Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-1/2020 12.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Navçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30-da Culfa Rayon Məhkəməsinin binasında Təqsirləndirilən şəxs-xx xxxx 1971-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, iki uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan, xx xxxxxx 2020-ci il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 60 manat olmaqla, 120 manat məbləğində alimentin ondan alınıb Zərərçəkmiş şəxs verilməsi barədə qanuni qüvvəyə minmiş Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsini qərəzli olaraq icra etməmiş, 4020 manat məbləğində aliment borcu yaranmış, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham verilmişdir.Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşğıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 306.1-cı maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə xx xxxxxxx 1998-ci il tarixdə ailə qurmuşlar. Nikahlarından xx xxxxxx 2001-ci il tarixdə Bayramov Osman və xx xxxxxxx 2005-ci il tarixdə Bayramova Aysun doğulmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında olan nikah 2007-ci ildə Culfa Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar Zərərçəkmiş şəxs yanında saxlanılmışdır.Uşaqların saxlanması üçün Culfa Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli məhkəmə əmri ilə aylıq qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. 2016-cı ilə kimi müəyyən edilmiş aliment məbləğinin bir hissəsini ödəmiş, 3000 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs aliment borcunu almaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilmış, bir uşaq üçün 60 manat olmaqla, iki uşağın saxlanması üçün 120 manat məbləğində aliment müəyyən edilmişdir. 2017-ci ilin yanvar ayında Culfa Rayon İcra və Probasiya bölməsindən ünvanına Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata başlama barədə qərardad və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə məktub göndərilmiş, könüllü icra müddətində maddi imkanı olmadığından Zərərçəkmiş şəxs alimenti ödəyə bilməmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinə dəvət edilmiş, aliment borcunu ödəməyi, ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilmiş, icra məmuruna işləmədiyni və maddi imkanının olmadığını bildirmişdir. İş tapa bilmədiyindən, məcbur qalmış, yaşayış yerini İcra və Probasiya bölməsinə məlumat vermədən dəyişmiş, işləmək üçün 2017-ci ilin fevral ayında Bakı şəhərinə getmiş, Bakı şəhərində işlədiyi müddətdə uşaqları ilə Zərərçəkmiş şəxs qonşusunun köməkliyi ilə telefon əlaqəsi saxlamış, onlarla maraqlanmış, lakin aldığı əmək haqqı ehtiyaclarını ödəmədiyi üçün alimenti ödəyə bilməmişdir. Barəsində axtarış qərarının olmasından xx xxxxxx 2020-ci il tarixdə Yaycı kəndinin sahə müvəkkili ilə Bakı şəhərində qarşılaşdığı vaxt xəbəri olmuş, sahə müvəkkili ilə birlikdə Culfa şəhərinə gəlmiş, Culfa Rayon İcra və Probasiya bölməsinə gətirilmişdir. İcra və Probasiya bölməsinə gətirildiyi zaman 3720 manat aliment borcu olduğunu bilmiş, aliment borcunu ödəməyə maddi imkanı olmamışdır. İcra məmurunun qanuni tələblərini icra etməməyə və yaranmış aliment borcunu ödəməməyə görə Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbs müddəti başa çatdıqdan sonra aliment borcunu ödəmədiyi üçün yenidən İcra və Probasiya bölməsinə çağırılmış, aliment borcunu ödəmədiyi halda barəsində yenidən inzibati və ya cinayət hüquqi xarakterli tədbirlər görüləcəyi barədə yazılı qaydada xəbərdarlıq edilmiş, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmiş, 4020 manat aliment borcu var. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, aliment məbləğini ödəməməsinin inzibati və cinayət məsuliyyəti yaratması ona izah olunmuşdur. İşləməməsi, qazancının olmaması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Sağlamdır, hər hansı bir xəstəliyi yoxdur. İşləmək üçün məşğulluq idarəsinə, başqa hər hansı bir idarə rəhbərliyinə müraciət etməmiş, Culfa rayon İcra və Probasiya bölməsinin rəisinin xahişi ilə Culfa Tikinti idarəsinə işə qəbul edilmiş, fəhlə kimi işləyə bilmədiyindən işdən çıxmışdır. Fəhlə işləyə bilmir, asan işdə işləyə bilər. Əməlindən peşimandır, işləyib alimenti, aliment borcunu ödəyəcək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, toplanmış sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 1998-ci ildə ailə qurmuşlar. Nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 2007-ci ildə Culfa Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Uşaqların saxlanması üçün Culfa Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli məhkəmə əmri ilə Təqsirləndirilən şəxs aylıq qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. 2016-cı ilə kimi Təqsirləndirilən şəxs alimentin müəyyən hissəsini ödəmiş, 3000 manat aliment borcu yaranmışdır. Aliment borcunu almaqdan imtina etmişdir. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 2(089)- 310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilmış, bir uşaq üçün 60 manat olmaqla, iki uşağın saxlanması üçün 120 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs bir manat aliment ödəməmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinə dəfələrlə müraciət etmiş, aliment məbləğinin ödənilməsini tələb etmiş, icra məmuru borclunun bölməyə məlumat vermədən yaşayış yerini dəyişdiyini, borclunun yaşadığı ünvana dəfələrlə getdiyini, borclunun anası ilə söhbətlər apardığını və anasının Həsənin olduğu yer barədə məlumatının olmadığını bildirdiyini, borclu barəsində axtarış qərarının qəbul edildiyini, Culfa Rayon Polis Şöbəsinə göndərildiyini və tezliklə alimentin ödəniləcəyini bildirdirmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci tarixdə Bakı şəhərində tutulmuş, Culfa Rayon İcra və Probasiya bölməsinə təhvil verilmiş, həmin vaxt 3720 manat aliment borcu olmuş, lakin 3720 manat aliment borcunu ödəməmişdir. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, yenə də aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs hazırda 4000 manatdan çox aliment borcu var. Aliment borcunun ödənilməsini, ödənilmədiyi halda qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında onu da bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin ödənilməsi zamanı yaranmış 3000 manat aliment borcunun Təqsirləndirilən şəxs alınmasından imtina etmiş, təkrar aliment borcunu almaqdan imtina etməyəcək. Təqsirləndirilən şəxs sağlamdır, hər hansı bir xəstəliyi yoxdur, işləsin uşağın saxlanması üçün müəyyən olunmuş aliment məbləğini, həmçinin aliment borcunu ödəsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi Şahid1 ifadəsində bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinədaxil olmuş, icra vərəqəsində Culfa rayonunun Yayıcı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 60 manat olmaqla, hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, icra məmurunun icraatına verilmişdir. xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclu könüllü icra müddətində tələbi icra etməmişdir. Borclu yaşadığı ünvanı dəyişmiş, bu barədə bölməyə məlumat verməmişdir. İcra məmuru borclunun qeydiyyatda olduğu ünvana dəfələrlə getmiş, borclunun anası ilə söhbət aparmış, anası Həsənin harada yaşaması barədə məlumatı, onunla əlaqəsinun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2017-ci il tarixdə axtarış qərarı qəbul edilmiş, icra edilməsi üçün Culfa Rayon Polis şöbəsinə göndərilmiş, borclu barəsində axtarış qərarı verildikdən sonra borclunun yerinin müəyyən edilməsi və yaranmış aliment borcunun ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilmiş, borclunun əmlakının, gəlirlərinin müəyyən edilməsi, mülkiyyətində nəqiliyyat vasitəsinin, banklarda əmanətlərin, gəlirlərinin olmamamsı, mülkiyyətində həyatyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Borclunun mülkiyyətində olan həyətyanı torpaq sahəsi tələbi təmin etmədiyindən və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışına tələbin yönəldilməsinə qanunvericiliklə icazə verilmədiyi üçün tələbin borclunun adına olan torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs Culfa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, axtarışı barədə qərar qədul edilmiş, o, Bakı şəhərindən Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci tarixdə gətirilmiş, xx xxxxxx 2020-ci tarixədək 3720 manat aliment borcu olmuşdur. Təqsirləndirilən şəxs yaranmış aliment borcunu tezliklə ödəyəcəyi barədə iltizam vermiş, lakin aliment borcunu ödəməmiş, Culfa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs yaranmış 3720 manat aliment borcunu ödəmədiyi və icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1 maddəsi ilə təqsirli bilinmiş, 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qərar icra edildikdən sonra Təqsirləndirilən şəxs borcunu ödəməsi üçün zaman verilmiş, buna baxmayaraq aliment borcunu ödəməmiş, aliment borcunu ödəməməsinə səbəb işsiz olmasını, maddi imkanının olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs işlə təmin olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət etmiş, Culfa rayon Tikinti və Quraşdırma idarəsində fəhlə kimi işləməsinə nail olmuş, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək Culfa rayon Tikinti və Quraşdırma idarəsində işləmiş, sonra fəhlə işləmək istəmədiyini bildirmiş, işdən ayrılmışdır. Təqsirləndirilən şəxs işdən ayrıldıqdan sonra dəfələrlə aliment borcunu ödəməsini, ödəmədiyi halda barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər görüləcəyi barədə yazılı qaydada xəbərdarlıq edilmiş, lakin o, yenə də aliment borcunu, həmçinin müəyyən edilmiş aylıq aliment məbləğini ödəməmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixinə Zərərçəkmiş şəxs 4020 manat aliment borcu var. O, aliment borcunu ödəməməklə Culfa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan, aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Culfa Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə doğulmuş X3 və xx xxxxxxx 2005-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 60 manat olmaqla, 120 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin 8(089)-05/2017 nömrəli, xx xxx 2017-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədi tam icra olunanadək məhdudlaşdırılmışdır. Culfa rayon İcra və Probasiya bölməsinin xx xxxxx 2017-ci il tarixli 22/2017 nömrəli qərarından görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Culfa Rayon Məhkəməsinin 3(089)-01/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Culfa rayon Məşğulluq mərkəzindən verilmiş 77 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixədək Culfa rayon Məşğulluq mərkəzində işsiz və işaxtaran kimi qeydiyyata alınmamış və işsizlikdən sığorta ödənişi almamışdır. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş mötəbər sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edib qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzanı yüngülləşdirən haldır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunları nəzərə alır. Məhkəmə cəzaların tətbiqi məsələsini müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün təyin edilmiş alimenti ödəmədiyi halda, bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun olmaz. İctimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Həmçinin təqsirləndirilən şəxs işləmək, pul qazanmaq, aliment borcunu ödəmək istəmir. Eləcə də, təqsirləndirilən şəxs aliment ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, ibtidai istintaq dövründə və məhkəmə baxışının ilkin mərhələlərində, yəni azadlıq hüququ məhdudlaşdırılmamış olanda belə valideynlik öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməmiş, qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə aliment borcu yığmışdırsa, hazırda ona ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə aliment borcunu ödəməsi, ondan sonra davamlı olaraq alimenti vaxtlı-vaxtında verəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində ibtidai istintaq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-1/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-1/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver