Məhkəmə qərarları › İş №1(089)-12/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-12/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-12/2023 19.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunun 1ci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində qeydiyyatında olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Chevrolet Aveo” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan 11 fevral 2023-cü il tarixdə, saat 00:30 radələrində Naxçıvan-Ordubad avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində idarə edərkən "X7" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimim sürətin məhtudlaşdırılması) və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmuş, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməmiş, həmin yolun 45-ci km-də avtomobili ehtiyatsızlıqdan yolun sağ kənarına aşırmış, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs daxili qanaxma, dalaqda zədələnmə, hemorragik şok, sol tərəfli pnevmotoraksdan ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirmiş və avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxs 9500 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində qeydiyyatdadır, təxminən bir ildən çoxdur ki, Naxçıvan şəhərinə işləmək üçün gəlmiş və kirayə evdə yaşayır. Naxçıvanda bir çox restoranlarda ofisiant işləmişdir. Hadisəyə qədər sonuncu iş yeri Ordubad rayonunda kafe olmuşdur. Adı Əfsanə olsa da kafelərədə Aytac adından istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Etibar adlı şəxsin idarə etdiyi avtomobil ilə Naxçıvan şəhərindən çıxmış, Ordubad rayonuna işə getmiş, gecə saatlarınadək işdə olmuşdur. Həmin gün havanın tam qaranlıq vaxtı kafedə işləyən Aygün adlı tanışı ona “bax gör kim gəlib” demiş, salona baxmış, kafedə 6-cı masada tanıdığı Səttar adlı şəxsin dostu Təvəkkül adlı şəxslə oturduğunu görmüş, onlara yaxınlaşmış, salamlaşmış, Səttara onlara Aygünün qulluq edəcəyini demiş, Səttar ona bizə sən qulluq et demişdir. Səttargilə çay, şokalad və semiçka vermişdir. Səttargil çay içdikdən sonra hesabı istəmiş, hesabı vermiş, Səttardan gedirsinizmi deyə soruşmuş, Səttar biz Naxçıvan şəhərinə gedirik, gəl sənidə aparaq demişdir. Saat təxminən 24 radələrində Naxçıvan şəhərinə getmək üçün kafedən çıxmışlar. Avtomobili Təvəkkül idarə etmiş, Səttar qabaq sərnişin oturacağında, özü isə arxa oturacaqda oturmuşdur. Biraz yol getdikdən sonra Səttar Təvəkkülə avtomobili ver Aytac idarə etsin demiş, Təvəkkül etiraz etmiş, Səttar Təvəkkülə təkid etmiş, Təvəkkül Səttarın sözünü yerə salmamış, avtomobili saxlamış, arxa oturacağa keçmiş, özü isə sükan arxasında oturmuş, Səttara avtomobil idarə edə bilmədiyini demişdir. Səttar avtomobili necə idarə etməsini ona göstərmiş, hərəkətə başlamışdır. Hərəkətdə olduqları zaman qarşıdan yol polisi avtomobili gəlmişdir. Səttar ona elə sür şübhələnməsinlər demişdir. Polis avtomobili keçib getmiş, arxa oturacaqda oturan Təvəkkül Səttara “Aytac avtomobili sürə bilmir saxlasın özüm sürəcəm” demiş, həmin vaxtı avtomobili saxlamağa çalışmış, necə saxlayacağını bilməmiş, bilmədən sürət pedalına basmış, idarəetməni itirmiş, avtomobil yolun kənarına aşmışdır. Avtomobil aşsa da özləri avtomobildən çıxmış və yolun kənarına gəlmişlər. Yoldan keçən bir avtomobilin sürücüsü onlara köməklik etmiş, Culfa rayon xəstəxanasına gəlmişlər. Təvəkkül və Səttar xəstəxanaya girmiş, özü xəstəxanaya girməmiş, Səttar ona xəstəxanaya girmə, bizim işimizə görə problem ola bilər demişdir. Səttar taksi çağırmış onu evə yola salmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şahbuz rayonunun Kəndşahbuz kəndində yaşayır. Hadisəyə qədər hərbi qulluqçu olmuş, 2-ci Qarabağ müharibəsində iştirak etmiş, bir neçə medalı var. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə getmiş, saat 18:00 radələrində işdən çıxmışdır. Onunla eyni hərbi hissədə xidmət edən Səttar adlı şəxs ona tanışı Aytac adı qızın (sonradan həmin qızının əsl adının Əfsanə olmasını bilmişdir) Ordubadda kafedə işlədiyini, işdən çıxandan sonra onu görməyə getməyi demiş, getmək istəməmiş, müxtəlif bəhanələr demiş, Səttar əl çəkməmiş, sonra razılıq vermişdir. Saat 21:00 radələrində idarə etdiyi Chevrolet markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səttarla birlikdə Ordubad rayonuna getmək üçün Naxçıvan şəhərindən çıxmış, Ordubad rayonuna çatmış və kafedə oturmuşlar. Səttarın tanışı olan Əfsanə onlara yaxınlaşmış, salamlaşmışlar. Kafedə təxminən 1 saat oturmuşlar. Hesabı ödədikdən sonra Naxçıvan şəhərinə gəlmək üçün kafedən çıxmışlar. Əfsanə də onlarla birlikdə Naxçıvan şəhərinə gəlmək üçün avtomobilə minmişdir. Kafedən çıxan zaman avtomobili özü idarə etmiş, Səttar ön sərnişin oturacağında, Əfsanə isə arxa oturacaqda oturmuşdur. Hərəkətdə olduqları zaman Əfsanə ona avtomobili sürmək istədiyini demiş, avtomobili Əfsanəyə vermək fikri olmamış, lakin Səttar Əfsanə mənim tanışımdır, ver sürsün demiş, avtomobili saxlamış, arxa oturacağa keçmiş, Əfsanə isə sükan arxasına keçmiş, hərəkətə başlamışlar. Əfsanə avtomobili 90 km/saat sürətlə normal idarə etmiş, həmçinin avtomobili idarə edən zaman Səttarla söhbət etmişlər. Əfsanənin avtomobili idarə etməsindən narahat olmuş, gözünü yoldan çəkməmiş, Əfsanə Səttara acıq vermək üçün avtomobili sağa və sola istiqamətləndirmiş, Əfsanəyə elə etmə yoldan çıxa bilərik demiş, Əfsanə avtomobili normal idarə etməyə başlamış, gözlərini açdığında xəstəxanada olduğunu görmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir ki, qeyd olunan avtomobili 7 ay olar ki, 9 min manata almış, lakin rəsmləşdirməmişdir. Ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs tələbi, şikayəti, mülki iddiası yoxdur. Onu bağışlayır, məhkəmədən də onun bağışlanmasını xahiş edir. Hadisə baş verən gün Ordubad rayonununa getmək üçün Səttar avtomobilə benzin almış, maaş alan zaman 30-40 manat verəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022ci ilin oktyabr ayından N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. 2021-ci ildə “Mercedes 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, 2022-ci ilin əvvəllərində həmin avtomobili satmaq üçün elanlara qoymuşdur. Nihad adlı şəxs mobil nömrəsinə zəng vurmuş, avtomobili barter etmək istədiyini demişdir. 2022-ci ilin mart ayında Nihadla Naxçıvan şəhərində görüşmüş, Nihad “Chevrolet Aveo” markalı avtomobil ilə gəlmişdir. Bir gün sonra avtomobili ustaya göstərmiş və X9 İdarəsinə getmiş, avtomobili sənədləşdirmişlər. 15 gün avtomobili idarə etmiş, yaxşı işləmədiyini görmüş, Nihada zəng etmiş, bu barədə məlumat vermiş, Nihad ona, “məndə “Chevrolet Lasetti” markalı avtomobil var istəyirsənsə gəl onunla barter edək” demişdir. Nihadla Naxçıvan şəhərində görüşmüş, Nihadın “Chevrolet Lacetti” avtomobilinə baxmış, Nihaddan aldığı “Chevrolet Aveo” markalı avtomobili özünə vermiş, ondan “Chevrolet Lacetti” markalı avtomobili almış, Nihada ““Chevrolet Avea” markalı avtomobilin nasazlığını aradan qaldırdıqdan sonra kiməsə satmaq istəsən, məni çağırarsan sənədləşməyə imza ataram” demişdir. Nihadın vasitəsi ilə aldığı “Chevrolet Lacetti” markalı avtomobilə mülkiyyətçidən həyat yoldaşının adına etibarnamə almış, təxminən 15 gün sonra Nihadla danişmış, Nihad hələ avtomobili düzəltmədiyini bildirmişdir. Nihada təlim kursuna gedəcəyini və bir neçə ay onunla görüşə bilməyəcəyini demiş, 2022-ci ilin iyul ayında kursa getmişdir. 2022-ci ilin sentyabr ayında Nihadla əlaqə saxlamış, Nihadın avtomobili təmir edərək kiməsə satdığını və sənədləşməyə imza atacağını demişdir. Nihada kursu bitirdikdən sonra sənədləşdirə biləcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində kursu bitirmiş, işə düzəlmiş, 2022-ci ilin oktyabr ayının 22-si məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu müddətdə Nihada zəng etmiş, Nihad ona mobil nömrə vermiş, avtomobili nömrənin sahibinə satdığını onunla əlaqə saxlamasını və avtomobili sənədləşdirmələrini demişdir. Nömrəyə zəng etmiş, Təvəkkül adlı şəxslə oktyabrın ayının 24-ü Naxçıvan şəhərində görüşmüş, səhərisi gün Yol Polisi İdarəsinə gedib avtomobili sənədləşdirmək barədə razlaşmışlar. Səhərisi gün Təvəkkülə zəng vurmüş, o zəngə cavab verməmişdir. Həmin gün axşam Təvəkkül zəng etmiş vaxtının olmadığını demişdir. 08 noyabr 2022-ci il tarixdə Təvəkkülü hərbi hissənin qarşısında görmüş, ona mənə zəng et avtomobili sənədləşdirək demiş, Təvəkkül yenə zəng vurmamışdır. 2022-ci ili dekabr ayında Təvəkkülün atası ona zəng etmiş, avtomobili sənədləşdirmək üçün onunla 8 dekabr 2022-ci il tarixdə Naxçıvan şəhərində görüşmüşlər. Notariusda yalnızca sürücülük etibarnaməsi verə biləcəklərini bildirmiş, atası Təvəkkülə zəng etmiş, bu barədə məlumat vermiş, Təvəkkül razı olmamışdır. Təvəkkülün atasına 20 dekabr 2022-ci il tarixədək məzuniyyətdə olacağını, həmin vaxtadək avtomobili sənədləşdirmək üçün onunla əlaqə saxlamalarını bildirmişdir. Təvəkkülün atası ona sənəd olmadığı üçün avtomobili idarə edə bilmədiklərini demişdir. 15 dekabr 2022-ci il tarixdə təkrar Təvəkkülə zəng etmiş, telefona zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan-Ordubad avtomobil yolunda qeyd olunan avtomobil ilə törədilən yol-nəqliyyat hadisəsi barədə məlumatı olmamış, bu barədə sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 09 aprel 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. 10 fevral 2023-cü ildə iş vaxtı bitdiyi üçün yaşadığı Şahbuz rayon Badamlı qəsəbəsinə getmiş, paltarlarını dəyişdikdən sonra onunla eyni bölükdə xidmət edən çavuş Qəhramanlı Təvəkkülə zəng etmiş, Ordubad rayonuna getməsini xahiş etmişdir. Təvəkküllə razılaşmış, evdən çıxmış və Naxçıvan şəhərinə gəlmişdir. Saat 21 radələrində Ordubad rayonuna getmək üçün Naxçıvan şəhərindən çıxmışlar. Ordubad rayonuna getməkdə məqsədi Ordubad rayon Əylis kəndində olan kafedə ofisiant kimi işləyən əvvəlcədən Aytac adı ilə tanıdığı, sonradan adının Əfsanə olduğunu bildiyi xanımı görmək olmuşdur. Əfsanəni Naxçıvan şəhərində Qədim Dünya adlanan kafedə işlədiyi vaxtdan tanımışdır. Kafeyə çatandan sonra Təvəkküllə çay içmişlər, onlara Əfsanə xidmət etmişdir. Kafedən çıxmağa az qalmış Əfsanə onu da Naxçıvan şəhərinə aparmağı xahiş etmiş, etiraz etməmişlər. Hər üçü də kafedən çıxmış, Təvəkkülün idarə etdiyi avtomobil ilə Naxçıvan şəhərinə gəlmək üçün hərəkətə başlamışlar. Özü ön sərnişin oturacağında, Əfsanə isə arxa oturacaqda oturmuşdur. Kafedən biraz aralandıqdan sonra Əfsanə avtomobili “verin mən idarə edim” demiş, Təvəkkül tərəddüt etmiş, Təvəkkülə avtomobili idarə etmək üçün Əfsanəyə verməsini demiş, Təvəkkül etiraz etməmiş, avtomobili saxlamış, Əfsanə sükan arxasına, Təvəkkül isə arxa oturacağa keçmişdir. Təvəkkülü avtomobili Əfsanəyə idarə etməsi üçün verməyə məcbur etməmişdir. Hərəkətə başladıqdan sonra Əfsanə avtomobili normal idarə etmiş, Culfa rayonunun Yaycı kənd yol ayrıcına yaxınlaşan zaman özü musiqini dəyişmək istəmiş, həmin vaxt avtomobilin yoldan çıxaraq torpaq yola keçməsini hiss etmiş, Əfsanə avtomobili saxlaya bilməmiş, yolun kənarında torpaq yolda biraz irəliləmiş, yenidən asfalt yola qayıtmış, avtomobil yoldan çıxaraq bir neçə dəfə dövrə vurmuş və aşmışdır. Avtomobil dayandıqdan sonra öz tərəfinin qapısını açmağa çalışmış, qapı açılmamışdır. Əfsanə qorxudan donub qalmış, onu silkələyib özünə gətirmişdir. Arxa oturacağa baxmış, Təvəkkülün avtomobildə olmadığını görmüşdür. Sürücü tərəfin qapısını təpiklə vurub açmış, Təvəkkülü axtarmağa başlamış, Əfsanə qışqıraraq Təvəkkül burdadı demiş, Əfsanəyə yaxınlaşmış, Təvəkkülün yerdə uzanaraq onu çağırdığını, Təvəkkülün avtomobildən yerə düşdüyünü görmüşdür. Asfalt yola qaçmış və Naxçıvan şəhəri tərəfdən gələn avtomobili saxlatmış, həmin avtomobildə olan şəxslərin köməyi ilə Təvəkkülü avtomobilə mindirmiş, birlikdə Culfa rayon xəstəxanasına gəlmişlər. Təvəkkül xəstəxanada müayinə edilmiş, sonra Naxçıvan şəhərinə yola salınmışdır. Xəstəxanadan çıxdıqdan sonra Əfsanəni xəstəxanada görməmiş, taksi ilə Naxçıvan şəhərinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Müşfiqin idarə etdiyi avtomobil ilə Naxçıvan şəhərinə hava limanına adam aparmışlar. Hava limanından Ordubad rayonuna qayıdan zaman, saat təxminən 00:30 radələrində Ordubad rayonu istiqamətində Culfa rayonunun Yaycı kənd yolayrıcını keçdikdən sonda yolun sol kənarında uzaq məsafədən işıq gəldiyini görmüş, Müşviqə avtomobil işığına oxşayır demiş, Müşfiq avtomobili saxlamaq istəyən zaman bir nəfər yol kənarından avtomobilin qabağına gəlmiş, avtomobili saxlamış və yerə enmişlər. Həmin şəxs qəza baş verdiyini demiş, avtomobilin yanına getmişlər. Avtomobildən təxminən 10 metr məsafədə bir nəfərin yaralı halda yerdə uzandığını, avtomobilin yanında bir qadının da olduğunu görmüşlər. Yaralı şəxsi aparıb avtomobilə uzatmış və onları Culfa rayon xəstəxanasına gətirmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş- Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin xx.xx.2023-cü il tarixli 1/279 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, sürücülük vəsiqəsi yoxdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli 129 №-li ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: daxili qanaxma, dalaqda zədələnmə, hemorragik şok, sol tərəfli pnevmotoraks. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və eləcə də avtoqəza zamanı yarana bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur. Bu xəsarətlər dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 28 fevral 2023-cü il tarixli, 216 saylı ekspert rəyində qeyd edilmişdir ki, verilmiş məlumatlara əsasən, “Chevrolet Aveo” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 28 fevral 2023-cü il tarixli, 217 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş, 24 fevral 2023-cü il tarixli nöqsan aktında avtomobilin qalıq dəyəri haqqında məlumat olmadığından dəymiş ziyanı hesablamaq mümkün olmadı. 2011-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, sedan tipli avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 9500 manat müəyyən olunur. Naxçıvan MR DİN-nin Tİİ-in ƏSİB-dən verilmiş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən öz təsdiqini tapmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Chevrolet Aveo” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan 11 fevral 2023-cü il tarixdə, saat 00:30 radələrində Naxçıvan-Ordubad avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində idarə edərkən "X7" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimim sürətin məhtudlaşdırılması) və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmuş, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməmiş, həmin yolun 45-ci km-də avtomobilı ehtiyatsızlıqdan yolun sağ kənarına aşırmış, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs daxili qanaxma, dalaqda zədələnmə, hemorragik şok, sol tərəfli pnevmotoraksdan ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirmiş və avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxs 9500 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin onu bağışlamasını, vurulmuz zərərin ödənilməsini, cinayət əməli törətməsindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məkəmə qanuni və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, ona 1 il 6 ay sınaq müddəti müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerı getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, təqsitləndirilən Təqsirləndirilən şəxs təyin edilən 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə cinayət iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-in duracağında saxlanılan “Chevrolet Aveo” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmaması barədə məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edildiyindən, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddi yoxdur, zərər çəkmiş Zərərçəkmiş şəxs dəymiş 9500 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 1 il 6 ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-in duracağında saxlanılan “Chevrolet Aveo” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın İşdə mülki iddia yoxdur. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar