərək gömürüyündən keçərək Türkiyənin İğdir şəhərinə getdiklərini və həmin şəhərdə yerləşən “Otoqar” da gecələdiklərini, ertəsi gün yəni xx.xx.2024-cü il tarixində “Bizim İğdır” firmasından bilet almağa getdiklərini lakin bilet olmadığı üçün yenidən “otoqar”a qayıtdıqlarını, oradan bacısı və ailəsi üçün səhər saat 10:00-a bilet aldıqlarını, bacısıgilin yüklərini “otoqar”da boşaltdıqdan sonra bacısı ilə ərzaq və yuyucu vasitə almaq üçün İğdir şəhərin mərkəzinə getdiklərini, alış-veriş etdikdən sonra yenidən otoqara qayıtdıqlarını, həmin vaxt bacısının yoldaşı Qeyis Mikayılovun ona Naxçıvana gedən üç nəfərin olduğunu, onlarıda pul qarşılığında aparıb yanacaq pulunu çıxarda biləcəyimi dediyini, razılaşaraq bacısı və ailəsi ilə sağollaşıb Sədərək gömrüyünə doğru hərəkətə başladığını, saat təxminən 12:00-da Sədərək gömrüyünə çatdığını, avtomobilində olan sərnişinləri düşürtdükdən sonra qeydiyyat və yoxlanış məntəqəsinə gəldiyini, avtomobilini qeydiyyata saldırdıqdan sonra gömrük əməkdaşı idarə etdiyi avtomobilin X-ray yoxlanışından keçməli olduğunu dediyini və avtomobili X-raya tərəf sürdüyünü, X-raydan keçdikdən sonra gömrük əməkdaşı şübhəli təsvirlərin görülməsi səbəbindən avtomobilə yaxınlaşaraq ön sərnişin oturacağının altına baxdığını və oradan bir ədəd avtomat darağı çıxardıb sonra yerinə qoyduğunu, daha sonra digər gömrük əməkdaşının avtomobilini ətraflı yoxlayacağını bildirdiyini, video çəkiliş aparmaqla idarə etdiyi avtomobili yoxladığını və ön sərnişin oturacağının altından 1 ədəd avtomat darağının aşkar etdiyini, daha sonra darağı içərisində olan patronları saydıqlarını və patronların sayının 23 ədəd olduğu müəyyən etdiklərini, sonda yoxlama barəsində müvafiq sənədlər yazıldı və aşkar edilmiş 23 ədəd patron və 1 ədəd daraq qablaşdırılaraq götürüldüyünü, daha sonra müvafiq sənədlər hazırladıqlarını və həmin sənədlərə imza etdiklərini, həmin avtomat darağı və içərisində olan patronlardan xəbərinin olmadığını, ona məxsus olmadığını, həmin nəqliyyat vasitəsində darağın və patronların olduğunu bilmədiyini, nə vaxt və kim tərəfindən qoyulduğundan da xəbəri olmadığını, avtomobilini idarə etmək üçün bu günə kimi heç kimə vermədiyini, avtomobilinin qaplarının daim bağlı olduğunu, 6-7 sentyabr 2024-cü ildə də Türkiyyə Respublikasında olan müddətdə avtomobilinin qaplarının bağlı olduğunu və gözünün qabağında olduğunu, Türkiyədən gələndədə heç yerdə maşınını saxlamadığını və maşında olan sərnişinləri də maşında tək qoymadığını, bu illərdə maşınını yaxşı yoxlamadığına və onun maşınından silah sursatları çıxdığına görə çox peşman olduğunu, səmimi peşmançılıq hissləri keçirdiyini, haliyədə himayəsində iki azyaşlı uşağı, həyat yoldaşı və anası, atası olduğunu, onların hamısına onun baxdığını ona görə də ona daha yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun baş inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda işdə olarkən iş yoldaşı Şahid5 ondan Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsini, həmin minik nəqliyyat vasitə “CİP 300” markalı rentgen qurğusundan keçərkən şübhəli təsvirlərin görülməsi səbəbindən ətrafı yoxlayacağını və yoxlama zamanı video çəkilişin aparılmasında ona köməklik göstərməyimi xahiş etdiyini, onunla razılaşdığını, sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA” markalı minik nəqliyyat vasitəsinin yanına gəldiklərini, yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsinin rentgen qurğusunda şübhəli təsvirlərin görüldüyü hissəsindən 1 ədəd içərisində patronlar olan patron darağını aşkar etdiyini və sonra patron darağının içərisində olan patronları saydığını, nəticədə patron darağının içərisində 23 ədəd patron olduğunu müəyyən edildiyini, sonra Şahid5 yoxlama barəsində protokol tərtib etdiyini və həmin protokol yoxlamada iştirak edən şəxslər tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda, minik nəqliyyat vasitələrinin yoxlanılması üçün olan “CİP 300” markalı rentgen qurğusunda minik nəqliyyat vasitələrini yoxlayarkən, Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA” markalı minik nəqliyyat vasitəsinin qurğunun müşahidə monitorunda əks olunan görüntüsündə şübhəli təsvirlər müşahidə etdiyini, sonra vizual olaraq həmin şübhəli təsvirinin göründüyü hissəyə, yəni ön sərnişin oturacağının altına baxdığını, həmin hissəyə baxış zamanı oturacağın altındakı döşəmənin kəsik olan hissəsini qaldıranda orada bir ədəd patron darağına bənzər predmetin olduğunu gördüyünü, sonra həmin minik nəqliyyat vasitəsinin ətraflı yoxlanılması üçün minik nəqliyyat vasitələrinin müayinəsi postunda olan “Sədərək” gömrük postunun böyük müfəttişi Şahid5 məlumat verdiyini, sonra video çəkiliş aparılmaqla həmin minik nəqliyyat vasitəsi yoxlanıldığını və şübhəli təsvirlərin görsəndiyi hissədən içərisində 23 ədəd patron olan 1 ədəd patron darağı aşkar edildiyini, həmin zaman sürücü Təqsirləndirilən şəxs şoka düşdüyünü və çox pis olduğunu, hiss olundu ki həqiqətən onun avtomobildə olan silah sursatından xəbəri olmadığını bildirdi. Məhkəmə iclasında şahid Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun böyük müfəttişi Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda minik nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA” markalı minik nəqliyyat vasitəsi “CİP 300” markalı rentgen qurğusundan keçərkən şübhəli təsvirlərin görülməsi səbəbindən həmin minik nəqliyyat vasitəsini “Sədərək” gömrük postunun baş inspektoru gömrük xidməti mayoru Şahid1 tərəfindən video çəkiliş aparılmaqla yoxladığını, yoxlama başlamazdan əvvəl **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA” markalı minik nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsinə yoxlanış edəcəyini bildirərək ona hüquq və vəzifələri barədə məlumat verdiyini, yoxlama zamanı minik nəqliyyat vasitəsinin “CİP 300” markalı rentgen qurğusunun şübhəli təsvirlərin görüldüyü hissədən yəni ön sərnişin oturacağının altındakı dəri döşəmənin kəsik olan hissəsindəki boşluqdan 1 ədəd içərisində patronlar olan patron darağı aşkar etdiyini sonra həmin darağın içərisində olan patronları çıxararaq saydığını və saylarının 23 ədəd olduğunu müəyyən etdiyini, sonra minik nəqliyyat vasitəsinin yoxlanılması, aşkar edilmiş predmetlərin götürülməsi haqqında protokol tərtib etdiyini və iştirakçılar tərəfindən imzalandığını, avtomobildən silah sursat aşkar edilərkən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həqiqətən çox pis hala düşdüyünü, silah sursatlarından xəbəri olmadığını, kim tərəfindən və nə vaxt maşına qoyulmasından xəbəri olmadığını dediyini, avtomobilə baxış zamanı və sənədləşdirmə aparılarkən Təqsirləndirilən şəxs onlara heç bir maneçilik törətmədiyini, əksinə onlara köməklik etdiyini bildirdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Ordubad rayonu Unus kəndində anadan olduğunu və hal-hazırda orada ailəsilə birlikdə yaşadığını, Ordubad rayonunda Qaz 53 markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklər daşıyaraq ailəsini dolanışığını təmin etdiyini, 2024-cü ilin fevral ayında özünə məxsus olan **-BB-*** nömrəli “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsini satmaq fikrinə düşdüyünü və bu məqsədlə instaqram sosial şəbəkəsində elanlarda paylaşdığını, 2024-cü ilin mart ayının 13-də sonradan tanıdığı Etibar adlı şəxsin Unus kəndinə gələrək maşınına baxdığını və başa-baş dəyişmək fikri olduğu üçün də ona məxsus olan “Xəzər” markalı maşına baxdığını və razılığa gəldiklərini, 2024-cü ilin mart ayının 14-də Təqsirləndirilən şəxs ona məxsus olan “Xəzər” markalı maşını Naxçıvan şəhərində yerləşən Asan xidmət Mərkəzində ona etibarnamə əsasında verdiyini, elə həmin gün Asan Xidmətdən çıxaraq Naxçıvan şəhərində yerləşən X9 İdarəsində ona məxsus olan **-BB-*** nömrəli “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs adına rəsmiləşdirdiklərini, 2024-cü ilin iyul ayının 9-da Təqsirləndirilən şəxs zəng edərək X9 İdarəsinə gəlməsini və “Xəzər” markalı maşını öz adına rəsmiləşdirməyi dediyini, elə həmin gün Təqsirləndirilən şəxs gəldiyini və maşını adına rəsmiləşdirdiklərini, bundan sonra Təqsirləndirilən şəxsla heç bir əlaqəsinin olmadığını, **-BB-*** nömrəli “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsinin 4 il onda olduğunu, həmin maşını arasıra sürdüyünü, yalnız ailəsi ilə bir yerə gedəndə sürdüyünü, qalan vaxt yuyub təmizlədikdən sonra qapalı qarajda saxladığını, **-BB-*** nömrəli “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsini onda olarkən dəfələrlə içərisini yuyub təmizlədiyini, maşının içərisində olan döşəmədə heç bir kəsiyin olmadığını, həmin avtomobildən tapılmış silah sursatlarından yəni avtomat patronlarından və darağından xəbəri olmadığını, həmin avtomaşını idarə etdiyi müddətdə heç vaxt avtomobildə silah sursatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid Babək Rayon Polis İdarəsi X9i Bölməsinin rəisi, polis mayoru Şahid4 ifadəsində göstərdi ki, Naxçıvan şəhərində anadan olduğunu və halhazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını, hal-hazırda Babək Rayon Polis İdarəsi X9i Bölməsinin rəisi vəzifəsində çalışdığını, 2020-ci ilin iyul ayının 17-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin balansında olan “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsini təxmini olaraq 6500 manata aldığını, aldığı vaxt qeyd olunan nəqliyyat vasitəsinə **-BA-*** dövlət qeydiyyat nişanı verildiyini, nəqliyyat vasitəsini aldıqdan sonra özünün həmin nəqliyyat vasitəsinə baxış keçirdiyini, dəfələrlə yuduğunu, hətta moykadada yudurtdurduğunu, həmin maşın rahat olmadığı üçün xx.xx.2020-ci il tarixində onu Ordubad rayon Unus kənd sakini Şahid3 satdığını, xidməti istifadəsində avtomat silahı, həmin silaha aid patron olmadığını, xidməti istifadəsində yalnız Makarov markalı tapança və həmin markalı silaha aid 6 ədəd patron xidməti istifadəsinə verildiyini, tərəfindən həmin nəqliyyat vasitəsinə avtomat silaha aid patron darağı və patronlar qoyulmadığını, həmin nəqliyyat vasitəsini istifadə etdiyi müddətdə həmin avtomobilə avtomat silahlı şəxs və ya şəxslərin minmədiyini, avtomobili müvəqqəti olaraq hər hansı bir şəxsin istifadəsinə vermədiyini, həmçinin nəqliyyat vasitəsi onda olan zaman ona hərtərəfli baxış keçirdiyini, avtomobilin ön sərnişin oturacağının altında kəsik olmadığını, polis xidmətində silah təhvil götürülərkən silahın vəsiqəsinin növbətçi hissəyə verildiyini, xidmət bitdikdən sonra həmin silah və patronları təhvil-təslim etdiklərini, həmin silah və sursatları bir-bir təhvil verdiyini və gündəlik olaraq təhvil-təslim jurnalının yoxlanıldığını, hər hansı bir çatışmamazlıq və təhvil alınmış silahın verilməməsi halı olduqda bunun dərhal bilindiyini və müvafiq tədbir görüldüyünü, polis əməkdaşı olduğu üçün silah və sursatla ehtiyyatlı davranmağı, onların mühafizəsi və saxlanması qaydadarını bildiyini, silah sursatın istifadəsi, daşınması və saxlanmasına son dərəcə məsuliyyətlə yanaşdığını, belə halın onun tərəfindən törədilməsinin yolverilməz və mümkünsüz olduğunu, həmin avtomobildə patron darağı və 23 ədəd patron aşkar edilmişdirsə, avtomobili satdıqdan sonra baş verdiyini, adı çəkilən avtomobil onda olduğu zaman avtomobildə patron və patron darağının olmadığını bildirdi. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **- BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA ” markalı nəqliyyat vasitəsinin şübhəli təsvirlərin görüldüyü hissədən yəni ön sərnişin oturacağının altındakı dəri döşəmənin kəsik olan hissəsindəki boşluqdan 1 ədəd içərisində patronlar olan patron darağı aşkar edilmiş, yoxlamanın davamında həmin darağın içərisində olan patronlar çıxarılaraq sayılmış və saylarının 23 ədəd olduğu müəyyən edilmiş, minik nəqliyyat vasitəsinin yoxlanışı bitdikdən dərhal sonra Təqsirləndirilən şəxs sürücülər üçün nəzərdə tutulmuş müayinə otağındakı qapı tipli metal axtarış dedaktorundan keçirilmiş lakin üzərindən heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, **********13 nömrəli material üzrə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanmadan şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında Naxçıvan MR vəkillər kollegiyasının vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1061 nömrəli ekspert arayışında qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 23 ədəd patron 1943-cü il nümunəli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, “AК-47”, “AКC- 47”, “AКM”, “AКMC” və s. konstruksiyalı avtomat silahlarda “РПК” və “РПКС” əl pulemyotlarında, “СКС” karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62x39 mm kalibrli döyüş sursatlarıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, otuz ədəd 7,62x39 mm, 1943-cü il nümunəli patron tutumlu, həmin patronların odlu silaha ardıcıl ötürülməsi üçün nəzərdə tutulmuş AК-47”, “AКC-47”, “AКM”, “AКMC” və s. Konstruksiyalı avtomatik tüfənglərin funksional təyinata malik olmayan komplekt hissəsidir-sandıqçasıdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli, 1061 nömrəli məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 60 manat müəyyən edilmişdir. İŞ üzrə "nəqliyyat vasitəsinin yoxlanılması haqqında" protokola əlavə edilmiş 1 ədəd DVD-yə baxış keçirilərək xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və protokola əlavə edilmiş DVD-yə baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET NİVA" markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altındakı dəri döşəmənin kəsik olan hissəsindəki boşluqdan 1 ədəd içərisində 23 ədəd patronlar olan patron darağı aşkar edilməsi müəyyən edilmişdir. Cinayət işi üzrə 1 ədəd avtomat darağının və 23 ədəd patronun müvafiq dövlət orqanlarına onların balansında olması və ya itki kimi qeydə alınması barədə sorğular verilmiş, cavab olaraq isə qeyd olunan daraq və patronların balanslarında olmaması və itki kimi qeydə alınmamasını bildirmişlər. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməklə azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 azad edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətmkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, baxış zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli rentgen görüntüləri müqayisə edilmiş və hər iki görüntüdə nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altında eyni şübhəli təsvirlər görülmüş, qeyd olunan hər iki görüntü eynilik təşkil edir və fərqli heç bir xüsusiyyət aşkar edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixli foto şəkildəki (təsvirdəki) görünən predmentin əldə edilməsi mümkün olmadığından həmin predmetin patron darağı və ya digər əşya olmasının dəqiqləşdirilməsi qeyri mümkün olmuşdur. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1117 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspert təqdim edilmiş 01 (bir) ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov" konstruksiyalı, "AK- 47", “AKS-47", “AKM", “AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır, lakin üzərində istehsal olunduğu ili bildirən zavod nömrələri olmadığından istehsal olunduğu ili müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş 23 (iyirmi üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK47”, “AKM", “AKS", “AKMS" konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS" əl pulemyotlarında, “SKS" karabinində və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Təqdim edilmiş 23 (iyirmi üç) ədəd patrondan 2 ədədi 1966-cı ildə, 7 ədədi 1965-ci ildə, 6 ədədi 1983-cü ildə, 4 ədədi 1962-ci ildə, 1 ədədi 1976-cı ildə, 1 ədədi 1981-ci ildə, 1 ədədi 1973-cü ildə, 1 ədədi 1982-ci ildə istehsal edilmişdir. Təqdim edilmiş 23 (iyirmi üç) ədəd patronun səthində olan mexaniki izlər (sandıqça bükümlərinin izləri) zəruri xüsusi əlamətlərə malik olmadığından həmin patronların tədqiqata təqdim edilmiş konkret sandıqçaya yerləşdirilib-yerləşdirilməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli, 1117 nömrəli məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 80 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən götürülmüş 23 ədəd patron və bir ədəd sandıqça cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və qeyd olunan maddi sübutların məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsindən həmin məcəllənin 206.2-ci və 228.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Prokurorluğunun xx.xx.2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 228.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, yəni 08 fevral 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(078)-375/2024 saylı qərardan görünür ki, istintaq zərurəti ilə əlaqədar 01 aprel 2024-cü il tarixdən, 07 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısının, zəng edən abunəçilərin anket məlumatlarının, daxil olan və çıxan SMS-lərin mətnlərinin və həmin tarixlərdə yuxarıda göstərilən nömrənin əhatə dairəsinin, həmçinin qeyd olunan nömrəyə daxil olan və çıxan zənglərin əhatə dairəsinin müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi üçün məcburi istintaq hərəkətlərinin həyata keçirilməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı təqsirləndirilən şəxsin cinayət işinə aid olan hər hansı zəruri məlumatlar aşkar edilməmişdir. Cinayət materiallarına əlavə olunmuş Ordubad Rayon İcra Hakimiyyəti Başçısının Parağa kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Əlavə olaraq məhkəmə iclasında təqsirləndirilən şəxsin təqdim etdiyi 03 aprel 2025-ci il tarixli Ordubad Rayon Təhsil Şöbəsinin 45 saylı arayışından, uşaqların doğum haqqında şəhadətnaməsindən və əmək kitabçasının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən 2021-ci ilədək on il ərzində sinif müəllimi və kitabxana müdiri vəzifəsində işləmiş və haliyyədə himayəsində iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA ” markalı nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 23 ədəd 7,62x39 mm kalibirli döyüş sursatı olan patronları və 1 ədəd “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomatik tüfənglərin funksional təyinata malik olmayan komplekt hissəsi olan sandıqçanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altındakı kəsilmiş dəri döşəməyə qoymaqla saxlamış, Azərbaycan Respublikası ərazisinə daşımış və həmin tarixdə qeyd olunan nəqliyyat vasitəsilə saat 12:00 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan giriş edib qeyd olunan döyüş sursatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının, müdafiəçinin çıxışını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət materiallarına əlavə olunmuş 07 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından və Naxçıvan Baş Gömrük İdarəsinin 09 sentyabr 2024cü il tarixli “qətimkan tədbiri seçmə” barədə qərarından belə məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixə kimi 2 (iki) gün şübhəli şəxs kimi tutularaq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X7” saxlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açıİmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, ilk dəfə cinayət törətməsini, cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət törətməsi, cinayət törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmasını cəzasını yüngülləşdirən halları və Təqsirləndirilən şəxs iki azyaşlı övladının, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin yuxarıda göstərilən halların məcmusunu müstəsna hal hesab edərək, Təqsirləndirilən şəxs barəsində CM-nin təqsirli bilindiyi maddələri üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayətin motivi dedikdə, şəxsi cinayət törətməyə sövq edən və cinayət törədərkən ona hakim olan, müvafiq tələbat və maraqlarla şərtlənən daxili inamdır. Həmin daxili inam cinayətin baş verməsi nəticəsində hansı nəticələrin yaranmasına şəxsin verdiyi sosial qiyməti özündə əks etdirir. Cinayətə sövq edən inamın dərk edilməsi cinayətin motivinin əsas elementidir. Motivdən fərqli olaraq cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində əks etdirilmiş məqsəd və motivlər alçaq və rəzil məzmundan uzaq olmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan məqsədi qəbul etmək üçün həmin məqsədin alçaq xarakter daşımamasını, təqsirkarın özünün və digər şəxslərin hüquqlarını müdafiə etməyə, zərərçəkmiş şəxsin qanunazidd hərəkətlərinin qarşısını almağa yönəlmiş və s. bu kimi hərəkətlərə cəhd etməsini sübut edən halların olması vacibdir. Məhkəmə hesab edir ki, təqsirli şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra onun cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışını da müstəsna hal kimi qiymətləndirmək önəmlidir. Bu kimi hallar, o cümlədən təqsirkarın törətdiyi cinayətə görə təqsirini boynuna alması, zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi və ya aradan qaldırması, dəymiş zərərin azaldılmasına yönəldilmiş bu kimi hərəkətləri aid edilməlidir. Hər bir halda CM-nin 62-ci maddəsində təsbit olunmuş müstəsna hallar obyektiv və subyektiv hallarla, yəni cinayət əməlinin və təqsirkar şəxsin şəxsiyyətinin müstəsnalığı ilə bağlı olmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə o, idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET NİVA ” markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altındakı dəri döşəmənin kəsik olan hissəsindəki boşluqdan 1 ədəd içərisində patronlar olan patron darağının aşkar edildiyini, həmin avtomat darağı və içərisində olan patronlardan xəbərinin olmadığını, ona məxsus olmadığını, həmin nəqliyyat vasitəsində darağın və patronların olduğunu bilmədiyini, nə vaxt və kim tərəfindən qoyulduğundan da xəbəri olmadığını, avtomobilini idarə etmək üçün bu günə kimi heç kimə vermədiyini, avtomobilinin qapılarının daim bağlı olduğunu, 6-7 sentyabr 2024-cü ildə də Türkiyyə Respublikasında olan müddətdə avtomobilinin qapılarının bağlı olduğunu və gözünün qabağında olduğunu, Türkiyədən gələndədə heç yerdə maşınını saxlamadığını və maşında olan sərnişinləri də maşında tək qoymadığını, bu illərdə maşınını yaxşı yoxlamadığına və onun maşınından silah sursatları çıxdığına görə çox peşman olduğunu bildirmiş, işin araşdırılmasına heç bir formada maneçilik törətməmişdir. Göstərilənlər Təqsirləndirilən şəxs cinayət törədərkən və cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməyə tam əsas verir. Belə olan halda təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi törədilmiş hazırki cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ailəsinin həyat şəraitinə və sair qanunda göstərilən hallara, o cümlədən cəzanın fərdiliyi, humanizm və ədalət prinsiplərinə zidd olmaqla qeyri-humanist və qeyri ədalətli cəza olardı. Bu xüsusda məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Bu xüsusda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmişdir, cinayət törətməsindən səmimi peşmançılıq çəkməklə və qanunlara hörmətlə yanaşmaqla, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyini nümayiş etdirmişdir. Ona görə də bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cinayətə görə maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi cinayət məsuliyyətinin və cəzanın reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona müstəsna hal kimi yüngül cəza təyin edilir. Bu, məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün şərait yaradır. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanism prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması heç şübhəsiz ki, ona bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində də məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət törətməsi, bundan səmimi peşmançılıq çəkməsi və əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin həmin halların məcmusunu müstəsna hal hesab edərək BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin maddələri üzrə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri cinayətin məcmusunu yaratdığı və bu cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğu üçün cəzalar qismən toplanmaq yolu ilə qəti cəza (cərimə cəzası) təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 140 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X8 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs Əliyyədin oğluna göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomatik tüfənglərin funksional təyinata malik olmayan komplekt hissəsi olan sandıqçanı və 7,62x39 mm kalibrli 23 (iyirmi üç) ədəd döyüş sursatı olan patron hökm qanuni qüvvəyə mindikdən sonra, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19- cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq ediliməklə 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixinə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirməklə üzərində qəti cəza olmaqla 3200 (üç min iki yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. İş üzrə maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomatik tüfənglərin funksional təyinata malik olmayan komplekt hissəsi olan sandıqçanı və 7,62x39 mm kalibrli 23 (iyirmi üç) ədəd döyüş sursatı olan patron hökm qanuni qüvvəyə mindikdən sonra, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 140 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X8 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra, hökmün icra edilməsi üçün maddi sübutların təhvil verilməsi hissəsi Naxçıvan şəhəri İcra və Probasiya şöbəsinə, cərimənin ödənilməsi isə Ordubad Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-3/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-3/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver