Məhkəmə qərarları › İş №1(089)-17/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-17/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-17/2025 05.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X17 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X16 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi- Culfa rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1967-ci il tarixdə Culfa rayonunun Ərəzin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq anası, ali tibb təhsilli, məhkumluğu olmayan, “Culfa X60” X62 tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixli, 70 nömrəli əmrlə “Culfa X60” X62 tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsinin həkim mamaginekoloqu vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işləyərkən bu vəzifəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 6, 7, 24, 25, 26, 27 və 50.1-ci bəndlərinə uyğun olaraq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməli, öz ixtisası üzrə peşəkar səviyyədə ambulator və stasionar tibbi yardım göstərməli, xəstənin stasionar şəraitində aparılmasının düzgün taktikasını müəyyən etməli, həmçinin xəstənin ambulator aparılması taktikasını və müayinə planını hazırlayaraq laborator tədqiqatların nəticələrinə əsasən diaqnozu müəyyənləşdirməli, hamiləyə antenatal xidmət göstərərək qaydalara və standartlara uyğun olaraq zəruri müalicə təyin edib nəzarət etməli, ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməli olduğu halda, yuxarıda qeyd olunan vəzifə təlimatı qaydalarının tələblərini kobud surətdə pozaraq, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib Babək rayon Payız kəndində anadan olmuş, Babək rayon Payız kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, xx.xx.2004-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə hamiləliklə bağlı müayinə edərək ümumi vəziyyətini kafi qiymətləndirmiş, sonuncu dəfə Gülcan Allahverdiyevanı xx.xx.2025-ci il tarixdə, 33-34 həftəlik olarkən müayinə etməklə sidik analizlərinin nəticələrinə və təzyiq göstəricilərinə görə tövsiyələr vermiş və dərman müalicəsi yazıb evə buraxmaqla kifayətlənmiş, Gülcan Allahverdiyevaya antenatal xidməti səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olaraq tam həcmdə aparmamış, xx.xx.2025-ci il tarixdə müayinə zamanı hamiləyə verilmiş təyinat yetərli olmamış, zülal və arterial təzyiqin normadan yüksək olmasının müəyyən edilməsinə baxmayaraq, hamiləyə daha geniş müayinələr – sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması, digər instrumental müayinələrin aparılmasını həyata keçirməmiş, antenatal dövrdə hamilədə hansı patoloji vəziyyətin olmasını, həmçinin xroniki prosesin nəticəsi olan patoloji dəyişiklikləri – miokardda və böyrəklərdə parenximatoz zülal distrofiyası, ağciyərlərdə bronxopnevmoniya ödem və ocaqlı qansızmaları müəyyən etməmiş, hamilənin hospitalizasiyasına tibbi göstərişlərin olubolmamasını aydınlaşdırmamış, daha ətraflı müayinələr aparmadığı üçün Gülcan Allahverdiyevanın vaxtında hospitalizasiya olunmasını təmin etməmiş, hamilənin arterial təzyiqinin normadan yüksək olmasına, sidikdə zülal və bədən çəkisi indeksinin (ödemin) artmasına baxmayaraq, hamiləni risk qrupuna daxil etməmiş, profilaktik məqsədlə aşağı ətraf damarlarının doppler, ExoKQ, EKQ müayinələrinin aparılmasını təşkil etməmiş, patoloji vəziyyəti müəyyən edərək adekvat tibbi yardımlar göstərməmiş, aparılmış konservativ müalicələr yetərsiz olmuşdur. Təqsirləndirilən şəxs Gülcan Allahverdiyevaya hamiləlik dövründə qüsurlu tibbi yardımlar göstərməsi, müayinə və müalicəsini tam həcmdə aparmaması hamilənin vəziyyətinin daha da ağırlaşmasına və 18 yanvar 2025-ci il tarixdə, gecə saatlarında hospitalizasiya edilməsi məqsədilə X66 maşınında Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsinə aparılarkən yolda “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”ndan ölümünə, hamilənin ölümü baş verdikdən qısa müddət sonra bətnindəki dölün isə “Uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) hipoksiya”dan ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən 22 fevral 2025-ci il tarixdə, saat 23:25-də X65 X57 Şəxsin tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsinə doğuş sancıları və dölyanı mayenin vaxtından əvvəl axması şikayətləri ilə əlaqədar müraciət etmiş Culfa rayon Ləkətağ kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Culfa rayon Milax kəndində yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Şahid10 müayinə edərək ümumi vəziyyətini kafi qiymətləndirmiş, müayinə nəticəsində “37-38 həftəlik hamiləlik, Baş gəlişi; Dölyanı mayenin vaxtından əvvəl axması; Doğuşun birinci dövrü” diaqnozunu təyin etmiş və doğuşun təbii yolla başa çatdırılmasına qərar vermiş, 23 fevral 2025-ci il tarixdə, saat 06 radələrində Şahid10 sancılarının artmağa başladığı bildirildiyindən o, sonuncunu müayinə edərək doğuşa hazırlaşdırmağa başlamış, həmin gün saat 06:15-də hamilədə gücənmələr başlamış, hamiləyə “Doğuşun İİ dövrü; Baş gəlişi” diaqnozunu təyin etmişdir. Doğuşun İİ dövrü zamanı Təqsirləndirilən şəxs doğuş prosesinin icrası və doğuşdan sonra həkim-neonatoloqun iştirakı, baxışı təmin edilməli, doğuşun güc zəifliyi səbəbindən uzanmasını müəyyən edib stimulyasiya edici tədbirlər görməli, dölün başının ölçüsünün böyük olduğu hallarda isə bunları əvvəlcədən müəyyən edərək doğuşu operativ müdaxilə ilə başa çatdırmalı, ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməli olduğu halda, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib qüvvədə olan, Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 6, 7, 24, 25, 26, 27 və 50.1-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, Şahid10 doğuşunun idarə olunmasını düzgün yerinə yetirməməklə güc zəifliyi, dar çanaq, dölün başının çanağa düzgün oturmaması və digər səbəblər nəzərə alınmadan doğuş prosesini operativ müdaxilə ilə başa çatdırmamış, nəticədə Şahid10 yenidoğulmuş, qadın cinsli uşağı doğuşun gedişi zamanı damarların keçiriciliyinin pozulması hesabına dölün başının sıxılması nəticəsində yaranan, canlı şəxslərdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərərvurmaya aid “Başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi” xəsarətlərini almış, doğuş yekunlaşdıqdan sonra həkim mamaginekoloq Təqsirləndirilən şəxs işə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə bağlı hərəkətlərini davam etdirməklə qadın cinsli yenidoğulmuşun vəziyyətini düzgün qiymətləndirməyib ilkin tibbi yardımları tam həcmdə aparmayaraq yenidoğulmuşu küvez aparatına yerləşdirməmiş, vəziyyətinin ağırlığı ilə əlaqədar müvafiq tibbi tədbirləri göstərməmiş, düzgün icra etmədiyi doğuş prosesi nəticəsində qısa zaman çərçivəsində yenidoğulmuş doğuş zamanı aldığı qeyd olunan xəsarətlər səbəbindən ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 314.2-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməmiş, ifadəsində bildirmişdir ki, həkim mamaginekoloq olaraq əsas vəzifələri qadın sağlamlığının qorunması, diaqnostikası, müalicəsi və doğuş prosesinin idarə olunması ilə bağlıdır. Qeyd edilən vəzifələrin yerinə yetirilməsində məqsəd hamiləliyin sağlam keçməsini təmin etmək, ana və döl üçün təhlükələri vaxtında aşkarlamaq və qarşısını almaq, həmçinin doğuşun təhlükəsiz şəkildə baş tutmasına şərait yaratmaqdır. 18 yanvar 2025-ci il tarixdə, saat 02:36-da evdə olduğu zaman ***-***-**-** nömrəli mobil telefondan şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng gəlmiş, zəngi açdıqda onunla danışan Naxçıvan Muxtar Respublikası X66 Xidmətinin Culfa Stansiyasının paramediki Şahid1 olmuş, Əfsanə ona çağırışa getdiyini, Culfa şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü X4 nəfəs ala bilməməsi, boğulma şikayətlərinin olmasını, xəstənin təzyiqini ölçdüyünü və onun təzyiqinin 200-100 göstəricidə olmasını bildirmiş və nə etməli olduğunu soruşmuş, danışıq zamanı o, Əfsanəyə Gülcana “Papaverin” və “Dibazol” iynələrini inyeksiya etməsini və həmin iynələri vurduqdan sonra xəstəni dərhal Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsə hospitalizasiya etməsini bildirmiş, danışıqları 2 dəqiqə çəkmiş və daha sonra telefonda əlaqələri kəsilmiş, bir neçə dəqiqə sonra o, Perinatal Mərkəzə getmək məqsədilə ayağa qalxmış və hazırlaşmağa başlamış, 02:54-də yenidən həmin nömrəyə zəng vurmuş, vəziyyəti öyrənmək istəmiş, birinci dəfə zəng vurduqda zəngi rədd edilmiş, 02:55-də həmin nömrədən yenidən zəng gəlmiş və Gülcanın qayınanası Şahid2 ona Gülcanın qaytardığını bildirmiş, danışıq 1 dəqiqə çəkmiş, Xuraman telefonu söndürmüş, daha sonra, 02:58-də o, həmin nömrəyə zəng etmiş, telefonu paramedik Əfsanə almış və ona Gülcanın vəziyyətinin yaxşı olmadığını, boğulduğunu bildirmişdir. O, Əfsanəyə əlavə 5 mq “Maqnezium sulfat” iynəsini inyeksiya etməsi barədə göstəriş vermiş, həmin vaxt Əfsanə ona xəstədə təzyiq və nəbzin olmadığını, ağzından köpük gəldiyini, dilinin ağzından çölə çıxdığını, boğulduğunu söyləmiş, danışıq 1 dəqiqə çəkmiş, bundan sonra, telefonu yenə söndürmüş, 03:01-də 36 saniyəlik və 03:03-də 1 dəqiqəlik danışıqları olmuş, son danışıqlardan birində Əfsanə göstərilən tibbi yardımlara baxmayaraq Gülcanın vəfat etdiyini ona demiş, şəxsi istifadəsində olan nömrəyə yuxarıda qeyd etdiyi nömrədən 03:58-də zəng bildirişi gəlmiş, onun zəngi nəticəsində 04:00-da 1 dəqiqəlik danışıq olmuş, həmin danışıq Xuramanla həyata keçmiş və danışıq zamanı Xuraman ağlamışdır. Gülcanın hamiləliklə bağlı birinci gəlişində bədən çəkisi indeksini təyin etməmiş, lakin onun çəkisini və boyunu soruşmuş, təxmini bədən çəkisi indeksinin 36 olduğunu müəyyənləşdirmiş, 13 yanvar 2025-ci il tarixdəki beşinci gəlişində bədən çəkisi hamiləlik hesabına artdığından qidalanması, pəhriz saxlaması, xəmir yeməklərindən və şirniyyatdan uzaq olması barədə Gülcana məsləhətlər vermişdir. Həmin tarixdəki müayinə zamanı Gülcanın təzyiqinin sağ qolda 130-80, sol qolda 140-80 göstəricidə olması ilə bağlı medikamentoz müalicə yazmış, gündə bir dəfə bir şam olmaqla “Papaverin” rektal şamı, gündə bir dəfə olmaqla “Dopegit”, gündə hər dəfə 50 damcı olmaqla üç dəfə “Kanefron”, səhər axşam, yeməkdən sonra olmaqla gündə 2 dəfə “Maqne B6” adlı dərman vasitələrini təyin etmiş, Gülcanın sistolik təzyiqinin sağ qolda 130, sol qolda 140 olmasını, həmçinin sidikdə zülal olmasını hamiləliyini nəzərə alaraq risk amili kimi qiymətləndirməmiş, həmin vaxt Gülcanın səhhətində ağır bir vəziyyət görməmişdir. Bundan əlavə, həmin gün Gülcana və qayınanası Xuramana 3 gün ərzində X28 ətraflı müayinələrdən keçməsi, qan analizi verməsi barədə göstəriş vermişdir. 18 yanvar 2025-ci il tarixdə Əfsanəyə tibbi yardım göstərərkən “Papaverin, “Dibazol” və “Maqnezium Sulfat” iynələrinin inyeksiya edilməsi barədə desə də, hansı dozada və hansı nahiyədən inyeksiya edilməsi haqqında heç nə deməmiş, lakin X66 maşınında gedən zaman 5 mq “Maqnezium Sulfat” iynəsini vurmasını demişdir. Gülcana qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq hamiləliklə bağlı əllərində olan imkanlar daxilində bütün lazımi tibbi prosedurları həyata keçirmiş, xəstəni vaxtlı-vaxtında müayinə etmiş, onun hamiləliklə bağlı vəziyyətini düzgün qiymətləndirmiş, tam həcmdə tibbi yardım göstərmiş, stasionar müalicə üçün xəstəxanaya yerləşdirilməsinə tibbi göstəriş olmadığından stasionara yerləşdirməmişdir. Gülcanın bətnindəki dölün ölümü Gülcanın ölümündən bir-iki gün əvvəl göbək ciyəsinin boynuna dolanmasından baş vermiş, dölün ölümündən yaranan intoksikasiya Gülcanda damardaxili laxtalanmanın pozulmasına və ağciyər tromboemboliyasının yaranmasına gətirib çıxarmışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü Şahid10 37-38 həftəlik hamilə olmuş, 22 fevral 2025-ci il tarixdə, gecə saatlarında hamiləlik və doğuş sancıları ilə bağlı Culfa X60 Culfa Rayon X22 və Ginekologiya şöbəsinə müraciət etmiş, onu xəstəxanaya əri Zərərçəkmiş şəxs2 və qayınanası Şahid16 ərinin şəxsi avtomobili ilə gətirmiş, xəstəxanaya gələrkən Nərmin və qayınanası Surəyya onunla telefonla danışmış və xəstəxanaya gəldiklərini bildirmişlər. Telefon danışığı zamanı o, Naxçıvan şəhəri, Əliabad qəsəbəsindı qeydiyyatda olduqları üçün və həmin yerin Naxçıvan şəhərinə daha yaxın olması səbəbindən gələnlərin Naxçıvan şəhərinə getməklərini bildirmiş, lakin onlar Culfa rayonunun Milax kəndində olduqlarını söyləmiş, daha sonra, o, ilk doğuşu olmasını, dölyanı mayenin vaxtından əvvəl axmasını və gecə olduğunu bildirərək Nərmini Naxçıvan şəhərinə aparmalarını təkidlə məsləhət görsə də, onlar Culfa şəhərinə gətirdiklərini bildirmişdirlər. Onlar xəstəxanaya çatdıqdan sonra şöbənin növbətçi maması Şahid11 Nərmini müayinə etmiş, daha sonra, +**********00 nörməli mobil telefonla ona zəng vurmuş, zəngdən, təxminən, 10-15 dəqiqə sonra o, xəstəxanaya, Doğum və Ginekologiya şöbəsinə gəlmiş, şöbəyə müraciət etmiş Nərmini müayinə etmiş və yenə də hamilə qadının yaxınlarına doğuşun həyata keçirilməsi üçün Perinatal Mərkəzi məsləhət görmüş, lakin onlar doğuşun onun tərəfindən həyata keçirilməsini istədiklərini təkidlə bildirmişlər. O da doğuşla bağlı ciddi risk amili olmadığı üçün Nərmini şöbəyə qəbul etmiş, Nərmin sonuncu aybaşı tarixini bilmədiyi üçün təxmini doğuş vaxtı əvvəllər aparılmış USM müayinəsi nəticəsində 09 mart 2025-ci il tarixdə gözlənilmiş, 22 fevral 2025-ci il tarixdə gecə saatlarında müraciət edərkən isə USM müayinəsi olunmamışdır. Gecə xəstəxanaya daxil olarkən Nərminin ümumi vəziyyəti kafi qiymətləndirilmiş, dərisinin görünən selikli qişaları adi rəngdə olmuş, xəstənin boyu orta, bədən quruluşu düzgün olmaqla ürək tonları aydın olmuş, nəbzi ritmik olmaqla dəqiqədə 88 dəfə vurmuş, arterial təzyiqi sağ qolda 120-80 göstəricidə, sol qolda 110-70 göstəricidə olmuş, qarnı hamiləliyə uyğun böyümüş, qarın çevrəsi 104 sm, uşaqlıq dibinin hüdürlüyü 35 sm, dölün təxmini çəkisi 3650 qram, vəziyyəti boylama, gələcək hissə baş olmuş, döl çanaq girəcəyinə pərçim olunmaqla hərəkətsiz olmuş, dölün ürək döyünməsi göbəkdən aşağı sol tərəfdə, dəqiqədə 140 dəfə olmaqla eşidilmiş, əsgisi yaş olmuşdur. Nərminin xarici cinsiyyət üzvləri normal inkişaf etmiş, uşaqlıq yolu doğmamış qadına məxsus olmuş, uşaqlıq boynu kanalı 3-4 sm açıq, kənarı orta qalınlıqda, yumşaq olmuş, su kisəsi olmamış, gələcək hissə baş olmuş, itələnməmiş, ifrazatı dölyanı maye olmuşdur. Onun tərəfindən keçirilmiş müayinələr nəticəsində Nərminə “37-38 həftəlik hamiləlik, Baş gəlişi, Dölyanı mayenin vaxtından əvvəl axması, Doğuşun birinci dövrü” diaqnozu qoyulmuş, bundan sonra, doğuşun təbii yolla idarə olunması planlaşdırılmış və xəstəyə 1 qram “Follikulin” və 1 qram “Platifillin” iynələri ayrı-ayrılıqda olmaqla əzələdaxili inyeksiya edilməsi üçün təyinat verilmiş, həmin təyinat növbətçi mama Xalidə tərəfindən icra edilmişdir. Müayinə və müalicə prosesi bitdikdən sonra xəstənin vəziyyəti ilə maraqlanmış, növbətçi mamaya göstərişlərini vermiş, 23 fevral 2025-ci il tarixdə, saat 01:30-da evinə getmiş, bir neçə saat sonra növbətçi mama öz mobil telefon nömrəsi ilə ona zəng vuraraq Nərminin sancılarının artmağa başladığını bildirmiş, o, danışığı bitirərək evdən çıxmış, xəstəxanaya gəlmiş və Nərmini doğuşa hazırlaşdırmağa başlamışdır. 23 fevral 2025-ci il tarixdə, saat 01:00-da xəstənin sancıları 10-15 dəqiqədə bir tutmaqla 25-30 saniyə çəkmiş, saat 03:00-da ürək döyüntüləri və sancıları normallaşmış, 5-6 dəqiqədə bir tutmaqla 35-40 saniyə çəkmiş, saat 06:00-da 3-4 dəqiqədən bir tutmaqla 40-45 saniyə davam etmiş, əsgisi yaş, dölün ürək döyünməsi göbəkdən aşağıda sol tərəfdə, dəqiqədə 140 dəfə olmaqla eşidilmişdir. O, evdə olarkən də verdiyi tapşırığa əsasən növbətçi mama xəstənin vəziyyəti barədə ona telefonla məlumat vermişdir. 06:15-də xəstədə gücənmə başlamış, açılış tam, gələcək hissə baş olmuş, doğuşun ikinci dövrü başlanmış, doğuşa hazırlaşarkən xəstəyə doğuş prosesində kömək üçün 400 qram “Ringer” infuziya üçün məhlul və 1 qram “Oksitosin” iynəsi venadaxili, 1 dəqiqədə 10-15 damcı olmaqla inyeksiya edilmiş, doğuş 20 dəqiqə çəkməklə 06:35-də yekunlaşmış, bir neçə intensiv gücənmə ilə qadın cinsli döl doğulmuş, yenidoğulmuşun hərəkəti aktiv olsa da, nəfəs ala bilməmiş, nəfəs almaq istəsə də, ağciyərlər tənəffüsdə iştirak etməmiş, tənəffüs baş verməmişdir. O, doğuş olduqdan sonra yenidoğulmuşun ağzını və burnunu təmizləmiş, uşağın uzunluğu 55 sm olan göbək ciyəsini kəsmiş, yenidoğulmuşu isidicinin altına qoymuş, qurulamış, uşaq ağlamadığı üçün taktil hissiyyatını artırmaq məqsədilə kürəyinə barmaqla sığal çəkmiş, ayaqlarının altına əli ilə vurmuş və pəncəsini masaj etmişdir. Daha sonra, uşaq yenə ağlamadığı üçün iki ayağını əlində tutaraq başı aşağı formada sarğı nahiyyəsinə şillə ilə bir neçə dəfə vurmuş, uşağın fonendoskopla ürək döyüntülərinə və ağciyərlərinə qulaq asmış, ürək döyüntüləri normal olmuş, lakin ağciyərlərdə tənəffüs olmadığı üçün ağzına steril tənzif qoymaqla süni tənəffüs vermiş, ürək nahiyəsini bir əlin orta və şəhadət barmaqları ilə və ayaqlarının altını əllərinin iç səthi ilə masaj etmiş və uşağın nəfəs alması üçün digər tibbi yardımları göstərmişdir. Uşaq nəfəs almaq istəsə də, nəfəs ala bilməmiş, bu müddət ərzində ürək döyüntüləri də tədricən zəifləmiş, doğuşdan 15 dəqiqə sonra yenidoğulmuşun ürəyinin döyünmədiyini müəyyənləşdirmiş, göstərilən bütün tibbi yardımlara baxmayaraq yenidoğulmuşun həyatını xilas etmək mümkün olmamışdır. Bundan sonra, o, Nərminə yenidoğulmuş uşağının ağciyərlərinin tənəffüsdə iştirak etmədiyini, uşağın öldüyünü bildirmiş, 20 dəqiqə sonra cift sərbəst soyulub ayrılaraq xaric olmuş, aralıq bütöv, doğuş zamanı ümumi qan itkisi 200 qram olmuş, doğuşdan sonra xəstəyə 2 qram “Oksitosin” iynəsi əzələdaxili inyeksiya edilmiş və doğuş prosesindən sonra “Vaxtında birinci doğuş, Baş gəlişi, Yenidoğulmuşun surfaktant yetməzliyi, Erkən zahılıq dövrü” diaqnozu qoyulmuşdur. O, koridorda Nərminin qayınanasına da yenidoğulmuş uşağın ölməsini söyləmiş, daha sonra, qayınanası ağlamağa başlamış, oğlu Zərərçəkmiş şəxs2 çağırmış, qeyd edilən şəxslər onun xidməti otağına gəlmiş və onlara Nərminin doğuşunun normal keçdiyini, səhhəti ilə bağlı heç bir problem olmadığını, sağlamlığının qaydasında olduğunu, yenidoğulmuş uşağın normal şəkildə dünyaya gəldiyini, ürək döyüntüsünün yerində olduğunu, hərəkət etdiyini, aktiv olduğunu, lakin göbək ciyəsi kəsildikdən sonra nəfəs ala bilmədiyini, yenidoğulmuşun ağzını sildiyini, ona süni tənəffüs verdiyini, ürək hissəsini və ayaqlarının altını masaj etdiyini və digər tibbi yardımları göstərdiyini, amma uşaqda tənəffüsün olmadığını, ağciyərlərinin tənəffüsdə iştirak etmədiyini, ağciyərlərinin yetişməməsinin uşağın ölümünə səbəb olduğunu bildirmişdir. Rahil ondan yenidoğulmuş uşağının hansı səbəbdən küvezə qoyulmadığını soruşduqda o, yenidoğulmuş uşağın, ümumiyyətlə, nəfəs almadığını söyləyərək küvezə qoymağın tibbi cəhətdən uşağa kömək etməyəcəyini bildirmiş, daha sonra, yenidoğulmuşun meyiti Culfa X60 Culfa Rayon X35 Hüquqi Şəxsin morquna aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, çalışdığı tibb müəssisəsinə Nərmin hamiləliyi ilə bağlı bir neçə dəfə müraciət etmişdir. Belə ki, 28 yanvar 2025-ci il tarixdə Nərmini müayinə etmiş, həmin vaxt xəstənin şikayəti olmamış, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, dərinin görünən selikli qişaları adi rəngdə, təzyiqi sağ qolda 120-80, sol qolda 110-70 göstəricidə olmuş, qarnı hamiləliyə uyğun böyümüş, dölün ürək döyüntüləri göbəkdən aşağı sol tərəfdə, dəqiqədə 140 dəfə eşidilmiş, apardığı müayinələr nəticəsində Nərminə “35 həftəlik hamiləlik” diaqnozunu qoymuş, müayinə zamanı Nərminlə konsultasiya aparmaqla hansı müalicələrin aparıldığını, anazlilərinin və ikinci hamiləliyinin necə olduğunu, harada müalicə olunduğunu soruşmuş, müayinə vaxtı Nərmində hamiləliyi ilə bağlı hər hansı bir patologiya aşkar edilməmiş, hamiləliyi normal və qaydasında olmuşdur. Nərminin yenidoğulmuş uşağının doğulduqdan sonra tənəffüsü olmamış, yenidoğulmuşun ümumi vəziyyəti Apqar şkalası ilə 2 bal qiymətləndirmiş, USM müayinəsinə görə uşaq vaxtında doğulmuş, yenidoğulmuşun ürək döyünməsi normal, dəri örtüklərinin rəngi qismən sianotik, dölyanı sular təmiz olmuş, uşaq nəfəs almamış, ağlamamış, nəfəsalmanı fonendoskopla və gözlə yoxlamış, əzələ tonusunun vəziyyəti aktiv olmuş, əl və ayaq nahiyələri hərəkətli olmuş, yenidoğulmuş nəfəs ala bilmədiyindən və ağlamadığından reanimasiyon tədbirlərin aparılması barədə qərar qəbul etmiş və yuxarıda qeyd etdiyi tədbirləri həyata keçirmiş, lakin göstərilən tibb yardımlar hər hansı bir nəticə verməmişdir. Nərminə və yenidoğulmuşa qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq hamiləliklə bağlı əlində olan imkanlar daxilində bütün lazımi tibbi prosedurları həyata keçirmiş, xəstəni vaxtlı-vaxtında müayinə etmiş, hamiləliklə və doğuşla bağlı vəziyyətini düzgün qiymətləndirmiş, tam həcmdə tibbi yardım göstərmişdir. Hamilə qadında güc zəifliyi olmamış, hamilə qadının çanağını, dölün başının çanağa düzgün oturub-oturmamasını müayinə etmiş və müayinə nəticəsində hamilə qadının çanağı ilə dölün başının uyğunsuzluğunu görməmiş, dölün başının çanağa düzgün oturmasını müəyyən etmişdir. Nərminin çanağının ölçüsünü hazırda xatırlamır, tibbi sənədlərə də qeyd etməmişdir. Nərminin yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də məhkəmə-histoloji aktın nəticələrinə əsasən, onun qısa zaman çərçivəsində yaşaması və nəfəs alması ilə də razı deyil, çünki yenidoğulmuşun ağciyərləri yetkin olduğu üçün onun verdiyi süni tənəffüsün təsirindən uşağın ağciyərlərində hava ola bilərdi. Belə ki, yenidoğulmuşda diafraqma yırtığı olduğu üçün və diafraqma tənəffüsdə iştirak etmədiyi üçün yenidoğulmuşun ağciyərlərində olan hava onun süni tənəffüs yolu ilə verdiyi hava olmuşdur. Doğuş prosesinin icrası və doğuşdan sonra həkim-neonatoloqun iştirakını təmin etməsə də, yenidoğulmuş uşağın vəziyyətini düzgün qiymətləndirmiş, tibbi yardımları tam həcmdə aparmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Gülcan ilə onun toy mərasimi 2024-cü ilin mart ayının 9-da olmuş, lakin onlar 27 fevral 2024-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Həyat yoldaşı Gülcan 8 aylıq hamilə olmuş, hamilə olduğu müddətdə mütəmadi olaraq bütün tibbi yoxlanışlardan və müayinələrdən keçmiş, hamiləliklə bağlı müalicə həkimi Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs olmuşdur. Gülcan hamiləliklə bağlı bir neçə dəfə həmin həkimin qəbulunda olmuş, müayinəyə gedərkən anası Şahid2 da Gülcanla birlikdə xəstəxanaya getmişdir. Gülcan sonuncu dəfə 13 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Zülfüyyə həkimin qəbuluna getmiş, həmin vaxt Zülfüyyə həkim onu müayinə etməklə dərman müalicəsi yazmış, həkimin yazdığı dərman preparatları, bildiyi qədəri ilə, təzyiq və böyrəklə bağlı olmuşdur. 18 yanvar 2025-ci il tarixdə, səhər saatlarında X48 Respublikası X47 Hüquqi Şəxsə aparılarkən yolda vəfat etməsi xəbərini öyrənmiş, həmin vaxt xidməti ilə bağlı X9 baş vermiş hadisəni sonradan, 18 yanvar 2025ci il tarixdə, saat 11 radələrində bilmişdir. Gülcan hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, müalicə almamış, hər hansı bir ağır xəstəliyi olmamış, birlikdə yaşadıqları dövrdə hər hansı bir səbəbdən səhhəti ilə bağlı problem yaşamamışdır. Həmçinin Gülcanla mütəmadi danışmış, 17 yanvar 2025-ci il tarixdə Gülcan və anası birlikdə gəzintiyə də çıxmışlar. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədən qanuni, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, arvadı Şahid10 ilə 09 iyul 2021-ci il tarixdə ailə həyatı qurmuşlar. Nərmin 37-38 həftəlik hamilə olmuş, 22 fevral 2025-ci il tarixdə gecə saatlarında, təxminən, 22:30 radələrində arvadında hamiləlik və doğuş sancıları başlamış, bununla əlaqədar olaraq, “Culfa X60” Culfa Rayon X22 və Ginekologiya şöbəsinə müraciət etmişlər. Nərmini xəstəxanaya o və anası Şahid16 özünün şəxsi nəqliyyat vasitəsi ilə gətirmiş, xəstəxanaya gələrkən arvadı və anası Zülfüyyə həkimlə telefonla danışmış və xəstəxanaya gəldiklərini bildirmiş, telefon danışığı zamanı Zülfüyyə həkim onlara Naxçıvan şəhəri, Əliabad qəsəbəsində qeydiyyatda olduqları üçün və həmin yerin Naxçıvan şəhərinə yaxın olması səbəbindən Naxçıvan şəhərinə getməklərini bildirmiş, lakin onlar Culfa rayonunun Milax kəndində olduqlarını söyləmişlər. Daha sonra həkim ilk doğuşu və gecə olduğunu bildirərək arvadını Naxçıvan şəhərinə aparmalarını məsləhət görmüş, onlar isə əvvəlcədən onunla razılaşdıqları üçün arvadını Culfa şəhərinə gətirdiklərini, onu müayinə etməyini, əgər müayinə etdikdən sonra onu aşan məsələ olarsa, məsləhət görərsə, Naxçıvan şəhərinə aparacaqlarını bildirmişlər. Zülfüyyə həkim də bununla razılaşmış və onlar xəstəxanaya gəlmişlər. Onlar xəstəxanaya çatdıqdan sonra Doğum və Ginekologiya şöbəsinin növbətçi maması arvadını müayinə etmiş, daha sonra onun +**********00 nörməli mobil telefonu ilə Zülfüyyə həkimə zəng vurmuş, təxminən, 20-25 dəqiqə sonra Zülfüyyə həkim xəstəxanaya, həmin şöbəyə gəlmiş, arvadını müayinə və müalicə etmişdir. Həkim müayinələr apardıqdan sonra doğuşun təbii yolla olmasını planlaşdırmış, daha sonra arvadına sancı artırıcı iynə vurulması üçün göstəriş vermiş, arvadını müayinə etdikdən sonra Zülfüyyə həkim evinə getmişdir. Bir neçə saat sonra arvadının sancıları artmağa başlamış və növbətçi mama Zülfüyyə həkimə zəng vurmuş və xəstənaya çağırmış, Zülfüyyə həkim, təxminən, 06 radələrində xəstəxanaya gəlmiş və arvadını doğuşa hazırlaşdırmağa başlamışdır. Arvadının doğuşu, təxminən, yarım saat çəkmiş, doğuşdan sonra Zülfüyyə həkim onu otağına çağırmış və arvadının doğuşunun normal keçdiyini, səhhəti ilə bağlı heç bir problem olmadığını, uşağın normal şəkildə dünyaya gəldiyini, ürək döyüntüsünün yerində olduğunu, hərəkət etdiyini, aktiv olduğunu, lakin uşağın göbək ciyəsi kəsildikdən sonra nəfəs ala bilmədiyini, onun ağzını sildiyini, ona süni tənəffüs verdiyini, ürək hissəsini və ayaqlarının altını masaj etdiyini, amma uşaqda tənəffüsün olmadığını, ağciyərlərinin tənəffüsdə iştirak etmədiyini, ağciyərlərinin yetişməməsinin yenidoğulmuş uşağının ölümünə səbəb olduğunu bildirmişdir. O, uşağı hansı səbəbdən küvezə qoymadıqlarını soruşduqda Zülfüyyə həkim, ümumiyyətlə, uşağın nəfəs almadığını əsas gətirərək küvezə qoymağın uşağa kömək etməyəcəyini söyləmişdir. Beləliklə, arvadının doğuş prosesi icra edilərkən yenidoğulmuş, qadın cinsli uşağının ölməsini öyrənmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq bildirmişdir ki, bu hamiləlik arvadının ikinci hamiləliyi olmuş, ikinci hamiləliyi dövründə ona antenatal qulluğu X70 Mərkəzinin həkimi Metin Kaya həyata keçirmiş, ikinci hamiləliyi ilə bağlı bütün müayinə və müalicələr onun nəzarəti altında icra olunmuş, arvadının USM, dopler və digər müayinələri də X70 Mərkəzində həyata keçirilmişdir. Metin həkim arvadının hamiləliyi dövründə onda və ya uşaqda hər hansı bir problemin olmasını arvadına və ona deməmiş, hamiləliyin qaydasında getdiyini bildirmişdir. Arvadının Culfa Rayon Mərkəzi Xəstəxanasında doğuşunun həyata keçirilməsini bir müddət əvvəl Zülfüyyə həkimlə razılaşdırmış, iki dəfə onun qəbulunda olmuşlar. 28 yanvar 2025-ci il və 20 fevral 2025-ci il tarixlərdə Zülfüyyə həkim arvadını müayinə etmiş, həmin müayinə günləri arvadı USM müayinəsi də olunmuş və bu müayinənin nəticələri Zülfüyyə həkimə təqdim olunmuşdur. Müayinə zamanı hər hansı bir problem aşkarlanmamış, Zülfüyyə həkim arvadının hamiləliyi ilə bağlı problemi olduğunu onlara bildirməmiş, hamiləliyin qaydasında olduğunu demişdir. Arvadının birinci hamiləliyi bətndaxili çoxsaylı qüsurlar olması səbəbindən 4 aylıq hamilə olarkən Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində 2023-cü ildə həmin tibb müəssisəsinin həkimi tərəfindən dərman vasitəsilə düşürülmüş, həmin prosesi icra etmiş həkimin adını bilməmiş, arvadının birinci hamiləliyi dövründə onun müalicə həkimi həmin vaxt X70 Mərkəzində işləyən Rəşad həkim olmuşdur. Arvadı birinci hamiləliyi dövründə də Zülfüyyə həkimin qəbuluna gəlmiş, həmin qəbul zamanı Zülfüyyə həkim arvadını müayinə etdikdən sonra bətndaxili qüsurların olduğunu və dölün inkişafdan qaldığını bildirmiş, bundan sonra, Perinatal Mərkəzdə arvadı USM müayinəsi olunmuş, həmin tibb müəssisəsinin baş həkimi Kifayət Məmmədova müayinə nəticələrinə baxaraq hamiləliyə son qoyulmasını məsləhət görmüş, daha sonra, onlar Rəşad həkimə müraciət etmiş, həmin həkim də digər iki həkim – Zülfüyyə həkim və Kifayət həkimin hamiləliklə bağlı bildirdiyini demiş, bu səbəbdən də arvadı ilk hamiləliyində onun da razılığı ilə dölü saldırmışdır. Arvadının ikinci hamiləliyi dövründə və digər vaxtlarda səhhətində hər hansı bir problem və şikayəti olmamış, hamiləlik dövründə bütün tibbi müayinələrdən keçmiş və həkimlər tərəfindən onun hamiləliyi ilə bağlı hər hansı bir qüsur, nöqsan, çatışmazlıq aşkarlanmamışdır. Arvadı hamiləliyi dövründə və digər vaxtlarda hər hansı bir səbəbdən xəsarət almamışdır. Səhhətində hər hansı bir problem olmaması məqsədilə hər zaman diqqətli olmuşdur. Onun və arvadının hər hansı bir ağır xəstəlikləri olmamış, səhhətləri ilə bağlı problem yaşamamışlar. Zülfüyyə həkim arvadını xəstəxanada müayinə etdikdən və şöbəyə qəbul etdikdən sonra daha ixtisaslı tibb müəssisəsinə hospitalizasiya etmək istəməsi barədə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədən qanuni, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 17 yanvar 2025-ci il, axşam saat 21:00-dan 18 yanvar 2025-ci il, səhər saat 09:00-a kimi Naxçıvan Muxtar Respublikası X66 Xidməti Publik Hüquqi X36 növbətçi paramedik olaraq xidmətdə olmuş, xidmətdə olduğu zaman 18 yanvar 2025-ci il tarixdə, saat 02:30da X49 şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü X4 narahat olması, nəfəs ala bilməməsi, boğulma şikayətləri ilə qayınanası Şahid2 zəngi daxil olmuşdur. Daxil olmuş məlumata əsasən sürücü Şahid3 ilə birlikdə X66 maşını ilə Gülcanın yaşadığı ünvan 2 ünvanına getmiş, çağırışa gedərkən X66 maşınında ixtisaslı həkim olmamış, tibbi briqada özü və sürücüdən ibarət olmuşdur. Ünvana çatdıqdan sonra ilkin tibbi yardım göstərilməsi və lazım olduğu təqdirdə hospitalizasiyası üçün Gülcanın yaşadığı mənzilə qalxmış, topladığı ilkin anamnez əsasında Gülcanın 35 həftəlik hamilə olduğunu, bir gün əvvəldən nəfəs almada problem yaşadığını, təxminən, 3-4 gün əvvəl hamiləliklə bağlı qayınanası Xuramanla birlikdə Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs qəbulunda olduğunu, səhhətində təzyiqlə bağlı problemlər olduğu üçün həmin həkim tərəfindən müalicə yazıldığını, müalicədə yazılmış dərman preparatlarını hər gün səhər-axşam qəbul etdiyini müəyyənləşdirmiş, bundan sonra, xəstənin təzyiqini ölçmüş və onun təzyiqi 200-120 göstəricidə olmuşdur. Daha sonra, Gülcanın hamiləliklə bağlı müalicə həkiminə zəng vurulmasını istəmiş, qayınanası Xuraman Gülcanın hamiləliklə bağlı müalicə həkimi Zülfüyyə həkimə zəng vurmuş, o, həmin vaxt Zülfüyyə həkimlə danışmış, xəstənin vəziyyəti barədə məlumat vermiş və nə etməli olduğunu soruşmuş, danışıq zamanı Zülfüyyə həkimin göstərişi ilə Gülcana 2 mq “Papaverin” və 1 mq “Dibazol” olmaqla, ümumilikdə, 3 mq qarışığı əzələdaxili inyeksiya etmiş, danışıq zamanı Zülfüyyə həkim 5 mq “Maqnezium sulfat” iynəsini də inyeksiya edə biləcəyini ona bildirmişdir. Həmçinin, danışıq zamanı Zülfüyyə həkimə evdəkilərin Gülcanın 2 gündür bu halda olduğunu dediklərini bildirmiş, Zülfüyyə həkim bu zaman qışqırmış, 2 gündür nə üçün onun yanına aparmadıqlarını söyləmişdir. Daha sonra Zülfüyyə həkim “Papaverin” və “Dibazol” iynələrini vurduqdan sonra xəstəni dərhal Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsə hospitalizasiya etmək barədə demiş, o da gecikdirməsin deyə “Papaverin” və “Dibazol” qarışıqlarını vurduqdan sonra dərhal Perinatal Mərkəzə hospitalizasiya etmək üçün Gülcanı qolundan tutmaqla kömək edərək X66 maşınına aparmış, həmin vaxt Gülcanın ailəsi də onun X66 maşınına aparılmasına kömək etmişdir. Evdə olarkən Gülcana 5 mq “Maqnezium sulfat” iynəsini vurmamış, həmin vaxt binadan çıxarkən ilk olaraq X66 maşınının sürücüsü Ümidə oksigen balonunu açmasını bildirmiş, maşına minərkən Gülcanın qayınanası Xuraman da maşında arxa tərəfdə əyləşmiş, maşına əyləşdikdən sonra Gülcan xərəyə oturmuş, xərəyə oturduqdan sonra onun uzanmasına kömək etmiş və oksigen maskasını qoşaraq ona tibbi yardım göstərməyə çalışmış, lakin Gülcan maskanı ağzından çıxarmış və nəfəs ala bilmədiyini, boğulduğunu bildirmiş, xərəkdə oturaq vəziyyətə gəlmiş, oturaq vəziyyətə gəldikdən sonra su istəmiş, o isə X66 maşınında su olub-olmamasını barədə sürücü Ümiddən soruşmuş, Ümid ona maşında su olmadığını, yanacaqdoldurma məntəqəsinə girib su ala biləcəklərini bildirmiş, o isə lazım olmadığını sürücüyə demiş, çünki həmin vaxt xəstəni Perinatal Mərkəzə ən qısa müddətdə çatdırmaq barədə düşünmüş, bu səbəbdən də Ümidə maksimum surətlə hərəkət etməyi söyləmiş, hərəkətdə olarkən Gülcanın yenidən təzyiqini ölçmüş və onun təzyiqi yenə də 200-120 göstəricidə olmuşdur. Həmin vaxt telefonda olan və Xuramanla danışan Zülfüyyə həkim ilə telefonda danışmış, Zülfüyyə həkim 5 mq “Maqnezium sulfat” iynəsini inyeksiya edib-etmədiyini soruşmuş, o isə iynəni vurduğunu bildirmiş, həmin vaxt Zülfüyyə həkim əlavə 5 mq “Maqnezium sulfat” iynəsini vura biləcəyini söyləmiş, lakin o, əlavə 5 mq “Maqnezium sulfat” iynəsini Gülcana vurmamış, Zülfüyyə həkim evdə olarkən “Papaverin” və “Dibazol” iynələrinin əzələdaxili, yəni yandan vurulması barədə desə də, “Maqnezium sulfat” iynəsini hansı nahiyədən vurmağı barədə ona bir söz deməmiş, X66 maşınında 5 mq “Maqnezium sulfat” iynəsini əzələdaxili inyeksiya etdikdən bir neçə dəqiqə sonra Gülcan qaytarmağa başlamış, ağzından köpüklə qarışıq su gəlmiş, əlini dayaq məqsədilə qaytarmağına kömək etmək üçün xəstənin alın nahiyəsinə qoymuş, bu zaman xəstənin rəngi göyərmiş, dərhal xəstəni yenidən xərəyə uzatmış və qapalı ürək masajı etmiş, ürək masajından sonra yenidən oksigen maskası ilə tibbi yardım göstərməyə çalışmış və oksigen maskasını xəstənin ağzına taxmış, lakin Gülcanda həyati əlamətləri görməmiş, daha sonra, göz bəbəklərini yoxlayarkən xəstənin göz bəbəklərində genəlmə olduğunu görmüş və göstərdiyi bütün tibbi yardımlara baxmayaraq xəstənin Perinatal Mərkəzə aparılarkən yolda vəfat etdiyini anlamışdır. İmkan daxilində və əlindən gələn bütün tibbi yardımları göstərsə də, onun həyatını xilas etmək mümkün olmamış, həmin vaxt Gülcanın qayınanası Xuraman X66 maşınında olduğundan Zülfüyyə həkimə xəstənin öldüyünü birbaşa deyə bilməmiş, amma dolayı yolla xəstənin göstərilən tibbi yardımlara reaksiya vermədiyini, həyati əlamətlərinin olmadığını söyləmişdir. Gülcanın bətnindəki dölü xilas etmək üçün onu Perinatal Mərkəzə aparmış, Perinatal Mərkəzə çatdıqdan sonra həmin tibb müəssisəsinin növbətçi həkiminə hadisə barədə məlumat vermiş, növbətçi həkim və sonradan Perinatal Mərkəzə gəlmiş USM həkimi tərəfindən X66 maşınında tibbi müayinələr həyata keçirilmiş, Gülcanın bətnindəki döl NST və USM (ultrasəs müayinəsi) müayinəsi olunmuş, NST və USM qiymətləndirilməsindən sonra Gülcanın bətnindəki dölün tələf olduğu müəyyənləşdirilmiş, bundan sonra, mərhumun meyiti Naxçıvan Muxtar Respublika X42 Şəxsin morquna aparılmışdır. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası X66 Xidməti Publik Hüquqi X43 ixtisaslı həkim ştatı ayrılmamış, bu barədə rəhbər şəxslərdən soruşduqda bunun kadr çatışmazlığı ilə əlaqədar olduğunu bildirmişlər. Gülcanı X66 maşını ilə Perinatal Mərkəzə apararkən ona həmin X66 maşınında defibrilyator cihazının olmaması səbəbindən defibrilyator cihazi vasitəsilə müdaxilə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmanov X31 Əfsanə Akif qızı ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, gəlini Gülcan 8 aylıq hamilə olmuş, hamilə olduğu müddətdə mütəmadi olaraq hamiləliyi ilə əlaqədar bütün tibbi müayinə və yoxlanışlardan keçmiş, Gülcanı həmişə özü ilə birlikdə tibbi yoxlanışlardan keçmək üçün həkimə aparmış, Gülcanın hamiləliklə bağlı müalicə həkimi Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsinin həkim mamaginekoloqu Təqsirləndirilən şəxs olmuşdur. Əvvəllər də Zülfüyyə həkimin qəbulunda olmuşlar və Zülfüyyə həkim hamiləliklə əlaqədar Gülcanı müayinə etmiş, bundan əlavə, onun nəzarəti altında Gülcan digər lazımi müayinələrdən də keçmiş, bu müayinələr zamanı Zülfüyyə həkim Gülcanın hamiləliyi ilə bağlı hər hansı bir problemin olmasını onlara bildirməmiş, hamiləliyin qaydasında getdiyini demişdir. Sonuncu dəfə 13 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Zülfüyyə həkimin qəbulunda olmuşlar, Zülfüyyə həkim Gülcanı müayinə etmiş, həmin vaxt Gülcan, həmçinin, USM müayinəsi olunmuş, sidik analizi də vermişdir. Zülfüyyə həkim həmin gün Gülcanın səhhətində təzyiqlə bağlı problemlər olmasını və onun təzyiqini nəzarətdə saxlamalı olduqlarını bildirmiş, bundan əlavə, Gülcanın çəkisinin çox olduğunu, kökəlməyə meyilli olduğunu da qeyd etmişdir. Müayinələrdən sonra həkim resept yazmış və onlar həkimin qəbulundan çıxdıqdan sonra reseptdə yazılan dərmanları aptekdən alaraq evə getmiş, Zülfüyyə həkimin yazdığı dərmanları gəlini Gülcan səhər və axşam olmaqla qəbul etmişdir. 17 yanvar 2025-ci il tarixdə nahar və şam yeməyini birlikdə yemiş və eyni evdə vaxt keçirmiş, şam yeməyini yedikdən bir müddət sonra gəlini Gülcan və qızı Gülçinlə birlikdə iş yoldaşı Solmaz xəstə olduğundan onlara getmişlər, təxminən, saat 21 radələrində Solmazgildən çıxmış və evə doğru hərəkət etmişlər. Evə qayıtdıqdan sonra Gülcan narahat olduğunu bildirmiş, bir müddət keçdikdən sonra düzəldiyini demiş, saat, təxminən, 23 radələrində hava gəlməsi üçün pəncərəni açmağı söyləmiş, daha sonra, Gülcan stulu balkona qoyaraq pəncərəni açıb orada oturmuş, bir müddət balkonda oturduqdan sonra o, Gülcana “xəstələnərsən, içəri gir” demiş, Gülcan içəri girdikdən sonra kravatda əyləşmişdir. Bir müddət keçdikdən sonra Gülcanın narahat olması, nəfəs ala bilməməsi, boğulması halları şiddətləndiyindən o, 18 yanvar 2025-ci il tarixdə, saat 02:30-da X66 xidmətinə zəng vurmuş, zəngdən, təxminən, 5-10 dəqiqə sonra X66 maşını gəlmiş, həmin vaxt gələn tibb işçisi Şahid1 olmuş, tibbi işçisi Gülcanla danışıb məlumat toplamış, Gülcanın təzyiqini ölçmüş, onun təzyiqi 200-120 göstəricidə olmuş, sonra müalicə həkimi Təqsirləndirilən şəxs zəng vurmağını bildirmiş, o, Zülfüyyə həkimə zəng vurmuş və tibb işçisi Əfsanə onunla danışmağa başlamış, Əfsanə Gülcanın vəziyyəti barədə Zülfüyyə həkimə məlumat vermiş və nə etməli olduğunu soruşmuş, Zülfüyyə həkimin göstərişi ilə Gülcana “Papaverin” və “Dibazol” iynələrini əzələdaxili, yan nahiyədən vurmuş və dərhal X54 Respublikası Perinatal Mərkəzə aparmaq üçün hərəkətə keçmiş, bundan sonra Gülcanı pilləkənlərdən aşağı düşürərək X66 maşınına mindirmiş və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə doğru yola düşmüşlər. Maşına əyləşdikdən sonra paramedik Əfsanə oksigen maskasını qoşaraq Gülcana tibbi yardım göstərməyə başlamış, lakin Gülcan maskanı ağzından çıxarmış, həmin vaxt Gülcan nəfəs ala bilmədiyini, boğulduğunu demiş, X66 maşını hərəkətdə olarkən Əfsanə Gülcana başqa bir iynəni əzələdaxili vurmuş, yenidən Gülcanın təzyiqini ölçmüş və bu barədə həmin vaxt telefonda olan və onunla danışan həkim mama-ginekoloq Təqsirləndirilən şəxs bildirmiş, bir neçə dəqiqə sonra yolda olarkən Gülcanın ağzından köpük gəlmiş, qaytarmağa başlamış, rəngi göyərmiş, oksigen maskasını ağzından çıxartmış, vəziyyəti daha da pisləşmişdir. Əfsanə Gülcana əlindən gəldiyi qədər yardımlar göstərməyə çalışmış, lakin Gülcan göstərilən bütün tibbi yardımlara baxmayaraq X66 maşınında Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsə aparılarkən yolda vəfat etmişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, hamiləlik dövründə Gülcanın səhhətində hər hansı bir problem olmamış, Gülcan 17 yanvar 2025-ci il tarixdə evdə olarkən narahat olduğundan, yata bilməməsindən, 18 yanvar 2025-ci il tarixdə isə havasının çatmamasından, nəfəs ala bilməməsindən, boğulmasından şikayət etmiş, həmin şikayətləri hadisə baş verən gün və ondan əvvəlki gün olmuş, daha əvvəllər isə belə hallarla rastlaşmamış, Gülcan səhhətində hər hansı bir probleminin olmasını ona bildirməmiş, səhhəti ilə bağlı problem yaşadığını, narahat olduğunu da görməmişdir. Həmçinin son dəfə Zülfüyyə həkimin yanında müayinəyə getdikləri zaman Zülfüyyə həkim onlara qan analizi vermələri barədə göstəriş verməmişdir, versə idi gəlinini qan analizi verməsi üçün Naxçıvana aparardı. Çağırışa tibb işçisi Əfsanədən və X66 maşınının sürücüsündən başqa gələn olmamış, Gülcanın vəfat etməsini X66 maşınında öyrənmişdir. Belə ki, Əfsanə Zülfüyyə həkimlə telefonda üstüörtülü şəkildə danışsa da, o, Gülcanın öldüyünü Əfsanənin gəlinini ürək masajı etməsi, göz bəbəklərini yoxlamasından sonra anlamış, daha sonra onlar Perinatal Mərkəzə doğru getmiş və Perinatal Mərkəzə çatdıqdan sonra həmin tibb müəssisəsinin həkimləri tərəfindən X66 maşınında mərhum gəlini Gülcanın bətnində olan uşağının sağ olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinələrə başlanmış, həyata keçirilmiş müayinələrdən sonra Gülcanın bətnindəki uşağının tələf olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14, Şahid6 və Məhərrəmova X11 Xuraman Zaman qızı ilə eyni məzmunda izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Culfa şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü X10 hamiləliyi dövründə antenatal xidmət Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs rəhbərliyi altında həyata keçirilmiş, Gülcanın hamiləliyi dövründə antenatal xidməti təşkil etmiş və aparmış şəxs Zülfüyyə həkim olmuşdur. Gülcanın hamiləliyi ilə bağlı patronajı Zülfüyyə həkimin göstərişi ilə mama olaraq o həyata keçirmiş, patronaj dövründə Gülcanın müayinələrini təşkil etmiş, müayinə etdiyi zamanlarda onun sağlamlıq vəziyyəti normal olmuş, hər hansı bir şikayəti olmamışdır. Gülcanın 13 yanvar 2025-ci il tarixdə gəlişi hamiləliklə bağlı xəstəxanaya 5-ci gəlişi olmuş, Zülfüyyə həkim və ya onun tərəfindən Gülcana “hamilənin ev kartası” verilməmiş, amma Gülcanın hamiləliklə bağlı Doğum və Ginekologiya şöbəsinə hər gəlişində Zülfüyyə həkimin ona məsləhətlər və tövsiyələr verdiyinin şahidi olmuş, sonuncu dəfə qidalanması, pəhriz saxlaması, yeməklərinə diqqət etməsi ilə bağlı məsləhət və tövsiyyələrini vermiş, özü də patronaj zamanı Gülcana hamiləliyi ilə bağlı qidalanması, pəhriz saxlaması və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr vermişdir. Onun tərəfindən Gülcanın hamilə olduğu dövrdə vaxtlı-vaxtında patronajı aparılmış, belə ki, Gülcan, xx.xx.2024-cü il tarixdə, 11-12 həftəlik hamilə olarkən patronaj olunmuş, şikayəti olmamış, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, ödem olmamış, təzyiqi sağ qolda 110-70, sol qolda 120- 80 göstəricidə olmuş, həmçinin xx.xx.2024-cü il tarixdə, 18-19 həftəlik hamilə olarkən patronaj olunmuş, şikayəti olmamış, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, ödem olmamış, təzyiqi sağ qolda 110-70, sol qolda 115-80 göstəricidə, dölün vəziyyəti dəyişkən olmuş, bundan başqa, xx.xx.2024-cü il tarixdə, 23-24 həftəlik hamilə olarkən patronaj olunmuş, şikayəti olmamış, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, ödem olmamış, təzyiqi sağ qolda 115-70, sol qolda 120-80 göstəricidə, dölün vəziyyəti boylama olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, 29-30 həftəlik hamilə olarkən patronaj olunmuş, şikayəti olmamış, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, ödem olmamış, təzyiqi sağ qolda 110- 70, sol qolda 120-75 göstəricidə, dölün vəziyyəti boylama olmuşdur. Gülcanın hamiləliyi ilə əlaqədar patronajlarında hamiləliklə bağlı məsləhətlər vermiş, bundan əlavə, təkrar müayinə həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən ona tapşırılmış, 21 yanvar 2025-ci il tarixdə həyata keçirilməli olmuş, lakin Gülcanın vəfat etməsi səbəbindən həyata keçirilməmişdir. Şahid5 ifadəsində əlavə olaraq bildirmişdir ki, Gülcan və qayınanası sonuncu dəfə müayinəyə gələn zaman- 13 yanvar 2025-ci il tarixdə Gülcan növbə gözləyərkən söhbətləşmişlər və Gülcan ona sidik və qan analizlərindən ötrü gəldiklərini bildirmiş, o da Gülcandan qan analizini verib-vermədiyini soruşmuş, Gülcan da Zülfüyyə həkimin 3 gün müddətində qan analizi verməsi barədə göstəriş verdiyini, qayınanası Xuramanın analiz üçün onu Naxçıvana aparacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 37-38 həftəlik hamilə olmuş, 22 fevral 2025-ci il tarixdə gecə saatlarında hamiləlik və doğuş sancıları ilə bağlı Culfa X60 Culfa Rayon X22 və Ginekologiya şöbəsinə müraciət etmiş, doğuş sancıları və dölyanı mayenin axması evdə olarkən, təxminən, saat 22:30 radələrində başlamış, onu xəstəxanaya əri Zərərçəkmiş şəxs2 və qayınanası Şahid16 gətirmiş, xəstəxanaya gəldikdən sonra həmin şöbənin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs tərəfindən şöbəyə qəbul edilmiş və müayinələri aparılmış, keçirilən müayinələr nəticəsində Zülfüyyə həkim tərəfindən doğuşun təbii yolla olması planlaşdırılmış, daha sonra ona sancıları artsın deyə ayrı-ayrılıqda olmaqla 2 ədəd iynənin əzələdaxili vurulması üçün göstəriş verilmiş, həmin iynələri ona şöbənin maması Xalidə adlı tibb işçisi vurmuşdur. İynələri vurduqdan sonra sancıları nisbətən artmağa başlamış, Zülfüyyə həkim bundan sonra növbətçi mama Xalidəyə göstəriş və tapşırıqlarını verib öz evinə getmiş, Zülfüyyə həkim evə getdikdən sonra onun səhhəti ilə növbətçi mama maraqlanmışdır. Bir neçə saat sonra sancıları daha da artmağa başlamış və mama Xalidə Zülfüyyə həkimə zəng vurmuş, Zülfüyyə həkim zəngdən bir neçə dəqiqə sonra xəstəxanaya gəlmiş və onu doğuşa hazırlaşdırmağa başlamış, doğuşa hazırlaşarkən ona doğuş prosesində kömək etməsi üçün damardan sistem qoşulmuş, doğuşu, təxminən, 7-ə işləmiş başlanmış və təxminən, 20-30 dəqiqə çəkməklə başa çatmışdır. Uşağı doğulduqdan sonra ağlamamış, Zülfüyyə həkim yenidoğulmuş uşağının ağzını təmizləmiş, süni tənəffüs vermiş, ürək nahiyəsini və ayaqlarının altını masaj etmiş və uşağının nəfəs alması üçün digər tibbi yardımlar göstərmiş, lakin doğuşdan bir neçə dəqiqə sonra Zülfüyyə həkim uşağının ürəyinin döyünmədiyini, ağciyərlərinin tənəffüsdə iştirak etmədiyini, öldüyünü, göstərilən bütün tibbi yardımlara baxmayaraq yenidoğulmuş uşağının həyatını xilas etməyin mümkün olmadığını ona bildirmişdir. Şahid10 ifadəsində əlavə olaraq bildirmişdir ki, bu hamiləliyi onun ikinci hamiləliyi olmuş, ikinci hamiləliyi dövründə antenatal qulluğu X70 Mərkəzinin həkimi Mətin həkim həyata keçirmiş, ikinci hamiləliyi ilə bağlı bütün müayinə və müalicələr onun nəzarəti altında icra olunmuş, USM və digər müayinələri də həmin tibb müəssisəsində olmuşdur. Mətin həkim hamiləliyi dövründə onda və ya uşağında hər hansı bir problemin olmasını deməmiş, hamiləliyinin qaydasında getdiyini bildirmişdir. İkinci hamiləliyi dövründə yanvar və fevral aylarında Zülfüyyə həkimin də qəbulunda olmuş, Zülfüyyə həkimin nəzarəti altında müayinələrdən keçmiş, USM müayinəsi olunmuş, Zülfüyyə həkimin qəbulunda olarkən doğuşun Culfa Rayon X22 və Ginekologiya şöbəsində olmasını istədiyini bildirmişdir. Birinci hamiləliyi bətndaxili çoxsaylı qüsurlar olması səbəbindən 4 aylıq hamilə olarkən Perinatal Mərkəzdə 2023-cü ildə həmin tibb müəssisəsinin həkimi tərəfindən dərman vasitəsilə düşürülmüş, prosesi icra etmiş həkimin adını hal-hazırda xatırlamır. Birinci hamiləliyi dövründə müalicə həkimi X70 Mərkəzinin həkimi Rəşad həkim olmuş, birinci hamiləliyi dövründə də Zülfüyyə həkimin qəbuluna gəlmiş, həmin qəbul zamanı Zülfüyyə həkim onu müayinə etdikdən sonra bətndaxili qüsurların olduğunu və dölün inkişafdan qaldığını bildirmiş, bundan sonra, Perinatal Mərkəzdə də USM müayinəsi olunmuş, həmin tibb müəssisəsində də hamiləliyə son qoyulması məsləhət görülmüş, daha sonra, Rəşad həkimə müraciət etdikdə həmin həkim də digər iki həkim – Zülfüyyə həkim və Kifayət həkimin bildirdiyi kimi hamiləliyində qüsur olmasını demiş, bu səbəbdən də əri Zərərçəkmiş şəxs2 razılığı ilə birinci hamiləliyində dölü saldırmışdır. İkinci hamiləliyi dövründə və digər vaxtlarda səhhətində hər hansı bir problem və şikayəti olmamış, hamiləlik zamanı bütün müayinələrdən keçmiş və həkimlər tərəfindən hamiləliyi ilə bağlı hər hansı bir qüsur aşkarlanmamış, müayinədən keçdiyi həkimlər hamiləliyinin qaydasında getdiyini bildirmişdir. Doğuşla əlaqədar müraciət etdiyi Culfa Rayon X22 və Ginekologiya şöbəsində Zülfüyyə həkim tərəfindən müayinələri həyata keçirilmiş, təzyiqi və nəbzi yoxlanılmış, sancıları artsın deyə ayrı-ayrılıqda iki ədəd iynə vurulmuş, bundan başqa, doğuşa hazırlaşarkən doğuş prosesində kömək etməsi üçün venadaxili sistem qoşulmuş və daha sonra doğuş prosesi həyata keçirilmişdir. Həmin vaxt ağrıları çox olduğundan Zülfüyyə həkim tərəfindən göstərilən digər tibbi yardımları xatırlamamışdır. Doğuşdan sonra həkim ona doğuşun normal və rahat keçdiyini, doğum zamanı hər hansı bir köməkçi vasitə və alətlərdən istifadə etmədiyini, körpənin ilk başı və bədəninin qəbul edildiyini, körpə doğulduqdan sonra tənəffüs və ürək döyüntülərinin yoxlanıldığını, ürək döyüntülərinin olduğunu, lakin tənəffüsünün olmadığını, körpənin ağzının təmizləndiyini, amma nəfəs almadığını bildirmişdir. Doğuş zalında doğuş prosesi icra olunarkən həmin zalda həkim-pediatr və ya neonatoloq həkim olmamış, doğuş zamanı zalda Zülfüyyə həkim, mama Xalidə xanım, sanitar Nəzakət xanım və özü olmuş, başqa hər hansı bir şəxs olmamışdır. 24 fevral 2025-ci il tarixdə, təxminən, 16 radələrində xəstəxanadan çıxarkən Zülfüyyə həkim ona səhhəti ilə bağlı hər hansı problemin, həmçinin qanama riskinin olmadığını bildirmişdir. Şahid10 ifadəsində həmçinin bildirmişdir ki, şöbəyə daxil olduqdan sonra Zülfüyyə həkim və növbətçi mama Xalidə onun çanağını ölçməmiş, Zülfüyyə həkim onu əli ilə daxili müayinə etmiş və hər hansı bir problemin olmadığını demişdir. Müayinə doğuş zalında həyata keçirilmiş, müayinədən sonra Zülfüyyə həkim təyinat vermiş, həmin təyinatı mama icra etmişdir. Müayinədən sonra Zülfüyyə həkim ona çanağının dar olması, dölün başının çanağa düzgün oturmaması ilə bağlı bir söz deməmişdir. Doğuş zamanı bir az güc zəifliyi olmuş, belə ki, özünü yorğun hiss etmiş, gücənmədə çətinlik çəkmiş, bununla bağlı doğuş vaxtı ona sistem qoşulmuşdur. Doğuşu, təxminən, yarım saat çəkmiş, saatlarla davam etməmişdir. Doğuş zamanı doğuşunun çətin keçməsi ilə bağlı Zülfüyyə həkim ona bir söz deməmiş, hətta doğuşunun gözlədiyindən rahat keçdiyini bildirmişdir. Yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi nəticəsində uşağın qısa zaman çərçivəsində yaşaması və nəfəs alması qeyd olunmuş, həmçinin yenidoğulmuş uşağında baş beyin toxumasının yumşaq qişaları altında qansızma və əzilmə xəsarətlərinin olduğu müəyyən edilmiş, lakin Zülfüyyə həkim doğuşdan sonra ona və ailəsinə yenidoğulmuş uşağının nəfəs almaqda çətinlik çəkdiyini, nəfəs ala bilmədiyini və ağciyər çatışmazlığı səbəbindən vəfat etdiyini söyləmiş, baş beyin toxumasına qansızma və əzilmə xəsarətləri ilə bağlı bir söz deməmişdir. Zülfüyyə həkimin yenidoğulmuş uşağına ürək masajı etdiyini, süni tənəffüs verdiyini görmüş, lakin Zülfüyyə həkim uşağını oksigen aparatına qoşmamış, həmçinin küvezə də yerləşdirməmişdir. Evə buraxıldıqdan sonra əri Zərərçəkmiş şəxs2 müalicə həkimi ilə danışmış, Metin həkim ərinə yenidoğulmuş uşağının küvez aparatına yerləşdirilməsinin vacibliyini qeyd etmiş, həmçinin çəkisini nəzərə alaraq, uşağında ağciyər yetməzliyinin olmasının mümkün olmadığını bidirmiş, o, uşağının doğuşdan qısa müddət sonra ölməsinin səbəbinin doğuş zamanı yaranmış problemlərdən qaynaqlandığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 və Şahid13 Şahid10 ilə eyni məzmunda izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 22 fevral 2025-ci il tarixdə, saat 21:00-dan 23 fevral 2025-ci il tarixdə, saat 09:00-a kimi Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsində növbətçi mama olmuş, xx.xx.2003-cü il təvəllüdlü Şahid10 37-38 həftəlik hamilə olmuş, 22 fevral 2025-ci il tarixdə gecə saatlarında həmin şəxs hamiləlik və doğuş sancıları ilə bağlı şöbəyə müraciət etmiş, həmin vaxt onu xəstəxanaya əri Zərərçəkmiş şəxs2 və qayınanası Şahid16 gətirmişdir. 22 fevral 2025-ci il tarixdə, saat 23:25-də Şahid10 şöbəyə qəbul etmiş, şöbəyə daxil olduqda Nərminin qayınanası yolda olarkən Zülfüyyə həkimə zəng vurduğunu, Zülfüyyə həkimin ona Nərmini müayinə etməyini və daha sonra müayinənin nəticəsi barədə həkimə məlumat verməyini deməsini bildirmiş, o, Nərmini müayinə etmiş, müayinə etdikdən sonra Nərminin ərinin mobil telefonu ilə Zülfüyyə həkimə zəng vurmuş, zəngdən, təxminən, 10-15 dəqiqə sonra Zülfüyyə həkim xəstəxanaya, Doğum və Ginekologiya şöbəsinə gəlmiş, şöbəyə gəldikdən sonra Zülfüyyə həkim doğumla əlaqədar müraciət etmiş Nərmini müayinə etmiş, Nərmin sonuncu aybaşı tarixini bilmədiyi üçün onun 37-38 həftəlik hamilə olması əvvəllər aparılmış USM müayinəsi nəticəsində məlum olmuş, 22 fevral 2025-ci il tarixdə, gecə saatlarında isə Nərmin USM müayinəsi olunmamışdır. Zülfüyyə həkim tərəfindən keçirilmiş müayinələr nəticəsində Şahid10 “37- 38 həftəlik hamiləlik, Baş gəlişi, Dölyanı mayenin vaxtından əvvəl axması, Doğuşun birinci dövrü” diaqnozu qoyulmuş, bundan sonra Zülfüyyə həkim tərəfindən doğuşun təbii yolla idarə olunması planlaşdırılmış və xəstəyə 1 qram “Follikulin” və 1 qram “Platifillin” iynələri ayrı-ayrılıqda olmaqla əzələdaxili inyeksiya edilməsi üçün təyinat verilmiş, həmin təyinat onun tərəfindən Zülfüyyə həkimin yanında icra edilmişdir. Zülfüyyə həkim müayinə və müalicə prosesini bitirdikdən sonra xəstənin ümumi vəziyyəti ilə maraqlanıb, ona göstərişlərini verib 23 fevral 2025-ci il tarixdə, təxminən, saat 01:00-da öz evinə getmiş, evə gedərkən Nərminin vəziyyəti barədə mütəmadi olaraq məlumat verməyini tapşırmışdır. 23 fevral 2025-ci il tarixdə, saat 03:00-da öz mobil telefonu ilə Zülfüyyə həkimə zəng vuraraq Nərminin vəziyyəti barədə məlumat vermiş, həmin vaxt Nərminin vəziyyəti stabil olmuşdur. Saat 06:00-da öz telefonu ilə Zülfüyyə həkimə yenidən zəng vuraraq Nərminin sancılarının artmağa başladığını bildirmiş və bundan təxminən, 5 dəqiqə sonra Zülfüyyə həkim xəstəxanaya gələrək Nərmini müayinə etmiş və doğuşa hazırlaşdırmağa başlamışdır. Saat 06:15-də hamilədə gücənmə başlamış, açılış tam, gələcək hissə baş olmuş, doğuşun ikinci dövrü başlanmış, doğuşa hazırlaşarkən xəstəyə doğuş prosesində kömək etmək üçün 400 qram “Ringer” infuziya üçün məhlul və 1 qram “Oksitosin” iynəsi venadaxili, 1 dəqiqədə 10-15 damcı olmaqla inyeksiya edilməyə başlamış, bir neçə intensiv gücənmə ilə qadın cinsli döl doğulmuşdur. Doğuş zamanı uşağın başını qəbul etmiş, həmin vaxt baş nahiyyəsi aralığı yarıb özü çıxdıqdan sonra onun boyun nahiyəsindən yüngülcə tutmuş və çiyinlərinin çıxması üçün doğuşa yardım etmiş, bu zaman uşağa hər hansı bir formada zədə yetirməmiş, göstərdiyi tibbi yardımları uşağın başına toxunmadan və ananın zədələnməsinin qarşısını almaq üçün həyata keçirmişdir. Yenidoğulmuşun hərəkəti aktiv olsa da, nəfəs almağa cəhd etsə də, yenidoğulmuş uşaq nəfəs almaqda çətinlik çəkmişdir. Onun nəfəs alıb-almaması barədə dəqiq bir söz deyə bilmir, lakin Nərminin doğuş prosesi normal keçmişdir. Doğuşdan sonra Zülfüyyə həkim yenidoğulmuşun ürəyinin döyünmədiyini müəyyən etmiş, göstərilən bütün tibbi yardımlara baxmayaraq yenidoğulmuşun həyatını xilas etmək mümkün olmamışdır. Nərminin yenidoğulmuş uşağına tibbi yardım göstərərkən Zülfüyyə həkim uşağı oksigen aparatına (cihazına) qoşmamış, doğuşdan sonra yenidoğulmuşu küvezə yerləşdirməmişdir. Doğuşdan, təxminən, 20 dəqiqə sonra cift sərbəst soyulub ayrılaraq xaric olmuş, aralıq bütöv, doğuş zamanı ümumi qan itkisi 200 qram olmuşdur. Doğuşdan sonra xəstəyə 2 qram “Oksitosin” iynəsi onun tərəfindən əzələdaxili inyeksiya edilmiş və doğuş prosesindən sonra Zülfüyyə həkim tərəfindən “Vaxtında birinci doğuş, Baş gəlişi, Yenidoğulmuşun surfaktant yetməzliyi, Erkən zahılıq dövrü” diaqnozu qoyulmuşdur. Şahid11 ifadəsində əlavə olaraq bildirmişdir ki, Nərmin şöbəyə daxil olduqdan sonra onun çanağını ölçməmiş, dölün başının çanağa düzgün oturub-oturmamasını müayinə etməmiş, bu səbəbdən də onun çanağının hansı ölçüdə olmasını, dölün başının çanağa düzgün oturub-oturmamasını bilməmişdir. Nərmin xəstəxanaya daxil olduqdan sonra onu müayinə edərək şöbənin palatasına yerləşdirmiş, Zülfüyyə həkimə zəng vuraraq onu şöbəyə çağırmış, Zülfüyyə həkim şöbəyə gələrək Nərmini doğuş zalında müayinə etmiş, müayinə zamanı o da doğuş zalında olmuş, Zülfüyyə həkimin Nərminin çanağını ölçməsini görməmiş, lakin dölün başının çanağa düzgün oturub-oturmamasını müayinə etdiyini görmüşdür. Belə ki, Zülfüyyə həkim Nərmini əli ilə daxili müayinə etmiş, müayinə etdikdən sonra Nərminə təyinat vermiş, təyinatı o həyata keçirmiş və bundan sonra Nərmini palataya aparmışdır. Nərminin doğuşunun müddəti, təxminən, 20-25 dəqiqə çəkmiş, daha uzun müddət olmamış, yəni onun doğuşu saatlarla davam etməmişdir. Doğuş zamanı Nərmində güc zəifliyi olmuş, belə ki, o, doğuş zamanı gücənməkdə çətinlik çəkmiş, Nərminin yorğunluğunu hiss etmiş, lakin Nərmin yavaş-yavaş, mümkün olduğu qədər güc vermişdir. Doğuş zamanı Nərmin, təxminən, 4-5 gücənmə vermiş və bundan sonra onun uşağının baş nahiyəsi tamamilə doğulmuş, baş nahiyəsi doğulduqdan sonra mama olaraq o, uşağın çiyinlərinin doğulmasına köməklik göstərməyə başlamış, uşağın baş nahiyəsi doğulduqdan sonra Nərmin gücənmə verməmişdir. Nərmində olan güc zəifliyinə görə Zülfüyyə həkim 500 mq Ringer və 1 ml “Oksitosin” qarışığını dəqiqədə 10-15 damcı olmaqla vena daxilinə inyeksiya edilməsi üçün göstəriş vermişdir. O, yenidoğulmuşun nəfəs alıb-almamasını müayinə etməmiş, bu səbəbdən də Nərminin yenidoğulmuş uşağının nəfəs alıb-almaması barədə dəqiq bir söz deyə bilmir, lakin Zülfüyyə həkim doğuşdan dərhal sonra və tibbi yardımlar göstərərkən yenidoğulmuşun nəfəs almaqda çətinlik çəkdiyini, nəfəs ala bilmədiyini və bu səbəbdən vəfat etdiyini bildirmişdir. Doğuş prosesinin icrası və doğuşdan sonra Zülfüyyə həkim tərəfindən həkim-neonatoloqun iştirakı, baxışı təmin edilməmiş, Zülfüyyə həkimin həkimneonatoloqun iştirakının təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirməsini də görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəcəfova X33 Xalidə Vaqif qızı ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, “Culfa X60” Culfa Rayon X35 Hüquqi Şəxsə müraciət etmiş Culfa şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü X4 hamiləliklə bağlı bir neçə dəfə USM müayinəsini aparmışdır. Belə ki, 29 avqust 2024-cü il tarixdə Gülcanın hamiləliklə bağlı USM müayinəsini həyata keçirmiş, həmin müayinə nəticəsində Gülcanın hamiləliyinin bir döllü, 14 həftə 4 günlük, dölün ürək döyüntülərinin dəqiqədə 155 dəfə, başının biparietal ölçüsünün 37 mm, qarnının diametrinin 9 mm, bud sümüyünün uzunluğunun 16 mm olmasını, ciftin arxa divarda yerləşməsini, qalınlığının normal olmasını, ciftin uşaqlıq boynundan normal hündürlükdə yerləşməsini, ciftin yetişməsinin 0-cı stadiyaya uyğun olmasını, dölyanı mayenin miqdarının və tərkibinin normal olmasını müəyyənləşdirmiş, söhbət zamanı Gülcan sonuncu menustruasiya tarixini xx.xx.2024-cü il olaraq bildirmiş, həmin müayinə vaxtı Gülcanda hamiləlikə bağlı hər hansı patologiya aşkar etməmişdir. Bundan əlavə, Gülcan 20 sentyabr 2024-cü il tarixdə hamiləliklə bağlı onun tərəfindən USM müayinəsi olunmuş, həmin müayinə zamanı hamiləliyinin bir döllü, 18 həftəlik, dölün ürək döyüntülərinin dəqiqədə 139 dəfə, başının biparietal ölçüsünün 43 mm, qarnının diametrinin 13 mm, bud sümüyünün uzunluğunun 25 mm, çəkisinin 233 qram olması, ciftin arxa divarda yerləşməsi, qalınlığının normal olması, ciftin uşaqlıq boynundan normal hündürlükdə yerləşməsi, ciftin yetişməsinin 0-cı stadiyaya uyğun olması və dölyanı mayenin miqdarının normal olmasını aşkar etmiş, bu USM müayinəsi zamanı da Gülcanda hamiləliklə əlaqədar hər hansı patologiya müəyyən edilməmişdir. 13 yanvar 2025-ci il tarixdə Gülcanın növbəti dəfə USM müayinəsini həyata keçirmiş, həmin müayinə nəticəsində Gülcanın hamiləliyinin bir döllü, 35 həftəlik, dölün baş gəlişi vəziyyətində, ürək döyüntülərinin dəqiqədə 156 dəfə, başının biparietal ölçüsünün 94 mm, qarnının diametrinin 75 mm, bud sümüyünün uzunluğunun 63 mm, çəkisinin 2.865 kq olması, ciftin arxa divarda yerləşməsi, qalınlığının normal olması, ciftin uşaqlıq boynundan normal hündürlükdə yerləşməsi, ciftin yetişməsinin 1-ci stadiyaya uyğun olması, dölyanı mayenin miqdarının normal olması və tərkibində hiperexogen hissəciklərin olması, göbək ciyəsinin uşağın boynuna dolanmasını müəyyənləşdirmiş, Gülcanın 13 yanvar 2025-ci il tarixli USM müayinəsi zamanı da onun hamiləliyi ilə bağlı hər hansı bir problem müəyyən etməmiş, hamiləliyi normal, qaydasında olmuşdur. Gülcanın sonuncu menustruasiya tarixinə əsasən təxmin olunan doğuş tarixi 20-23 fevral 2025-ci il aralığında olmuşdur. Gülcanın hamiləliyi ilə bağlı ona antenatal qulluğu təşkil etmiş şəxs həkim mamaginekoloq Təqsirləndirilən şəxs olmuş, hamiləliyi dövründə antenatal xidmətlə bağlı Gülcana həyata keçirilmiş digər müayinələr, aparılmış analizlər və onların nəticələri, göstərilmiş tibbi yardımlar, verilmiş təyinatlar barədə məlumatı olmamışdır. Göbək ciyəsinin uşağın boynuna dolanması çox rast gəlinən patoloji haldır. Bu hal uşağın boğulmasına, tələf olmasına səbəb ola bilər. Şahid4 ifadəsində əlavə olaraq bildirmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü Şahid10 çalışdığı tibb müəssisəsinə hamiləliyi ilə əlaqədar iki dəfə müraciət etmiş və onun tərəfindən USM müayinəsi olunmuş, belə ki, 28 yanvar 2025-ci il tarixdə Şüa-Diaqnostika şöbəsinə müraciət etmiş Nərminin USM müayinəsini həyata keçirmiş, həmin USM müayinəsi nəticəsində Nərminin dölünün ölçüləri proporsional olmaqla hamiləliyinin 35 həftəliyə uyğun gəlməsi, dölün vəziyyətinin boylama, gəlişinin baş, başın biparietal ölçüsünün 89 mm, qarının diametrinin 69 mm, bud sümüyünün uzunluğunun 66 mm, dölün çəkisinin 2527 qram, ürək döyüntülərinin dəqiqədə 134 dəfə olması, ciftin ön divarda yerləşməsi, qalınlığının normal olması, ciftin uşaqlıq boynundan normal hündürlükdə olması, ciftin yetişməsinin 1-ci stadiyaya uyğun olması, dölyanı mayenin miqdarının normal və tərkibinin hiperexogen hissəciklər olmasını, döldə qüsurun olmamasını, təxmini doğuş vaxtının xəstə sonuncu mensturasiya tarixini bilmədiyi üçün təyin olunmadığını müəyyənləşdirmiş, müayinə vaxtı Nərmində hamiləliyi ilə bağlı hər hansı bir patologiya aşkar etməmiş, Nərminin hamiləliyi qaydasında olmuş, hamiləliklə bağlı səhhətində hər hansı bir problem olmamışdır. Bundan əlavə, Nərmin 20 fevral 2025-ci il tarixdə də hamiləliklə bağlı onun tərəfindən yenidən USM müayinəsi olunmuş, USM müayinəsi zamanı Nərmin dölünün ölçüləri proporsional olmaqla hamiləliyinin 38 həftəliyə uyğun gəlməsi, dölün vəziyyətinin boylama, gəlişinin baş, başın biparietal ölçüsünün 92 mm, qarının diametrinin 85 mm, bud sümüyünün uzunluğunun 70 mm, dölün çəkisinin 3120 qram, ürək döyüntülərinin dəqiqədə 142 dəfə olması, ciftdə 6-9 mmlik 2 ədəd anexogen ocaqlar (nekroz ocaqları) izlənməsi, ciftin ön divarda yerləşməsi, qalınlığının normal olması, ciftin uşaqlıq boynundan normal hündürlükdə olması, ciftin yetişməsinin 1-ci stadiya uyğun olması, dölyanı mayenin miqdarının normal və tərkibinin hiperexogen hissəciklər olması, döldə qüsurun olmamasını, təxmini doğuş vaxtının xəstə sonuncu mensturasiya tarixini bilmədiyi üçün təyin olunmadığını müəyyənləşdirmiş, həmin müayinə vaxtı Nərmində hamiləliyi ilə bağlı hər hansı bir patologiya aşkar etməmiş, hamiləliyi normal və qaydasında olmuşdur. Nərminin doğuşla əlaqədar Culfa X60 Culfa Rayon X35 X67 və Ginekologiya şöbəsinə müraciət etməsi və həkim mamaginekoloq Təqsirləndirilən şəxs tərəfindən doğuş prosesi icra olunan zaman onun yenidoğulmuş, qadın cinsli uşağının ölməsi ilə bağlı məlumatı hadisə baş verdikdən bir neçə gün sonra öyrənmiş, doğuş zamanı Nərminə həyata keçirilmiş müayinələr, göstərilmiş tibbi yardımlar barədə məlumatı olmamışdır. USM müayinələri zamanı Nərminin plevra boşluğunda hər hansı problem olduğunu görməmişdir. Belə bir problem olduğunu görsə mütləq qeydiyyat apararmış. USM müayinələri zamanı həmçinin diafraqmada yırtıq olmasını da görməmişdir. Düşünür ki, əgər diafraqma yırtığı olsa idi bunu mütləq görərdi, amma ola bilsin ki, diafraqma yırtığı çox cüzi olsun, bu zaman görünməyə bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 18 yanvar 2025-ci il tarixdə, gecə saatlarında Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsin növbətçi həkimi Şahid9 ona zəng edərək xəstəxanaya keçinmiş vəziyyətdə hamilə qadının daxil olduğunu, onun bətnindəki dölün sağ olub-olmamasını təyin etmək üçün USM müayinəsi keçirməyin lazım olduğunu bildirmiş, zəngdən, təxminən, 7-8 dəqiqə sonra o, Perinatal Mərkəzə çatmış, onu növbətçi həkim Gülnarə xanım qarşılamış və xəstənin həmin vaxt tibb müəssisəsinin giriş qapısının ağzında dayanmış X66 maşınında olduğunu, onu NST müayinəsi etdiyini və dölün ölü olduğunu bildirmişdir. USM aparatı həmin vaxt X66 maşınının yanında olmuş, o, X66 maşınına qalxaraq müdaxilə kabinəsində Gülcan Allahverdiyevanın bətnindəki dölü müayinə etmiş, müayinə nəticəsində mərhum Gülcanın bətnində olan dölün tələf olduğu müəyyənləşdirmiş, həmin vaxt Gülcan X66 maşınında hərəkətsiz, üzü örtülmüş vəziyyətdə olmuşdur. Şahid8 ifadəsində əlavə olaraq bildirmişdir ki, 10 dekabr 2024-cü il tarixdə çalışdığı Perinatal Mərkəzə müraciət etmiş Gülcanın hamiləliklə bağlı USM müayinəsini həyata keçirmiş, həmin müayinə nəticəsində Gülcanın hamiləliyinin 29-30 həftəlik, dölün ürək döyüntülərinin dəqiqədə 141 dəfə olmasını, çəkisinin 1.500 kq olmasını, ciftin arxa divarda yerləşməsini, qalınlığının normal olmasını, ciftin uşaqlıq boynundan normal hündürlükdə olmasını, ciftin yetişməsinin 0-cı stadiya uyğun olmasını, dölyanı mayenin miqdarının və tərkibinin normal olmasını, göbək ciyəsinin dölün boynuna 2 dəfə dolanması, ciftdə anexogen sahələr olmasını müəyyənləşdirmiş, müayinə vaxtı döldə hər hansı bir patologiya aşkar etməmiş, Gülcanın hamiləliyi qaydasında, normal olmuşdur. Həmçinin bildirmişdir ki, göbək ciyəsinin uşağın boynuna dolanması uşağın hərəkətlərindən asılıdır, göbək ciyəsində hansısa maddə çatışmadıqda sürüşmə olmur, bu da fəsad verə bilər. Uşaq doğulana qədər 100 dəfə göbək ciyəsi boynuna dolanır. Bu patoloji haldır, lakin qarşısını almaq üçün hansısa tədbir görmək mümkün deyil. Ölümdən sonra qan axımı olmadığı üçün göbək ciyəsinin neçə dəfə uşağın boynuna dolandığını müəyyən etmək olmaz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, 30 dekabr 2024-cü il tarixdə Perinatal Mərkəzdə xx.xx.2003-cü il təvəllüdlü Şahid10 müayinə etmiş, müayinə nəticəsində onun tərəfindən Nərminin ümumi vəziyyəti kafi qiymətləndirilmiş, arterial təzyiqi 100-60 göstəricidə olmuş, xəstənin kəskin respirator xəstəlik, yəni halsızlıq, boğaz ağrısı, öskürəkdən şikayəti olmuş, bədən temperaturu 36.6 dərəcə olmuş, dölün ürək döyüntüsü aydın, ritmik olmaqla dəqiqədə 130-140 arası dəyişmiş, ifrazatı adi, fizioloji aktları sərbəst olmuş, təyinat davam etmişdir. xx.xx.2025-ci il tarixdə Nərmin onun tərəfindən yenidən müayinə olunmuş, ümumi vəziyyəti kafi qiymətləndirilmiş, xəstədə kəskin respirator xəstəlik əlamətləri azalmış, qarnı yumşaq olmuş, dölün ürək döyüntüsü aydın, ritmik olmaqla dəqiqədə 130-140 arası dəyişmiş, ifrazatı adi, fizioloji aktları sərbəst olmuş, təyinat davam etmişdir. xx.xx.2025-ci il tarixdəki müayinəsi zamanı Nərminin ümumi vəziyyəti kafi qiymətləndirilməklə şikayəti olmamış, qarnı yumşaq, dölün ürək döyüntüsü aydın və ritmik olmaqla 140-150 arası, ifrazatı adi, fizioloji aktları sərbəst olmuş, kəskin respirator xəstəlik əlamətləri olmamış, hamiləlik nəzərə alınmaqla xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Bundan sonra, təyinat, növbəti müayinələrə gəlmək və digər məsləhətlər verilmiş, X44 müalicə olunarkən infuzion, antibakterial və iltihab əleyhinə müalicə almış, evə buraxılan zaman səhhətində hər hansı bir problem olmamış, hamiləliyi də qaydasında olmuşdur. Şahid10 yenidoğulmuş, qadın cinsli uşağının ölümünün səbəbini nəzərə alaraq, Nərminin doğuşunun idarə olunması düzgün həyata keçirilməmiş, belə ki, Nərminin doğuşun 2-ci dövründə güc zəifliyi, çanağı və ya dölün başının çanağa oturması düzgün qiymətləndirilməmiş, nəticədə doğuşun gedişi zamanı damarların keçiriciliyinin pozulması hesabına dölün başında kefalohematoma və beyindaxili qansızmanın yaranmasına səbəb olmuş və bu da Nərmin doğuşuna münasibətdə onun yenidoğulmuş uşağının ölümünə gətirib çıxarmışdır. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də məhkəmə-histoloji aktın nəticələrinə əsasən, onun qısa zaman çərçivəsində yaşaması və nəfəs almasının müəyyən edilməsini nəzərə alaraq, həkim mama-ginekoloq tərəfindən Şahid10 yenidoğulmuş, qadın cinsli uşağının vəziyyəti düzgün qiymətləndirilməmiş, onun ağciyərlərlə tənəffüsünün baş vermədiyi qeyd olunmuşdur. Habelə doğuş prosesinin icrası və doğuşdan sonrakı dövrdə həkimneonatoloqun iştirakı təmin edilməli və yenidoğulmuşa həkim-neonatoloq tərəfindən ilkin tibbi yardımlar göstərilməli olmuşdur. Şahid15 ifadəsində onu da bildirmişdir ki, Culfa Rayon Prokurorluğunun müraciəti əsasında X4 ölüm hadisəsi ilə bağlı onun müalicə və müayinəsində iştirak etmiş tibb işçiləri barəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası X18 X58 Şəxs tərəfindən müvafiq xidməti yoxlama aparılarkən yaradılmış komissiyada komissiya üzvü kimi o da iştirak etmiş və iş materialları ilə tanış olmuşdur. Gülcanın arterial təzyiqin normadan yüksək, sidikdə zülalın, həmçinin bədən çəkisi indeksinin artıq olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollara əsasən risk faktoru kimi qiymətləndirilməli və stasionara yerləşdirilməklə və ya daha ixtisaslı tibb müəssisəsinə hospitalizasiya olunmaqla daha ətraflı müayinələr aparılmalı olmuşdur. Tibbi sənədlərdə Gülcanın xx.xx.2025-ci il tarixdə, yəni hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilmiş, bununla əlaqədar olaraq Gülcana daha geniş müayinələr, yəni sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması, digər instrumental müayinələr aparılmasının həyata keçirilməsi məqsədəmüvafiq olmuşdur. Lakin iş materiallarından göründüyü kimi Gülcan vaxtında stasionara yerləşdirilməmiş və ya daha ixtisaslı tibb müəssisəsinə hospitalizasiya olunmamışdır. Həmçinin Gülcanın xx.xx.2025-ci il tarixdə müayinəsi zamanı ona verilmiş təyinat yetərli olmamışdır. Gülcan arterial təzyiqin normadan yüksək olması, sidikdə zülal və bədən indeksinin artmasına (ödem) görə risk qrupuna daxil edilməli olmuşdur. Gülcana hamiləlik dövründə qüsurlu tibbi yardımlar göstərilmiş, tibbi xidmət tam həcmdə aparılmamışdır. Habelə Gülcana X61 tibb işçisi tərəfindən göstərilmiş tibbi müdaxilələr və yardımlar tam həcmdə aparılmamışdır, belə ki, Gülcana inyeksiya edilmiş dərman vasitələri daha tez təsir göstərmək və vəziyyətini yaxşılaşdırmaq məqdəsilə daha yüksək dozada və venadaxili inyeksiya edilməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə Şahid2 gəlini X10 X65 X57 Şəxsin tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs tərəfindən yazılmış tibbi resepti “vhatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərmiş, tibbi resepti oxuya bilmədiyini, onun oxumasını, yazılanları ona bildirməsini, 13 yanvar 2025-ci il tarixdə Zülfüyyə həkimin növbəti qəbuluna gedəcəklərini bildirmişdir. Tibbi reseptdə ümumi qan analizi, sidik analizi və aparat müayinəsi üçün təyinat verildiyini görmüş, Şahid2 “vhatsapp” sosial şəbəkəsi vasitəsilə səs yazısı göndərərək tibbi reseptdə yazılanları bildirmişdir. Həmçinin Şahid2 qan analizi üçün Naxçıvan şəhərinə, Perinatal Mərkəzə getmələrini bildirmiş, sonrakı proseslərdən xəbəri olmamış, qan analizi üçün Perinatal Mərkəzə gedib-getməmələrini bilməmiş, sonradan Gülcan Allahverdiyevanın ölüm xəbərini eşitmişdir. X40 ifadəsində əlavə olaraq bildirmişdir ki, Perinatal Mərkəzə getmək üçün xəstələrə verilən göndərişlər 2024-cü ilin dekabr ayında ləğv edilmiş, bunu da həmin vaxt xəstə olan və xəstəxanaya gedib-gələn anasına görə bilmişdir. 2024-cü ilin dekabr ayında Gülcan Allahverdiyevaya göndəriş verilmiş, lakin daha sonra Şahid2 ona göndərişin işə yaramadığını, boşuna pulunun getdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: 02 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X4 hüquqi varisi qismində əri Zərərçəkmiş şəxs1 tanınmışdır. 26 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs olan, yenidoğulmuş, qadın cinsli uşağın hüquqi varisi qismində atası Zərərçəkmiş şəxs2 tanınmışdır. 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 adına tərtib edilmiş 18 yanvar 2025-ci il tarixli, 01 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2004-cü il təvəllüdlü X4 meyitində məhkəmə-tibbi müayinəsi zamanı hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. X4 ölümünün bilavasitə səbəbi hiperkaoqolyasiya fonunda ağciyər arteriya şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada (xx.xx.2025-ci il tarixdə, saat 06:10-da) müayinəsindən təxminən 3-4 saat əvvəl baş vermişdir. X4 meyitində və meyitdən götürülmüş daxili üzv hissəciklərinin laborator tədqiqatının cavablarında dərman və toksiki təsir maddələrin yeridilməsinə uyğun patomorfoloji dəyişikliklər aşkar edilməmişdir. X3 bətnində (uşaqlıq boşluğunda) çəkisi və antropometrik ölçüləri 35 həftəliyinə uyğun olan qadın cinsli ölü dölü aşkar edilmişdir. X4 ölümünün bilavasitə səbəbi ilə dölün bətndaxili ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, hamilənin ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) asfiksiya dölün ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 adına tərtib edilmiş 07 mart 2025-ci il tarixli, 102/KEŞ saylı ekspert rəyində (komisyon məhkəmə-tibb ekspertizası) qeyd edilmişdir ki, X20 X60 PHŞ-də göstərilmiş antenatal xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmamışdır. Belə ki, hamilənin xx.xx.2025-ci il tarixdə, yəni hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilmişdir. Bununla əlaqədar hamiləyə daha geniş müayinələrin (sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması və s.) aparılması məqsədəmüvafiq idi. Əgər hamiləyə daha ətraflı müayinələr aparılmış olsa idi, hamiləliyin gedişində hansı patoloji vəziyyətin olması antenatal xidməti aparan həkimginekoloqun diqqətindən qaçmazdı. Bu zaman hamilənin hospitalizasiyasına tibbi göstərişlərin olub-olmaması aydınlaşdırıla bilərdi. Gülcan Allahverdiyevaya daha ətraflı müayinə aparılsa idi və patoloji vəziyyətin kliniki gedişi aydınlaşdırılmış olsa idi, hamilə vaxtında hospitalizasiya oluna bilərdi. Buna məsul şəxs antenatal xidməti təşkil edən və aparan müalicə həkimidir. Hamilənin xx.xx.2025-ci il tarixdə müayinəsi zamanı ona verilmiş təyinat yetərli olmamışdır. Gülcan Allahverdiyevaya göstərilmiş antenatal xidmət zamanı aparılmış müayinələr tam həcmdə olmamışdır. Hamilədə hamiləliyin 33-34 həftəsində zülal və arterial təzyiq olması ilə əlaqədar ona daha ətraflı müayinələr aparılmalı idi. Belə olan halda sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması, digər instrumental müayinələr aparılmalı idi. Əgər hamilə hamiləlik dövründə hipertoniya xəstəliyindən əziyyət çəkmiş olsa idi, hazırkı təzyiqin yüksəlməsi hamiləlik hestozu ilə əlaqədar olardı. Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onda miokardda və böyrəklərdə parenximatoz zülal distrofiyası, ağciyərlərdə bronxopnevmoniya ödem və ocaqlı qansızmalar aşkar edilmişdir. Bu patoloji dəyişikliklər xroniki prosesin nəticəsidir və hamilənin sağlığında antenatal dövrdə müəyyən edilməli idi. Buna məsul şəxs antenatal xidməti təşkil edən və aparan həkim mama-ginekoloqdur. Əgər vaxtında təxirəsalınmaz tibbi yardımlar göstərilsə idi, uşağın yaşamaq şansı daha çox olardı. Gülcan Allahverdiyeva risk qrupuna daxil edilməyib, lakin hamilədə arterial təzyiqin normadan yüksək olması, sidikdə zülal və bədən indeksinin artması (ödem) olduğu üçün onda hamiləlik patologiyası olan “preeklampsiya” qiymətləndirilə bilərdi. Hamilənin antenatal dövrdə daha ətraflı müayinələr aparılmalı idi. Gülcan Allahverdiyevaya profilaktik məqsədlə aşağı ətraf damarlarının doppler, ExoKQ, EKQ aparılması məqsədəmüvafiq idi. Gülcan Allahverdiyevaya aparılmış konservativ müalicələr yetərsiz olmuşdur. Belə ki, antenatal dövrdə ona müayinələr tam həcmdə olmamışdır. Yüksək təsirə malik olan dərman preparatları birbaşa venadaxili yoluna və daha yüksək dozada aparılmalı idi. Tərtib edilmiş tibbi sənədlərdə Gülcan Allahverdiyevanın hamiləliyinin təbii doğuşla başa çatdırılmasına hər hansı bir əks göstəriş olmamışdır. Doğuşun operativ yolla başa çatdırılması tibbi göstərişlər olduğu halda aparıla bilər. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, xx.xx.2025-ci il tarixdə, saat 02:30-da Gülcan Allahverdiyevanın nəfəs ala bilməməsi və boğulması şikayətləri ilə Naxçıvan Muxtar Respublikası TTYX-nin Culfa Stansiyasına çağırış daxil olmuşdur. X61 tibb işçisi tərəfindən hamiləyə baxış zamanı onda arterial təzyiqin 200/120 mm.cv.st. olduğu müəyyən edilmişdir. Hamiləyə antenatal xidmət göstərən həkim-ginekoloqla telefon əlaqəsi saxlanılmış və onun göstərişi ilə hamiləyə 2 mq “Papaverin” və 1 mq “Dibazol” dərman preparatları əzələ daxilinə inyeksiya edilmişdir. Daha sonra, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə hospitalizasiya üçün hamilə X66 maşınına yerləşdirilmiş, oksigen maskasına qoşulmuş, lakin hamilədə boğulmalar daha da artmışdır. Arterial təzyiq ölçüldükdə dəyişiklik olmamışdır. Həkim-ginekoloqun göstərişi ilə 5 mq “Maqnezium Sulfat” dərman preparatı əzələ daxilinə inyeksiya edilmişdir. Hamilənin vəziyyəti daha da pisləşmiş və yolda olarkən onda bioloji ölüm faktı qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin həyətində X66 maşınında həmin tibb müəssisəsinin baş həkimi və növbətçi həkimi tərəfindən NST, ultrasəs müayinələri aparılmış və dölün də öldüyü müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası TTYX-nin Culfa Stansiyasının həkimləri tərəfindən hamiləyə göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, arterial təzyiqin 200/120 mm.cv.st. olduğu müəyyən edildikdən sonra hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd edilən dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünün səbəbini nəzərə alaraq, göstərilmiş tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası TTYX-nin Culfa Stansiyasının çağırışa getmiş tibbi briqadasının tərkibində ixtisaslı həkimin olmaması səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünün bilavasitə səbəbi “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”nın olduğu müəyyən edilmişdir. Gülcan Allahverdiyevanın ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) hipoksiya dölün ölümünə səbəb olmuşdur. Gülcan Allahverdiyevanın adına tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, 01 saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun və əsaslı olmuşdur. Gülcan Allahverdiyeva antenatal dövrdə daha ətraflı müayinə olunmalı idi, TTY briqadasına müraciət olunduqda hamilənin vəziyyəti ilə əlaqədar reanimatoloji briqada tərəfindən hamilə dərhal intubasiya edilməli idi. Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət qüsurlu olmuşdur. Belə ki, hamiləyə antenatal xidmət tam həcmdə aparılmamış və vəziyyətinin ağırlaşması ilə əlaqədar X66 briqadası tərəfindən göstərilmiş tibbi yardımlar adekvat olmamışdır. Tibb yardımlar vaxtında və tam həcmdə aparılmış olsa idi, baş vermiş ölümün qarşısının alınması şansı daha çox olardı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 adına tərtib edilmiş 16 aprel 2025-ci il tarixli, 291-KEŞ saylı ekspert rəyində (əlavə komisyon məhkəmə-tibbi ekspertizası) qeyd edilmişdir ki, Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”nın olduğu müəyyən edilmişdir. Gülcan Allahverdiyevanın ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) hipoksiya dölün ölümünə səbəb olmuşdur. Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət qüsurlu olmuşdur. Belə ki, hamiləyə antenatal xidmətin tam həcmdə aparılmamasının baş vermiş ölümlərlə səbəbli əlaqəsi vardır. Naxçıvan Muxtar Respublikası TTYX-nin X37 Tibbi Yardım həkimləri tərəfindən hamiləyə göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, arterial təzyiqin 200/120 mm.cv.st. olduğu müəyyən edildikdən sonra hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd olunan dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası TTYX-nin Culfa Stansiyasının çağırışa getmiş tibbi briqadasının tərkibində ixtisaslı həkim olmamışdır. Gülcan Allahverdiyavanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”nın olduğu müəyyən edilmişdir. Onun ölümünün səbəbini nəzərə alaraq, TTYX-nin X37 Tibbi Yardım həkimləri tərəfindan göstərilmiş tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X20 X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də göstərilmiş antenatal xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmamışdır. Belə ki, hamilənin xx.xx.2025ci il tarixdə, yəni hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilmişdir. Bununla əlaqədar hamiləyə daha geniş müayinələrin (sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması, digər instrumental müayinələr və s.) aparılması məqsədəmüvafiq idi. Əgər hamiləyə daha ətraflı müayinələr aparılmış olsa idi, hamiləliyin gedişində hansı patoloji vəziyyətin olması antenatal xidməti aparan həkim mamaginekoloqun diqqətindən qaçmazdı. Bu zaman hamilənin hospitalizasiyasına tibbi göstərişlərin olub-olmaması aydınlaşdırıla bilərdi. Gülcan Allahverdiyevaya antenatal dövrdə həkim mama-ginekoloq tərəfindan profilaktik məqsədlə aşağı ətraf damarlarının doppler, ExoKQ, EKQ aparılmalı və patoloji vəziyyət müəyyən edilərək adekvat tibbi yardımlar göstərilməli idi. Həmçinin hamiləyə daha geniş müayinələr (sidikdə zülal, şəkər, qanın biokimyəvi analizlari, böyrək və qaraciyər sınaqlarının yoxlanılması və s.) aparılmalı idi. Qeyd olunan qüsurlu tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Gülcan Allahverdiyevanın dölünün ölümünə səbəb olan batndaxili (antenatal) hipoksiya hamilənin ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 cinsli yenidoğulmuşun adına tərtib edilmiş 17 mart 2025-ci il tarixli, 07 saylı ekspert rəyində qeyd edilmişdir ki, ana Şahid10 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Qadın cinsli yenidoğulmuşun bədən səthi üzərində başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan baş-beyin toxumasının yumşaq qişaları altında qansızması və əzilməsi xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarət həyatidir, ölümündən az əvvəl, yəni xx.xx.2025-ci il tarixdə, saat 06:35-də baş vermiş doğuş vaxtı doğuş yollarından xaric olan zaman əmələ gələ bilərdi və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid edilir. Qadın cinsli yenidoğulmuşun ölümünə səbəb baş-beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi olmuşdur, ölüm xx.xx.2025-ci il tarixdə, saat 06:35-də Culfa Rayon Mərkəzi Xəstəxanasında icra edilmiş normal doğuşdan qısa müddət sonra baş vermişdir, bu da meyit əlamətləri ilə inkar edilmir. Qadın cinsli yenidoğulmuşun meyitinin almış olduğu xəsarət doğuş aktı başlayandan onun tam xaric olan zaman doğuş yollarında baş nahiyəsinin sıxılması nəticəsində əmələ gələ bilərdi. Qadın cinsli yenidoğulmuşun hamiləlik dövrü tibbi sənədləri göstərir ki, onun xroniki xəstəliyi, orqan patologiyası və anomaliyaları olmamış, eləcə də onun patoloji anotomik müayinəsi zamanı hər hansı bir xəstəlik və ya patologiya aşkar edilməmişdir. Qadın cinsli yenidoğulmuşun meyitində və meyitdən götürülmüş daxili üzv hissəciklərinin laborator tədqiqatının cavablarında dərman və toksiki təsirli maddələrin yeridilməsinə uyğun patomorfoloji dəyişikliklər aşkar edilməmişdir. Qadın cinsli yenidoğulmuşun məhkəmətibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də xx.xx.2025-ci il tarixli, 05 saylı məhkəmə-histoloji aktın nəticələrindən görünür ki, o, qısa zaman çərçivəsində yaşamış və nəfəs almışdır. Qadın cinsli yenidoğulmuşun çəkisi və antropometrik ölçüləri 37-38 həftəliyə uyğun gəlir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X19 Şahid10 adına tərtib edilmiş 19 mart 2025-ci il tarixli, 46 saylı ekspert rəyində qeyd edilmişdir ki, Şahid10 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində, eləcə də uşaqlıq yolunda doğuş prosesi ilə əlaqədar olan və olmayan xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Şahid10 adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, o, orqanizmin ümumi xəstəliklərindən: hipertoniya xəstəliyi, infeksion, virusoloji, eləcə də hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X38 X62 Şahid10 adına tərtib edilmiş 29 aprel 2025-ci il tarixli, KEŞ-237 saylı ekspert rəyində (komisyon məhkəmə-tibbi ekspertizası) qeyd edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə hamiləlik dövründə Şahid10 və döldə hər hansı bir patologiyanın, anomaliyaların, xəstəliyin və ya infeksiyanın olub-olmaması haqqında qeydiyyat aparılmamışdır. X70 Mərkəzində Şahid10 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2025-ci il tarixdə mərkəzə müraciət etmiş və aparılmış müayinə zamanı onda 32 həftə + 6 günlük hamiləlik olduğu müəyyən edilmişdir. Hamiləlik müddətində istifadəsi zəruri olan dərman preparatları təyin edilmiş və mütəmadi olaraq həkim-ginekoloqun müayinəsi məsləhət görülmüşdür. Culfa X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid10 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, onun xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə mərkəzə müraciətləri olmuşdur. xx.xx.2025-ci il tarixdə müraciəti zamanı isə aparılmış ultrasəs müayinəsi zamanı onda 37-38 həftəlik hamiləlik olduğu müəyyən edilmişdir. Şahid10 antenatal dövrdə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi”nin olduğu müəyyən edilmişdir ki, antenatal dövrdə aparılmış müayinə və müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Tərtib edilmiş tibbi sənədlərdə Şahid10 daha ixtisaslı tibb müəssisəsinə hospitalizasiyası ilə əlaqədar hər hansı bir göstəriş olmamışdır. Culfa X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid10 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2025-ci il tarixdə, saat 23:25-də doğuş sancıları və dölyanı mayenin vaxtından əvvəl axması şikayətləri ilə xəstəxananın doğum şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “37-38 həftəlik hamiləlik, Baş gəlişi, Dölyanı mayenin vaxtından əvvəl axması, Doğuşun birinci dövrü” diaqnozu təyin edilmiş və doğuşun təbii yolla başa çatdırılmasına qərar verilmişdir. Saat 06:15-də hamilədə gücənmələr başlamış, ona “Doğuşun ikinci dövrü” diaqnozu təyin edilmiş və saat 06:35-də yenidoğulmuş uşaq doğulmuşdur. Bütün aparılan tədbirlərə baxmayaraq yenidoğulmuşun ağciyərlərlə tənəffüsü baş verməmiş və doğuşdan 15 dəqiqə sonra yenidoğulmuşun ürək fəaliyyəti dayanmışdır. xx.xx.2025-ci il tarixdə zahı kafi vəziyyətdə evə buraxılmışdır. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmətibbi müayinəsinə əsasən, onun doğuşunun idarə olunması düzgün yerinə yetirilməmişdir. Belə ki, yenidoğulmuşun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi xəsarətlərinin olduğu müəyyən edilmişdir. Göstərilən xəsarət həyatidir, ölümündən az əvvəl, baş vermiş doğuş zamanı döl doğuş yollarından xaric olan zaman baş nahiyəsinin sıxılması nəticəsində əmələ gələ bilərdi. Kefalohematoma, adətən, ağırlaşmış doğuşlarda, ən çox doğuşun ikinci dövrünün uzanması zamanı baş verir. Susuz müddətdə uşaqlıq daxili və xarici mühit arasındakı təzyiqlər fərqi səbəbindən dölün başının yumşaq toxumalarında doğuş şişi yaranır. Bu doğuş şişi uzun müddət davam etdikdə başın dərialtı toxumasında qansızmanın yaranmasına gətirib çıxarır. Tərtib edilmiş tibbi sənədlərdə isə doğuşun 20 dəqiqə davam etdiyi qeyd olunmuşdur ki, bu da ziddiyyət təşkil edir. Belə ki, kefalohematomanın yaranma müddəti 20 dəqiqə müddətində yox, daha uzun müddət davam edəndə olur. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış doğuş prosesi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, doğuşun ikinci dövrünün uzanması (güc zəifliyi, dar çanaq, dölün başının çanağa düzgün oturmaması və s. səbəblər) doğuşun gedişi zamanı damarların keçiriciliyinin pozulması hesabına dölün başında kefalohematoma və beyindaxili qansızmanın yaranmasına səbəb olmuşdur ki, bu da dölün ölümünə gətirib çıxarmışdır. Şahid10 və onun yenidoğulmuş uşağına Culfa X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 50.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim mama-ginekoloqdur. Tərtib edilmiş tibbi sənədlərdə Şahid10 hamiləliyi ilə əlaqədar risk amilinin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Tərtib edilmiş tibbi sənədlərdə Şahid10 d-dimerin təyini, exokardioqrafiya, kompüter tomoqrafiyası (KT), ventilyasiya-perfuziya sintiqrafiyası, ağciyər damarlarının angioqrafiyası, həmçinin aşağı ətrafların dərin venalarının trombozunun diaqnostikası üsullarının (ultrasəs, KT venoqrafiyası) həyata keçirilməsini şərtləndirən amillərin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Tərtib edilmiş tibbi sənədlərdə Şahid10 doğuşunun təbii yolla başa çatdırılmasına əks göstərişin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Tərtib edilmiş tibbi sənədlərdə Şahid10 doğuşunun “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə başa çatdırılmasına hər hansı bir tibbi göstəriş olmamışdır. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də məhkəmə-histoloji aktın nəticələrinə əsasən, o, qısa zaman çərçivəsində yaşamış və nəfəs almışdır. Yenidoğulmuşun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi”nin olduğu müəyyən edilmişdir. Şahid10 yenidoğulmuş uşağının adına Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38 tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, 07 nömrəli rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun olmuşdur. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, doğuş prosesi düzgün aparılmış olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, doğuş prosesinin icrası və doğuşdan sonra həkim-neonatoloqun iştirakı, baxışı təmin edilməli olduğu halda, təmin edilməmişdir. Həmçinin doğuşdan sonra həkim mama-ginekoloq tərəfindən yenidoğulmuş uşağın vəziyyəti düzgün qiymətləndirilməmiş, yenidoğulmuşun ağciyərlərlə tənəffüsünün baş vermədiyi qeyd olunmuş, həkim neonatoloq tərəfindən göstərilməli olan ilkin tibbi yardımlar həkim mamaginekoloq tərəfindən yerinə yetirilsə də, tam həcmdə aparılmamış, yenidoğulmuş uşaq küvez aparatına yerləşdirilməmiş, vəziyyətinin ağırlığı ilə əlaqədar müvafiq tibbi tədbirlər göstərilməmiş və tənəffüs yetməzliyi səbəbindən vəfat etdiyi qeyd edilmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 50.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim mama-ginekoloqdur. Culfa X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid10 adına tibbi sənədlər düzgün tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X38 X62 Şahid10 (yenidoğulmuş uşağının) adına tərtib edilmiş 12 may 2025-ci il tarixli, KEŞ-403 saylı ekspert rəyində (əlavə komisyon məhkəmə-tibb ekspertizası) qeyd edilmişdir ki, Culfa X60 Culfa Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid10 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2025-ci il tarixdə, saat 23:25-də doğuş sancıları və dölyanı mayenin vaxtından əvvəl axması şikayətləri ilə xəstəxananın Doğum şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “37-38 həftəlik hamiləlik; Baş gəlişi; Dölyanı mayenin vaxtından əvvəl axması; Doğuşun birinci dövrü” diaqnozu təyin edilmiş və doğuşun təbii yolla başa çatdırılmasına qərar verilmişdir. Saat 06:15-də hamilədə gücənmələr başlamış, ona “Doğuşun İİ dövrü; Baş gəlişi” diaqnozu təyin edilmiş və saat 06:35-də yenidoğulmuş uşaq doğulmuşdur. Bütün aparılan tədbirlərə baxmayaraq, yenidoğulmuşun ağciyərlərlə tənəffüsü baş verməmiş və doğuşdan 15 dəqiqə sonra yenidoğulmuşun ürək fəaliyyəti dayanmışdır. xx.xx.2025-ci il tarixdə zahı kafi vəziyyətdə evə yazılmışdır. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun doğuşunun idarə olunması düzgün yerinə yetirilməmişdir. Belə ki, yenidoğulmuşun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan baş beyin toxumasının yumşaq qişaları altında qansızması və əzilməsi xəsarətlərinin olduğu müəyyən edilmişdir. Göstərilən xəsarət həyatidir, ölümündan az əvvəl, baş vermiş doğuş zamanı döl doğuş yollarından xaric olan zaman baş nahiyəsinin sıxılması nəticəsində əmələ gələ bilərdi. Kefalohematoma, adətən, ağırlaşmış doğuşlarda, ən çox doğuşun 2-ci dövrünün uzanması zamanı baş verir. Susuz müddətdə uşaqlıq daxili və xarici mühit arasındakı təzyiqlər fərqi səbəbindən dölün başının yumşaq toxumalarında doğuş şişi yaranır. Bu doğuş şişi uzun müddət davam etdikdə, başın dərialtı toxumasında qansızmanın yaranmasına gətirib çıxarır. Tərtib edilmiş tibbi sənədlərdə isə doğuşun 20 dəqiqə davam etdiyi qeyd olunmuşdur ki, bu da ziddiyyət təşkil edir. Belə ki, kefalohematomanın yaranma müddəti 20 dəqiqə müddətində yox, daha uzun müddət davam edəndə olur. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi”nin olduğu müəyyən edilmişdir ki, bununla da, aparılmış doğuş prosesi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, doğuşun 2-ci dövrünün uzanması (güc zəifliyi, dar çanaq, dölün başının çanağa düzgün oturmaması və s. səbəblər) doğuşun gedişi zamanı damarların keçiriciliyinin pozulması hesabına dölün başında kefalohematoma və beyindaxili qansızmanın yaranmasına səbəb olmuşdur ki, bu da dölün ölümünə gətirib çıxarmışdır. Ümumiyyətlə, hamilədə doğuşun 2-ci dövrünün uzanması güc zəifliyi səbəbindən olduğu halda, həkim mama-ginekoloq tərəfindən stimulyasiya edici tədbirlər görülür, dar çanaq, dölün başının ölçüsünün böyük olduğu hallarda isə bunlar əvvəldən müəyyənləşdirilərək, doğuş operativ müdaxilə ilə başa çatdırılır. Kefalohematoma, adətən, ağırlaşmış doğuşlarda, ən çox doğuşun ikinci dövrünün uzanması zamanı baş verir. Doğuşun ikinci dövrünün uzanmadığı normal doğuşlarda baş vermir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, doğuş prosesinin icrası və doğuşdan sonra həkim-neonatoloqun iştirakı, baxışı təmin edilməli olduğu halda, təmin edilməmişdir. Həmçinin doğuşdan sonra həkim mama-ginekoloq tərəfindən yenidoğulmuş uşağın vəziyyəti düzgün qiymətləndirilməmiş, yenidoğulmuşun ağciyərlərlə tənəffüsünün baş vermədiyi qeyd olunmuş, həkim-neonatoloq tərəfindən göstərilməli olan ilkin tibbi yardımlar həkim mama-ginekoloq tərəfindən yerinə yetirilsə də, tam həcmdə aparılmamış, yenidoğulmuş uşaq kuvez aparatına yerləşdirilməmiş, vəziyyətinin ağırlığı ilə əlaqədar müvafiq tibbi tədbirlər göstərilməmiş və tənəffüs yetməzliyi səbəbindən vəfat etdiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 12 mart 2025-ci il tarixdə verilmiş Culfa şəhər sakini hamilə X4 ölüm hadisəsinin araşdırılması haqqında rəydə qeyd edilmişdir ki, həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən hamilə X6 müraciətlər zamanı klinik protokollara əsasən hamiləliyin ilk trimestrində yoxlanılması vacib hesab edilən T3, T4, TSH, qanda şəkərin təyini, hemoqramma, qliko-hemoqlobin (HbA1c), rezus faktor, qan qrupu və sidiyin kliniki müayinələri, həmçinin nefroloq (uroloq) tərəfindən konsultasiya aparılmamışdır. xx.xx.2025-ci il tarixdə müraciət zamanı hamilənin Naxçıvan MR Perinatal Mərkəzi PHŞ-in Hamiləliyin Patologiyası şöbəsinə göndərilməsinin vacibliyi həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən nəzərə alınmayıb, evdə qeyri-düzgün ambulator müalicə təyin edilib. Arterial təzyiqin yüksək olmasına baxmayaraq, hamilə risk qrupu kimi qiymətləndirilməmiş, stasionar şöbəyə yerləşdirilməmiş və müalicə aparılmamışdır. 18 yanvar 2025-ci il tarixdə axşam saatlarında xəstənin vəziyyətinin pisləşməsi əlamətləri 13 yanvar 2025-ci il tarixdən hamilənin Culfa X60 PHŞ-nin Doğum və Ginekologiya şöbəsinə təkrar müraciəti dövründən başlayıb. Ambulator təyin edilən qeyri-düzgün müalicə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Xəstənin spesifikliyi nəzərə alınaraq, 18 yanvar 2025-ci il tarixdə gecə saatlarında hamiləyə edilən tibbi yardımlar birbaşa müalicə həkiminin nəzarəti altında stasionar şəraitdə aparılmalı idi. Ağır vəziyyətdə olan hamilə qadın X61 tibb işçisi tərəfindən tibbi yardımların göstərilməsinə baxmayaraq vəfat etmişdir. Sonuncu USM müayinəsi zamanı döldə əsaslı patologiya qeydə alınmayıb. Ananın ölümündə döllə bağlı heç bir əlaqə olmayıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş Şahid10 qadın cinsli yenidoğulmuş uşağının ölüm hadisəsinin araşdırılması haqqında rəydə qeyd edilmişdir ki, hamiləlik dövründə Şahid10 və dölün vəziyyəti qənaətbəxş olmuş, lazım olan bütün tibbi müayinələrdən keçirilmiş, hamilə və döldə əsaslı heç bir patologiya aşkar edilməmişdir. Risk qrupuna daxil edilən hamilə Şahid10 doğuşunun Naxçıvan MR Perinatal Mərkəzində həyata keçirilməsinin vacibliyi nəzərə alınmamışdır. Doğuşun Culfa Rayon X22 və Ginekologiya şöbəsində icra olunmasında hamiləyə nəzarət həkim mama-ginekoloq tərəfindən deyil, mama tərəfindən icra edilmişdir. Bu isə baş verən ağırlaşmaların vaxtında aşkar edilməsinə və göstərilən tibbi yardımların icrasına mane olub. Culfa Rayon X22 və Ginekologiya şöbəsində kadr (həkim-neonatoloq), bəzi tibbi avadanlıqların (xəstəbaşı monitor, KTQ-kardiotopoqrafiya, defibrilyator) çatışmazlığı ilə əlaqədar hamilə Şahid10 doğuşu Perinatal Mərkəzdə icra edilməli idi. Xəstəxanada ixtisaslı həkim-neonatoloqun çatışmazlığı ilə bağlı asfiksiya ilə doğulan, qadın cinsli yenidoğulmuşa göstərilən tibbi yardım tədbirləri yetərsiz olub. Yenidoğulmuşda baş beynin əzilməsi, beynə, uzunsov beynə qansızma tənəffüs mərkəzinin sıxılması nəticəsində yaranan asfiksiya isə dölün uşaqlıq yolundan keçərkən sıxılması ilə əlaqədar olmuşdur 18 yanvar 2025-ci il tarixli meyitə baxış aparılması haqqında protokoldan və ona əlavələrdən görünür ki, Gülcan Allahverdiyevanın meyitinin əynində sarı rəngli, üzərində “dark power” sözləri yazılmış, qısaqol köynək, ağ rəngli mayka, boz rəngli, üzərində qara zolaqları olan finka, qara rəngli, bir cüt naski, qara rəngli, üzəri ağ zolaqlı tursik olmuş, meyit dolu bədən quruluşuna malik olmaqla hamilə olduğu aydın şəkildə görünmüş, meyitin boyu 177 sm, saçlarının rəngi şabalıdı olmaqla uzunluğu 61 sm, gözləri qapalı, göz bəbəkləri dairəvi formalı olub genişlənmişdir. Meyitin ağzından ağ rəngli köpük gəlmiş, ağzı yarımaçıq olmaqla dil ağız boşluğunda sərbəst yerləşmiş, dişlər təbii və yerində, burun və qulaq keçəcəkləri sərbəst olmuş, əlləmədə patoloji hərəkətlilik müşahidə edilməmiş, döş qəfəsi simmetrik, qarın döş qəfəsindən hündürdə olmuş, bundan başqa, Gülcan Allahverdiyevanın meyitinin xarici müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinə rast gəlinməmiş, piy təbəqəsinin qalınlığı 2.5 sm, qarın boşluğunda 4 sm, ağciyərləri kəskin havalı olmuş, ağciyər arteriyasının mənfəzi trombla tutulmuş, baxış zamanı məhkəmə-tibbi ekspert X14 ilkin diaqnoz kimi Gülcan Allahverdiyevanın ölümünə səbəbin ağciyər arteriyasının trombunun ola biləcəyini bildirmiş, Gülcan Allahverdiyevanın bətnindəki dölün uzunluğu 49 sm, başının çevrəsi 35 sm, döş qəfəsinin çevrəsi 32 sm olmaqla tələf olmuş, göbək bağı dölün boynuna dolanmış vəziyyətdə olmuşdur. 22 yanvar 2025-ci il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavələrdən görünür ki, Şahid2 özünün təqdim etdiyi, gəlini X10 yazılmış tibbi reseptin həkim mama-ginekoloq X24 tərəfindən yazıldığını bildirmişdir. 23 fevral 2025-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan və ona əlavələrdən görünür ki, hadisənin baş verdiyi yer Şahid10 23 fevral 2025-ci il tarixdə, 06:15 saatdan 06:35 saatadək onun doğuş prosesinin icra olunduğu, ünvan 5 ünvanında yerləşən, Culfa X60 Culfa Rayon X35 Hüquqi Şəxsin birinci mərtəbəsində yerləşən Doğum və Ginekologiya şöbəsinin doğuş zalı olmuş, baxış aparılması istintaq hərəkəti zamanı doğuş zalının digər tibbi avadanlıqlar və cihazlarla – uşağın ürək fəaliyyətini və ananın doğum müddətindəki kontraksiyalarını izləmək üçün istifadə olunan CTG (Kardiotokoqrafiya) cihazı, doğum öncəsi və doğum zamanı uşağın vəziyyətini və inkişafını izləmək üçün istifadə olunan ultrason cihazı, ananın qan təzyiqini, ürək döyüntüsünü və bədən istiliyini izləmək üçün istifadə olunan elektron monitorlar, ananın və ya yenidoğulmuşun oksigen doymasını izləmək üçün istifadə olunan pulsoksimetr cihazı, ana və ya yenidoğulmuşda ürək dayanması halında istifadə edilən həyat qurtarma cihazı – defibrilyator cihazı və s. cihazlarla təchiz edilmədiyi müəyyən olunmuşdur. 23 fevral 2025-ci il tarixli meyitə baxış aparılması haqqında protokoldan və ona əlavələrdən görünür ki, Şahid10 yenidoğulmuş uşağı qadın cinsli olmaqla bədən quruluşu və cinsiyyət üzvü orqanları normal inkişaf etmiş, meyitin bədən istiliyi normaldan aşağı, yuxarı və aşağı ətraflar normal ölçüdə, cinsiyyət üzvü qadın tipli, meyit qacıması yoxlanılan bütün qrup əzələlərdə, əsasən, gövdənin və ərtafların aşağı yan səthində normal inkişaf etməklə çəhrayımtıl-bənövşəyi rəngdə olmuş, barmaqla təzyiq etdikdə avazımış və 1-2 dəqiqə sonra öz əvvəlki rəngini almışdır. Yenidoğulmuş uşağın meyitinin uzunluğu 49 sm, çəkisi 3450 qram, başının çevrəsi 34 sm, saçları qara rəngli olmaqla uzunluğu 2.5 sm, burun və qulaq keçəcəkləri, həmçinin ağız boşluğu təmiz və açıq, döş qəfəsinin çevrəsi 32 sm olmuşdur. Meyitin baş nahiyəsində, qollar və ayaqlarda doğuş zamanı və vacib manipulyasiyalar nəticəsində xarakterik olan, gözlə görülə bilən deformasiya və ya şişkinlik müşahidə edilməmiş, meyitin göbək ciyəsi ağ rəngli bintlə sarılmış, göbək ciyəsinə sarılmış binti açdıqdan sonra göbək ciyəsinin uzunluğunu ölçdükdə 5.5 sm olduğu aşkar olunmuşdur. Yenidoğulmuş qadın cinsli uşağın meyitinin xarici müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinə rast gəlinməmişdir. 516252 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zərərçəkmiş şəxs1 və X15 arasında nikah 27 fevral 2024-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd edilmişdir. 511101 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zərərçəkmiş şəxs2 və Şahid10 arasında nikah 18 iyun 2021-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeyd edilmişdir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 13 may 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Culfa şəhər MİS-də verilmiş 237,238 nömrəli arayışlardan görünür ki, X2 şəhəri, M.Əsgərov küçəsi, ev 16, mənzil 34 ünvanında yaşamış, Babək rayonun Payız kəndində qeydiyyatda olmuşdur. Ailə üzvləri əri Zərərçəkmiş şəxs1, qayınatası Şahid14, qayınanası Şahid2 bə baldızı X7 ibarət tərkibdə olmuşdur. Culfa rayon İH başçısının Milax kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 07/25 və 07/26 nömrəli arayışlardan görünür ki, Şahid10 Culfa rayonunun Milax kəndində yaşayır, ailə üzvləri əri Zərərçəkmiş şəxs2 ibarət tərkibdədir. Culfa şəhər MİS-də verilmiş 685, 686 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə üzvləri əri X25, oğulları X45 və X21 ibarət tərkibdədir. Culfa şəhər MİS-də verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası X12 verilmiş 27 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, X4 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmamışdır. Naxçıvan Muxtar Respublikası X12 verilmiş 03 mart 2025-ci il tarixli məktubdan görünür ki, Şahid10 dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. “Culfa X60” X69 tərəfində verilmiş 24 yanvar 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Culfa şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Culfa X60ndə hamilə qadın kimi qeydiyyata alınmışdır. X15 mütəmadi olaraq “Culfa X60” X62 Həkim-mama-ginekoloqu tərəfindən müayinə olunmuş, USM müayinəsi və laborator müayinələri aparılmış, sahə maması tərəfindən vaxtlı-vaxtında patronajları keçirilmişdir. 01 iyul 2024-cü il tarixli, 70 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixindən “Culfa X60” X62 tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsində 1,0 ştat vahidi həkim mama-ginekoloq vəzifəsinə təyin edilmiş, 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış, 26 sentyabr 2025-ci il tarixli, 01 nömrəli əmrlə müddətsiz əmək müqaviləsi bağlanılmaqla X65 X57 Şəxsin tabeliyində fəaliyyət göstərən Culfa Rayon X22 və Ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. X65 X57 Şəxsin 04 fevral 2025-ci il tarixli cavab məktubu və əlavə edilmiş sənədlərdə Doğum və Ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs, Şüa- Diaqnostika şöbəsinin şüa diaqnostika üzrə həkimi Şahid4 və Doğum və Ginekologiya şöbəsinin maması Şahid5 praktik tibb fəaliyyəti ilə məşğul olmaları üçün peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixdə sertifikasiyadan keçmələri bildirilmişdir. “Culfa X60” X62 27 fevral 2025-ci il tarixli cavab məktubunda və əlavə edilmiş sənədlərdə bildirilmişdir ki, Naxçıvan şəhəri, Əliabad qəsəbə sakini, xx.xx.2003-cü il təvəllüdlü Şahid10 Culfa Rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, “Anada hipotenziv sindrom” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə müayin olunmuş, “Yumurtalığın polikistozu sindromu” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə müayin olunmuş, “Birincili amenoreya” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, “Yumurtalığın polikistozu sindromu” diaqnozu qoyulmuş, Şahid10 Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşadığına görə Culfa Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın jurnalında qeydiyyata alınmamış, xəstənin patronajları xəstəxananın tibb işçisi tərəfindən aparılmamış, həmçinin Şahid10 həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə olunmuş, “Abdominal hamiləlik” diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdə müayinə olunmuş, “Yalançı doğuş sancıları” diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdə müayinə olunmuş, “Abdominal hamiləliklə diri uşaqla doğuş” diaqnozu qoyulmuşdur. “Culfa X60” X62 02 may 2025-ci il tarixli cavab məktubu və əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, X65 X57 Şəxsin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanasında EKQ müayinələri aparılır, texniki imkanlar olmadığından aşağı ətraf damarlarının doppler, ExoKQ, sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqları yoxlanılmır. X4 hamiləliyi dövründə antenatal xidmət Doğum və Ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Həmçinin təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. X65 X57 Şəxsin 11 mart 2025-ci il tarixli cavab məktubu və əlavə edilmiş sənədlərdə X65 X57 Şəxsin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanasında ürəyin elektrik fəaliyyətinin yoxlanılması üçün elektrokardioqrafiya, rentgenoqrafiya və qanın laborator analizlərinin yoxlanılması üçün tibbi avadanlıqların mövcud olduğu, lakin laboratoriyada qan analizinin təhlili üçün reaktivin bitdiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası X66 Xidməti X62 03 fevral 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərdə bildirilmişdir ki, Naxçıvan MR X66 Xidməti X62 təsdiqlənmiş ştat cədvəlində rayonlar üzrə ixtisaslı həkim qeyd olunmamışdır. Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsin 03 mart 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərində qeyd olunmuşdur ki, Zeynalova X26 Mərkəzə xx.xx.2024-cü il tarixdə, saat 21:39-da 30 həftə hamiləlik dövründə “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu və qrip virusu ilə daxil olmuşdur. Perinatal Mərkəzdə adına xx.xx.2024-cü il tarixli, 2010 nömrəli xəstəlik tarixçəsi açılmış, müalicə həkimi kimi növbətçi həkim-mama ginekoloq Şahid9 tərəfindən “İzolyator” şöbəsində stasionar qaydada müalicə təyinatı verilmişdir. xx.xx.2025–xx.xx.2025-ci il tarixlərinda nəzarətçi həkim-mama ginekoloq tərəfindən müalicəsi davam etdirilmiş və xx.xx.2025-ci il tarxidə sağlamlıq vəziyyəti kafi qiymətləndirilərək evə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası X47 Hüquqi Şəxsin 07 aprel 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərində qeyd edilmişdir ki, Culfa rayon sakini X15 hamiləlik dövründə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası “Perinatal Mərkəzi” X68 könüllü surətdə ödəniş etmiş və həkim-radioloq Şahid8 tərəfindən USM müayinəsindən keçmişdir. xx.xx.2025-ci il tarixdə hamilə X4 və bətnindəki uşağının X66 avtomobilində “Perinatal Mərkəz” X68 gətirilən zaman yolda ölməsi Perinatal Mərkəzin həkim-mama ginekoloqu Şahid9 müayinəsi və çağırışda olan həkim-radioloq Şahid8 USM yoxlanışı əsasında bir daha təsdiqlənmiş, aidiyyəti orqanlara məlumat verilmiş və perinatal tibbi xidmətin göstərilməsi üçün heç bir əsas olmadığından morqa göndərilmişdir. Naxçıvan Muxtar Respublikası X42 Şəxsin 27 fevral 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərində qeyd edilmişdir ki, Şahid10 xx.xx.2023-cü il tarixdə ambulator olaraq xəstəxananın Laboratoriya şöbəsində laborator müayinələrdən keçmiş, xx.xx.2024-cü il tarixdə ambulator olaraq Daxili Xəstəliklər şöbəsində həkim-terapevt müayinəsində (Hüseynova Nərmin) olmuş və laborator müayinələrdən keçmiş, xx.xx.2024-cü il tarixdə təkrar ambulator olaraq laborator analizlər və ultrasas müayinasi (Əliyeva Gülşən) olunmuşdur. X70 Mərkəzinin 08 mart 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərində qeyd edilmişdir ki, Şahid10 X70 Mərkəzinə dəfələrlə müraciət etmiş, ginekoloq Metin Kayanın müayinəsindən keçmiş, müvafiq müalicə təyin olunmuşdur. Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X62 07 aprel 2025-ci il tarixli cavab məktubu və əlavə olunmuş sənədlərində qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şahid10 Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına xx.xx.2024-cü il (14 həftə 2 günlük), xx.xx.2024-cü il (20 həftəlik), xx.xx.2025-ci il (34 həftəlik) tarixlərində müraciət etmiş və müvafiq müayinələrdən keçmiş, müayinələrə baxış zamanı patologiya aşkarlanmamışdır. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hər hansı tələbi və şikayəti yoxdur. Gələcəkdə də olmayacaq, həbslə bağlı olmayan, qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hər hansı tələbi və şikayəti yoxdur. Gələcəkdə də olmayacaq, həbslə bağlı olmayan, qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxsin törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ekspertiza rəylərinin nəticələri ilə razılaşmayaraq özünün müdafiəsi üçün gətirdiyi dəlillərə əsasən, ilk olaraq X15 ilə bağlı qeyd etmişdir ki, Gülcanın bətnindəki dölün ölümü Gülcanın ölümündən bir-iki gün əvvəl göbək ciyəsinin boynuna dolanmasından baş vermiş, dölün ölümündən yaranan intoksikasiya Gülcanda damardaxili laxtalanmanın pozulmasına və ağciyər tromboemboliyasının yaranmasına gətirib çıxarmışdır. Lakin, bu hal Gülcan Allahverdiyevanın ölüm rəyi, həmçinin komisyon məhkəmə-tibbi ekspertizası və əlavə komisyon məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təkzib edilir. Belə ki, ekspertiza rəylərindən görünür ki, X4 ölümünün bilavasitə səbəbi hiperkoaqolyasiya fonunda ağciyər arteriya şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Təqsirləndirilən şəxs dölün ölümünün daha əvvəl baş verdiyini bildirsə də, ekspert rəylərində hamilənin ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) asfiksiyanın dölün ölümünə səbəb olduğu qeyd edilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizası və əlavə komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində X20 X60 PHŞ-də göstərilmiş antenatal xidmətin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Belə ki, hamilənin xx.xx.2025-ci il tarixdə, yəni hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilmişdir. Bununla əlaqədar hamiləyə daha geniş müayinələrin (sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması və s.) aparılması məqsədəmüvafiq idi. Əgər hamiləyə daha ətraflı müayinələr aparılmış olsa idi, hamiləliyin gedişində hansı patoloji vəziyyətin olması antenatal xidməti aparan həkim-ginekoloqun diqqətindən qaçmazdı. Gülcan Allahverdiyevaya göstərilmiş antenatal xidmət zamanı aparılmış müayinələr tam həcmdə olmamışdır. Hamilədə hamiləliyin 33-34 həftəsində zülal və arterial təzyiq olması ilə əlaqədar ona daha ətraflı müayinələr aparılmalı idi. Belə olan halda sidikdə zülal, şəkər, qanın biokimyəvi analizləri, böyrək və qaraciyər sınaqlarının yoxlanılması, digər instrumental müayinələr aparılmalı idi. Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onda miokardda və böyrəklərdə parenximatoz zülal distrofiyası, ağciyərlərdə bronxopnevmoniya ödem və ocaqlı qansızmalar aşkar edilmişdir. Bu patoloji dəyişikliklər xroniki prosesin nəticəsidir və hamilənin sağlığında antenatal dövrdə müəyyən edilməli idi. Buna məsul şəxs antenatal xidməti təşkil edən və aparan həkim mama-ginekoloqdur. Əgər vaxtında təxirəsalınmaz tibbi yardımlar göstərilsə idi, uşağın yaşamaq şansı daha çox olardı. Gülcan Allahverdiyeva risk qrupuna daxil edilməyib, lakin hamilədə arterial təzyiqin normadan yüksək olması, sidikdə zülal və bədən indeksinin artması (ödem) olduğu üçün onda hamiləlik patologiyası olan “preeklampsiya” qiymətləndirilə bilərdi. Gülcan Allahverdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünün bilavasitə səbəbi “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”nın olduğu müəyyən edilmişdir.Gülcan Allahverdiyevanın ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf edən bətndaxili (antenatal) hipoksiya dölün ölümünə səbəb olmuşdur. Gülcan Allahverdiyevaya antenatal dövrdə həkim mama-ginekoloq tərəfindan profilaktik məqsədlə aşağı ətraf damarlarının doppler, ExoKQ, EKQ aparılmalı və patoloji vəziyyət müəyyən edilərək adekvat tibbi yardımlar göstərilməli idi. Həmçinin hamiləyə daha geniş müayinələr (sidikdə zülal, şəkər, qanın biokimyəvi analizlari, böyrək və qaraciyər sınaqlarının yoxlanılması və s.) aparılmalı idi. Qeyd olunan qüsurlu tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Gülcan Allahverdiyevanın dölünün ölümünə səbəb olan bətndaxili (antenatal) hipoksiya hamilənin ölümü baş verdikdən qısa müddət sonra uşaqlıq-döl qan dövranı pozğunluğu ilə əlaqədar inkişaf etmişdir. Təqsirləndirilən şəxs Şahid10 yenidoğulmuş uşağının ölməsi ilə bağlı səbəb olaraq yenidoğulmuşda diafraqma yırtığının olduğunu qeyd etmişdir. Lakin, bu hal qadın cinsli yenidoğulmuşun ölüm rəyi, həmçinin komisyon məhkəmə-tibbi ekspertizası və əlavə komisyon məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təkzib edilir. Belə ki, ekspertiza rəylərindən görünür ki, qadın cinsli yenidoğulmuşun bədən səthi üzərində başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan başbeyin toxumasının yumşaq qişaları altında qansızması və əzilməsi xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarət həyatidir, ölümündən az əvvəl, yəni xx.xx.2025-ci il tarixdə, saat 06:35-də baş vermiş doğuş vaxtı doğuş yollarından xaric olan zaman əmələ gələ bilərmiş və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid edilir. Qadın cinsli yenidoğulmuşun ölümünə səbəb başbeyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi olmuşdur. Qadın cinsli yenidoğulmuşun meyitinin almış olduğu xəsarət doğuş aktı başlayandan onun tam xaric olan zaman doğuş yollarında baş nahiyəsinin sıxılması nəticəsində əmələ gələ bilərdi. Yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi”nin olduğu müəyyən edilmişdir ki, antenatal dövrdə aparılmış müayinə və müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun doğuşunun idarə olunması düzgün yerinə yetirilməmişdir. Belə ki, yenidoğulmuşun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda başın yumşaq toxumalarına qansızma və dərialtı hematoma (kefalohematoma) ilə müşayiət olunan baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi xəsarətlərinin olduğu müəyyən edilmişdir. Göstərilən xəsarət həyatidir, ölümündən az əvvəl, baş vermiş doğuş zamanı döl doğuş yollarından xaric olan zaman baş nahiyəsinin sıxılması nəticəsində əmələ gələ bilərdi. Kefalohematoma, adətən, ağırlaşmış doğuşlarda, ən çox doğuşun ikinci dövrünün uzanması zamanı baş verir. Susuz müddətdə uşaqlıq daxili və xarici mühit arasındakı təzyiqlər fərqi səbəbindən dölün başının yumşaq toxumalarında doğuş şişi yaranır. Bu doğuş şişi uzun müddət davam etdikdə başın dərialtı toxumasında qansızmanın yaranmasına gətirib çıxarır. Tərtib edilmiş tibbi sənədlərdə isə doğuşun 20 dəqiqə davam etdiyi qeyd olunmuşdur ki, bu da ziddiyyət təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs Nərminin yenidoğulmuş uşağının meyitinin məhkəmətibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də məhkəmə-histoloji aktın nəticələrinə əsasən, onun qısa zaman çərçivəsində yaşaması və nəfəs alması ilə də razı olmamış, çünki yenidoğulmuşun ağciyərləri yetkin olduğu üçün onun verdiyi süni tənəffüsün təsirindən uşağın ağciyərlərində hava ola biləcəyini düşünmüş, belə ki, yenidoğulmuşda diafraqma yırtığı olduğu üçün və diafraqma tənəffüsdə iştirak etmədiyi üçün yenidoğulmuşun ağciyərlərində olan havanın onun süni tənəffüs yolu ilə verdiyi hava olduğunu qeyd etmişdir. Lakin, Şahid10 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərdə aparılmış su sınağı, eləcə də məhkəməhistoloji aktın nəticələrinə əsasən, o, qısa zaman çərçivəsində yaşamış və nəfəs almışdır. Yenidoğulmuşun ölümünə səbəb “Baş beyin toxumasının yumşaq qişaları altına qansızması və əzilməsi” müəyyən olunmuşdur ki, bununla da, aparılmış doğuş prosesi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, doğuşun 2-ci dövrünün uzanması (güc zəifliyi, dar çanaq, dölün başının çanağa düzgün oturmaması və s. səbəblər) doğuşun gedişi zamanı damarların keçiriciliyinin pozulması hesabına dölün başında kefalohematoma və beyindaxili qansızmanın yaranmasına səbəb olmuşdur ki, bu da dölün ölümünə gətirib çıxarmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs doğuş zamanı həkim-neontoloqun iştirakını təmin etməmişdir. Həkim-neonatoloq tərəfindən göstərilməli olan ilkin tibbi yardımlar həkim mama-ginekoloq tərəfindən yerinə yetirilsə də, tam həcmdə aparılmamış, yenidoğulmuş uşaq kuvez aparatına yerləşdirilməmiş, vəziyyətinin ağırlığı ilə əlaqədar müvafiq tibbi tədbirlər göstərilməmişdir. İstintaq zamanı toplanılmış sübutlar öz mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə yoxlanılmış və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olduğu qənaətinə gəlinmişdir. Belə ki, cinayət işi materiallarından göründüyü kimi, “Culfa X60” PHŞ-nin Doğum şöbəsinin mama-ginekoloqu Təqsirləndirilən şəxs üzərinə qanunla müəyyən olunmuş qaydada normativ sənədlərdə öz əksini tapan müvafiq vəzifə öhdəlikləri və bu öhdəliklərə əməl etməyəcəyi halda daşıyacağı məsuliyyət qoyulmuş, bununla da onun çalışdığı müəssisə ilə hüquq münasibətləri yaranmışdır. Onun vəzifə təlimatlarında müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin müalicəsinin stasionar şəraitində aparılması taktikasını və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək öhdəliyi qoyulduğu, o cümlədən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə görə məsuliyyət daşıdığı göstərilmişdir. Qeyd olunanlar da Təqsirləndirilən şəxs vəzifəli şəxs hesab olunmasına kifayət qədər əsas vermişdir. Məhkəmə onu da qeyd edir ki, “Həkim mama-ginekoloqun vəzifə təlimatı”-na əsasən, o, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır; zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir və digər vəzifələri yerinə yetirir; ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi, lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə laqeyd yanaşması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və sair başa düşülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin ümumi obyekti insan və vətandaşın konstitsiya hüquq və azadlıqları, xüsusi obyektləri isə - öz xidməti vəzifəsini yerinə yetirməsi və ya lazımi qaydada yerinə yetirməsi vəzifəsindən irəli gələn ictimai münasibətlər və insanların həyat və sağlamlıqları təşkil edir. Təhlil edilən cinayət maddi tərkibli olmaqla yalnız müvafiq maddədə nəzərdə tutulmuş nəticələr baş verdikdə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi belə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bununla yanaşı o, da qeyd edilməlidir ki, işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyən vəzifəli şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli zamanı onun həmin qaydaları pozması ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməli və belə hal əməlin cinayət sayılması məsələsinin həllində xüsusi əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə onun əməlləri ilə baş vermiş nəticələr arasında səbəbəli əlaqənin olması müəyyən edilmədikdə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan hər hansı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı- ünvan 10 ünvanını axşam saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Culfa Rayon İcra və Probasiya Bölməsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq, Azərbaycan Respublikası CMnin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı həm də Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Culfa rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini- ünvan 10 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Culfa Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Culfa rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar