Məhkəmə qərarları › İş №1(089)-2/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-2/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-2/2025 16.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Müdafiəçi1 Cəfər oğlu, Təqsirləndirilən şəxs3, Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1- xx.xx.1987-ci il tarixdə Babək rayon Güznüt kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Babək rayonu Güznüt kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2- xx.xx.1986-cı il tarixdə Babək rayon Güznüt kəndində dğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, qəssab işləyən, əvvəllər məhkum olunmamış, Babək rayonu Güznüt kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3- xx.xx.1981-ci il tarixdə Babək rayon Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, çoban işləyən, əvvəllər məhkum olunmamış, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 300 manat dəyərindəki istifadəyə yararsız, üzərində hər hansı bir hissə və detalı olmayan “RAF” markalı sərnişin avtomobilinin gövdə hissəsini gizli olaraq talamış, Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2 və onun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədəd metal boruları gizli olaraq talamış, Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 300 manat dəyərindəki istifadəyə yararsız, üzərində hər hansı bir hissə və detalı olmayan “RAF” markalı sərnişin avtomobilinin gövdə hissəsini gizli olaraq talamış, Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədədini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 2024-cü ilin yanvar ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədədini gizli olaraq talamış, Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, təqribən 2023-cü ilin noyabr ayında Naxçıvan şəhərində metal qəbulu ilə məşğul olan Elməddin adlı şəxsi əvvəlcədən metal yığıb satdığı vaxlardan tanıdığı üçün, onunla danışmış, ayı 450 manata razılaşmaqla ondan “Qazel” markalı yük avtomobilini icarəyə götürmüş, onunla gündəlik işlərdə işləyib, kənd sakinlərinin çöldəki otunu, kərpic zavodundakı kərpiclərini və başqa əşyalarını daşıyaraq qazanc əldə etmiş, iş daimi olmadığından və arabir düşdüyündən çatdırıb icarə haqqını ödəyə bilməmiş, eyni zamanda da uşaqlarının məktəb ehtiyaclarını, həmçinin evin ehtiyaclarını da ödəyə bilməmişdir. Həmin vaxt kəndlərinə yaxın olan, Culfa rayonunun ərazisi, Xəçəparaq adlanan yerdə, İbadölən təpəsinin arxasında heyvan yatağının olduğu ərazidə 1 ədəd yararsız vəziyyətdə olan “Raf” markalı sərnişin avtomobilinin gövdə hissəsinin olduğunu görmüş, 2024-cü ilin yanvar ayının əvvəllərində həmin ərazidə heyvan otaran həmkəndlisi Vüsal adlı şəxsdən həmin rafın gövdəsinin kimə məxsus olduğunu soruşmuş və ona ehtiyacı olduğuna görə həmin rafın gövdəsini aparıb metal kimi satmaq istədiyini bildirmiş, Vüsal da ona həmin “Raf” markalı avtomobilin gövdə hissəsinin Babək rayonunun Nehrəm qəsəbəsi sakini Həsənə məxsus olduğunu, Həsənin orada bostan əkdiyinə görə həmin “Raf” markalı avtomobilin gövdəsini oraya gecələmək üçün qoyduğunu demişdir. Pula ehtiyacı olduğuna görə həmin vaxt həmkəndlisi və sinif yoldaşı olan Talehə zəng vurmuş, ona kəndlərinə yaxın olan Xəçəparaq adlanan heyvan yataqlarının olduğu ərazidə yararsız vəziyyətdə olan 01 ədəd “Raf” markalı avtomobilin gövdə hissəsi olduğunu, həmin “Rafın” Babək rayon Nehrəm qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus olduğunu, Həsənin hazırda Türkiyədə olduğunu, gedib həmin Rafa baxaraq, birlikdə gətirib doğrayıb sataq demiş, Taleh ondan Həsənin bu məsələdən xəbərinin olub-olmadığını soruşmuş, ona Həsənin xəbərinin olmadığını, əgər xəbər tutub onların götürdüyünü bilərsə özünün onu başa salacağını demiş, Taleh də onunla razılaşmışdır. Həmin gün saat 18:30 radələrində hava təzə qaralmağa başlayan zaman idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə dediyi əraziyə getmişlər, həmin əraziyə çatan zaman orada heç kim olmamışdır. Həmin ərazidə 01 ədəd istifadəyə yararsız “Raf” markalı sərnişin avtomobilinin gövdə hissəsi olmuşdur, həmin vaxtı qaranlıq düşdüyündən avtomobilinin işığını həmin Rafın üzərinə salıb ona nəzər saldıqda, Həsən adlı şəxsə məxsus olan “Raf” markalı avtomobilin mühərriki, kaportu, təkərləri, qapısı, motorxanasındakı digər hissə və avadanlıqlarının və şüşələrindən heç birinin yerində olmadığını görmüş, yalnız avtomobilin gövdəsi və diskləri yerində olmuş, qapı yerinə isə zeşt dayanmışdır. Talehlə birlikdə həmin “Raf” markalı avtomobilin gövdəsini özünün idarə etdiyi Qazel markalı avtomobilin arxasına trosla qoşaraq təqribən 2 km yolu sürüməklə yaşadığı Babək rayonunun Güznüt kəndində yerləşən evlərinin həyətinə gətirmişlər. Talehlə birlikdə gecə saat 23:00 radələrində həyətlərində Rafı qoyduqları yerə işıq çəkmişlər, Taleh evlərinə gedərək Rafı doğrayıb hissələrə ayırmaları üçün laqonda gətirmiş, birlikdə Raf markalı avtomobilin gövdəsini doğrayıb hissələrə ayıraraq metal kimi aparıb sataraq qazanc əldə etmək üçün idarə etdiyi Qazel markalı yük avtomobilinə yükləmişlər. Həmin günün səhərisi saat 09:00 radələrində Talehlə birlikdə kənddən çıxaraq gizli yolla gətirib hissələrə ayırdıqları Raf markalı avtomobilin gövdəsini və diskilərini Naxçıvan şəhərinə gətirib, Xətai məhəlləsində metal qəbulu ilə məşğul olan Elməddin adlı şəxsə 160 manata satmışlar. Rafın gövdəsini onun idarə etdiyi Qazel markalı yük avtomobili ilə gətirdiklərinə görə pulun 100 manatını özünə götürmüş, 60 manatını da Talehə vermişdir. Bundan əlavə, Talehlə birlikdə “Raf” markalı avtomobilin gövdəsini çöllük ərazidən gətirən zaman ondan 500-600 metr aralıda olan dəmir açinkovu boruları görmüşlər. “Raf” markalı avtomobilin gövdəsini satdıqdan təqribən 2 həftə sonra yenidən Talehlə telefonda danışan zaman ona, uşağının hazırlıq pulunu ödəyə bilmədiyini, evində ərzaq olmadığını demiş, ona Rafın gövdəsini Xəçəparaq adlanan ərazidən götürdükləri zaman orada gördükləri dəmir açinkovu boruları da gətirib sataraq evlərinin ehtiyaclarını ödəyək demiş, Taleh də həmin boruların Kırna kənd sakini olan Xaliq adlı köhnə maliyyə nazirinə məxsus olduğunu, lakin xeyli vaxtdır ki, həmin ərazidə olduğunu bildirmiş, həmin boruların oraya atıldığını, maraqlanılmadığını düşünmüşlər. Talehlə razılığa gələrək həmin boruları götürüb sataraq qazanc əldə etmək qərarına gəlmişlər. Taleh onunla razılaşdıqdan sonra tanışı olan Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs3 da zəng vuraraq belə bir iş olduğunu və onlara kömək etməsi qarşılığında ona da pul verəcəklərini bildirmiş, həmin vaxt Taleh haradan hansı boruları götürəcəklərini Məhəmmədə dediyi zaman, Məhəmməd həmin boruları sahibinin icazəsi olmadan, gizli yolla götürüb aparıb sataraq qazanc əldə edəcəklərini bilə-bilə onlarla getməyə razılıq vermişdir. Üçü danışıb razılaşaraq kimsə görməsin deyə və borular uzun olduğu üçün qazeldən kənara çox çıxacağından polislər saxlayıb cərimələməsin deyə hava qaraldıqdan sonra Taleh və Məhəmmədlə birlikdə özünün idarə etdiyi Qazel markalı yük avtomobili ilə, Xəçəparaq adlanan yerdə, qrud təpəsinin yanında çöllük əraziyə dəmir açınkovu boruların yığıldığı yerə getmişlər. Üçü köməkli şəkildə həmin borulardan 6 ədədini götürüb idarə etdiyi Qazel markalı yük avtomobilinə yükləmişlər. Gizli yolla götürdükləri dəmir açinkovu boruların hər biri 200-lük olmaqla 5 metrlik borular olmuş, boruları Qazelə yüklədikdən sonra Naxçıvan şəhərinə gətirmişlər. Təxminən gecə saat 01:00 radələrində Naxçıvan şəhərinə çatmışlar, Naxçıvan şəhərinə çatdıqdan sonra Elməddin adlı metal qəbul edən şəxsə zəng vuraraq evindən çağırıb metal qəbul etdiyi yerə gətirmiş, həmin boruların 01 ədədi üçün Elməddinlə 80 manatdan danışıb razılaşmışlar, borulardan 2-si əzik olduğuna görə Elməddin onlara əzik olan borulara 60 manatdan, digərlərinə isə 80 manatdan ödəniş edəcəyini, lakin axşam üzərində pul olmadığını, səhər gəlib pullarını götürmələrini bildirmiş, Elməddinlə razılaşıb boruları ona verərək yaşadıqları ünvanlara qayıtmışlar. Səhər açıldıqdan sonra həmin yerə gedərək Elməddindən 6 boruya görə ümumilikdə 420 manat pul almışlar, həmin puldan 50 manatını benzinə çıxmış, yerdə qalan pulu aralarında 3 yerə bölərək götürmüşlər. Səhərisi günü yenə Talehlə danışaraq uşaqların hazırlıq pulunun bir hissəsini ödəsə də, digər hissəsini yenə ödəyə bilməyəcəyini bildirmiş, Talehə yenə də gedib həmin yerdə olan dəmir borulardan gətirib sataq demiş, Taleh onunla razılaşaraq yenə Məhəmmədə də təklif etmiş, Məhəmməd də yenə razılaşaraq dəmir borulardan götürməyə getmək istədiyini bildirmiş, həmin gün yenidən günün qaranlıq vaxtı idarə etdiyi Qazel markalı avtomobillə, Məhəmməd və Talehlə birlikdə həmin əraziyə getmişlər, Qazelin işığını borulara tərəf salaraq üçü köməkli şəkildə həmin borulardan 6 ədədini Qazelə yükləmişlər, həmin borular da əvvəlki borular kimi 200-lük olmaqla 5 metrlik borular olmuş, boruları götürdükləri yerdə təqribən 30-40 ədəd həmin borudan var imiş ki, onlardan da ümumilikdə 12 ədədini götürmüşlər, qalanı isə yerində qalmışdır. Sonuncu dəfə götürdükləri 6 ədəd dəmir açinkovu borunu da eyni qaydada saat 01:00 radələrində Naxçıvan şəhərinə aparmışlar, yenə Elməddin adlı şəxsi evindən çağıraraq metal qəbulu yerinə gətirmiş, Elməddin ona boruları material kimi qəbul etdiyini bildirərək, əgər oğurluq və problemli mallardısa almayacağını bildirmiş, Elməddinə boruların oğurluq olmadığını, çöldən yığıb gətirdiklərini və probleminin olmadığını bildirmiş, həmin 6 ədəd boru üçün də Elməddinlə 500 manata razılaşmışlar, lakin Elməddin, qazelini ondan 2 aylıq icarəyə götürüb işlətdiyini, indiyə qədər də ödəniş etmədiyini bildirərək icarə haqqını onlara verəcəyi puldan çıxacağını bildirmiş, 200 manatı icarə haqqına çıxaraq 300 manat pulu onlara ödəmiş, həmin pulu götürüb yarı-yarıya Məhəmmədlə Taleh aralarında bölmüşlər. Sonrakı günlərdə oradan boruların götürülməsinin bilindiyinə görə, artıq oradan boru götürməyə getməmişlər, bundan sonra da həmin yerdən boru və ya başqa hər hansı bir əşya götürməmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində onu da bildirmişdir ki, göstərilən şəxslərlə birlikdə qeyd olunan əşyalardan başqa heç bir əşya oğurlamamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə həmin əşyaları götürən zaman həmin əşyaların sahibinin bundan xəbəri olmadığını hər üçü bilmiş, bu əməli gizli yolla tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə etmişlər, həmin əşyaları satdıqdan sonra da pulunu öz aralarında bölmüşlər, törətdiyi əməllərə görə peşmandır. Himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, onu uşaq vaxtlarından tanıyır. Babək rayonu Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs3 isə heyvan kəsməkdə ona pul qarşılığında kömək etdiyinə görə tanıyır, atası Yusif Həsənov da qəssab kimi fəaliyyət göstərdiyindən uşaq vaxtından ondan bu sənəti öyrənmiş və özünü biləndən qəssab kimi fəaliyyət göstərir. 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi və sinif yoldaşı olan Təqsirləndirilən şəxs1 ona zəng vurmuş, “Culfa” rayonunun ərazisində yerləşən Xəçəparaq adlanan ərazidə İbatölən təpəsinin arxasında, heyvan yatağının olduğu yerdə yararsız vəziyyətdə olan 1 ədəd "Raf” markalı avtomobilin gövdəsi olduğunu, həmin “Raf” markalı avtomobilin Babək rayon Nehrəm qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus olduğunu, Həsənin hazırda Türkiyədə olduğunu, “ondan xəbərsiz gedib həmin Rafa baxaraq aparıb sataq, Həsən bundan xəbər tutsa isə, narahat olma Həsən mənim tanışımdı, heç bir problem olmayacaq” demiş, onunla razılaşaraq həmin gün saat 18:30 radələrində hava təzə qaralmağa başlayan zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi Qazel markalı yük avtomobili ilə Anarın dediyi əraziyə getmişlər, həmin əraziyə çatan zaman orada heç kim olmamışdır. Anarın dediyi kimi təpənin arxasında çöllük ərazidə 01 ədəd istifadəyə yararsız “Raf” markalı avtomobil olmuşdur. Qazel markalı avtomobillə həmin avtomobilin yanına qədər getmişlər, avtomobildən enən zaman artıq qaranlıq düşdüyündən avtomobilin işığını həmin Rafın üzərinə salıb ona nəzər saldıqda Anarın Həsən adlı şəxsə məxsus olduğunu bildirdiyi “Raf” markalı avtomobilin mühərriki, kaportu, təkərləri, qapısı, motorxanasındakı digər hissə və avadanlıqları və şüşələrindən heç birinin yerində olmadığını, yalnız gövdəsi və diskilərinin olduğunu görmüş, Anarın dediyi Rafa baxdıqdan sonra Anarla birlikdə, həmin Rafı sahibinin götürmələrindən xəbəri olmadığını bilərək və ondan icazə almadan gizli yolla qeyd etdiyi istifadəsiz köhnə sərnişin Rafının gövdəsini Anarın idarə etdiyi Qazelin arxasına trosla qoşaraq təqribən 2 km yolu sürüməklə onu Anargilin Babək rayon Güznüt kəndində yerləşən fərdi yaşayış evlərinin həyətinə gətirmişlər. Gecə saat 23:00 radələrində Anargilin həyətində Rafı qoyduqları yerə işıq çəkmişlər, evlərinə gedib Rafı doğramaq üçün laqonda gətirmiş, birlikdə “Raf” markalı sərnişin avtomobilinin gövdəsini doğrayıb hissələrə ayırmağa başlamışlar. Həmin avtomobilin gövdəsini doğrayıb hissələrə ayırmaqda məqsədləri onu metal əşya kimi sataraq qazanc əldə etmək olmuş, həmin Rafı 3-4 hissəyə ayırmışlar və saat 00:15 radələrində işlərini bitirmişlər. Rafın gövdəsinin ayrılmış hissələrini Anarın idarə etdiyi Qazel markalı yük avtomobilinə yüklədikdən sonar isə öz yaşadığı evə qayıtmışdır. Həmin günün səhərisi saat 09:00 radələrində Anarın idarə etdiyi Qazel markalı avtomobillə birlikdə kənddən çıxaraq gizli yolla gətirib hissələrə ayırdıqları avtomobil gövdəsini və diskilərini Naxçıvan şəhəri, Xətai məhəlləsində metal qəbulu ilə məşğul olan Elməddin adlı şəxsə 160 manata satmışlar, Anarın idarə etdiyi avtomobildən istifadə etdiklərinə görə həmin pulun 60 manatını özü, 100 manatını isə Anar götürmüşdür. Çünki Anar cibindən benzin tökərək avtomobili bir neçə yerə sürmüşdür. Bundan əlavə həmin Raf markalı avtomobilin gövdəsini çöllük ərazidən gətirən zaman orada üst-üstə yığılmış vəziyyətdə olan dəmir açinkovu boruların olduğunu görmüşlər. “Raf” markalı avtomobilin gövdəsini hissələrə ayırıb satdıqdan təqribən 2 həftə sonra Anarla yenidən telefonda danışan zaman Anar ona pula ehtiyac olduğunu bildirmiş, həmin ərazidə gördükləri dəmir açinkovu boruları da köməkli, onun idarə etdiyi Qazel markalı yük avtomobilinə yığaraq aparıb sataraq biraz qazanc əldə edib ehtiyaclarını ödəməyi təklif etmiş, həmin vaxt Anarın qeyd etdiyi boruların Kırna kənd sakini olan Xaliq adlı köhnə maliyyə nazirinə məxsus olduğunu bildiyi halda boruları götürüb satmağa razılıq vermiş, borular çöllük ərazidə qalıbsa artıq deməli Xaliq adlı şəxsə ehtiyac deyil deyə düşünmüş, tanışı olan və bir neçə dəfə həyətində heyvan kəsməkdə ona köməklik edən Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs3 ona siqaret pulunun olmadığını və qazanc yeri olarsa onada xəbər etməyini dediyinə görə, Anarla danışıb razılaşdıqdan sonra Məhəmmədə zəng vurmuş, belə bir iş olduğunu və onlara kömək etməsi qarşılığında ona da pul verəcəklərini bildirmiş, həmin vaxt haradan hansı boruları götürəcəklərini Məhəmmədə deyən zaman o da həmin boruları gizli yolla sahibinin icazəsi olmadan aparıb sataraq qazanc əldə edəcəklərini biləbilə getməyə razılıq vermiş, danışıb razılaşaraq kimsə görməsin deyə və borular uzun olduğu üçün qazeldən kənara çox çıxacağından polislər saxlayıb cərimələməsin deyə hava qaraldıqdan sonra Anar və Məhəmmədlə birlikdə Anarın idarə etdiyi Qazel markalı yük avtomobili ilə Xəçəparaq adlanan yerdə qrud təpəsinin yanında çöllük əraziyə yığılmış dəmir açinkovu boruların olduğu yerə getmişlər. Anar avtomobilin işığını boruların üzərinə salmış, həmin borulara nəzər yetirmişlər. Sonra birlikdə köməkli şəkildə həmin borulardan 6 ədədini götürüb avtomobilə yükləmişlər, gizli yolla götürdükləri dəmir açinkovu boruların hər biri 200-lük olmaqla 5 metrlik borular olmuş, boruları avtomobilə yüklədikdən sonra Naxçıvan şəhərinə gətirmişlər. Təqribən saat 01:00 radələrində Naxçıvan şəhərinə çatdıqdan sonra Anar metal qəbul edən Elməddin adlı şəxsə zəng vuraraq evindən çağırmış, metal qəbul etdiyi yerə gətirmiş, gecəyarısı Anar avtomobilin arxasını metal qəbul edilən yerə vermiş, boruları həmin yerə endirmişlər. Boruların 1 ədədi üçün Elməddinlə 80 manatdan danışıb razılaşsalar da, borulardan 2 ədədi əzik olduğuna görə Elməddin onları 60 manatdan, digərlərinə isə 80 manatdan hesablayaraq 6 ədəd boruya görə onlara 420 manat verəcəyini, lakin axşam üzərində pul olmadığını, səhər gəlib pullarını götürməklərini bildirmiş, Elməddinlə razılaşıb öz yaşadıqları ünvanlara qayıtmışlar. Səhər açıldıqdan sonra Elməddinin yanına getmiş, 6 ədəd boruya görə ümumilikdə 420 manat pul almışlar, həmin puldan 50 manatını benzinə çıxaraq, yerdə qalan pulu isə aralarında 3 yerə bölmüşlər. Həmin günün səhərisi yenə Anar onunla danışaraq uşaqların hazırlıq pulunun bir hissəsini ödədiyini, digər hissəsini yenə ödəyə bilməyəcəyini bildirmiş, ona gedib həmin yerdən yenə dəmir boruları gətirib sataraq qazanc əldə etməyi demiş, yenə gizli şəkildə götürdüklərini bilərək bu barədə Məhəmmədə də təklif etmiş, Məhəmməd də yenidən onunla razılaşaraq dəmir borulardan götürməyə getmək istədiyini bildirmişdir. Həmin gün yenidən günün qaranlıq vaxtı Anarın idarə etdiyi Qazel markalı yük avtomobili ilə Məhəmməd və Anarla birlikdə həmin əraziyə getmişlər. Yenidən qazelin işığını borulara tərəf salaraq hər üçü köməkli şəkildə həmin borulardan 6 ədədini Qazel markalı avtomobilə yükləmişlər, həmin borular da əvvəlki borular kimi 200lük olmaqla 5 metrlik borular olmuşdur. Boruları götürdükləri yerdə təqribən 30-40 ədəd həmin borudan olmuşdur, onlardan ümumilikdə 12 ədədini götürmüşlər, qalanı isə yerində qalmışdır. Sonuncu dəfə götürdükləri 6 ədəd dəmir açinkovu borunu da eyni qaydada saat 01:00 radələrində Elməddin adlı şəxsə satmaq üçün Naxçıvan şəhərinə aparmışlar. Elməddin onlara boruların oğurluq və problemli mallardısa almayacağını bildirmiş, Elməddinə boruların oğurluq olmadığını, çöldən yığıb gətirdiklərini və probleminin olmadığını demişlər. Elməddin həmin 6 ədəd borunu da alıb onlara 500 manat verəcəyini demiş, onunla razılaşmışlar. X16elini ondan 2 aylıq icarəyə götürüb işlətdiyini, indiyə qədər də ödəniş etmədiyini bildirərək icarə haqqınının bir hissəsini onlara verəcəyi puldan çıxacağını bildirmiş, 200 manatı Anarın icarə haqqına çıxmış, 300 manat pulu onlara ödəmiş, həmin pulu götürüb Məhəmmədlə aralarında bölmüşlər, Anarın 200 manatı isə qazelinin icarə haqqına çıxılmışdır. Bundan sonra öz yaşadıqları ünvanlara qayıtmışlar. Sonrakı günlərdə isə oradan boruların götürülməsinin bilindiyinə görə artıq oradan boru götürməyə getməmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qeyd etdiyi əşyalardan başqa həmin şəxslərlə və ya başqa şəxslərlə hər hansı bir oğurluq və ya digər qanunazidd əməllər törətməmiş, həmin əşyaları götürüb satıb gəlir əldə edən zaman həmin əşyaların sahibinin bundan xəbəri olmamış, bu əməli gizli yolla tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə etdiklərini hər üçü bilmiş, həmin əşyaları satdıqdan sonra da pulunu öz aralarında bölmüşlər. Həmin alqı-satqılardan ümumilikdə təqribən 300 manat qazan əldə etmiş, qeyd etdiyi kimi Təqsirləndirilən şəxs3 Culfa rayonunun Xəçəparaq adlanan ərazisində dəmir açinkovu boruları gizli yolla götürüb tamah məqsədilə satacaqlarını və əldə olunan gəliri aralarında böləcəklərini əvvəlcədən bildirmişdir. Dəmir borulardan əldə etdikləri pulu üçünün aralarında bölərək götürmüşlər, göstərilən şəxslərlə birlikdə qeyd olunan əşyalardan başqa heç bir əşya oğurlamamışlar, törətdiyi əməllərdən peşmandır, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-in 177.2.1 maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 pul qarşılığında heyvan kəsməkdə ona köməklik etdiyi üçün tanıyır, Təqsirləndirilən şəxs1 isə Talehə görə tanımışdır. Uşaqlıqdan özünü biləndən ancaq fərdi təsərrüfatla məşğul olmuş, 2023-cü ildən öz xırdabuynuzlu heyvanları ilə yanaşı Nehrəm qəsəbə sakinlərinin heyvanlarını da öz heyvanlarına qataraq 1 başını 3 manatdan otarmaqla aylıq əlavə qazanc əldə edir. 2024-cü ilin əvvəllərində qış mövsümü olduğuna görə Təqsirləndirilən şəxs2 hər hansı bir iş olduqda ona da deməsini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona zəng vurmuş, “Güznüt kəndinin üstündə, Culfa rayon Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan yerdə 6 ədəd dəmir boru olduğunu, onlara götürüb satmaq istədiklərini, əgər həmin boruları götürməkdə onlara kömək etsə ona da pul verəcəklərini” demiş, boruların kimə məxsus olması ilə maraqlanmadan Talehlə razılaşıb onlarla gedə biləcəyini bildirmiş, həmin günün axşamı Taleh və Anar adlı şəxslə birlikdə, Anarın idarə etdiyi Qazel markalı yük avtomobili ilə onların dediyi əraziyə getmişlər. Qazeli dəmir boruların yanında saxlayaraq üçü də yerə enərək köməkli şəkildə 6 ədəd 200-lük, 5 metrlik açinkovu borunu götürmüş, avtomobilə yükləyərək oradan çıxıb saat 01:00 radələrində Naxçıvan şəhərinə getmişlər. Naxçıvan şəhərinə getməkdə məqsədləri Anargilin həmin boruları sataraq oradan pul alıb ona çatacaq olan pulu ödəmələri olmuşdur. Naxçıvan şəhərində Xətai məhəlləsinə çatdıqdan sonra maşında oturub gözləmiş, Anar Elməddin adlı metal qəbul edən şəxsi evlərindən çağırmış, həmin şəxsin göstərişi ilə boruları onun göstərdiyi yerə endirmişlər. Elməddin üzərində pulu olmadığı üçün həmin vaxt onlara pul verməmiş, geri qayıdaraq evlərinə getmişlər, həmin günün səhərisi Talehgilin həyətində heyvan kəsən zaman Taleh 300 manat pul gətirmiş, ona boruların 500 manat etdiyini, oradan 50 manatını Anara benzin pulu olaraq verdiyini, qalan 450 manatdan da 150 manatını Anarın götürdüyünü bildirmiş, qalan 300 manatı isə aralarında yarıya bölüb 150 manatını ona vermişdir. Həmin günün axşamı Taleh yenidən ona zəng vurmuş, həmin yerdə yenə dəmir borular olduğunu və onları da yükləməyə kömək etməsini, yenə pulunu verəcəyini bildirmiş, yenə onunla razılaşaraq üçü birlikdə axşamüstü hava qaralan vaxtı Anarın idarə etdiyi Qazel markalı yük avtomobili ilə həmin əraziyə getmişlər. Üçü birlikdə yenə 6 ədəd eyni dəmir borudan köməkli şəkildə qazelə yükləmiş, geri qayıdan zaman yolda avtomobildən enərək yaşadığı evə getmişdir. Bundan 2-3 gün sonra Talehdən həm ona verdiyi 1000 manat pul borcunu qaytarmasını, həm də boruların satışından ona düşən pulu verməsini istəmiş, Taleh onu Çeşməbasar kəndində yolun kənarına kameranın yanına haqq hesab etməyə çağırmış, Taleh Anarla birlikdə “Qaz 24” markalı avtomobillə həmin yerə gəlmiş, özü də motosikletlə oraya getmiş, orada Talehin gəldiyi avtomobildə oturub söhbət edən zaman Taleh ona sonuncu dəfə boruların satışından 420 manat pul aldıqlarını, həmin pulun 200 manatını boruları alan şəxsin Anarın qazelinin icarə haqqına çıxdığını, ikisinə birlikdə çatan pulun 220 manat olduğunu, əlavə olaraq da Anarın 20 manat pul verməli olduğunu, sonuncu satışdan hərəsinə 120 manat pul düşdüyünü bildirmiş, Taleh ona sonuncu boru satışından düşəcək olan 120 manat pulu Talehə olan borclarına çıxaraq ona pul verməyəcəyini demiş, beləliklə ikinci dəfə yığdıqları dəmir boruların satışından əldə olunmuş puldan ona verməmişlər. Təqsirləndirilən şəxs3 ifadəsində onu da bildirmişdir ki, Culfa rayon Xəçəparaq adlanan ərazidən dəmir boruları yığmağa gedən zaman həmin boruların oğurluq olmasını bilmiş, həmin boruları satdıqdan sonra da pulunu öz aralarında bölmüşlər. Törətdiyi əməldən peşmandır, bir yetkinlik yaşına satmayan uşağı var, məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Babək rayon Güznüt kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 5 il olar ki, tanıyır. Təqsirləndirilən şəxs1 kəndlərinin ərazisində malını otardığına görə onu çöldən tanıyır, Təqsirləndirilən şəxs2 isə tez-tez kəndlərinə gəlib köhnə metal əşyaları aldığına görə tanımışdır, onlarla ədavət və düşmənçiliyi yoxdur. Hazırda işsiz olsa da əvvəllər Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan ərazidə torpaq sahəsini icarəyə götürmüş, orada həm heyvandarlıq, həmdə əkinçiliklə məşğul olmuşdur. Çox vaxtı çöldə gecələməli olduğundan çöldə olduğu zaman içərisində qalması üçün 2023-cü ilin mart ayında Şərur rayonunun Arbatan kəndindən köhnə, istifadəyə yararsız, qeydiyyatdan çıxarılmış Raf markalı sərnişin avtomobilini 1200 manata almış, avtomobilin mühərrikini, sürətlər qutusunu söküb satmış, avtomobilin gövdə hissəsini qoşqu ilə apararaq Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan ərazidə torpaq sahəsinə qoyaraq həmin avtomobildə gecələmişdir. 2023-cü ilin noyabr ayında bostan sovulduqdan sonra heyvanlarını kəndə qaytarmış, Raf markalı sərnişin avtomobilinin gövdəsi həmin ərazidə qalmışdır. Həmin vaxt onunla bərabər həmin ərazidə heyvan saxlayan Babək rayonunun Güznüt kənd sakini Vüsal adlı şəxs əgər mümkündürsə Raf markalı avtomobilin gövdəsini götürməməsini, çöldə qaldığı müddətdə istifadə etməsini xahiş etmiş, Vüsalın xahişini qəbul edərək ona “qalsın istifadə et, amma çöldən gedəndə deyərsən götürüb kəndə aparacağam” demişdir. Sonra qış mövsümü ilə əlaqədar kənddə iş olmadığından işləmək üçün Türkiyə Respublikasına getmiş, 2024-cü ilin mart ayı Türkiyə Respublikasından qayıtmış, Raf markalı avtomobilin gövdəsini həyətinə gətirmək üçün həmin əraziyə getmiş, avtomobilin gövdəsinin yerində olmadığını görmüş, bu barədə Vüsaldan soruşmuş, Vüsal ona 2023-cü ilin dekabr ayında həmin ərazidən getdiyini demişdir. Vüsala onun istədiyinə görə avtomobilin gövdəsini çöldə saxladığını, onun malını tapıb qaytarmasını demişdir. Sonra Babək Rayon Polis şöbəsinə müraciət etsə də, oradan ona həmin ərazinin Culfa rayonunun ərazisi olduğuna görə Culfa Rayon Polis Şöbəsinə müraciət etməsi bildirilmiş, başı qarışıq olduğuna görə həmin vaxtı Culfa Rayon Polis Şöbəsinə müraciət etməmiş, sonra da heyvanlarını Şahbuz rayonuna, Batabat adlanan əraziyə aparmışdır. 2024-cü ilin iyul ayının sonlarında Vüsal ona zəng vurmuş, Culfa Rayon Polis Şöbəsində avtomobilini oğurlayan şəxsləri tapdıqlarını və polisə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin vaxtı ona məxsus Raf markalı avtomobilin gövdəsini, Babək rayonunun Güznüt kənd sakinləri, tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayaraq satdıqlarını bilmiş, müraciət edib izahat verərək ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Bir müddət sonra isə X30 Rayon Polis Şöbəsində ona dəymiş maddi ziyanı ödəmişlər. Dəymiş ziyanı ödədikləri üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlayır, onlardan tələbi, şikayəti yoxdur. 19 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 Səfər oğlu ifadəsində bildirmişdir ki, Babək rayonunun Güznüt kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Nehrəm qəsəbə sakini X7 əvvəllər tanımamışdır, onlarla ədavət və düşmənçiliyi yoxdur. Hazırda işsiz olsa da 2004-cü ildən 2017-ci ilədək Naxçıvan MR maliyyə naziri vəzifəsində işləmiş, maliyyə naziri işlədiyi dövrdə Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan ərazidə 100 hektara yaxın torpaq sahəsini bələdiyyədən icarəyə götürmüş, orada taxıl əkini ilə məşğul olmuş, həmin əkin sahələrinin təxminən 20 hektarının suvarılması üçün su mənbəyi olmadığından, həmin əraziyə su çəkilməsi üçün öz şəxsi vəsaiti ilə təxminən 200- 250 metr 200-lük paslanmaz boru alaraq ərazidən keçən su kanalından həmin ərazinin suvarılması üçün su xətti çəkdirmişdir. 2017-ci ilin fevral ayında vəzifədən azad olunmuş, həmin torpaq sahələri də əlindən alınmış, boruları da götürməyinə imkan verməmişlər. Borular elə həmin ərazidə qalmış, qardaşı Namiq İsgəndərov borulara nəzarət etmişdir. X33 Şöbəsinə müraciət etməmişdən təxminən 10-15 gün əvvəl qardaşı Namiq həmin əraziyə gedib baxdıqda boruların 12 ədədinin yerində olmadığını görmüş, həmin vaxtı Namiq ona bu barədə desə də, başı qarışıq olduğuna görə 10-15 gün sonra gedib Culfa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, bundan bir neçə gün sonra isə Polis Şöbəsinə dəvət edilmiş, ona məxsus 12 ədəd paslanmaz dəmir boruları ərazidən Babək rayonunun Güznüt kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Nehrəm qəsəbə sakini X6 oğurlayaraq Naxçıvan şəhərində metal qəbulu yerinə satdıqları barədə məlumat verilmişdir. Sonra isə həmin şəxslər tərəfindən ona məxsus olan 12 ədəd, 5 metrlik, 200-lük ölçüdə paslanmaz dəmir borular ona geri qaytarılmışdır. Əmlakı özünə qaytarıldığına görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Babək rayonunun Güznüt kəndində yaşamaqla fərdi təsərrüfatla məşğul olur, öz heyvanları ilə yanaşı kəndlərinin və qonşu kənd olan Culfa rayonunun Bənəniyar kəndinin bir hissəsinin heyvanlarını otararaq çobançılıq edir. Havanın soyuq olduğu ayları çıxmaqla öz heyvanları ilə yanaşı kənd sakinlərinin də heyvanlarını çöldə, yəni Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan yerdə heyvan yatağında saxlayır. 2023-cü ildə Babək rayonunun Nehrəm qəsəbə sakini Həsən adlı şəxs də Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan ərazidə torpaq sahəsini icarəyə götürərək orada həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olmuş, buna görə gecələri içərisində qalması üçün istifadəyə yararsız olan Raf markalı sərnişin avtomobilinin gövdəsini gətirmiş, heyvan yatağının olduğu yerə qoymuşdur. 2023-cü ilin noyabr ayında Həsənin bostanı sovulduqdan sonra o, heyvanlarını da götürüb öz kəndlərinə qayıtmış, Raf markalı sərnişin avtomobilinin gövdəsi həmin ərazidə qalmışdır. Həsən Raf markalı avtomobilin gövdəsini aparmaq istədikdə, özünün çöldə qaldığı müddətdə onun içərisində gecələməsi üçün, mümkündürsə Raf markalı avtomobilin gövdəsinin orada qalmasını Həsəndən xahiş etmiş, Həsən də ona “qalsın istifadə et, lakin qışda kəndə qayıdanda deyərsən gəlib apararam” demişdir. 2023-cü ilin dekabr ayında həmin ərazidən kəndə qayıdan zaman Həsənlə əlaqə saxlaya bilməmiş, Həsənin işləmək üçün Türkiyə Respublikasına getdiyini öyrənmiş, elə buna görə də Həsənə məxsus olan Raf markalı avtomobilin gövdəsi həmin ərazidə qalmışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs1 ondan Culfa rayonunun Bənəniyar kəndinin ərazisi olan Xəçəparaq adlanan yerdə olan heyvan yatağının yanındakı Raf markalı avtomobilin gövdəsinin kimə məxsus olduğunu soruşmuş, həmin avtomobilin gövdəsini aparıb metal kimi satmaq istədiyini bildirmiş, Anara həmin Raf markalı avtomobilin gövdəsinin Nehrəm qəsəbə sakini Həsən adlı şəxsə məxsus olduğunu, Həsənin həmin ərazidə bostan əkib, heyvan saxladığını, Raf markalı avtomobilin gövdəsini də oraya çöldə qaldığı müddətdə içərisində gecələsin deyə qoyduğunu, Həsənin Türkiyə Respublikasında olduğunu, ondan xəbərsiz Rafın gövdəsini götürməməsini, Rafın Həsənin özünə lazım olduğunu və əgər Həsən gəlib Rafı kimin götürdüyünü soruşarsa onun götürdüyünü deyəcəyini bildirmiş, Anar isə ona, əgər Həsən gəlib Rafla maraqlansa onunla özü məsələni həll edib bir qonaqlıqla başını qatacağını demişdir. Anara Rafı oradan götürməsini deməmişdir. 2024cü ilin yanvar ayının axırlarında fermada olan zaman çoban yoldaşı Ələddin ona, “çölə getmişdim, Həsənin Rafı yerində yox idi, deyəsən Həsən gəlib Rafı aparıb” demiş, Ələddinə “Həsən Türkiyə Respublikasındadır, yəqin Rafı başqası aparıb” -deyə cavab vermiş, sonra özü heyvan yatağının yanına gedib baxmış, həqiqətən də Rafın gövdəsinin yerində olmadığını görmüş, Rafı Anarın apardığını bildiyinə görə, Anara zəng vurmuş, ondan Rafı onun götürüb-götürmədiyini soruşmuş, Anar ona gülərək “əşi indiyə Raf qalar, aparıb satmışam” deyə cavab vermiş, Anara Həsənə deyəcəyini bildirmişdir. 2024-cü ilin mart ayında Culfa rayonunun Bənəniyar kəndi ərazisi olan Xəçəparaq adlanan ərazidə heyvan otararkən orada olan keçmiş maliyyə naziri Xalid müəllimə məxsus dəmir boruların azaldığını görmüş, uzun illərdir ki, həmin ərazidə heyvan otardığına görə orada təxminən 50 ədəd dəmir borunun olduğunu bilmişdir. Həmin vaxtı isə boruların təxminən 10-15 ədədi yerində olmamışdır. Həmin ərazidə heyvan otardığına görə sonradan ondan şübhələnməsinlər deyə bu barədə kəndlərinin bələdiyyə sədri Hüseyn müəllimə zəng vuraraq məlumat vermiş, Hüseyn müəllim isə ona həmin ərazinin Culfa rayonunun ərazisi olduğunu, aidiyyəti üzrə məlumat verəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının axırlarında Həsən ona zəng vurmuş, Türkiyə Respublikasından qayıtdığını və Rafın gövdəsini götürmək üçün gedəndə rafın yerində olmadığını gördüyünü bildirmiş, ondan rafdan xəbərinin olub-olmadığını soruşmuş, Rafı Anar və Talehin götürdüklərini bilsə də bu barədə Həsənə deməmiş, əgər Anarın və Talehin ailəsi bunu Həsənə onun dediyini öyrənərsə kənddə üstlərinə gəlib biyabırçılıq edəcəklərini fikirləşmiş, Həsən də ona, əgər Raf tapılmasa pulunu ondan alacağını bildirmiş, çünki, Rafın çöldə qalmasını Həsəndən özü istəmişdir. Həsən bu barədə Babək Rayon Polis Şöbəsinə müraciət etmiş, orada isə Həsənə həmin ərazinin Culfa rayonu ərazisi olduğu bildirilsə də, Həsən dağa getdiyinə görə Culfa Rayon Polis Şöbəsinə müraciət etməmiş, 2024-cü ilin iyul ayının sonlarında Culfa Rayon Polis Şöbəsindən ona Həsənə məxsus Raf markalı avtomobilin gövdəsini oğurlayan şəxslərin tapıldığı, lakin Həsənlə əlaqə saxlaya bilmədikləri bildirilmişdir. Həsəni tapıb Culfa Rayon Polis Şöbəsinə göndərməsi deyilmiş, Həsənin olduğu yeri bildiyinə görə onunla əlaqə saxlamış, bu barədə ona məlumat vermiş, Həsən də Culfa Rayon Polis Şöbəsinə getdikdən sonra ona məxsus Raf markalı avtomobilin gövdəsini Babək rayonunun Güznüt kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb doğrayaraq satdıqlarını öyrənmiş, Xalid müəllimə məxsus olan dəmir boruları da Anar, Taleh və onlarla birlikdə Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs3 oğurladıqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayından Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən və X2 məxsus olan metal qəbulu obyektində nəzarətçi və fəhlə kimi işləyir, bütün sənədləri qaydasında olmaqla vergi ödəyicisidir. Həftənin bütün günləri saat 08:00-dan saat 21:00-dək həmin obyektdə olaraq metal və ya əlvan metal gətirən olarsa onları qəbul edir. Babək rayonu Güznüt kənd sakinləri Anar və Taleh adlı şəxsləri ona metal əşyalar gətirib satdıqlarına görə tanıyır, ayrıca da özünə məxsus Qazel markalı yük avtomobilini onlara aylıq icarəyə vermişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində səhər saatlarında Anar və Taleh birlikdə hissələrə ayrılmış köhnə Raf markalı avtomobilin gövdə hissəsini metal kimi satmaq üçün ona gətirmişlər. Onlardan Raf markalı avtomobilin gövdəsini haradan əldə etdikləri barədə maraqlanmadan, kimdənsə alaraq hissələrə bölüb gətirdiklərini düşünərək onu metallum kimi qəbul etmiş, həmin hissələrə ayrılmış köhnə sərnişin Rafı təqribən 700 kiloqram olmuş, 100 kiloqramını Rafın içərisinin metal olmayan atxoduna çıxmış, qalan 600 kiloqramı da nazik dəmir olduğundan onun 1 kq-nı 25 qəpikdən qəbul edə biləcəyini bildirmiş, onlara ümumilikdə 150 manat pul ödəmişdir. Təqribən 2 həftə keçdikdən sonra gecə saat 01:00 radələrində Naxçıvan şəhərindəki fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs1 ona zəng vurmuş, satmaq üçün dəmir borular gətirdiklərini bildirmiş, metal qəbul etdiyi yerə gələrək həmin borulara baxıb qəbul etməyini ondan xahiş etmiş, həmin yerlə evi yaxın olduğundan çıxaraq həmin yerə getmiş, orada Anarın Taleh və Məhəmməd adlı şəxslərlə birlikdə, idarə etdiyi Qazel markalı yük avtomobili ilə satmaq üçün 6 ədəd 200-lük dəmir açinkovu boru gətirdiyini görmüşdür. Anar boruları ona göstərmiş, ondan boruları neçəyə ala biləcəyini soruşmuş, Anargil boruları gecə gətirdiklərinə görə boruların oğurluq olub-olmamasını soruşmuş, Anar da ona həmin boruların oğurluq olmadığını, boruları köhnə maliyyə naziri Xalid müəllimdən aldıqlarını bildirmiş, onlara inanaraq həmin metal boruların 1 ədədini 80 manatdan ala biləcəyini bildirmiş, üzərində pul olmadığına görə ödənişini səhər edə biləcəyini demiş, onlar da razılaşıb dəmir boruları metal qəbulu yerinə endirmiş və getmişlər. Səhərisi günü Anarla Taleh gələrək ondan gətirdikləri 6 ədəd metal boru üçün 480 manat pul almışlar. Bundan 1-2 gün sonra yenə gecə eyni vaxtda Anar ona zəng vuraraq yenə satmaq üçün dəmir borular gətirdiklərini və metal qəbul etdiyi yerə gələrək həmin borulara baxıb qəbul etməsini xahiş etmiş, yenə gecə evdən çıxıb metal qəbul etdiyi yerə gəlmiş, Anarın idarə etdiyi Qazel markalı avtomobillə yenə 6 ədəd 200-lük 5 metrlik açinkovu paslanmaz boru gətirdiyini görmüş, təkrarən ondan boruları haradan əldə etməsini soruşmuş, Anar yenə ona boruları köhnə maliyyə nazirinin özünün onlara verdiyini, özünün bundan xəbərinin olduğunu və boruların oğurluq olmadığını bildirmiş, ona inanaraq boruları metal qəbul etdiyi yerə endirməsini bildirmiş, borular həmin yerə endirildikdən sonra 2 ədədinin əzik olduğunu görərək onlara 60 manatdan, digərlərinə isə 80 manatdan olmaqla Anara ümumilikdə 440 manat pul ödəyəcəyini, lakin, Anarın ondan icarəyə götürdüyü Qazel markalı yük avtomobilinin iki aylıq icarə haqqısı olan 450 manat pulu ödəmədiyindən ona verəcəyi 440 manat puldan 200 manatını icarə haqqına çıxacağını bildirmişdir. Yerdə qalan 240 manat pulu Anara vermiş, Anar ondan pulunu aldıqdan sonra oradan uzaqlaşmışlar. Həmin vaxtdan sonra təxminən 2024-cü ilin iyul ayında polis əməkdaşları ona aldığı 12 ədəd dəmir borunun və Rusiya istehsalı olan Raf markalı köhnə sərnişin avtomobilinin gövdəsinin oğurluq olduğunu bildirmişlər. Onları izahat vermək üçün Culfa Rayon Polis Şöbəsinə dəvət edən zaman Anar və Talehin həmin əşyaları oğurlayaraq onlara satdığını öyrənmiş, bu barədə əvvəlcədən xəbərləri olmamış, sonra da Anarla Taleh gəlib həmin 12 ədəd dəmir boruları alaraq sahibinə qaytarmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyul 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Culfa rayonu Bənəniyar kəndinin ərazisində baş vermişdir. 04 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X1 alınmış tələbnamələrdə görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdırlar. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyesteri PHŞ Culfa rayon Şöbəsindən daxil olmuş cavab məktubunda Xəçəparaq adlanan ərazinin Culfa rayonu Bənəniyar kəndi ərazisinə daxil olduğu göstərilmişdir. Babək rayon Güznüt kənd İƏD üzrə nümayəndəliyi və Babək rayon Nehrəm qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişdir. 09 sentyabr 2024-cü il tarixli, 0/215 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Babək rayon Güznüt kəndində yaşayır və arvadı X10, övladları X17 və X11 ibarət ailə üzvləri vardır. 09 sentyabr 2024-cü il tarixli 0/214 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Babək rayon Güznüt kəndində yaşayır və arvadı X3, övladları X12 və X13 ibarət ailə üzləri vardır. 05 sentyabr 2024-cü il tarixli, 1521 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Babək rayon Nehrəm qəsəbəsində yaşayır və arvadı X18, övladları X8 və X5 ibarət ailə üzvləri vardır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 841 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1500 (bir min beş yüz) manat müəyyən edilir. O cümlədən, -üzərində heçbir hissə və müxanizmləri olmayan, yalnız gövdəsi və diskilərindən ibarət olan ümümi çəkisi 700 kq olmuş, köhnə istifadə olunmuş Qazel markalı sərnişin avtomobili 300 manat; 12 ədəd hər biri 5 metr uzunluğunda, diametri 20 sm, qalınlığı 2 mm olan istifadə olunmuş açinkovu paslanmaz metal boru-1200 manat (5 metr x 20,00 manat x 12 ədəd) Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda qeyd olunan əməlləri törətməsi onların etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə ibtidadi istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.2-ci maddələri və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 300 manat dəyərindəki istifadəyə yararsız, üzərində hər hansı bir hissə və detalı olmayan “RAF” markalı sərnişin avtomobilinin gövdə hissəsini gizli olaraq talamış, Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2 və onun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədədini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla təkrar oğurluq etmiş, bununlа dа Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərinə görə cəzalanmalıdır. Təqsirləndirilən şəxs2 2024-cü ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Culfa rayonu Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 300 manat dəyərindəki istifadəyə yararsız, üzərində hər hansı bir hissə və detalı olmayan “RAF” markalı sərnişin avtomobilinin gövdə hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmaqla oğurluq etmiş, bundan başqa o, 2024-cü ilin yanvar ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədədini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla təkrar oğurluq etmiş, bununlа dа Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərin törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Təqsirləndirilən şəxs3 2024-cü ilin yanvar ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Culfa rayonunun Bənəniyar kəndində, Xəçəparaq adlanan əkin sahələrinin olduğu ərazidə olan 5 metr uzunluğunda, 20 sm diametrli, 2 mm qalınlığında istifadə olunmuş, sinklənmiş paslanmaz metal borulardan vahid niyyətlə əhatə olunmuş qəstlə 1 gün ara ilə hər dəfəsində 6 ədəd olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədədini gizli olaraq talamış, Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla oğurluq etmiş, bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilikdə, təkrar törədildikə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Babək rayonunun Güznüt kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Babək rayonunun Güznüt kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə müdafiəçilərə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadıqları yer üzrə İcra və Probasiya bölməsində qeydə alındıqları vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadıqları yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerlərini- Babək rayonunun Güznüt kəndində yerləşən ünvanlarını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerlərini- Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi3 Təqsirləndirilən şəxs1, Müdafiəçi1 Cəfər oğlunun Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 Təqsirləndirilən şəxs3 göstərdikləri hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar