Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-4/2023 17.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Sabirabad Rayonu, Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, 02 dekabr 2022-ci il tarixdə saat 23:35 radələrində Sədərək Gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu Nəsimikənd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əl yüklərində “Hİ-Scan” rentgen qurğusu vasitəsilə şübhəli təsvirlər aşkar oldunduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs əl yükündə olan şəxsi əşyalarının arasından 1(bir) ədəd gümüşü rəngli dəmir metaldan hazırlanmış beşbarmağa bənzər vasitənin aşkarlanaraq qanuna uyğun olaraq sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1 il olar ki işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyini, yeməkxanada işlədiyini lakin, orda işləmək və yaşamaq icazəsinin bitdiyindən Azərbaycana qayıtmalı olduğunu, 02 dekabr 2022-ci il tarixdə avtobus ilə türkiyənin İğdır şəhərinə ordan isə taksi ilə Türkiyə gömrüyünə gəldiyini, gömrüyün girişində siqaret çəkən zaman səkinin kənarında gümüşü rəngdə dəmir parçasının yerdə parıldamasını gördüyünü, yaxınlaşaraq həmin dəmir parçasını götürdüyünü və həmin dəmir parçasını götürdükdən sonra beşbarmaq olduğunu bildiyini və həmin götürdüyü beşbarmağı çiynindən asdığı balaca çantasına qoyduğunu, Türkiyə gömrük postundan keçərək Sədərək gömrük postuna gəldiyini, çiynindən asdığı balaca çantanı monitora qoyduğunu, yoxlama zamanı dəmir beşbarmağı gömrük əməkdaşları tərəfindən aşkarlanaraq götürüldüyünü, yoxlamadan əvvəl əl veşində beşbarmağın olması barədə gömrük əməkdaşlarına məlumat vermədiyini, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Sədərək gömrük postunun ölkəyə giriş istiqamətidə növbədə olarkən “Hİ-Scan” rentgen qurğusunda sərnişinlərin əl yüklərinin yoxlayan zaman həmin rentgen qurğusu vasitəsilə Təqsirləndirilən şəxs əl yükünün içərisində beşbarmağa oxşar predmentin olduğunu gördüyünü, iki nəfər hal şahidi ilə həmin çantanın içərisinə baxış keçirdiyini, baxış zamanı çantanın içərisindən bir ədəd gümüşü rəngdə metaldan hazırlanmış beşbarmağın aşkar edildiyini, iki nəfər hal şahidinin iştirakları ilə həmin beşbarmağı protokollaşdıraraq götürdüyünü, Təqsirləndirilən şəxs yoxlamadan qabaq əl çantasında beşbarmağın olmasını bəyan etmədiyini və könüllü olaraq təhvil vermədiyini, Zəkiyevin əl çantasından beşbarmaq aşkar edilib götürülərkən həmin vaxt onun heç bir narazıçılıq etmədiyini və çox peşmançılıq hissləri keçirdiyini bildirdi. Məhkəmə iclası zamanı hal şahidi qismində dindirilən Şahid1 öz ifadəsində bildirdi ki, Sədərək rayon Sədərək kəndində yaşadığını və daimi iş yeri olmadığından Sədərək gömrük idarəsində qeyri rəsmi fəhləlik etdiyini, 02 dekabr 2022-ci il tarixdə saat təxminən 23:30 raadələrində Sədərək gömrük postunda sərnişinlərin keçidi zalında təmizlik işləri apararkən Sədərək gömrük postunun baş inspektoru Vüqar Hüseynovun onu sərnişinlərin yüklərinin yoxlandığı rentgen qurğusunun yanına dəvət etdiyini, həmin vaxt Sədərək gömrük idarəsində bağban işləyən Şahid2 da ora dəvət etdiyini və yanında bir cavan oğlanın dayandığını gördüklərini, Vüqar müəllimin onlardan həmin oğlanı tanıyıbtanımadıqlarını soruşduğunu, oğlanı tanımadıqlarını Vüqar müəllimə bildirdiklərini ondan sonra Vüqar müəllim oğlanın əl veşinə baxış keçiriləcəyini hal şahidi kimi iştirak edəcəklərini onlara dediyini, Vüqar müəllimə etiraz etmədən hal şahidi kimi iştirak etmələrinə razı olduqlarını ona bildirdiklərini, ondan sonra Vüqar müəllim sumkanın sahibi Təqsirləndirilən şəxs və hal şahidi kimi onların iştirakı ilə sumkaya baxış keçirildiyini, sumkaya baxış zamanı bir ədəd dəmir beşbarmaq çıxdığını, həmin beşbarmaq sənədləşdirilərək götürüldükdən sonra orada olanların hamısının sənədə imza etdiklərini, sumkanın sahibi heç bir narazıçılıq etmədiyini və səmimi qaydada peşmançılıq hissləri keçirdiyini, Vüqar müəllim ilə Təqsirləndirilən şəxs idarəyə getdikdən sonra onların da öz işlərinə döndüklərini bidirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 ifadəsində hal şahidi Şahid1 verdiyi ifadəyə tam uyğun olaraq ifadə verərək, ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq etdi. Cinayət işinə əlavə olan Sədərək Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Naxçıvan Muxtar Respublikası Məhkəmə Əmtəəşunaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 414 nömrəli rəyinə əsasən ekspertiza təqiqatına təqdim edilmiş 1 ədəd dəmir metaldan hazırlanmış, vurucu formalı dayaq hissədən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş yumurta formalı 28x22 mm dairəvi ölçüdə dörd ədəd dəlik olan qabarit ölçüləri 116x70 mm olan beşbarmağın (soyuq silah) Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası istehlak bazarında satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ballistik və Trasoloji ekspertizalar şöbəsinin xx.xx.2022-ci il tarixli 3/1820 nömrəli rəyində qeyd edilir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirli olması, yəni satış məqsədi olmadan qanunsuz olaraq soyuq silah hesab edilən beşbarmağın çantasında olduğunu özünün etiraf etməsi, şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinə əlavə olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X1 05 yanvar 2023-cü il tarixli tələbnaməsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. Cinayət işinə əlavə olunan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəza çəkmə müddətinin əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübut olan Sədərək rayon məhkəməsinin dəftərxanasında saxlanılan bir ədəd dəmir metaldan hazırlanmış, vurucu formalı dayaq hissədən ibarət olan, vurucu formalı dayaq hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş yumurta formalı 28x22 mm dairəvi ölçüdə dörd ədəd dəlik olan qabarit ölçüləri 116x70 mm olan küstar üsulla hazırlanmış beşbarmaq, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Şirvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinin dəyəri olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CТРЕ******************** коd 210005 VÖEN********** m/h АZ41NABZ013601**********3944 SWİFT Bik: CТRЕAZ22 hesabına keçirilsin. Maddi sübut – Sədərək Rayon Məhkəməsinin dəftərxanasında saxlanılan bir ədəd dəmir metaldan hazırlanmış, vurucu formalı dayaq hissədən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş yumurta formalı 28x22 mm dairəvi ölçüdə dörd ədəd dəlik olan qabarit ölçüləri 116x70 mm olan kustar üsulla hazırlanmış beşbarmaq, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün maddi sübutun məhv edilməsi hissəsi icra edilməsi üçün Sədərək rayonu İcra və Probasiya bölməsinə göndərilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №1(088)-4/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-4/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver