Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-1/2022 28.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X6 Müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, Culfa rayon Məhkəməsinin inzibati binasında, 28 iyul 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs-xx.xx.1989-cu il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, özünə məxsus atomobillə fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olan, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan və yaşayan, 06 may 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, о, N aprel 2022-ci il tarixdə, saat 07:30 radələrində “BC” kateqoriyalı, AE 868168 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus “Hyundai” minik markalı (Tip: Vaqon 8+1 yer), **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Culfa şəhərində yerləşən “N” saylı hərbi hissənin N nəfər hərbi qulluqçusunu işə aparan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavənin 5-ci hissəsinin 1-ci və 2-ci bəndinin tələblərini pozmaqla rayonun Saltaq kəndindən Culfa şəhəri istiqamətində hava çiskin yağışlı olduğu halda 60 km/saat sürətilə hərəkətdə olarkən, Əbrəqunus kəndi ərazisində “Qızılca” yazısı olan yol nişanını keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl edərək hadisənin qarşısını almağa imkanı olduğu halda, həmin Qanunun göstərilən tələblərini pozmuş, hərəkətin təhlükəsizliyini təmin etməmiş və idarəetməni itirmiş, yol hərəkəti iştirakçıları üçün təhlükəli şərait yaratmış, avtomobil əks hərəkət zolağına istiqamətlənərək yoldan çıxaraq aşmış və nəticədə avtomobildə olan sərnişin X1 və üz sümüklərinin sınığı, sağ göz yuvasının dağılması, ağzın sağ bucağından başlayıb sağ xarici qulaq keçəcəyinə qədər davam edən yara, sağ qulaq seyvanının yuxarı 1/3 hissəsinin qopması, beyin toxumasının dağılması ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmuş, ehtiyatsızlıqdan Nərgiz Qədimbəylinin ölümünə səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Culfa rayonunun Saltaq kəndində yaşayır, dövlət işində və ya başqa işdə işləmir. Ailəsinin maddi ehtiyaclarını qarşılamaq məqsədilə xx.xx.N-ci il tarixdə Hyundai minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, 8 nəfər sərnişin tutumlu avtomobil almış, avtomobili aldıqdan bir ay sonra Culfa rayonunun ərazisində yaşayan və Culfa şəhərində yerləşən hərbi hissədə işləyən hərbiçilər-X4, Şahid6 Culfa rayonunun Bənəniyar kəndindən, Şahid2, Şahid5 Culfa rayonunun Saltaq kəndindən, Şahid4 Culfa rayonunun Göydərə kəndindən, Şahid1 və Şahid3 isə Culfa rayonunun Əbrəqunus kəndindən hərbi hissəyə, hərbi hissədən isə kəndə gətirməyə başlamışdır. Həftənin altı günü həmin şəxsləri səhər saat 07:00-da yaşadıqları yerdən götürmüş, təxminən 35-45 dəqiqəyə hərbi hissəyə çatdırmış, axşam saat 20:00 radələrində isə hərdi hissənin qarşısından götürmüş, yaşadıqları ünvanlara aparmış, qarşılığında bir nəfərdən hər ay 120 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə, saat 07:00 radələrində adlarını qeyd etdiyi hərbiçiləri yaşadıqları kəndlərdən götürmüş, saat 07:30 radələrində Əbrəqunus və Ərəzin kəndlərini birləşdirən avtomobil yolu ilə Culfa şəhəri istiqamətində hərəkətdə olan zaman, Qızılca kənd yol ayrımından sonra yerləşən “Qızılca” yazılı yol nişanını keçdikdən sonra idarə etdiyi avtomobilin qabaq sağ tərəfinin ani bir vaxt ərzində aşağı endiyini hiss etmiş, avtomobil yolun sağ istiqamətinə meyillənmiş, idarəetməni bərpa etməyə çalışmış, avtomobilin yoldan çıxmaması üçün sükanı yolun sol hissəsinə doğru çevirmiş, lakin avtomobilin yoldan çıxmasının qarşısını ala bilməmiş, avtomobil əks yola və həmin istiqamətdə yolun sol hissəsindən kənara çıxmış, idarə etdiyi avtomobilin hərəkət etdiyi istiqamətin əks tərəfində yoldan torpaq sahəyə çıxdıqdan sonra idarəetməni tamamilə itirmiş və avtomobil yoldan aşağıya sürüşərək bir neçə metr irəlidə qabaq hissəsi yerə dəymiş, sonra aşmış və bir-iki dəfə yuvarlanmış, damı üzərində, təkərləri yuxarı istiqamətdə sürüşərək dayanmışdır. Həmin vaxt həbiçilər avtomobilin içində qalmışlar. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, avtomobildə qabaq oturacaqda Şahid5, onun yanında, qabaqda sağ qapı tərəfdəki oturacaqda Nərgiz Qədimbəyli, özündən arxada oturacaqda Şahid2, ondan arxadakı oturacaqda Şahid4, onun yanında orta oturacaqda Şahid3, sağ arxa oturacaqda Şahid1, Vüsalın yanında sağ tərəf oturacaqda isə Şahid6 əyləşmişdir. Qəzadan sonra avtomobilin qabaq sağ tərəfində, pəncərənin yanında əyləşən Nərgiz Qədimbəylinin ayaqlarının avtomobilin içərisində, bədənin çöldə olduğunu görmüş, avtomobilin arxa sıralarında əyləşən şəxslərin səslərini eşitmişdir. Onlar avtomobilin arxa və sağ pəncərələrindən çölə çıxmış, özü isə avtomobilin damı əzilərək sükanı aşağı tərəfə, yəni ayaqlarına tərəf sıxdığından, avtomobilin içərisində sıxışıb qalmışdır. Qabaq oturacaqda əyləşən Şahid5 avtomobildən necə çıxmasını xatırlamır, Teymurun çöldən onun avtomobildən çıxarılmasına kömək etdiyini görmüşdür. Nə qədər çalışsa da avtomobildən çıxa bilməmişdir. Yoldan keçənlər yardım etmək üçün hadisə yerinə toplaşmağa başlamışlar. Özünə gəldikdən sonra Nərgiz Qədimbəylini bir neçə dəfə səsləmiş, cavab gəlmədiyini görmüş, həmin istiqamətdə baxmış, onun qurşaqdan yuxarı hissəsinin avtomobildən çöldə olduğunu, baş nahiyyəsindən xəsarət aldığını, həmin hissənin qan olduğunu və hərəkətsiz vəziyyətdə olduğunu görmüş, öldüyünü düşünmüşdür. Kimsə Nərgizi avtomobildən çəkmiş, avtomobildən təqribən 40-50 sm kənara uzatmışdır. Hadisə yerində olanlar onu çıxarmağa çalışmış, çıxarda bilməmişlər. Təxminən 30 dəqiqə sıxılmış vəziyyətdə avtomobilin içində qalmış, hadisə yerinə gələn Saltaq kənd sakini Həsən Qənbərov traktoru ilə avtomobili qaldırmış, onu avtomobilin içərisindən çıxartmışlar. Avtomobildən çıxardıqdan sonra yerdə olan hərbi puşlatı Nərgizin üzərinə örtmüş, digər sərnişinlərlə maraqlanmış, Şahid4 halının pis olduğunu görmüşdür. Ruslandan ona nə olduğunu, necə olduğunu soruşmuş, Ruslan yaxşı olduğunu bildirmiş, həmin vaxt hadisə yerinə polis, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları, hərbiçilər və bir neçə təcili yardım avtomobili gəlmiş, yaralılara ilkin tibbi yardım göstərilmiş, onları xəstəxanaya aparmışlar. Özü ciddi xəsarət almadığından hadisə yerində qalmış, sonra polis əməkdaşları ilə birlikdə xəstəxanaya getmiş, müayinə olunmuş, sərxoşluq vəziyyəti yoxlanılmış, sonra isə izahatının alınması məqsədilə Culfa rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, sonuncu dəfə avtomobilini alarkən, yəni xx.xx.N-ci il tarixdə texniki baxışdan keçirmiş, 2022-ci ildə texniki baxışın müddətinin bitdiyi tarixi bilmədiyindən avtomobilini texniki baxışdan keçirməmiş, hadisə baş verməzdən əvvəl avtomobili saatda təqribən 50-60 km/saat sürətlə idarə ettmiş, hadisə baş verən an avtomobilində hər hansı texniki nasazlığın olmamış, əyləc sistemi, sükan sistemi saz vəziyyətdə olmuş, avtomobilin qabaq təkərlərinin şinləri yaxşı vəziyyətdə olsa da, arxa təkərlərin şinləri pis vəziyyətdə olmuş, təkərlərin dördü də yay təkəri olmuşdur. Avtomobilin üzərində olan və hal-hazırda istifadə etdiyi qabaq şinləri təzə şin olaraq N-ci ilin may ayında almış, arxa şinlər isə avtomobili alan zaman üzərində olmuşdur. Tez-tez spirtli içki qəbul etməsə də ümimilikdə spirtli içki qəbul edir, son dəfə təxminin 15 gün əvvəl spirtli içki içmişdir. Hadisə baş verməzdən əvvəl duman, çən, qar, dolu və toz olmamış, Çiskinli, narın yağış yağmış, yol sürüşkən vəziyyətdə olmuş, hadisə günün işıqlı vaxtında baş vermiş, həmin an yolda görünüş məsafəsi normal olmuş, hadisənin baş verdiyi yol asfalt örtüklü olmuş, yolda hər hansı təmir işləri olmamış, asfalt örtüyü yağan yağışın təsirindən islanmış vəziyyətdə və sürüşkən olmuşdur. Hadisə baş verməzdən əvvəl və ya hadisənin baş verdiyi anda bütün diqqəti yolda olmuş, avtomobildə diqqətini yayındıracaq hər hansı bir işlə məşğul olmamış, maqnitafon sönülü olmuşdur. Hadisənin qarşısını almaq üçün imkanı olmamış, hadisənin qarşısını almaq və idarəetməni bərpa etmək üçün avtomobil yoldan çıxmasın deyə sükanı əks istiqamətdə döndərmiş, lakin avtomobil əks istiqamətə yönələrək yolda sürüşmüş, yolun sol hissəsində yoldan çıxmış və bir-iki dəfə fırlanaraq damı yerdə olmaqla, tərəkləri yuxarı istiqamətdə dayanmışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, hadisə ani baş verdiyindən əyləci sıxmaq imkanı olmamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin anidən sağa doğru istiqamətlənməsindən, düşünür ki, sağ ön təkər partladığı üçün hadisə baş vermiş, asfalt yol yaş və sürüşkən olduğundan idarəetməni bərpa edə bilməmiş, avtomobil yoldan çıxaraq aşmış, hadisə baş verən an hər hansı bir partlama səsi və ya buna bənzər səs eşitməmiş, hadisə baş verdiyi yer bitum yağlı, yaş və sürüşkən olmuşdur. Düşünür ki, idarə etdiyi avtomobil asfalt yolda sürüşmüş, bu səbəbdən də idarəetməni itirmişdir. Tam dəqiqliklə idarəetməni itirməsinə nə səbəb olmasını bilmir. Yaxşı görür və eşidir, səhətində hər hansı bir problemi yoxdur. N-ci ilin noyabr ayında belində ağrılar olmuş, Babək rayonunun Cəhri qəsəbəsində yerləşən xəstəxananın baş həkimi Qulam həkim onu müayinə etmiş, belindəki ağrıların ayaqlarındakı duzlaşmadan qaynaqlandığını bildirmiş, müalicə yazmış, müalicə olunmuş, ağrıları yoxdur. Sonuncu dəfə tibbi arayışı 2007-ci ildə sürücülük vəsiqəsi alan zaman Culfa rayon Mərkəzi Xəstəxanasından almış, X19 İdarəsinə təqdim etmiş, ondan sonra tibbi arayış almamış, Culfa rayon Hərbi Komisarlığı tərəfindən xüsusi peşə ixtisasına yiyələnmək üçün sürücülük məktəbinə göndərilmiş, oxuyub təlim keçdikdən sora ilk dəfə xx.xx.2007-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 2017-ci ildə vəsiqənin müddəti bitmiş, xx.xx.2017-ci il tarixdə yenidən “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 2007-ci ildə sürücülük məktəbində bir dəfə nəzəri, X19 İdarəsində isə bir dəfə nəzəri, bir dəfə isə praktiki idarəetmədən imtahan vermişdir. 2007-2009-cu illərdə Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə baş sürücü vəzifəsində xidmət etmiş, hərbi xidmətdə Qaz-3308 markalı hərbi avtomobil idarə etmişdir. Hərbi xidmətdən sonra, 2011-ci ilədək hərdən atasına məxsus Vaz-21064 markalı avtomobili etibarnamə ilə idarə etmiş, 2011-ci ildən 2016-cı ilədək atasına məxsus və etibarnamə ilə idarə etdiyi İJ-717 markalı yük avtomobili ilə, 2016-cı ildən 2020-ci ildədək isə özünə məxsus olan “Ford Transit (D-yük)” markalı avtomobili ilə atasına məxsus olan və Saltaq kəndində yerləşən “Lavaş sexi”ndən Naxçıvan şəhərində müxtəlif obyektlərə çörək daşımışdır. N-ci ilin mart ayının 9-da “Hyundai minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, başqa işi olmadığından, təqribən bir ay sonra ailəsinin maddi ehtiyaclarını qarşılamaq məqsədilə həmin avtomobillə taksi kimi hərbiçiləri işə aparıb-gətirməyə başlamış, lakin taksi fəaliyyəti göstərməsi üçün lisenziya almamışdır. Şəxsi avtomobili ilə hər gün saat 07:00 radələrində evdən çıxmış, hərbiçiləri Culfa şəhərində yerləşən hərbi hissəyə gətirmiş, saat 08:30 radələrində yaşadığı evə qayıtmışdır. Saat 12:00 radələrində lavaş sexindən lavaşı avtomobilinə yükləmiş, Naxçıvan şəhərində müxtəlif obyektlərə aparmış, saat təxminən 16:00 radələrində yaşadığı evə qayıtmış, istirahət etmiş, saat 18:30 radələrində yenidən Culfa şəhərinə getmiş, oradan hərbçiləri götürmüş, evlərinə aparmış, saat 20:30 radələrində Saltaq kəndində yaşadığı evə qayıtmış, ümumilikdə gün ərzində təqribən 6-7 saat avtomobil idarə etmişdir. Hadisə baş verməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd etdiyi kimi hərbçiləri işə aparıb gətirmiş, müxtəlif işlərlə məşğul olmuş, saat 23:00 radələrində yatmışdır. xx.xx.2022-ci il tarixdə saat 06:50-də hərbçiləri işə aparmaq üçün “Hyundai minik” markalı avtomobili ilə evdən çıxmış, saat 07:30 radələrində isə idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən əvvəl özünü tam normal hiss etmiş, səhhətində heç bir problem olmamış, hadisə baş verən gün əsəbi olmamış, sarsıntı və ya həyəcan keçirməmiş, hadisə baş verməzdən əvvəl va ya həmin gün heç bir psixi və fiziki gərginlik keçirməmiş, əhvalı normal olmuş, DYP əməkdaşları tərəfindən əvvəllər, yəni avtomobil idarə etdiyi müddət ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İdarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 2007-ci il istehsalı olan “Hyundai minik” (Tip Vaqon 8+1) markalı, mexaniki sürətlər qutusu, ABC tormoz sistemli, hidravlik sükanı olmuş, həmin avtomobili xx.xx.N-ci il tarixdə almış, texniki baxışdan keçirmiş, ondan sonra ona hər hansı bir bildiriş gəlmədiyindən təkrar texniki baxışdan keçirməmişdir. Hadisə baş verdikdən sonra avtomobilinin texniki baxış müddətindən 9 gün keçdiyini öyrənmişdir. Hadisədən bir həftə əvvəl avtomobilini Naxçıvan şəhərində yerləşən “Cahan Servis”ə aparmış, təkərlərin razval, sxajdeniya və balans kimi nasazlıqlarını aradan qaldırmışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobildə heç bir açıq və ya gizli texniki nasazlıq müşahidə etməmişdir. Hadisədən təqribən 20 gün əvvəl avtomobilin qabaq peredokunda bəzi səslər olmuş, Naxçıvan şəhərində, “Reyhan” marketin yanında, İsmayıl usta avtomobilə baxış keçirmiş, köhnəlmiş, sıradan çıxmış hissə və mexanizmlər yenisi ilə əvəz edilmiş, texniki xidmətdən sonra həmin səslər kəsilmiş, avtomobildə sükanın idarə edilməsi, əyləc sistemi, mühərrik, digər hissə və aqreqatları saz vəziyyətdə olmuşdur. Avtomobilin üzərində olan arxa təkərlər yay fəsli üçün nəzərdə tutulmuş, həmin təkərlər avtomobili alan zaman üzərində olmuş, onları yenisi ilə əvəz etməmiş, sadəcə qış fəslində arxa təkərləri çıxararaq qış fəsli üçün nəzərdə tutulmuş yeni təkərlərlə əvəz etmiş, hadisədən təqribən 1 həftə əvvəl avtomobilin arxa qış təkərlərini özü açmış, köhnə yay təkərləri ilə əvəz etmişdir. Avtomobilin qabaq təkərlərini 2022-ci ilin fevral ayının ortalarında Naxçıvan şəhərində yerləşən maşın bazarından 280 manata almış, Naxçıvan şəhərində “Danyeri Marketin” arxasında yerləşən avtomobil təmiri sexində avtomobilin üzərinə quraşdırılmışdır. Hadisə baş verən zaman avtomobilin üzərində olan təkərlər yay fəsli üçün nəzərdə tutulmuş təkərlər olmuşdur. Avtomobilinin qabaq təkərlərinin protektorları normal vəziyyətdə olmuş, arxa təkərləri avtomobili aldığı zaman üzərində olan köhnə təkərlər olduğundan protektorları yaxşı vəziyyətdə olmamış, demək olar ki, yox vəziyyətdə olmuşdur. Avtomobilinin qabaq və arxa təkərlərinin vəziyyəti ona məlum olmuş, buna görə də hər zaman avtomobili ehtiyatla idarə etmişdir. Hadisənin baş verməsində qabaq təkərlər əsas rol oynadığından qabaq təkərləri yenisi ilə əvəz etmiş, arxa təkərləri isə yenisi ilə əvəz etməyə imkanı olmamışdır. Avtomobilin qabaq sağ təkərinin üzərində olan zədə əvvəlcədən olmamış, çox güman ki, hadisə baş verdikdən sonra yaranmışdur. Hadisədən əvvəl hava şəraiti zəif küləkli və çiskin yağışlı olmuş, nəqliyyatın intensivliyi zəif olmuş, avtomobili hadisədən əvvəl ətalətlə idarə etməmiş, hadisədən əvvəl yağış yağdığından, asfalt yol su olduğundan idarəetməni bərpa edə bilsin deyə əyləc sistemindən istifadə etməmiş, əyləc sistemindən istifadə edərsə avtomobilin yolda sürüşə biləcəyini, tormoz versə idarəetməni itirəcək düşüncəsi ilə həmin vaxt əyləcdən istifadə etməmiş, baş vermiş hadisə zamanı idarəetməni bərpa etmək istəyərkən asfalt örtük nəm və sürüşkən olmuş, həmçinin avtomobilin arxa təkərləri yaxşı vəziyyətdə olmadığından avtomobilinin arxa hissəsi sürüşmüş, yenidən avtomobili asfalt yola qaytarmaq istəmiş, bunu bacara bilməmiş, yolun solunda əks yolda avtomobil yoldan çıxmış, bundan sonra əlindən heç nə gəlmədiyindən avtomobilinin dayanmasını gözləmiş, bir az irəlidə avtomobilin qabaq hissəsi yerə dəymiş, aşaraq yuvarlanmış və dayanmışdır. İdarəetməni itirdiyi vəziyyətdən çıxmaq və baş verə biləcək nəticələrin qarşısını almaq üçün imkanı olmamış, avtomobil aşaraq damı üzərində dayanmış, özünün ayaqlarını sükan sıxıb saxladığı üçün avtomobilin içində qalmış, hadisədən təqribən 1-2 dəqiqə sonra sıxışıb qaldığı yerdən, qabaq sağ oturacaqda əyləşmiş Nərgiz Qədimbəylinin hərəkətsiz vəziyyətdə olduğunu və qurşaqdan yuxarı hissəsinin avtomobildən çöldə olduğunu görmüş, diqqətlə baxdıqda onun başından xəsarət aldığını görərək, öldüyünü başa düşmüşdür. Avtomobildən çıxdıqdan sonra Şahid4 avtomobilin qarşısında uzanmış vəziyyətdə görmüş, bu gördüklərindən və baş verənlərdən şoka düşmüş vəziyyətdə olmuş, özünü narahat hiss etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən hərəkət zolağı maili olmuş, yolun səthində heç bir yol nişanı olmamış, yolda çuxurlar və ya kanalizasiya xətləri olmamış, yol hərəkət üçün yararlı olmuş, fikrincə nəqliyyat vasitəsinin aşmasına səbəb qabaq sağ təkərin anidən enməsi nəticəsində avtomobilin yolun sağına doğru istiqamətlənməsi, idarəetməni bərpa etmək üçün sükanı sola çevirdikdə arxa təkərlərin sürüşməsi nəticəsində avtomobilin əks yola istiqamətlənərək yoldan çıxması və qarşıda ön tərəfinin torpağa çırpılması olmuşdur. İdarə etdiyi avtomobil asfalt yolda öz təkərləri üzərində fırlanmamış, sadəcə sükanı sola doğru çevirən zaman avtomobilin arxa tərəfi sağa doğru sürüşmüşdür. Avtomobildə təhlükəsizlik kəmərləri işlək vəziyyətdə olmuş, sərnişinləri təhlükəsizlik kəmərlərindən istifadə etmələri barədə xəbərdarlıq etməmiş, avtomobili ilə hərbi qulluqçuları işə gətirib işdən aparan zaman ərazidə xidmət edən DYP əməkdaşlarını görmüş, lakin avtomobilin təkərləri ilə bağlı və ya texniki baxışdan keçirilməsi ilə bağlı ona hər hansı bir irad tutulmamış, xəbərdaqlıq olunmamış və inzibati protokol tərtib olunmamışdır. Əməlindən çox peşimandır. Dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmişdir. Himayəsində üç azyaşlı uşağı var. Əvvəllər inzibati və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını, ona azadlıqdam məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə bərabər, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, iki qızı və iki oğlu var. Nərgiz Qədimbəyli balaca qızıdır. O, 2020ci ilin aprel ayının 5-dən qadın hərbi qulluqçu kimi N saylı hərbi hissədə xidmətə başlamış, N-ci ilin avqust ayının 2-də iş yerini Culfa şəhərində yerləşən “N” saylı hərbi hissəyə dəyişmişdir. Nərgiz işini Culfa şəhərində yerləşən hərbi hissəyə dəyişdikdən sonra N-ci ilin avqust ayından dekabr ayına qədər işə rahat gedib-gəlməsi üçün Culfa şəhərində özünə kirayə ev tutmuş, təkbaşına orada yaşamış, xx.xx.N-ci il tarixdə yoldaşı xəstələndiyindən və maddi vəziyyətləri yaxşı olmadığından özü işləmək üçün Türkiyə Respublikasına getmiş, xx.xx.N-ci il tarixdə isə yaşadığı evə qayıtmışdır. Həmin vaxt yoldaşı Validə evdə tək qalmışdır. Yoldaşı xəstə olduğundan, evdə tək qaldığından qızı Nərgiz N-ci ilin dekabr ayından Culfa şəhərində kirayə yaşadığı mənzildən çıxaraq Bənəniyar kəndində yaşadıqları evdə anası ilə birlikdə yaşamağa başlamış, həm anasına qulluq etmiş, həm də Culfa şəhərində yerləşən hərbi hissəyə işə gedib-gəlmişdir. Qızı həmin hərbi hissədə qadın hərbi qulluqçu kimi kargüzar vəzifəsində işləmiş, həftənin altı günü səhər saat 07:00-da evdən çıxmış, saat 20:30 radələrində isə evə qayıtmışdır. Qızının işə vaxtında gedib gəlməsi üçün avtomobil tutmuş, Saltaq kənd sakini Təqsirləndirilən şəxs özünün Hyundai minik markalı, **-BB-*** nömrəli avtomobili ilə hər gün qızını məhəllələrindən götürmüş, işə aparmış və iş vaxtı bitdikdən sonra yaşadıqları evin yerləşdiyi məhəlləyə gətirmiş, buna görə qızı hər ay həmin şəxsə 120 manat pul vermişdir. Qızı kənddə onlarla yaşamağa başladığı vaxtdan, yəni təqribən 4 ay müddətində həmin avtomobillə işə gedibgəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində Nərgiz işə getmək üçün evdən çıxmış, təqribən saat 08:05 radələrində onun mobil telefonuna qohumları zəng etmiş, qızı Nərgizin işə getdiyi avtomobilin Qızılca kənd yol ayrımını keçdikdən sonra qəzaya düşdüyünü, yaralıların olduğunu və Nərgizin qolunun sındığını bildirmiş, arvadı Validəyə hadisə barədə məlumat vermiş, evdən çıxmış, yolda tanımadığı şəxsə məxsus olan Vaz 21074 markalı bir avtomobili saxlatmış, hadisə baş verən yerə gəlmişdir. Təqsirləndirilən şəxs məxsus olan avtomobilin yoldan çıxaraq aşdığını, damı üzərində, təkərləri yuxarı istiqamətdə dayandığını, qızı Nərgizinin isə həmin avtomobilin yanında hərəkətsiz vəziyyətdə uzandığını və üzərinə karton örtüldüyünü görmüş, artıq onun öldüyünü düşünmüş və hadisə yerində olan şəxslər qızının vəfat etdiyini ona bildirmişdir. Zərərəkmiş şəxsin hüquqi varisi Q.Qədimov ifadəsində onu da bildirmişdir hadisə Təqsirləndirilən şəxs ehtiyatsızlığından baş vermişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə nəticəsində qızının ölümü ilə bağlı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Onu bağışlayır, məhkəmədən də onun bağışlanmasını xahiş edir. Məhkəmə İstintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 29 may N-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində MAHHXHQ əsgər kimi xidmət edir. Təqsirləndirilən şəxs təxminən N il əvvəl, hərbi hissədə xidmətə başlayandan tanıyır. Ravi “Hyundai” markalı minik avtomobili ilə onları səhərlər hərbi hissəyə aparmış, axşamlar kəndə qaytarmışdır. Mərhum qadın hərbi qulluqçu X4 da həmin avtomobildə görüb tanımışdır. N.Qədimbəyli təxminən 4-5 ay əvvəldən həmin maşında onlarla birlikdə işə gedib gəlmiş, Culfa şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. N aprel 2022-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-BB-*** nömrəli minik avtomobili ilə yaşadığı Əbrəqunus kəndində məktəbin yanından onu götürmüş, onunla birlikdə MAHHXHQ əsgər Şahid3 də avtomobilə minmişdir. Maşında sürücüdən əlavə mərhum Nərgiz Qədimbəyli, MAHHXHQ əsgər Şahid4, MAHHXHQ əsgər Şahid6, MAHHXHQ əsgər Şahid5, gizir Şahid2 da olmuşdur. Şahid5 sürücünün yanında öndə, ondan sağda mərhum Nərgiz Qədimbəyli əyləşmiş, özü Şahid2 sağında, Şahid3, Şahid4 və Şahid6la arxada əyləşmişlər. Culfa şəhəri istiqamətində hərəkətdə olan zaman, saat 07:30 radələrində yuxulu olduğundan mürgüləmiş, başını qapının şüşəsinə dayamış və gözünü yummuşdur. Əbrəqunus kəndini keçdikdən sonra, sol tərəfdə olan Qızılca kəndinə dönən yolu keçdikdən sonra avtomobil anidən yolun əks istiqamətinə çıxmış, aşağı aşmış, yanı üstə çevrilmiş, banı üstə dayanmışdır. Bir az sonra onu arxa baqaj şüşəsindən çıxarmışlar. Çıxandan sonra maşındakı sərnişinlərin hərəsinin bir tərəfdə olduğunu, Şahid3 burnunun qanadığını, mərhum Nərgiz Qədimbəylinin yerdə hərəkətsiz üzü üstə uzandığını görmüşdür. Hadisə yerinə rayon xəstəxanasından və hərbi hissələrdən tibbi yardım maşınları gəlmiş, özü hərbi hissənin tibbi yardım maşını ilə hərbi hospitala aparılmış, müayinə edilmiş, hadisə nəticəsində heç bir xəsarət almamış, müayinədən sonra hərbi hissəyə buraxılmışdır. Şahid1 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs idarəetməni nə vaxt və necə itirməsini, hadisədən əvvəl sürücünün və digər sərnişinlərin hansı işlə məşğul olmasını bilməmişdir. Həmin vaxt avtomobildə musiqi olmasını, şüşə silən qurğunun işləyib-işləməməsini, sürücü Təqsirləndirilən şəxs diqqətini yayındıracaq hər hansı bir fəaliyyətlə məşğul olub-olmamasını xatırlamır. Avtomobil bir anlığına ön tərəfi üstə yolun sol tərəfində aşaraq yanı üstə çevrilmışdır. Təqsirləndirilən şəxs idarəetməni itirməsinin, avtomobilin yoldan çıxmasına nəyin səbəb olması barədə məlumatı yoxdur. Hadisədən sonra hospitalda olarkən avtomobilin ön sağ təkərinin patladığını eşitmiş, lakin hadisədən əvvəl avtomobilin sağ ön tərəfinin anidən enməsini bilmir. Partlama və buna bənzər səs eşitməmişdir. Həmin vaxt gözlərini yumub başını pəncərəyə dayamış, avtomobilə minəndən hadisə baş verənə qədər Təqsirləndirilən şəxs sağlamlığında hər hansı narahatçılıq müşahidə etməmiş, avtomobilin şinləri və ümumi texniki vəziyyəti barədə hər hansı məlumatı olmamış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin nasaz olmasını həmin vaxta qədər eşitməmiş, həmin avtomobillə onu və digər hərbi qulluqçuları dəfələrlə hərbi hissəyə aparıb-gətirmiş, avtomobilin sürətölçəninin göstəricisinə baxmamış, hadisə baş verməmişdən əvvəl avtomobilin sürətinin neçə olması barədə də məlumatı olmamış, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs avtomobili normal, aşağı sürətlə idarə etmiş, ümumiyyətlə onun yüksək sürətlə idarə etməsinin şahidi olmamışdır. Avtomobilin yoldan çıxaraq aşmasına nəyin səbəb olmasını, Təqsirləndirilən şəxs əyləc sistemindən istifadə edib-etməməsini, Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün hansı hərəkətlər etməsini bilmir, tormoz səsini eşitməmişdir. Yuxulu olduğundan hadisədən əvvəl mürgüləmiş, hadisə bir anlığına baş verdiyindən, hadisənin baş vermə ardıcıllığının necə olmasını xatırlamır. Avtomobil normal surətlə hərəkət etmiş, yol-nəliyyat hadisənin baş verməsi üçün bir əsas olmamışdır. Yol-nəqliyyat hadisəsinin qarşısını almağın mümkün olub-olmaması, sürücünün təhlükəyə necə reaksiya verməsi, hansı tədbirləri görməsi barədə nəsə deyə bilmir. Avtomobil hərəkətdə olarkən təkərlərdən hər hansı bir səsin gəlməsini eşitməmiş, Təqsirləndirilən şəxs avtomobildəki hər hansı nasazlıqla bağlı onlara nəsə deməmiş, özü avtomobildə hər hansı nasazlıq olmasını hiss etməmiş, avtomobilin şinlərinin vəziyyəti barədə məlumatı olmamışdır. Şahid1 ifadəsində həmçinin onu da bildirmişdir ki, təxminən bir ildir ki, işə Təqsirləndirilən şəxs maşını ilə gedib-gəlir, ona hər ay 120 manat pul verir. Təqsirləndirilən şəxs avtomobilindən taksi kimi istifadə etdiyi müddətdə o, yol hərəkəti qaydalarına riayət etmiş, hər hansı yol-nəqliyyat hadisəsi törətməmiş, bu barədə eşitməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid3 ŞahidN ilə eyni məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 23 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində MAHHXHQ əsgər kimi xidmət edir. Təqsirləndirilən şəxs N-ci ilin may ayından tanıyır. Həmin tarixdən hər gün başqa hərbi qulluqçularla birlikdə ona məxsus “Hyundai H-1” markalı minik avtomobili ilə hərbi hissəyə gedib-gəlir. Mərhum qadın hərbi qulluqçu X4 isə təxminən N-ci ilin son aylarında tanımış, N.Qədimbəyli Təqsirləndirilən şəxs məxsus maşında onlarla birlikdə işə gedib gəlmişdir. Təqsirləndirilən şəxs N aprel 2022-ci il tarixdə, saat 07:00-da idarə etdiyi “Hyundai” markalı, **-BB-*** nömrəli minik avtomobili ilə Göydərə kənd məktəbinin qarşısından onu götürmüş, avtomobildə sürücüdən başqa kimsə olmamış, arxada sol pəncərənin yanında əyləşmişdir. Təqsirləndirilən şəxs Saltaq kəndindən gizir Şahid2ı, MAHHXHQ əsgər Şahid5, Bənəniyar kəndindən mərhum Nərgiz Qədimbəylini, MAHHXHQ əsgər Şahid6, Əbrəqunus kəndindən MAHHXHQ-ları Şahid3 və Şahid1i götürmüş, Culfa şəhəri istiqamətində hərəkət etmişlər. Avtomobilə əyləşən zaman yuxusu gəlmiş, mürgüləmiş, saat 07:30 radələrində Əbrəqunus kəndini keçmişlər. Əbrəqunus kəndini keçdikdən sonra sola doğru Qızılca kəndinə dönən yolu keçdikdən sonra avtomobilin ön sağ tərəfi anidən yerə çökmüş, həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs “nə oldu?” demiş, onların səsinə gözlərini açmış, Təqsirləndirilən şəxs ayağını tormoza qoy, sağa çək demiş, o, maşını sağa çəkmək istəmiş, idarəetməni itirmiş, maşın yolun qarşı hərəkət zolağına çıxmış, ön tərəfi üstə aşmış, yanı üstə 2-3 dəfə çevrilmişdır. Həmin vaxt nə baş verməsini xatırlamır, özünə gələndə yerdə uzanmış vəziyyətdə, ətrafında adamlar olmuş, maşının aşdığını bilmiş, ətrafdakılardan sərnişinlərin vəziyyətini soruşmuş, hamının sağ olduğunu demişlər. Bir az sonra aralıda yerdə hərəkətsiz uzanan Nərgiz Qədimbəylinin üzərinə karton parçası qoyulduğunu görmüş, onu səsləmiş, cavab verməmiş, özündən getmiş, ayılanda Naxçıvan şəhərində, Respublika Xəstəxanasında olduğunu bilmiş, sonra onu hərbi hospitala aparmışlar. Hadisə nəticəsində sağ kürək nahiyəsi əzilmiş, hazırda səhhətində hər hansı problem yoxdur. Şahid4 izahatında onu da bildirmişdir ki, yol-nəqliyyat hadisəsi Qızılca kəndinə dönən yolda, “Qızılca” yazısı olan yerdə baş vermişdir. Hadisədən əvvəl maşında mahnı oxunmasını, digər sərnişinlərin hansı işlə məşğul olmalarını xatırlamır, buna diqqət yetirməmişdir. Hadisədən əvvəl az yağış yağmış, şüşəsilən 4-5 saniyədən bir işləmiş, sürücü Təqsirləndirilən şəxs diqqəti yayındıracaq hər hansı bir işlə məşğul olmamış, əlləri sükanda, diqqəti yolda olmuşdur. Hadisədən əvvəl avtomobilin sağ ön tərəfi anidən aşağı enmiş, lakin partlama və buna bənzər səs eşitməmişdir. Hadisəni ilk görənlərin kimlər olmasını bilmir. Hadisə baş verən anadək Təqsirləndirilən şəxs sağlamlığında hər hansı narahatçılıq müşahidə etməmiş, əhval-ruhiyyəsi yaxşı olmuşdır. Atomobilin şinləri və ümumi texniki vəziyyəti barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs həmin avtomobillə onu və digər hərbi qulluqçuları dəfələrlə vaxtlı-vaxtında hərbi hissəyə aparıb-gətirmiş, avtomobilində nasazlıq olmamış, bu barədə nəsə eşitməmişdir. Təqsirləndirilən şəxs avtomoili sürətli idarə etməmiş, təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş, onun yüksək sürətlə avtomobil idarə etməsinin şahidi olmamışdır. Hadisə səhər vaxtı, təxminən 07:30-da baş vermiş, həmin vaxt çox yağış yağmamış, yol sürüşkən olmuş, Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün sükanı sağa-sola çəkmiş, idarəetməni itirmiş, avtomobil yolun əks hərəkət zolağına çıxmış, ön tərəfi üstə aşağıya aşmışdır. Şahid4 izahatında onu da bildirmişdir ki, təxminən bir ildir ki, işə Təqsirləndirilən şəxs maşını ilə gedib-gəlir, ona hər ay 120 manat pul vermişdir. Bir il ərzində Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarına riayət etmiş, hər hansı yol-nəqliyyat hadisəsi törətməsini eşitməmiş, yol-nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər X15 və Şahid5 ifadələri ilə də öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş- N aprel 2022-ci il tarixli, 6 nömrəli (səh 18) sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs N aprel 2022-ci il tarixdə sərxoşluğa görə müayinə edilmiş, sərxoş olmaması müəyyən edilmişdir. AE 868168 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B və C kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AE 046616 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 72BB519 dövlət qeydiyyat nömrə nişanlı, Hundai Minik (Vaqon 8+1 yer) markalı (buraxılı ili 2007, mühərrik nömrə 7448265, ban nömrə KMJWWH7HP7U823017) nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. Naxçıvan MR Səhiyyə nazirliyinin MTE və PA birliyinin 20 nömrəli, N aprel 2022-ci il tarixli ekspert rəyində qeyd eilmişdir ki, X3 bədənində kəllə və üz sümüklərinin sınığı, sağ göz yuvasının dağılması, ağzın sağ bucağından bağlayıb sağ xarici qulaq keçəcəyinə qədər davam edən yara, sağ qulaq sevanının yuxarı 1/3 hissəsinin qopması, beyin toxumasının dağılması xəsarətlərinin olduğu, bu xəsarətlərin həyati olub, bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də avtomobil qəzası nəticəsində törənə biləcəyi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələndiyi, N.Qədimbəylinin ölümünə səbəbin beyin toxumasının dağılması olduğu, ölümün müddətinin meyitin müayinə gününə uyğundur. Naxçıvan MR Səhiyyə nazirliyinin MTE və PA birliyinin 44 nömrəli, N aprel 2022-ci il tarixli ekspert rəyində “Hyundai minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bədən səthi üzərində sol baldırın arxa səthinin orta 1/3 hissəsində sıyrıq və bu sıyrığa bitişik yerləşmiş qançırın olduğu, sıyrıq və qançırların küt əşyanın təsirindən törəndiyi və eləcə də avtoqəza nəticəsində yaranmağa xarakterik olduğu, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin müəyyən edilmədiyi, Təqsirləndirilən şəxs görmə və eşitmə orqanlarının pratik sağlam olduğu, hadisədən az əvvəl narkotik və ya psixotrop maddə qəbul etmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli, 8/893 nömrəli rəyində Hyundai minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertizaya təqdim olunmuş sağ qabaq və arxa təkərlərinin pokrışkaları üzərində partlama, daxilə kimi davam edən kəsilmə, cırılma və deşilmə xarakterli zədələrin olmadığı, Hyundai minik markalı avtomobilin sağ qabaq və arxa təkərlərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli, 107 nömrəli rəyində “Hyundai minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı аvtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması, Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olması, həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olması, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması, yoldakı sürət həddini müəyyənləşdirmək üçün tədqiqat aparılmadığı, ekspert tədqiqatı ilə nəqliyyat vasitəsinin hərəkət sürətinin hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edildiyi, hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi olmadığından Hyundai minik (Vaqon 8+1) markalı avtomobilin hərəkət sürətinin tədqiqat aparmaqla mümkün olmadığı, səbəbli əlaqənin olub-olmamasını yalnız icazə verilən sürət həddinin aşılması və ya nəqliyyat vasitəsinin texniki nasazlığının olmasına görə müəyyən edildiyi, asfalt örtüklü yolun bitum yağlı və yaş olması, həmçinin yolun maili-enişli olması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsinin ekspertin səlahiyyətinə aid olmadığı, “Nəqliyyat vasitələri üzərində və yolnəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi” ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 8/983 saylı ekspert rəyinin nəticəsinə əsasən, “Hyundai minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertizaya təqdim olunmuş sağ qabaq və arxa təkərlərinin pokrışkaları üzərində partlama, daxilə kimi davam edən kəsilmə, cırılma və deşilmə xarakterli zədələrin olmadığı, Hyundai markalı avtomobilin qabaq sağ və arxa təkərlərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığı, yəni xx.xx.2022-ci il tarixli 8/983 saylı ekspert rəyinin nəticəsinə əsasən, avtomobilin sağ qabaq təkərinin qaçış səthindəki 30x50 mm ölçüdə olan protektor qatının qopmuş hissəsi daxilə kimi davam etmədiyindən onunla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 139 nömrəli rəyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs davranışının onun real reaksiya imkanına uyğun olduğu, avtomobillə hərəkət zamanı Təqsirləndirilən şəxs avtomobilin anidən sağa doğru getdiyini gördükdə hərəkətdə olan avtomobilin surət həddini azaltmadığı, avtomobilin əks istiqamətdə yoldan çıxdığını gördükdə avtomobilin sükanını burmaqla yenidən yola qayıtmaq istədikdə avtomobilin arxa hissəsinin, həm avtomobilin yol şəraitinə görə surət həddinin artıq olması, təkərlərin köhnə olması, həm də avtomobilin arxa hissəsinin ağırlığı səbəbindən yaş asfalt yolda sürüşərək yoldan çıxdığı, Təqsirləndirilən şəxs, avtomobili idarə edərkən avtomobilin yolun əks istiqamətinə doğru hərəkət edərək yoldan çıxdığını görsə də kəskin reaksiya əlamətləri göstərərək avtomobili saxlamaq üçün real imkanlarından istifadə etmədiyi, avtomobilin əyləc (tormoz) sistemindən istifadə etməyərək, avtomobilin dayanması üçün heç bir kəskin reaksiya əlaməti göstərmədiyi, R.Abullayevin fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə ( insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi ) yaxın olduğu, onun iradi cəhətdən fəallığının müşahidə olunduğu, psixi cəhətdən fəal olmaqla emosional labilliyinin (dəyişkənliyinin) müşahidə olunmadığı, müayinə olunan Təqsirləndirilən şəxs refleksiya (insanın öz daxili aləmini qavraması və dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özü haqqında mühakimə yürütməsi, digər şəxslərin onu necə qavradığını və qiymətləndirdiyini dərk etməsi prosesi) xüsusiyyətlərinin saxlanıldığı, Təqsirləndirilən şəxs özünümüşahidə və özünütəhlil yolu ilə formalaşan özünəqiymətinin adekvat olduğu, davranış və hərəkətlərində aqressivlik əlamətlərinin üzə çıxmadığı, fərdi-psixi xasiyyətlərində özündən uydurmağa meyillilik əlamətlərinin müşahidə olunmadığı, sadəcə yolun yaş olması və asvaltın sürüşkən olmasını əsas gətirərək avtomobilin yoldan çıxdıqdan sonra yenidən yola qaytarmaq istəməsi səbəbindən təkərlərin sürüşməsi hesabına qəzanın yaranmasını əsas gətirdiyi, hadisə baş verməzdən əvvəlki dövrdə, hadisə zamanı və hadisədən sonrakı dövrdə Təqsirləndirilən şəxs emosional vəziyyətində hər hansı bir kəskin dəyişikliklərin baş verməsinin müşahidə olunmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixlİ, 140 nömrəli rəyində Hyundai minik (Tip Vaqon 8+1 yer) markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olan qabaq sağ təkər şininin protektor naxışlarının qalmış hündürlüyünün 2 mm və sol qabaq təkər şininin protektor naxışlarının qalmış hündürlüyünün 3 mm olmaqla norma daxilində olduğu, lakin Hyundai minik (Tip Vaqon 8+1 yer) markalı avtomobilə məxsus sağ və sol arxa təkər şinlərinin protektor naxışlarının normadan artıq yeyildiyi, arxa sağ təkərdə kord saplarının üzə çıxdığı, aparılmış tədqiqata əsasən ekspertizaya təqdim olunmuş Hyundai minik (Tip Vaqon 8+1 yer) markalı avtomobilə məxsus sağ və sol arxa təkər şinlərinin protektor naxışlarının normadan artıq yeyilməsi, arxa sağ təkərdə kord saplarının üzə çıxmasının uzun müddət istismar prosesində yaranan nasazlıqlara aid olduğu və sürücü tərəfindən vizual baxışla müəyyən oluna biləcəyi, sürücü Təqsirləndirilən şəxs Hyundai minik (Tip Vaqon 8+1 yer) markalı avtomobilin arxa sağ və sol təkər şinlərinin protektor naxışlarının tam yeyilmiş, arxa sağ təkər şinində kord saplarının üzə çıxmış vəziyyətində istismar etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavədə 5-ci hissənin 1-ci və 2-ci bəndinin) tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələblərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünün, yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin istismara buraxılmasına dair bu nasazlığı yoxlamalı və onu yol boyu təmin etməli olduğu, minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1.6 mm-dən az olduqda, şinlərdə kord çılpaqlaşması olduqda nasazlığın aradan qaldırılmalı olduğu, göstərilən vəziyyətdə, yəni avtomobilin hərəkəti zamanı hərəkət üçün qarşıda hər hansı təhlükə (yolun hərəkət hissəsinə çıxmış piyada, əks yola keçmiş nəqliyyat vasitəsi və s.) yaranmadığından və mövcud vəziyyətdə hadisə sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar baş verdiyindən avtomobilin arxa sol və sağ təkər şinlərinin protektor naxışlarının normadan artıq yeyilməsi və arxa sağ təkər şinində kord saplarının üzə çıxması ilə yəni, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavənin 5-ci hissəsinin 1-ci və 2-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-in X19 İdarəsindən verilmiş 1/337 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan müəyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olan Hyundai minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.Nci il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan MR DİN-in X19 İdarəsinin Qeydiyyat İmtahan və X17 tərəfindən texniki baxışdan keçirilmiş, MF11999760 nömrəli elektron talon verilmişdir. Y.Budaqov adına Naxçıvan MR X5 verilmiş 17 may 2022-ci il tarixli, 291 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X7 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşklati-İnspeksiya idarəsindən verilmiş təlabnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Culfa rayon Saltaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 10579364, 10579363 nömrəli şəxsiyyət vəsiqələrinin, 748752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Abdullayev İbrahim 08 oktyabr 2012-ci il tarixdə, Abdullayev Rəşad 30 dekabr 2012-ci il tarixdə, Abdullayev Səid 12 aprel 2017-ci il tarixdə doğulmuş, uşaqların atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs N aprel 2022-ci il tarixdə saat 07:30 radələrində “BC” kateqoriyalı, AE 868168 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Hyundai” minik markalı (Tip: Vaqon 8+1 yer), **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Culfa şəhərində yerləşən “N” saylı hərbi hissənin N nəfər hərbi qulluqçusunu işə aparan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavənin 5-ci hissəsinin 1-ci və 2-ci bəndinin tələblərini pozmaqla rayonun Saltaq kəndindən Culfa şəhəri istiqamətində hava çiskin yağışlı olduğu halda 60 km/saat sürətilə hərəkətdə olarkən Əbrəqunus kəndi ərazisində “Qızılca” yazısı olan yol nişanını keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl edərək hadisənin qarşısını almağa imkanı olduğu halda, həmin Qanunun göstərilən tələblərini pozmuş, hərəkətin təhlükəsizliyini təmin etməmiş və idarəetməni itirmiş, yol hərəkəti iştirakçıları üçün təhlükəli şərait yaratmış, avtomobil əks hərəkət zolağına istiqamətlənərək yoldan çıxaraq aşmış və nəticədə avtomobildə olan sərnişin X3 ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinə ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin atası, hüquqi varisi ilə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin hüquqi varisinin onu bağışlamasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməsini xahiş etməsini, cinayət əməli törətməsindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əsas cəza ilə yanaşı əlavə cəza təyin edilməsini qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məkəmə qanuni və ədalətli hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli, N il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, ona 2 il sınaq müddəti müəyyən edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cinayət iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Culfa rayon X16 Polis Bölməsinin mühafizə olunan dayanacağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan Hundai markalı (Vaqon 8+1), ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Culfa rayon Məhkəməsində saxlanılan Hundai markalı (Vaqon 8+1), ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön və arxa təkərləri, 4 ədəd təkər hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmaması barədə məsələni həll edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edildiyindən, polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağl məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** hesab nömrəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs N il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 2(iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məxsus AE 868168 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra icra sənədləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Culfa rayon X16 Polis Bölməsinin mühafizə olunan dayanacağında saxlanılan Hundai markalı (Vaqon 8+1), ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Culfa rayon Məhkəməsində saxlanılan Hundai markalı (Vaqon 8+1), ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön və arxa təkərləri, 4 ədəd təkər hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın İşdə mülki iddianın olmaması nəzərə alınsın. 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** hesab nömrəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-1/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-1/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver