Azərbaycan Respublikası adından HÖKM Heydərabad qəsəbəsi İş № 1(088)-9/2024 11.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Sədərək Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci il tarixində Şahbuz rayon Kükü kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, hal-hazırda Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 24 fevral 2024-cü il tarixdə polis nəzarətinə vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs məxsus Sədərək rayon Sədərək kəndində yerləşən evindən sonuncunun əmlakını ələ keçirmək məqsədilə 02 fevral 2024cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs evdə olmadığı vaxtda evin qapısının açıq olduğunu bilib qapını açıb içəri qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində olan yataq otağındakı şkafın üzərindəki gül qabının içərisindən 100 (yüz) ABŞ dolları, yatağın üzərində olan şalvarın cibindən 100(yüz) manat, həmin evin zalındakı stolun örtüyünün altından 5 (beş) manat, televizorun altından isə 3000(üç min) türk lirəsi pulu ümumilikdə 439.1 manat pulu gizli şəkildə talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, təxminən 3-5 aydır ki, işsiz olduğunu, əvvəllər Sədərək rayon Sədərək kəndində yerləşən Rasim Əliyevə məxsus moykanı işlətdiyini, 02 fevral 2024-cü il tarixdə saat 15:00 radələrində pulu olmadığı üçün tək yaşayan qonşusu Zərərçəkmiş şəxs evində pul olacağını düşünərək onun evdən çıxmasını gözləyib həyətlərinə daxil olduğunu, evi yaxşı tanıdığına görə evin giriş qapısına getdiyini, qapının açıq olduğunu görüb içəri daxil olduğunu, evə girən kimi evin ikinci mərtəbəsinə qalxdığını, girişdə olan zaldan ön hissədə yataq otağına keçdiyini, yataq otağında olan gül qabının içərisindən 100(yüz) ABŞ dolları götürdüyünü, sonra yatağın üzərində olan şalvarın cibinə baxdığını və şalvarın cibindən 100(yüz) manat pulu götürdüyünü, bundan sonra otaqdan zala geri döndüyünü zalda olan masanın üzərindəki örtüyü qaldıraraq altında 5(beş) manat olduğunu görüb götürdüyünü, bir neçə yerə baxdıqdan sonra televizora tərəf gedib onun altına baxdığını, oradan da 3000 (üç min) türk lirəsini görüb götürdüyünü, bundan sonra evdən çıxıb getdiyini, 19 fevral 2024-cü il tarixdə siqareti olmadığı üçün Zərərçəkmiş şəxs evdən çıxdığını gördüyünü və siqaret götürmək üçün onun evinə daxil olduğunu, bir iki yerə baxıb siqaret tapa bilməyib evdən çıxdığını, sonra qonşusu Zərərçəkmiş şəxs onlara gələrək pulunu oğurladığını bildirdiyini, ilk öncə inkar etsədə sonradan təsdiq etdiyini, polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiyini, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan və Sədərək rayon Sədərək kəndində yaşayan Zərərçəkmiş şəxs ilə heç bir ədavəti olmadığını, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən pulu cibində xərcliyi olsun deyə oğurladığını, Zərərçəkmiş şəxs məxsus evdən əlavə digər heç kəsin, heç bir əmlakını oğurlamadığını, Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq oğurladığı pulları aparıb Türkiyə Respublikasında xərclədiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq edən zamanlarda yanında heç kəs olmadığını, Zərərçəkmiş şəxs məxsus yaşayış evində pulun olması barədə əvvəldən məlumatının olmadığını, pulun ola biləcəyini düşünüb evə girdiyini, oğurladığı 440 manatı zərərçəkmişə tam ödədiyindən onunla barışdıqlarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmadığını, törətdiyi əməldən çox peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, Sədərək rayon Sədərək kəndində özünə məxsus olan evdə anası, həyat yoldaşı və övladı ilə birgə yaşadığını, oğlunun universitetə qəbul olması səbəbi ilə 2023-cü ilin sentyabr ayından anası, həyat yoldaşı və övladını Bakı şəhərinə göndərdiyi üçün hazırda tək yaşadığını, ailəsi Bakı şəhərində yaşadığı üçün ayda bir dəfə onların yanına gedib sonra geri döndüyünü, təxminən 02 fevral 2024-cü il tarixdə evdən yataq otağında yatağın üzərindəki şalvarının cibindən 100 manat, yataq otağında şkafın üzərində olan gül qabının içərisindən 100 ABŞ dolları, zalda olan televizorun altından 3000 türk lirəsi və zalda olan masanın örtüyünün altından 5 manat pulunun yoxa çıxması onu şübhəyə saldığını və 19 fevral 2024-cü il tarixdə saat 14:00 radələrində evdə kamera gizlədərək evdən çıxıb getdiyini, geri dönüb gələn zaman kameraya baxdığını və kameraya baxan zaman qonşusu Təqsirləndirilən şəxs daxil olaraq evi axtardığını gördüyünü, Təqsirləndirilən şəxs pullarını oğurlayıb-oğurlamadığını soruşan zaman o, ilk öncə inkar etsədə sonradan boynuna aldığını və pulları özünün oğurladığını bildirdiyini, sonra polis şöbəsinə müraciət etdiyini, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları onun ərizəsini aldıqdan sonra İbadın barəsində cinayət işi başladıqlarını, istintaq müddətində ona dəymiş ziyanın yəni 440 manat pulun hamısının ödənildiyini, İbadın kimsəssiz və yetim uşaq olduğundan onu bağışladığını, İbadla aralarında barışıq əldə etdiklərini, haliyyədə ondan heç bir şikayətinin olmadığını, İbadla barışdaqları barədə məhkəməyə yazılı ərizə verdiyini də bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində Sədərək rayon Sədərək kəndində övladı Təqsirləndirilən şəxsla birlikdə yaşadığını, 1997-ci il tarixdə ailə həyatı qurduğunu, bir övladı olduğunu, 2004-cü il tarixdə həyat yoldaşı ilə ayrıldığını, həmin vaxtdan ata evində övladı Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını, 2024-cü ilin fevral ayının 22-də qonşusu Zərərçəkmiş şəxs övladı Təqsirləndirilən şəxs həyətə çağırdığını, bağda İbad ilə söhbət etdikdən sonra onu çağırdıqlarını, Elbəyi ona İbadın onun evindən oğurluq etdiyini bildirdiyini, ona dəymiş ziyanı istədiyini, əlində nağd pulun olmadığını qısa zamanda ödəyəcəklərini dediyini, bundan sonra Zərərçəkmiş şəxs çıxıb getdiyini, bir gün sonra polis əməkdaşları gələrək İbadı polis şöbəsinə dəvət etdiklərini, övladı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etməsindən xəbəri olmadığını, övladı Təqsirləndirilən şəxs bu barədə ona heç bir söz demədiyini, övladı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs evindən ABŞ dolları, Türk lirəsi və Azəraycan manatı olmaqla ümumilikdə 439.1 manat pul oğurladığını sonradan İbaddan öyrəndiyini, bu hadisəyə kimi İbadın heç bir pis hərəkəti olmadığını, heç kimin bir manat puluna göz tikmədiyini, qonşusu Yaqubla İbadın münasibətlərinin yaxşı olduğunun, İbadın evin tək övladı olduğu və ailə vəziyyətlərinin çox acınacaqlı olduğunu nəzərə alınaraq İbada yüngül cəza verilməsini bildirmişdir. Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Sədərək Rayon Sədərək kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin ikinci mərtəbəsində olan zaldan televizorun altından 3000 türk lirəsi, ona bitişik otaqda olan şkafın üstündəki güldanın içərisindən 100 ABŞ dolları, çarpayının üzərindəki şalvarın cibindən 105 manat gizli şəkildə oğurlanmışdır. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus Sədərək Rayon Sədərək kəndində yerləşən evinin ikinci mərtəbəsində yerləşən yataq otağında yerləşdirdiyi videokamera tərəfindən qeydiyyata alınmış video-görüntülərinin köçürüldüyü DVD-yə Sədərək Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə 24 fevral 2024-cü il tarixdə baxış keçirilmiş baxış zamanı video 19 fevral 2024-cü il saat 14:58:11 saniyəni göstərdiyi və video-kameranın otağı çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə evdə olan əşyalar və güllər düşür. Kameranın saat 14:58:19 saniyəni göstərdiyi vaxt Təqsirləndirilən şəxs otaqda yerləşən divanın üzərində olan qara rəngli şalvarın cibinə baxdığı müşahidə edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, baxış keçirilməsi protokolu, video görüntüyə baxış protokolu sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sədərək rayon Sədərək kənd sakini Zərərçəkmiş şəxs evindən oğurlanmış 3000 türk lirəsini, 105 manat pulu və 100 ABŞ dollar özünə geri ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında Naxçıvan MR X3 28 fevral 2024-cü il tarixli 402 saylı məktubundan görünür ki, İbadov X5 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatına alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilir. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən aydın olur ki, İbadov X8 rayon Sədərək kəndində qeydiyyatdadır və oğurluq hadisəsi baş verən vaxtadək müsbət xarakterizə olunmuşdur. Əlavə olaraq zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs 11 iyun 2024-cü il tarixində məhkəmə iclası zamanı təqdim etdiyi yazılı ərizəsindən də bir daha aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, zərərçəkmişin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra və probasiya bölməsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərci olan dövlət hesabına hüquqi yardım göstərən müdafiəçi, Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəsait dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası Sədərək Rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sədərək Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sədərək Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsait dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(088)-9/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Hökm — İş №1(088)-9/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver