Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-2/2022 09.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə Türkiyə Respublikası Ərzurum şəhərinin Uzundərə rayonunda doğulmuş, orta təhsilli, evli, 3 uşaq atası, Türkiyə Respublikası vətəndaşı, sürücü işləyən, Ərzurum şəhərinin Uzundərə rayonu Balıqlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, 06 fevral 2022-ci il tarixdən barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 4 (dörd) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş və 27 may 2022-ci il tarixdə 3 (üç) ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Polşa Respublikasına aparmaq üçün daşınması ona həvalə edilmiş şəxsi istehlak miqdarında artıq 4 kiloqram 230 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Polşa Respublikasına daşımaq üçün idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus “MERCEDES-BENZ AXOR 1840 LS” markalı 76AAH493 (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı), dövlət qeydiyyat nişanlı yük avtomobilində 19250 kq olan dekorativ daş və 11 ədəd duş kabin üçün plastik vannalar yükü adı ilə qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 04 fevral 2022-ci il tarixdə, saat 15:49 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Culfa gömrük idarəsində gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununlа dа Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 20 sentyabr 1969-cu ildə Türkiyə Respublikasının Ərzurum şəhərinin Uzundərə rayonunda doğulub, Türkiyə Respublikasının vətəndaşıdır, ailəlidir və üç uşaq atasıdır, Türkiyə Respublikası Ərzurum şəhəri Uzundərə rayonu Balıqlı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır, uzun müddət sürücülüklə məşğul olsa da təxminən 6 aydır “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” firmasında sürücü işləyir. 19 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasına Bazırqan gömrüyündən daxil olaraq İranın Hürrəmşəhr şəhərinə təsərrüfat malı aparmış, yükü boşaltdıqdan sonra Təbriz şəhərinə getmişdir. Təbrizdə olarkən “MUTLULAR TRANSPORT LTD. ŞTİ.”nin səlahiyyətli şəxsi “Yunus” ona zəng edərək İran İslam Respublikasında Culfa sərbəst iqtisadi zonasına getməyini və orada olan yükü yükləməsini tapşırmış, yükü yüklədəcək şəxs olan “Batuhan”nın nömrəsini ona vermiş, həmin şəxslə əlaqə saxlamasını söyləmiş və o da “Yunus”un tapşırığı ilə İİR-in Culfa şəhərinə getmişdir. O, “Yunus”un dediyi “Batuhan” adlı şəxsə zəng vuraraq “Batuhan”ın dediyi yerə getmiş, Özdoğan Mustafa adlı “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” firmasının digər sürücüsünün də orada olduğunu görmüşdür. O, Culfa sərbəst iqtisadi zonasında olduğu müddətdə “Yunus” onunla əlaqə saxlayaraq Özdoğan Mustafanın da maşınına hansı yükün yüklənəcəyini söyləmişdir. Daşınmalı yüklər dekorativ daş və duş kabin üçün plastik vanna yükü olmuş və Mustafa Özdoğanın yük maşınının qoşqusu termokin (refriqator) olduğundan onun maşınına daş yükünü yükləyə bilmədikləri üçün paletlərdə olan duş kabin üçün plastik vanna yükünü Mustafa Özdoğanın yük maşınına yükləmişlər. Onun yük maşınına isə 17 palet dekorativ daş yükü yükləmişlər. Mustafa Özdoğanın yük maşınına yükü yükləyib bitirdikləri zaman bir palet artıq qalmış və həmin bir palet duş kabin altlığı yükünü, onun yük maşına yükləmişdilər. Yükləmə işi tam yekunlaşdıqdan sonra 03 fevral 2022-ci il tarixdə yanacaq doldurma məntəqəsinə getmiş və oradan da İran İslam Respublikaının Culfa gömrüyünə gəlmişlər. İran İslam Respublikasının Culfa şəhərində olarkən “Batuhan” yük sənədlərində problem olduğu üçün axşam İİR-in Culfa şəhərində qalıb və ertəsi gün getməsini söyləmişdir. O da “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” firması ilə əlaqə saxlayaraq “Batuhan”nın söylədiklərini demiş, firma isə Batuhanla danışaraq xəbər edəcəklərini söyləmişlər. Biraz müddət keçdikdən sonra firmadan onunla əlaqə yaradaraq “Batuhan”la danışdıqlarını və sənədlərin sabaha həll olacağını, gecə İİR-in Culfa şəhərində qalmasını bildirmişdirlər. 04 fevral 2022-ci il tarixdə sənədlər hazır olmuş və Özdoğan Mustafa ilə birlikdə Naxçıvan MR Culfa gömrüyünə keçmişlər. Burada nəqliyyat vasitəsinə və yükünə baxış keçirilmiş və bir palet duş kabin altlığının 2 ədədinin altından içərisində narkotik vasitə heroin olan bükümlər aşkar edilmiş və özünün yanında tərəzidə çəkilərək sənədləşdirilib götürülmüşdür. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini 20 ildir ki, sürücü işlədiyini, bir neçə şirkətlə işlədiyini, “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” firması ilə 5-6 aydır ki işlədiyini, sonuncu işlədiyi şirkətlə heç bir ədavətinin - yəni düşmənçiliyinin və heç bir problemlərinin olmadığını, daha çox İran-Azərbaycan-Türkiyə istiqamətində yük daşıdığını, maşına yüklərin Araz iqtisadi zonasında yükləndiyini, çox vaxt maşına yüklərin yüklənməsində özünün şəxsən iştirak etmədiyini, bu dəfə yüklərin nəqliyyat vasitəsinə yüklənməsinə kömək etdiyini, CMR-də, beynəlxalq dövriyyə sənədində göstərilməyən yüklərin gömrük tərəfindən buraxılmadığını bildiyini, beynəlxalq dövriyyə sənədində göstərilən məsuliyyəti və hüquqları barədə heç bir məlumatının olmadığını, onun vəzifəsinin sürücülük olduğunu, daşıdığı yükün özünə cavabdeh olduğunu, onun içərisində yerləşdirilən nə varsa ona cavabdehlik daşımadığını, narkotik vasitəsinin duş kabin altlığına fabrika üsulu ilə yerləşdirildiyinin açıq-aydın göründüyünü, narkotik vasitəsini özlərinin duş kabin altlıqlarına yerləşdirmələrinin mümkün olmadığını, gömrükdə maşına baxış keçirilən zaman orada iştirak etdiyini, Batuhanla Yunus adlı şəxsləri şəxsən tanımadığını, Batuhan və digər nəqliyyat vasitəsi sürücüsü Özdoğan Mustafa ilə birlikdə İİR-də axşam yemək yediklərini, Batuhanın şübhəli davranmadığını, təqsirkarın kim olduğunu özünün də bilmədiyini, narkotik vasitəsinin kimə gedəcəyini, hardan gəldiyini bimədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 04 fevral 2022-ci il tarixdə iş qrafikinə əsasən Culfa Gömrük İdarəsində xidmətdə olmuş, hər gün olduğu kimi nəqliyyat vasitələrindəki yüklərin yük müşayiət sənədlərindəki göstərilənlərə uyğunluğunu yoxlayaraq riskli malları müəyyən etməyə çalışmış, 04 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yük sənədlərini almış və yoxlamağa başlamışdır. Əsas diqqətini daş yükünün içərisinə bir palet duş kabin altlığı yükünün yüklənməsi çəkmişdir. Bu hal onda şübhə yaratdığı üçün şöbə rəisindən icazə almış və nəqliyyat vasitəsini əsaslı şəkildə yoxlamaq üçün anbara aparmışdır. Sürücü Türkiyə Respublikasının vətəndaşı olduğu üçün tərcüməçi dəvət etmiş və iki nəfər hal şahidi çağıraraq yoxlamağa başlamışdır. İlk öncə çalışdığı şöbənin digər əməkdaşı Şahid2 ilə birgə kinoloji xidməti iti tətbiq etmişlər. Daha sonra portif çağıraraq duş kabin üçün plastik vannaları yükünü nəqliyyat vasitəsinin yük yerindən endirmiş və paletdəki bağlamaları açaraq qutularda olan duş kabin üçün plastik vannaları tək-tək monitordan keçirməyə başlamışlar. Monitorda yüklərə baxan zaman həmin qutulardan iki ədədinin içində olan duş kabin üçün plastik vannaların içərisində şübhəli təsvirlər olduğunu müşahidə etmişdir. Sonra həmin şübhəli qutuları açmışlar və duş kabin üçün plastik vannaların döşəməsinin üz qabığını laqonda ilə kəsmişlər. Üz qabığını götürdükdən sonra altından 14 bağlam, göy bağlamada olan bükümləri aşkar edilmişdir. Sonra digər duş kabin üçün plastik vannaların döşəməsini də sökmüşlər və eyni qaydada 14 büküm göy bağlamada olan bükümləri də oradan götürmüşlər. Ümumilikdə 28 bağlam, göy bükümdə olan bağlamalar elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 4.809 kiloqram olmuşdur. Daha sonra sürücü Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin qadağan olunmuş heç nə aşkar edilməmişdir. Müvafiq protokollar tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsində çalışır. 04 fevral 2022-ci il tarixdə iş qrafikinə uyğun olaraq X7nda xidmətdə edən zaman saat 16:15 radələrində eyni şöbənin əməkdaşı Şahid1 onu çağırmış və bir nəfər Türkiyə Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və ondan da baxış zamanı Şahid1 kömək etməsini xahiş etmişdir. İlk öncə nəqliyyat vasitəsində daşınan dekorativ daş yükünə və bir paletdə olan duş kabin üçün plastik vannaları yükünə kinoloji xidməti itin vasitəsilə baxış keçirmişlər və daha sonra bir paletdə olan 11 ədəd duş kabin üçün plastik vannaları ayrılıqda monitordan keçirmişlər. Duş kabin üçün plastik vannaların 2 ədədinin içərisində şübhəli təsvirlər olduğunu müşahidə etmiş, həmin şübhəli təsvirlər aşkarlanan iki ədəd duş kabin üçün plastik vannaların üz qabığını laqonda vasitəsilə kəsmişlər. Hər birindən 14 bağlam olmaqla ümumilikdə 28 ədəd göy bağlamada olan bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən hal şahidi Şahid3 öz ifadəsində bildirmişdir ki, o, Culfa şəhərində yaşayır, ailəlidir və ailəsini dolandırmaq üçün Culfa gömrüyündə fəhləlik edir. 04 fevral 2022-ci il tarixində Culfa gömrüyündə həmişə olduğu kimi yük boşaldıb yükləyirmiş. Həmin gün saat 16:15-16:25 radələrində Culfa gömrüyündə işləyən Şahid1 onu və onunla birgə fəhlə işləyən Hənifi çağırmış və nəqliyyat vasitəsinə baxış keçirəcəyi üçün onun və Hənifin hal şahidi qismində orada iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da Raminin təklifini qəbul etmişlər. Şahid1 İran İslam Respublikasından gələn Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs onlara təqdim edərək Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH493 nömrəli yük avtomaşınına baxış keçirəcəyini söyləyərək onlara hüquq və vəzifələrini izah etmiş və sürücü Təqsirləndirilən şəxs maşını anbara sürməyini söyləmişdir. Orada yük nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışlar. Digər gömrük əməkdaşı Şahid2 da orada idi və onlar tərcüməçi də çağırmışdılar. Gömrükçülər ilk növbədə yük maşınına it ilə baxış keçirmiş, sonra isə yük maşınındakı duş kabin üçün plastik vanna yükünü boşaldıb monitordan keçirmişdilər. Yük monitordan keçirilən zaman monitorda plastik vannaların rəng fərqi verdiyi görülmüş və həmin plastik vannaları laqonda ilə kəsərək içərisindən göy rəngli bağlamalarda bükümlər aşkar edilmişdir. Beləliklə cəmi 28 bağlam göy rəngli bükümdə bağlamalar aşkar edilmiş və həmin bağlamalar elektron tərəzidə çəkilərək ümumi çəkisi 4.809 kiloqram olmuşdur. Daha sonra sürücü Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və heç nə aşkar edilməmişdir. Şahid1 müvafiq sənədlər hazırlamış və onlar da sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmədə dindirilmiş digər Şahid3 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında yükün tam şəkildə qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində narkotik vasitəsinin olmasından xəbərdar olmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmasına xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 fevral 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, 04 fevral 2022-ci il tarixdə saat 15:49 radələrində X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi olan Polşa Respublikasına emal olunmuş dekorativ daş və duş kabin üçün plastik vanna yükü aparan , Türkiyə Respublikası vətəndaşı, 11 iyun 2021-ci il tarixdə verilmiş U24295700 nömrəli pasportun sahibi, 20 sentyabr 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə məxsus 76AAH493 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS” markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********3624 olan ümumi olaraq yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsi yoxlanılmış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda daşınan 11 ədəd duş kabin üçün plastik vannaların 2 ədədinin altlığından hər birində 14 bağlam olmaqla ümumilikdə 28 bağlamda ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. - 04 fevral 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Sənan Tarverdiyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlama və icraata qəbul etmə barədə” qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 04 fevral 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Sənan Tarverdiyev tərəfindən qəbul edilmiş “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı, 11 iyun 2021-ci il tarixdə verilmiş U24295700 nömrəli pasportun sahibi, 20 sentyabr 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 05 fevral 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 08 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. - Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2022-ci il tarixli, 4(078)-3/2022 nömrəli qərarına əsasən həbsin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 4(078)-15/2022 nömrəli qərarı ilə həbsdə saxlama müddəti üç ay müddətinə uzadılmışdır. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 53 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusundakı duş kabin üçün plastik vannaların içərisindən götürülmüş, 01 ədəd ağ rəngli sintetik kisədə olan 28 ədəd bağlamada təmiz çəkisi - 4 kiloqram 229,5 qram olan bozumtul qəhvəyi rəngli, bərk və tozşəkilli hissəciklərdən ibarət maddələr narkotik vasitə heroindir. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022- ci il tarixli 53 nömrəli məktubundan görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitəsi heroin qablaşdırılaraq möhürlənmiş vəziyyətdə Naxçıvan MR Ədliyyə Nazirliyinin MEM-nin maddi sübutların saxlanc otağında saxlanmışdır. - 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 43 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. - Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Məhkəməyədək icraat dövründə Culfa Gömrük İdarəsində tərtib edilmiş 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti, içərisində narkotik vasitə olan heroin aşkar edilən 2 ədəd duş kabin üçün plastik vannalar, həmçinin iş üzrə götürülmüş nəqliyyat vasitəsində daşınan 9 ədəd duş kabin üçün plastik vannalar və çəkisi 19250 kiloqram dekorativ daş yükü ”Naxterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş və orada saxlanılır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 04 fevral 2022-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fervral 2022-ci il tarixli 53 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 43 saylı tibbi rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Polşa Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı “MERCEDES-BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsinin 76AAK425, “TİRSAN” markalı qoşqusuna yüklənmiş dekorativ daş və duş kabin üçün plastik vannadan ibarət olan yüklər (deməsinə görə möhürlənmiş halda) qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeydşərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimələrdə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur və yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərlə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü və malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, 04 fevral 2022-ci il tarixdə təxminən saat 15:49 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı), “MERCEDES BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsində Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Polşa Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 4 kiloqram 230 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan daşımaq üçün idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı), “MERCEDES BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsində 2 ədəd duş kabin üçün plastik vannaların içərisində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X7 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ iyahısına görə psixotrop maddə olan heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 04 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 43 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 4 kiloqram 229,4 qram olan heroin narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi məhkəmədə saxlanılan U24295700 nömrəli pasport, 1 ədəd “Samsung Galaxy J7 prime” markalı mobil telefon (İMEİ1: **********97931, İMEİ 2: **********17932), 3 ədəd 5 Azərbaycan manatı, 12 ədəd 1 Azərbaycan manatı, 10 ədəd 100 ABŞ dolları, 1 ədəd 50 ABŞ dolları, 7 ədəd 100 türk lirəsi, 1 ədəd 20 türk lirəsi 1 ədəd 10 türk lirəsi, 41 ədəd 100000 iran rialı, 4 ədəd 50000 iran rialı Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməli, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X5 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə məxsus 76AAH493 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvanterminalkompleks” X5 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və icərisindən narkotik vasitə olan heroin aşkar edilən 2 ədəd duş kabin üçün plastik vannalar, həmçinin nəqliyyat vasitəsində daşınan 9 ədəd duş kabin üçün plastik vannalar, ümumi çəkisi 19250 kq olan “dekorativ daş” yükü “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus olan U24295700 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməli, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 4 kiloqram, 229,4 qram olan heroin narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş ona məxsus olan və Naxçıvan Muxtar Respublikasının Culfa Məhkəməsində saxlanılan 1 ədəd “Samsung Galaxy J7 prime” markalı mobil telefon (İMEİ1: **********97931, İMEİ 2: **********17932) və 3 ədəd 5 Azərbaycan manatı, 12 ədəd 1 Azərbaycan manatı, 10 ədəd 100 ABŞ dolları, 1 ədəd 50 ABŞ dolları, 7 ədəd 100 türk lirəsi, 1 ədəd 20 türk lirəsi 1 ədəd 10 türk lirəsi, 41 ədəd 100000 iran rialı, 4 ədəd 50000 iran rialı Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X5 İdarəsinin inzibati ərazisində yerləşən anbarında saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi 76AAH493 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAK425, “TİRSAN” markalı) “MERCEDES-BENZ AXOR 1840 LS” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti və Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X5 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və icərisindən narkotik vasitə olan heroin aşkar edilən 2 ədəd duş kabin üçün plastik vannalar, həmçinin nəqliyyat vasitəsində daşınan 9 ədəd duş kabin üçün plastik vannalar, ümumi çəkisi 19250 kq olan “dekorativ daş” yükü “MUTLULAR TRANSPORT LTD. ŞTİ.” şirkətinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan U24295700 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(089)-2/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-2/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver