Məhkəmə qərarları › İş №1(088)-6/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-6/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-6/2025 30.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, İğdır şəhəri, Bağlar məhəlləsi, Büyük Aslan binası, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 15 aprel 2025-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, haliyədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Özbəkistan Respublikasına gedərkən gömrük orqanlarına bəyan edilən tranzit gömrük bəyannaməsindəki mallardan əlavə olaraq orta bazar qiyməti ilə ümumi dəyəri xeyli miqdar təşkil edən təxminən 75868 (yetmiş beş min səkkiz yüz altmış səkkiz) manat məbləğində malları, yəni 6216 manat məbləğində 2220 kq “Deco Acid 107” (Türkiyə istehsalı), 4368 manat məbləğində 840 kq “Deco Chrome 501” (Türkiyə istehsalı), 408 manat məbləğində 120 kq “Deco Chrome S 506” (Türkiyə istehsalı) kimyəvi maddələr, 16400 manat məbləğində 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı (Türkiyə istehsalı), 23200 manat məbləğində 1 ədəd “Treks” markalı profil paketləmə aparatı (Türkiyə istehsalı), 360 manat məbləğində 400 metr ağ rəngli “çita bezi” (50 mm), 4750 manat məbləğində 50 ədəd “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı), 4200 məbləğində 40 ədəd “315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər, 2250 manat məbləğində 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər, 3450 manat məbləğində 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı, 2720 manat məbləğində 40 dəst “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti, 2175 manat məbləğində 29 dəst “Tekart-Ansar” markalı (Türkiyə istehsalı) Home Alev dəsən modelli şüşə qab dəsti, 700 manat məbləğində 10 dəst “Tekart-Ansar” markalı, Home Veronika şüşə qab dəsti, 1512 manat məbləğində 432 ədəd “Tekart-Paşabahçe” markalı, Alev dəsən şüşə stəkan dəsti, 2535 manat məbləğində 390 ədəd “Ahem Glass” markalı böyük şüşə qablar və 624 manat məbləğində 120 ədəd Ahem Glass” markalı kiçik şüşə qabları gömrük orqanlarına bəyan etməməklə idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 19:00 radələrində “Sədərək” gömrük postundan tranzit giriş edib qeyd olunan malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 18 il olar ki, sürücülüklə fəaliyyətlə məşğul olduğunu, “Süleymanoğlu Lojistik” firmasında işlədiyini, idarə etdiyi 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsinin də həmin firmaya məxsus olduğunu, əsasən Türkiyə Respublikasından xarici ölkələrə yük daşıdığını, təxminən 2025-ci ilin fevral ayının 20-də Türkiyə Respublikasının İstanbul şəhərindən Özbəkistan Respublikasına aparmaq üçün çap kitablar, broşüralar, vərəqlər və s. ibarət yükü yükləyərək yola düşdüyün, xx.xx.2025-ci il tarixdə idarə etdiyi 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi ilə “Dilucu” gömrüyünü keçdiyini və “Sədərək” gömrük postuna gəldiyini, “Sədərək” gömrük postunda tranzit giriş bəyannaməsini yazdırdıqdan sonra X-ray rentgen qurğusundan keçmək üçün təyinat aldığını, X-ray rentgen qurğusunda idarə etdiyi yük nəqliyyat vasitəsində şüphəli təsvirlər aşkar olunduğu üçün gömrük əməkdaşının iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirəcəyini bildirdiyini, yoxlama başlamazdan əvvəl gömrük əməkdaşının ondan qanunla qadağan olunan hər hansı bir şeyin olub-olmamasını soruşduğunu, cavabında yük nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyinin olmadığını bildirdiyini, daha sonra yoxlamanın davamında gömrük əməkdaşı onun tranzit giriş bəyannaməsində bəyan etdiyi mallardan başqa 2220 kq üzərində “Deco Acid 107”, 840 kq üzərində “Deco Chrome 501”, 120 kq üzərində “Deco Chrome S 506” yazıları olan kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı, 400 metr “çita bezi”, 50 ədəd “280 EF MANŞON SDR11”, 40 ədəd “ 315 EF MANŞON SDR11” plastik boru birləşdiricilər, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” plastik boru dirsəklər, 1 ədəd “EF Kaynak makinası TİNY-MPF” qaynaq aparatı, 40 dəst üzərində “Tekart-Afnan ananas kəsmə seti”, 29 dəst üzərində “X10 desen seti”, 10 dəst “Tekart- Ansar home Veronika seti”, 432 ədəd “Tekart-Paşabahçe Alev desen bardak seti”, 390 ədəd “Ahem Glass cam tabak böyük”, 120 ədəd “Ahem Glass cam tabak balaca” yazıları olan şüşə qablar olan yükünü aşkar etdiyini, yoxlama bitdikdən sonra gömrük əməkdaşının müəyyən sənədlər hazırladığını, onların da həmin sənədləri imzaladığını, həmçinin idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş malların həmin malları göndərən firmaya məxsus olduğunu, həmin mallar barədə məlumatların İnvoice-də qeyd olunmaması barədə heç bir məlumatının olmadığını, bu barədə ona yükü göndərən şirkətin sahibi Fərhada məlumat verdiyini, Fərhadın səhvlik olduğunu, sənədi yenidən düzəldib ona göndərəcəyini söylədiyini, sonra Fərhadın ona “Whatsapp” proqramında yeni İnvoice sənədi göndərdiyini, İnvoicedə qeyd edilməyən malların İstanbul şəhərində yük nəqliyyat vasitəsinə yükləndiyi zaman özünün də orada olduğunu, yük nəqliyyat vasitəsinin yoxlaması bitdikdən, protokolda qeyd edilən mallar aşkar edildikdən və bu barədə yükü göndərən şirkət sahibinə məlumat verdikdən sonra yeni İnvoice-un onun mobil telefonuna şəkil formasında göndərildiyini və bəyan edilməyən malların hamısının yeni invoysda öz əksini tapdığını, təhsil vəziyyətinin yaxşı olmadığı üçün ümumiyyətlə sənədlərlə idarə etdiyi yük nəqliyyat vasitəsindəki yükü heç vaxt eyniləşdirmədiyini, yükü göndərən firmaya inandığı üçün sənədlərlə malı eyniləşdirmədiyini, amma qanuna görə daşıdığı mallarla sənədləri eyniləşdirməli olduğunu bildiyini, yükü göndərən firma yük nəqliyyat vasitəsinə çox mal yüklədiyinə görə və yük nəqliyyat vasitəsi yolda silkələndiyi üçün mal-müşayiət sənədlərində qeyd olunan malların paletdə və səliqəli olduğunu, lakin mal-müşayiət sənədlərində qeyd olunmayan malların isə dağınıq şəkildə olduğunu, törətdiyi əmələ görə çox peşman olduğunu, ilk dəfə bilmədən cinayət törətdiyinə və üç uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək” gömrük postunun böyük inspektoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin ölkəyə giriş istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Özbəkistan Respublikasına “çap kitablar, broşüralar, vərəqlər və analoji çap materialları, broşüraya salınmış və ya ayrı-ayrı vərəqlər” yükü aparan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsini X-ray rentgen qurğusuna təyinatının verildiyinin, X-ray rentgen qurğusunda şüphəli təsvirlər aşkar olunduğu üçün nəqliyyat vasitəsində daşınan malların sürücü tərəfindən gömrük orqanına təqdim edilən yük sənədlərində qeyd edilənlərlə eynilik təşkil edib-etməməsini yoxlamaq məqsədi ilə həmin mallara 2 nəfər hal şahidinin iştirakı ilə yoxlanış etmək qərarına gəldiyini, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda mal-müşayiət sənədlərində qeyd edilən mallardan əlavə olaraq bəyan edilməyən 2220 kq üzərində “Deco Acid 107”, 840 kq üzərində “Deco Chrome 501”, 120 kq üzərində “Deco Chrome S 506” yazıları olan kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı, 400 metr “çita bezi”, 50 ədəd “280 EF MANŞON SDR11”, 40 ədəd “ 315 EF MANŞON SDR11” plastik boru birləşdiricilər, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” plastik boru dirsəklər, 1 ədəd “EF Kaynak makinası TİNY-MPF” qaynaq aparatı, 40 dəst üzərində “Tekart-Afnan ananas kəsmə seti”, 29 dəst üzərində “X10 desen seti”, 10 dəst “Tekart-Ansar home Veronika seti”, 432 ədəd “Tekart-Paşabahçe Alev desen bardak seti”, 390 ədəd “Ahem Glass cam tabak böyük”, 120 ədəd “Ahem Glass cam tabak balaca” yazıları olan şüşə qablardan ibarət malları aşkar etdiyini, sonda yoxlamanın aparılması və aşkarladığı malların götürülməsi barədə protokol tərtib etdiyini və həmin protokolun bütün iştirakçılar tərəfindən imzalandığını, həmçinin təxminən 16 il müddətdir ki, gömrük orqanlarında xidmət etdiyini, xidmət etdiyi illər ərzində çox sürücülərlə qarşılaşdığını, təcrübəli sürücülərin yük nəqliyyat vasitəsi yüklənərkən həm invoice (hesab-faktura), həm də CMR (yük nəqliyyat sənədləri) tərtib olunduğunu bildiyini, Təqsirləndirilən şəxs da 18 illlik sürücülük fəaliyyəti nəzərə alınaraq onun gətirdiyi mallardan xəbərinin olmamasını söyləməsinin inandırıcı olmadığını, çünki Təqsirləndirilən şəxs tranzit gömrük bəyannaməsində qeyd edilməyən malların İstanbul şəhərində yük nəqliyyat vasitəsinə yüklənərkən orada olduğunu, habelə tranzit gömrük bəyannaməsini sürücü özü gömrük orqanlarına təqdim etdiyini, hər bir sürücünün də daşıdığı mallara görə məsuliyyət daşıdığını bildiyini, işlədiyi dövrdə bir neçə də belə hallarla rastlaşdığını, belə ki, bəzi sürücülərin gətirdiyi malları qəsdən bəyan etmədikdə həmin mallardan xəbərlərinin olmadığını söylədiyini, lakin təcrübəli sürücülərin daşıdıqları mallara görə məsuliyyət daşıdığını, məsuliyyətdən yayınmaq üçün gömrük orqanlarına təqdim edilən sənədlərdə qeyd edilməyən mallardan xəbərlərinin olmadığını söylədiklərini, buna görə də Təqsirləndirilən şəxs 18 illik sürücülük fəaliyyətini nəzərə alaraq onun yük nəqliyyat sənədlərini bilməməsinin, həmin sənədlərlə daşıdığı yükü eyniləşdirməməsinin qeyri-mümkün olduğunu, Təqsirləndirilən şəxs da gətirdiyi malların həcmini və ölçüsünü nəzərə alaraq sürücünün ifadəsində həmin malların gömrük orqanlarına təqdim olunan sənədlərdə qeyd edilməməsindən xəbərinin olmamasını bildirməsi sürücünün yalan ifadə verdiyini bildiridi. Məhkəmə iclasında hal şahidi Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə yük boşaltmağa işçi lazım olduğu üçün dostu Rasim ilə birlikdə “Sədərək” gömrük postuna getdiklərini, yük boşaltdığı zaman Nicat adlı gömrük əməkdaşı ona və onunla birlikdə yük boşaldan Rasimə yaxınlaşaraq Türkiyə Respublikasından gələn 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onların da orada hal şahidi kimi iştirak etmələrini xahiş etdiyini, Nicat müəllimlə razılaşdıqlarını sonra onlar Nicatla birlikdə yükün yoxlanacağı yerə getdiklərini, Nicatın Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs onlara təqdim edərək yük nəqliyyat vasitəsinin həmin şəxsə məxsus olduğunu və yoxlama zamanı həmin sürücünün də iştirak edəcəyini bildirdiyini, yoxlama başlamazdan əvvəl Nicatın onlara hüquq və vəzifələri barədə məlumat verdiyini və daha sonra yük nəqliyyat vasitəsində olan yükü yoxlamağa başladıqlarını, Nicatın yoxlama zamanı qoşquda olan malların arasında yük sənədlərində qeyd olunmayan 2220 kq üzərində “Deco Acid 107”, 840 kq üzərində “Deco Chrome 501”, 120 kq üzərində “Deco Chrome S 506” yazıları olan kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı, 400 metr “çita bezi”, 50 ədəd “280 EF MANŞON SDR11”, 40 ədəd “ 315 EF MANŞON SDR11” plastik boru birləşdiricilər, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” plastik boru dirsəklər, 1 ədəd “EF Kaynak makinası TİNY-MPF” qaynaq aparatı, 40 dəst üzərində “Tekart-Afnan ananas kəsmə seti”, 29 dəst üzərində “X10 desen seti”, 10 dəst “Tekart-Ansar home Veronika seti”, 432 ədəd “Tekart-Paşabahçe Alev desen bardak seti”, 390 ədəd “Ahem Glass cam tabak böyük”, 120 ədəd “Ahem Glass cam tabak balaca” yazıları olan şüşə qablardan ibarət malların aşkarlandığını, yoxlamadan dərhal sonra aparılmış yoxlama barədə müvafiq sənədlər tərtib edildiyini və onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində digər Şahid3 ifadəsinə tam uyğun olaraq eyni məzmunlu ifadə verərək Şahid3 qeyd etdiklərini bir daha təsdiq etdi. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun böyük inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsindən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən gömrük orqanlarına bəyan edilən tranzit gömrük bəyannaməsindəki mallardan əlavə olaraq 2220 kq üzərində “Deco Acid 107”, 840 kq üzərində “Deco Chrome 501”, 120 kq üzərində “Deco Chrome S 506” yazıları olan kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı kaplama makinası, 1 ədəd “Treks” markalı profil paketləmə makinası, 400 m “çita bezi”, 50 ədəd “280 EF MANŞON SDR11”, 40 ədəd “ 315 EF MANŞON SDR11”, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG”, 1 ədəd “EF Kaynak makinası TİNY-MPF”, 40 dəst üzərində “Tekart-Afnan ananas kəsmə seti”, 29 dəst üzərində “X10 desen seti”, 10 dəst “Tekart-Ansar home Veronika seti”, 432 ədəd “Tekart-Paşabahçe Alev desen bardak seti”, 390 ədəd “Ahem Glass cam tabak böyük”, 120 ədəd “Ahem Glass cam tabak balaca” yazıları olan şüşə qablar aşkar edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, yoxlama zamanı 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsindən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən gömrük orqanlarına bəyan edilən tranzit gömrük bəyannaməsindəki mallardan əlavə olaraq 2220 kq üzərində “Deco Acid 107”, 840 kq üzərində “Deco Chrome 501”, 120 kq üzərində “Deco Chrome S 506” yazıları olan kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı kaplama makinası, 1 ədəd “Treks” markalı profil paketləmə makinası, 400 m “çita bezi”, 50 ədəd “280 EF MANŞON SDR11”, 40 ədəd “ 315 EF MANŞON SDR11”, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG”, 1 ədəd “EF Kaynak makinası TİNY-MPF”, 40 dəst üzərində “Tekart-Afnan ananas kəsmə seti”, 29 dəst üzərində “X10 desen seti”, 10 dəst “Tekart-Ansar home Veronika seti”, 432 ədəd “Tekart-Paşabahçe Alev desen bardak seti”, 390 ədəd “Ahem Glass cam tabak böyük”, 120 ədəd “Ahem Glass cam tabak balaca” yazıları olan şüşə qablar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 308 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş “Deco Acid 107” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 2.80 manat olmaqla 2220 kiloqramı 6216 manat, “Deco Chrome 501”, kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 5.20 manat olmaqla 840 kiloqramı 4368 manat, “Deco Chrome S 506” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 3.40 manat olmaqla 120 kiloqramı 408 manat, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı Türkiyə isehsalı 16400 manat, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı 23200 manat, “çita bezi” ağ rəngli (50mm), 1 metri 0.90 manat olmaqla 400 metri 360 manat, “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 95 manat olmaqla 50 ədədi 4750 manat, “ 315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 105 manat olmaqla 40 ədədi 4200 manat, “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər bir ədədi 225 manat olmaqla 10 ədədi 2250 manat, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı 3450 manat, “Tekart- Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti 1 dəsti 68 manat olmaqla 40 dəsti 2720 manat, “Tekart-Ansar” markalı, (Türkiyə istehsalı), Home Alev dəsən modelli şüşə qab dəsti 1 dəsti 75 manat olmaqla 29 dəsti 2175 manat, “Tekart- Ansar” markalı Home Veronika şüşə qab dəsti 1 dəsti 70 manat olmaqla 10 dəsti 700 manat, “Tekart-Paşabahçe” markalı Alev dəsən şüşə stəkan dəsti 1 ədədi 3.50 manat olmaqla 432 ədədi 1512 manat, “Ahem Glass” markalı şüşə qablar (böyük) bir ədədi 6.50 manat olmaqla 390 ədədi 2535 manat və “Ahem Glass” markalı şüşə qablar (balaca) bir ədədi 5.20 manat olmaqla 120 ədədi 624 manat olmaqla təzə vəziyyətdə olan, tədqiqat obyektlərinin hadisə baş verən tarixə, yəni 2025-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75868 manat müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2025-ci il tarixli, 308 nömrəli məhkəmə ekspertizası xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədiqatın dəyəri 40 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(078)-26/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, gömrük xidməti kapitanı, X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75868 (yetmiş beş min səkkiz yüz altmış səkkiz) manat məbləğində 2220 kq “Deco Acid 107” (Türkiyə istehsalı), 840 kq “Deco Chrome 501” (Türkiyə istehsalı), 120 kq “Deco Chrome S 506” (Türkiyə istehsalı) kimyəvi maddələr, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı (Türkiyə istehsalı), 1 ədəd “Treks” markalı profil paketləmə aparatı (Türkiyə istehsalı), 400 metr ağ rəngli “çita bezi” (50 mm), 50 ədəd “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı), 40 ədəd “315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər, 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı, 40 dəst “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti, 29 dəst “Tekart-Ansar” markalı (Türkiyə istehsalı) Home Alev dəsən modelli şüşə qab dəsti, 10 dəst “Tekart-Ansar” markalı, Home Veronika şüşə qab dəsti, 432 ədəd “Tekart- Paşabahçe” markalı, Alev dəsən şüşə stəkan dəsti, 390 ədəd “Ahem Glass” markalı böyük şüşə qablar və 120 ədəd Ahem Glass” markalı kiçik şüşə qablar cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və həmin malların Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inzibati binasının ərazisində və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A01 Core” markalı və 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonların məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Özbəkistan Respublikasına gedərkən gömrük orqanlarına bəyan edilən tranzit gömrük bəyannaməsindəki mallardan əlavə olaraq orta bazar qiyməti ilə ümumi dəyəri xeyli miqdar təşkil edən təxminən 75868 (yetmiş beş min səkkiz yüz altmış səkkiz) manat məbləğində malları, yəni 6216 manat məbləğində 2220 kq “Deco Acid 107” (Türkiyə istehsalı), 4368 manat məbləğində 840 kq “Deco Chrome 501” (Türkiyə istehsalı), 408 manat məbləğində 120 kq “Deco Chrome S 506” (Türkiyə istehsalı) kimyəvi maddələr, 16400 manat məbləğində 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı (Türkiyə istehsalı), 23200 manat məbləğində 1 ədəd “Treks” markalı profil paketləmə aparatı (Türkiyə istehsalı), 360 manat məbləğində 400 metr ağ rəngli “çita bezi” (50 mm), 4750 manat məbləğində 50 ədəd “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı), 4200 məbləğində 40 ədəd “315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər, 2250 manat məbləğində 10 ədəd “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər, 3450 manat məbləğində 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı, 2720 manat məbləğində 40 dəst “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti, 2175 manat məbləğində 29 dəst “Tekart-Ansar” markalı (Türkiyə istehsalı) Home Alev dəsən modelli şüşə qab dəsti, 700 manat məbləğində 10 dəst “Tekart-Ansar” markalı, Home Veronika şüşə qab dəsti, 1512 manat məbləğində 432 ədəd “Tekart-Paşabahçe” markalı, Alev dəsən şüşə stəkan dəsti, 2535 manat məbləğində 390 ədəd “Ahem Glass” markalı böyük şüşə qablar və 624 manat məbləğində 120 ədəd Ahem Glass” markalı kiçik şüşə qabları gömrük orqanlarına bəyan etməməklə idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 19:00 radələrində “Sədərək” gömrük postundan tranzit giriş edib qeyd olunan malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsinə görə Cinayət Məcəllənin 206.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının, müdafiəçinin çıxışını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, ilk dəfə cinayət törətməsini, cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması heç şübhəsiz ki, ona bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət törətməsi, cinayət törətməsini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən halları və Təqsirləndirilən şəxs üç övladının, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin yuxarıda göstərilən halların məcmusunu müstəsna hal hesab edərək, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona cinayətin predmeti “Deco Acid 107” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 2.80 manat olmaqla 2220 kiloqramı 6216 manat, “Deco Chrome 501”, kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 5.20 manat olmaqla 840 kiloqramı 4368 manat, “Deco Chrome S 506” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 3.40 manat olmaqla 120 kiloqramı 408 manat, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı Türkiyə isehsalı 16400 manat, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı 23200 manat, “çita bezi” ağ rəngli (50mm), 1 metri 0.90 manat olmaqla 400 metri 360 manat, “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 95 manat olmaqla 50 ədədi 4750 manat, “ 315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 105 manat olmaqla 40 ədədi 4200 manat, “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər bir ədədi 225 manat olmaqla 10 ədədi 2250 manat, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı 3450 manat, “Tekart- Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti 1 dəsti 68 manat olmaqla 40 dəsti 2720 manat, “Tekart-Ansar” markalı, (Türkiyə istehsalı), Home Alev dəsən modelli şüşə qab dəsti 1 dəsti 75 manat olmaqla 29 dəsti 2175 manat, “Tekart- Ansar” markalı Home Veronika şüşə qab dəsti 1 dəsti 70 manat olmaqla 10 dəsti 700 manat, “Tekart-Paşabahçe” markalı Alev dəsən şüşə stəkan dəsti 1 ədədi 3.50 manat olmaqla 432 ədədi 1512 manat, “Ahem Glass” markalı şüşə qablar (böyük) bir ədədi 6.50 manat olmaqla 390 ədədi 2535 manat və “Ahem Glass” markalı şüşə qablar (balaca) bir ədədi 5.20 manat olmaqla 120 ədədi 624 manat olmaqla ümumi dəyərləri təxminən 75868 manat olan malların 40 faizi miqdarında yəni 30347.20 (otuz min üç yüz qırx yeddi manat, iyirmi qəpik) cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, Təqsirləndirilən şəxs 15 aprel 2025ci il tarixdən həbsdə saxlanması müddəti nəzərə alır və hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, onun 15 aprel 2025-ci il tarixdən 30 may 2025-ci il tarixinə kimi həbsdə saxlanıldığı 1 ay 15 gün ( bir ay on beş gün) müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti cəza olmaqla 23000 (iyirmi üç min) manat miqdarında cərimə cəzası saxlanılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Demir X5 Respublikası vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-nin 44.2-ci maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 40 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X9 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə hüquqi yardım göstərən (təqsirləndirilən şəxsin şəxsi müdafiəçisi) müdafiəçi, Naxçıvan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait özlərinə aid edilməlidir . Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A01 Core” markalı və 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inzibati binasının ərazisində saxlanılan “Deco Acid 107” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 2.80 manat olmaqla 2220 kiloqramı 6216 manat, “Deco Chrome 501”, kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 5.20 manat olmaqla 840 kiloqramı 4368 manat, “Deco Chrome S 506” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 3.40 manat olmaqla 120 kiloqramı 408 manat, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı Türkiyə isehsalı 16400 manat, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı 23200 manat, “çita bezi” ağ rəngli (50mm), 1 metri 0.90 manat olmaqla 400 metri 360 manat, “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 95 manat olmaqla 50 ədədi 4750 manat, “ 315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 105 manat olmaqla 40 ədədi 4200 manat, “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər bir ədədi 225 manat olmaqla 10 ədədi 2250 manat, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı 3450 manat, “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti 1 dəsti 68 manat olmaqla 40 dəsti 2720 manat, “Tekart-Ansar” markalı, (Türkiyə istehsalı), Home Alev dəsən modelli şüşə qab dəsti 1 dəsti 75 manat olmaqla 29 dəsti 2175 manat, “Tekart-Ansar” markalı Home Veronika şüşə qab dəsti 1 dəsti 70 manat olmaqla 10 dəsti 700 manat, “Tekart-Paşabahçe” markalı Alev dəsən şüşə stəkan dəsti 1 ədədi 3.50 manat olmaqla 432 ədədi 1512 manat, “Ahem Glass” markalı şüşə qablar (böyük) bir ədədi 6.50 manat olmaqla 390 ədədi 2535 manat və “Ahem Glass” markalı şüşə qablar (balaca) bir ədədi 5.20 manat olmaqla 120 ədədi 624 manat olmaqla ümumi dəyərləri təxminən 75868 manat olan mallar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Təqsirləndirilən şəxs idarə etdiyi 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs tərəfindən gömrük orqanlarına bəyan edilən müxtəlif mallar iş üzrə maddi sübut olmadığından (hökm qanuni qüvvəsini almadan) dərhal özünə geri qaytarılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Sədərək Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U31843902 nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19- cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayətin predmeti “Deco Acid 107” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 2.80 manat olmaqla 2220 kiloqramı 6216 manat, “Deco Chrome 501”, kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 5.20 manat olmaqla 840 kiloqramı 4368 manat, “Deco Chrome S 506” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 3.40 manat olmaqla 120 kiloqramı 408 manat, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı Türkiyə isehsalı 16400 manat, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı 23200 manat, “çita bezi” ağ rəngli (50mm), 1 metri 0.90 manat olmaqla 400 metri 360 manat, “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 95 manat olmaqla 50 ədədi 4750 manat, “ 315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 105 manat olmaqla 40 ədədi 4200 manat, “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər bir ədədi 225 manat olmaqla 10 ədədi 2250 manat, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı 3450 manat, “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti 1 dəsti 68 manat olmaqla 40 dəsti 2720 manat, “Tekart-Ansar” markalı, (Türkiyə istehsalı), Home Alev dəsən modelli şüşə qab dəsti 1 dəsti 75 manat olmaqla 29 dəsti 2175 manat, “Tekart-Ansar” markalı Home Veronika şüşə qab dəsti 1 dəsti 70 manat olmaqla 10 dəsti 700 manat, “Tekart- Paşabahçe” markalı Alev dəsən şüşə stəkan dəsti 1 ədədi 3.50 manat olmaqla 432 ədədi 1512 manat, “Ahem Glass” markalı şüşə qablar (böyük) bir ədədi 6.50 manat olmaqla 390 ədədi 2535 manat və “Ahem Glass” markalı şüşə qablar (balaca) bir ədədi 5.20 manat olmaqla 120 ədədi 624 manat olmaqla ümumi dəyərləri təxminən 75868 manat olan malların 40 faizi miqdarında yəni, 30347.20 (otuz min üç yüz qırx yeddi manat, iyirmi qəpik) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 15 aprel 2025-ci il tarixdən 30 may 2025-ci il tarixinə kimi həbsdə saxlanıldığı 1 ay 15 gün (bir ay on beş gün) müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti cəza olmaqla 23000 (iyirmi üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilsin. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. İş üzrə maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A01 Core” markalı və 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə maddi sübut olan Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inzibati binasının ərazisində saxlanılan “Deco Acid 107” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 2.80 manat olmaqla 2220 kiloqramı 6216 manat, “Deco Chrome 501”, kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 5.20 manat olmaqla 840 kiloqramı 4368 manat, “Deco Chrome S 506” kimyəvi maddə, Türkiyə istehsalı, 1 kiloqramı 3.40 manat olmaqla 120 kiloqramı 408 manat, 1 ədəd “Treks” markalı folyo bandı bağlama aparatı Türkiyə isehsalı 16400 manat, 1 ədəd “Treks” markalı profil paketləmə aparatı 23200 manat, “çita bezi” ağ rəngli (50mm), 1 metri 0.90 manat olmaqla 400 metri 360 manat, “280 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 95 manat olmaqla 50 ədədi 4750 manat, “ 315 EF MANŞON SDR11” (Türkiyə istehsalı) plastik boru birləşdiricilər bir ədədi 105 manat olmaqla 40 ədədi 4200 manat, “225 EF DİRSEK 900 SDR11-NTG” (Türkiyə istehsalı) plastik boru dirsəklər bir ədədi 225 manat olmaqla 10 ədədi 2250 manat, 1 ədəd “TİNY-MPF” modelli (Almaniya istehsalı) qaynaq aparatı 3450 manat, “Tekart-Afnan” markalı (Türkiyə istehsalı) kəsmə ananas modelli şüşə qab dəsti 1 dəsti 68 manat olmaqla 40 dəsti 2720 manat, “Tekart-Ansar” markalı, (Türkiyə istehsalı), Home Alev dəsən modelli şüşə qab dəsti 1 dəsti 75 manat olmaqla 29 dəsti 2175 manat, “Tekart-Ansar” markalı Home Veronika şüşə qab dəsti 1 dəsti 70 manat olmaqla 10 dəsti 700 manat, “Tekart-Paşabahçe” markalı Alev dəsən şüşə stəkan dəsti 1 ədədi 3.50 manat olmaqla 432 ədədi 1512 manat, “Ahem Glass” markalı şüşə qablar (böyük) bir ədədi 6.50 manat olmaqla 390 ədədi 2535 manat və “Ahem Glass” markalı şüşə qablar (balaca) bir ədədi 5.20 manat olmaqla 120 ədədi 624 manat olmaqla ümumi dəyərləri təxminən 75868 manat olan mallar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. Təqsirləndirilən şəxs idarə etdiyi 76DF380/76DF381 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1840 LS 36” markalı yük nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs tərəfindən gömrük orqanlarına bəyan edilən müxtəlif mallar iş üzrə maddi sübut olmadığından (hökm qanuni qüvvəsini almadan) dərhal özünə geri qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Sədərək Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U31843902 nömrəli pasport özünə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olaraq 40 manat alınıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, Adı: X9 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra, hökmün icra edilməsi üçün maddi sübutların təhvil verilməsi hissəsində Naxçıvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar