Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-1/2025 21.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxx 1984-cü il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR X25 üzrə X13 rayon Qızılca kəndi üzrə mükəbbiri-mollası işləyən, Culfa rayonunun Kırna kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 153.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətləri etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının ortalarında xx.xx.2010-cu il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, Qızılca kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan, Culfa rayonunun Qızılca kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Qızılca kənd məscidini təmizləyib ona məlumat verməsi adı ilə aldatmış, Zərərçəkmiş şəxs ilə onun nənəsi Zübəydə Əliyevaya məxsus olan mobil telefon vasitəsilə yazışmağa başlamış, bundan 4 gün sonra ona “Samsung Galaxy A2” markalı mobil telefon və öz adına ***-***- **-** mobil nömrəsini gizli şəkildə alıb verməklə özü ilə sevgili kimi danışmağa məcbur etmiş və məscidə gələn zaman 2024-cü ilin iyul ayının ortalarından sonunadək 2-4 gün ara ilə 4 dəfə olmaqla Zərərçəkmiş şəxs ailə üzvlərinin məsciddə olmasından istifadə etmiş, ac olduğunu və ona dürmək verməsini bildirmiş, bu adla saat 20:00-dan 21:00-dək olan müddət aralığında Zərərçəkmiş şəxs yaşadığı və nənəsi Zübeydə Əliyevaya məxsus olan, Culfa rayonunun Qızılca kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Orada Zərərçəkmiş şəxs ilə bir neçə dəfə onun dodaq nahiyyəsindən öpməklə, əlini və cinsi orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə sürtərək aşkar şəkildə 16 yaşına çatmadığını bilə-bilə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən ona qarşı əxlaqsız hərəkətlər törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 153.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2019-cu ildən Naxçıvan MR X25 üzrə X13 rayon Qızılca kəndi üzrə mükəbbiri-mollası vəzifəzində işləyir. İşi ilə əlaqədar olaraq həftənin 5 günü saat 09:00-dan saat 18:00-dək işlədiyi Qızılca kənd məscidinə gedib orada dini və yas mərasimlərini təşkil edir, həftənin şənbə və bazar günləri istirahət günləri olmasına baxmayaraq həmin kənddə yas mərasimləri olduqda Qızılca kəndinə gedərək yas mərasimləri ilə bağlı lazımi işləri görür. Təqribən 2024-cü ilin iyun ayında Qızılca kənd məscidində olan zaman tez-tez oranı təmizləməyə gələn Qızılca kənd sakini, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs imkan olsa məscidin içərisinin tozunu almağını demiş və həmin qız uşağı da etiraz etmədən edəcəyini bildirmişdir. Bundan sonra o həmin qıza mobil nömrəsini məscidin pəncərəsində kağızda yazılı şəkildə yazıb qoymuş və silib bitirəndən sonra xəbər etməsini bildirmişdir. Bundan sonra həmin gün o işdən çıxıb evə getdikdən sonra onun ***-***-**-** nömrəli mobil telefonunda işlətdiyi vhatsappına “Hüseyn əmi məscidi təmizlədim, mənəm İlknur” deyə mesaj gəlmiş, o da nömrənin kimin olmasını, ona kimin telefonundan mesaj yazmasını, özünün telefonunun olub-olmamasını soruşmuşdur. İlknur ona mesaj yazdığı telefonun nənəsi Zübeydə Əhmədovaya məxsus olduğunu bildirmiş və ona yazmasından nənəsinin xəbərinin olmadığını, gizli şəkildə yazdığını bildirmişdir. Bundan sonra o həmin qızla sevgili kimi danışmağa başlamışdır. Məsciddən çıxanda o nənəsinin telefonu ilə ondan kimin maşını ilə getdiyini, evə çatıb-çatmadığını soruşmuş, o isə onun nə etdiyini nə işlə məşğul olduğunu soruşmuş və getdikcə sevgi mövzusunda danışmışlar. Həmçinin İlknur ona öz telefonu olmadığından nənəsinin telefonu ilə yazdığını bildirmişdir. Buna görə İlknur ona “mən yazmayınca sən mənə yazma” demiş, beləliklə 1 həftə ərzində İlknurun nənəsi Zübeydənin telefonu ilə onunla vhatsapp sosial şəbəkəsi vasitəsilə danışmış, ilk danışdıqları gündən sevgili kimi danışmış, bunun üzərindən 3-4 gün keçdikdən sonra axşam saat 20:00 radələrində namaz vaxtı İlknurun nənəsi və qardaşı məsciddə olan zaman onların həyətinə getmiş və evlərində tək olduğu üçün İlknur həyətə çıxmış, onunla həyətlərindəki qarajlarının qarşısında görüşmüşlər. Onunla dodaqdan öpüşərək bədəninin müxtəlif nahiyyələrinə, sinəsinə toxundurmuş, bundan sonra oradan çıxaraq məscidə getmiş, oradan da öz evinə qayıtmışdır. 1-2 gün sonra Zərərçəkmiş şəxs ona telefonu əlindən aldıqlarını və nənəsinin telefonu ilə danışmağına imkan olmadığını demişdir. O da evdə olan və özünə məxsus olan 1 ədəd “Samsug A2” markalı mobil telefonunu gətirmiş, məscidin həyətində təkbaşına olan zaman İlknura danışmağı və işlətməsi üçün gizli şəkildə vermişdir. Həmin vaxt İlknurla vhatsappda yazışıb rahat danışa bilmək üçün, həmçinin öz adına Naxçıvan şəhərində Naxteldən aldığı ***-***-**-** mobil nömrəsini də telefonun üzərində İlknura vermişdir. Bundan sonra hər gün verdiyi mobil telefon vasitəsilə İlknurla danışmağa başlamışlar. Onların danışığı normal zəng, vhatsapp yazışmaları və videogörüntü vasitəsilə olmuşdur. Görüntülü danışdıqları zamanlar İlknur evlərində tək olmuş, nənəsi gəldiyi zaman telefonu söndürmüşdür. Bundan sonra hər gün sevgili kimi danışmağa davam edərək dediyi qaydada hər 5-6 gündən bir eyni şəkildə həyətlərində görüşüb öpüşmüş və sinəsinə əlini sürtmüşdür. Onunla təqribən 4 dəfə dediyi qaydada həyətlərində görüşmüş, evlərində və ya kənarda görüşməmişdir. Yalnız 1 dəfə, 2024-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs ilə özünün təklifi ilə Güznüt kəndində nənəsigildə qalan zaman, kursa yazılmaq adı ilə evdən çıxdığı vaxtda Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzinin yanında görüşmüşlər. Badaşqan ailəvi istirahət mərkəzinə gedərək yemək yemiş, bundan sonra öz evlərinə qayıtmış və həmin vaxt aralarında heç nə olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs ilə həyətlərində görüşən zaman onunla yalnız dodaqdan öpüşmüş və bədəninin müxtəlif nahiyyələrinə əlini sürtmüş, lakin heç cür təbii və ya qeyri təbii yolla onunla cinsi əlaqədə olmamışdır. Bu hərəkətləri edən zaman onun yetkinlik yaşına çatmayan qız uşağı olduğunu, yəni 2010-cu il təvəllüdlü olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, əvvəllər bu cür hadisələr etməmiş, Zərərçəkmiş şəxs ilə görüşən zaman evlərində heç kim olmadığından əmin olub həyətlərinə daxil olmuş, onları kimsə görməmiş və onunla danışıb görüşməyi barədə başqa heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs hər hansı formada əlaqədə olmaq və ya cinsiyət orqanını əlinə almasını və ya başqa hər hansı bir təklif etməmiş, sadəcə onunla görüşən zaman dodaq nahiyyəsindən öpüşərək bədəninin müxtəlif nahiyyələrinə toxunmuş, onu sevib istədiyi üçün və cinsi istəyindən dodaqlarından öpüb bədəninin müxtəlif nahiyyələrinə toxunmuşdur. Həmin vaxt onunla cinsi əlaqədə olmamış və cinsi aktı başa çatdırmamışdır. Öpüşən zaman bir dəfə İlknurun koftasını yarıya kimi qaldırmış və koftasını çıxarıb sinəsinə toxunmaq istəmiş, İlknur buna icazə verməmiş və koftasını çıxarmadan onunla öpüşmüşdür. Bundan başqa vhatsappda danışan zaman bir neçə dəfə İlknurdan açıq, uyğunsuz fotoşəkillərini ona göndərməsini istəmiş və İlknur da 3- 4 dəfə qurşaqdan yuxarı sinəsini açaraq şəkillərini onun istəyi ilə çəkib göndərmiş, 1 dəfə isə bədənini bütün şəkildə çəkərək sinəsi açıq və aşağı hissəsində alt paltarı olmaqla şəklini ona göndərmişdir. Videogörüntü ilə danışan zaman normal geyimdə danışmışlar. Lakin sonradan İlknurun anası ona telefon alıb verdiyini öyrənmiş, İlknurun anası ona zəng vurandan sonra o çəkinmiş və polis telefonuna baxarsa yazışma və şəkillərin ortaya çıxmasından qorxaraq həmin fotoşəkilləri və vhatsapp yazışmalarını telefonundan silmişdir. Etdiyi hərəkətlərdən çox peşmandır. Məhkəmədən ailəli olmasını, ikisi azyaşlı olamaqla uç uşağının olmasını nəzərə almağı, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2016-cı ildə Babək rayonunun Güznüt kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş və 8-ci sinfədək Güznüt kənd məktəbində oxumuş, sonra oradan çıxmış, Qızılca kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. X23 ilə anası Abdullayeva Solmaz 2009-cu ildə ailə həyatı qurmuş və 2016-cı ildə ayrılmışlar. Valideynləri ayrılan zaman onun azyaşlı bacısı Azadə ilə qardaşı Həsən Güznüt kəndində yaşayan babasıgillə və anası ilə birlikdə yaşamağa başlamış, onunla qardaşı Hüseyn isə məktəbə Güznüt kəndində getsələr də tətilləri Qızılca kəndində keçirmiş və Qızılca kəndində yaşayan nənəsi Zübeydə Əliyevanın yanında qalmışlar. X23 xx.xx.2021-ci ildə Füzuli rayonunda işləməyə getmiş, orada bıçaqlanmış və ölmüşdür. Bundan sonra o və qardaşı Hüseyn Qızılca kəndində nənəsigillə yaşamağa davam etmişlər. 7-ci sinfi bitirdikdən sonra isə qardaşı Hüseynlə birlikdə birdəfəlik Qızılca kəndində yaşayan nənəsigilə köçmüş, onlarla yaşamağa və orada təhsilini davam etdirməyə başlamışdır. Hazırda Qızılca kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır. 2024-cü ilin may ayından demək olar ki, mütəmadi olaraq Qızılca kənd məscidi evlərinin yaxınlığında yerləşdiyindən həmin məscidə getmiş, orada nənəsi ilə birlikdə və ya qardaşı ilə birlikdə təmizlik işlərinə köməklik etmişdir. 2024-cü ilin iyul ayının ortalarında o təkbaşına saat 18:00 radələrində yenə kənd məscidinə təmizlik məqsədilə getmiş, məscidin içərisində təmizlik işləri görən zaman kəndin mollası Hüseyn məscidin içərisinə girmiş və o içəridə tək olan zaman ona yaxınlaşmış, içərini təmizləyib səliqəyə salmasını bildirmiş və bundan sonra bir kağızda özünün ***-***-**-** yazılı mobil nömrəsini yazaraq ona vermiş və məsciddəki təmizlik işlərini bitirdikdən sonra həmin nömrənin vhatsappına mesaj yazaraq işləri bitirdiyini deməsini bildirmişdir. O, telefonunun olmadığını və nənəsində telefon olduğunu bildirmiş, Hüseyn isə həmin telefondan ona yazmasını və ona söz deyəcəyini bildirmişdir. Həmin vaxt onun başqa niyyətlə ona nömrə verməsini düşünmədən kağızı almış və işini bitirdikdən sonra xəbər verəcəyini bildirmişdir. Həmin vaxt məscidin həyətində başqa şəxslər olsa da, onların yanında başqa kimsə olmamış, o məscidin içərisində təkbaşına təmizlik işlərini bitirdikdən sonra öz evlərinə getmiş və nənəsinə məxsus olan “Realme” markalı mobil telefonu götürmüş, Hüseynin ona verdiyi mobil nömrəni nənəsinin telefonuna yazmış, qeyd etmək istəyən zaman onun adının Hüseyn əmi olaraq telefonda qeyd olunduğunu görmüşdür. Onun nömrəsini qardaşının həmin telefona qeyd etdiyini güman etmiş, o həmin nömrənin vhatsappına mesaj yazaraq işini bitirdiyini demişdir. Hüseyndən nə demək istədiyini soruşmuş, Hüseyn ona hərdən oraya təmizliyə gedən zaman yazıb ona oradakı təmizlik işini gördüyünü xəbər verməsini və onun məlumatının olmasını demişdir. Bundan sonra Hüseyn ona mesaj yazmağa davam etmiş və pirə gedən zaman ona baxdığını, onun niyə reaksiya vermədiyini soruşmuş, o da ona Hüseyn əmi “Siz mənim əmim yaşındasınız, mən elə bir hərəkət etmərəm” deyə bildirmişdir. Daha sonra ondan xoşunun gəldiyini və onunla danışmaq istədiyini bildirmiş, o da onun nömrəsini siləcəyini və birdə bu cür söhbətin üstünün açılmamasını istədiyini, ona qarşı pis niyyət və düşüncəsinin olmadığını bildirərək bir daha ona yazmamasını bildirmişdir. Bundan sonra səhərisi gün yenidən Hüseynin nənəsinin telefonuna “salam necəsən” deyə mesaj yazdığını görmüş, o da cavab yazaraq nə etmək istədiyini, məqsədinin nə olduğunu, ona qarşı pis niyyətinin olmadığını bildirmişdir. Hüseyn isə “mənim də sənə qarşı pis niyyətim yoxdur, səni sevirəm, istəyirəm, səndən xoşum gəlir” kimi cavab yazmış, bundan sonra hər dəfə nənəsinə məscidi təmizlədiyinə görə verdiyi 10 manatdan başqa ona da ayrıca 10 manat da öz ehtiyaclarına xərcləməsi üçün verəcəyini demişdir. Ona may ayından bu tərəfə məscidi təmizlədiyinə görə Hüseyn hər dəfə 10 manat pul vermişdir. Lakin bu sözündən sonra ona 10 manatının lazım olmadığını, məscidi Allah rızası üçün təmizlədiyini və artıq onu narahat etməməsini demişdir. Lakin, o yenə israrla ona yazmış, ondan xoşu gəldiyini, ona baxdığını, lakin onun baxmadığını, onu istədiyini bildirmişdir. Əl çəkmədiyi üçün yenidən məqsədinin nə olmasını soruşmuş, onu istədiyini demiş, onun ailəli olduğunu, qızı yaşında olduğunu, atasından da böyük olduğunu, ayıb olduğunu bildirmişdir. Hüseyn isə ona arvadı ilə artıq kəbinini pozduğunu, bugün, sabaha ayrılacaqlarını, arvadını istəmədiyini və onu istədiyini, onu alacağını demiş, onunla evlənəcəyini və onu buralardan götürüb aparacağını bildirmişdir. Təqribən 4 gün bu formada nənəsinin telefonundan ona yazdıqdan sonra Hüseyn ona yazaraq Qızılca kənd məscidində qabların yığıldığı siyirməyə telefon qoyduğunu, üzərinə nömrə də saldığını, həmin telefonu götürüb ona yazmağını demiş, o həmin günün səhərisi məscidə gedərək onun dediyi yerdən 1 ədəd istifadə olunmuş mobil telefonu götürmüş və ona həmin telefondan “telefonu götürmüşəm, məndədir” yazmışdır. Həmin telefonu götürməkdə məqsədi bir neçə gün sonra Türkiyəyə anasının yanına gedən zaman nəsə lazım olsa burada yaşayan qohumları ilə əlaqə saxlaya bilməsi olmuşdur. Çünki ona telefon işlətməyə icazə verməmişlər. Beləliklə, 4 gün nənəsinin telefonu ilə danışdıqdan sonra Hüseynin verdiyi telefonu götürmüş, sonra onun vasitəsilə Hüseynlə danışmağa başlamış, həmin vaxt onunla başqa niyyətlə, başqa cür danışmamış, ümumi danışmağa başladıqdan təqribən 1 həftə keçdikdən sonra Hüseyn kənddə məsciddə olduğunu və ac olduğunu ona yazaraq bildirmişdir. O da dürmək tutub qardaşı ilə oraya göndərə biləcəyini demiş, Hüseyn isə elə səhv başa düşülə biləcəyini bildirmiş və həyətin arxasından qaraj tərəfdən gələcəyini, orada ona dürməyi verməsini bildirmişdir. O da pis niyyəti olmadığını düşünüb razılaşmış, bundan 8-9 dəqiqə sonra nənəsigil məsciddə olan zaman Hüseyn arxa tərəfdən onların həyətinə gəlmiş, ona dürmək vermiş və həmin vaxt ona yaxınlaşmaq istəmiş, ona icazə verməmişdir. Hüseyn isə “mənim səndən xoşum gəlir, səni istəyirəm, arvadımı boşayıb səni alacağam” demiş, ona “əmim yaşındasan el nə deyər” demiş, Hüseyn isə onu alacağını, elin nə dediyinin vecinə olmadığını və onu buralardan aparacağını bildirmişdir. O, təqribən 10-15 dəqiqə həyətdə qalıb dürməyini yemiş, onunla danışdıqdan sonra çıxıb getmişdir. Bundan 2-3 gün sonra yenə Hüseyn ona yazıb ac olduğunu və dürmək verməsini bildirmiş, o da eyni qaydada dürmək tutmuş və axşam nənəsigil məsciddə olan zaman Hüseyn qaraj tərəfdən həyətə gəlmişdir. Onunla həyətdə görüşmüş və ona dürməyini vermiş, həmin vaxt yenə eyni qaydada Hüseyn onu öpməyə çalışan zaman buna icazə verməmişdir. Aralarında heç nə olmadan həyətdən çıxmış və getmişdir. Bunun üzərindən 2-3 gün keçdikdən sonra Hüseyn yenə dürmək almaq adı ilə həyətə gəlmiş və ona dürməyi vermiş, həmin vaxt Hüseyn onu öpməyə çalışan zaman ona icazə verməyib geriyə itələsə də, onun dodaqlarından bir neçə dəqiqə öpmüşdür. Onu istədiyi üçün öpdüyünü, ona hər dəfə bunu təkrarlatmamağını bildirmiş və 15 dəqiqə sonra həyətdən çıxıb getmişdir. Bunun üzərindən təqribən 4-5 gün keçdikdən sonra, 2024-cü ilin iyul ayının sonlarında Hüseyn saat 20:00 radələrində məsciddə olan zaman yenidən ona ac olduğunu və dürmək verməsini bildirmiş, o da gəlib götürməsini demiş və eyni qaydada Hüseyn həyətin arxa tərəfindən qarajın yanından həyətə daxil olmuşdur. Həmin vaxt yenə nənəsigil məsciddə olmuş, o həyətin aşağı hissəsinə enərək orada kərdi yerlərinin yanında yenə Hüseynlə görüşüb dürməyi ona vermiş, o dürməyi yedikdən sonra yenə ona yaxınlaşmaq istəmiş, ona könlü olmasa da, qorxduğu üçün qarşı gəlməmiş və sakit durmuşdur. Hüseyn onu qucaqlamış, təqribən 5-6 dəqiqə onunla dodaqdan öpüşmüş, Hüseyn onu öpən zaman əlini koftasına atıb çıxarmağa çalışmış, lakin o qorxduğundan buna icazə verməmişdir. Bir azda dodağından öpdükdən sonra o evə qayıtmalı olduğunu bildirmiş, Hüseyn də məscidə gedəcəyini və oraya gəldikdə ona yazıb xəbər etməyini bildirmişdir. Hüseyn onu qucaqlayıb öpən zaman bədəninin müxtəlif nahiyyələrinə əli ilə toxunaraq bərk-bərk onu özünə sıxmış və həmin vaxt Hüseynin paltarlı vəziyyətdə cinsi orqanını onun ayağına toxundurduğunu hiss etmiş, bu zaman onu itələyib aralanmaq istəsə də, bərk-bərk onu özünə sıxaraq öpməyə davam etmişdir. Buna könlü olmasa da, ondan aralaşmaq və heç bir münasibətdə olmaq istəməsə də 3-cü dəfə zorla, 4-cü dəfə isə qorxduğu üçün onunla öpüşməyə məcbur olmuşdur. Sadəcə ona əmi gözüylə baxmış və görüşmələrinin heç birində onunla könüllü şəkildə öpüşüb qucaqlaşmamış və heç birində soyunmamış və onunla əlaqədə olmamışdır. Bundan sonra o evə keçmiş və Hüseyn isə həyətdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Güznüt kəndində yaşayan nənəsigilə getmiş, xx.xx.2024-cü il tarixdə isə nənəsi X6 ilə birlikdə Türkiyə Respublikasına anasının yanına getmiş, orada qalaraq xx.xx.2024-cü il tarixdə qayıtmış, xx.xx.2024-cü il tarixədək Güznüt kəndində qalmış, yenidən Qızılca kəndinə qayıtmışdır. Həmin vaxtdan orada yaşamış, iyul ayından sonra Hüseynlə görüşməmiş, sadəcə onunla telefonda danışmış, sonuncu dəfə də onunla könüllü şəkildə öpüşməyinin səbəbi icazə vermiyib qarşı gəlsə danışdıqları barədə nənəsigilə deyəcəyini düşünməsi olmuşdur. Lakin, Hüseyn nə vaxtsa onunla yazışıb-danışmasa, görüşməsə ona nəsə edəcəyi və nənəsigilə deyəcəyi ilə onu hədələməmiş və onunla danışıb görüşməyi qarşılığında ona hər hansı məbləğdə pul və ya qiymətli əşya verməmişdir. Hüseynlə 4 dəfə iyul ayında bir neçə gün ara ilə evdə heç kim olmayanda, nənəsigil məsciddə olan zaman nənəsigilin məscidin yanında olan həyətində görüşmüş və sonuncu iki dəfədə onunla öpüşmüşdür. Lakin, Hüseyn evə girməmiş və görüşlərində onunla başqa heç cür cinsi əlaqədə olmamışdır. Sadəcə öpüşmüş, sonucu dəfə o köynəyini çıxarmaq istəyəndə buna icazə verməmiş, Hüseyn isə onun bədənini görmək istədiyini, onu istədiyini bildirmişdir. O isə buna icazə verməmiş, ayıb olduğunu, əmisi yaşda insan olduğunu, ona bədənini göstərə bilməyəcəyini demişdir. Bundan başqa nə vaxtsa da Hüseyn onunla cinsi əlaqədə olmağı ona təklif etməmiş və onlar cinsi əlaqədə olmamışlar. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir ki, Hüseyn adlı şəxs əvvəl raf tutub qadınları Nehrəm pirinə aparan zaman və məsciddə olan zaman da ondan daima gözünü çəkmədən baxmasından, ona qarşı fərqli davranmasından başqa cür məqsədinin olmasını hiss etmiş, lakin qızı yaşda olduğuna görə buna əhəmiyyət verməmiş, ona qarşı pis bir niyyətinin olmayacağını düşünmüşdür. Həmin şəxsdən başqa danışdığı və görüşdüyü başqa şəxslər olmamış və heç kimlə hər hansı formada cinsi əlaqədə olmamış, Hüseyn ona başqa nəsə təklif etməmiş, Hüseynlə danışıb görüşməyi barədə kiminsə məlumatı olmamışdır. Bildiyi qədəriylə onlar görüşən zaman kimsə onları görməmişdir. Hüseynin niyyətini bilmiş, Hüseyn onu danışmağa, görüşməyə məcbur etməmiş, özündən asılı olmayaraq Hüseynlə görüşmüş, onunla öpüşmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, onu bağışlamır, cəzalandırılmasını istəyir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1971-ci ildə Culfa rayonunun Qızılca kənd sakini X15 ilə ailə qurmuş, 5 övladları olmuşdur. X27 xx.xx.2020-ci ildə rəhmətə getmiş və hazırda Qızılca kəndində yerləşən fərdi yaşayış evində 3 azyaşlı nəvəsi və qızı Zeynəblə birlikdə yaşayır. X26 2009-cu ildə Babək rayon Güznüt kənd sakini X5 ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 uşaqları olmuş, lakin 2016-cı ildə nikahları pozulmuşdur. Onlar ayrıldıqdan təqribən 3 il sonra keçmiş gəlini Solmaz Abdullayevanın başqa şəxslərlə əlaqəsini öyrəndiyi üçün atası Vaqif Abdullayev qızını bədəninin müxtəlif nahiyyələrindən bıçaqla vuraraq xəsarət yetirmiş, lakin həmin xəsarətlərdən gəlini olmuş Solmaz Abdullayeva sağ qalmışdır. Hazırda gəlini X10 Respublikasının İğdır şəhərində olur və hərdən bir neçə günlük Naxçıvan Muxtar Respublikasının ərazisinə gəlir və geri qayıdır, elə vaxtlar olur ki, illərlə Naxçıvana qayıtmır. Oğlu ondan ayrıldıqdan sonra Naxçıvan şəhər sakini Nigar Abdullayeva ilə ailə qurmuş və həmin evlilikdən 1 qızı dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə oğlu işğaldan azad olunmuş Füzuli rayonunda işləməyə getmiş, orada bıçaqlanaraq öldürülmüşdür. X26 Solmazla ayrılan zaman uşaqları azyaşlı olduğundan anasının himayəsinə verilmiş və onlara Güznüt kəndində yaşayan nənəsigil baxmışdır. Lakin, tətillərdə oğlunun böyük qızı İlknur və oğlu Hüseyn Culfa rayonunun Qızılca kəndində yaşadıqları ünvana gəlmiş, onlarla birlikdə yaşamışlar. 2024-cü ilin iyul ayının sonlarında nəvələri X20 kəndində yaşayan digər nənələri X4 yanında qalmağa getmişlər. Həmin nəvələrindən İlknur 8-ci sinfin ortalarınadək, Hüseyn isə 7-ci sinfin ortalarınadək Güznüt kənd tam orta məktəbində oxumuşlar, ondan sonra onlarla birlikdə Qızılca kəndində yaşamağa başlamış, Qızılca kənd tam orta məktəbində təhsillərini davam etdirmişlər. 2024-cü ilin iyul ayının sonlarında o evdə olan zaman evin yanında tanımadığı avtomobil dayanmış və İlknurun digər babası və nənəsi avtomobildən enərək onları aparmağa gəldiklərini bildirmişlər. O İlknurdan getmək istəyib-istəməməsini soruşmuş, o, artıq bibisinin imkanının onu oxutmağa çatmadığını, ona görə də Babək rayonunun Güznüt kəndinə getmək istədiyini və orada təhsilini davam etdirəcəyini, oxumaq istədiyini demişdir. Bundan sonra onlar avtomobilə minərək Güznüt kəndinə getmişlər. Bir neçə gün sonra İlknurun babası Vaqif İlknurun və Hüseynin Türkiyə Respublikasına, anasının yanına getdiklərini demişdir. İlknurgil təqribən 20 gün Türkiyədə anasının yanında qalmış və qayıtmışlar. 2024-cü ilin avqust ayının 24də İlknur yenidən Qızılca kəndinə qayıtmış və onunla yaşamağa başlamışdır. Bundan sonra polis əməkdaşları ondan nəvəsinə molla Təqsirləndirilən şəxs mobil telefon alıb verib-verməməsi, bundan xəbərinin olub-olmaması ilə maraqlanmış, o isə elə bir hadisə olmadığını, olsa da onun heç nədən xəbərinin olmadığını, İlknurda telefon görmədiyini bildirmişdir. Daha sonra qızı Zeynəb həmin günün axşamı Türkiyədən evlərinə qayıtmış və ona baş vermiş bütün hadisələr barədə məlumat vermiş, bu zaman Hüseynin həqiqətən nəvəsi İlknura mobil telefon alıb verdiyini və onunla danışdığını öyrənmiş, bu barədə İlknurdan soruşmuş, ilk öncə etiraf etməsə də sonradan bir neçə gün ərzində olanları etiraf etmiş və yalnız onunla danışdığını və başqa heçnə olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində ərizə ilə polisə müraciət etmiş, Polis Şöbəsində araşdırma aparılan zaman o məscidə getdiyi vaxtlarda, evdə heç kim olmayan zaman kəndin mollası Təqsirləndirilən şəxs günün qaranlıq vaxtlarında bir neçə dəfə nəvəsini aldadaraq dörmək almaq adı ilə həyətlərinə daxil olduğunu, həyətdə nəvəsinə qarşı əxlaqsız hərəkətlər etdiyini öyrənmişdir. Uzun müddətdir ki, molla Hüseyni tanıyır, Hüseyn onlarla səmimi münasibəti olduğundan onlara qarşı bu cür əxlaqsız əməl törədə biləcəyini ağlına gətirməmişdir. O, əvvəllər nəvəsi İlknurda mobil telefon görməmiş, nəvəsinin başqaları ilə yazışıb danışdığını bilməmiş, Hüseyni də heç vaxt həyətinə daxil olan və ya həyətdən çıxan zaman görməmiş, heç vaxt ondan şübhələnməmiş və nəvəsinə qarşı bu cür hərəkətlər edə biləcəyi ağlına gəlməmiş, məsciddə nəvəsinə qarşı necə davrandığına fikir verməmişdir. Hüseynin cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, böyük oğlu Təqsirləndirilən şəxs 2009-cu ildə Culfa rayon Əbrəqunus kənd sakini Şahid4 ilə ailə qurmuş və onun 3 övladı olmuşdur. Təqsirləndirilən şəxs ailə qurduqdan sonra 4 il onlarla birlikdə ona məxsus olan evdə yaşamışdır. 2013-cü ildə isə Culfa rayonunun Kırna kəndində özünə məxsus ev tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Təqsirləndirilən şəxsla birlikdə yaşadığı müddət ərzində, habelə ayrılıb öz evində yaşadığı müddət ərzində həyat yoldaşı, övladları ilə həmişə normal ailə münasibətlərini qoruyub saxlamış, Təqsirləndirilən şəxs ayrı yaşasa da o həmişə atası kimi ona və ailə üzvlərinə daimi nəzarət etmişdir. Təqsirləndirilən şəxs ailə qurmamışdan əvvəl Türkiyəyə getmiş, orada işləmiş, ailə qurduqdan sonra Naxçıvan MR ərazində tikinti işlərində usta kimi işləmişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən Naxçıvan MR X25 üzrə X13 rayon Qızılca kəndi üzrə mükəbbiri-mollası vəzifəzində işləmiş, işi ilə əlaqədar olaraq həftənin 5 günü saat 09:00-dan saat 18:00-dək işlədiyi Culfa rayonunun Qızılca kənd məscidinə gedib orada dini və yas mərasimlərini təşkil etmiş, işdən sonra isə həmişə vaxtlı-vaxtında evinə gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs dindar olmuş, qanunla müəyyən edilmiş qaydada keçirilən dini mərasimlərdə həmişə iştirak etmiş, yaşadıqları kənddə və ailə üzvləri arasında həmişə müsbət mənada davranışları ilə seçilmişdir. Təxminən 25 avqust 2024-cü il tarixdə Culfa rayonunun Qızılca kənd sakini Zərərçəkmiş şəxs anası olan Solmaz adlı bir qadın vhatsapp vasitəsilə xatırlamadığı xarici nömrə ilə ona mesaj yazmış, oğlu Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs mobil telefon verdiyini, ona mesaj yazdığını dəyərək bir neçə nalayiq ifadələr işlətmiş, bundan sonra o oğlu Təqsirləndirilən şəxsla bu haqda söhbət etmişdir. O, bunların yalan, şaiyə olduğunu və həqiqəti özündə əks etdirmədiyini demiş, bundan sonra bu barədə oğlundan heçnə soruşmamışdır. 2024cü ilin avqust ayının sonlarında oğlu Təqsirləndirilən şəxs Culfa rayon Polis Şöbəsinə dəvət olunmuş, işlədiyi Culfa rayonunun Qızılca kəndində həmin kənd sakini, məktəbli, 14 yaşlı Zərərçəkmiş şəxs ilə sevgi münasibətinin olduğunu, onun görüşüb mobil telefonda mesajlaşmasını öyrənmiş, bundan sonra o bu barədə oğlu Təqsirləndirilən şəxsla söhbət etməmiş, buna görə də baş verən hadisə barədə başqa məlumatı yoxdur. X7 ifadəsində onu da bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs Culfa rayonunun Qızılca kənd sakini olan Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərinin olması, həmin şəxsə istifadə etmədiyi mobil telefon verməsi və həmin şəxslə bir neçə dəfə Culfa rayonunun Qızılca kəndində görüşüb, əxlaqsız hərəkətlərə yol verməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət olunandan sonra Zərərçəkmiş şəxs adlı qızla sevgi münasinətinin olduğunu, mobil telefonda mesajlaşdığını öyrənmiş, Zərərçəkmiş şəxs anası Solmaz adlı qadın ona mesaj yazanda Hüseynin onun qızı İlknura telefon verib, mesaj yazmasını demiş və o bunu oğlundan soruşduğu vaxt o inkar edib, yalan olduğunu dediyi üçün o oğlu Təqsirləndirilən şəxs inanmış, bu mövzuda maraqlanmamışdır. Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə əvvəlcədən aralarında şəxsi tanışlıq olmamış, oğlu Təqsirləndirilən şəxs başqa kiminləsə nikahdan kənar sevgi münasibətlərinin olması, mesajlaşıb-görüşməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs evli olduğu müddət ərzində həmişə ailəsinə, övladlarına diqqət və qayğı ilə yanaşmış, qazandığını evinə, ailəsinə xərcləmiş, onun nikahdan kənar hər hansı bir münasibətinin olmasından heç vaxt şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2024–cü il tarixli, 65 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır və qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqədə olmağa imkan vermir. Zərərçəkmiş şəxs qeyri-təbii (anal) yolla cinsi əlaqədə olmamışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2024-cü il tarixli, 440 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2024-cü il tarixli, 413 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. - 02 sentyabr 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən, baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan Tecno Spark 10 markalı telefonun göy rəngli olduğu, üzərinə qara rəngdə rezin materialdan olan qoruyucunun taxıldığı və ekranına qara rəngli ekran qoruyucu şüşənin yapışdırıldığı, ekranın yanındakı düymə ilə açdıqda müvafiq sxemdən ibarət kod istənildiyi, müəyyən edilmiş 1,4,5,8 rəqəmləri üzrə sxem kodunu yığdıqdan sonra telefonun ekranının açıldığı və proqramlar panelinin göründüyü, proqramlar panelindən Al Qalereya və Fotolar adlı proqrama daxil olduqda fotoşəkildən ibarət olan foto albomların olduğu müşahidə olunur ki, həmin albomlara daxil olan zaman Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə məxsus olan fotoşəkillərin və videogörüntülərin göründüyü, həmin fotoşəkillər və videogörüntülər içərisində Culfa rayon Qızılca kənd sakini olan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus olan foto və video görüntülər aşkar olunmadı. Mobil telefonda olan vhatsapp businness sosial şəbəkəsinə daxil olduqda həmin sosial şəbəkənin söhbətlər bölməsində Zərərçəkmiş şəxs aid olan hər hansı bir vhatsapp profili və icmarıc səhifəsi tapılmadı, zənglər bölməsində isə Təqsirləndirilən şəxs öz adına alaraq danışmaq üçün Zərərçəkmiş şəxs verdiyini bildirdiyi ***-***-**-** mobil nömrəsi ilə 18-21 avqust tarixləri aralığında mütəmadi olaraq zənglərin gedib-gəldiyi və danışıqların aparıldığı müşahidə olundu. Həmçinin Təqsirləndirilən şəxs polisə dəvət olunan zaman “Nəfəsim” adı ilə telefonuna qeyd etdiyi Zərərçəkmiş şəxs ilə bütün danışıqlarını və Zərərçəkmiş şəxs aid olan 3 ədəd yarıçılpaq və 1 ədəd çılpaq şəkillər olmaqla 4 ədəd uyğunsuz fotoşəkilləri də sildiyini bildirdiyindən Təqsirləndirilən şəxs məxsus olan Tecno Spark 10 markalı mobil telefona “Dumpster” proqramı (silinənlərin geri qaytarılması) yüklənilib, mobil telefonda silinən məlumatlar geri qaytarıldıqdan sonra həmin telefonda olan Vhatsapp Business sosial şəbəkəsinə aid proqramda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan və istifadə etməsi üçün Zərərçəkmiş şəxs verdiyi ***-***-**-** mobil nömrəsinin “Nəfəsim” adı ilə qeyd olunan Vhatsapp profilinin olduğu və həmin profilə daxil olduqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərinə yazdıqları sevgi ismarıclarının müşahidə olunduğu müəyyən edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin “Nəfəsim” adlı profilin qeydiyyatda olduğu ***-***-**-** mobil nömrəni və həmin nömrənin istifadə olunduğu Samsung Galaxy A2 Kore markalı mobil telefonu özünün alıb, Culfa rayon Qızılca kənd sakini olan Zərərçəkmiş şəxs sevgili kimi danışmaq üçün verdiyini və öz mobil telefonunda əvvəlcədən sildiyi “Nəfəsim” adı ilə qeyd olunan profildə Zərərçəkmiş şəxs ilə bir-birilərinə sevgi ismarıcları yazdıqlarını bildirmişdir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 03 sentyabr 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Culfa rayon İH-nin Kırna kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu ildə anadan olmuş X8, xx.xx.2012-ci ildə anadan olmuş X11 və xx.xx.2022-ci ildə anadan olmuş X12 adlı üç nəfər uşaq var. Cinayət işinin materiallarında olan Culfa rayon İH-nin Kırna kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan Culfa rayon Dini İcması tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə həmkəndliləri ilə rəftarı mehriban olmuş, hər kəsin rəğbətini qazanmışdır. Onun ailəsi və qonşuları ilə münasibəti mütəmadi yaxşı olmuş, hər zaman ailədə mehribançılıq yaratmışdır. Təqsirləndirilən şəxs kənddə özünü bacarıqlı və işgüzar göstərmiş, ahıllarla mehriban münasibət yaradaraq onlara hörmət edən insanlardan biri olmuşdur Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2010-cu ildə anadan olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 153.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla üç uşağının olmasını, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının ortalarından sonunadək 2-4 gün ara ilə 4 dəfə olmaqla Zərərçəkmiş şəxs ailə üzvlərinin məsciddə olmasından istifadə etmiş, ac olduğunu və ona dürmək verməsini bildirmiş, bu adla saat 20:00-dan 21:00-dək olan müddət aralığında Zərərçəkmiş şəxs yaşadığı və nənəsi Zübeydə Əliyevaya məxsus olan, Culfa rayonunun Qızılca kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olmuş, orada Zərərçəkmiş şəxs ilə bir neçə dəfə onun dodaq nahiyyəsindən öpməklə, əlini Zərərçəkmiş şəxs sinəsinə və cinsi orqanını Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə sürtərək aşkar şəkildə 16 yaşına çatmadığını bilə-bilə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən ona qarşı əxlaqsız hərəkətlər törətmişdir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayət iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası CM-nin 61.1, 61.1.1-ci maddələrinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə cəzanı ağırlaşdıran halın olmasını və cəzanı yüngülləşdirən halların mövcudluğunu, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, 31 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın təyin edilib edilməməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməli, o, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilənədək Naxçıvan MR X25 üzrə X13 rayon Qızılca kəndi üzrə mükəbbirimollası işləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası təyin edərkən törədilmiş cinayət xarakterini, ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Culfa rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Tecno Spark 10” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus C01257748 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə: H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Culfa rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Tecno Spark 10” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus C01257748 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-1/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-1/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver