Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-11/2025 20.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxxxx 1972-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikasının Ankara şəhərinin Mamamak ilçəsi, Türközü məhəlləsi, 395 nömrəsi küçə, ev 36, bina 26 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 1,676 qram psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri – 1,009 qram və 0,667 qram olmaqla 2 ədəd şəffaf sellofan bükümlərdə və ağ rəngli, üzərində “B2” yazısı olan 2 ədəd psixotrop maddə olan buprenorfin həbini (təsiredici maddəsinin miqdarı – 0,004 qram) isə 1 ədəd sellofan bükümdə yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisinə yerləşdirərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 06 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 10 ildir ki, tır sürücüsü işləyir. X4, Türkmənistana və başqa xarici ölkələrə yük aparmışdır. “Taş Kardeşler” şirkətinə məxsus 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük avtomobilini idarə etmişdir. Özbəkistanın Taşkənd şəhərinə aparmaq üçün təxminən hadisədən 30 gün əvvəl ofis ləvazimatları yükü ilə Türkiyə Respublikasının Erzurum şəhərindən yüklənmiş şəkildə həmin nəqliyyat vasitəsini təhvil almış və təxminən 15-20 gün ərzində yükü oraya aparmışdır. Yükü boşaltdıqdan sonra Özbəkistanın Novaiy şəhərindən Türkiyə Respublikasının İskəndərun şəhərinə aparmaq üçün gübrə yükünü yükləmiş və yola düşmüşdür. Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün İran İslam Respublikasının Culfa gömrüyünə gəlmiş, oradan isə 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Culfa gömrüyünə keçmişdir. Sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşı onunla bir qədər söhbət etmiş və daha sonra videoçəkiliş aparılmaqla yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini bildirmişdir. Yoxlama başlamazdan əvvəl ondan idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olub-olmadığını soruşmuş, o, isə 8 qutu (160 ədəd) siqaretdən əlavə yük nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olmadığını bildirmişdir. Yoxlama zamanı gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisindən 2 ədəd şəffaf sellofan paketdə 2,1 qram olan narkotik vasitəni və 1 ədəd şəffaf sellofan paketdə üzərində B2 yazıları olan 2 ədəd həbi aşkar etmişdir. Yoxlama bitdikdən sonra gömrük əməkdaşı müəyyən sənədlər hazırlamış və onlar da imzalamışdır. Daha sonra gömrük əməkdaşı onun üzərinə şəxsi yoxlama keçirəcəyini bildirmiş və onlar “Culfa” gömrük postunun şəxsi yoxlama otağına getmişdir. Gömrük əməkdaşı şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş heç bir şey aşkar etməmişdir. Şəxsi yoxlama bitdikdən sonra gömrük əməkdaşı yenə də müvafiq sənədlər hazırlamış və onlar da imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Özbəkistan Respublikasına yük apararkən İran İslam Respublikasında tanımadığı bir iranlı şəxslə avtomobil təmiri servisində tanış olmuş, həmin şəxs şüşə boruda metamfetamindən istifadə etmiş, ona da həmin metamfetamindən təklif etmiş, o da bununla razılaşmış, iranlı şəxs ona həmin metamfetamini və 3 ədəd həb vermiş, o həmin psixotrop maddələrin müqabilində həmin iranlı şəxsə pul verməmiş, aldığı metamfetaminin bir balacasını yolda olarkən ayranın qablaşdırılması üçün qabın üzərinə çəkilmiş folqa vasitəsilə istifadə etmiş, həmin həblərin də birini qəbul etmiş, həmin psixotrop maddələri İran İslam Respublikasından aldığı vəziyyətdə yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisində gizlətmişdir. Psixotrop maddələri satmaq, başqa şəxslərə vermək məqsədi olmamışdır. Əməllərindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Müseyib oğlu ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən gömrük əməkdaşı Ruslan ona yaxınlaşmış, İran İslam Respublikasından gələn Türkiyə Respublikasına məxsus 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə “Culfa” gömrük postunun anbarında yoxlama keçirəcəyini və onun da yoxlamada iştirak etməsini, həmçinin yoxlama zamanı videoçəkiliş aparması üçün ona kömək etməsini xahiş etmiş və o da bununla razılaşmışdır. Ruslan ilkin olaraq sürücünü ona təqdim etmiş, bu zaman sürücünün Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Daha sonra Ruslan yük nəqliyyat vasitəsini yoxlamağa başlamış və o da həmin yoxlamanı mobil telefonun kamerası vasitəsi ilə videoçəkiliş aparmaqla qeydiyyata almışdır. Ruslan ilk əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir predmetin olub-olmadığını soruşmuş, sürücü isə 8 qutu (160 ədəd) siqaretdən başqa qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. Daha sonra yük nəqliyyat vasitəsinin yoxlanışı başlamış, yoxlama zamanı Ruslan yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisindən 2 ədəd şəffaf sellofan paketdə duz kristalı halında, qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,1 qram olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd şəffaf sellofan paketdə üzərində B2 yazıları olan 2 ədəd ağ rəngdə naməlum tərkibli həbləri aşkar etmiş və qablaşdıraraq götürmüşdür. Yük nəqliyyat vasitəsinin yoxlaması bitdikdən sonra Ruslan müvafiq sənədləri hazırlamış, onlar da imzalamışlar. Daha sonra Ruslan müvafiq icazə aldıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmağa qərar vermiş və onlar Culfa gömrük postunun şəxsi yoxlama otağına getmişlər. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. Yoxlama bitdikdən sonra Ruslan şəxsi yoxlama barədə müvafiq sənədlər hazırlamış, onlar da imzalamışlar. Şahid1 məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət etmiş, səhhəti ilə əlaqədar Türkiyə Respublikasına gedəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 14 mart 2025-ci il tarixdə iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttinə yaxınlaşmış, o, sürücüyə yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmişdir. Sürücü ilə sorğu-sual zamanı onun Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra yoxlamada iştirak etməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanı videoçəkiliş vasitəsi ilə qeydə alması üçün gömrük əməkdaşı İbrahimi dəvət etmişdir. Yoxlamaya başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü ona nəqliyyat vasitəsində 8 qutu (160 ədəd) siqaretdən əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildirmişdir. Gömrük anbarında yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisindən 2 ədəd şəffaf sellofan paketdə duz kristalı halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,1 qram olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd şəffaf sellofan paketdə üzərində B2 yazıları olan 2 ədəd ağ rəngdə naməlum tərkibli həbləri aşkar etmiş və qablaşdıraraq götürmüşdür. Daha sonra yoxlama barədə müvafiq sənədlər hazırlamış və sürücü ilə İbrahim tərəfindən həmin sənədlər imzalanmışdır. Yük nəqliyyat vasitəsinin yoxlaması bitdikdən sonra sürücünün üzərinə şəxsi yoxlama keçirmək üçün müvafiq icazə almış və videoçəkiliş aparılmaqla “Culfa” gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağında sürücünün üzərinə baxış keçirməyə başlamış, şəxsi yoxlama zamanı şəxsin üzərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Şəxsi yoxlama bitdikdən sonra müvafiq sənədləri hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 mart 2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə videoçəkliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan rezin borunun içərisindən 2 ədəd şəffaf sellofan paketdə duz kristalı halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2.1 qram olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd şəffaf sellofan paketdə üzərində B2 yazıları olan 2 ədəd ağ rəngdə naməlum tərkibli həblər aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2025-ci il tarixli, 323 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki; 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,009 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi – 1,676 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; ll bənd; sıra 27) daxildir. 01 ədəd sellofan bükümdə ağ rəngli üzərində “B2” yazıları olan 02 həb (təsiredici maddəsinin miqdarı – 0,004 qram) psixotrop maddə olan buprenorfin dərman preparatlarıdır. Buprenorfin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına (ll siyahı, ll bənd, sıra 2) daxildir. Metamfetamin təmiz çəkisi – 1,676 qram, tədqiqata sərf edildi 0.06 qram, qalıq 1.616 qram. Buprenorfin həblərinin sayı – 02 həb; tədqiqata sərf edildi – 01 həb; qalıq – 01 həb. Qablaşdırma üçün istifadə edilən sellofan bükümlərin çəkisi – 0, 424 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 07 aprel 2025-ci il tarixli, 161 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 01 aprel 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş və elan edilmiş şahidlərin ifadələrini, 14 mart 2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2025-ci il tarixli, 323 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 07 aprel 2025-ci il tarixli, 161 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 76AF148/76DR221 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 1,676 qram psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri-1,009 qram və 0,667 qram olmaqla 2 ədəd şəffaf sellofan bükümlərdə və ağ rəngli, üzərində “B2” yazısı olan 2 ədəd psixotrop maddə olan buprenorfin həbini (təsiredici maddəsinin miqdarı – 0,004 qram) isə 1 ədəd sellofan bükümdə yük nəqliyyat vasitəsinin qoşqusunun sağ dolabında olan qara rəngli rezin borunun içərisinə yerləşdirərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 06 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İl siyahısına görə psixotrop maddə olan metamfetaminin xeyli miqdardan (0.15 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Buprenorfin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (lll siyahı, sıra nömrə 67) daxildir. Məhkəmə, “Narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidin ifadəsini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1,616 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd psixotrop maddə olan buprenorfin həbi və 1 ədəd qara rəngli rezin boru məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A03S” markalı (İmei1: **********17023/01, İmei 2: **********17025/01) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli xarici pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1,616 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd psixotrop maddə olan buprenorfin həbi və 1 ədəd qara rəngli rezin boru məhv edilsin. İş üzrə ekspertiza xərci 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd Samsung Galaxy A03S markalı (İmei1: **********17023/01, İmei 2: **********17025/01) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli xarici pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-11/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-11/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver