Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-20/2025 13.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Culfa rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müvəqqəti işsiz, məhkumluğu olmayan, Naxçıvan şəhəri, Nizami ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək 2025-ci ilin yanvar ayında, xx.xx.1985-ci il tarixdə Culfa rayon Teyvaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda durmaqla ünvan 3an Zərərçəkmiş şəxs işə düzəltmək vədi ilə aldadaraq ondan 5000 manat pul vəsaiti tələb edərək almış, lakin vədinə əməl etməyərək onu heç bir işlə təmin etməyib Zərərçəkmiş şəxs aldığı 5000 manat pul vəsaitin geri qaytarmamış, nəticədə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə ümumilikdə 5000 manat maddi ziyan vurmuşdur. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində baş meteoroloq vəzifəsində işləyərkən 2024-cü ilin yanvar ayının əvvəllərində həmin nazirliyin Şahbuz Hidrometeorologiya şöbəsinin Biçənək məntəqəsində hidroloq vəzifəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində mövsümi fəhlə vəzifəsinə keçirilən Şahbuz rayon sakini X9 ilə söhbət zamanı onun əvvəlki vəzifəsinə qaytarılmaq arzusunda olduğunu öyrənmiş, həmin şəxsin işini dəyişmək və Bulud İmaməliyevdən başqa onun xalası oğlu Aydın Məmmədovdan da onu işə düzəltmək adı ilə ikisindən birlikdə müxtəlif vaxtlarda ümumilikdə 2150 manat pul vəsaiti almışdır. Bulud İmaməliyevin özünün iş yerini dəyişdirmək və həmçinin Aydın Məmmədovu işə düzəltmək üçün aldığı pulları onların iş məsələlərini həll etmək üçün heç kimə verməmiş, onların işi barəsində heç kimlə danışmamışdır. Bulud İmaməliyevdən və Aydın Məmmədovdan aldığı pulları şəxsi ehtiyacları üçün xərclədiyindən, həmin pulları geri qaytara bilməmiş, buna görə barəsində AR CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq müddətində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəmiş, dövlət büdcəsinə ödəniş edərək, zərərçəkmiş şəxslərlə barışmış, buna görə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. O, Naxçıvan Muxtar Respublikası X4 Birliyinin işçisi kimi Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. 2025-ci ilin yanvar ayının sonlarında Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində xadiməçi kimi işləyən Şahid1 ona yaxınlaşmış, bacısı qızı, Culfa şəhər sakini Zərərçəkmiş şəxs tibb kursu keçdiyini, işləmək istədiyini, işlə təmin olunmasında köməklik edib-edə bilməyəcəyini soruşmuş, o həmin vaxt ona TMİB-in işçisi olduğundan bu barədə ona köməklik edə biləcəyini demiş, Gövərçin xanımla bu barədə söhbət edən zaman müvafiq sənədləri toplamağını, 5000 manat da pul vəsaiti lazım olacağını bildirmişdir. Bundan sonra Gövərçin xanım bacısı qızı Zərərçəkmiş şəxs onun əlaqə nömrəsini verəcəyini və onunla bacısı qızının özünün əlaqə saxlayacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış, o, Zərərçəkmiş şəxs müvafiq sənədləri toplamağını və həmçinin 5000 manat pul gətirməsini bildirmiş, Zərərçəkmiş şəxs onunla razılaşmış və ardınca sənədlərini hazırlamış, Uşaq Xəstəxanasında xalası Şahid1 ilə birlikdə gətirib ona vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona vhatsappda yazaraq kart nömrəsi istəmiş, o da şəxsi istifadəsində olan 4127-2093-0902-4195 nömrəli beynalxalq banka məxsus olan kartının şəklini ona atmış, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə isə 3500 manat məbləğində pulu onun kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs sənədlərini hazırlamış, Naxçıvan Muxtar Respublikası X4 Birliyinə təqdim etmiş, bundan sonra təxminən 18 aprel 2025-ci il tarixdə TMİB-də işə götürmə ilə bağlı olan müsabiqə olmuş və həmin müsabiqədən Zərərçəkmiş şəxs keçmiş, lakin ikinci mərhələ olana kimi TMİB ləğv olunmuş, bu səbəbdən Zərərçəkmiş şəxs işə qəbul məsələsi gecikmiş, Zərərçəkmiş şəxs da buna görə iş istəmədiyini, pulunu geri qaytarmağını tələb etmişdir. O da həmin pulu öz şəxsi istifadəsi üçün xərclədiyindən həmin pulu qaytarmaq üçün Zərərçəkmiş şəxs vaxt istəmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış, sonra bir neçə dəfə yenə pulunu istəmiş, o da həmin vaxt Bakı şəhərində olduğundan qayıdanda tam şəkildə pulunu geri ödəyəcəyini ona bildirmiş, Zərərçəkmiş şəxs da bu barədə polisə müraciət etmiş, bundan sonra da Culfa rayon Polis Şöbəsindən zəng etmişlər, onu izahat üçün şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, bundan əvvəlki vaxtlarda Zərərçəkmiş şəxs və ya başqa kimlərdənsə işlə təmin etmək və ya başqa səbəblərdən pul vəsaiti almamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğdə pul vəsaiti almış, 5000 manat pul vəsaitini Zərərçəkmiş şəxs onu işlə təmin etmək qarşılığında, şəxsi ehtiyacları üçün almış və Zərərçəkmiş şəxs işlə təmin etmək üçün aldığı 5000 manat pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Zülfiyyə İbrahimovdan işlə təmin etmək üçün aldığı pul vəsaitini onu işlə təmin etmək üçün heç kimə vermək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs sənədlərini özü yığıb TMİB-ə vermiş, səhiyyə sistemində işlədiyi üçün, həmin prosesləri bildiyi üçün köməklik etmişdir. Həmin pul vəsaitini də özü xərclərini qarşılamaq üçün almış, iş alınmadığı üçün həmin sənədləri TMİB-dən geri almışdır. Hazırda sənədləri özündə saxlayır. Həmçinin həmin pul vəsaitini ondan kimsə tələb etməmişdir. Zərərçəkmiş şəxs pul vəsaiti almağını xalası Şahid1 başqa kimsə bilməmişdir. Onun Zərərçəkmiş şəxs işlə təmin etmək üçün müvafiq səlahiyyətləri olmamış, sadəcə TMİB-də bir neçə şəxslə münasibəti olduğundan onu işlə təmin edə biləcəyini zənn etmiş və buna görə də ondan həmin 5000 manat pul vəsaitini almışdır. Zərərçəkmiş şəxs həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmək üçün almışdır. Həmin pul vəsaitini Zərərçəkmiş şəxs işlə təmin etsə də, yenə də özü üçün xərcləmək niyyəti olmuşdur. Zərərçəkmiş şəxs işlə təmin etmək üçün onu öz qohumu kimi göstərmişdir. Onun Zərərçəkmiş şəxs işlə təmin etmək səlahiyyəti olmasa da, onu işlə təmin etməyə çalışmış, lakin işlə təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs işlə təmin edəcəyini düşündüyü üçün 5000 manat pul vəsaiti tələb edib almışdır. Qeyd olunan əməli törətməkdə ona köməklik edən kimlərsə olmamış, Zərərçəkmiş şəxs aldığı 5000 manat pul vəsaitini kiməsə haqq verməmişdir. O, Culfa şəhər sakini olan Zərərçəkmiş şəxs və onun Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində xadiməçi işləyən xalası X1 zamanı Naxçıvan Muxtar Respublikası X4 Birliyinə yüksək vəzifəyə təyin olunacağı barədə məlumat vermiş, lakin Naxçıvan MR TMİB-ə direktor təyin olunacağı barədə söhbət etməyini xatırlamır, amma Şahid1 Culfa, Ordubad regional tibb mərkəzinə direktor təyin olunacağını demişdir. Zülfiyə İbrahimovanı işlə təmin etmək üçün onun sənədlərini aldıqdan sonra iş məsələsi alınmadığı üçün Zərərçəkmiş şəxs onu tələsdirməyə başlamış, o pul vəsaitini qaytarmağa və Zərərçəkmiş şəxs həmin müddətdə ondan şikayət etməməsi üçün vaxt qazanmaqdan ötrü yalandan ona və xalası Şahid1 Naxçıvan Muxtar Respublikası Tibb X2 yüksək vəzifəyə və ya ola bilsin ki, direktor təyin olunacağını demişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində Naxçıvan şəhərində yaşayan xalası Şahid1gilə getmiş, xalası ilə söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmadığını, uyğun iş olsa işləmək istədiyini bildirmişdir. O, Tibb Kollecində tibb bacısı üzrə bir il kurs keçmiş, xalası Şahid1 da Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində xadiməçi işlədiyindən, orada ona uyğun iş olsa xəbər etməyini, Culfa rayonunda TƏBİB-də ilkin imtahanı keçdiyini bildirmişdir. Bundan bir müddət sonra xalası Şahid1 ona zəng etmiş, işlədiyi xəstəxanada Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, həmin xəstəxanada işlədiyini və Naxçıvan Muxtar Respublikası X4 Birliyinə direktor veriləcəyini, onunla danışdığını və ona Culfa rayon xəstəxanasında tibb bacısı kimi işə düzəldəcəyini, buna görə müvafiq sənədləri və 5000 manat da pul vəsaiti verməyini dediyini bildirmişdir. Özü həmin vaxt Bakı şəhərində olmuş, bundan sonra o, Təqsirləndirilən şəxsla həmin vaxt tanış olmuş, onunla özü artıq birbaşa mobil telefon ilə əlaqə yaratmağa başlamış, Təqsirləndirilən şəxs onu işlə təmin edəcəyini, buna görə müvafiq sənədləri toplayıb, 5000 manat pul vəsaiti ilə birlikdə ona təqdim etməyini bildirmişdir. O bundan sonra müvafiq sənədləri yığmış, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsinə getmiş, orada Təqsirləndirilən şəxs özünə vermiş, 24 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 4127-2093-0902-4195 nömrə kartına, Bakı şəhərində olan zaman 1500 manat Milliöndən göndərmiş, 28 yanvar 2025-ci il tarixdə isə 3500 manat pul vəsaitini Culfa şəhərində olan zaman mobil telefondan birbank proqramı ilə göndərmiş, bundan bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onu heç bir işlə təmin etməmişdir. Təqsirləndirilən şəxsla bu barədə maraqlanan zaman hər dəfə müxtəlif bəhanələr və yalanlar deyərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs pulunu geri ödəməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamış, bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq 5000 manat pul vəsaitini ələ keçirdiyini müəyyən etmiş və bu barədə DİN-in 102 ximətinə zəng edib, məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs bundan əvvəlki vaxtlarda ondan bu üsulla pul vəsaiti alıb, geri qaytarmadığı bir hal olmamış, Təqsirləndirilən şəxs adlı şəxsin ondan başqa kimlərisə işlə təmin edəcəyi adı ilə aldadaraq, pul vəsaitini ələ keçirdiyi halların olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 5000 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində işlədiyini, ***-***-**-**, ***-***-**-** mobil nömrələrini işlətdiyini bilmiş, yaşadığı ünvanı və ya başqa şəxsi məlumatlarını bilməmişdir. O bundan əvvəlki vaxtlarda başqa şəxslərə işlə təmin olunmağı üçün pul vəsaiti ödəməmiş, Təqsirləndirilən şəxs ondan 5000 manat pul vəsaitini alan zaman həmin pul vəsaitini kiməsə ödəyəcəyini və kiminsə vasitəsilə onu işlə təmin edəcəyi barədə nəsə deməmişdir. X17 Respublikası X4 Birliyinə direktor təyin olunacağını və işlə təmin olunma əmrini özünün verəcəyini bildirmişdir. Bir neçə dəfə onu Culfa rayon Mərkəzi Xəstəxanasına göndərərək işlə təmin olunduğunu bildirmiş, o da bu barədə gedib maraqlanan zaman xəstəxanada boş yer olmadığını və onun işə qəbul olunmağı ilə bağlı heç bir əmr verilmədiyini demişlər. O bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və pulunu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs onu işlə təmin etmək səlahiyyətlərinin olması barədə ona məlumat vermişdir. O, Təqsirləndirilən şəxs pul vəsaitini geri qaytarmasını tələb edən zaman onu bir gün sonra işlə təmin olunmaq vədi ilə aldatmış, sonra bir neçə dəfə pulu qaytaracağını demiş, Naxçıvan şəhərinə çağırmış, lakin yenə onu aldatmış, müxtəlif bəhanələr gətirmiş, pulu geri ödəməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs bağışlamır, barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bacısının qızı Zərərçəkmiş şəxs maddi vəziyyətləri yaxşı olmadığı üçün bir neçə vaxt iş axtarmış, buna görə bir neçə yerə müraciət etmiş və məşğulluqda da işsiz kimi qeydiyyata alınmış, lakin o hansısa bir işlə təmin olunmamışdır. Təxminən 2025-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs əri Şahid3 hərbidə xidmət etdiyi üçün işlə əlaqədar olaraq Türkiyə Respublikasına 1 aylıq təlimə getmiş, bu zaman Zərərçəkmiş şəxs tək qalmamaq üçün Bakı şəhərində yaşayan valideynlərinin yanına getmişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində olarkən onunla mobil telefon vasitəsilə əlaqə yaradan zaman Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12 publik hüquqi şəxsində xadiməçi işləyən bacısı Şahid1 vasitəsilə həmin müəssisədə işləyən və tezliklə Naxçıvan Muxtar Respublikası Tibb X2 vəzifəyə gedəcək Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, həmin şəxsin onu işlə təmin edəcəyini bildirdiyini, buna görə ilkin olaraq 1500 manat Bakı şəhərindən Təqsirləndirilən şəxs pul vəsaiti göndərdiyini, Naxçıvana qayıdıb sənədlərini yığıb Təqsirləndirilən şəxs təqdim etməli olduğunu və əlavə olaraq 3500 manat da verəcəyini, bundan sonra həmin Təqsirləndirilən şəxs adlı şəxsin onu işlə təmin edəcəyini bildirmişdir. Bundan sonra bacısı qızı Zərərçəkmiş şəxs Bakı şəhərindən gəlmiş və həmin müddət ərzində əri təlimdən geri dönənə kimi onlarla birlikdə yaşamış, təxminən 2025-ci ilin yanvar ayının sonlarında müvafiq sənədləri toplayıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Ardınca isə 3500 manat pul vəsaitini onların evində olan zaman mobil telefonda birbank proqramı ilə Təqsirləndirilən şəxs göndərmiş, sonra bir müddət keçmiş və Təqsirləndirilən şəxs bacısının qızı Zərərçəkmiş şəxs işlə təmin etmək adı ilə aldadaraq Culfa rayon Mərkəzi Xəstəxanasına göndərmiş, lakin orada Zərərçəkmiş şəxs heç bir işlə təmin edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, işlə təmin edəcəyini deyib onu aldatmışdır. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bacısının qızı Zərərçəkmiş şəxs işlə təmin edəcəyi adı ilə aldadaraq ümumilikdə 5000 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs işlə təmin edilmədiyi üçün Təqsirləndirilən şəxs verdiyi 5000 manat pul vəsaitini geri qaytarmasını tələb etməyə başlamış, Təqsirləndirilən şəxs da müxtəlif bəhanələr gətirərək onun pulun geri qaytarmamış, bundan sonra Zərərçəkmiş şəxs bu barədə polisə müraciət etmişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs bundan əvvəlki vaxtlarda bacısının qızı Zərərçəkmiş şəxs işlə təmin etmək adı ilə aldatmamış, onlar ilk dəfə elə bir şəxsi tanımışlar. Təqsirləndirilən şəxs başqa şəxsləri işlə təmin etmək və ya başqa adla aldadaraq pul vəsaiti ələ keçirməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs 5000 manat məbləğdə maddi ziyan vurmuşdur. Bacısının qızı Zərərçəkmiş şəxs 5000 manat pul vəsaitini 1500 manat bir, 3500 manatda bir olmaqla 2025-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs göndərmişdir. Zərərçəkmiş şəxs 1500 manatı Bakı şəhərində olan zaman göndərdiyindən necə göndərməsi barədə dəqiq məlumatı yoxdur, lakin, 3500 manat pul vəsaitini təxminən 28 yanvar 2025-ci il tarixdə Culfa şəhərində onlarla birlikdə olan zaman Təqsirləndirilən şəxs təkidi və tələsdirməsi ilə mobil telefonda olan birbank proqramı vasitəsilə Təqsirləndirilən şəxs kartına göndərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oxşar ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir.. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR DİN-nin Culfa RPŞ-nin UQSİQ-na göndərilmiş 14 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə CPM-in 40.3-CM-in 73-1.2 maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində AR CM-in 178.2.3-cü maddəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verildiyindən və bu barədə məhkəmənin ittiham hökmü çıxarılmadığından Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş hesab olunmur. 07 avqust 2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Y.Budaqov adına Naxçıvan MR X8 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, xx xxxxxxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Y.Budaqov adına Naxçıvan MR X8 tərəfindən təqdim edilmiş 03 iyul 2025-ci il tarixli, 317 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyi yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 17 iyun 2025-ci il tarixli təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 523915******2902 nömrəli kartı üzrə çıxarışda müştəri Zərərçəkmiş şəxs olduğu, çıxarışın hazırlanma tarixi xx.xx.2025-ci il saat 11:34-da olduğu, çıxarış dövrü xx.xx.2025xx.xx.2025-ci il tarixləri aralığında olduğu, kartın nömrəsi 523915******2902 nömrəli MC Birbank Cashback növü olduğu, kartdan xx.xx.2025-ci il tarixdə 3500 manat məbləğində pul vəsaitinin məxaric olunduğu və ümumilikdə kartda 3740 manat məbləğində pul vəsaiti olduğu, 3500 manat pul vəsaiti məxaric olunduqdan sonra 240 manat qaldığı ödəniş kartı üzrə çıxarışda vizual müşahidə olunmuşdur. Baxış zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə istifadəsində olan 523915******2902 nömrəli MC Birbank Cashback kartından birbank vasitəsilə 3500 manat pul vəsaitini Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində olan 4127-2093-0902-4195 nömrəli kart hesabına göndərdiyini bildirmişdir. 23 iyun 2025-ci il tarixli təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 4127-2093-0902-4195 nömrəli tam kartı üzrə çıxarışda müştəri Təqsirləndirilən şəxs olduğu, çıxarışın hazırlanma tarixi xx.xx.2025-ci il tarix olduğu, çıxarış dövrü xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında olduğu, kartın nömrəsi 4127-2093-0902-4195 nömrəli tam kartı növü olduğu, karta xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 3500 manat məbləğində pul vəsaitinin mədaxil olunduğu, xx.xx.2025-ci il tarixdə mədaxil olan 1500 manat pul vəsaitinin tam şəkildə kart hesabına köçdüyü, xx.xx.2025-ci il tarixdə mədaxil olunan 3500 manat pul vəsaitinin kart hesabına 3497.50 manat məbləğində köçürüldüyü kartı üzrə çıxarışda vizual müşahidə olunmuşdur. Baxış zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs istifadəsində olan 4127- 2093-0902-4195 nömrəli tam karta Culfa şəhər sakini olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə 1500 manat və xx.xx.2025-ci il tarixdə isə 3500 manat pul vəsaiti köçürdüyünü, 1500 manatın tam şəkildə kart hesabına oturduğu, 3500 manatın isə 2.50 manatı məbləğin çox olması ilə bağlı xidmət haqqı kimi tutularaq 3497.50 manatın kart hesabına köçürüldüyünü bildirmişdir. 04 iyun 2025-ci il tarixli, 7395 və 7396 nömrəli arayışlardan görünür ki, Zeynalov X6 şəhəri, Nizami 44, mənzil 38 ünvanında qeydiyyatdadır və ailə üzvləri arvadı X11, qızı X10 və oğlu X7 ibarət tərkibdədir. Naxçıvan şəhər 3 saylı MİS-dən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X12” publik hüquqi şəxsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdən Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X12” publik hüquqi şəxsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə özünü intizamsız və məsuliyyətsiz işçi kimi aparmaqla yanaşı, rəhbərlik tərəfindən dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq yenə də işə davamiyyətsizliyi olmuşdur. Hazırda da bu davamiyyətsizlik və məsuliyyətsizlikləri davam etdirir. 20 dekabr 2024-cü il tarixli, 513 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Ə.Əliyev adına NMR X12 publik hüquqi şəxsin Dəstək xidmətləri bölməsinə 20 dekabr 2024-cü il tarixdən 3 ay sınaq müddəti ilə onunla müddətsiz əmək müqaviləsi bağlanılmaqla 1.0 oklad əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməllərindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 5000 manat məbləğində maddi ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyun 2025-ci il tarixdə “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Culfa rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs gələcəkdə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Culfa Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-20/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-20/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver