Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-8/2024 20.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı:-Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ikinci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, X1, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda duran və yaşayan, barəsində 26 yanvar 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sədərək Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 17:30-da Sədərək rayonu Dəmirçi kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Sədərək Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə video çəkiliş edilməklə baxış keçirilərkən üzərindən göy rəngli cins şalvarının sol arxa cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf selefona bükülmüş içərisində təmiz çəkisi 11,358 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bildiyini, istintaq zamanı verdiyi ifadələri bir daha təsdiq edərək 24 yanvar 2024-cü il tarixdə təxminən saat 17:30-da Sədərək rayon Dəmirçi kəndində yaşadığı ünvanın yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, onu şübhəli şəxs qismində Sədərək RPŞ-in inzibati binasına apardıqlarını, ona Sədərək RPŞ-in inzibati binasının xidməti otaqların birində hüquq və vəzifələrinin izah edildikdən sonra Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman şalvarının sol arxa cibindən tiryək narkotik vasitəsi aşkar edilərək götürüldüyünü, narkotik vasitəsini təxminən 2023-cü ilin yay aylarında Şahbuz rayon “Batabat” yaylağında çobanlıq edən zaman orada olan bulağın yaxınlığında yerdən tapdığını, yerdən tapıb narkotik vasitə olduğunu bildiyini və cibinə qoyduğunu, öz istifadəsi üçün saxladığını, həmin vaxtdan üzərində gəzdirdiyini, o uzun müddət öncə narkotik vasitədən istifadə etdiyini, hazırda istifadə etmədiyini, lakin nə vaxtsa istifadə etməyi düşündüyü üçün üzərində gəzdirdiyini, sonuncu dəfə 24 yanvar 2024-cü ildə həmin narkotik vasitəni kutkasının çibində gördüyündən azcana ağzına ataraq qəbul etdiyini, 2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2 və 177.2.3 maddələri ilə məhkum olunduğunu, 2007-ci il tarixdə azadlığa buraxıldığını, ondan sonra heç bir cinayət törətmədiyini və çobanlıq edərək ailəsini dolandırdığını, polislər tərəfindən onun üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını və gəzdirdiyini və ilk dəfə bu əməli törətməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə almaqla onun barəsində yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin CAB-in rəisi vəzifəsində işləyən mayor Şahid1 ifadəsində 2016-ci ildən etibarən DİO-da işlədiyini, 2023-ci ildən etibarən də Sədərək RPŞ-in CAB-in rəisi vəzifəsində xidmət etdiyini və polis mayoru xüsusi rütbəsi daşıdığını, 24 yanvar 2024-cü il tarixdə Sədərək rayon Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra özünün və Sədərək RPŞ-in CABdə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldığını, sonra həmin gün saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Sədərək RPŞ-nə dəvət etdiklərini o, da razı olaraq onlarla birlikdə Sədərək RPŞ-nə gəldiyini, Sədərək RPŞ-in inzibati binasında xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirildiyini, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa cibindən siqaret qutusuna bükülü vəziyyətdə qara rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin narkotik vasitə tiryək olduğunu, həmin tiryəki 2023-cü ilin yay aylarında Şahbuz rayonunda yerləşən “Batabat” yaylağında çobanlıq edən zaman tapdığını qeyd etdiyini, əlavə olaraq onun üzərindən iki ədəd “Nokia” markalı mobil telefon, bir ədəd üzərində “Keno” yazılmış siqaret və mavi rəngdə alışqan aşkar edildiyini, qeyd olunanlardan əlavə üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədiyini, bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair protokol tərtib edildiyini və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini, həmin maddəni özünün qəbul edəcəyini bildirdiyini, prosessual qaydada sənədləşmə aparıldıqdan sonra materialları istintaq şöbəsinə təhvil verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsinə tam uyğun olaraq eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə istintaqı zamanı araşdırılmış sübutları, iş üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələrini tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1-ci siyahısının 182 bəndinə əsasən, 11,358 qram “Tiryək” narkotik vasitə xeyli miqdar hesab edildiyindən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əlavə olaraq “Tiryək” adlı nakotik vasitə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı, sıra № 102). Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlinin törətməsi onun özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı X6 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2024-cü il tarixli 99 nömrəli ekspert rəyi, X6 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 11 mart 2024-cü il tarixli 84 saylı rəyi və X6 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 11 mart 2024-cü il tarixli 85 saylı rəyi ilə kifayət qədər sübuta yetirilir. Belə ki, onun özünə məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olan, Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən, narkotik vasitəni üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində Sədərək rayon Dəmirçi kəndində yaşadığı evin qarşısında saxlanılıb Sədərək Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək, video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən siqaret qutusunun içərisindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş içərisində təmiz çəkisi 11,358 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülməsi tam sübuta yetirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitənin növünü, adını, cinsini, qrup mənsubiyyətini, dəqiq çəkisini müəyyənləşdirmək məqsədilə 24 yanvar 2024-cü il tarixdə Məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və X6 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2024-cü il tarixli 99 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “imza: İTQ-nun təhqiqatçısı X3; imza: CAB-nin rəisi Şahid1; imza şübhəli Təqsirləndirilən şəxs; imza vəkil Müdafiəçi” yazıları olan və üzəri “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Sədərək rayon X10 üçün” dairəvi ştamp əksi olan dördkünc kağız parçası yapışdırılmış (2 yerdən) bir ədəd kağız zərfin içərisindəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 11.358 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, qətrana bənzər kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı; İ bənd; sıra № 102). İş üzrə Təqsirləndirilən şəxs narkotik maddələr qəbul edib-etməməsini, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-narkоlоji ekspertizası təyin olunaraq rəy alınmışdır. X6 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 11 mart 2024-cü il tarixli 84 saylı ekspert komissiyasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkoman deyil və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə sidik narkotest vasitəsilə yoxlanılmış və nəticə mənfi olmuşdur. X6 Səhiyyə Nazirliyinin Y.Budaqov, X4 11 mart 2024-cü il tarixli 84 saylı ekspert komissiyasının rəyinə əsasən, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur. O, anlaqlıdır, həmçinin onun anlaqlığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 yanvar 2024cü il tarixli 99 saylı, məhkəmə-narkоlоji ekspert komissiyasının 11 mart 2024-cü il tarixli 84 saylı və məhkəmə -psixiatrik ekspert komissiyasının 11 mart 2024-cü il tarixli 85 saylı rəylərini işin həqiqi hallarına və istintaq sənədlərinə uyğun olduğundan sübut növü kimi qəbul etmişdir. Məhkəmə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə tövsif etmişdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət materiallarına əlavə olunmuş 24 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından belə məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü ildə saat 17:30-da şübhəli şəxs qismində tutlmuşdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərinə əsasən, onun törətmiş olduğu cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah və tərbiyyə olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsinin 02 fevral 2024-cü il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs Mönsün oğlu 01 noyabr 1999-cu il tarixdə Gəncə qarnizonunun hərbi məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 241 ”B” 41 maddəsi ilə 5 il müddətinə şərti məhkum edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsinin 02 fevral 2024-cü il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Şərur Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə həbs edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzanın məhz hansı növünü təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah edilməsi mümkün hesab olunmadığından ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza növü təyin edilməsi qənaətinə gəldiyindən onun cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi məsələsini də müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iş üzrə maddi sübütların həlli məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən həll edilməlidir. İş üzrə maddi sübüt olan Sədərək Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 11.258 qram “Tiryək” adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs onun şübhəli şəxs kimi tutulduğu iki gün 24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü ilədək çıxılmaqla cəza çəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutub məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu iki gün (24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü ilədək) çıxılmaqla cəza çəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübüt olan Sədərək Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatlarına sərf edildikdən sonra xalis çəkisi 11.258 qram “Tiryək” adlı narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilsin. Hökmdən, hökm elan olunduğu andan ( həbsdə olan məhkum hökmün surətini ona verildiyi andan) 20 gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-8/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-8/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver