Məhkəmə qərarları › İş №1(089)-15/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-15/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-15/2023 05.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ İş № 1(089)-15/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Culfa Rayon Məhkəməsi Culfa Rayon Məhkəməsi Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X10 və müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakı ilə, X10 -xx.xx.1989-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikasının Mərənd şəhəri, Mərkid kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs X16 İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan əldə etdiyi təsiredici maddəsinin miqdarı 8,6625 qram olan güclü təsiredici maddə tramadol dərman həblərini əynindəki tünd göy rəngli gödəkçənin sol cibində gizlətmiş, 15 mart 2023-cü il tarixdə, saat 13 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməyərək, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа X16 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X16 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, İran İslam Respublikasının Mərənd şəhərinin Mərkid kəndində yaşayır. Təxminən 3 il olar ki, tır sürücüsü işləyir. 15 mart 2023-cü il tarixədə 45AA413/45AA414 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. Yük nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində Mərənd şəhərində təhvil almışdır. Nəqliyyat vasitəsində dəmir yükü olmuş, dəmir yükü bir neçə gün əvvəl başqa sürücü tərəfindən İranın İsfahan şəhərində yüklənmişdir. Maşını təhvil aldıqdan sonra Türkiyənin Qaziantep şəhərinə aparmaq üçün yola düşmüş, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Azərbaycan üzərindən tranzit keçərək Türkiyəyə getmək üçün Culfa gömrüyünə çatmışdır. Culfa gömrüyündə gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçiriləcəyini bildirmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirilənədək ondan idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş və ya gizlədilmiş nəyinsə olub-olmamasını soruşmuş, idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş heçnə olmadığını bildirmişdir. Gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama vaxtı nəqliyyat vasitəsindən heçnə aşkar edilməmişdir. Daha sonra üzərini yoxlamaq üçün yoxlama otağına aparılmış, üzəri yoxlanılan zaman əynindəki gödəkcənin sol cibində olan 38 ədəd bütöv və 1 ədəd yarım halda həb, ümumilikdə 39 ədəd Tramadol həbləri aşkar edilmişdir. X16 ifadəsində həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində güclü təsiredici maddə olan tramadolu İranda olarkən Sofiyan şəhərində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 200000 iran realına aldığını bildirmişdir. Həqiqətdə isə tramadol dərmanlarını tibbi resept əsasında almış, istifadə etmiş, 38 tabelt isə üzərində olmuşdur. Gömrük yoxlaması zamanı resept üzərində olmadığından qorxmuş və bəyan etməmişdir. Güclü təsiredici maddə olan tramadolun gömrük nəzarətindən bəyan etmədən keçirməyin cinayət olduğunu bilir. Əvvəllər cinayət törətməmişdir, iki yetkinlik yaşına çatmayan uşağı var, arvadi Fariba şəkər xəstəliyindən, qızı Bahar sudurğa xəstəliyindən əziyyət çəkir. Əməlindən çox peşmandır, məhkəmədən ona cərimə cəzası təyin etməyi xahiş edir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Babək rayon Badaşqan kəndində yaşayır. Daimi iş yeri yoxdur, hədrən Culfa gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yüklənibboşaldılmasında fəhləlik edir. 15 mart 2023-cü il tarixdə Culfa gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 14 radələrində gömrük əməkdaşı Mahir onu çağırmış, İran İslam Respublikasından gələn 45AA413/45AA414 nömrəli yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, hal şahidi kimi orada iştirak etməsini xahiş etmiş, etiraz etməmiş, onunla birlikdə nəqliyyat vasitəsinin yoxlanacağı anbara getmiş, Mahir adlı şəxsin də hal şahidi kimi dəvət edildiyini görmüşdür. Gömrük əməkdaşı X6ra təqdim etmiş, ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində bəyan edilməli olan və ya qadağan olunmuş hər hansı bir predmet olub-olmamasını soruşmuş, Markıdı Yousef idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gizlədilmiş və bəyan ediləsi heç nə olmadığını bildirmişdir. Gömrük əməkdaşı yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, nəqliyyat vasitəsindən qadağan olunmuş heç nə aşkar olunmamışdır. Daha sonra sürücünün üzərində şəxsi yoxlama aparılmış və yoxlama zamanı onun gödəkçəsinin sol cibindən 38 ədəd bütov və 1 ədəd yarım halda olmaqla ümumilikdə 39 ədəd həb aşkar edilmiş, həmin həblər qablaşdırılmış, protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Şahid2 ifadəsində onu da bildirmişdir ki, X14 təzyiq, təsir olmamış, o, həbləri İranda olarkən Sofiyan şəhərində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 200000 iran realına aldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırması zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixidə Culfa gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olmuş, saat təxminən 13 radələrində İran İslam Respublikasına məxsus 45AA413/45AA414 qeydiyyat nömrəli nəqliyyat vasitəsi giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmış, sürücü ilkin olaraq nəqliyyat vasitəsini VAİS-də qeydiyyata aldırmış, pasport nəzarətindən keçmişdir. Nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə söhbət etmiş, ondan vətəndaşlığını, şəxsiyyətini və səfərinin məqsədini, üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olubolmamasını soruşmuş, sürücü isə heç nə olmadığını bildirmidir. Nəqliyyat vasitəsini yoxlamağı qərara almış, nəqliyyat vasitəsini yoxlamış, lakin heçnə aşkar edilməmiş, sürücünün şübhəli hərəkətləri onda şübhə yaratmış, sürücünün üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş, bununla bağlı post rəisindən icazə almış, sürücünün üzərində şəxsi yoxlama aparmış, yoxlama zamanı sürücünün əyninə geyindiyi tünd göy rəngli gödəkcənin sol cibindən gömrük nəzarətinə bəyan olunmayan 38 ədəd bütov və 1 ədəd yarım halda olmaqla ümumilikdə 39 ədəd üzərində ”225 mg” yazıları olan tünd çəhrayı rəngli, güclü təsir edici maddəyə bənzər həbləri aşkar etmişdir. Sonra yoxlama və götürmə barədə müvafiq protokollar tərtib etmiş, sürücü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. X16 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolda qeyd edilmişdir ki, X10 üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı X10 əynindəki tünd göy rəngli gödəkçənin sol cibindən gömrük nəzarətinə bəyan olunmayan 38 ədəd bütov və 1 ədəd yarım halda olmaqla ümumilikdə 39 ədəd üzərində ”225 mg” yazıları olan tünd çəhrayı rəngli, güclü təsir edici psixotrop maddəyə bənzər həblər aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 297 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, İran İslam Respublikası vətəndaşı X10 əynindəki tünd göy rəngli gödəkçənin sol cibindən aşkar edilərək götürülmüş 38 ədəd tam və 01 ədəd yarım halda ”225 mg” yazıları olan tünd çəhrayı rəngli dərman həbləri (təsiredici maddənin miqdarı-8,6625 qram) zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 11 mart 2016-cı il tarixli Qanunu təsdiq edilmiş “ Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı” na daxildir. Tramadol həblərinin sayı-38 ədəd tam və 01 ədəd yarım həb, tədqiqata sərf edildi- 01 ədəd, qalıq-37 ədəd tam və 01 ədəd yarım həb. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 75 saylı ekspert rəyində qeyd edilmişdir ki, X4 tramadol toksikomaniyası aşkar olundu, məcburi müalicəyə ehtiyacı var. Şərqi Azərbaycan vilayəti baş Ədliyyə İdarəsi Mərənd şəhəri Ümumi və İnqilab Məhkəməsi Cinayət Məsuliyyətinə cəlb edilmə arxivindən verilmiş çıxarışda qeyd edilmişdir ki, X16 keçmişdə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Fabira Mirkarimpour və Təqsirləndirilən şəxs arasında nikah 22 oktyabr 2007-ci il tarixdə bağlanmışdır. Ölkə vətəndaşlarının qeydiyyatı idarəsindən verilmiş şəxsiyyət vəsiqələrindən müəyyən olunur ki, 30 mart 2018-ci il tarixdə doğulmuş Bahar Markidi və 16 aprel 2012-ci il tarixdə doğulmuş Mohammadamin Markidinin atası Yousef, anası Faribadır. Tibbi Nizamnaməsi təşkilatı tərəfindən verilmiş 81730 nömrəli arayışda qeyd edilmişdir ki, Fabira Mirkarimpour hal-hazırda şəkər xəstəliyi diaqnozu ilə müalicə alır və müntəzəm olaraq müalicə üçün mərkəzə müraciət edir və xüsusi qayğı tələb olunur. Uşaq Nevrologiyası üzrə yüksək mütəxəssis həkim pediatr tərəfində verilmiş arayışda qeyd edilmişdir ki, Bahar Markidi sudurqa (qıcolma) xəstəliyi diaqnozu ilə müalicə alır və dərman qəbul edir. X17 tərəfindən 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş reseptdə propranolol tab 100 ədəd, tramadol 225 mg 100 ədəd, tavanex 750 tab 10 ədəd, B1 300 vitamini tab 60 ədəd dərman preparatları qeyd edilmişdir. X18 tərəfindən 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs verilmiş reseptdə tramadol 225 mg 100 ədəd, meloxicam 15 tab 30 ədəd, tavanex 750 tab 10 ədəd, methocarbamol tab 3 paket, methocarbamol amp 5 ədəd qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama haqqında” protokol, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 297 nömrəli, 16 mart 2023-ci il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş 04 aprel 2023-ci il tarixli, 75 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, X10 İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin miqdarı 8,6625 qram olan güclü təsiredici maddə tramadol dərman həblərini əynindəki tünd göy rəngli gödəkçənin sol cibində gizlətmiş, 15 mart 2023-cü il tarixdə saat 13 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməyərək, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli, 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onlarən külli miqdarının siyahısı” üzrə siyahısına görə güclü təsir edən maddə olduğuna görə tramadol dərman həblərinin külli miqdar daxil olmaqla aşağı həddi 6 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular,radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasındaistifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə- Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X10 əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, bir uşağının epilepsiya xəstəliyindən, arvadının şəkər xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan X11 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X15 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, X10 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də cəzasını yüngülləşdirən hallar nəzərə alınmalı, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməldir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X16 təyin ediləcək cəzanı çəkməlidir. X16 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 15 mart 2023-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs X16 İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə X10 İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X10 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, X12 tramadol toksikomaniyası aşkar olunmasına, məcburi müalicəyə ehtiyacının olmasına baxmayaraq onun barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, üzərində 225 yazısı olan (təsiredici maddəsinin miqdarı 8,6625 qram) 37 ədəd tam və 1 ədəd yarım tramadol dərman həbləri məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, X9 götürülmüş 1 ədəd “Samsung A21s” markalı (İMEİ1 **********12281/01, İMEİ2 **********12289/01) mobil telefon X14 təqdim edilməsi, Culfa rayon Məhkəməsində olan T******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X14 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, o, əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, üzərində 225 yazısı olan (təsiredici maddəsinin miqdarı 8,6625 qram) 37 ədəd tam və 1 ədəd yarım tramadol dərman həbləri məhv edilsin Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, X9 götürülmüş 1 ədəd “Samsung A21s” markalı (İMEİ1 **********12281/01, İMEİ2 **********12289/01) mobil telefon X14 təqdim edilməsi, Culfa rayon Məhkəməsində olan T******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum X14 hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həminmüddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar