Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-8/2025 28.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Saat 12:20-də Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı- Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X7, Təqsirləndirlən şəxs X6 və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, Türkiyə Respublikasının İğdır şəhəri, Karakoyunlu Alicanlar kəndində qeydiyyatda olan, 07 aprel 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında həbsdə saxlanılan X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında, 28 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Balandı X10 Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək üçün özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış U21381786 nömrəli, Türkiyə Respublikasına məxsus pasportu qəsdən, qanunsuz olaraq əldə edib, 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X14 Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 20:20 radələrində U21381786 nömrəli pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X12 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 sentyabr 1996-cı ildə Türkiyə Respublikasının İğdır şəhərində anadan olduğunu, 2025-ci ildə Türkiyyədə olan qan davalarının olması və azərbaycanlı qadınla ailə qurmaq məqsədi ilə Azərbaycana gəlmək istədiyini, pasportu olmadığı üçün Türkiyə Respublikasının İstanbul şəhərində tanımadığı bir nəfər şəxsə 2021-ci ildə 05 (beş) min türk lirəsi müqabilində anket məlumatları və fotoşəkli özünə məxsus olan pasport düzəltdirdiyini, həmin pasportdan istifadə etmədiyini və yaşadığı evdə saxladığını, 2025-ci ilin mart ayında ailə qurmaq üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmək qərarına gəldiyini, bu məqsədlə 04 aprel 2025-ci il tarixdə Türkiyə Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədinə gəldiyini, Türkiyə Respublikasının Dilucu dövlət sərhədi buraxılış məntəqəsindən sərhəd nəzərətindən yayınaraq Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçdiyini, "Sədərək" sərhəd nəzarəti şöbəsində sərhəd naryadına təqdim etdiyi pasport yoxlanılan zaman çıxış möhürü olmadığı üçün sərhəd naryadı tərəfindən ondan Türkiyə Respublikasının dövlət sərhədini necə keçdiyi soruşulduğunu, o da Türkiyə Respublikası sərhəd nəzarətindən yayınaraq dövlət sərhədini keçdiyini bildirdiyi üçün 04 aprel 2025-ci il tarixdə saat 20:20 radələrində saxlanıldığını, aparılan söhbət zamanı pasportunun saxta və kimə məxsus olduğunu bilmədiyini, anket məlumatların və fotoşəklin özünə məxsus olduğunu, 2021-ci ildə qeyd olunan pasportu İstanbul şəhərində bir nəfər tanımadığı şəxsdən aldığını, həmin pasportdan əvvəllər istiadə etmədiyini, saxlanılan zaman fiziki yaxud psixoloji təzyiqə məruz qalmadığını, törətdiyi əməldən çox peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin mühafizəçisi, kiçik gizir Şahid2 ifadəsində 04 aprel 2025-ci il tarixdə saat 09:00-dan 05 aprel 2025-ci il saat 09:00-dək “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunduğunu, xidmətdə olduğu zaman 04 aprel 2025-ci il tarixdə saat 20:20 radələrində “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətində olarkən Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində gələn vətəndaşdan sənədlərini təqdim etməsini xahiş etdiyini, vətəndaşın ona Türkiyə Respublikasına məxsus pasportunu təqdim etdiyini, pasporta vizual baxış keçirərkən pasportun görünüşündən şübhələnib bu barədə dərhal “növbə rəisi” baş leytenant X16 məruzə etdiyini, baş leytenant Şahid1 dərhal həmin yerə gələrək Türkiyə Respublikası vətəndaşı X8 araşdırma aparılması üçün rejimə apardığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Sədərək” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş leytenant X19 da, Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X12 Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Giriş-çıxış və qeydiyyat İAMAS üzrə məktubunda görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü X12 barəsində ölkəyə giriş-çıxış haqqında məlumat yoxdur. xx.xx.2025-ci il tarixli 61 nömrəli aktdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X12 sərhəd naryadı tərəfindən saxlanılmış, sərhəd naryadına təqdim etdiyi Türkiyə Respublikasına məxsus U21381786 nömrəli şəxsiyyət vəsiqəsi tam saxta olduğu aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, xx.xx.1996cı il təvəllüdlü X12 xx.xx.2025-ci il tarixdə saat 08:00-da 24 saat müddətinə inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-158/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü X12 barəsində 2 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtan yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2025-ci il tarixli 5/337 nömrəli rəyindən görünür ki, təqdim olunmuş X6 adına olan U21381786 nömrəli Türkiyə Respublikasına məxsus pasport xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, axınlı çap üsulu ilə rəqəmsal texniki qurğu vasitəsilə (printer, çoxaldıcı aparat) hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələrlə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Əlavə olaraq 02 may 2025-ci il tarixli 5/337 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. xx.xx.2025-ci -cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Məhkəmə, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Türkiyə Respublikası vətəndaşı X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirlən şəxs Türkiyə Respublikası vətəndaşı Balandı X5 olan qan davası səbəbindən və Azərbaycanlı qadınla ailə qurmaq məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək üçün özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış U21381786 nömrəli, Türkiyə Respublikasına məxsus pasportu qəsdən, qanunsuz olaraq əldə edib, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X14 Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 20:20 radələrində U21381786 nömrəli pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmiş və təqsirləndirilən şəxs X12 Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X12 ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Balandı X5 olan qan davası səbəbindən və Azərbaycan Respublikasında yaşayan azərbaycanlı qadınla ailə qurmaq, orada yaşamaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmək istəmiş, Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilmədiyi üçün müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, U21381786 nömrəli Türkiyə Respublikasına məxsus pasportu qəsdən qanunsuz olaraq Türkiyə Respublikasının İstanbul şəhərində tanımadığı bir nəfər şəxsdən 2021-ci ildə 05 (beş) min türk lirəsi müqabilində əldə edib, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X14 Respublikasının Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 20:20 radələrində U21381786 nömrəli pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi iş üzrə toplanmış sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs X6 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən bilə-bilə saxta sənədlərdən istifadə edərək keçmək istəməsini və həmin əməlin qəsdən törətməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş, həmin əməldə Azərbaycan Respublikası CM-nin 29, 318.1, 320.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onların əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X12 cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə və həmin məcəllənin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də X12 barəsində Azərbaycan Respblikası CM-nin 29, 318.1 və 320.2-ci maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, CM-nin 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 2 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmiş, həmin məcəllənin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 1 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə çıxır ki, CM-nin 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 2 il, CM-nin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 1 il qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.1-ci maddəsinin sanksiyasında 3 aydan 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.1-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CM-nin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Ancaq cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı şəraitdə təqsirləndirilən şəxsə CM-nin 318.1-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən müəyyən olunmuş 3 ay-2 il arası və CM-nin 320.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay, yuxarı həddi isə 1 il arası həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirir. O, cinayət törətməsini etiraf etmiş, cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin obyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 318.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxsin şəxsiyyətlərini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda hümanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, cinayət əməli törətmələrini etiraf edib, bundan səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 29, 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğun saymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X9 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, X12, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən və az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, X6 05 aprel 2025-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, X12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Balandı X10 Respublikası vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilib-edilməməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu baxımdan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb əlavə cəza verilməsini məqsədə müvafiq hesab etmir. İş materiallarından görünür ki, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X6 hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı X9 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdikləri hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM- nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, X4 ekspertiza xərci olaraq 100 manat alınıb (büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE********************) Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut X28 adına hazırlanmış Türkiyə Respublikasına məxsus U21381786 nömrəli pasport cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i : X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X12 xx.xx.2025-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 08:00-dan hesablansın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hazırki işin məhkəmə icraatı zamanı X9 göstərilən hüquqi yardımla bağlı Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. X4 ekspertiza xərci olaraq 100 manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına ödənilsin. İş üzrə maddi sübut X28 adına hazırlanmış U21381786 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-8/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-8/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver