Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-5/2023 30.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət İttihamçısı- Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi2 Musa oğlunun, tərcüməçi X7 iştirakı ilə, xx.xx.1977-ci ildə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasında qeydiyyatda olan, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında, 30 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan, saxtalaşdırılmış sənədlə Azərbaycan Respublikasından Türkiyə istiqamətinə keçməyə cəhd etmiş, həmçinin bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, İtalya Respublikasında yaşamaq üçün həmin dövlətə getməyə viza ala bilməməsi səbəbindən Azərbaycan Respublikasından Türkiyə Respublikasına, ordan da İtaliya Respublikasına qanunsuz yolla getmək qərarına gəlmiş, bu məqsədlə tarixi istintaqa məlum olmayan vaxtda Pakistan İslam Respublikasında İtaliya Respublikasının vətəndaşı olmadığı halda anket məlumatları ad, soyad və ata adı “hissəsində X24 Aziz”, təvəllüdü “13 avqust 1977-ci il” göstərilməklə və özünün fotoşəkili daxil edilməklə saxtalaşdırılmasına nail olduğu YB0028339 nömrəli İtalya Respublikası vətəndaşı pasportu əldə etmiş, 27 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Sədərək rayonunda yerləşən Sədərək sərhəd nəzarət məntəqəsinə gələrək qeyd olunan pasportdan bilə-bilə istifadə edib, həmin gün saat 20:10-da sərhəd nəzarətinə təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd göstərərkən Dövlət sərhəd xidətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 1977-ci ildə Pakistan İslam Respublikasında doğulduğunu və orada yaşadığını, bir neçə ay əvvəl “Facebook” sosial şəbəkəsi vasitəsi ilə İtaliya Respublikasının Neapol şəhərində yaşayan afrikalılarla tanış olduğunu, onlara İtaliyaya getmək istədiyini bildirdiyini, ona 2000 euro pul müqabilində saxta sənəd, 5000 euro pul müqabilində isə həqiqi İtaliya Respublikasına məxsus sənəd düzəldə biləcəyini bildirdiyini, Afrikalılara onun üçün həqiqi sənəd düzəltmələrini bildirərək İtaliyada yaşayan dostu vasitəsi ilə afrikalılara beh kimi 1000 euro pul göndərdiyini, qalan 4000 euro pulu sənəd hazır olduqdan sonra göndərəcəyini bildirdiyini, təxminən bir ay əvvəl həmin şəxslərin yaşadığı ünvana kuriyer vasitəsi ilə İtaliya Respublikasına məxsus, üzərində öz fotoşəkili və şəxsi məlumatları olan pasport göndərdiklərini, bundan sonra dostu vasitəsi ilə qalıq qalan 4000 euronu afrikalılara göndərdiyini, Bakıda yaşayan milliyətcə pakistanlı olan şəxsən tanımadığı dostlarının ona Azərbaycan Respublikasına gəlməsini və burada işləməsini təklif etdiklərini, xx.xx.2022-ci il tarixdə Lahor-Bakı aviareysi ilə Bakı şəhərinə gəldiyini, X18 Hava Limanında sərhəd naryadına Pakistan İslam Respublikasına məxsus pasportunu təqdim etdiyini və sərhədçinin həmin pasport əsasında onu dövlət sərhədindən buraxdığını, bir müddət Bakı şəhəri, Nizami küçəsində yerləşən “Gurjat” hotelində yaşadığını, təkilf etdikləri işin onu qane etmədiyi üçün Tükiyə Respublikasına oradanda İtaliya Respublikasına getmək qərarına gəldiyini, bu məqsədlə Bakı-Naxçıvan aviareysi ilə xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərinə gəldiyini, ordan isə Türkiyə ilə dövlət sərhəddində yerləşən X20 şöbəsinə daxil olduğunu, ona aid olan İtaliya Respublikasına məxsus pasportunu dövlət sərhəddindən keçmək üçün sərhət naryadlna təqdim etdiyini, sərhəd naryadına təqdim etdiyi pasportu rəsmiləşdirən zaman saxtalıqda şübhə doğurduğu üçün xx.xx.2022-ci il tarixdə, saat 20:10 radələrində sərhəd naryadı tərəfndən saxlanıldığını, etdiyi əməldən peşman olduğunu , beş uşağının olmasını, ilk dəfə cinayət törətdiyini nəzərə alınaraq ona daha aşağı cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Dövlət Sərhəd Xidmətinin SN "Sədərək" sərhət nəzarəti şöbəsinin baş nəzarətçisi, baş leytenant Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 09:00-dan xx.xx.2022-ci il tarixdə, saat 09:00-dək X20 şöbəsində növbə rəisi sərhəd naryadına təyin olunduğunu, xidmədə olduğu zaman xx.xx.2022-ci il tarixdə saat 19:30-da şlaqbaum gözətçisi sərhəd naryadına təyin olunmuş baş gizir Şahid2 ona məruzə edərək Azərbaycan Respublikasından Türkiyə Respublikası istqamətində hərəkət edən Əziz X3 keçmək üçün ona məxsus olan YB0028339 nömrəli İtaliya ümumvətəndaş pasportunu təqdim etdiyini dedikdən sonra həmin pasporta baxış keçirən zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlməsini təsdiq edən giriş ştampının olmaması və bu səbəbdən sərhədkeçmə əlaqələrinin pozuntusu olması ehtimalı üzrə Təqsirləndirilən şəxs Azərbaycan gəlmə şəraitini soruşduqda o, AF1338264 nömrəli Pakistan İslam Respublikası ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasına gəldiyini deyərək 2-ci ümumvətəndaş pasportunu ona təqdim etdiyini, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi YB0028339 nömrəli İtaliya ümumvətəndaş pasportuna baxış keçirərkən həmin ümumvətəndaş pasportunun saxta olmasını müəyyən etdiyini və Əziz X2 nəzarət şöbəsində saxlanıldığını, Pakistan İslam Respublikası vətəndaşı sənədləri təqdim edən zaman özünü İtaliya vətəndaşı kimi təqdim edərək YB0028339 nömrəli İtaliya ümumvətəndaş pasportunu ona təqdim etdiyini, Təqsirləndirilən şəxs İtaliya Respublikasında yaşamaq üçün həmin dövlətə getməyə görə viza ala bilməməsi səbəbindən Pakistan İslam Respublikasına məxsus olan pasportu deyil İtaliya Respublikasına məxsus olan pasportunu sərhəd naryadına təqdim etdiyini bildirdiyini, ondan sonra Əziz X1 müvafiq sənədləşdirmə işləri aparılması üçün təhqiqat orqanına təhvil verdiklərini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Şahid2 məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, xidməti işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab etmişdir ki, Şahid2 məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmur və şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmalıdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsi elan olunmuş, şahid ifadəsində bildirmişdir ki, xidmədə olduğu zaman xx.xx.2022-ci il tarixdə saat 19:30-da şlaqbaum gözətçisi sərhəd naryadına təyin olunduğunu, Azərbaycan Respublikasından Türkiyə Respublikası istqamətində hərəkət edən Əziz X3 keçmək üçün özünə məxsus olan YB0028339 nömrəli İtaliya ümumvətəndaş pasportunu ona təqdim etdiyini, sonra həmin pasporta baxış keçirən zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlməsini təsdiq edən giriş ştampının olmaması və bu səbəbdən sərhədkeçmə əlaqələrinin pozuntusu olması ehtimalı üzrə Təqsirləndirilən şəxs Azərbaycan gəlmə şəraitini soruşduqda o, AF1338264 nömrəli Pakistan İslam Respublikası ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasına gəldiyini deyərək 2ci ümumvətəndaş pasportunu ona təqdim etdiyini, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi YB0028339 nömrəli İtaliya ümumvətəndaş pasportuna baxış keçirərkən həmin ümumvətəndaş pasportunun saxta olmasını müəyyən etdiyini və dərhal Dövlət Sərhəd Xidmətinin SN "Sədərək" sərhət nəzarəti şöbəsinin baş nəzarətçisi, baş leytenant Şahid1 məruzə etdiyini, sonra Əziz X2 nəzarət şöbəsində saxlanıldığını, Təqsirləndirilən şəxs İtaliya Respublikasında yaşamaq üçün həmin dövlətə getməyə görə viza ala bilməməsi səbəbindən Pakistan İslam Respublikasına məxsus olan pasportu deyil İtaliya Respublikasına məxsus olan pasportunu sərhəd naryadına təqdim etdiyini bildirdiyini göstərmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X6rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxsi, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2- ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Giriş-çıxış və qeydiyyat İAMAS üzrə çıxarışın məzmunundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adına verilmiş AF1338264 nömrəli pasportdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə, saat 15:23 radələrində Lahor-Bakı aviareysi ilə Azərbaycan Respublikası istiqamətdə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:11 radələrində Sədərək sərhəd keçid məntəqəsindən Türkiyə Respublikasına keçmək istəmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X22 25 yanvar 2023-cü il tarixli, 953 saylı məktubundan görünür ki, 13 avqust 1977-ci il təvəllüdlü, Pakistan İslam Respublikasının İslamabad şəhərində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. -29 dekabr 2022-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə, saat 10:05-də şübhəli şəxs qismində tutulmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 4(009)- 603/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan 28 dekabr 2022-ci il tarixdən hesablanmışdır. -Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(088)-5/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 4(009)- 603/2022 nömrəli qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 5/1675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X25 adına verilmiş YB0028339 nömrəli İtaliya Respublikasının pasportunun (1-ci vərəqdən başqa) blankı xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafiq çap üsulları ilə hazırlanmış və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompuyter proqramındakı həqiqi pasport ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş X25 adına verilmiş YB0028339 İtaliya Respublikasının pasportunun 1-ci vərəqi axınlı printerdə çap edilmişdir və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompuyter proqramındakı həqiqi pasport ilə eynilik təşkil etmir. Məhkəmə, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarınavə digə rictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 318.1-ci və 320.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, xarici ölkənin vətəndaşı olmasını, onun 28 dekabr 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır və hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Əziz X4 İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Pakistan İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 dövlət vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəkil Müdafiəçi2 vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 80 manat alınıb (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs (X26) adına olan bir ədəd YB0028339 nömrəli İtaliya Respublikasına məxsus saxta pasport cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1500 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdən 30 mart 2023-cü il tarixədək həsdə saxlanıldığı müddət nəzərə alınsın, ona təyin edilmiş 1500 manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza olmaqla 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs məhkumluğu götürülənədək və ya ödənilənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası Sədərək Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Müdafiəçi2 təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 80 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs (X26) adına olan bir ədəd YB0028339 nömrəli İtaliya Respublikasına məxsus saxta pasport cinayət işinin materiallarında saxlanılsın. X13 tərəfindən verilmiş Z0127740 (AF1338264) nömrəli Təqsirləndirilən şəxs məxsus pasport, hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-5/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-5/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver