Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 1(088)-4/2025 20.02.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Sədərək rayon Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtib edilmiş məhkəməyədək sadələşdirilmiş icraat qaydasında yekun protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, 22 yanvar 2025-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan Vaz 2106 markalı **-BC-*** qeydiyyat nişanlı avtomobildə olan 01 ədəd qızıl boyunbağını gizli şəkildə götürərək oğurlamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, 22 yanvar 2025-ci il tarixdə dostu Zərərçəkmiş şəxs onun yanında kənd ərazisindəki mağazalardan birində satıcı işləyən Şəhla xanımla danışdığını, ondan özü üçün kreditlə qızıl gətirməsini istədiyini, daha sonra həmin qızıl boyunağını Şəhla xanımdan aldığını və onu satmaq istədiyini bununçün Şərur rayonuna getmək lazım olduğunu dediyini, onunla birgə Şərur rayon Çərçiboğan kəndində yaşayan qızıl ticarəti ilə məşğul olan şəxsin evinə getdiyini, onun həmin qızıl üçün müəyyən etdiyi qiymətlə razılaşmadıqlarına görə geri qayıtdıqlarını daha sonra gecə saatlarına qədər Məhəmmədlə birgə onun işlədiyi çörək sexində zaman keçirdiklərini evə gedərkən Məhəmmədə məxsus olan Vaz 2106 markalı **-BC-*** qeydiyat nişanlı avtomobili idarə etdiyini və Məhəmmədi yaşadığı evin önündə endirdikdən sonra həmin avtomobillə öz evlərinə getdiyini, ertəsi gün Məhəmmədin ona zəng edərək avtomobildə unutduğu qızıl boyunbağını gətirməsini istədiyini, bundan sonra avtomobilə baxdığı zaman qızıl boyunbağını gördüyünü və onu Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzinə gedərək oradakı qızıl mağazalarından birində 650 manat qarşılığında satdığını və Məhəmmədə isə qızılı maşında görmədiyini dediyini, sonra Məhəmmədin polisə müraciət ediyini, həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən dönə-dönə üzr istəməsini, dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını təqsirəndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş və onun barəsində başlanılmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs dəfələrlə üzr istəməsini, ona dəymiş zərəri qarşlımasını və onunla barışdığını bildirmiş və göstərilənləri, həmçinin özünü təqsirli bilməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Naxçıvan MR. DİN-nin Tİİ-nin ƏSİB tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 41-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 40 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədədir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilərsə və o, cinayət məsuliyyətindən azad edilərsə, o halda barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəkil Müdafiəçi vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 40 manat alınıb (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X4 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 346.1.8, 346.1.20 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 40 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X4 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** olan hesabına ödənilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra, qərarın icrası Sədərək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-4/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №1(088)-4/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver