Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-10/2025 26.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs, mütəxəssis X4 iştirakı ilə, Təqsirləndirilən şəxs- 17 avqust 1965-ci il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 2 uşaq atası, işsiz, məhkumluğu olmayan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 206.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0.949 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, bir qismini istifadə etdikdən sonra 0,109 qram qurudulmuş marixuananı ağ rəngli kağıza, 0,840 qram qurudulmuş marixuananı gümüşü rəngli siqaret kağızına bükərək malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi göy rəngli qış gödəkcəsinin sol yan cibində gizlətməklə saxlamış, 11 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində hərəkət edən 98AA598 dövlət qeydiyyat nişanlı “Scania” markalı avtobusla sərnişin qismində Naxçıvan Muxtar Respublikasının ərazisinə gələn zaman üzərində daşımış, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin gün saat 23:05dəqiqədə Culfa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X12 önündəki çayxananın qarşısında saxlanılmış, üzərinə baxış keçirilərkən qara rəngli qış gödəkcəsinin sol yan cibindən 0,109 qram və 0,840 qramdan ibarət 2 ədəd bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 0,949 qram tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında tək yaşamışdır. İki dəfə ailə qurmuşdur. Birinci dəfə 1988-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbə sakini X7 ilə ailə qurmuş, 3 uşqları olmuşdur. 1990-cı ildə ondan ayrılmış və Bakı şəhərinə getmişdir. 1990-cı ildə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsi ilə, yəni quldurluq cinayət əməlini törətmiş, 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1999-cu il tarixdə azadlığa çıxmış, sonra Bakı şəhərində işləməyə başlamışdır. 2003-cü ildə yenidən Bakı şəhərində eyni maddə ilə cinayət əməlini törətmiş və 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2013-cü ildə cəzasını çəkib qurtarmış, azadlığa çıxmışdır. 2013-cü ildə əslən Lənkərandan olan Bakı şəhər sakini X8 ilə qeyri rəsmi ailə qurmuşdur. 2018-ci ildə Bakı şəhərində yaşayan zaman arvadına söz atması üstündə tanımadığı şəxslə mübahisə etmiş, dəmir parçası ilə onu vurmuş və Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə 2 il azadlıqdan məhrum edilmişdir. Hazırda dini nikahda olduğu X11 yaşayır. Özü uzun illər Naxçıvana gəlməmiş, təxminən bir il əvvəl Naxçıvanda, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan oğlu Əli Nəcəfov özünü asaraq intihar etmiş və həmin vaxt o yas mərasimində iştirak etmək üçün gəlmişdir. 11 fevral 2025-ci il tarixdə o Türkiyə Respublikasına ailəsinin yanına getmək üçün Bakıdan Naxçıvana yola düşmüş, avtobus ilə Biləsuvar gömrük postundan İran İslam Respublikasının ərazisinə daxil olmuşdur. Culfa şəhərinə çatdıqda avtobusu idarə edən sürücü, İran İslam Respublikasının vətəndaşı Əlirzaya yaxınlaşmış, narkotik vasitə almaq istədiyini ona bildirmiş, X19 Respublikasının Culfa şəhərində avtobus dayanan zaman orada olan ərzaq mağazasını ona göstərmiş, oradan narkotik vasitə əldə edə biləcəyini ona bildirmiş, o da həmin vaxt ərzaq mağazasına getmiş, satıcı ilə söhbət etmiş, narkotik vasitə almaq istədiyini ona bildirmiş, həmin vaxt satıcı ona əvvəlcə təxminən 2 qram marixuana vermiş, ardınca isə kakos növündə narkotik vasitəsinin də olduğunu bildirmiş, o da kakos almaq istədiyini demiş, ondan 0,4 qram kakos almış, satıcıya ümumilikdə 40 manat pul ödəmiş, daha sonra qara rəngli kurtkasının sol yan cibində gizlədərək həmin narkotik vasitəni gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu keçirmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna gəlmiş, gömrük postunun önündə çayxanada çay içdikdən sonra çayxananın qarşısına çıxmış, orada dayanmış, siqaret çəkən zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, bundan sonra o üzərində narkotik vasitə olduğunu polis əməkdaşına bildirmiş və həmin aldığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, üzərindən aşkar olunmuş maddələrin, marixuana narkotik vasitəsinin və kokos, yəni heroinin narkotik vasitə olduğunu bilmiş və həmin narkotik vasitələr ona məxsus olmuşdur. İran İslam Respublikasında olarkən orada aldığı narkotik vasitələrdən marixuanadan bir dəfə istifadə etmiş, üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün almış, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, Naxçıvan Muxtar Respublikası ərazisinə gətirmiş, Naxçıvan Muxtar Respublikasına gəlməkdə məqsədi Türkiyə Respublikasına getmək olmuşdur. Üzərindən aşkar olunmuş 02 ədəd bükümün içərisindəki maddənin marixuana olduğunu bilmiş, ona qarşı heç bir fiziki və mənəvi təzyiqlər olmamış, ona qarşı Polis Şöbəsində heç kim fiziki zor tətbiq edilməmişdir. İstintaq dövründə verdiyi ifadəsində İran İslam Respublikasından əvvələr gətirdiyi narkotik vasitəni əmioğlusu X6 ilə birlikdə istifadə etdiyini, həmin narkotik vasitə üçün Səyyubun ona 200 manat verdiyini bildirsə də, bu həqiqət olmamışdır. Seyyub ona hansısa vaxt narkotik vasitə alması üçün pul verməmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əsl adı Orduxandır, lakin el arasında ona Səyyub deyirlər. 1986-ci ildə X3 ilə ailə qurmuş, üç uşaqları var, hazırda ailəsi ilə birlikdə Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayır, fərdi şəkildə yaşadığı qəsəbədə usta işləyir. Təqsirləndirilən şəxs babası Məmmədbağır ilə onun babası Kərbəli əmioğlu olmuş və əlavə olaraq onun bacısı X15 Nəcəfovun böyük qardaşı Məmmədbağır Nəcəfovun arvadıdır. Təqsirləndirilən şəxs təxminən 1990-cı ildə həyat yoldaşı Zümrüd Nəcəfovanı və azyaşlı uşaqlarını yaşadığı Qıvraq qəsəbəsində tək qoyaraq Bakı şəhərinə getmiş və daha sonra onun Bakı şəhərində cinayət törətdiyini eşitmiş, o vaxtdan indiyədək Təqsirləndirilən şəxs Qıvraq qəsəbəsinə təxminən 2-3 dəfə gəlib qayıtmışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Zümrüd Nəcəfova və qızları Türkanə Nəcəfova və Rəksanə Nəcəfova hazırda Qıvraq qəsəbəsində yaşayırlar və onların Təqsirləndirilən şəxsla əlaqəsinin olmadığını bilir. Təqsirləndirilən şəxs oğlu X18 qəsəbəsində yerləşən Hərbi Hissədə MAHHXQ işləmiş və təxminən N il əvvəl həmin hərbi hissədə özünü asaraq intahar etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yasın 3-cü günü Qıvraq qəsəbəsinə gəlmiş, yasda iştirak etmiş və onunla görüşdükdə özü ilə gətirdiyi tramadol güclü təsir edici vasitəni birlikdə qəbul etmişlər və bir gün sonra o yenidən Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxsla uşaqlıqdan birlikdə böyümüş, həmçinin qardaşı Məmmədbağır Nəcəfov ilə qonşu olduğuna görə onlara getdikdə Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs yasa gəldiyi vaxtdan sonra görməmiş, onunla birlikdə narkotik vasitənin hər hansı bir növünü qəbul etməmişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu Əli Nəcəfovun yas mərasiminə gəldiyi müddətdə onunla birlikdə özü ilə gətirdiyi tramadol güclü təsir edən vasitəni qəbul etmiş, həmin vaxtdan indiyədək o, Təqsirləndirilən şəxs görməmiş, ona şəxsən və ya kiminsə vasitəsilə narkotik vasitə alması üçün pul verməmiş, həmçinin onunla birlikdə narkotik vasitənin hər hansı bir növünü qəbul etməmişdir. Əvvəllər narkotik vasitə və ya psixtorp maddə qəbul etmiş, lakin 2001-ci ildən sonra o, müalicə olunmuş və narkotik vasitə və ya psixotrop maddə qəbul etməyi dayandırmış, o vaxtdan indiyədək Təqsirləndirilən şəxsla bir dəfə oğlu Əli Nəcəfovun yas mərasiminə gəldikdə tramadolgüclü təsir edici vasitə qəbul etmiş və ondan sonra Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs 1990-cı ildən indiyədək Qıvraq qəsəbəsinə təxminən 2-3 dəfə gəlmiş, uzun müddət müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilməsi barədə məlumatı var. Onun Qıvraq qəsəbəsində və ya başqa hər hansı yerdə kimlərlə narkotik vasitə qəbul etdiyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu müddətdə də onunla telefon əlaqəsi saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, hazırda Culfa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. Culfa Rayon Polis Şöbəsinə Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Təqsirləndirilən şəxs” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Culfa şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, Culfa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və CAB-nin kiçik əməliyyat müvəkkili Şahid4 ilə birlikdə 11 fevral 2025-ci il tarixdə Culfa şəhərində narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə və istifadə etməkdə şübhəli olan Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs onlar tərəfindən “Culfa” gömrük postunun qarşısında yerləşən çayxananın önündə saxlanılmış, həmin şəxsin razılığı ilə onun üzəri yoxlanılmış və qara rəngli qış gödəkçəsinin sol yan cibindən 2 bükümdə narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitəni təqdim etdikdən sonra onlar tərəfindən həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Yoxlama zamanı video çəkiliş də aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2015-ci ildən gömrük orqanlarında xidmət edir. Hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda baş müfəttiş vəzifəsində xidmət edir. Şahbuz rayonunun Badamlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Bildirir ki, 11 fevral 2025-ci il tarixdə təxminən saat 21 radələrində “Culfa” gömrük postunda xidmətdə olarkən Bakı- Naxçıvan sərnişin avtobusunda hərəkət edən sərnişinlərin “Culfa” gömrük postu daxilində yoxlanışını həyata keçirərkən həmin sərnişinlər arasında olan Təqsirləndirilən şəxs da “Culfa” gömrük postundan sərnişin qismində keçərkən onun üzərini detektor vasitəsilə yoxlamış, lakin həmin şəxs özünü çox normal apardığı üçün ondan şübhələnməmiş, buna görə də əlavə olaraq şəxsi yoxlamaya cəlb etməmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyü nəzərə alınaraq, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 12 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Culfa Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən Culfa şəhərində yerləşən X9rşısında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün 11 fevral 2025-ci il tarixdə, saat 23:05 dəqiqədə Culfa rayon inzibati ərazi dairəsində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” Gömrük Postunun yaxınlığında yerləşən çay evinin qarşısında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman bir ədəd ağ rəngli kağıza bükülmüş, bir ədəd alüminyum folqaya bənzər predmetə bükülmüş marixuana narkotik vasitəsinə bənzər bükümlər və bir ədəd şəffaf sellofana bükülmüş heroin narkotik vasitəsinə bənzər büküm aşkar edilmişdir. - 12 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 23:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 177 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində ad, soyad və imzalar (8 imza) olan və 01 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN CULFA RAYON POLİS ŞÖBƏSİ ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofon bükümdə təmiz çəkisi – 0,159 qram olan sarımtıl-boz rəngli tozşəkilli maddənin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin əlamətləri müəyyən edilməmişdir. Maddənin tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin”, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na və “Zəhərli maddələrin siyahısına” daxil olan maddələrin izləri aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 176 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində ad, soyad və imzalar (8 imza) olan və 01 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN CULFA RAYON POLİS ŞÖBƏSİ ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0,109 qram və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi – 0,840 qram olmaqla ümumi təmiz çəkisi – 0,949 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı, İ bənd, sıra №146) daxildir. Marixuana narkotik vasitəsinin təmiz çəkisi -0, 949 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,889 qram. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 fevral 2025-ci il tarixli, 103 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 fevral 2025-ci il tarixli, 104 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Məcburi müalicəyə ehtiyacı yoxdur. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 326 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxındır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində sakit, özünəqapanıq, astagəl, biganə, laqeyd, vecsiz, nizamsız və s. kimi əlamətlər üstünlük təşkil edir. Təqsirləndirilən şəxs özünün əqli və psixi inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur, lakin Təqsirləndirilən şəxs hadisə barədə müəyyən məlumatları təhrif etməsi müşahidə olunur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 13 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 1(007)-18/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs son olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Kəngərli rayonu, Qıvraq qəsəbəsi İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Təqsirləndirilən şəxs uzun müddət Bakıda yaşamışdır. Buna görə də onun haqqında fikir formalaşdırmaq mümkün deyil. Qıvraq qəsəbəsində qeydiyyatda olduğu müddətdə onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 12 fevral 2025-ci il tarixdə tərtib olunmuş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci tarixli, 176, 177 nömrəli və 01 aprel 2025-ci il tarixli 326 nömrəli nömrəli ekspert rəylərini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 28 fevral 2025-ci il tarixli, 103 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini və 28 fevral 2025-ci il tarixli, 104 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0.949 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, bir qismini istifadə etdikdən sonra 0,109 qram qurudulmuş marixuananı ağ rəngli kağıza, 0,840 qram qurudulmuş marixuananı gümüşü rəngli siqaret kağızına bükərək malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi göy rəngli qış gödəkcəsinin sol yan cibində gizlətməklə saxlamış, 11 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində hərəkət edən 98AA598 dövlət qeydiyyat nişanlı “Scania” markalı avtobusla sərnişin qismində Naxçıvan Muxtar Respublikası ərazisinə gələn zaman üzərində daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 23:05-dəqiqədə Culfa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X12 önündəki çayxananın qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən qara rəngli qış gödəkcəsinin sol yan cibindən 0,109 qram və 0,840 qramdan ibarət 2 ədəd bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 0,949 qram tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” narkotik maddə olan marixuananın şəxsi istehlak miqdarından xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlusilah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 177 nömrəli materialların məhkəmə ekspertizası üzrə 90 manat, 12 fevral 2025-ci il tarixli, 176 nömrəli materialların məhkəmə ekspertizası üzrə 90 manat, 01 aprel 2025-ci il tarixli, 326 nömrəli məhkəmə psixoloji ekspertizası üzrə 90 manat Təqsirləndirilən şəxs alınıb Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0,889 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C01778045 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0,889 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza xərci- 270 manat Təqsirləndirilən şəxs alınıb Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C01778045 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-10/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-10/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver