Məhkəmə qərarları › İş №1(089)-1/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-1/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-1/2023 03.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1994-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, İğdır şəhəri, Evci kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, о, 9 dekabr 2022-ci il tarixdə saat 09:46-da X12 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına minik avtomobili şassisi yükünü apararkən idarə etdiyi “MERCEDES BENZ” markalı, 76AB248/76DG206 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük əməkdaşı tərəfindən yoxlama aparılmış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, sürücünün yatağının üzərində paltarlar olan sellofan paketin içərisindən üzərində “Lyrıver 100 Preqabalin” sözləri yazılmış 2 qutuda, 6 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla, ümumilikdə 60 ədəd 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil olan və təsir edici maddəsinin miqdarı 6 qram olan preqabalin həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində “Lyrıver 100 Preqabalin” sözləri yazılmış 2 qutuda, 6 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla ümumilikdə 60 ədəd 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil olan və təsir edici maddəsinin miqdarı 6 qram olan preqabalin həblərini İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və “Culfa” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşıdır və Türkiyə Respublikası İğdır şəhərinin Evci kəndində ailəsi ilə birlikdə yaşayır, sürücü işləyir. Təxminən bir-iki ildir ki, şirkətə məxsus olan 76AB248/76DG206 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Ölkədaxili və ölkəxarici yük daşımaları həyata keçirir. Sonuncu dəfə İİR-na kübrə aparmış, yükü Tehran şəhərinə çatdırmış, yük nəqliyyat vasitəsinə minik avtomobili şassisi yükləmiş və İranın Culfa gömrüyünə gəlmişdir. Orada yüklədiyi yükün sənədləşmə işini həll etmiş və 9 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının “Culfa” gömrüyə keçmişdir. 9 dekabr 2022-ci il tarixdə saat təxminən 9-10 radələrində Culfa gömrüyündə olmuşdur. İdarə etdiyi “Mercedes-Benz” markalı, 76AB248/76DG206 dövlət nömrə nişanlı yük avtomobili gömrük nəzarətində olan zaman gömrük əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş, etiraz etməmişdir. Gömrük əməkdaşı tanımadığı iki şəxsin və tərcüməçinin iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, yatağın üzərindəki paltarlarının olduğu paketin içərisində olan Preqabalin adlı 2 qutu dərman preparatı aşkar edilmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparılmış, lakin üzərindən qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, İİR-da olduğu müddətdə bacısı Nebihatla danışmış, ona Preqabalin dərmanı almasını, İranda ucuz olmasını demiş, arvadı Güner 05 dekabr 2022-ci il tarixdə onunla danışmış, bacısı Nebihata dərman almağı unutmamasını demiş və vhatsapp vasitəsilə dərmanın şəklini ona atmışdır. 09 dekabr 2022-ci il tarixdə İİR-nin Culfa şəhərində olan zaman aptekdən iki qutu Preqabalin dərmanı almış, 120 tümən pul vermiş və dərmanları nəqliyyat vasitəsinin kabinində, yatağın üzərində paltarlar olan paketə atmışdır. Dərmanlardan özü istifadə etməmiş, dərmanlar kanvalyutda tam şəkildə olmuşdur. Gömrük yoxlaması zamanı gömrük əməkdaşı ondan üzərində, nəqliyyat vasitəsində qadağan olunmuş nəsə olub-olmamasını soruşmuş, üzərində, nəqliyyat vasitəsində qadağan olunmuş nəsə olmadığını bildirmiş, həmin dərmanların paketdə olmasını unutmuş, qadağan olmasını bilməmiş, bəyan etməmişdir. Dərmanları istifadə etmək, satmaq məqsədi olmamış, əvvəllər özü, bacısı və başqa şəxlər üçün Preqabalin dərmanları almamış və gömrük nəzarətindən gizli və ya bəyan etmədən keçirməmişdir. Əməlindən çox peşmandır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi X12nun böyük inspektoru vəzifəsində işləyir. 9 dekabr 2022-ci il tarixdə “Culfa” gömrük postunda növbədə omuşdur. Növbədə olan zaman gündüz saat təxminən 10 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına minik avtomobili şassisi yükü aparan, “MERSEDES BENZ” markalı, 76AB248/76DG206 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postuna daxil olmuşdur. Sürücü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yükün sənədlərini təqdim etmişdir. Bundan sonra sürücüdən özü ilə gətirdiyi və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Sürücü heç nə olmadığını və hər zaman bu yolu gedib gəldiyini demişdir. Nəqliyyat vasitəsini yoxlamaq barədə qərara gəlmişdir. Tərcüməçi və 2 hal şahidi dəvət etmiş, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində, yatağın üzərində sellofan paketin içərisində paltar olduğunu görmüş, paketin içərisinə baxmış, 2 qutu preqabalin adlı dərman preparatı aşkar etmiş, dərmanlar kanvalyutda tam şəkildə olmuşdur. Sürücüdən bunun nə olduğunu, nəyə görə apardığını və nə üçün bəyan etmədiyini soruşmuş, sürücü bacısı üçün aldığını və bəyan etməyi unutduğunu demişdir. Nəqliyyat vasitəsini yoxlamağı bitirdikdən sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, lakin qanunsuz heç nə aşkar etməmişdir. Yoxlamalar bitdikdən sonra protokollar tərtib etmiş və protokollar sürücü Təqsirləndirilən şəxs, tərcüməçi və hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur. Hərdən X12 ərazisində yüklərin nəqliyyat vasitələrindən boşaldılması və yüklənməsində fəhləlik edir. 9 dekabr 2022-ci il tarixdə “Culfa” gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 10 radələrində gömrük əməkdaşı Domrul İrandan gələn Türkiyə Respublikasının vətəndaşı olan sürücüsünün maşınını yoxlayacağını demiş və hal şahid kimi orada iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Şahid3 adlı şəxs də hal şahidi kimi dəvət edilmişdir. Gömrük əməkdəşı sürücünü onlara təqdim etmiş, onların və tərcüməçinin iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlayanadək Təqsirləndirilən şəxs üzərində, nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir şeyin olub-olmamasını soruşmuş, sürücü üzərində, nəqliyyat vasitəsində qanunsuz heç nə olmadığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində, yatağın üzərində olan sellofan paketin içərisində, paltarların arasından 2 qutu dərman aşkarlanmışdır. Dərmanlar kanvalyutda tam şəkildə olmuşdur. Nəqliyyat vasitəsinin yoxlanması başa çatdıqdan sonra Domrul sürücünün üzərində şəxsi yoxlama aparmış və qanunsuz nəsə aşkar edilməmişdir. Protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Şahid X6 ifadəsində onu da bildirmişdir ki, gömrük əməkdaşı Təqsirləndirilən şəxsden iki qutu dərmanın nə olduğunu, nəyə görə apardığını və nə üçün bəyan etmədiyini soruşmuş, o, bacısı üçün aldığını və bəyan etməyi unutduğunu demiş, Təqsirləndirilən şəxse tezyiq, təsir olmamışdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X2 ifadəsində bildrdikləri ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, 76AB248/76DG206 dövlət qeydiyyat nişanlı yük avtomobili gömrük nəzarəti xəttində yoxanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, yatağın üzərindəki paltarlar olan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Lyrıver 100 Preqabalin” sözləri yazılmış 2 qutu (60 ədəd) dərman preparatı aşkar edilmişdir. 09 dekabr 2022-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, üzərindən 990 ABŞ dolları, 63 Azərbaycan manatı, 2550 türk lirəsi, ******* İran realı, 1 ədədə Samsung SM-A235F/DSN, 1 ədədə Samsung SM-A205F/DS markalı mobil telefonlar və U25211943 nömrəli pasport götürülmüşdür. 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. 10 dekabr 2022-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Naçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 29 dekabr 2022-ci tarixli, 431 nömrəli ekspet rəyindən görünür ki, tədqiqata təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilmiş sellefon paketin içərisində üzərində “Lyriver 100 Pregabalin” sözləri yazılmış 2 qutuda, 6 ədəd kanvalyutda ümumilikdə 59 ədəd həb 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil olan preqabalindir. Preqabalinin təsiredici maddəsinin miqdarı – 5.9 qramdır. Preqabalin həblərinin sayı 59 ədəd, tədqiqata sərf edildi 1 ədəd, qalıq 58 ədəd. Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2022-ci il tarixli, 380 nömrəli ekspert arayışına əsasən, preqabalin həblərinin ilkin ümumi sayı 60 ədəd, təsiredici maddəsinin miqdarı isə 6 qram olmuşdur. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli, 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına 1 nömrəli əlavədə Preqabalin ((S)-3-(aminometil)-5-metilheksan turşusu) maddəsi 68-ci sətirdə qeyd edilmişdir ki, həmin maddənin külli miqdarı 5 qramdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 dekabr 2022-ci il tarixli, 94 nömrəli narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə xas əlamətlər aşkar olunmadı. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşklati-İnspeksiya idarəsinin əməliyyat və statistika bölməsindən verilmiş təlabnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 saylı qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, o, cinayətin predmeti olan güclü təsiredici maddəni bacısının istifadəsi üşün daşımışdır. X9 Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 dekabr 2022-ci il tarixli, 94 nömrəli narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə xas əlamətlər aşkar olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş vhatssap yazışmasından müəyyən edilir ki, Təqsirləndirilən şəxs arvadı ona mesaj yazmış, Lyriver 100 Preqabalin dərman qutusunun şəklini atmış, mesajda “Sakina dedi bunu alsın doktor Nebihata vermiş aşkım” qeyd edilmişdir. Həmçinin Məhkəməyə təqdim edilmiş Türkiyə Respublikası Səhiyyə Nazirliyi İğdır DR.X13 Xəstəxanası baş həkimi xəstə vəziyyəti hesabatından müəyyən edilir ki, X7 dərman preparatının istifadəçisidir. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, törətdiyi əməldən peşman olmasını, eləcə də hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, güclü təsir edən maddəni bacısının dərman kimi istifadə etməsi üçün almasını və həmin maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 116 gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, tərkibindəki preqabalin təsiredici maddəsinin miqdarı 6 qram olan, tədqiqatdan sonra qalmış 58 ədəd həb preqabalin məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 990 ABŞ dolları, 63 Azərbaycan manatı, 2550 türk lirəsi, ******* İran realı, 1 ədədə Samsung SM-A235F/DSN, 1 ədədə Samsung SM-A205F/DS markalı mobil telefonlar, Culfa rayon Məhkəməsində saxlanılan U25211943 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etdiyindən, qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Yusuf oğluna təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3500 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 116 gün müddət nəzərə alınsın, təyin edilmiş cərimə cəzası yündülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 2000 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanması kamerasında saxlanılan 58 ədəd preqabalin həbləri müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonda məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 990 ABŞ dolları, 63 Azərbaycan manatı, 2550 Türk lirəsi, ******* İran realı və 1 ədədə Samsung SM-A235F/DSN, 1 ədədə Samsung SM-A205F/DS markalı mobil telefonlar, Culfa Rayon Məhkəməsində saxlanılan U25211943 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar