Məhkəmə qərarları › İş №1(089)-19/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-19/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-19/2023 18.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Vəkillər Kollegiyasının vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs 06.09,1985-ci ildə İran İslam Respublikasının Culfa şəhərində anadan olmuş, ailəli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran islam Respublikasının Culfa şəhəri, Simetriyye Bəsit məhəlləsi, ev 128-də qeydiyyatda olaraq yaşamış Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin istintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin miqdarı 6,525 qram təşkil edən 1 konvalyutda üzərində “Tamol-X 225” yazısı olan və 2 konvalyutda üzərində “Namadol 225” yazısı olan ümumilikdə 29 həb güclü təsir edən maddə tramadol dərman preparatları və həmin çantada olan pul kisəsinin içərisindən isə təsiredici maddəsinin miqdarı 0,021 qram təşkil edən 2 konvalyutda üzərində “Clonazepam-1 mg” yazısı olan 21 həb psixotrop maddə klonazepam dərman preparatlarının şəffaf seloffan paketə bükmüş, əyninə geyindiyi qara rəngli şalvarının sağ cibində olan pul kisəsinin içərisinə və 17AB663/17AB664 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəs dartıcının kabinində olan sürücüyə məxsus çantanın içərisindəki geyimlərin arasından qoyaraq saxlamış və idarə etdiyi 17AB663/17AB664 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən qəsdən daşımış və xx.xx.2023-cü il tarixində saat 16 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, o, təxminən 13 il olar ki, yük maşını sürücüsü işləyir. Hazırda idarə etdiyi 17AB663/17AB664 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi özünə məxsusdur, həmin yük nəqliyyat vasitəsi ilə yükləri daşıyır. 18 aprel 2023-cü il tarixində sürücü yoldaşı İran İslam Respublikasının Zəncan şəhərindən xurma yükü yükləyib Mərənd şəhərinə aparmış, 21 aprel 2023-cü il tarixində yük maşınını ondan təhvil almış, həmin yükü Türkiyə Respublikasının İzmir şəhərinə aparmaq üçün yola düşmüşdür. 23 aprel 2023-cü il tarixində isə İran İslam Respublikasının Culfa şəhərinə gəlmiş, oradan da Azərbaycan Respublikasının Culfa gömrük postuna keçmiş, sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşı ona yaxınlaşıb sorğu-sual edərək kim olduğunu, haradan olduğunu, nə yükü daşıdığını və s. soruşmuşdur. Suallarını cavablandırdıqdan sonra gömrük əməkdaşı üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir şey olub-olmadığını soruşmuş, o isə qadağan olunmuş bir şey olmadığını söyləmiş, daha sonra ona fars dilində hüquq-vəzifələr ilə bağlı sənəd təqdim edilmiş, sonra üzərində yoxlama aparmaq üçün bir otağa aparılmışdır. Otaqda 2 nəfər olduğunu görmuş, gömrük əməkdaşı onların hal şahidi olduğunu və yoxlama keçirilərkən onların da iştirak edəcəyini demiş, sonra gömrük əməkdaşı üzərini yoxlamağa başlamış və şalvarının cibində olan kart qabının içərisindən 9 ədəd metadon aşkarlamışdır. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş, həmin iki nəfər hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısının kabinində paltarları qoyduğu çantanın içərisindəki paltarların arasından 29 ədəd tramadol və orada olan pul kisəsinin içərisindən 21 ədəd klonazepam həbləri aşkarlanmışdır. Bundan sonra daşıdığı yükə baxış keçirilmiş, lakin heç nə aşkarlanmamış, yoxlamalara dair sənədlər hazırlanaraq və onları imzaladığını qeyd etmişdir.Şəxsi yoxlama zamanı üzərindən və nəqliyyat vasitəsinin yoxlanılması zamanı idarə etdiyi 17AB663/17AB664 qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilən psixotrop maddə klonozepam və güclü təsir edən maddə tramadol dərman preparatları özünə aid olduğunu bildirmiş, onları İran İslam Respublikasının Mərənd şəhərindən 60 min tümənə almış, 3 aydır ki, qolu sındığı üçün ağrılarının çox olmasına görə davamlı istifadə etməyə başlamış və narkotik vasitə metadon dərman preparatının isə ondan əvvəl maşını idarə edən sürücüyə aid olduğunu qeyd etmişdir. İdarə etdiyi 17AB663/17AB664 qeydiyyat nişanlı DAF markalı yük nəqliyyat vasitəsini təxminən 3 ay əvvəl tanış olduğu Əli Xətibi adlı İran İslam Respublikasının vətəndaşı ilə şərik olaraq borc edib almış, hələ pulun tam ödəmədikləri üçün yük nəqliyyat vasitəsinin onların adlarına sənədləşdirilmədiyini bildirmişdir.. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq onu da bildirmişdir ki, aşkar edilmiş dərman preparatlarını unutduğu üçün gömrük nəzarətinə bəyan etməmiş, əvvəllər Azərbaycan Respublikasının gömrük sərhəd keçid məntəqələrindən hər hansı bir qadağan olunmuş mal və ya əşya keçirməmişdir. Azərbaycan Respublikasının qanunlarını bilmədiyini, bilsəydi bu əməli törətməyəcəyini, törətdiyi cinayət əməli nəticəsində daşıdığı məsuliyyəti dərk etdiyini, günahkar olduğunu və törətdiyi əmələ görə peşman olduğunu qeyd etmişdir.Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 14 ildir ki, gömrük orqanlarında xidmət edir, hal-hazırda “Culfa” gömrük postunda inspektor vəzifəsində çalışır, 23 aprel 2023-cü il tarixində “Culfa” gömrük postunda xidmətdə olduğu zaman İran İslam Respublikasından gələrək Türkiyə Respublikasına gedən İran İslam Respublikasının vətəndaşı Abedinikoshksaraei Ali adlı sürücünün idarə etdiyi yük avtomobilini yoxlamağı qərara almış, çünki orada türk sürücünün maşınını yoxlayan zaman o, həmin iranlı sürücünün İran İslam Respublikasının gömrük keçid məntəqəsində olarkən maşınına it salınmasını istədiyini ona bildirmiş, o da sürücüdə nəsə qadağan olunmuş bir şey olar və özü qəsdən maşının yoxlanmasını istəyər deyə düşünmüşdür. Belə ki, maşını və iranlı sürücü Abedinikoshksaraei Alini yoxlamaq üçün onun yanına getmiş, sürücüdən apardığı yükün nə olmasını, haraya aparmasını, özünün haralı olduğunu soruşmuş, o da İran İslam Respublikasının Culfa şəhərindən olduğunu və yükünün xurma olduğunu demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs maşını bir nəfərlə şərikli şəkildə borc götürərək yeni aldığını, hətta tutulub eləsə maşını da əlindən alarlar deyə ifadələr işlətmişdir. Bu zaman o, hal şahidləri çağırmış, onlara sürücünü göstərmiş, yoxlamada iştirak etmələrini xahiş etmiş, onlar da etiraz etməmişdir. Yoxlamadan əvvəl sürücüdən üzərində və idarə etdiyi maşının da qadağan olunmuş hər hansı bir şeyin olubolmamasını soruşmuş, o da heç nə olmadığını bildirmişdir. Bundan sonra ilk növbədə sürücünün üzərində şəxsi yoxlama aparmış, şalvarının cibindən 9 tablet “M20” yazılan kart qabının içərisində olan sellofan paketdə dərmanlar aşkar etmiş, ondan sonra yük maşınını yoxlamağa başlamış, maşını yoxlayan zaman isə dartıcıda olan çantanın içərisində paltarların arasından 29 tablet tamol və namadol adlı dərmanları, sürücünün pul qabından isə 21 ədəd də klonazepam adlı dərmanlar aşkarlamış, yoxlamalarla bağlı protokollar tərtib etmiş və həmin protokolların iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, gömrük yoxlamasının həyata keçirilməsi zamanı barəsində gömrük nəzarəti tədbirləri tətbiq edilən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs azərbaycan dilində aydın danışdığını, şəxsi və nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl ona öz ana dili olan fars dilində gömrük nəzarəti tədbirləri həyata keçirilməsi zamanı hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim etdiyini, eləcə də protokol tərtib olunduqdan sonra müvafiq tərcüməçi tərəfindən məzmununun ona izah olunduğunu qeyd etmişdir. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs aşkar edilmiş dərman preparatlarından metadonun özünə deyil, başqa sürücüyə aid olduğunu, klonazepam və tramadol dərman preparatlarının isə özünə aid olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlarndırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladıqları teleqramında ibtidai istintaqda verdiyi ifadəsini təstiq etmişdir. Tərəflər Şahid2 iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Culfa şəhərində ailəsi ilə birlikdə yaşamış, Culfa gömrük postunda fəhləlik etmiş, 23 aprel 2023-cü il tarixində Culfa gömrük postunda tırdan yük boşaltdığı zaman gömrük əməkdaşı Ruslan onu və iş yoldaşı Muxtarı çağırmış, onlara İran İslam Respublikasının vətəndaşı olan Abedinikoshksaraei Ali adlı sürücünün idarə etdiyi yük maşınını və üzərini yoxlayacağını demiş, onların hal şahidi olmalarını istəmişdir. Gömrük əməkdaşı Ruslan sürücüdən qadağan olunmuş nəsə olubolmamasını soruşmuş, sürücünün isə heç nə olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı birinci sürücünün üzərini yoxlamış, şalvarının cibində olan kart qabının içərisindən sellofana bükülü halda 9 tablet dərman aşkar etmiş, Ruslan daha sonra iranlı sürücü Alinin yük maşınını yoxlamış, dartıcıda olan çantanın içərisində paltarların arasından 29 tablet tramadol və metadol adlı dərmanları və sürücünün pul qabından isə 21 ədəd də klonezepam adlı dərmanları aşkar etmişdir. Yoxlama zamanı sürücü İran İslam Respublikasının vətəndaşı X1rşı təsir və ya zor tətbiq edilməmiş, şəxsi yoxlama və nəqliyyat vasitəsini yoxlama zamanı aşkar edilən dərman preparatlarının bir qisminin sürücü Alinin özünə aid olduğunu bildirmiş, yoxlamalar qurtardıqdan sonra protokollar tərtib edilmiş və onlar da imzaladıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki,o, Culfa şəhərində ailəsi ilə birlikdə yaşamış, Culfa gömrük postunda fəhləlik etmiş, 23 aprel 2023-cü il tarixində Culfa gömrük postunda tırdan yük boşaltdığı zaman gömrük əməkdaşı Ruslan onu və iş yoldaşı Abdullanı yanına çağırmış, onlara İran İslam Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs adlı sürücünün idarə etdiyi yük maşınını və üzərini yoxlayacağını demiş, onların hal şahidi olmalarını istəmişdir. Gömrük əməkdaşı Ruslan sürücüdən qadağan olunmuş nəsə olub-olmamasını soruşmuş, sürücünün isə heç nə olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı birinci sürücünün üzərini yoxlamış, şalvarının cibində olan kart qabının içərisindən sellofana bükülü halda 9 tablet dərman aşkar etmiş, Ruslan daha sonra iranlı sürücü Alinin yük maşınını yoxlamış, dartıcıda olan çantanın içərisində paltarların arasından 29 tablet tramadol və metadol adlı dərmanları və sürücünün pul qabından isə 21 ədəd də klanezepam adlı dərmanları aşkar etmişdir. Yoxlama zamanı sürücü İran İslam Respublikasının vətəndaşı X1rşı təsir və ya zor tətbiq edilməmiş, şəxsi yoxlama və nəqliyyat vasitəsini yoxlama zamanı aşkar edilən dərman preparatlarının bir qisminin sürücü Alinin özünə aid olduğunu bildirmiş, yoxlamalar qurtardıqdan sonra protokollar tərtib edilmiş və onlar da imzaladıqlarını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs geyindiyi qara rəngli şalvarın sağ cibində olan pul kisəsinin içərisindən gömrük nəzarətinə bəyan olunmayan, şəffaf sellofan paketin içərisində 9 ədəd üzərində F/M20 yazısı olan naməlum tərkibli həb aşkar edilmiş, həmçinin xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 17AB663/17AB664 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılması zamanı dartıcının kabinində olan sürücüyə məxsus çantanın içərisindən geyimlərin arasından 2 konvalyut üzərində “Tamol-X 225” yazısı olan 20 ədəd həb; 1 konvalyut üzərində “Namadol 225” yazısı olan 9 ədəd həb və həmin çantada olan pul kisəsinin içərisindən isə 2 konvalyut üzərində “Clonazepam” yazısı olan 21 ədəd həb aşkarlanaraq götürülmüşdür. Daha sonra nəqliyyat vasitəsində olan yük yoxlanılmış, yoxlama zamanı qanunvericiliklə aparılması və gətirilməsi qadağan edilmiş hər hansı bir kütlə aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 435 nömrəli, 25 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində və onun idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş üzərində “Tamol-X 225” yazısı olan 2 ədəd konvalyutda və üzərində “Namadol 225” yazısı olan 1 ədəd konvalyutda ümumilikdə 29 ədəd dərman həbləri (təsiredici maddəsinin miqdarı – 6,525 qram) zavod üsulu ilə qablaşdırılmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cil tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. - 01 ədəd sellofan bükümdə üzərində F/M20 yazısı olan 09 ədəd boz rəngli həblər (təsiredici maddəsinin miqdarı – 0,18 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasını Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na daxildir - üzərində “Clonazepam – 1 mg” yazısı olan 02 ədəd konvalyutda ümumilikdə 21 ədəd açıq yaşıl rəngli dərman həbləri (təsiredici maddəsinin miqdarı – 0,021 qram) klonazepam dərman preparatlarıdır. Klonazepam dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X7, Ambulator Məhkəmə Narkaloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 108 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyi aşkar olunmuşdur. Halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 23 aprel 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 435 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 108 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin miqdarı 6,525 qram təşkil edən 1 konvalyutda üzərində “Tamol-X 225” yazısı olan və 2 konvalyutda üzərində “Namadol 225” yazısı olan ümumilikdə 29 həb güclü təsir edən maddə tramadol dərman preparatları və həmin çantada olan pul kisəsinin içərisindən isə təsiredici maddəsinin miqdarı 0,021 qram təşkil edən 2 konvalyutda üzərində “Clonazepam-1 mg” yazısı olan 21 həb psixotrop maddə klonazepam dərman preparatlarının şəffaf seloffan paketə bükmüş, əyninə geyindiyi qara rəngli şalvarının sağ cibində olan pul kisəsinin içərisinə və 17AB663/17AB664 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəs dartıcının kabinində olan sürücüyə məxsus çantanın içərisindəki geyimlərin arasından qoyaraq saxlamış və idarə etdiyi 17AB663/17AB664 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən qəsdən daşımış və xx.xx.2023-cü il tarixində saat 16 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs Niafar X5 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitəni gömrük nəzarətindən qəsdən keçirməməsini, üzərində narkotik vasitə olmasını unutmasını bildirməsini özünü müdafiə kimi qiymətləndirir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 23 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyi aşkar olunmuşdur. Hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. . Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində və onun idarə etdiyi nəqliyyat vasitəsindən götürülmüş 8 ədəd narkotik vasitə metadon, 27 ədəd güclü təsir edən maddə tramadol və 20 ədəd psixotrop maddə klonozepam dərman preparatları müsadirə edilməli və məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsunq Galaxy A70” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, V******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, o, əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində və onun idarə etdiyi nəqliyyat vasitəsindən götürülmüş 8 ədəd narkotik vasitə metadon, 27 ədəd güclü təsir edən maddə tramadol və 20 ədəd psixotrop maddə klonozepam dərman preparatları məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğlundan götürülmüş ona məxsus olan və DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Samsunq Galaxy A70” markalı mobil telefon və pul kisəsi Təqsirləndirilən şəxs oğluna qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan V******** nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar