Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-10/2023 02.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil bürosunun vəkili X5, tərcüməçi X4 iştirak ilə, Təqsirləndirilən şəxsxx.xx.1972-ci il tarixdə Türkiyə Respublikasının Mardin şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, səkkiz uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Mardin şəhəri, Sağlıq məhəlləsi, küçə 86016, bina 12, mənzil 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə etdiyi təmiz çəkisi 1,597 qram olan marixuana narkotik vasitəsini idarə etdiyi 33AFC083/33AFB660 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində tavana birləşik qutuda gizlətmiş, 26 fevral 2023-cü il tarixdə, saat 21 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının Mardin şəhərində yaşayır. Üç dəfə ailə qurmuş, 8 uşaq atasıdır, 3 yetkinlik yaşına çatmayan uşağı var. Təxminən 2 il Türkiyə Respublikasından Hollandiyaya meyvə və tərəvəz yükü daşımışdır. 8 ay olar ki, Türkiyə Respublikası-Hollandiya-İran İslam Respublikası-Naxçıvan-Türkiyə Respublikası marşrutu ilə yük daşıyır. 26 fevral 2023-cü il tarixədək “Özmüjde” firmasına məxsus olan “Volvo” markalı, 33AFC083/33AFB660 qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. 2023-cü ilin fevral ayının təxminən 10-da Hollandiyaya yük aparmış, 23 fevral 2023-cü il tarixdə Almaniyadan yüklədiyi tütün yükünü İranın Culfa şəhərinə gətirmiş, yükü boşaltmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından tranzit keçərək Türkiyə Respublikasına getmək üçün axşam saatlarında Azərbaycan Respublikasının Culfa gömrüyünə gəlmişdir. Gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinə it vasitəsilə yoxlama keçiriləcəyini bildirmiş, ondan idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş və gizlədilmiş nəyinsə olub-olmamasını soruşmuşdur. O, nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş və gizlədilmiş heç nə olmadığını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə itin tətbiqi ilə yoxlama keçirməyə başlamışlar. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində, kabinin tavanına birləşik dolabda əşyalarını yığdığı çantaya it reaksiya vermiş, həmin yerə gömrük əməkdaşı tərəfindən baxılmış və çantanın içərisindən bir müddət əvvəl özünün ora qoyduğu “esrar” aşkar edilmişdir. Sonra üzərinə yoxlama keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı Hollandiyada olarkən 15 avro qarşılığında şəxsi istifadəsi üçün xüsusi satış yerindən almış, bir hissəsini istifadə etmiş, sonra istifadə edər deyə qalan hissəsini çantaya qoymuşdur. Narkotik vasitəni satmaq, başqa şəxslərə vermək məqsədi olmamışdır. Narkotik vasitənin gömrük sərhədindən keçirməyin cinayət olduğunu bilir. Əvvəllər təxminən 10 dəfə Azərbaycan Respublikasının gömrük sərhədindən yük nəqliyyat vasitəsilə keçmiş, qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən narkotik vasitə, psixotrop maddə keçirməmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Hazırda ailə üzvləri pərişandır. Əməlindən çox peşmandır. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olmuşdur. Gecə saatlarında Türkiyə Respublikasına məxsus 33AFC083/33AFB660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmışdır. Sürücü ilkin olaraq nəqliyyat vasitəsini VAİS-də qeydiyyata aldırmış, pasport nəzarətindən keçmişdir. O, nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə söhbət etməyə başlamış, sürücüdən vətəndaşlığı, şəxsiyyəti və səfərinin məqsədi barədə soruşmuş, bundan sonra üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdur. Sürücü heç nə olmadığını bildirmişdir. Sürücü ilə biraz söhbət etdikdən sonra nəqliyyat vasitəsini yoxlamaq barədə qərara gəlmiş, kinoloji şöbənin əməkdaşı Uğur Ələkbərovu və 2 hal şahidi və tərcüməçi dəvət etmişdır. Onlara hüquq və vəzifələrini izah etmiş və sürücü barədə məlumat vermiş, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, kabinin tavanına birləşik dolabda əşyalar yığılmış çantaya “Cesika” ləqəbli xidməti it reaksiya vermiş, həmin çantaya yoxlama keçirmiş, çantanın içərisindən, 1 bükümdə kəskin iyli, açıq yaşıl rəngli, ot halında təxmini çəkisi 2,2 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar etmiş, həmin bükümü hal şahidlərinin iştirakı ilə qablaşdırmış, yoxlama və götürmə barədə müvafiq protokollar tərtib etmiş, protokollar sürücü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Culfa şəhərində yaşayır, daimi iş yeri yoxdur. Hərdən “Culfa” gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yüklənib-boşaldılmasında fəhləlik edir. 26 fevral 2023-cü il tarixdə Culfa gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 22-23 radələrində gömrük əməkdaşı Uğur onu və onunla birgə fəhləlik edən Etibar adlı şəxsi çağırmış, İrandan gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33AFC083/33AFB660 nömrəli yük nəqliyyat vasitəsindən şübhələndiyini və həmin nəqliyyat vasitəsinə onların iştirakı ilə baxış keçirmək istədiyini bildirmiş, etiraz etməmiş, gömrük əməkdaşı ilə birlikdə yoxlamanın keçiriləcəyi anbara getmişlər. Yoxlamadan əvvəl Uğur onlara sürücünü göstərmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da həmin şəxsi ilk dəfə gördüklərini bildirmişlər. Uğur sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan nəsə varsa təqdim etməsini təklif etmiş, o, nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli heç nə olmadığını bildirmişdir. Uğur nəqliyyat vasitəsinə baxmaq üçün başqa bir gömrük əməkdaşınadan xidməti iti gətirməsini xahiş etmiş, xidməti it nəqliyyat vasitəsinin kabinində yerləşən tavana birləşik qutuda olan çantaya reaksiya vermiş, Uğur həmin yerə baxmış, çanatanın içərisindən bir büküm açıq yaşıl rəngli, kəskin iyli kütlə aşkar etmişdir. Aşkar edilmiş kütlə onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, 2.2 qram olmuşdur. Protokol tərtib edilmiş, protokolu imzalamışlar. Sonra Uğur sürücünün üzərini yoxlamış və qadağan olunmuş nəsə aşkar olunmamışdır. Şahid2 ifadəsində onu da bildirmişdir ki, gömrük əməkdaşı sürücüdən çantanın kimə məxsus olduğunu, çantanın içərisindən aşkar edilmiş maddənin nə olmasını soruşmuş, sürücü çantanın ona məxsus olduğunu, maddənin esrar olduğunu, özü üçün Hollandiyadan aldığını, bir az istifadə etdiyini, qalanının çantada saxladığını bildirmiş, sürücüyə təzyiq, təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bəxtiyar oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 33AFC083/33AFB660 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yük nəqliyyat vasitəsinin kabinində, kabinin tavanına bitişik dolabda əşyaların yığılmış olduğu çantaya “Cesika” ləqəbli xidməti itin reaksiyasına əsasən baxış keçirilmiş və çantanın içərisindən 1 (bir) bağlamada kəskin iyli, açıq yaşıl rəngli, ot halında təxmini çəkisi 2,2 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 223 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində Türkiyə Respublikası vətəndaşı, Mardin şəhər sakini Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız zərfin içərisindəki, bir ədəd şəffaf sellofan torbada, bükümlə birlikdə çəkisi-2.2 qram, təmiz çəkisi 1,597 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra №146 ) daxildir. Qeyd: Marixuananın təmiz çəkisi- 1,597 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-1,547 qram. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 40 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs konnobionidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olundu. Hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 iyun 2003-cü il tarixdə X10 ilə ailə qurmuş (08 iyul 2015-ci il tarixdə boşanmış), 03 dekabr 2003-cü il tarixdə X11, 16 iyun 2006-cı il tarixdə X12 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 iyun 2017-ci il tarixdə X8 ilə ailə qurmuş, 02 iyul 2005-ci il tarixdə X14, 26 aprel 2012-ci il tarixdə X15 doğulmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 223 nömrəli, 28 fevral 2023-ci il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 07 mart 2023-ci il tarixli, 40 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə etdiyi təmiz çəkisi 1,597 qram olan narkotik vasitə marixuananı idarə etdiyi 33AFC083/33AFB660 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində tavana birləşik qutuda olan çantanın içərisində gizlətmiş, 26 fevral 2023-cü il tarixdə saat 21 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasındaistifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdəvə sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağın olmasını, uşaqların saxlanılması üçün yeganə qazanc əldə edən şəxs olmasını və narkotik maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 27 fevral 2023-cü il tarixdə tutma tətibiq olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 27 fevral 2023-cü il tarixdə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, 1,547 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, 1 ədəd «Samsung S20» markalı (İMEİ1 **********05977/01, İMEİ2 **********05975/01) mobil telefon, Culfa rayon Məhkəməsində olan U28007080 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə ona 4500 manat miqdarında cərimə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 3.500 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 1,547 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, 1 ədəd «Samsung S20» markalı (İMEİ1 **********05977/01, İMEİ2 **********05975/01) mobil telefon, Culfa rayon Məhkəməsində olan U28007080 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-10/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-10/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver