Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-13/2024 12.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx xxxxxx 1998-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Culfa rayonunun Kırna kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında X14 X7 Taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən X3 şəhərində iki ay müddətində hərbi təlimlərə cəlb olunan zaman, orada hərbi ləvazimatlar satılan mağazadan bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağı almış və təlim bitdikdən sonra həmin bıçağı özü ilə birlikdə gətirərək xidmətdə olduğu vaxtlar üzərində gəzdirmiş, 2023-cü ilin iyul ayında müqavilə müddəti başa çatdığı üçün hərbi xidmətini sona çatdırmış, həmin bıçağı hərbi hissəyə təhvil vermədən özü ilə birlikdə yaşadığı Culfa rayonunun Kırna kəndinə gətirmiş, bir nəçə dəfə dağlıq əraziyə gedən zaman qəsdən üzərində gəzdirmiş, həmin soyuq silah hesab edilən ov bıçağını Kırna kəndində yerləşən və xx.xx.1966-cı il təvəllüdlü atası Şahid1 Qadir oğluna məxsus olan fərdi yaşayış evində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2020-2023-cü illərdə X14 X12 Taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. 2023-cü ilin iyul ayında müqavilənin müddəti bitmiş, həmin işdən ayrılmış, hazırda heç bir dövlət işində və daimi işdə işləmir, iş olduqca ev təmirlərində fəhlə kimi fəaliyyət göstərir. 2021-ci ilin aprel ayında X14 X7 Taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işlədiyi müddətdə Türkiyə Respublikasının İsparta şəhərinə təlimə göndərilmişdir. Təqribən 2 ay müddətində həmin təlimdə olmuşdur. Təlimdə olan zaman təlimə rəhbərlik edən, adını xatırmadığı şəxs təlimdə olan hərbi qulluqçulara üzərlərində gəzdirmək və təlimdə istifadə etmək üçün “komando bıçağı” almalarını bildirmiş, o da İsparta şəhərində hərbi ləvazimatlar satılan mağazadan bir ədəd “komando bıçağı” almış və üzərində gəzdirmişdir. Təlim bitdikdən sonra isə həmin bıçağı da özü ilə birlikdə təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına gətirmiş, xidmətdə olan vaxtlarda üzərində gəzdirmişdir. 2024-cü ilin iyul ayında hərbi qulluqçu kimi müqaviləsinin müddəti bitmiş, yenidən işləmək üçün müqavilə bağlamamış, işdən ayrılmış, həmin bıçaq da özündə qalmışdır. Bıçağı yaşadığı Culfa rayonunun Kırna kəndində yerləşən, atası Şahid1 Qadir oğluna məxsus olan evdə saxlamış, bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə etmiş, qalan vaxtlarda isə evdə saxlamışdır. Həmin bıçaqdan başqa məqsədlər üçün istifadə etməmiş, kənddə və digər yaşayış sahələrində üzərində gəzdirməmişdir. Təxminən 11-12 aprel 2024-cü il tarixdə atası Şahid1la birlikdə dağlıq əraziyə göbələk və digər dağ bitkiləri yığmaq üçün getmiş, bıçağı üzərində götürmüş, dağda gəzən zaman qarşısına göbələk çıxmış və bıçağın uc hissəsini göbələyin yanında torpağa batırmış, bir ədəd fotoşəkil çəkmiş, fotoşəkil yaxşı alındığından tik-tok sosial şəbəkəsində Elməddin_473 adlı səhifəsində paylaşmışdır. Həmin günü dağdan evə qayıtdıqdan sonra avtomobilini yudurtmağa getmiş, bıçağı atası Şahid1 vermiş və evə qoymasını bildirmişdir. Bundan bir gün sonra Culfa rayon Polis X1 zəng edilmiş, bölməyə gəlməsini bildirmişlər. Bu barədə atasına məlumat vermiş və atası ondan əvvəl bölməyə getmiş, təxminən həmin gün saat 16:40 radələrində özü də bölməyə getmişdir. Polis Bölməsində polis mayoru Şahid5 onda bıçaq olduğunu və həmin bıçağın oğurluq olduğuna dair şikayət daxil olduğunu demiş, atası Şahid1 həmin bıçağın neçə illərdi onda olduğunu və hazırda bıçağın həyətdə yerləşən yardımçı tikilidə olan taxta qutunun içərisində olduğunu demişdir. 13 may 2024-cü il tarixdə səhər saatlarında kənd icra nümayəndəsi Şahid4 və polis mayoru Şahid5 onların ünvanına gəlmiş, yardımçı tikilidə bıçaq olan qutuya baxış keçirilmiş, qutuda olan bıçaq aşkar edilmiş, müxtəlif şəkillər çəkmiş, sonra isə bıçağı avtomobilinə qoymuşdur. Bundan əlavə Şahid5 bir gün əvvəl onlarla birlikdə olan həmkəndlisi Şahid3 onların həyətinə çağırmış, ona sənəd yazdırmış, özünə, atası Şahid1, icra nümayəndəsi Şahid4 və Şahid3 həmin sənədlərdə olan məlumatları oxumadan imza çəkdirmiş, həyətlərini tərk edib getmişdir. Bundan bir neçə gün sonra Culfa rayon Polis şöbəsindən zəng edilmiş, araşdırma ilə əlaqədar olaraq şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, bıçağın üzərində markası, modeli, nömrəsi və ya üzərində başqa yazısı olmamışdır. Bıçağın soyuq silah olmasını əldə edərkən və saxlayarkən bilməmişdir. Bıçağın soyuq silah olmasını polis əməkdaşlarından öyrənmiş, bıçağı satan şəxs ona bıçağın soyuq silah olması barədə heç bir məlumat verməmişdir. Bıçağı evdə məişət və təsərrüfat işlərində istifadə etmək üçün saxlamış, bıçaqdan dağlıq ərazilərə göbələk, donbalan və başqa bitkiləri toplamağa gedərkən bitkiləri qopartmaq və yerdən çıxartmaq məqsədilə istifadə etmişdir. Həmin bıçaqla heç bir hadisə törətməmiş və heç kimə xəsarət yetirməmiş, heç kimə verməmiş, ondan başqa həmin bıçaqdan kimsə istifadə etməmişdir. Onda həmin bıçağın olmasından atası Elxanın və qardaşı Şahid2 məlumatı olmuşdur. Polis mayoru Şahid5 bıçağı onların iştirakı ilə götürən zaman ona təzyiq, təsir olmamış, bıçağı təhvil verdiyindən sənədləri oxumadan qol çəkmişdir. Əməlindən çox peşmandır. Gənc olmasının nəzərə alınmasını və ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində ailəsi ilə birlikdə yaşayır. Balaca oğlu Təqsirləndirilən şəxs 2018-ci ildə hərbi xidmətini başa vurmuş və təxminən 2 il işsiz qalmışdır. Təqsirləndirilən şəxs 2020-ci ildə yenidən hərbi xidmətə qayıtmış, müqavilə ilə 3 il müddətində X14 X13 Taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, xidmət etdiyi müddət ərzində Təqsirləndirilən şəxs Türkiyədə bir sıra hərbi təlimlərdə iştirak etmişdir. Türkiyənin İsparta şəhərində hərbi təlimlərdə iştirak edən zaman mağazaların birindən təlimlər vaxtı üzərində gəzdirmək üçün şəxsi vəsaiti hesabına qatlanmayan, düz, üzərində mişarvarı dişləri olan bıçaq almış, Türkiyədən təlimdən qayıtdıqdan sonra Naxçıvanda xidmətdə olduğu müddət ərzində həmin bıçağı üzərində gəzdirmişdir. Bıçaq üzərində səhər xidmətə getmiş, axşam evə qayıtmışdır. 2023cü ilin yay aylarında Təqsirləndirilən şəxs müqavilə müddəti bitdiyindən hərbi xidmətdən uzaqlaşmış, həmin bıçağı özü ilə evə gətirmiş, öz otağında saxlamışdır. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmətdən sonra həmin bıçağı gəzdirdiyini və hər hansı bir işdə istifadə etdiyini görməmişdir. Həmin bıçağı xx.xx.2024-cü il tarixdə Elməddinlə birlikdə dağlıq əraziyə göbələk yığmaq üçün gedən zaman üzərində götürmüş, həmin vaxt onlar göbələk tapa bilməmiş, Elməddin bıçağı qaytarıb evə gətirmiş, həyətdə olan taxta sexinin önündə ona vermiş, özü isə avtomobilini yudurtmağa aparmış və bıçağı onun evə qoymasını bildirmişdir. O da həmin bıçağı Elməddindən almış, taxta sexinin önündə olan kötüyün üzərinə qoymuş və orada işlərini görməyə başlamış, işlərini bitirdikdən sonra həmin bıçağı götürmüş, taxta sexinin yanında olan evin yardımçı tikilisində yerləşən taxta qutunun içərisinə qoymuş, evə getmiş, bıçağı evə aparmaq yadından çıxmış, bıçaq taxta qutunun içərisində qalmışdır. Bir gün sonra oğlu Elməddin Naxçıvan şəhərində işdə olan zaman ona zəng etmiş, onu X19 çağırdıqlarını demiş, ondan saat neçəyə çağırdıqlarını soruşmuş, Elməddin isə axşamüstü saat 17:00-da polis bölməsinə gedəcəyini ona demişdir. Özü həmin gün təxminən saat 16:30 radələrində Elməddindən qabaq X19 getmiş, bölmədə polis sahə rəisi Şahid5 oğlu Təqsirləndirilən şəxs bölməyə çağırmalarının səbəbini soruşmuş, Şahid5 Elməddin gələndən sonra onlara bu barədə məlumat verəcəyini bildirmişdir. Elməddin polis bölməsinə gəlmiş, Şahid5 Elməddindən bir gün əvvəl harada olduğunu soruşmuş, Elməddin bir gün əvvəl evdə olduğunu demişdir. Şahid5 ona sosial şəbəkədə bıçaq paylaşdığını və həmin bıçağın harada olduğun soruşmuş, o bir gün əvvəl dağlıq əraziyə göbələk yığmağa getdiyini və oradan qayıdandan sonra bıçağı gətirib həyətdə olan yardımçı tikilidə taxta qutunun içərisinə qoyduğunu bildirmişdir. Şahid5 bıçağın sosial şəbəkədə görüldüyünü və həmin bıçağın oğurlandığını və bu barədə Culfa rayon Polis Şöbəsinə şikayət daxil olduğunu bildirmişdir. Həmin vaxt o bıçağın qeyd etdiyi yerdə olduğunu və gedib həmin bıçağı ona təhvil verməklərini bildirmişdir. 13 aprel 2024cü il tarixdə səhər saatlarında kənd icra nümayəndəsi Şahid4la polis mayoru Şahid5 onların ünvanlarına gəlmiş, yardımçı tikiliyə baxış keçirilmiş, bıçağın yardımçı tikilidə olan qutuda olması müəyyən edilmiş, müxtəlif şəkillər çəkmiş, sonra isə Şahid5 bıçağı götürmüş, öz avtomobilinə qoymuşdur. Bundan sonra Şahid5 bir gün əvvəl Elməddinlə birlikdə olan həmkəndlisi Şahid3 onların həyətinə çağırmış, onun adından Şahid3 sənəd yazdırmış, sonra isə ona, oğlu Elməddinə, icra nümayəndəsi Şahid4 və Şahid3 həmin sənədlərdə olan məlumatları oxumadan imza çəkdirmiş, həyətlərini tərk edib getmişdir. Bir neçə gün sonra Culfa rayon Polis Şöbəsindən zəng edilmiş, oğlu Təqsirləndirilən şəxs araşdırma ilə əlaqədar olaraq şöbəyə dəvət etmişlər. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağının soyuq silah olduğunu və qanunvericilikdə həmin bıçağı əldə etməyin, gəzdirməyin məsuliyyətə səbəb olduğunu əvvəlcədən bilməmiş, oğlu Təqsirləndirilən şəxs olan həmin bıçaq barədə əvvəlcədən onun, digər oğlu Şahid2, arvadı Nuriyyə Hüseynovanın məlumatı olmuş, lakin həmin bıçağın soyuq silah olmasını əvvəlcədən bilməmişlər. Oğlu Təqsirləndirilən şəxs həmin bıçağı təxminən 2021-ci ildə Türkiyənin İsparta şəhərində təlimdə olan zaman mağazdan hərbi təlimdə iştirak edən zaman üzərində gəzdirmək məqsədilə almış, hərbi xidmətin bitirib evə qayıdan zaman bıçağı nə üçün hərbi hissəyə təhvil vermədiyini soruşmuş, Elməddin hərbi hissənin həmin bıçağı tələb etmədiyini və özünün şəxsi vəsaiti ilə aldığı üçün şəxsi mülki kimi özündə qaldığını və buna görə də evə gətirdiyini demişdir. Elməddin həmin bıçağı hər hansı bir yerdə üzərində gəzdirməmiş, hər hansı bir hadisədə istifadə etməmiş və ya başqa şəxslərə verməmiş, yalnız bir dəfə onunla dağlıq əraziyə gedən zaman üzərində gəzdirmiş, həmin vaxt lazım olmadığından istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində bildirdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində yaşayır, daimi işdə işləmir. xx.xx.2024-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə Naxçıvan şəhərində tikinti sahəsində fəhlə kimi işləmişlər. Həmin gün Təqsirləndirilən şəxs zəng gəlmiş və telefonla danışdıqdan sonra X15 zəng vurduqlarını və saat 17:00-da bölməyə dəvət edildiyini bildirmişdir. Təxminən saat 16:00 radəsində yenidən Elməddinə zəng gəlmiş və təkrar polis bölməsinə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs atası Şahid1 zəng etmiş, saat 17:00 radələrində X19 çağrıldığını demiş, sonra isə onlar əlində olan işlərini yekunlaşdırmış, Təqsirləndirilən şəxs niva markalı avtomobili ilə X19 getmişlər. Həmin vaxt Elməddinin atası Elxan X11muşdur. Polis mayoru Elməddindən bir gün əvvəl harada olduğunu soruşmuş, Elməddin bir gün əvvəl etdikləri barədə məlumat vermiş, sözünü bitirməmiş polis mayoru dağlıq əraziyə getməsi və bıçaqla şəkil çəkdirməsi barədə məlumat verməsini bildirmişdir. Təqsirləndirilən şəxs atası Şahid1 2 gün əvvəl dağlıq əraziyə göbələk yığmaq üçün getdiklərini və oğlu Təqsirləndirilən şəxs orada üzərində olan bıçaqla şəkil çəkdirdiyini və həmin bıçağın hazırda həyətlərində olan yardımçı tikilidəki taxta qutunun içərisində olduğunu demişdir. Şahid5 həmin bıçağı Elməddinin tik-tok səhifəsində paylaşdığını və həmin bıçağın oğurluq olması ilə bağlı Culfa rayon Polis Şöbəsində araşdırılma aparıldığını bildirmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng etmiş, sabah tezdən onların ünvanına gəlməsini, Şahid5 gəlib onlardan izahat alacağını və ondan sonra birlikdə işə gedəcəyini demişdir. Sabah tezdən Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, bir müddət sonra Şahid5 və Kırna kənd icra nümayəndəsi Şahid4 da Təqsirləndirilən şəxs ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan taxta sexinin yanında yerləşən yardımçı tikilinin önünə getmişlər. Şahid5 yardımçı tikilidə yerləşən taxta qutunun içərisinə baxış keçirmiş, qutuda olan bıçaq götürülmüş, müxtəlif fotoşəkillər çəkilmişdir. Sonra Şahid5 bir neçə sənəd yazmış və həmin vaxt orada iştirak edən şəxslər sənədləri imzalamış, baxış keçirilən zaman Şahid1 Azərbaycan dilində yazı yaza bilmədiyi üçün onun razılığı ilə o ərizə yazmış və Şahid1 özü həmin ərizəyə qol çəkmişdir. Həmin vaxt o yazdığı ərizənin mahiyyətini başa düşmüş, ərizənin mahiyyəti Təqsirləndirilən şəxs izah edilmiş və həmin ərizəni yazmağa onu heç kim məcbur etməmişdir. Bundan sonra Elməddinlə birlikdə Naxçıvan şəhərinə işə getmişlər. Şahid3 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs olan bıçağı əvvəlcədən görməmiş, Təqsirləndirilən şəxs deməsinə görə həmin bıçağı təxminən 2021-ci ildə Türkiyənin İsparta şəhərində təlimdə olan zaman orada olan mağazaların birindən hərbi təlimdə iştirak edən zaman üzərində gəzdirmək məqsədilə almış, Təqsirləndirilən şəxs həmin bıçağı hər hansı bir yerdə üzərində gəzdirməsini, hər hansı bir hadisədə istifadə etməsini və ya başqa şəxslərə verməsini görməmiş, Təqsirləndirilən şəxs həmin bıçağı sosial şəbəkədə paylaşaraq nümayiş etdirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində yaşayır. 2019-cu ildən Culfa rayon İcra hakimiyyətinin Kırna kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında X17 polis sahə rəisi, polis mayoru Şahid5 ona zəng etmiş və Culfa rayonunun Kırna kənd sakini olan Şahid1 ünvanına gəlməsini bildirmişdir. Həmin ünvana gəlmiş və orada Təqsirləndirilən şəxs, atası Şahid1 və həmkəndlisi Şahid3 olmuşdur. Şahid5 Şahid1 onunla birlikdə yaşayan oğlu Təqsirləndirilən şəxs soyuq silah hesab olunan ov bıçağı əldə etdiyini və dağlıq ərazidə gəzdirib, bu barədə sosial şəbəkədə paylaşım etdiyini polis mayoru Şahid5 öyrənmişdir. Polis mayoru Şahid5 Təqsirləndirilən şəxs bıçağı saxladığı yerə baxış keçirəcəyini və baxış keçirməsi üçün həmin həyətin və yardımçı tikilinin sahibi olan Şahid1 bu barədə icazəsinin olub-olmamasına dair ərizə yazmasının zəruri olduğunu bildirmiş, həmin vaxt Şahid1 uzun müddətdi yazı yazmadığından özünün yaza bilməyəcəyini və onun yerinə həmkəndlisi Şahid3 yazmasını bildirmiş, bundan sonra Şahid5 ərizənin formasını demiş və Şahid3 yazmışdır. Şahid5 ərizənin məzmununu (yəni yardımçı tikiliyə baxış keçirilməsinə dair Şahid1 heç bir etirazının olmadığını) izah etmiş, ərizəyə Şahid1 özü baxmış və imzalamışdır. Bundan sonra Şahid5 Təqsirləndirilən şəxs bıçağı saxladığı yerə baxış keçirəcəyini, bu barədə prorokol tərtib edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bıçağı saxladığı yerə baxış keçirilmiş, taxta qutunun içərisindən bıçaq aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs yardımçı tikilidə taxta qutunun içərisində saxladığı bıçağı Türkiyədə hərbi təlimdə olan zaman şəxsi vəsaiti hesabına aldığını bildirmiş, bundan sonra Şahid5 baxışın keçirilməsinə dair aydın formada protokol tərtib etmiş, baxışda iştirak edən şəxslər yəni özü, Şahid3, Təqsirləndirilən şəxs və atası Şahid1 həmin protokolla tanış olmuş, sərbəst formada imzalamış, bundan sonra isə həmin ünvanı tərk etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, hazırda Culfa RPŞnin X17 ərazisində olan Culfa rayon Bənəniyar və Saltaq kəndlərində polis sahə rəisi kimi xidmət edir. Təxminən xx.xx.2024-cü il tarixdə Culfa rayonunun Kırna kənd sakini Təqsirləndirilən şəxs soyuq silaha bənzər ov bıçağını saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuş, məlumatı yoxlamaq üçün Təqsirləndirilən şəxs Culfa rayon X18 Polis Bölməsinə dəvət olunmuş, həmin gün axşam təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxs və atası Şahid1 X19 gəlmiş, bu barədə həmin şəxslərlə müvafiq söhbətlər aparılmışdır. Söhbət zamanı ilk əvvəl Təqsirləndirilən şəxs onda bıçaq olmadığını iddia etmişdir. Əməliyyat pozulmasın deyə onun tik-tok sosial şəbəkədə bıçaq şəkli paylaşdığını və həmin bıçağı görən şəxslərdən birinin Culfa rayon Polis Şöbəsinə müraciət etdiyini, bıçağın onun olduğunu və oğurlandığını bildirərək şikayət etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və atası Şahid1 qeyd olunan bıçağın özlərində olduğunu və hazırda Culfa rayonunun Kırna kəndində yerləşən evlərinin yardımçı tikilisində taxta qutunun içərisində saxladıqlarını və Təqsirləndirilən şəxs həmin bıçağı şəxsi vəsaiti hesabına hərbi xidmət dövründə Türkiyədə təlimdə olan zaman aldığını bildirmişlər. 13 aprel 2024-cü il tarixdə səhər saatlarında Kırna kənd icra nümayəndəsi, Culfa rayon Kırna kənd sakini olan Şahid3, Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə Şahid1 həyətində yerləşən və bıçağın saxlanıldığı yardımçı tikiliyə baxış keçirmək məqsədilə onun ünvanına getmiş, Şahid1 baxış keçiriləcəyi barədə məlumat vermiş, bu barədə icazəsinin olub-olmamasına dair ərizə yazmasının zəruriliyini ona bildirmişdir. Şahid1 həmin vaxtı Azərbaycan dilində yazı yaza bilmədiyini, ümumiyyətlə neçə illərdi yazı yazmadığı üçün ərizəni özünün yaza bilmiyəcəyini və onun yerinə həmkəndlisi olan, hal şahidi qismində iştirak edən Şahid3 yazmasını və özünün imzalayacağını bildirmişdir. Bundan sonra qeyd olunan şəxslərin yanında o ərizənin məzmununu (yəni Şahid1 həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilməsinə Şahid1 heç bir etirazının olmadığını) səsli formada demiş və Şahid3 ərizəni yazmış və həmin ərizə aydın oxunaqlı şəkildə Şahid1 təqdim olunmuş, o, ərizəyə baxmış, öz imzası ilə təsdiq etmiş, bundan sonra qeyd etdiyi şəxslərin iştirakı ilə baxışın keçirilməsi və bu barədə tərtib olunacaq protokolun məzmunu barədə izah vermiş, baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmadan həmin bıçağı yardımçı tikilidə yerləşən taxta materiallı qutunun içərisində saxladığını demiş və oradan götürüb ona təqdim etmişdir. Həmin vaxt bir neçə fotoşəkili protokola əlavə edilməsi üçün çəkmiş, bundan sonra həmin bıçağın saxlandığı yerdə başqa soyuq silaha bənzər predmetlərin olmadığı tərəfindən dəqiqləşdirilmiş, baxış yekunlaşdıqdan sonra aydın oxunaqlı formada Təqsirləndirilən şəxsla atası Şahid1 və digər şəxslərin yanında baxışın keçirilməsinə dair müvafiq protokol tərtib etmiş və həmin şəxslər sərbəst formada baxış protokolu ilə tanış olmuş, imzalamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Culfa rayon Kırna kənd sakini Şahid1 məxsus yaşayış evinin yardımçı tikilisinə baxış keçirilmiş, yaşayış evinin arxasında 4 metr enində, 6 metr uzunluğunda olan taxtadan hazırlanmış, giriş qapısı ağ rəngdə olan tikilinin qapısından girdikdə, sağ tərəfdə yerdə ağ rəngli, 20 sm enində, 60 sm uzunluğunda bərk taxta materialdan hazırlanmış qutunun içərisindən 1 ədəd hərbi təyinatlı süngü bıçaq aşkar edilərək protokol tərtib olunaraq götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Culfa rayon Kırna kənd sakini Təqsirləndirilən şəxs X21 8 markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan X21 8 markalı mobil telefonun qara rəngli olduğu, üzərinə qara rəngdə rezin materialdan olan qoruyucunun taxıldığı və ekranına qara rəngli ekran qoruyucu şüşənin yapışdırıldığı, ekranı yandakı düymə ilə açdıqda müvafiq sxemdən ibarət kod istənildiyi, müəyyən edilmiş sxem üzrə kodunu yığdıqdan sonra telefonun ekranının açıldığı və proqramlar panelinin göründüyü, proqramlar panelindən Galeriyə daxil olduqda Təqsirləndirilən şəxs özünə məxsus olan fotoşəkillərin və videogörüntülərin göründüyü, həmin fotoşəkillər və video görüntülər içərisində xx.xx.2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin X17 əməkdaşları tərəfindən Culfa rayon Kırna kəndində qeydiyyatda olan və yaşayan Şahid1 Qadir oğluna məxsus olan Culfa rayon Kırna kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yardımçı tikilisindən Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağının foto və video görüntüsünə rast gəlinmədiyi, mobil telefonda olan tik-tok sosial şəbəkəsinin proqramına daxil olan zaman Təqsirləndirilən şəxs məxsus olan Elməddin_473 adlı tik-tok platformasının paylaşım panelində xx.xx.2024-cü il tarixdə paylaşılan video görüntünün tərkibində dağlıq ərazidə göbələk bitkisinin yanında torpağa sançılmış formada 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağının foto şəklinin olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli, 402 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdiqata təqdim edilmiş -1 ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 iyun 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Culfa rayon Kırna kəndinə Şahid1 evinin arxasında yerləşən yardımçı tikilidən aşkar edilərək götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağı maddi sübut hesab edilmiş, Culfa rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Naxçıvan MR DİN-nin X4 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X8 Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 8 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilmiş, ona 7 ay sınaq müddəti müəyyən edilmişdir. “Naxçıvan MR X2” daxil olan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Culfa rayon Kırna kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Ekoloji Ekspertiza, Ətraf mühitə və X6 Nəzarət Xidməti”nin xx.xx.2024-cü il tarixli, 443/24 nömrəli məktubunda qeyd edilmişdir ki, X9 ərazisində ov mövsümü ilə bağlı Təqsirləndirilən şəxs ovçuluq bileti verilməmişdir. Naxçıvan MR Culfa rayon Kırna kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.4-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında X14 X7 Taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən X3 şəhərində iki ay müddətində hərbi təlimlərə cəlb olunan zaman, orada hərbi ləvazimatlar satılan mağazadan bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağı almış və təlim bitdikdən sonra həmin bıçağı özü ilə birlikdə gətirərək xidmətdə olduğu vaxtlar üzərində gəzdirmiş, 2023-cü ilin iyul ayında müqavilə müddəti başa çatdığı üçün hərbi xidmətini sona çatdırmış, həmin bıçağı hərbi hissəyə təhvil vermədən özü ilə birlikdə yaşadığı Culfa rayonunun Kırna kəndinə gətirmiş, bir nəçə dəfə dağlıq əraziyə gedən zaman qəsdən üzərində gəzdirmiş, həmin soyuq silah hesab edilən ov bıçağını Kırna kəndində yerləşən atası Şahid1 Qadir oğluna məxsus olan fərdi yaşayış evində saxlamış, bununla da Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qiymətləndirərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Culfa rayonunun Kırna kəndindəki ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə edilmiş əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Culfa Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyə təhvil verilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Culfa rayonunun Kırna kəndindəki ünvanını axşam saat 22:00-dan sonrakı gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut, Culfa Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyə təhvil verilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 67 manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Müdafiəçi tərəfindən təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №1(089)-13/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-13/2024
12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver