Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-7/2023 19.05.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, mütəxəssis X4 iştirakı ilə Sədərək Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci ildə Şərur rayon Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatında olan, 17 mart 2023-cü il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə Sədərək rayon Sədərək kənd sakini Zərərçəkmiş şəxs məxsus Sədərək rayon Sədərək kəndində yerləşən evinə 02 mart 2023cü il tarixdə qanunsuz daxil olub yataq otağındakı yatağın altında olan bənövşəyi rəngli əl çantasının içərisindən 850 (səkkiz yüz əlli) AZN məbləğində nağd pulu saxlanc yerinə qanunsuz daxil olaraq gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildiyini, 2022-ci ilin yayında Bakı şəhərində əmisi oğlunun sexində usta işlədiyini, 2023-cü ilin yanvar axırında iş zəif olduğu üçün Kəngərli rayon Qıvraq qəsəbəsinə gəldiyini, həmin vaxtlardan işsiz olduğunu, xalası Elmiranın 28 fevral 2023-cü il tarixdə onlara gəldiyini, həmin günün səhəri anası, xalası və özü birlikdə olan zaman xalası Elmiradan mərmər sexi açmaq üçün borc istədiyini, xalasının isə ona ancaq evlənəcəyi halda borc verə biləcəyini bildirdiyini, bu söhbətdən sonra xalasının evində pul olduğunu düşündüyünü, bir gün sonra, 02 mart 2023-cü il tarixdə saat təxminən 12:00 radələrində xalasının hamamda yuyunmağa getdiyi zaman paltarının cibində olan evinin açarını stolun üzərində olan şirniyyat qabının içərisinə qoyduğunu, xalası Elmira hamamda olan zaman açarı götürərək evdən çıxdığını, Sədərək kəndinə gəlmək üçün evlərindən çıxıb piyada Naxçıvan-Sədərək avtomobil yoluna gəldiyini, tanımadığı yoldan keçən iki avtomobil dəyişərək Sədərək rayon Sədərək kənd mərkəzində olan məktəbin yanına gəldiyini, xalası Elmiragilə sonuncu dəfə 10-15 il bundan öncə gəldiyindən onun evinin yerləşdiyi yeri tanımadığı üçün Sədərək kənd bazarında tanımadığı bir nəfər cavan oğlandan Elmira xalasını tanıyıb-tanımadığını soruşduğunu, xalası Elmiranın beli əyri qadın olduğunu söyləyəndə həmin şəxsin Elmiranı tanıdığını və həmişə bazarın digər girişindən gəlib-getdiyini söylədiyini, özünün həmin adamın göstərdiyi istiqamətə gedərkən həmin yerlərin ona tanış gəldiyini gördüyünü, həmin istiqamətə gedəndə xalası Elmiranın evini tanıdığını, götürdüyü açar ilə evin qapısında olan qıfılı açaraq içəri girdiyini, qarşısına sandıq çıxdığını, sandığın ağzını açdığnı və içərisində qab olduğunu görüb qapısını örtdüyünü, sonra yatağın altına baxanda yatağın sol tərəfində, pəncərəyə tərəf bənövşəyi rəngli əl çantası və həmin çantanın üzərində balaca bir qıfıl olduğunu gördüyünü, çantanı açaraq salafan torbanın içərisində dəsmala bükülü pul olduğunu gördüyünü, pulların üç bükülü şəkilində qatlandığını, ehtiyacı olan bir bükümü götürüb saydığnı 850 manat olduğunu gördüyünü, həmin bükümü cibinə qoyaraq digər pullara isə dəymədiyini, evdən çıxdığını, qayıdan zaman düşdüyü avtomobil yolunda yenidən tanımadığı bir neçə yol avtomobili dəyişərək Kəngərli rayonuna gəldiyini, götürdüyü açarı aparıb götürdüyü yerə qoyduğunu, bundan xalası Elmiranın xəbərinin olmadığını, xalası Elmiranın evindən oğurladığı 850 manat pulun 100 manatını xərclədiyini, özündə 750 manat pulun qaldığını, Zərərçəkmiş şəxs onun ögey xalası olsada aralarında heç bir ədavət olmadığını, pulu olmadığı üçün, qarşıdan da bayram gəldiyi üçün cibində xərcliyi olsun deyə həmin pulları oğurladığını, həmin evə 02 mart 2023-cü il tarixdə saat 16:00 radələrində girdiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evində oğurluq olduğuna şübhə yaranmaması və pulların hamısını götürməyə ürəyinin razı olmadığı üçün çantada qalan digər pulları götürmədiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladığı 850 manat pulun 750 manatının üzərində olduğunu, qalan 100 manat pulu isə pensiya almaq üçün Naxçıvan şəhərinə həkim komissiyasına gedib-gəldiyi vaxtlarda xərclədiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən 1 dəfə oğurluq etdiyini, oğurluq etdiyini heç kəsin bilmədiyini, hazırda törətdiyi əməlindən çox peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında yoldaşı Usub dünyasını dəyişdikdən sonra tək yaşadığını, pensiya pullarını yığdığını, yığdığı pulları isə evində yatağının altında olan əl çantasında dəsmalın arasında saxladığını, 28 fevral 2023-cü ildə Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan bacısı Gülzar xəstə olduğu üçün onu görməyə getdiyini, onlarda 3 gün qaldığını, qaldığı müddətdə bacısı oğlu Rasimin ondan mərmər sexi açmaq üçün 3000 manat borc pul istədiyini, ona, pul yığıb xəstəxanaya gedəcəyini söylədiyini, söhbət arasında evlənəndə ona üzük alacağını söylədiyini, evinin açarını bacısıgildə yuyunan zaman şüşə şirniyyat qabının içinə qoyduğunu, 03 mart 2023cü ildə Sədərək rayonuna qayıtdığını, evinə gəlib qapını açıb evə daxil olanda evin bir az dağınıq olduğunu hiss etdiyini, pulu qoyduğu çantanın qıfılının qırıldığını gördüyünü, çantanın içərisinə baxanda puldan 850 manatının olmadığını hiss etdiyini, bu barədə düşünərək bacısıgilə getdiyi üçün bacısının oğlundan şübhələndiyini, bu barədə bacısı Gülizara məlumat verdiyini, heç bir yerə şikayət etmədiyini, bacısı da oğlunun oğru olmadığını, Rasimin də pullardan xəbərlərinin olmadığını bildirəndən sonra, bir müddət də gözləyib sonra digər şəxsin oğurlama ehtimalı olduğundan Sədərək Rayon Polis Şöbəsinə şikayət etdiyini, pulunun 3400 manat olduğunu və həmin pullardan 850 manatın oğurlandığını, hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayətinin olmadığını, bu barədə istintaqa da ərizə verdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində 2022-ci ilin dekabr ayından Sədərək rayon Sədərək kəndinin Ticarət Mərkəzində yerləşən çörək mağazasında satıcı işlədiyini, 02 mart 2023-cü il tarixdə saat 15:00 radələrində işlədiyi mağazanın qarşısında duran zaman bir nəfər tanımadığı şəxsin gələrək Elmira adlı qadının onun xalası olduğunu və onu tanıyıb-tanımadığını soruşduğunu, həmin qadını tanımadığını söylədikdə həmin şəxsin xalası Elmiranın qoca və beli əyri qadın olduğunu ona söylədiyini, bundan sonra ona elə bir qadın tanıdığını və həmin qadının bazara həmişə bazarın digər girişindən gəldiyini, bundan sonra həmin tanımadığı şəxsin onun yanından aralanıb göstərdiyi istiqamətdə getdiyini, həmin şəxsi sonra bir daha görmədiyini, həmin şəxsin hazırda məhkəmə iclas zalında olan təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 ədəd yüzlük və 7 ədəd əllilik əsginas aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərar, akt və ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 ədəd yüzlük və 7 ədəd əllilik əsginas maddi sübut kimi qiymətləndirilmiş, ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aktla qaytarılmış, Zərərçəkmiş şəxs da ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona dəymiş 850 manat ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında Naxçıvan MR X2 10 aprel 2023-cü il tarixli 424 saylı məktubundan görünür ki, Cəfərov X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatına alınmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Kəngərli rayon Qıvraq qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən aydın olur ki, Cəfərov X6 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır və anası X5 ilə birlikdə yaşayır, müsbət xarakterizə olunmuşdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzə maddi sübut kimi Təqsirləndirilən şəxs üzərindən götürülmüş 04 ədəd yüzlük və 7 ədəd əllilik əsginasın ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından bir gün çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə maddi sübut kimi Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 ədəd yüzlük və 7 ədəd əllilik əsginasın ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən v.m.i.e: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(088)-7/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-7/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver