Məhkəmə qərarları › İş №1(088)-5/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-5/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-5/2024 06.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı:-Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Türkiyə Respublikasının, Şanlıurfa şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, tələbə, subay, əvəllər məhkum olunmamış, Türkiyə Respublikasının, Şanlıurfa şəhəri, Harran 24, ev 3 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, ünvan 1i yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs Abdulkadır oğlu 07 yanvar 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə giriş edərkən Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 0,258 qram psixotrop maddə olan metamfetamini ağ rəngli sellofan parçasına bükməklə boynuna asdığı qara rəngli dua qabının içərisində gizlətməklə saxlayıb, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 16 radələrində ölkəyə giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan qeyd olunan psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyini, istintaq zamanı verdiyi ifadələri bir daha təsdiq edərək xx.xx.2024-cü il tarixində “Sədərək” gömürüyündən keçərək Naxçıvan şəhərinə geri qayıdarkən sərnişin zalında bir gömrük əməkdaşı ona yaxınlaşdığını, sorğu-sual etdikdən sonra üzərində şəxsi yoxlama aparacağını bildirdiyini, buna görə də üzərində bəyan etməli və ya qadağan olunmuş nəyinsə olub-olmamasını soruşduğunu, qadağan olunmuş heç nəyin olmadığını bildirdiyini, sonra gömrük əməkdaşının onu şəxsi yoxlama otağına dəvət etdiyini, şəxsi yoxlama otağında əvvəlcə ona türk dilində hüquq və vəzifələrinin qeyd edildiyi bildiriş təqdim etdiyini, daha sonra videoçəkiliş aparılmaqla üzərini yoxlanış və şalvarının bel hissəsində olan “şişəni” və boynuna asdığı dua qabındakı “kristalı” aşkar etdiklərini, həmçinin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, psixotrop maddə metamfetamini təxminən 2 ildir ki, ara-sıra istifadə etdiyini, həmin psixotrop maddəni Türkiyə Respublikasının Şanlıurfa şəhərindəki tanımadığı Suriya vətəndaşından 200 türk lirəsi ödəyərək aldığını, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını, törətdiyi əməldən çox peşman olduğunu bir daha belə işlər ilə məşğul olmayacağını, Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsinin birinci kursunda təhsil almasını, ilk dəfə cinayət törətməsini nəzərə almaqla onun barəsində yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun böyük inspektoru Şahid2 ifadəsində xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq vətəndaş müayinəsi postunda xidmətdə olarkən Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə piyada xətti ilə gələn Türkiyə Respublikasının vətəndaşı sonradan adının ona məlum olan Təqsirləndirilən şəxs hərəkət və davranışları onda şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməmiş hər hansı predmetin olduğuna əsaslı şübhə yaratdığından xarici vətəndaşın üzərində video çəkilişdən istifadə etməklə şəxsi yoxlama aparmaq qərarına gəldiyini, sonra “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 video çəkilişdə ona köməklik etməsini istədiyini, daha sonra müvafiq icazə alındıqdan sonra Təqsirləndirilən şəxs “Sədərək” gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağına dəvət etdiyini, yoxlama aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparması barədə məlumat verərək ona hüquq və vəzifələrinin əks olunduğu türk dilinə tərcümə edilmiş bildiriş təqdim etdiyini, üzərində gömrük orqanlarına bəyan edilməmiş predmetlərin könüllü olaraq təqdim etməsini bildirdiyini, onun isə bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş heç nəyinin olmadığını bildirdiyini, sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Abdulkadır oğlunun üzərinə yoxlama keçirməyə başladığını, yoxlama zamanı Təqsirləndirilən şəxs şalvarının bel hissəsindən 1 ədəd psixotrop maddə qəbul etmək üçün istifadə edilən şüşə kolba və boynuna asdığı qara rəngli dua qabının içərisindən isə ağ rəngli sellofan kəsiyinə bükülmüş, duz kristalı halında, ağ rəngli, sellofan kəsiyi ilə birlikdə çəkisi 0.5 qram olan psixotrop maddəyə bənzər kütlə aşkar etdiyini, yoxlama zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu və Türkiyə Respublikasının Şanlıurfa şəhərindəki tanımadığı bir şəxsdən 200 türk lirəsi ödəyərək aldığını bildirdiyini, həmin maddəni özünün qəbul edəcəyini bildirdiyini, prosessual qaydada sənədləşmə aparıldıqdan sonra materialları istintaq şöbəsinə təhvil verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində digər Şahid2 ifadəsinə tam uyğun olaraq eyni məzmunlu ifadə verərək Şahid2 qeyd etdiklərini bir daha təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə istintaqı zamanı araşdırılmış sübutları, iş üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələrini tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 2-ci siyahısının 118 bəndinə əsasən, 0,15 qram “Metamfetamin” psixotrop maddə xeyli miqdar hesab edildiyindən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əlavə olaraq “Metamfetamin” adlı psixotrop maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı, İİ bənd, sıra № 27). Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlinin törətməsi onun özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı X7 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024 il tarixli 16 nömrəli arayışı, 19 yanvar 2024-cü il tarixli 27 nömrəli ekspert rəyi və X7 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 24 yanvar 2024-cü il tarixli 33 saylı rəyi ilə kifayət qədər sübuta yetirilir. Belə ki, onun özünə məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olan, Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən, təmiz çəkisi 0.258 qram “Metamfetamin” psixotrop maddəni əldə etmiş və sonra psixotrop maddəni boynundan asılmış dua qabının içərisində gizlədərək gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Sədərək gömrük sərhəd buraxılış məntəqəsindən X7 ərazisinə gətirdikdən sonra həmin psixotrop maddəni Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi tam sübuta yetirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop vasitənin növünü, adını, cinsini, qrup mənsubiyyətini, dəqiq çəkisini müəyyənləşdirmək məqsədilə 09 yanvar 2024-cü il tarixdə Məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və X7 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 27 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs boynuna asdığı qara rəngli dua qabının içərisində aşkar edilərək götürülmüş ağ rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0.258 qram ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı, İİ bənd, sıra № 27). X7 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli 16 saylı ekspert arayışına əsasən metamfetaminin ilkin çəkisi 0.258 qram olmuş, tədqiqata 0,03 qram sərf edildikdən sonra 0,228 qram qalmış və 19 yanvar 2024-cü il tarixli 27 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizayanın tədqiqatına sərf olunmuş 0,03 qramdan sonra isə qalıq - xalis çəkisi 0,198 qram olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs narkotik maddələr qəbul edib-etməməsini, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-narkоlоji ekspertizası təyin olunaraq rəy alınmışdır. X7 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 24 yanvar 2024-cü il tarixli 33 saylı ekspert komissiyasının rəyinə əsasən, Təqsirləndirilən şəxs “metamfetamin” narkotik maddəsi qəbul etmiş, narkomaniya xəstəliyindən əziyyət çəkir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2024cü il tarixli 27 və məhkəmə -narkоlоji ekspert komissiyasının 24 yanvar 2024 il tarixli 33 saylı rəylərini işin həqiqi hallarına və istintaq sənədlərinə uyğun olduğundan sübut növü kimi qəbul etmişdir. Məhkəmə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət materiallarına əlavə olunmuş 07 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından və Naxçıvan şəhər məhkəməsinin 09 yanvar 2024-cü il tarixli “Prosessual məcburiyyət tədbirinin tətbiq edilməsindən imtina” barədə qərarından belə məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü ildən 09 yanvar 2024cü il tarixə kimi 2 (iki) gün şübhəli şəxs kimi tutularaq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X9” saxlanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərinə əsasən, onun törətmiş olduğu cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah və tərbiyyə olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və statistik informasiya şöbəsinin 22 yanvar 2024-cü il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzanın məhz hansı növünü təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah edilməsi mümkün hesab olunmadığından ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin sanksiyaları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və həmin cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs çəkməli olduğu qəti cəza müddəti müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza növü təyin edilməsi qənaətinə gəldiyindən onun cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi məsələsini də müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Yıldız X3 Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza o, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə iş üzrə maddi sübütların həlli məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən həll edilməlidir. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 0.198 qram “metamfetamin” adlı psixotrop maddə və bir ədəd psixotrop maddəni istifadə etmək üçün şüşə kolba hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutub məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 206.2 -ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixinə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 52.1-ci maddəsinə əsasən, əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübüt olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 0.198 qram “metamfetamin” adlı psixotrop maddə və bir ədəd psixotrop maddəni qəbul etməsi üçün istifadə olunan şüşə kolba hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Naxçıvan şəhər vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs Abdulkadır oğluna göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilsin. Hökmdən, hökm elan olunduğu andan ( həbsdə olan məhkum hökmün surətini ona verildiyi andan) 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: H.Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar