Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-12/2024 26.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 26 iyul 2024-cü il tarixdə, saat 17:40-da Culfa rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Culfa rayon Qazançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, işsiz, subay, Culfa Rayon Məhkəməsinin 1(089)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, natamam orta təhsilli, Culfa rayon Teyvaz kəndində pasport qeydiyyatında durmaqla həmin kənddə yaşayan, 15 mart 2024-cü il tarixdə barəsində Culfa rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ərzaq mağazasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Culfa rayon Milax kənd xidmət mərkəzində yerləşən Culfa rayon Milax kənd sakini olan Zərərçəkmiş şəxs məxsus olan ərzaq mağazasının giriş qapısının şüşəli hissəsini qırıb mağazaya daxil olaraq siyirmədən 110 manat pul vəsaiti və ümumi dəyəri 161.34 manat olan ərzaq və tütün məmulatlarını tamah niyyəti ilə qəsdən gizli yolla talayaraq oğurlamış və həmçinin mağazaya daxil olan zaman 61.20 manat dəyərində olan mağazanın giriş qapısının şüşəli hissəsini qırmış, nəticədə Zərərçəkmiş şəxs təxminən ümumilikdə 332.54 (üç yüz otuz iki manat əlli dörd manat əlli dörd qəpik ) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o xx.xx.2006-cı il tarixdə Culfa rayon Qazançı kəndində anadan olduğunu, hal-hazırda atası X5 və anası X9 ilə birlikdə Culfa rayon Teyvaz kəndində atasına məxsus olan evdə yaşadığını, 2023-cü ilin mart ayında qonşuluqlarında olan X8 məxsus olan evə gizli yolla girərək həmin evdən 509 manat pul oğurladığına görə Culfa Rayon Məhkəməsinin 1(089)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğunu, hal-hazırda həmin cəzanın müddətinin birməsinə 4 aya yaxın müddət qaldığını, o həmin cəzanı ailəsinin yanında Culfa rayon Teyvaz kəndində çəkdiyini, xx.xx.2024-cü il tarixdə o təxminən saat 19:00 radələrində yaşadığı Teyvaz kəndində yerləşən atasına məxsus olan evdən heç kimə məlumat vermədən çıxdığını, sonra Teyvaz kəndindən Milax kəndinə dağ yolları vasitəsilə gəldiyini, o yolda gələrkən evlərinin aşağısında olan “sarı daş” adlanan yerə çatan zaman Naxçıvan Muxtar Respublikasının Ədəliyyə Nazirliyinin əməkdaşları tərəfindən ona nəzarət edilməsi üçün ayağına bağlanmış biləkliyi, özü ilə evdən götürdüyü bıçaq vasitəsilə kəsərək yerə atdığını və daha sonra yenə Milax kəndi istiqamətində hərəkət etdiyini, təqribən bir saatdan sonra Milax kəndinə çatdığını, Milax kəndinə çatandan sonra Milax kəndində Milax kənd İcra nümayəndəliyinin yaxınlığında yerləşən ərzaq mağazasının qarşısına gəldiyini, Mağazanın qapısının kənarları metal materialdan olsada orta hissəsi şüşədən ibarət olduğunu, o Teyvaz kəndindən Milax kəndinə gələrkən yoldan özü ilə birlikdə gətirdiyi daş parçasını kənarda dayanaraq həmin mağazanın qapısının üzərində olan şüşəyə tulladığını, daşın həmin şüşəyə dəyməsi nəticəsində qapının şüşəsinin ortadan qırılaraq orta hissəsinin yerə töküldüyünü, o həmin qapının qarşısına gələrək təpiyi ilə vuraraq qapının üzərində olan şüşələri də yerə saldığını, daha sonra həmin şüşənin yerindən mağazanın içərisinə daxil olduğunu, içəri daxil olduqdan sonra o mağazada olan stola tərəf getdiyini, stolda olan çəkməcələrə baxdığını, Siyirmə olan çəkməcələrin birinin içərisində miqdarını bilmədiyi bir manatlıq əskinazlar olan bir dəstə pul olduğunu, həmin pulun hamısını götərək cibinə qoyduğunu, daha sonra mağazanın içərisində olan 04 ədəd təqribən çəkisi 01 kq olan “Naxçıvan” kolbasasını, təqribən çəkisi 0.5 kq olan sasiskanı, 04 ədəd hər biri 500 ml-lik tənəkə qutuda olan meyvə suyunu, 02 ədəd hər biri 0.5 kq olan salafan paketdə boz rəngli günəbaxan tumunu, 02 ədəd hər biri təqribən 100 qram olan paketdə olan tamatlı fıstığı, 04 ədəd içərinsində 08 ədəd bakquş olan paçkanı, 04 ədəd orbit saqqızını, ovcu tutduğu qədər nazar sakkızını, 6 qutu Kardinal siqaretini, 26 qutu Keno siqaretini, 4 qutu Vant X-line siqaretini, 2 qutu Qarabağ siqaretini, 1 qutu Vinston siqaretini və 2 ədəd Patos cipsilərini, 04 ədəd isə alışqanı götürərək orada olan salafan torbaların içərisinə doldurduğunu, sonra həmin torbaları özü ilə götürərək mağazanı tərk etdiyini, o mağazadan çıxandan sonra biraz yol getdikdən sonra mağazadan götürdüyü məhsullardan bir neçəsini yeyib içdiyini, qalanların bir miqdarını ağır olduğundan yolun kənarına atdığını, qalan məhsulları isə özü ilə birlikdə apardığını, o yolda olan tərk edilmiş obanın yanından keçən zaman oradan bir ədəd un kisəsi taparaq həmin özü ilə apardığı məhsulları kisənin içərisinə qoyduğunu və yoluna davam etdiyini, o yolda bir neçə yerdə od yandıraraq dincəldiyini və isindiyini, o yolda bir neçə saat hərəkət etdiyini və artıq səhər açıldığını, lakin o hələdə yaşayış olan heç bir yerə çata bimədiyini, bir neçə saat da yol ilə davam etdikdən sonra bir kəndə çatdığını, həmin kənddə bir nəfər yaşlı kişi ilə rastlaşdığını, həmin kişini ondan haralı olduğunu soruşduğunu, o da ona çoban olduğunu bildirərək ondan buranın sərhədə yaxın yer olub-olmadığını soruşduğunu, o da ona həmin yerin Şahbuz rayon Külüs kəndi olduğunu və həmin kənddin Ermənistan sərhədinə yaxın olduğunu bildirdiyini, o həmin şəxsdən uzaqlaşdığını və biraz yol ilə hərəkət etdiyini, bir neçə dəqiqən sonra polis əməkdaşlarının onu saxlayaraq kim olmağı barədə məlumat almaq istədiklərini, o da ilkin olaraq onlara yanlış məlumat vermək itəsə də daha sonra onlara kim olduğunu və etdikləri barədə məlumat verdiyini, bundan sonra həmin polis əməkdaşlarının onu Culfa Rayon Polis Şöbəsinə təhvil verdiklərini, oğurluq etdiyi mağazanın kimə məxsus olmasını bilmədiyini, Milax kəndində yerləşən ərzaq mağazasına girərək məqsədinin tamah niyyəti ilə oradan ərzaq məhsulları və pul götürmək olduğunu , o mağazadan ayrıldıqdan sonra yolda mağazadan götürərək cibinə qoyduğu pulu çıxardıb sayan zaman həmin pulun 110 manat olduğunu öyrəndiyini, o mağazaya daxil olaraq əşyaları götürən zaman onun yanında heç kimin olmadığını, o həmin əməli özünün tək törətdiyini və ona heç kimin köməklik etmədiyini, onun bu əməli törətməyindən və törədəcəyindən heç kimin məlumatının olmadığını, həmin ərzaq mağazasından gizli yolla götürdüyü ərzaq və tütün məmulatlarından bir qismini dağ yolu ilə gedən zaman istifadə etdiyini və bəzilərini isə ağır olduğundan və daşıya bilmədiyi üçün dağda ataraq yükünü yüngülləşdirdiyini, polislər tərəfindən saxlanılan zaman üzərində siqaretdən bəzilərinin, saqqızların bir hissəsinin və bir neçə yandıranın qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəx və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1983-cü ildən Culfa rayon Milax kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışdığını və 2012-ci il tarixdən Milax kənd xidmət mərkəzində yerləşən ərzaq mağazasını icarəyə götürərək 2024-cü ilədək icarə müqaviləsi ilə, 2024-cü ilin yanvar ayından isə həmin mağazanı arvadı Şahid1 adına özəlləşdirməklə işlətdiyini, həmin ərzaq mağazasını arvadının adına özəlləşdirməyinə baxmayaraq 2012-ci il tarixdən həmin mağazada bütün sənədləşdirmə işləri, bank əməliyyatları və alqı-satqı işləri etibarnamə ilə ona həvalə edildiyini və bütün əməliyyatlarin onun adından həyata keçirildiyini, yalnız o Milax kənd tam orta məktəbində dərsdə olduğu müddət ərzində arvadının mağazada satıcı kimi fəaliyyət göstərdiyini və qalan bütün vaxtlarda mağazada özünün olduğunu və satış işlərini də özünün həyata keçirdiyini, həmçinin şirkətlərdən malların götürülməsi və digər prosesləri də özünün həyata keçirdiyini, onlar mağazanı səhər saat 10:00 radələrində açaraq axşamüstü saat 19:00 radələrində bağladıqlarını, xx.xx.2024-cü il tarixdə yenə eyni qaydada o saat 12:00-dək Milax kənd orta məktəbində dərsdə olduğu üçün arvadı Şahid1 mağazada olduğunu və daha sonra isə mən o dərsdən çıxaraq mağazada onu əvəz etdiyini, xx.xx.2024-cü il tarixdə o saat 19:00-dək mağazada olduğunu və həmin saatdan sonra mağazanı bağlayaraq yaşadığı Culfa rayon Milax kəndində yerləşən ünvanına getdiyini, xx.xx.2024-cü il tarixdə səhər saat 08:30-da Milax kənd tam orta məktəbində dərsi olduğu üçün məktəbə getdiyini, həmin vaxt saat təqribən 09:40 radələrində o məktəbdə ikinci dərsdə olan zaman onun ***-***-**-** nömrəli mobil telefonuna zəng gəldiyini və o telefonu açan zaman həmkəndlisi olan Şahid2 telefonda ona Milax kəndində onlara məxsus olan mağazanın qapısının şüşəsinin sındırıldığını bildirdiyini, bundan sonra o cəld şəkildə məktəb rəhbərliyinə məsələ barədə məlumat verib icazə alaraq məktəbdən çıxıb mağazasının yerləşdiyi yerə getdiyini, həmin yerə çatdıqda həqiqətən də mağazanın giriş qapısının şüşəsinin sındırılaraq ətrafa səpələndiyini gördüyünü və yaxından baxdıqda mağazanın içərisindəki ərzaq məhsullarının də bəzilərinin yerə töküldüyünü və dağıdıldığını müşahidə etdiyini, həmin vaxt kəndin icra nümayəndəsi Şahid5 da onunla birlikdə mağazaya yaxınlaşdığını və onun ona artıq bu barədə polisə məlumat verildiyini bildirdiyini, onlar polis əməkdaşları hadisə yerinə gələnədək mağazaya daxil olmadıqlarını və heç yerə əl vurmadıqlarını, polis əməkdaşları həmin yerə gəldikdən sonra onlarla birlikdə mağazaya daxil olduğunu və mağazaya polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman o kassa aparatlarının yerləşdiyi stolun alt hissəsindəki balaca kassada olan pul vəsaitlərinin yerində olduğunu, lakin stolun, həmin kassa aparatının altında yerləşən 1-ci siyirməsində olan 110 manat pul vəsaitinin oradan götürüldüyünü müəyyən etdiyini, daha sonra mağazaya göz gəzdirdikdə içəridən 110 manat pul vəsaitindən başqa 04 ədəd, təqribən 1 kq ağırlığında 8 manat dəyərində Naxçıvan kolbasasının, təqribən yarım kq ağırlığında olan 4 manat dəyərində sardella sosiskalarının, hər birinin dəyəri 1 manat olan 04 ədəd tənəkə qutuda ice tea meyvə sularının, hər birinin dəyəri 5,6 manat olan 02 ədəd 0.5 kq-lıq günəbaxan tumlarının, 02 ədəd hər birinin qiyməti 1,4 manat olan 100 qramlıq tamatlı fıstıqların, 04 ədəd hər birinin içərisində 08 ədəd bakquş olan və hər birinin dəyəri 2 manat olan bağlamaların, 04 ədəd hər birinin dəyəri 1 manat olan orbit saqqızının, təqribən 12 ədəd hər biri 5 qəpik dəyərində olan nazar saqqızının, 04 ədəd hər birinin dəyəri 40 qəpik olan alışqanın, 6 qutu hər birinin dəyəri 3.5 manat olan Kardinal siqaretinin, 26 qutuda hər birinin dəyəri 2.6 manat olan Keno siqaretinin, 4 qutuda hər birinin dəyəri 3 manat olan Vant Xline siqaretinin, 2 qutuda hər birinin dəyəri 2.2 manat olan Qarabağ siqaretinin, 1 qutu dəyəri 4.8 manat olan Vinston siqaretinin və 2 ədəd hər birinin dəyəri 2 manat olan Patos cipsilərinin yerində olmadığını müəyyən etdiyini, onun iştirakı ilə ərzaq mağazasına baxış kerililib yekunlaşdırıldıqdan sonra isə Polis Şöbəsinə dəvət edildiklərini bildirdmişdir. İfadəsində əlavə olaraq əvvəllər belə hal baş vermədiyini, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını və həmin hadisəni törədə biləcək şübhələndiyi hər hansı bir şəxs və ya şəxslərin olmadığını, çünki onunla ədavəti və ya düşmənçiliyi olan hər hansı bir şəxs olmadığını bildiyini, mağazadan oğurlanmış ərzaq məhsullarının ümumi dəyərinin təqribən 158 manat olmaqla ona vurulmuş maddi ziyan 110 manat pulla birlikdə təqribən 258 manat təşkil etdiyini, həmçinin mağazaya oğurluq üçün daxil olmuş şəxs mağazanın qapısının şüşə hissəsini də qıraraq yararsız hala salmışdır ki, həmin şüşənin də təqribi qiymətinin 65-70 manat təşkil etdiyini, o mağazasına daxil olub oğurluq edən Culfa rayon Teyvaz kənd sakini olan Təqsirləndirilən şəxslə şəxsi tanışçılığının olmadığını, Təqsirləndirilən şəxs valideynlərini tanıdığını və onlarlada heç bir şəxsi ədavətinin olmadığını, Təqsirləndirilən şəxs əvvəlcədən onun mağazasın gəldiyini xatırlamadığını və həmçinində onu mağazanın ətrafında görmədiyini, ifadəsinə başqa heç bir əlavəsinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində Bakı şəhərinə gedəcəyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini, 23 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını azyaşlı olduğu üçün əhv olunmasına köməklik nedilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 1970-ci ildə Culfa rayonu Milax kəndində anadan olduğunu və hazırda orada yaşadığını, 1988-ci ildən Culfa rayonu Milax kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, 2012-ci ildən Culfa rayonu Milax kəndində yerləşən Xidmət mərkəzindəki mağazaların fiziki şəxs kimi onun adına olduğunu və həmin mağazaları o və həyat yoldaşı ilə birlikdə işlətdiyini, mağazların biri ərzaq digəri isə təsərrüfat malları mağazası olduğunu, xx.xx.2024-cü il tarixdə saat 12 radələrinə qədər mağazada onun olduğunu, sonra həyat yoldaşının mağazaya gəldiyini və o oradan çıxıb evinə getdiyini, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Xidmət mərkəzində yerləşən mağazaya tərəf gəldiyini, ora çatan ərəfədə orada bir neçə şəxsin toplaşdığını gördüyünü, yaxınlaşıb nə olduğunu soruşduğunu, mağazalara tərəf baxanda ərzaq mağazasının qapısının şüşəsinin sındığını və yerə dağıldığını, oraya yığışan camaatın bir-birindən görəsən bu əməli kimin törətdiyini soruşduqlarını, ancaq heç kəsin hadisəni törədənin kim olduğunu bilmədiyini, orada olan kəndimizin icra nümayəndəsi Şahid5 ona məsələ barədə polis orqanına və həyat yoldaşı Zərərçəkmiş şəxs malumat verdiyini bildirdiyini, o orada gözlədiyini və təxminən 10-15 dəqiqə sonra həyat yoldaşı Zərərçəkmiş şəxs mağazaya tərəf gəldiyini və bundan sonra o keçib Həkim Ambulatoriyasında əyləşib gözləməyə başladığını, bir az sonra polis əməkdaşları gəlib hadisə yerinin müayinəsini apardıqlarını və onlara hadisə barədə məlumat vermək üçün Culfa Rayon Polis Şöbəsinə gəlməklərini xahiş etdiklərini bildirmişdir. İfadəsində əlavə olaraq mağazalarının içərisində və çölündə 4 ədəd təhlükəsizlik kamerasının olduğunu,mağazada həyat yoldaşı və ondan başqa heç kəsin işləmədiyini, bu əməli törətməkdə konkret olaraq şübhələndikləri şəxsin olmadığını, onların heç kimlə ədavətinin olmadığını və onlarla prinsip aparan hər hansı bir şəxsin olmadığını, mağazadakı alış-veriş zamanı pul məsələlərini həyat yoldaşının həll etdiyinə görə o oradan ümumilikdə oğurlanmış məhsulun dəyərini bilmədiyini, o mağazanın ətrafında özünü şübhəli kimi aparan şəxs və ya şəxsləri görmədiyini,ilk dəfədir ki, bu cür halla rastlaşdıqlarını, mağazalarına çox borcu olan şəxsin olmadığını və hadisəni törətməkdə kimdənsə şübhəsinin olmadığını, o mağazaya daxil olub oğurluq edən Culfa rayon Teyvaz kənd sakini olan Təqsirləndirilən şəxslə şəxsi tanışçılığının olmadığını, Təqsirləndirilən şəxslədə düşmənçilik və şəxsi ədavətinin olmadığını, Təqsirləndirilən şəxs əvvəlcədən onların mağazalarına gəldiyini xatırlamadığını və həmçinində onu mağazanın ətrafında görmədiyini, ifadəsinə başqa əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs (qanuni nümayəndəsi) atası Şahid3 ifadəsində göstərmişdir ki, təqribən 8 il bundan əvvəl yaşı ilə əlaqədar təqaüdə çıxdığını və haliyədə yaşadığı Teyvaz kəndində fərdi təsərrüfatla məşğul olduğunu, onun 4 övladının olduğunu, onlardan üçünün ailə quraraq onlardan ayrı yaşadığını, kiçik oğlu Təqsirləndirilən şəxs isə onlarla birlikdə Teyvaz kəndində yaşadığını, digər övladlarından böyük oğlu Məhərrəm Mustafayevin 2 il, kiçik oğlu Rasim Mustafayevin isə 5 ildir ki ailəsi ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, qızı Fəridə Mustafayevanın isə 2006-cı ildə Babək rayon Hacıvar kənd sakini X14 ilə ailə həyatı quraraq həmin vaxtdan ailəsi ilə birlikdə Hacıvar kəndində yaşadığını, onunla birlikdə Teyvaz kəndində yaşayan kiçik oğlu Təqsirləndirilən şəxs Teyvaz kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra davamlı olaraq məktəbə getmədiyi üçün məktəbdən xaric edildiyini və həmin vaxtdan sonra Aminin heç bir işlə məşğul olmayaraq vaxtını yaşadıqları evdə və Teyvaz kəndində keçirdiyini, oğlu Aminin uşaqlıqdan özbaşına hərəkətlər etdiyini, sözünü eşitmədiyini, öz bildiyin etdiyini, hətta 5-6 yaşlarından bizə xəbər vermədən evi tərk edib təkbaşına Milax kəndinədək piyada getdiyini, oradan onu tanıyan şəxslərin Amini gördükdə ya maşınla Teyvaz kəndinə gətirdiklərini, ya da zəng vurub xəbər verdiklərini, özünün gedib gətirdiyini, 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs Teyvaz kənd sakini olan qonşusu X6 mənzilinə qanunsuz olaraq gizli yolla daxil olaraq oradan Qurban Həşimova məxsus olan 509 manat pul vəsaitini oğurladığı üçün Culfa rayon Məhkəməsinin qərarı ilə oğlu Təqsirləndirilən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum olunduğu və cəzasını Culfa rayon Teyvaz kəndində onlarla birlikdə yaşayaraq çəkdiyini, xx.xx.2023-cü il tarixdən Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşları tərəfində ayağına nəzarət biləkliyi bağlandığını və Culfa rayon İcra və Probasiya bölməsinin əməkdaşları tərəfindən ilk üç ay həftədə bir dəfə sonra isə ayda 1 dəfə olmaqla Culfa rayon İcra və Probasiya bölməsinə gəldiyini, xx.xx.2024-cü il tarixdə o oğlu Təqsirləndirilən şəxslə birlikdə Culfa rayon İcra və Probasiya bölməsinə gəlib orada müəyyən olunmuş cədvələ qol çəkib, birlikdə yaşadıqları Culfa rayon Teyvaz kəndinə qayıtdıqlarını, təxminən həmin gün saat 18:00 radələrində oğlu Təqsirləndirilən şəxs həyətində olan tövləyə gəlib ona təssərrüfat işlərində köməklik etdiyini, Aminin ona tövlədə kömək edən zaman təxmini sərxoş olmağını hiss etdiyini, lakin bunu soruşsa evə gəlməz deyə ondan bu haqda heç nə soruşmadığını, bundan 30 dəqiqə sonra işlərini yekunlaşdırıb evə getməyə başladıqlarını və o oğlu Aminə ona nəzarət olunduğu üçün saat 19:00-da evdə olmağının vacibliyini ona xatırlatdığını, Amin isə həmin vaxt ona evə getməyini özünün isə ardınca gələcəyini bildirdiyini, o evə daxil olduğunu, bir müddət keçdikdən sonra Aminin evə gəlmədiyini görüb, narahat olduğunu və həmin vaxt evin həyətinə çıxıb baxdığını və Amini görə bilmədiyini, bu zaman Amini adı ilə səsləsə də ona cavab vermədiyini, bundan sonra o həyətdən çıxıb kəndi və yaşadıqları məhləni gəzişib Amini görə bilmədiyini və qonşulardanda bu barədə maraqlandığını və onlarında Amini görmədiklərini dediklərini, bu zaman o Aminin xalaoğlusu olan Culfa rayon Milax kənd sakini olan Şahid4 zəng edib Aminin evdə qaçdığını və onu axtarmaqda ona köməklik etməyi üçün Tevaz kəndinə gəlməyini bildirdiyini, Ricayın kəndə gəldiyini, Aminin mobil nömrəsinə zəng etdiklərini və həyətlərindən aralıda dağlıq ərazidə telefon zəng çağırdıqca onun işığına Ricayla birlikdə oraya getdiklərini və telefonun işığının gəldiyi sahənin sərt olduğundan o ora enə bilmədiyini və Ricayın ora enib telfonu götürdüyünü, həmin vaxt Ricayın Aminin ayağına bağlanan nəzarət biləkliyi ilə cibində gəzdirdiyi aparatıda telefonla birlikdə oraya qoyduğunu deyib onları olduğu yerdən götürdüyünü, bundan sonra o Ricayla evə qayıtdığını və Culfa rayon X12 Polis bölməsinə zəng edib, oğlu Aminin evdən çıxıb getdiyini və axtarışında ona köməklik etməklərini bildirdiyini, bundan sonra polislərin gəldiyini və onlarla birlikdə kəntdə biraz axtaş etdiklərini və Amini tapa bilmədiklərini, bundan sonra xx.xx.2024-cü il tarixdə onu Culfa rayon polis Şöbəsinə dəvət etdiklərini və şöbəyə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs Sahbuz rayon Külüs kəndindən tapılıb, gətirildiyini dediklərini, oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə evdən çıxıb getdikdən sonra qonşu kənd olan Culfa rayon Milax kəndində yerləşən ərzaq mağazasının qapısını qıraraq ora daxil olduğunu və mağazadan oğurluq etdiyini o Polis Şöbəsində öyrəndiyini bildirmişdir. İfadəsində əlavə olaraq 2023-cü ilin mart ayında oğlu Təqsirləndirilən şəxs qonşusu Qurban Həşimovun evinə daxil olaraq oradan 509 manat məbləğində pul götürdüyünü və bundan başqa əvvəllər oğlu Aminin hər hansı bir mağazaya və yaxud kiminsə evinə girərək pul və ya qiymətli əşya götürməsi ilə bağlı heç bir məlumatının olmadığını, oğlu Təqsirləndirilən şəxs qanunsuz daxil olaraq oğurluq etdiyi mağazanın sahibi Culfa rayon Milax kənd sakini olan Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcədən hər hansı bir düşmənçilik və ya ədavətin olmadığını və əksinə Zərərçəkmiş şəxs o əvvəlcədən tanıdığını və onunla aralarında mehriban münasibət olduğunu, oğlu Təqsirləndirilən şəxs əvvəlki vaxtlarda gecə saatlarında özündən asılı olmayaraq bir neçə dəfə evdən çıxıb gedib kənd Məscidində yatdığını və onlar bu barədə məlumat əldə edən kimi gedib onu evə gətirdiyini, oğlu Təqsirləndirilən şəxs ondan nə isdəyib indiyə kimi o, onu təmin etdiyini, oğlu Təqsirləndirilən şəxs bu hərəkətləri etməyini anlaya bilmədiyini bildirmişdir. İş üzrə Şahid4 ibtidai istintaq verdiyi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Culfa rayon Milax kəndində anadan olduğunu və hal-hazırda həmin kənddə ailəsi ilə birlikdə özünə məxsus olan evdə yaşadığını, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:30 radələrində qonşu kənd Culfa rayon Teyvaz kəndində yaşayan rəhmətə gedən xalası X1 həyat yoldaşı Şahid3 ona zəng etdiyini və xaloğlusu Təqsirləndirilən şəxs evdə olmadığını və evdən çıxıb getdiyini deyib, onlara gəlib-gəlmədiyini soruşduğunu, bu zaman o Təqsirləndirilən şəxs onlarda olmadığını və onu gün ərzində görmədiyini bildirdiyini, bundan sonra Şahid3 ona Culfa rayon Milax kəndinə Teyvaz kəndindən gələn yola baxmağını və Təqsirləndirilən şəxs görsə onu saxlayıb, bu barədə ona məlumat verməyini bildirdiyini, o bu zaman evdən çıxıb, Milax kəndinə gələn yollara nəzər yetirdiyini və həmin yollarda heç kimi görməyib Şahid3 zəng etdiyini və Təqsirləndirilən şəxs Milax kəndinə gələn yollarda görə bilmədiyini dediyini, sonra isə Şahid3 xaloğlusu Təqsirləndirilən şəxs axtarmaq üçün kömək etmək məqsədilə Teyvaz kəndində yaşadıqları ünvana getdiyini, orada Şahid3lə biraz söhbət etdiklərini və ondan sonra telefon işığı ilə həyətdə və ardınca isə məhləyə çıxıb Təqsirləndirilən şəxs səsləyərək axtardıqlarını və heç bir nəticə əldə edə bilmədiklərini, bundan sonra o Şahid3 evinin yerləşdiyi hissədən aşağı dağlıq əraziyə doğru endiyini və orada yenidən axtarışı davam etdirdiyini, həmin dağlıq ərazi ilə axtarış edən zaman saat təxminən 21:10 radələrində Təqsirləndirilən şəxs ayağına Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən ona bir illik nəzarət etmək üçün 2023-cü ilin avqust ayında bağlanılan biləkliyi və digər nəzarət aparatı ilə öz mobil telefonunu eyni yerdən tapdığını və onları götürüb, evə gətirdiyini, evdə onları Təqsirləndirilən şəxs atası Şahid3 özünə verdiyini, Şahid3 bundan sonra Polisə zəng edib, bu barədə məlumat verdiyini, Şahid3 bundan sonra evdə qaldığını və o isə həmin nəzarət qolbağı ilə nəzarət aparatını tapdığı yerə geri qayıdıb, həmin hissə ilə dağlıq ərazidə Təqsirləndirilən şəxs axtarmağa davam etdiyini, sonra öz avtomobili ilə üzü Naxçıvan şəhər istiqamətində avtomobil yolunun kənarı ilə Culfa rayon Qazançı kəndinə qədər gedib axtardığını və ondan sonra yenə geri qayıdıb Culfa rayon Teyvaz kəndinə gəldiyini, Şahid3lə bundan sonra Naxçıvan şəhərində olan dosta tanışa şəhərdə olan yeməkxanalara baxmaqların xahiş etdiklərini, sonra isə o öz evinə Culfa rayon Milax kəndinə qayıtdığını, bunun sabahısı günü səhər saatlarında xaloğlusu Aminin axtarışın davam etdirən zaman Milax kənd xidmət mərkəzində yerləşən ərzaq mağazasına daxil olunub oradan oğurluq edildiyini eşitdiyini, bundan bir gün sonra Təqsirləndirilən şəxs Şahbuz rayon Külüs kəndindən aşkar olunaraq Culfa rayon Polis Şöbəsinə gətirildiyini və o ondan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Milax kənd xidmət mərkəzində olan ərzaq mağazasına daxil olub, oradan oğurluq edərək dağlıq ərazi ilə Şahbuz rayon Külüs kəndinə getdiyini öyrəndiyini, baş verən hadisə ilə bağlı başqada məlumatının olmadığını bildirmişdir. İfadəsində əlavə olaraq 2023-cü ilin mart ayında xaloğlusu Təqsirləndirilən şəxs Culfa rayon Teyvaz kənd sakini Qurban Həşimovun evinə daxil olaraq oradan 509 manat məbləğində pul götürdüyü və buna görə də Culfa rayon Məhkəməsi tərəfindən bir il müddətinə Təqsirləndirilən şəxs şərti azadlıqdan məhrum edildiyini və cəzasının bitməsinə bir neçə ay qaldığını, bundan başqa Təqsirləndirilən şəxs başqa oğurluq əməlini törətməsi barədə heç bir məlumatının olmadığını, 2012-ci il tarixdən Milax kəndində xidmət mərkəzinin fəaliyyət göstərdiyini və o 2016-2022-ci il tarixlərdə Milax kənd icra nümayəndəsi vəzifəsində işlədiyini və kənd xidmət mərkəzinə indiyə kimi kiminsə qanunsuz daxil olması halını müşahidə etmədiyini və bu səbəbdən başqa kimdənsə mağazaya daxil olmağına görə şübhələnmədiyini və Təqsirləndirilən şəxs daxil olan zaman ona kiminsə köməklik göstərməyini ehtimal etmədiyini, Təqsirləndirilən şəxs ərzaq mağazasına daxil olub oradan nə qədər pul vəsaiti və ya hər hansı bir əşya götürməsi barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs oğurluq əməlini törətməsinə səbəb ola biləcək hər hansı bir halın olmadığını düşündüyünü, Təqsirləndirilən şəxs atası Şahid3 əlavə olaraq o da ürəyi nə istəsə ona deməyini və əlindən gələni edəcəyini dediyini, lakin Aminin bu barədə heç vaxt ondan nəsə isdəmədiyini, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından ona nəzarət olunması üçün ayağına bağlanılan nəzarət qolbağını 2024-cü ilin mart ayına kimi həmişə üstündə qoruyub saxladığını və evi tərk edərək itkin düşdüyü halların olmadığını, həmçinin də bu müddət ərzində nəzarət vasitələrini çıxarıb kənara atmaqla hər hansı bir hadisə və ya oğurluq etmədiyini və kəndi öz başına tərk etdiyi halların olmadığını, ifadəsində qeyd etdiyi hallardan başqa heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqribən 2023-cü ilin may ayından Culfa rayon KMK-da fəhlə kimi işə qəbul olunduğunu və yaşadığı Culfa rayon Milax kəndinin ərazi təmizliyinə nəzarət edib, təmizlədiyini, onun 2 övladının olduğunu və ailəsi ilə birlikdə Culfa rayon Milax kəndində özünə məxsus olan mənzildə yaşadığını, hər gün saat 9:00 dan-17:00-dək kənd icra nümayəndəliyinin tabeçiliyində işdə olduğunu, xx.xx.2024-cü il tarixdə işdə olan zaman kənd İcra Nümayəndəliyinin inzibati binasının önündə dayandığını və siqaret alıb əraziyə getmək üçün ora yaxın məsafədə olan kənd mərkəzində yerləşən ərzaq mağazasının açılmasını gözlədiyini, ərzaq mağazasına tərəf diqqət edən zaman ərzaq mağazasının giriş qapısının şüşəsinin qırıldığını gördüyünü və ondan biraz aralıda dayanan kəndin icra nümayəndəsi olan Şahid5 səslənərək ərzaq mağazasının giriş qapısının şüşəli hissəsinin qırıldığını dediyini, bundan sonra o Şahid5la birlikdə ərzaq mağazasının önünə getdiklərini və qapının qırılan şüşəli hissəsinə toxunmadan baxdıqlarını və bu zaman Şahid5 polisə zəng edib bu barədə məlumat verdiyini, o da həmin vaxt ərzaq mağazasının satıcısı olan həmkəndlisi Zərərçəkmiş şəxs zəng edib, bu barədə məlumat verdiyini və Zərərçəkmiş şəxs o zəng edənən beş dəqiqə sonra oraya gəldiyini, bundan sonra o əraziyə işi ilə məşğul olmağa getdiyini, bu barədə başqa heç bir məlumatının olmadığını bildirmişdir. İfadəsində əlavə olaraq ərzaq mağazasının qapısının şüşəli hissəsinin qırılmasını görən zaman mağazanın ətrafında hər hansı bir şəxsin olmadığını, ərzaq mağazasının qapısını qıraraq mağazaya daxil olub oradan oğurluq edəcək hər hansı bir şəxsdən şübhələnmədiyini və bundan əvvəlki vaxtlarda belə bir halın olmadığını və o da belə bir hal müşahidə etmədiyini, mağazanın qapısının qırılan şüşəli hissəsinə çox yaxınlaşmadığından o mağazanın daxilin görmədiyini, mağazanın qapısının qırılmasını o görən zaman ondan biraz aralıda Milax kəndinin İcra Nümayəndəsi Şahid5 orada olduğunu və o qapının qırılmasını görəndən sonra onu da səsləyib qapının qırıldığını dediyini və birlikdə oraya yaxınlaşdıqlarını, həmin vaxt orada onlardan başqa kimsənin olmadığını, xx.xx.2024-cü il tarixdə Culfa rayon Milax kənd xidmət mərkəzində yerləşən ərzaq mağazasına gizli yolla daxil olub, oradan oğurluq edən Culfa rayon Teyvaz kənd sakini Təqsirləndirilən şəxs o tanımadığını və həmin şəxsi yaşadığı Milax kəndində və kəndin xidmət mərkəzinin ətrafında həmin gün və əvvəlki vaxtlarda heç vaxt görmədiyini, ifadəsində qeyd etdiyi hallardan başqa heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Culfa rayon Milax kəndində atası Musa Hüseynova məxsus olan evdə onlarla birlikdə yaşadığını, 2022-ci ilin avqust ayından Culfa rayon Milax kənd İƏD-si üzrə nümayəndə vəzifəsində işlədiyini və həftənin beş günü səhər saat 09:00-da işdə olduğunu və axşam üstü saat 18:00 radələrində isə inzibati binanı bağlayıb, yaşadığı evə getdiyini, iş saatı bitdikdən sonra İƏD-si üzrə nümayəndəliyin inzibati binasında mühafizə xidməti fəaliyyət göstərmədiyindən, həmin binanın giriş qapısının bağlayıb binaya ümumi nəzarət edib oranı tərk etdiyini, xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində o işə gəlib, inzibati binanın qapısın açdığını, bundan sonra binanın önündə, Culfa rayon KMK-dan Milax kənd inzibati ərazisinin təmizliyinə baxmaqları üçün ayrılmış sosial işçiləri ərazinin təmizliyinə baxmaqlarına görə ərazinin bölgüsünü aparmaq üçün gözlədiyini, 6 nəfər işçi gəldiyini və o onların ərazisin bölüb, onları təmizliklə məşğul olmaqları üçün təlimatlandırıb əraziyə göndərdiyini, həmin işçilərin beşinin ərazilərinə getdiklərini, işçilərdən bir nəfər Culfa rayon Milax kənd sakini olan Şahid2 isə İnzibati binadan təxminən 20 metr məsafədə yerləşən kəndin xidmət mərkəzində olan ərzaq mağazasının açılmasını və siqaret alıb elə işə getməyi üçün gözlədiyini dediyini, ərzaq mağazasının təxminən 09:30 radələrində fəaliyyətə başladığını, bundan sonra Şahid2 həmin xidmət mərkəzinə doğru hərəkət etməyə başladığını və o isə inzibati binanın önündə dayandığını, Şahid2 xidmət mərkəzinə doğru biraz gedəndən sonra ona səslənib, orada yerləşən ərzaq mağazasının giriş qapısının şüşəli hissəsinin qırıldığını dediyini, bu zaman o həmin xidmət mərkəzinin qarşısına gedib, orada yerləşən Milax kənd sakini olan Zərərçəkmiş şəxs məxsus olan ərzaq mağazasının giriş qapısının şüşəli hissəsinin qırılıb yerə töküldüyünü gördüyünü, həmin vaxt ərzaq mağazasına kiminsə qanunsuz daxil olduğunu düşündüyünü, bu zaman ərzaq mağazasının giriş qapısına toxunmadan bu barədə zəng vurub, kəndin sahə rəisin əvəz edən polis baş leytenantı Cəfər Hüseynova məlumat verdiyini, Şahid2 isə həmin vaxt mağazanın sahibi olan Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat verdiyini, bundan təxminən 25-30 dəqiqə sonra polis əməkdaşlarının gəlib baş verən hadisə ilə bağlı maraqlanıb, ərzaq mağazasına baxış keçirməyə başladıqlarını, sonra mağazaya qanunsuz olaraq naməlum şəxs və ya şəxslər tərəfindən qapının şüşəli hissəsi qırılaraq mağazaya daxil olunduğunun və oradan müəyyən məbləğdə pul vəsaiti və ərzaq və tütün məmulatlarının oğurlandığının müəyyən olunduğunu bildirmişdir. İfadəsində əlavə olaraq ərzaq mağazasının qapısının şüşəli hissəsinin qırılmasını görən zaman mağazanın ətrafında hər hansı bir şəxsin olmadığını, ərzaq mağazasının qapısını qıraraq mağazaya daxil olub oradan oğurluq edəcək hər hansı bir şəxsdən şübhələnmədiyini və bundan əvvəlki vaxtlarda Culfa rayon Milax kəndidə belə bir halın olmadığını və o da belə bir hal müşahidə etmədiyini, mağazanın qapısının qırılan şüşəli hissəsinə çox yaxınlaşmadığından o mağazanın daxilin görmədiyini, mağazanın qapısının qırılmasını Xəyal Həsənovun görüb onu səsləyən zaman orada onlardan başqa kimsənin olmadığını, xx.xx.2024-cü il tarixdə Culfa rayon Milax kənd xidmət mərkəzində yerləşən ərzaq mağazasına gizli yolla daxil olub, oradan oğurluq edən Culfa rayon Teyvaz kənd sakini Təqsirləndirilən şəxs o tanımadığını və həmin şəxsi yaşadığı Milax kəndində və kəndin xidmət mərkəzinin ətrafında həmin gün və əvvəlki vaxtlarda heç vaxt görmədiyini, ifadəsində qeyd etdiyi hallardan başqa heç bir əlavəsinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə, saat 22:00 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Culfa Rayon PŞ-nin İstintaq və təhqiqatçısı qrupunun polis kapitanı Nihad Ağayevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Culfa Rayonu Milax kəndinin mərkəzində yerləşən ərzaq mağazasıdır. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Nihad Ağayev oğurluq baş verən yeri göstərmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli Culfa Rayon PŞ-nin İstintaq və təhqiqatçısı qrupunun polis kapitanı Nihad Ağayevin tərtib etdiyi “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 ədəd orbit saqqızı, 03 ədəd alışqan, 26 qutu Keno siqareti, 04 qutu Vant X-line siqareti, 02 qutu Qarabağ siqareti, 01 qutu nazik Vinston siqareti və ümumilikdə 110 manat olan 110 ədəd 1 manatlıq pul əskinazı qablaşdırılaraq götürülmüşdür.Bu barədə protokolu tərtib edilmiş, fotoşəkillər və video çəkilişdən istifadə olunmamışdır. Ekspertin xx.xx.2024-cü il tarixli 318 nömrəli rəyində təqdim olunmuş 04 ədəd orbit saqqızının, 03 ədəd alışqanın, 26 qutu Keno siqaretinin, 04 qutu Vant X-line siqaretinin, 02 qutu Qarabağ siqaretinin, 01 qutu nazik Vinston siqaretinin xx.xx.2024-cü il tarixdə olan orta bazar qiymətinin 84.20 (səksən dörd manat iyirmi qəpik) manat müəyyən edildiyi, faktiki mövcud olmayan 04 ədəd təqribən 1 kq ağırlığında Naxçıvan kolbasasının, təqribən 500 qram ağırlığında olan sardella sosiskalarının, 04 ədəd tənəkə qutuda ice tea meyvə sularının, 02 ədəd 0.5 kq-lıq qablaşdırılmış günəbaxan tumlarının, 02 ədəd 100 qramlıq tamatlı fıstıqların, 04 ədəd hər birinin içərisində 08 ədəd bakquş olan bağlamanın, 12 ədəd nazar saqqızının, 01 ədəd alışqanın, 06 qutu Kardinal siqaretinin və giriş qapısının qırılmış 0.9x2 metr nisbətində olan iki qatlı şəfaf şüşəsinin xx.xx.2024-cü il tarixdə olan orta bazar qiymətinin ümumilikdə 138.34 (bir yüz otuz səkkiz manat otuz dörd qəpik) manat müəyyən olunduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilən 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan hərəkətlərin həyata keçirilməsi öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(089)-17/2023 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsində ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Culfa Rayon İcra və Probasiya Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində hökm xx.xx.2023-cü il tarixə bölmənin icraatına qəbul edilmiş və məhkum Təqsirləndirilən şəxs həmin tarixdə bölmədə qeydiyyata alınmış xx.xx.2024-cü il tarixə cəzasının 07 ay 06 gününü çəkmiş, çəkilməmiş cəzası 04 ay 25 gün təşkil edir. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: xx.xx.2006-cı il tarixdə Culfa rayon Qazançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, işsiz, subay, yetkinlik yaşına çatmayan, Culfa Rayon Məhkəməsinin 1(089)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, natamam orta təhsilli, Culfa rayon Teyvaz kəndində pasport qeydiyyatında duran Təqsirləndirilən şəxs barəsində Culfa rayon Teyvaz kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsindən və Culfa rayon Teyvaz kənd tam orta məktəbindən verilmiş arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Culfa rayon Teyvaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Teyvaz kənd tam orta məktəbinə Təqsirləndirilən şəxs barəsində müvafiq sorğular verilərək cavablar alınmışdır. Hər iki orqandan alınmış xasiyyətnamədə A. Mustafayev mənfi xarakterizə edilmişdir. Belə ki, Culfa rayon Teyvaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış müvafiq sənədlərdə (arayış və xasiyyətnamədə) göstərilmişdir ki, Təqsirləndirilən şəxs atası və ögey anası ilə birlikdə Culfa rayon Teyvaz kəndində yaşayır və bu ünvanda yaşadığı dövrdə xasiyyətcə özünə qapanıq bir insan kimi özünü göstərmiş, yaşadığı evdən tez-tez xəbərsiz çıxıb getmiş, son dövrlərdə normal hərəkətlər etməmiş, əsasən siqaret çəkmək, at minmək və dağlarda gəzməyə meyilli olmuşdur. Bundan başqa Culfa rayon Teyvaz kənd tam orta məktəbindən daxil olmuş xasiyyətnamədə də Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmaqla onun məktəbdə oxuduğu illərdə dərslərinə hər zaman hazırlıqsız gəldiyi, tez-tez dərs buraxma hallarına yol verdiyi, bir neçə dəfə valideyninin təkidi ilə məktəbə göndərildiyi, məktəbdaxili tədbirlərin heç birində iştirak etmədiyini, məktəbdaxili etik-davranış normalarında çox ciddi nöqsanlara yol verməsə də, davranışının o qədər də ürəkaçan olmadığı, 2012-2013-cü tədris ilində Culfa rayon Teyvaz kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olduğu, 2020- 2021-ci tədris ilində məktəbin İX sinfini bitirərək ümumi orta təhsil haqqında attestat aldığı, İX sinfi bitirdikdən sonra Təqsirləndirilən şəxs X sinifdə oxumaqdan imtina etdiyi, bununla bağlı dəfələrlə sagird və valideyinlə söhbət aparsalar da valideyin Şahid3 onlara “oğlum oxumaq istəmir,ona görə də məktəbə gəlməkdən imtina edir” deyə bildirdiyi, X sinifə qəbulun valideyinin ərizəsi əsasında olduğu üçün və onlara heç bir ərizə ilə müraciət edilmədiyi üçün Təqsirləndirilən şəxs məktəbin X sinfinə qəbul edə bilmədikləri göstərilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 maddəsi ilə cinayət işi başlanmış, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “Həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, dəymiş 332.54 ( üç yüz otuz iki manat əlli dörd qəpik) manat maddi ziyan Təqsirləndirilən şəxs atası Şahid3 tərəfindən tam şəkildə ödənilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 318 nömrəli xx.xx.2024-cü il tarixli rəyi sübut növü kimi qiymətləndirilmiş, 04 ədəd orbit saqqızının, 03 ədəd alışqanın, 26 qutu Keno siqaretinin, 04 qutu Vant X-line siqaretinin, 02 qutu Qarabağ siqaretinin, 01 qutu nazik Vinston siqaretinin Culfa rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmış, 01 ədəd “DVD R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.2.3-cü maddəsinə əsasən Oğurluq - habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarda isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 20.1-ci maddəsinə əsasən Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə sonuncu ilə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.2, 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvihüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs, cəzasını yüngülləşdirən halı, xüsusən zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, barışıq əldə etmələrini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını, lakin cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsini, əvvəllər məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq islah olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, AR CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. CM 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(089)-17/2023saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 4 ay 25 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulub hesablanmaqla 2 ay 12 gün azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla, ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 110 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınmış 04 ədəd orbit saqqızı, 03 ədəd alışqan, 26 qutu Keno siqareti, 04 qutu Vant X-line siqareti, 02 qutu Qarabağ siqareti, 01 qutu nazik Vinston siqareti Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X4 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(089)-17/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 25 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulub hesablanmaqla 2 ay 12 gün azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla, ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 110 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd orbit saqqızı, 03 ədəd alışqan, 26 qutu Keno siqareti, 04 qutu Vant X-line siqareti, 02 qutu Qarabağ siqareti, 01 qutu nazik Vinston siqareti Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X4 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(089)-12/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-12/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver