Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-8/2023 14.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı və zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şərur rayon Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası,orta təhsili, bərbər işləyən, əvvəllər məhkum olunmamış, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixində saat 00:30 radələrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla qəbul etdiyi alkoqollu içkinin təsiri nəticəsində idarə etdiyi “Saipa-132“ markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sədərək rayon Dəmirçi kəndi ərazisində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobili yolun sağ hissəsində olan divara vuraraq ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin X5 açıq kəllə beyin travması, beyin əzilməsi, qabırğaların çoxsaylı sınıqları, hemopnevmotoraks, daxili qanaxmadan ibarət, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, cinayət əməlini törətməkdə özünü təqsirli bilərək Şərur rayonu ət bazarı deyilən ərazinin zirzəmisində bərbər işlədiyini, həmkəndlisi olan Sədərək Rayon Dəmirçi kənd sakini X5 13 fevral 2023-cü il tarixdə səhər saat 11:00 radələrində onun işlədiyi bərbərxanaya gəlib ailə və uşağı ilə birlikdə bazara gəldiyini bildirdiyini, həmçinin onun yanında saçını kəsdirəcəyini söylədiyini, təxminən 20 dəqiqə onun yanında olduqdan sonra yubandığını və başqa vaxt gəlib saçını kəsdirəcəyini dediyini, gedən vaxt onun həmçinin axşam ona içki içməyi təklif etdiyini, özünün isə cavabında baxarıq dediyini və sonra Elmarın onun yanından getdiyini, sonra Elmar ona zəng edərək çaxır aldığını və dostları Şahid ilə birlikdə onu gözlədiklərini bildirdiyini, o, iş yerindən çıxıb Şərur rayon Yengicə kəndinə gedib qayınatası Məmmədov Aydıngildən öz ailə və uşağını götürdüyünü və sonra Dəmirçi kəndinə getdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:15 radələrində həmkəndliləri və dostları olan, Sədərək rayon Dəmirçi kənd sakini X8 və Şahid Dəmirçi kənd mərkəzindən ağ rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı “Saipa-132” markalı şəxsi avtomobili ilə götürüb, Sədərək rayon Dəmirçi kənd sakini olan Sahib adlı şəxsin evinə getdiyini, onun satdığı itə baxıb Dəmirçi kənd mərkəzinə qayıtdığını, oradan da Həmkəndlisi olan Həbibin ərzaq mağazasından 2 ədəd kolbasa, 1 ədəd cips, 1 ədəd bizon, 1 ədəd çörək, 1 ədəd də kola alıb, Dəmirçi kənd sakini olan Səbuhi Sahib oğlunun evinə gedərək, içərisində yağ olan göy rəngli qazan götürdüyünü, oradan da çıxıb Elmargilə gedərək, Elmargildən də meyvə götürüb, təxminən 1 saat onların evinin yanında şəxsi avtomobilinin içərisində çaxır içdiklərini, sonra avtomobilin yanacağı az olduğundan yanacaq götürmək üçün yanacaq doldurma məntəqəsinə getdiklərini, Çaxır içdikdən sonra avtomobili Vasifin idarə etdiyini, benzin vurmağa gedən zaman ilk öncə Şərur rayon Qarxun kəndi ərazisində yerləşən “Sahil” restoranına pivə içmək üçün girdiklərini, ancaq restoran bağlı olduğundan restoranın yaxınlığında olan “Arpaçay” yanacaq doldurma məntəqəsinə getdikərini, oradan 6 litr yanacaq və həmin ərazidə yerləşən ərzaq mağazasından cips və pivə alıb oradan da Dəmirçi kəndinə gəldiklərini, Dəmirçi kəndinə daxil olub Heydər məscidinə tərəf gələndə Vasifə onu öz evinə aparmağı təklif ediyini, Vasif də özü gedəcəyini bildirdiyini, Heydər məscidindən 50 metr aşağıda avtomobildən düşərək öz evinə getdiyini və Vasif avtomobildən düşən zaman Elmar sükan arxasına keçərək evlərinə kimi avtomobili onun idarə etdiyini, Elmarın evlərinin önündə avtomobildən düşərək evlərinə getdiyini və özünün avtomobilin sükan arxasına əyləşdiyini, bir neçə dəqiqədan sonra Elmarın evlərindən çıxdığını, avtomobilin ön sərnişin oturacağına əyləşdiyini, lakin necə və nə üçün çıxdığını dəqiq xatırlaya bilmədiyini, xx.xx.2023cü il tarixdə saat təxminən 00:30 radələrində Elmarın yaşadığı evinin önündən avtomobili ilə geri dönüb gəldiyi yolu geri qayıtmaq istədiyini, 17-20 metr uzaqlaşandan sonra idarə etdiyi avtomobil anidən, yol daşlıq olduğu üçün sürüşdüyünü, avtomobilin idarə etmədən çıxaraq yolun sağ hissəsində olan hamamın divarına və qaz turbasına çırpıldığını, bu zaman ön hissədə sağ tərəfdə sərnişin oturacağında əyləşən X5 baş nahiyəsindən xəsarət aldığını və üz nahiyəsinin qanlar içərisində olduğunu gördüyünü, sonra özünün Şahid zəng edərək qəza törətdiyini və onları təcili olaraq Şərur rayon mərkəzi xəstəxanasına aparmağını dediyini, avtomobili idarə edərək Vasifi qoyduqları yerə geri qayıtdığını, avtomobildən düşərək Vasifin sürməsini xahiş etdiyini, Vasifin də onları Şərur rayon mərkəzi xəstəxanasına çatdırdığını, Elmar Qədimov ilə dostluq münasibətində olduğunu, onunla heç bir ədavəti və qohumluq münasibətinin olmadığını, onun “B” kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, həmin vəsiqəni xx.xx.2021-ci il tarixdə aldığını, İdarə etdiyi avtomobilin onun özünə məxsus olduğunu, qeydiyyat şəhadətnaməsinin öz adında olduğunu, təxminən bir il olar ki, “Saipa-132” markalı ağ rəng, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, spirtli içki qəbul edəndən sonra avtomobili sürücülük vəsiqəsi olan və ayıq vəziyyətdə hərəkət edən dostu Şahid idarə etdiyini, spirtli içki qəbul edib avtomobil idarə etməyin məsuliyyətə səbəb olduğunu bildiyini, Elmarla birlikdə 2 litr əldə çəkilmiş çaxır içdiyini, qəzadan sonra Şərur rayon mərkəzi xəstənasında müayinə olunduğunu, heç bir xəsarəti olmadığını, zərərçəkmiş Elmar Qədimova xəstəxanada müalicə üçün çəkdiyi ziyanın hamısını ödədiyini, zərərşəkmişin heç bir şikayəti olmadığını, evin tək oğlan övladının olmasını və evə yeganə qazanc gətirən olduğunu, himayəsində iki azyaşlı körpə uşaqının olmasını və hadisənin ehtiyatsızlıqdan törətməsini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Sədərək rayon Dəmirçi kəndində doğub böyüdüyünü və 2004-cü ildən Türkiyə Respublikasına ailəsi ilə birlikdə işləmək üçün getdiyini, ara-sıra Naxçıvan MR-na gəldiyini, lakin uzun müddətli Türkiyə Respublikasında yaşadığını, Türkiyə Respublikasında yaşadığı dövrdə, 2021-ci ildə ailə həyatı qurduğunu, 2022-ci ilin aprel ayından bir dəfəlik Naxçıvan MR Sədərək rayon Dəmirçi kəndinə gəldiyini, 2022-ci ilin avqust ayından isə Naxçıvan MR DİN-in Mühafizə Şöbəsinə mülki mühafizəçi kimi işə başladığını, işə başladığı vaxtdan isə Kapital Bankın arxivində mühafizəçi işlədiyini, növbəli olaraq iki gün evdə bir gün isə işdə olduğunu, 13 fevral 2023-cü il tarixdə ailəsi ilə birlikdə Şərur şəhərində yerləşən Ticarət mərkəzinə getdiyini, ailəsi Ticarət mərkəzində alış-veriş edən zaman onların yanından aralanıb, dostu Təqsirləndirilən şəxs yanına Şərur şəhərində yerləşən bərbərxanasına getdiyini, bir neçə dəqiqə söhbət etdikdən sonra Hafiz həmkəndliləri Ataxana yaxşı bir çaxır gəldiyini, axşam içək deyə söylədiyini, Hafizlə razılaşdıqdan sonra bərbərxanadan çıxaraq ailəsi ilə birlikdə Dəmirçi kəndinə qayıtdığını, dostu Vasiflə həmin günü saat təxminən 19:00 radələrində kənd məscidinin yanında görüşdüyünü və kənd mərkəzinə getdiklərini, orada bir neçə dəqiqə durub, kənd orta məktəbinə gedərək, orada valeybol oynayan şəxslərə bir müddət baxdıqlarını, həmkəndlisi Ataxanın mobil telefon vasitəsi ilə ona zəng edərək yerini soruşduğunu və çaxırı gətirdiyini söylədiyini, Ataxanın avtomobili ilə çaxırı ona məktəbin yanına gətirib verdiyini, təxminən bir saat Vasiflə birlikdə Hafizi gözlədiyini, Hafiz gələndən sonra birlikdə məktəbin yaxınlığında olan mağazaya girib kolbasa və çörək aldıqlarını, oradan çıxıb həmkəndlisi olan Sahibgilə getdiyini, Sahibin itinə baxandan sonra Hafizin avtomobilinin sükanına Vasifin əyləşdiyini, özü və Hafizin isə avtomobilin arxa oturacağında əyləşdiyini, Vasif avtomobili sürərkən onların arxada həmin çaxırı içdiklərini, çaxırın onlara az olduğunu düşündüklərini, Şərur rayon Qarxun kəndində olan kafeyə spirtli içki qəbul etmək üçün getdiklərini, lakin kafenin qapalı olduğunu görüb oradan çıxdıqlarını, həmin kafenin yaxınlığında olan yanacaq doldurma məntəqəsinə gedərək avtomobilə yanacaq və mağazadan cips və piyvə aldıqlarını, həmin pivələri də yolda içərək kəndə gəldiklərini, onlar kəndə çatanda Heydər məscidinin yaxınlığında Vasifin avtomobildən düşərək, evə getmək istədiyini bildirdiyini, onunla razılaşıb, avtomobilin sükanına özü əyləşdiyini, avtomobili sürərək evlərinə gəldiyini, avtomobildən düşüb avtomobili Hafizə verdiyini və evə girdiyini, evə girəndən bir neçə dəqiqə sonra Hafizin ona zəng etdiyini və onu çölə çağırdığını, bundan sora Vasifə zəng edərək Hafizin evə getmədiyini bildirdiyini və gəlməsini istədiyini, Vasifin onunla razılaşdığını, gələcəyini söylədiyini, gödəkcəsini geyinib çölə çıxdığını, Hafizin avtomobilində ön sərnişin oturacağında əyləşdiyini, avtomobildə əyləşəndən sonra Təqsirləndirilən şəxs avtomobili sürərək küçədən çıxmaq istədiyini, o, avtomobilin idarə etməsini itirib divara çırpıldığını, qəza anına kimi olanları xatırladığını, qəzadan sonrasını isə xatırlamadığını, qəza zamanı açıq kəllə beyin travması ilə yanaşı bir- çox xəsarət aldığını, Hafizin ona dəymiş ziyanı tam ödədiyini ona görə də Hafizdən heç bir şikayətinin və tələbinin olmadığını, Hafizlə dost və həmkənli olduğunu, Hafizin ehtiyatsızlıqdan hadisə törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində həmkəndlisi olan, Sədərək rayon Dəmirçi kənd sakini X8 ilə birlikdə Dəmirçi kənd mərkəzində Sədərək rayon Dəmirçi kənd sakini olan Təqsirləndirilən şəxs gözlədiyini, sonra Elmarla voleybol oyununa baxmaq üçün Dəmirçi kənd tam orta məktəbinin idman zalına getdiyini, idman zalında təxminən 15 dəqiqə durduqlarını, həmin vaxt Dəmirçi kənd sakini olan Ataxan Nəbi oğlunun 4 ədəd yarımlitrlik sirab butulkasında, toplam 2 litr əldə çəkilmiş çaxır gətirdiyini və qarşılığında isə Elmarın ona 10 manat pul verdiyini, təxminən 30 dəqiqə həmin kənd mərkəzində durduğunu, sonra həmkəndlisi Təqsirləndirilən şəxs şəxsi avtomobili ilə kənd mərkəzinə gələrək onları götürdüyünü və məktəb yolunda olan ərzaq mağazasına getdiklərini, həmin yerdən 1 ədəd Naxçıvan kolbasası, 1 ədəd Çörək, 1 ədəd enerji içkisi(bizon), 1-2 ədəd cips götürərək “İsmixanlı” məhəlləsinə getdiklərini, Təqsirləndirilən şəxs məxsus ağ mirvari rəngli **-BC-*** dövlət qeydiyyat nişanlı “Saipa” markalı avtomibilin içərisində oturduqlarını, Hafiz ilə Elmarın avtomobilin içərisində aldıqları çaxırı içdiklərini, özünün isə aldığı enerji içkisini (bizon) içdiyini, təxminən 2 saata yaxın həmin ərazidə olduqlarını, ancaq avtomobilin yanacağı az olduğundan yanacaq götürmək üçün yanacaq doldurma məntəqəsinə getmək qərarına gəldiklərini, avtomobilin sükanına əyləşərək Şərur Rayon Qarxun kəndinə getdiklərini Hafiz ilə Elmarın həmin kəndin ərazisində yerləşən “Sahil” restoranında pivə içmək istədiklərini, ancaq restoran bağlı olduğundan “Arpaçay” yanacaq doldurma məntəqəsinə getdiklərini, oradan 6 litr yanacaq və ərzaq mağazasından isə pivə, cips alıb yenə avtomobilə əyləşərək yanacaq doldurma məntəqəsindən çıxaraq Dəmirçi kəndinə getdiklərini, özünün “İsmixanlı” məhəlləsi deyilən ərazidə yerləşən Heydər məscidindən təxminən 50 metr aşağıda avtomobildən düşdüyünü, həmin vaxt arxa oturacaqda əyləşən X5 avtomobildən düşərək sükan arxasında əyləşib avtomobili idarə etdiyini, ara məhəllədən “Tarayollu” məhəlləsində yerləşən öz yaşadığı evə getdiyini, təxminən 20 dəqiqə sonra Elmarın ona zəng edib Hafizin sərxoş olduğunu, evə getmədiyini, kömək üçün avtomobili təhvil verdiyi yerə onu çağırdığını, içkili olduqları üçün Elmara fikir vermədiyini, bundan təxminən 15 dəqiqə sonra Hafizin ona zəng edərək avtomobil ilə qəza törətdiyini, onu köməyə çağırdığını, təxminən 5 dəqiqəyə avtomobili təhvil verdiyi yerə gəldiyini, Hafizin də avtomobili ilə həmin yerə gəldiyini, bu zaman maşının sağ ön oturacaqda olan Elmarın üz nahiyəsinin qanlar içində olduğunu, Hafizin ona onları təcili olaraq Şərur rayon mərkəzi xəstəxanasına aparmasını söylədiyini, bundan sonra o, tez sükan arxasına əyləşərək onları xəstəxanaya apardığını, yolda Hafizin atasına zəng edərək oğlunun qəza törətdiyini və Şərur rayon xəstəxanasına gəlməli olduğunu, Elmarla Hafizin içkili vəziyyətdə olan zaman avtomobili özünün idarə etdiyini, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olduğunu, təxminən 2015-ci ildə aldığını, Elmarla Hafizin ümumilikdə 2 litr əldə çəkilmiş çaxır içdiklərini, hadisədən öncə və hadisədən sonra spirtli içki qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli 241 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Saipa- 132” markalı ağ rəng, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş 28 fevral 2023-cü il tarixli 142 №-li ekspert rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər sol gicgah nahiyəsində və sağ əlin arxa səthində sıyrıqlar küt mexanizmindən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə avtoqəza nəticəsində də törənməsi istisna edilmir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş 28 fevral 2023-cü il tarixli 172 №-li ekspert rəyində göstərilmişdir ki, vətəndaş X5 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər açıq kəllə beyin travması, beyin əzilməsi, qabırğaların çox saylı sınıqları, hemopnevmotoraks, daxili qanaxma, dalağın cırılması küt mexanizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə avtomobil qəzası nəticəsində də törənmələri istisna edilmir. Xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0.034 promil etil spirti aşkar edildi, bu miqdarda etil spirti heç bir sərxoşluq dərəcəsinə uyğun deyil. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X2 03 mart 2023-cü iİ tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərməklə dərhal xəstəxanaya çatdırmasını, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki azyaşlı körpə uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanuna zidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, yuxarıda qeyd edilən X3rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsində təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.1 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan real məhrum edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hazırkı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi1 təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №1(088)-8/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-8/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver