Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-11/2023 05.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6 iştirakı ilə, Təqsirləndirilən şəxsxx.xx.1992-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhəri, Gödəkli kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, sürücü işləyən, Türkiyə Respublikasının İğdır şəhəri, Gödəkli kəndində yaşayan, barəsində xx.xx.2023-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqadarında təmiz çəkisi 1,052 qram olan narkotik vasitə qurudulmuş marixuananı sellofan paketə bükmüş və idarə etdiyi 76DP117/76DP118 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin orta aşağı hissəsində yerləşən, sənədlərin və əşyaların qoyulması üçün nəzərdə tutulan hissədə gizlətmiş, 8 mart 2023-cü il tarixdə, saat 13 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının İgdır şəhərinin Gödəkli kəndində yaşayır. Arvadından boşanmış, himayəsində bir azyaşlı uşağı var. Təxminən 7 ildir ki, tır sürücüsü işləyir. 08 mart 2023-cü il tarixədək “Karadağ” firmasına məxsus “Mercedes-Benz” markalı, 76DP117/76DP118 qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Təxminən 5 gün əvvəl Türkiyənin İzmir şəhərindən “kağız” yükü yükləmiş, İranın Qəzvin şəhərinə aparmış, oradan İranın Save şəhərinə getmiş, Türkiyəyə aparmaq üçün şüşə yükü yükləmiş, xx.xx.2023-cü il tarixində günorta saatlarında Azərbaycanın Culfa gömrüyünə gəlmişdir. Culfa Gömrük postunda sənədlərini yazdırmış, sonra gömrük əməkdaşı ona yaxınlaşmış, onunla sorğu sual etmiş, idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş və bəyan etməli olduğu nəyinsə olub-olmamasını soruşmuş, idarə etdiyi yüknəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya gizlətdiyi heç nə olmadığını bildirmişdir. Sonra gömrük əməkdaşı iki nəfər şahidin, tərcüməçinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin aşağı hissəsində sənədlər və əşyaların qoyulması üçün nəzərdə tutulan yerdən özünün gizlətdiyi “ot” adlandırdığı narkotik vasitəni aşkar edərək götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, ibtidai istintaq zamanı özünü təqsirli bilməsə də cinayət əməli törətmiş, cinayət əməli törətməsini etiraf edir. Narkotik vasitəni İİR-da olan zaman tanımadığı şəxsdən almış, bir az istifadə etmiş, qalan hissəsini nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin aşağı hissəsində sənədlər və əşyaların qoyulması üçün nəzərdə tutulan yerdə sənədlərin arxasında gizlətmişdir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Əvvəllər bir neçə dəfə Culfa gömrük postundan keçməklə Türkiyə Respublikasına yük aparmış, üzərində və nəqliyyat vasitəsində gömrük postundan narkotik vasitə, psixotrop maddə keçirməmişdir. Əməlindən çox peşmandır, himayəsində bir azyaşlı uşağı var. Uşağı anası atıb getmiş, onun himayəsində yaşayır. Əvvəllər hər hansı bir cinayət törətməmişdir. Onun cinayət törətməsi ailə üzvlərini pərişan etmişdir. Ailədə yeganı qazanc əldə edən şəxsdir. Atasının və anasının ehiyaclarını qarşılamaq üçün onlara da maddi köməklik edir, kredit borcları var. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. . Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi “Culfa” gömrük postunun inspektoru vəzifəsində işləyir. 8 mart 2023-cü il tarixində “Culfa” gömrük postunda giriş yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuşdur. Saat təxminən 13 radələrində Türkiyə Respublikasına məxsus 76DP117/76DP118 nömrə nişanlı yük nəqliyyat vasitəsi giriş istiqamətində avtomüayinə postuna daxil olmuşdur. O, sürücüyə yaxınlaşmış, onunla biraz söhbət etmiş, sürücünün verdiyi cavablar, çox həyəcanlı olması onda şübhə yaratmışdır. Bu səbədən də nəqliyyat vasitəsinə əsaslı yoxlama keçirmək qərarına gəlmişdir. Yoxlama başlamazdan əvvəl ilkin olaraq 2 nəfər hal şahidi, sürücü Türkiyə Respublikasının vətəndaşı olduğundan tərcüməçi dəvət etmişdir. Əvvəlcə nəqliyyat vasitəsinin saxlanc yerlərinə baxmış, sonra nəqliyyat vasitəsinin kabininə qalxmış və yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı kabində, idarəetmə panelinin orta aşağı hissəsində yerləşən sənədlərin və əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədən, yığılmış sənədlərin arxasından yarı şəffaf sellofan paketdə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddə aşkar etmişdir. Həmin maddə hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkmiş, qablaşma ilə birlikdə çəkisi 2.4 qram olmuşdur. Sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, lakin heçnə aşkar etməmişdir. Yoxlamalar bitdikdən sonra protokollar tərtib etmiş, protokolları imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Culfa şəhərində yaşayır. Daimi iş yeri yoxdur, hərdən Culfa gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yığılmasında, boşaldılmasında fəhləlik edir. 8 mart 2023-cü il tarixində “Culfa” gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 13-14 radələrində gömrük əməkdaşı Əli onu çağırmış, 76DP117/76DP118 nömrəli yük maşınına baxış keçirəcəyini bildirmiş və onun da hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmiş, Əli ilə birlikdə maşının dayandığı anbara gəlmiş, Muxtar adlı şəxsin də orada olduğunu görmüşdür. Əli nəqliyyat vasitəsini yoxlamazdan əvvəl sürücü Təqsirləndirilən şəxsı tanıyıb-tanımadıqlarını soruşmuş, özü və Muxta sürücünü tanımadıqlarını və ilk dəfə gördüklərini bildirmişlər. Sonra Əli sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir şey varsa, çıxarıb təqdim etməsini demiş, sürücü idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan etmədiyi nəsə olmadığını bildirmişdir. Əli sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamış və kabində idarəetmə panelinin orta aşağı hissəsində yerləşən, sənədlərin və əşyaların qoyulması üçün nəzərdə tutulan hissədən şəffaf sellofan paketdə, təxmini çəkisi 2,4 qram olan yaşıl rəngli, kəskin iyli maddə aşkar edərək götürmüşdür. Aşkar edilmiş kütlə onların da iştirakı ilə sənədləşdirilmiş və götürülmüşdür. Yoxlama bitdikdən sonra müvafiq sənədlər tərtib olunmuş və sənədləri imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə bərabər iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CMin 206.2-ci maddəsinə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mehmet Eminin idarə etdiyi 76DP117/76DP118 dövlət nömrə nişanlı, “Mercedes-Benz 1840 LS36” markalı yük nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, idarəetmə panelinin orta aşağı hissəsində yerləşən, sənədlərin və əşyaların qoyulması üçün nəzərdə tutulan hissədə, yarı şəffaf sellofan paketdə, təxmini çəkisi 2,4 qram olan yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür - Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 267 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqata təqdim edilən, üzərində Türkiyə Respublikası vətəndaşı İğdır şəhər Gödəkli kən sakini Təqsirləndirilən şəxs Mehmet Eminin idarə etdiyi yük nəqliyyat vasitəsində aşkar edilərək götürülmüş bir ədəd kağız zərfin içərindəki, bir ədəd yarı şəffaf sellefon torbada, təxmini çəkisi 2.4 qram, təmiz çəkisi 1,052 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siayhı İ bənd №146). Qeyd: Marixuananın təmiz çəkisi- 1,052 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 1,032 qramdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 57 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs marixuana narkomaniyası aşkar olundu. Hazırda məcburi müalicəyə ehtiyacı var. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş əhalinin qeydiyyat nümunəsindən müəyyən olunur ki, Aktaş X1, 05 may 2017-ci il tarixdə doğulmuş Aktaş Arifin atasıdır. X12 kənd İcra nümayəndəliyindın verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. X14 və Aktaş Hediye tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən Naxçıvan Muxtar Respublikası cəza çəkmə müəssisəsindədir. Oğlumuzun bu vəziyyəti biz ailə üzvlərinə çox pis təsir edir. Volkanın Türkiyə Respublikası Ankara şəhərində 1 uşaqlı ailəsi var. Oğlunun bu il məktəbə başlaması lazımdır. Maliyyə çətinliklərinə görə başlaya bilməyəcəyini Siz hörmətli dövlət nümayəndələrinə çatdırırıq. Volkan hazırda işləyib iki evə baxmaq öhdəliyinin olduğunu, həmçinin iki fərqli bankdan götürülmüş kredit borclarını X13 üzərində olduğunu, Volkanın kredit borcunun 4996 TL, 4990 TL, 5530 TL olduğunu və bu borcları ödəyə bilmədiyini və bir övladımızın da olduğunu, onun da evli, 1 uşaq atası olduğunu, onun da öz ailəsinə baxmaq məcburiyyətində olduğunu, bizlərə az da olsa dəstək olduğunu və bu dəstəyin borcları ödəməyə və ailəmizin keçinməsinə kifayət etmədiyini qeyd etmək istəyirik. Volkanın orada tutulmasının 3 ailəyə pis təsir etməsinə səbəb olduğunu Sizin hörmətli dövlət nümayəndəlirinin diqqətinə çatdırır və oğlumuz Volakanın sərbəst buraxılmasını xahiş edirk”. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 267 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli, 57 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi qənaətinə gəlir və işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqadarında təmiz çəkisi 1,052 qram olan narkotik vasitə qurudulmuş marixuananı sellofan paketə bükmüş, idarə etdiyi 76DP117/76DP118 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, alətlər panelinin orta aşağı hissəsində yerləşən, sənədlərin və əşyaların qoyulması üçün nəzərdə tutulan hissədə gizlətmiş, 8 mart 2023-cü il tarixdə saat 13 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasındaistifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdəvə sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Akdaş Volkan Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs Akdaş Volkan Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Akdaş Volkanın əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Akdaş Volkan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Akdaş Volkanın cəzasını yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını və narkotik maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Akdaş Volkan cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Akdaş Volkanın barəsində məhkəməyədək icraat zamanı 08 mart 2023-cü il tarixdə tutma tətibiq olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə Akdaş Volkanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Akdaş Volkanın 08 mart 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, Akdaş Volkana təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, 1.032 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilməli, Culfa rayon Məhkəməsində olan U******** nömrəli pasport Akdaş Volkana qaytarılmalıdır. Məhkəmə Akdaş Volkan barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Akdaş Volkan barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Akdaş Volkanda marixuana narkomaniyası aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Akdaş Volkana təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Akdaş Volkana Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Akdaş Volkan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Akdaş Volkanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4000 manat miqdarında cərimə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Akdaş Volkanın 08 mart 2023-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Akdaş Volkanın üzərində 3000 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Akdaş Volkanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Akdaş Volkan məhkəmə iclas zalında həbsdən azad edilsin. Akdaş Volkana marixuana narkomaniyasından məcburi müalicə təyin edilsin, narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 1.032 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa rayon Məhkəməsində olan U******** nömrəli pasport Akdaş Volkana qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-11/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-11/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver