Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-17/2023 12.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, qanuni nümayəndə Şahid1 və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.2006-cı il tarixdə Culfa rayonunun Qazançı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yetkinlik yaşına çatmayan, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, Culfa rayonunun Teyvaz kəndində qeydiyyatında olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs məxsus, Culfa rayonunun Teyvaz kəndində yerləşən evin açarlarının həmin evin yardımçı tikilisinin divarındakı yarıqda olan kiçik taxta parçasının altında olduğunu müəyyənləşdirmiş, onda həmin evdən oğurluq etmək niyyəti yaranmış, 07 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs evində heç kimin olmamasını müəyyən etmiş, həmin gün saat 19:00-da Zərərçəkmiş şəxs həyətinə qonşu X3 həyətindən keçməklə daxil olmuş, əvvəlcədən yerini müəyyən etdiyi açarla Zərərçəkmiş şəxs evinin qapısını açmaq yolu ilə həmin evə oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olmuş, evin yataq otağındakı sandığın içərisindən 100 manat, salondakı soyuducunun üzərindən 55 manat, qonaq otağındakı stolun üzərindən 67 manat, qonaq otağındakı mebelin yuxarı orta rəfindən 287 manat olmaqla, ümumilikdə 509 manat pulu tamah niyyəti ilə qəsdən gizli yolla talamış, Zərərçəkmiş şəxs ümumilikdə 509 manat maddi ziyan vurmuşdur. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadələrində bildirmişdir ki, 2021-ci ildə Teyvaz kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş, şəhadətnamə almış, məktəbə getmədiyinə görə məktəbdən xaric edilmiş, məktəbdən xaric edildikdən sonra heç bir yerdə işləməmiş, vaxtını Teyvaz kəndində yaşadığı evdə və kənddə keçirmişdir. Zərərçəkmiş şəxs Naxçıvan şəhərində yaşayır, Teyvaz kəndində fərdi yaşayış evi var, ev onun yaşadığı evin yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs hər dəfə Naxçıvan şəhərindən Teyvaz kəndinə gələn zaman ona siqaret almağı tapşırdıqlarından həmkəndlilərinə siqaret alıdığını, onun evində siqaret olduğunu bilmişdir. Təqribən 01-02 mart 2023-cü il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını bilmiş, öz istifadəsi üçün siqaret götürmək məqsədilə həyətlərinin aşağı hissəsindən keçən yolla Həsənqulu Həşimovun həyətindən keçmiş, Zərərçəkmiş şəxs həyətinə daxil olmuşdur. Evinin giriş qapısını qırmaq və evə daxil olmaq istəmiş, lakin üz-üzə qarşı tərəfdə yerləşən evin sahibi Elgüzar Aslanovun həyətdə olduğunu görmüş, E.Aslanovun onu görəcəyindən qorxmuş və Zərərçəkmiş şəxs evinə bitişik olan yarımtikilinin taxta qapısını açmış, orada gizlənmiş və qapını arxadan iplə bağladmışdır. Yarımtikilidə olan zaman evə bitişik divarın yuxarı hissəsində kiçik bir deşilmiş yer görmüş, evin açarının həmin yerdə ola biləcəyini düşünmüş, baxmış, həmin hissəyə nazik taxta parçasının qoyulduğunu görmüş, taxta parçasını götürmüş, altında bir ədəd açar olduğunu görmüş, açarı götürmüş, evin qapısında olan qıfılı açaraq evə daxil olmuş, orada siqaret axtarmış, salonunda yerləşən soyuducunun yanındakı balaca pəncərədə 1 blok boz rəngli "xxxx" adlı siqaretin olduğunu görmüş, blok açıq olduğundan içərisindən 2 qutu oscar siqareti götürmüş, qalan 3 qutunu yerinə qoyuş, evdən başqa heç nə götürmədən evi tərk etmiş, olduğu kimi qapını bağlamış, açarı götürdüyü yerə qoymuş, gəldiyi yolla öz evlərinə qayıtmış, məhəlləyə çıxaraq bir az vaxt keçirmiş və evə getmişdir. Götürdüyü siqaretləri 3-4 gün ərzində təkbaşına istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17:40 radələrində Teyvaz kəndində məscidin yanında olan zaman atasının ondan aralıda telefonla Qurban müəllimlə danışdığını və Qurban müəllimin atasına onun onların evindən siqaret götürdüyünü dediyini eşitmiş, atasına heç nə demədən oradan uzaqlaşmış, məhəlləyə getmişdir. Məhəllədə olan zaman atası onu çağırmış, evə gəlməsini və yemək yeməyə hazırlaşdıqlarını bildirmiş, atasına birazdan gələcəyini demiş, atası həyətə qayıtdıqdan sonra həyətlərinə gəlmiş, evə daxil olmamış, evlərinin aşağı hissəsindən, sarı daş adlanan yerdən keçmiş, Həsənqulu müəllimgilin həyətindən Qurban müəllimin həyətinə daxil olmuşdur. Qurban müəllimin evinin giriş qapısına yaxınlaşmış, qapının yanındakı yardımçı tikilinin taxta qapısını açmış, orada divarın içərisindəki deşilmiş hissədə olan taxta parçasını qaldırmış, altındakı açarı götürərək evin qapısını açmış, salona daxil olmuşdur. Salonda işıqdan istifadə etməmiş, kənardan görünər deyə evin işığını yandırmamışdır. Əvvəlcə sağ tərəfdəki qapını açmış, yataq otağına daxil olmuş, işığı yandırmış divarın içərisinə yığılmış və əşyaların yığılması üçün nəzərdə tutulmuş iki ədəd, bir-birindən aralıda yerləşən şkafları görmüş, əvvəlcə qapıya yaxın olan şkafın pərdəsini qaldırmış, orada qab-qacaq yığıldığını görmüş, sonra televizorun yanında yerləşən ikinci şkafın pərdəsini qaldırmış, orada 1 ədəd taxta sandıq olduğunu və qıfılla bağlandığını görmüşdür. Qıfılı açmaq üçün açarı axtarmış, əlini televizorun yerləşdiyi şkafın üzərinə sürtmüş, örtüyün altında açar olduğunu hiss etmiş, açarı götürmüş, yoxlamış, sandığın açarı olduğundan qıfılı açmışdır. Sandığın içərisinə baxmış, 1 ədəd 100 manatlıq pul əskinası, 1 ədəd tanımadığı pul əskinasının olduğunu görmüş, 100 manatlıq pul əskinasını götürmüş, digər pul əskinasını götürməmişdir. Sandığı bağlamış, açarı götürdüyü yerə qoymuş, otaqdan çıxmış, salonun yuxarı hissəsinə getmiş, balaca pəncərədən içəri işıq düşdüyündən soyuducunun üzərində pul olduğunu görmüş, pulu götürmüş, 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 3 ədəd 5 manatlıq pul əskinası, ümumilikdə 55 manat pulu götürmüş, göy rəngli cins şalvarının qabaq sol cibinə qoymuşdur. Sonra sağ tərəfdəki qapını açmış, qonaq otağına daxil olmuş, otağın işığını yandırmış, ətrafa nəzər salmış, ortalıqda olan stolun üzərində pul olduğunu görmüş, pulu götürmüş, saymış, 67 manat olmuş, cibinə qoymuşdur. Hansı pul əskinasları olmasına baxmamışdır. Həmin otağın qabaq sağ küncündə yerləşən mebelin yuxarı orta hissəsindəki qapılarını açmış, orada 1 paçka 1 manatlıq pul əskinasının və üzərində isə açıq şəkildə 20, 10 və 5 manatlıq pul əskinaslarından ibarət olan digər pulların olduğunu görmüş, həmin pulları da götürmüş, saymış, 1 manatlıq paçkada 100 manat pul və digər dəstədə isə 187 manat, ümumilikdə 287 manat pulu da götürmüş, cins şalvarının cibinə qoymuş, evin işıqlarını söndürmüş, qapıdan çıxaraq evi tərk etmiş, lakin qorxduğu və tələsdiyi üçün evin qapısını bağlamamış, örtmüş, açarı qıfılın üstündə qoymuş, həyətin giriş qapısının yan hissəsindən asfalt yola çıxmış, piyada Teyvaz kəndindən çıxaraq Milax kəndinə doğru təkbaşına irəliləmişdir. Həmin vaxt saat təqribən 19:30 radələri olmuşdur. Təkbaşına piyada asfalt yolla Milax və Qazançı kəndlərini keçmiş, Əlincə Qalasının yaxınlığında, saat 23 radələrində həmkəndlisi, polis işləyən Orxan müəllimin avtomobilinin Teyvaz kəndi istiqamətində getdiyini görmüş, onu görməsin deyə Əlincə Qalasının yanında dərədə gizlənmiş, avtomobil keçib getdikdən sonra oradan çıxmış, yoluna davam etmiş, Əlincə kənd qəbristanlığının yanında qarşıdan polis avtomobilinin gəldiyini görmüş, yenidən ağacın arxasında gizlənmiş, həmin avtomobil də keçdikdən sonra piyada yoluna davam etmişdir. Saltaq kəndindən keçən zaman kənddən çıxan ağ rəngli, VAZ 2107 markalı avtomobilə əl etmiş, avtomobilin sürücüsü saxlayaraq onu götürmüş, avtomobildə bürücüdən başqa qadın və 3 uşaq olmuşdur. Sürücü ondan haraya getdiyini soruşmuş, işi olduğu üçün Naxçıvan şəhərinə getdiyini bildirmişdir. Naxçıvan şəhərində tanımadığı bir yerdə avtomobildən enmiş, 5 manat pul vermiş, lakin sürücü pulu qəbul etməmişdir. Həmin yerdə dayanan və qabaq hissəsində taksi yazılmış qara rəngli VAZ 2107 markalı avtomobilə yaxınlaşmış, onu “İçəri şəhər” kafesinə aparmasını xahiş etmiş, sürücü 5 manata apara biləcəyini demişdir. Taksi ilə İçəri Şəhər kafesinə getmiş, kafeyə daxil olmuş, saat təqribən 02:00 radələrində kafedə 2 bakal pivə, 2 qab noxud, 2 qab saçaq pendir, piy və toyuq kababı yemiş, 1 ədəd qəlyan sifariş vermiş, təqribən 1 saat həmin kafedə təkbaşına əyləşmiş, 50 manat hesab ödəmiş və oradan çıxmışdır. Tanımadığı, nömrəsini xatırlamadığı ağ rəngli VAZ 2107 markalı avtomobilə minərək Cahan Ticarət Mərkəzinin qarşısına getmiş, taksi sürücüsünə 10 manat pul ödəmiş, orada açıq kafe axtarsa da tapa bilməmiş, yenidən keçidin yanında tanımadığı və nömrəsini xatırlamadığı qara rəngli VAZ 2107 markalı avtomobilə yaxınlaşmış, sürüsüdən açıq kafe yeri bilib-bilmədiyini soruşmuş, sürücüsü kafe tapa biləcəyini demiş, avtomobilə minmişdir. Naxçıvan şəhərində bir neçə yerə getmiş, açıq kafe tapa bilməmişlər. Sürücü onu otelə aparmasını bildirmiş, razılaşmış, sürücü onu Grand Otelə aparmış, üzərində sənəd olmadığı və azyaşlı olduğu üçün otel işçisi onu qəbul etməmiş, onu otelə aparan taksi sürücüsünün oteli işlədən şəxsə onun otelə qəbul edilməsi üçün əvəzinə öz kimliyini verməyi təklif etmişdir. Oteldəki şəxs onu qəbul etməmiş, az müddətdə, yəni 2 saat qalacağını demiş, oteli işlədən şəxs onu sənədsiz qəbul etmiş, orada taksi sürücüsünə 48 manat pul ödəmiş, sürücü getmişdir. Saat təqribən 05 radələrindən 07 radələrinədək Grand otelin ikinci mərtəbəsində, 503 nömrəli otaqda istirahət etmiş, otelə 40 manat pul ödəmiş və oradan çıxmış, bir az piyada gəzmiş, sonra qara rəngli tofaşa minmiş və Cahan Ticarət Mərkəzinə getmişdir. Orada özü üçün 25 manata 1 ədəd qara rəngli uzunqol köynək, 25 manata 1 ədəd göy rəngli cins şalvar, 20 manata 1 cüt ayaqqabı, 10 manata bir qab ətir almış, saat 09 radələrində taksi ilə Danyeri kafesinə getmiş, taksiyə 3 manat pul vermişdir. Dan yeri kafesində 8 manatlıq paxlava ilə çay içmiş, kafedən çıxmış, taksi ilə Naxçıvan şəhərində bir az gəzmiş, tanımadığı bir yerdə taksidən enmiş və 10 manat ödəniş etmişdir. Mağazadan sok, çöçə, sosiska almış, 5 manat ödəmiş, yenidən taksiyə 5 manat verərək Danyerinin yanına qayıtmış, yenidən mağazaya girmiş, 3-4 manatlıq bazarlıq etmiş, yenidən Naxçıvan şəhərini gəzməyə başlamışdır. Naxçıvan şəhərində gəzən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadələrində onu da bildirmişdir ki, Qurban müəllimin evindən oğurluq etməsi barədə valideynlərinin, başqa şəxslərin məlumatı olmamışdır. Qurban müəllimin evindən götürdüyü 509 manat pulu Naxçıvan şəhərində xərcləmiş, üzərində pul qalmamışdır. Özü üçün aldığı 1 ədəd qara rəngli papaqlı üst geyimini, 1 ədəd cins şalvarını, 1 cüt ayaqqabını atasın əsəbiləşərək yandırmış, 1 ədəd şüşə qabda olan ətiri yerə çırparaq sındırmışdır. Onu taksi kimi Grand otelə aparan və görüşməyi üçün otelə qız çağıran taksi sürücüsünü əvvəlcədən tanımamış, onun adını və ya haqqında olan digər məlumatları bilməmiş, avtomobil qara rəngli VAZ 21074 markalı avtomobil olmuş, avtomobilin dövlət nömrə nişanını bilmir. Sürücünün otelə çağırdığı xanımı da tanımır, onu bir fədə oteldə görmüş, adının Səbinə olduğunu demişdir. Hərəkələrindən çox peşmandır. Yetkinlik yaşına çatmamışdır. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə baxışı iclaslarında iştirak etməmiş, 09 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, vurulmuş zərərin təqsirləndirilən şəxsin atası tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsi bağışladığını, ondan tələbinin, şikayətinin olmadığını, səhəti ilə bağlı məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinə zərərçəkmiş şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı zamanı izahat vermiş təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid1 bildirmişdir ki, təqribən 8 il əvvəl yaşı ilə əlaqədar təqaüdə çıxmış, hazırda Teyvaz kəndində fərdi təsərrüfatla məşğul olur. Dörd övladı var, oğlu Məhərrəm Mustafayev 2 il, kiçik oğlu Rasim Mustafayev isə 5 ildir ki, ailəsi ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində, qızı Fəridə Mustafayeva isə 2006-cı ildə Babək rayon Hacıvar kənd sakini X7 ilə ailə qurmuş, Hacıvar kəndində yaşayır. Kiçik oğlu Təqsirləndirilən şəxs isə onlarla birlikdə Teyvaz kəndində yaşayır. Təqsirləndirilən şəxs Teyvaz kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra davamlı olaraq məktəbə getməmiş, məktəbdən xaric edilmiş, Amin heç bir işlə məşğul olmamış, vaxtını yaşadıqları evdə və Teyvaz kəndində keçirmişdir. Amin uşaqlıqdan özbaşına hərəkətlər etmiş, bəzən dediklərini eşitməmiş, öz bildiyini edən ərköyün uşaq olmuşdur. xx.xx.2023-cü il tarixdə kənd məscidinin yanında olan zaman saat 17:30 radələrində həmkəndlisi Qurban müəllim onun mobil telefonuna zəng vurmuş, oğlu Aminin onun evinə daxil olduğunu, evdən bir neçə qutu siqaret götürdüyünü bildirmişdir. Ona Aminlə söhbət edəcəyini, tədbir görəcəyini bildirmiş, Qurban müəllimdən üzür istəmiş, evə qayıtmış, bir az sonra məhəlləyə çıxmış, Amini səsləmiş, yemək yeməyə hazırlaşdıqlarını və evə gəlməsini Aminə bildirmişdir. Amin isə ona get gəlirəm deyə cavab vermişdir. Saat 18:30 radələrində evə qayıtmış, bundan bir neçə dəqiqə sonra Amin həyətə gəlmiş, açıq balkonda olan əl-üz yuyanda əllərini yumuşdur. Arvadı ilə birlikdə evdə Aminin gələcəyini gözləmiş, lakin Amin evə gəlməmişdir. Həyəti, məhəlləni axtarmış, Amini tapa bilməmiş, saat təqribən 20:30 radələrində həmkəndlisi, polis əməkdaşı Orxana zəng vurmuş, təqribən 2 saatdır ki, oğlu Amini tapa bilmədiyini və bu barədə maraqlanmasını ondan xahiş etmiş, özü də kənddə Amini axtarmağa, qarşısına çıxan həmkəndlilərindən Amini soruşmağa başlamış, lakin tapa bilməmişdir. Polis əməkdaşları da kənd ərazisində Amini axtarmışlar. Amini axtaran zaman qonşuları olan və polis işləyən Orxan müəllimgilin həyətindən fanar işığı düşdüyünü görmüş, onun Amin olduğunu düşünərək səsləmiş, həmin şəxsin polis əməkdaşı Samir Seyidov olduğunu və Amini axtardığını bildirmişdir. Samir Seyidovun yanından Orxan müəllimin ona yanlarına gəlməsini demiş, Orxan müəllimgilin həyətinə getmiş, Orxan müəllim ona Qurban müəllimin evdə olmadığını, evin qapılarının açılmış vəziyyətdə olduğunu, Aminin evə girməsindən şübhələndiklərini bildirmişdir. Sonra Orxan müəllim Qurban müəllimə zəng etmiş, bu barədə ona məlumat vermiş, Qurban müəllimin icazəsi ilə Orxan müəllim, Samir və Qurban müəllimin bacısının oğlu Şahid3 İsfəndiyar oğlu evə daxil olmuşlar. Özü də evə daxil olmuşdur. Qurban müəllim telefonda Orxan müəllimə evindəki pul olan yerləri və pulun məbləğlərini bildirmiş, Orxan müəllimlə Zahir həmin yerlərə baxmış, pul olmadığını Qurban müəllimə demişlər. Qurban müəllim qonaq otağındakı şkafın üst rəfində, dəftərin altında 300 manat pul və yanında 1 blok siqaret olmasını bildirmiş, həmin yerə baxdıqda pulun və siqaretin götürülmədiyini görmüşlər. Qurban müəllim tərəfindən harada nə qədər pul olması ilə bağlı, haradan nə qədər pul götürüldüyünü deməsini bilməmiş, Qurban müəllim səhər Şöbəyə gedəcəyini, şikayət ərizəsi verəcəyini telefonda bildirmişdir. 08 mart 2023-cü il tarixdə, saat təqribən 13:00 radələrində Amini Naxçıvan şəhərindən polis əməkdaşları tapmış, kəndə gətirmiş, Amin etdiklərini etiraf etmiş, onları birlikdə polis şöbəsinə dəvət etmişlər. Amin oğurladığı pullarla özünə geyim, ayaqqabı və ətir aldığını demiş, buna əsəbləşmiş, onun aldığı həmin paltarları və ayaqqabını götürərək yandırmış, ətiri yerə çırparaq sındırmışdır. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 izahatında onu da bildirmişdir ki, əvvəllər oğlu Amin hardansa oğurluq etməmişdir. Özü, arvadı təqaüd alır, təsərrüfatla məşğul olur, ehtiyaclarının qarşılanması üçün aylıq qazancları olur. Aminin hər hansı bir ehtiyacı olmamış, zəruri ehtiyacları qarşılanmışdır. Amin azyaşlıdır, bunların nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməyi xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə Şahid1 ilə ailə qurmuş, Teyvaz kəndində yaşayırlar. Uşaqları yoxdur. Lakin Rəşidin birinci evliliyindən üç uşağı var, kiçik oğlu Təqsirləndirilən şəxs onlarla birlikdə yaşayır, ona öz övladı kimi qulluq edir. Amin sakit təbiətli, tərbiyəli, sözə baxan bir uşaqdır. Bildiyi qədər kənd sakinlərinə qarşı da hörmətsizlik etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:00 radələrində əri Rəşidə Amini çağırmasını və yeməyi hazırladığını bildirmiş, Rəşid Amini çöldən çağırmışdır. Aminin həyətə gəlmiş, evlərinin açıq balkonunda əllərini yumuş, lakin Rəşidlə mətbəxdə gözləyən zaman Amin evə girməmişdir. Balkona çıxdıqda Aminin həyətdə olmadığını görmüşlər. Rəşid Aminin krasofkalarının balkonda olmadığını, “Amin krasofkalarını götürübsə, mütləq evdən çıxaraq harasa gedib” demişdir. Təqribən 1 saat Rəşid Amini axtarmış, tapa bilmədiyinə görə polisə məlumat vermişdir. Rəşid gecə saat 02-03 radələrinədək təkbaşına və polislərlə birlikdə kənd və kəndətrafı ərazilərdə Amini axtarmış, tapa bilməmiş, evə gəlmiş, səhərə yaxın yenə evdən çıxaraq atla ətraf əraziləri axtarmaq üçün getmiş, özü evdə Aminin itməsindən çox narahat olmuş, Aminin tapılması ilə bağlı xəbər gözləmişdir. xx.xx.2023-cü il tarixdə, saat təqribən 13:00 radələrində əri Rəşid evə gəlmiş, “muştuluğumu ver, Amini şəhərdə tapıblar, sağ-salamatdır, birazdan Teyvaz kəndinə gətirəcəklər” demiş, təqribən 1 saat sonra Amini polis əməkdaşları Teyvaz kəndinə gətirmiş, onun xx.xx.2023-cü il tarixdə qonşuları və həmkəndliləri Zərərçəkmiş şəxs evindən 509 manat pul oğurlaması, təkbaşına Naxçıvan şəhərinə getməsi, pulları orada xərcləməsi məlum olmuşdur. Rəşid və X9 dəvət edilmiş, birlikdə Culfa rayon Polis Şöbəsinə getmişlər. X5 ifadəsində onu da bildirmişdir ki, Şahid1lə birlikdə yaşadığı müddətdə Təqsirləndirilən şəxs əvvəllər harasa girməsi və ya kiminsə evindən hər hansı pul və ya qiymətli əşya götürməsinin şahidi olmamış və eşitməmişdir. Atası lazım olan zaman Aminə pul vermiş, onun nəyəsə ehtiyacı olmamışdır. Hadisədən sonra Aminin siqaret çəkməsindən məlumatı olmuş, əvvəllər bu barədə bilməmişdir. Amin heç vax saxlaması üçün ona pul verməmiş, Aminin pulu olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Culfa rayon Teyvaz kəndində yaşayır, Teyvaz kəndinin poçt bölməsində əməliyyatçı işləyir. xx.xx.2023-cü il tarixdə, axşam saat 23:30 radələrində həmkəndlisi Zahir Asalanov onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs evdən çıxaraq geri dönməməsi və valideynlərinin Təqsirləndirilən şəxs axtarması barədə ona məlumat vermişdir. Şahid3 yanında olan həmkəndlisi, polis əməkdaşı Şahid2 ona yaşadığı evin ətrafına, həmçinin evlərindən yuxarı dərəyə və kənd mərkəzinə doğru baxmağını xahiş etmiş, bundan sonra Culfa rayonunun Teyvaz kəndinin girişində yerləşən evlərinin ətrafına və dərə kənarı ilə kənd mərkəzi isdiqamətində baxaraq kəndin mərkəzində Amin Mustayevi axtarmaq üçün toplanmış polis əməkdaşları və Təqsirləndirilən şəxs atası Şahid1 yanına gəlmişdir. Polis əməkdaşlarına kəndi yaxşı tanıdığı üçün bələdçilik etmiş, Təqsirləndirilən şəxs axtarışının davam etdirilməsində kömək etmiş, gece gec saatlarına qədər Təqsirləndirilən şəxs axtarışı davam etmiş, onu tapa bilməmiş, evə qayılmışlar. xx.xx.2023-cü il tarixdə özünə məxsus olan Ford Focus markalı, **-BC-*** dövlət qeydiyyat nömrəli avtomobillə avtomobilin qış fəsli üçün nəzərdə tutulan təkərlərini yay fəsli üçün nəzərdə tutulan təkərlərlə əvəz etmək üçün Naxçıvan şəhərində, el arasında “Sovedabad” adlanan qəsəbədə qəbiristanlıq ilə üz-üzə yerləşən “Lassa” təkər sexinə getmiş, həmin gün təxminən saat 11:20 radələrində avtomobilin təkərlərini dəyişən zaman həmkəndlisi, polis əməkdaşı Şahid2 Lassa təkər sexinin yanından Danyeri market istiqamətdə Hundai markalı avtomobili ilə keçdiyini görmüş, Şahid2 zəng etmiş, Amini tapılıb-tapılmamasını soruşmuş, tapa bilmədiyini və axtardığını bildirmişdir. Təxminən 10-15 dəqiqə vaxt keçdikdən sonra Lassa təkər sexini qapısının qarşısında əyləşdiyi zaman bir anlıq sexin qarşısından üzərində qara rəngli, papaqlı idman geyimi olan və geyimin papağını başına qoyub sanki özünü gizlədirmiş kimi keçən bir nəfər onun diqqətini çəkmiş, ona diqqət etmiş, yerişindən, zahiri görünüşündən, formasından Təqsirləndirilən şəxs bənzətmiş, ona arxadan yaxınlaşmış, sol çiynindən tutaraq papağını başından çıxartmış, Təqsirləndirilən şəxs olduğunu görmüş, Amini tutub saxlamış, Şahid2 zəng etmiş, Şahid2 başqa bir polis əməkdaşı ilə gəlmiş, Təqsirləndirilən şəxs özünün şəxsi avtomobilinə mindirib aparmışdır. Həmin gün təxminən saat 4-5 radələrində Teyvaz kəndinə qayıtmış, Aminin xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs evinə daxil olduğunu və oradan pul götürərək Naxçıvan şəhərinə getdiyini, gecəni orada qaldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Teyvaz kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evində olmuşdur. Həmin vaxt həmkəndlisi, polis əməkdaşı Şahid2 ona zəng etmiş, çölə çıxmasını, qapıda onu gözlədiyini demişdir. Çölə çıxmış, Şahid2la görüşmüş, Şahid2 ona dayısı Zərərçəkmiş şəxs evinə kiminsə girdiyini, oğurluq etdiyini bildirmiş, onunla dayısına məxsus evin həyətinə getmiş, həmkəndlisi, polis əməkdaşı Samir Seyidovun da orada olduğunu görmüşdür. Dayısına zəng etmiş, olanlar barədə məlumat vermiş, dayısı evin müxtəlif yerlərində pul olmasını ona bildirmişdir. Həmin vaxt Şahid2 evə Aminin girə biləcəyəni, ola bilsin ki, Aminin hələ evdə olduğunu bildirmişdir. Dayısının icazəsi ilə evə daxil olmuşlar. Otaqların işıqları yandırılmış, evdə kimsə olmamışdır. Təkrar dayısına zəng etmiş, pulların yerini soruşmuş, dayısı salonda soyuducunun üzərində 55 manat, yataq otağında sandığın içərisində 100 manat və 100 dollar, qonaq otağındakı stolun üzərində 67 manat, həmin otaqda stenka mebelin yuxarı orta rəfində 1 paçka 1 manatlıqdan ibarət 100 manat, onun yanında açıq şəkildə 187 manat və dəftərin altında 300 manat pul olduğunu demiş, dayısının dediyi yerlərə baxmışlar. Soyuducunun və stol üzərində pul olmadığını, sandığın içərisində 1 ədəd 100 dolların olduğunu, 1 paçka 1 manatdan ibarət 100 manatın yerində olmadığını, dəftərinn altında olan 300 manatın yerində olduğunu, 187 manatın yerində olmadığını müəyyən etmiş və dayısı Zərərçəkmiş şəxs bildirmişlər. Teyvaz kəndinin ərazisində polis əməkdaşları ilə birlikdə Amini axtarmış, lakin tapa bilməmişlər. 08 mart 2023-cü il tarixdə Boyəhməd kəndinə hüzr yerinə getmiş, orada olan zaman Aminin Naxçıvan şəhərindən tapıldığını, Polis Şöbəsinə aparıldığını, dayısı Zərərçəkmiş şəxs evindən Aminin oğurluq etdiyi öyrənmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 08 mart 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanğnda yaşayan Zərərçəkmiş şəxs məxsus Culfa rayonunun Teyvaz kəndində olan fərdi yaşayış evində baş vermişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər də Zərərçəkmiş şəxs Teyvaz kəndində yerləşən evinə daxil olaraq oradan götürmüş olduğu 2 qutu "xxxx" adlı siqaretin qiymətini müəyyənləşdirmək üçün Cahan Ticarət MMC-yə müvafiq sorğu ünvanlanmış və alınmış cavabdan Cahan Ticarət MMC-də Oscar siqaretinin satışının həyata keçirilmədiyi, buna görə də həmin siqaretin orta bazar qiymətininin müəyyən edilə bilmədiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan MR Səhiyyə nazirliyi Y.Budaqov adına X2 verilmiş 605 nömrəli, 16 may 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Culfa rayon İH-nin Teyvaz kənd İƏD üzrə nümayəndəliyindən və Teyvaz kənd tam orta məktəbdən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə, saat 19:00-da Zərərçəkmiş şəxs məxsus evinin qapısını açmaq yolu ilə həmin evə oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olmuş, evin yataq otağındakı sandığın içərisindən 100 manat, salondakı soyuducunun üzərindən 55 manat, qonaq otağındakı stolun üzərindən 67 manat, qonaq otağındakı mebelin yuxarı orta rəfindən 287 manat olmaqla, ümumilikdə 509 manat pulu tamah niyyəti ilə qəsdən gizli yolla talamış, Zərərçəkmiş şəxs ümumilikdə 509 manat maddi ziyan vurmuş, bunula da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, yetkinlik yaşına çatmamasını, əməlindən çox peşman olmasını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində müəyyən edilən daha yüngül cəza, azadlığın məhdudlaşdırlması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə təqsirli bilinməli, ona 1 il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-Culfa rayonunun Teyvaz kəndini axşam saat 19:00-da səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarətə vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yeri üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində qalsın. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-Culfa rayonunun Teyvaz kəndini axşam saat 19:00-da səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut, müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-17/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-17/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver