Məhkəmə qərarları › İş №1(088)-6/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-6/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-6/2024 25.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 12:55-də Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X8 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X6 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Qışlaqabbas kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 318.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddinin nəzarət-buraxlılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisini tərk edə bilmədiyindən, Türkiyə Respublikası ərazisindən yaşama qaydalarını pozması səbəbindən deport edildiyi üçün həmin ölkəyə hava yolu ilə gedə bilmədiyindən, ailə üzvülərini görmək, orada yaşamaq və işləmək məqsədilə qardaşı Azərbaycan Respublikası vətəndaşı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Türkiyə Respublikasına getmək məqsədi ilə şəxsiyyəti istintaqa Xalid, Rza, Camal adlı İran İslam Respublikası vətəndaşları kimi məlum olan şəxslərin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini qanunsuz olaraq dövlət sərhəddinin nəzarət-buraxlılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməli olduqları yeri müəyyən edib, mobil telefonla danışıq zamanı onların qanunsuz keçməli olduqları yeri göstərmələrindən istifadə edərək, 11 dekabr 2020-ci il tarixdə saat 04 radələrində X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddinin nəzarətburaxlılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Naxçıvan” X13 Şərur rayonunda yerləşən 7-ci sərhəd zastavasının 4-cü sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmiş və oradan isə Türkiyyə Respublikasına ailəsinin yanına gedərək 3 il orada ailəsi ilə birlikdə yaşadıqdan sonra 30 noyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs Türkiyə respublikasından Azərbaycan Respublikasına gələn zaman ölkəyə giriş istiqamətində ümumvətəndaş pasportunu dövlət sərhəddindən buraxılması üçün rəsmiləşdirilən zaman təqsirləndirilən şəxsin dövlət sərhəddindən çıxışının olmadığı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan İran islam Respublikasına və oradan daTürkiyə Respublikasına keçməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1997-ci ildə anası və qardaşı ilə Türkiyə Respublikası İğdır şəhərinə köçdüklərini, 2N1-ci ildə Türkiyədə həmkəndlisi X10 ilə ailə həyatı qurduğunu, birgə nikahlarından iki övladının doğulduğunu, 2N3 cü ildə hərbi xidmətə getmək üçün Naxçıvana qayıtdığını, 2N5-ci ildə hərbi xidməti bitirdikdən sonra İğdır şəhərinə qayıdaraq ticarətlə məşğul olduğunu, 2N9-cu ildə Türkiyə Respublikasından 5 illik deportasiya edilərək Naxçıvana göndərildiyini, 2020-ci ildə qardaşı Elnurun da deportasiya edildiyini, pandemiya ilə əlaqədar Azərbaycan Respublikasında iş tapa bilmədiklərini, maddi vəziyyətlərinin çətin olduğunu, Naxçıvanda yaşayan zaman ailəsindən zəng gəlidiyini və uşaqlarının koronavirusa yoluxduğunu bildirdiklərini, sərhədlərin bağlı olması və deportasiya olunduqları üçün qardaşı Elnur ilə birlikdə Naxçıvan sərhəddini pozaraq İran İslam Respublikasına oradan isə Türkiyə Respublikasına keçid etmək qərarına gəldiklərini, bu məqsədlə İstanbuldan tanıdığ Xaliq adlı şəxsə zəng edərək İran üzərindən Türkiyə Respublikasına getmək yolunu maraqlandığını, Xalidin ona Rza və Camal adlı başqa bir İranlı şəxslərin telefon nömrəsini verdiyini, həmin şəxslərlə mütəmadi olaraq əlaqə saxladığını, Xalidə onu və qardaşını İrana ordan isə Türkiyəyə keçirilməlkəri üçün 2000 ABŞ dolları verdiyini, xx.xx.2020-ildə günorta saatlarında o və qardaşının Diyadın kəndinə yaxın ərazidə balıqçılıq təsərrüfatını işarə verərək və İran tərəfdən sərhəddə yaxınlaşdığı avtomobili istiqamət götürərək axşam həmin istiqamətdən Dövlət Sərhəddini pozmağı məsləhət gördüyünü, 2020-ci ilin dekabr ayının 10-dan 11-nə keçən gecə saat N-02 radələrində Diyan kəndindən çəpəri aşaraq araz çayına doğru hərəkət etdiklərini, hər ikisinin də çəpərin üzərinndən aşaraq keçdiklərini İranlıların verdiyi istiqaməti gecə olduğu üçün tapa bilmədiklərini, biraz axtardıqdan sonra Arazın kənarından Xalidlə danışaraq onların yerlərini müəyyən edə bilmədiklərini bildirdiklərini, İranlıların maşının farası ilə işıq verərək yerlərini bildirdiklərini və özlərinin çayı keçmələrini bildirdiklərini, amma razılaşmadıqlarını buna görə də onları kamerlə keçirmək üçün iran vətəndaşı Xalidin onlardan 600 ABŞ dolları əlavə istədiyini və onunla razılaşdıqlarını, bir nəfər İranlının gələrək saat 04:00 radələrində Dövlət Sərhəddindən çayı keçirdiklərini, çayın kənarında Xalid, Camal və iki nəfər tanımadıqları şəxslərlə qarşılaşdığını, magistiral yolda Camal adlı şəxsin avtomobili ilə götürərək Pezilər kəndində öz evinə apardığını, bir gün orda qaldıqdan sonra X22 şəhərinə keçdiklərini, orda da bir gün qaldıqdan sonra Doğu Bəyazit şəhərinə getdiklərini, orda Xalidin dediyi adama razılaşdıqları pulu verdiklərini, daha sonra İğdır şəhərinə ailəsinin yanına getdiklərini, 3 il orada ailəsi ilə birlikdə yaşadıqdan sonra Azərbaycan Respublikasına qayıtmaq qərarına gəldiyini, xx.xx.2023cü il tarixdə İğdır şəhərindən yol avtomobili ilə Azərbaycan Respublikasına doğru yola düşdüyünü, elə həmin tarixdə də Sədərək gömrüyünə çatdığını, sərhəd nəzarət buraxılış məntəqəsinə çatdıqda sərhədçilər onun pasportuna baxdıqdan sonra onu saxladıqlarını və pasportuna baxış keçirilərkən ölkədən çıxışının olmadığını görüb sənədləşmə aparılaraq materialları istintaq orqanlarına göndərildiyini, göstərilənlərə görə də bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin SN-nin “Sədərək” sərhəd nəzarəti şöbəsinin SNB-nin nəzarətçisi gizir Şahid2 öz ifadəsində göstərdi ki, 30 noyabr 2023-cü il tarixdə saat 09:00-dan, N dekabr 2023-cü il tarixə saat 09:00- X23 şöbəsində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin edildiyini, xidmətdə olduğu zaman 30 noyabr 2023-cü il tarixdə, saat 21:05 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ümumvətənadaş pasportunu dövlət sərhəddindən buraxılması üçün rəsmiləşdirilmə aparılması üçün təqdim etdiyini, həmin pasportla rəsmiləşdirmə işləri aparılan zaman qeyd olunan şəxsin dövlət sərhəddindən çıxışının olmadığını və həmin şəxsin saxla statusu ilə əməliyyat nəzarətinə qoyulduğunun müəyyən edildiyini, bundan sonra dərhal bu barədə həmin vaxt növbə rəisi sərhəd naryadında olan baş leytenant X17 məlumat verdiyini, Təqsirləndirilən şəxs saxlanılaraq adiyyəti üzrə X21 Divizyasına təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin SN-nin “Sədərək” sərhəd nəzarəti şöbəsinin SNB-nin nəzarətçisi gizir X20 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid3 ifadəsində 28 fevral 2N9-cu il tarixdən 08 noyabr 2021-ci il tarixədək Naxçıvan X13 7-ci sərhəd zastavasının rəisi vəzifəsində xidmət etdiyini, 08 noyabr 2021-ci ildə xidmət yerinin dəyişdirildiyini, haliyyədə başqa hərbi hissədə xidmət apardığını, N dekabr 2023cü ildə 7-ci zastavanın rəisi olan müddətdə ona 30 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Naxçıvan ƏSD 7-ci sərhəd zastavasından qardaşı X4 ilə birlikdə dövlət sərhəddini qanunsuz olaraq İran İslam Respublikasına keçməsi barədə məlumat verildiyini, 11 dekabr 2020-ci il tarixdə 7-ci sərhəd zastavasının 4-cü sahəsində məhkəməyə deyə bilməyəcəyi müəyyən tədbirlər keçirildiyindən 4-cü sahədə naryadın az olduğunu, bu səbəbdən də həmin ərazidən adı çəkilən şəxslərin qanunsuz olaraq keçdiklərini, 10-11 dekabr 2020-ci ildə qar yağdığı üçün həmin sahədə palçıq yarandığından və kənd heyvanlarının oradan keçməsinə görə insan ayaq izlərinin müəyyən edilməsinin mümkün olmadığını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Şahid4 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbinin üzrlü və yaxud üzürsüz olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqında cinayət prosesi iştirakçıları (tərəfləri) şahidin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab etmişdir ki, Şahid4 məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığından məhkəmə baxışı davam etdirilməlidir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Naxçıvan” X14 komandiri vmie. polkovnik Ramin Canməmmədov DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:05 radələrində Azərbaycan Respublikası vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçmək istəyərkən Sədərək SNM-də dövlət sərhəddini qanunsuz keçməsi müəyyən edilərək saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçmək istəyərkən Sədərək SNM-də dövlət sərhəddini qanunsuz keçməsi müəyyən edilərək saxlanılmışdır. İşin 10-cu vərəqəsində olan N dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs N dekabr 2023cü il tarixdə səhər saat 10:00-dan axşam saat 18:00-dək yəni 8 saat inzibati qaydada tutulmuşdur İşin 11-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 ilə birlikdə 11 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikləri ərazi, “Naxçıvan” ƏSD-nın Şərur rayonu ərazisində yerləşən 7-ci sərhəd zastavasının 4-cü sahəsi olmuşdur. İşin 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İşin 49-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşin 51-55-ci vərəqələrində olan Dövlət Sərhəd Xidmətinin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, X2 dövlət sərhədindən sonuncu hərəkəti xx.xx.2020-ci il tarixdə “Giriş” istiqamətində olmaqla ümumilikdə 2N0-2020-ci illər ərzində rəsmi qaydada 73 halda hərəkəti qeydə alınmış, Təqsirləndirilən şəxs isə dövlət sərhədindən sonuncu hərəkəti xx.xx.2020-ci il tarixdə “Giriş” istiqamətində olmaqla ümumilikdə 2N2-2020-ci illər ərzində rəsmi qaydada 10 halda hərəkəti qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “Sədərək” DSMB-dən keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldiyi zaman “İAMAS”da ölkədən çıxışı tapılmadığı üçün saxlanılaraq Naxçıvan ƏSD-nın ƏAŞ-nə təhvil verilmişdir. İşin 57-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Mərkəzində qeydiyyatda durmur. İşin 58-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Psixiatriya Xəstəxanasında qeydiyyatda və müalicədə olmayıb. İşin 62-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şərur Rayon İcra Hakimiyyəti yanında Qışlaqabbas kən İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu kənddə müsbət xarakterizə olunur, ərazidə yaşadığı müddətdə hüquq-mühafizə orqanları tərəfindən heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X9rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qardaşı X4 və şəxsiyyətləri istintaqa məlum olmayan digər İran İslam Respublikası vətəndaşları ilə birlikdə Xalid adlı şəxsin köməkliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 dekabr 2020-ci il tarixdə 04:00 radələrində gecə vaxtı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Naxçıvan” X14 Şərur rayonunda yerləşən 7-ci sərhəd zastavasının 4-cü sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına ordan isə Türkiyə Respublikasına keçmiş xx.xx.2023-cü il tarixdə, saat 21:05 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına Sədərək Gömrük keçid məntəqəsindən keçən zaman pasportla rəsmiləşdirmə işləri aparılan zaman təqsirləndirilən şəxsin dövlət sərhəddindən çıxışının olmadığı müəyyən edilməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsini, həmin əməli qəsdən törətməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş, Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçdikləri yeri göstərmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etirafı digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafı könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsni etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respblikası CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsada, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə çıxır ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 5 il qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.2-ci maddəsinin sanksiyasında 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.2-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CM-nin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Ancaq cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı şəraitdə təqsirləndirilən şəxsə CM-nin 318.2-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən müəyyən olunmuş 3 ay-5 il arası həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədib, cinayət əməli törətməsini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirir. O cinayət törətməsini etiraf etmiş, cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin olbyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxsə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğun saymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs N dekabr 2023-cü il tarixdə inzibati qaydada tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs N dekabr 2023-cü il tarixdə 10:00-dan 18:00 -dək (8 saat) inzibati qaydada tutulması nəzərə alınmaqla, cəza çəkməsinin əvvəli 25 aprel 2024-cü il tarixdən saat 10:00-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM- nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs N dekabr 2023-cü il tarixdə 10:00-dan 18:00 -dək (8 saat) inzibati qaydada tutulması nəzərə alınmaqla, cəza çəkməsinin əvvəli 25 aprel 2024-cü il tarixdən saat 10:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hazırki işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, göstərdiyi hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar