Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-18/2023 19.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 1999-cu il tarixdə Culfa rayonunun Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, əvvəllər məhkum olunmamış, orta təhsilli, Culfa rayonunun Xanəgah kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:20-də Göydərə kənd Rabitə Evində yerləşən xidməti otağında olan zaman həmin otağa bitişik sağ tərəfdə yerləşən Göydərə poçt bölməsinin otağında əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs poçt otağından çıxaraq qapını örtüyünü, lakin açar səsi eşitmədiyi üçün həmin otağın qapısının bağlamadığını müəyyən etmiş, onda həmin vaxt poçt otağından oğurluq etmək niyyəti yaranmış, Zərərçəkmiş şəxs Rabitə evinin giriş qapısını örtdüyü üçün onun həmin yeri tərk etdiyinə əmin olmuş, öz otağından çıxmış, qəsdən tamah niyyəti ilə qapını açmış, qanunsuz olaraq poçt otağına daxil olmuş, həmin otaqda sağ tərəfdə yerləşən ödəmə əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş ikinci stolun sağ küncündəki, aparılmış əməliyyatlar zamanı əhalidən alınmış pul vəsaitlərinin yığılması üçün istifadə olunan siyirməni açaraq siyirmənin içərisindəki 285 manat puldan 60 manatını və həmin stolun altında sol yuxarı küncdə yerləşən seyfi açaraq seyfin içindəki 426 manat puldan 174 manatı qəsdən tamah niyyəti ilə qanunsuz daxil olaraq gizli yolla talamış, X3 Şəxsinin Culfa rayon filialına ümumilikdə 234 manat maddi ziyan vurmuşdur. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2019-cu ildən 13 mart 2023-cü il tarixədək Culfa rayonunun Göydərə kənd Rabitə evində rabitə mütəxəssisi vəzifəsində işləmişdir. Həftənin 5 günü 18:00-dək, şənbə günü isə 13:00-dək işdə olmuş, hər səhər saat 09:00 radələrində işə getmiş, saat 18:00 radələrində işdən çıxmışdır. X7 Göydərə kənd mərkəzinin inzibati binasında yan tərəfdə yerləşir. Göydərə kənd Rabitə Evi ilə Göydərə poçt bölməsi eyni bina daxilində yan-yana olmaqla yerləşir, poçt bölməsində əməliyyatçı vəzifəsində Zərərçəkmiş şəxs işləyir. Hər zaman olduğu kimi xx.xx.2023-cü il tarixdə kənd ərazisində əlavə işi olmadığına görə saat 11:20 radələrində Göydərə kənd rabitə evində öz otağında əyləşmiş, qapı açıq olmuşdur. Həmin vaxt onun otağından sağda yerləşən poçt otağında əyləşən və Göydərə kənd poçt bölməsində əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs poçtun qapısını örtməsini, koridora çıxmasını, rabitə evinin də qapısını örtərək çölə çıxması səsini eşitmişdir. Nailə poçt otağından çıxan zaman qapını örtərkən açar səsi gəlmədiyindən onun qapını açarla bağlamadığını başa düşmüş, bundan sonra koridora çıxmış, giriş qapısını açaraq çölə baxmış, heç kimin olmadığını görmüş, içəri qayıtmış, qapını örtdükdən sonra poçt otağının qapısını açmış və otağa daxil olmuşdur. Poçt otağına daxil olduqdan sonra tələsdiyi üçün qapını örtməmiş, əməliyyat masasına yaxınlaşmış, stolun üzərinə baxmış, orada pul olmadığını görmüş, stolun divara tərəf sağ küncündəki siyirməni çəkmiş, orada üst-üstə yığılmış müəyyən məbləğdə pul olduğunu görmüş, həmin pulun üzərindən 60 manatını götürmüş və siyirməni örtmüşdür. Sonra həmin stolun sol küncündə yuxarı hissdə yerləşən qara rəngli dəmir seyfi açmış və onun içərisində üst-üstə yığılmış pullardan bir dəstə götürmüş, saymamış, sonra seyfdən götürdüyü pulların 174 manat olduğunu müəyyən etmişdir. Qalan pullar yerində qalmış, bundan sonra cəld şəkildə qapıdan çıxmış, poçtun qapısını örtmüş, öz otağını da bağlamış, Göydərə kəndindən çıxmış, yol maşınları ilə yaşadığı Xanəgah kəndinə getmiş, yemək yemiş, yenidən işə qayıtmışdır. Poçt otağından oğurladığı pulların 200 manatını bütünləşdirmiş, evdə olan digər pullarının üzərinə qoymuş, qalan 34 manatın 3 manatını xərcləmiş, 31 manatı isə iş gödəkcəsinin cibində qalmışdır. 02 mart 2023-cü il tarixdə Nailə ondan pul barədə nəsə soruşmamış, çox güman ki, pulun götürülməsindən həmin gün xəbəri olmamışdır. Poçt bölməsindən pulları gizli yolla tamah niyyəti ilə şəxsi ehtiyaclarını qarşılamaq üçün təkbaşına götürmüş, ona kimsə kömək etməmiş, kimsənin məlumatı olmamış, özü də bu barədə kiməsə deməmişdir. Təqsirləndirilən şəxs ifadələrində onu da bildirmişdir ki, əvvəllər poçt bölməsindən oğurluq etmək niyyəti olmamış, bu barədə hər hansı planı olmamış, onu oğurluq etməyə kimsə məcbur etməmişdir. Zərərçəkmiş şəxs otaqdan çıxandan sonra onda otağa daxil olmaq və otağından oğurluq etmək niyyəti yaranmışdır. Əməlindən çox peşmandır. Əvvəllər cinayət törətməmişdir. Bir azyaşlı uşağı var. Ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. 05 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2016cı il tarixdən Culfa rayon Göydərə poçt bölməsində əməliyyatçı vəzifəsində işləyir. Əsas işi kənd ərazisində kommunal ödənişlərin qəbul edilməsi, barat pullarının, məktubların qəbulu və göndərişi işlərinin icra edilməsindən ibarətdir. Qəbul etdiyi pul vəsaitlərini ay ərzində 1000 manatı keçdikdə həmin gün Culfa şəhərində yerləşən idarəyə göndərir. Ay ərzində pul məbləği 1000 manatdan aşağı olduqda isə ayın sonunda idarəyə göndərir, həmçinin ayın sonunda sistemdə olan bütün ödənişlərlə bağlı opisləri və hesabatları idarəyə təqdim edir. Həmin opislər idarədə təsdiqləndikdən sonra bir surəti ona qaytarılır. xx.xx.2023-cü il tarixdə hər zaman olduğu kimi saat 09:00-da Göydərə kənd mərkəzinin inzibati binasında yerləşən poçt otağında işə başlamış, günün birinci yarısında saat təqribən 11:30 radələrinədək kommunal ödənişləri qəbul etmiş, sonra otaqdan çıxaraq qapını örtmüş, inzibati binanın həmin hissəsindən çıxmış, binanın qarşısında təkbaşına oturmuş və bir az dincəlmiş, həmin vaxt idarədən çox uzaqlaşmadığından qapını açarla bağlamamışdır. Təqribən 10-15 dəqiqə keçdikdən sonra yenidən otağa qayıtmış, bir az sonra nahar vaxtı olduğundan qapını bağlamış və yaşadığı Göydərə kəndində yerləşən evinə getmişdir. Həmin gün saat 14:00 radələrində yenidən iş yerinə qayıtmış, nahardan sonra əlavə ödəniş olmadığına görə gündəlik kitabçalarında qeydlərini aparmış, hesabını yazmış, iş vaxtı bitdikdən sonra yenidən otağın qapısını bağlamış, evə getmişdir. Həmin gün saat 11:30 radələrinədək ödənişlər edildiyindən və həmin vaxtdan sonra ödəniş daxil olmadığından həyətə çıxan zaman yığılan pulları saymış, pulların 285 manat olduğunu müəyyən etmiş, əməliyyat masasındakı sağ tərəfdə olan siyirməyə qoymuş və çölə çıxmışdır. Həmçinin həmin vaxt əməliyyat masasının sol yuxarı küncünə bərkidilmiş dəmir seyfin içərisində də təqribən hadisədən 1 ay əvvəl idarədən göndərilmiş və Göydərə kənd sakini Humay Məmmədovaya məxsus olan 1 aylıq təqaüd, 426 manat məbləğində pul olmuşdur. 426 manat pulu H.Məmmədova Bakı şəhərində olduğuna görə çatdıra bilməmişdir. xx.xx.2023-cü il tarixdə otaqdan hava alıb dincəlmək üçün inzibati binanın qarşısına-çölə çıxan zaman təqaüd olan seyfi də bağlamamış, qapısını örtmüşdür. Günün sonunda işdən çıxıb evə gedəndə də seyfin qapısını bağlamamış, seyfdə olan pulu saymamışdır. Siyirməyə qoyduğu pullar 3 ədəd 50 manatlıq, 3 ədəd 10 manatlıq pul əskinaslarından, əlavə olaraq 20, 5 və 1 manatlıq digər pul əskinaslarından ibarət olmuşdur. Seyfdəki pullar isə 100, 50, 20,10, 5 və 1 manatlıq pul əskinaslarından ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər işə gəlmiş, pulları qoyduğu çəkməcəni çəkmiş, baxmış, həmin pullardan 1 ədəd 50 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinasının yerində olmadığını görmüş, şübhələnmiş, cəld seyfi açmış, içərisinə baxmış, pulları saymış, seyfdə olan və Göydərə kənd sakini Humay Məmmədovaya məxsus olan təqaüd pulundan da 174 manatının yerində olmadığını müəyyən etmişdir. Müdir Şahid5 zəng vurmuş, hadisə barədə ona məlumat vermişdir. Sonradan həmin pulların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. X3 Şəxsinin Culfa rayon filialına vurulmuş 234 manat maddi ziyan ödənilmiş, X3 Şəxsin Culfa rayon filialının Təqsirləndirilən şəxs şikayəti, tələbi, mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, arvadı Qızxanım, qızı Fizzə, oğlu Əmrah, gəlini Xeyrənsə və nəvəsi ilə birlikdə Culfa rayonunun Xanəgah kəndində yaşayır. Hazırda işləmir və təqaüd alır, həmçinin Xanəgah kəndində fərdi təsərrüfatla məşğul olur. Oğlu Təqsirləndirilən şəxs 2019-cu ildən Culfa rayon Rabitə idarəsinin Göydərə kənd bölməsində rabitə mütəxəssisi vəzifəsində işləmiş, 2023-cü ilin mart ayının 13-də ərizəsi ilə işdən çıxmış, hazırda işsizdir. Oğlu Əmrahın işdən çıxmasına səbəb 2023-cü ilin mart ayının əvvəllərində Göydərə kənd poçt bölməsindən 234 manat pulu gizli yolla oğurlaması olmuşdur. Həmçinin hadisədən sonra Əmrahın Göydərə kəndində işləməsini istəməmişdir. Əmrah onlarla birlikdə yaşayır, himayəsində 1 azyaşlı qız övladı var. Oğlu əvvəllər hər hansı qanuna zidd əməl törətməmişdir. Maddi vəziyyətləri bir o qədər də pis deyil, maddi cəhətdən ailə daxilində elə bir sıxıntıları olmamışdır. Əmrahın oğurluq etməsinin səbəbini bilmir, bu barədə nəsə deyə bilmir. Əmrahın pulu olmadığı vaxtlarda ondan pul istəmiş, ondan pul əsirgəməmişdir. Əmrahın kiməsə borcu və ya çətinliyinin olması barədə də məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Təqsirləndirilən şəxs anası Şahid4 və arvadı Şahid3 ifadə verməkdən imtina etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən X3 Şəxsinin Culfa rayon filialının müdiri vəzifəsində işləyir. Əsas vəzifəsi poçt bölmələrinin əməliyyatçıları tərəfindən komunal ödənişlərin vaxtı-vaxtında yığılıb təyinatı üzrə hesablara köçürülməsinə, məktub və bağlamaların qəbulu və çatdırılmasına, müavinətlərin ödənilməsinə və bu kimi digər işlərə nəzarət etməkdən, həmçinin işçilərin vaxtı-vaxtında işə gəlib-getmələrinə, inzitam qaydalarına riayət etmələrinə nəzarət etməkdən ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Göydərə poçt bölməsində əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun ***-**-** nömrəli xidməti otaq telefonuna zəng vurmuş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xidmət etdiyi poçt bölməsindən 234 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən götürüldüyünü ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə X5 234 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən götürülməsi ilə bağlı Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı 234 manat məbləğində pulun Göydərə rabitə bölməsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Şahid5 ifadəsində onu da bildirmişdir ki, işlədiyi müddət ərzində nə X5, nə də digər poçt bölmələrindən oğurluq edilməsi halları ilə rastlaşmamış, həmçinin Göydərə poçt bölməsinin əməliyyatçısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs, digər poçt bölmələrinin əməliyyatçılarının aylıq hesabatlarında heç vaxt kəsir olmamış, məbləğlər tam şəkildə ödənilmişdir. X3 Şəxsinin Culfa rayon filialına vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs tələb, şikayət, mülki iddia yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 mart 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Culfa rayonunun Göydərə kənd mərkəzinin inzibati binasında yerləşən poçt otağında baş vermişdir. 09 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 11 mart 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Culfa rayon Rabitə İdarəsindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 634468 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 21 aprel 2022-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxsdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:20-də Göydərə kənd Rabitə Evində yerləşən xidməti otağında olan zaman həmin otağa bitişik sağ tərəfdə yerləşən Göydərə poçt bölməsinin otağında əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs poçt otağından çıxaraq qapını örtüyünü, lakin açar səsi eşitmədiyi üçün həmin otağın qapısını bağlamadığını müəyyən etmiş, onda həmin vaxt poçt otağından oğurluq etmək niyyəti yaranmış, Zərərçəkmiş şəxs Rabitə evinin giriş qapısını örtdüyü üçün onun həmin yeri tərk etdiyinə əmin olmuş, öz otağından çıxmış, qəsdən tamah niyyəti ilə qapını açmış, qanunsuz olaraq poçt otağına daxil olmuş, həmin otaqda sağ tərəfdə yerləşən ödəmə əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş ikinci stolun sağ küncündəki, aparılmış əməliyyatlar zamanı əhalidən alınmış pul vəsaitlərinin yığılması üçün istifadə olunan siyirməni açaraq siyirmənin içərisindəki 285 manat puldan 60 manatını və həmin stolun altında sol yuxarı küncdə yerləşən seyfi açaraq seyfin içindəki 426 manat puldan 174 manatı qəsdən tamah niyyəti ilə qanunsuz daxil olaraq gizli yolla talamış, X3 Şəxsinin Culfa rayon filialına ümumilikdə 234 manat maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini, zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində müəyyən edilən daha yüngül cəza, azadlığın məhdudlaşdırlması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınmalı və onun üzərində 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-Culfa rayonunun Xanəgah kəndini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsi, C02298987 nömrəli pasport cəzanı icra edən İcra və Probasiya bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün təyin edilmiş cəzadan çıxılsın, onun üzərində 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində qalsın. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-Culfa rayonunun Xanəgah kəndini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut, müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsi, C02298987 nömrəli pasport cəzanı icra edən İcra və Probasiya bölməsinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-18/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-18/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver