Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-22/2023 04.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X3, müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1990-cı il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikasının Mərənd şəhəri, Yamçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixində, saat 18 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda-0,398 qram təşkil edən 199 ədəd üzərində “Clonazepam 2” yazılmış psixotrop maddə klonazepam dərman preparatlarını şəffaf sellofan paketə bükməklə idarə etdiyi PP248LL/DD265O dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən alətlər panelinin üzərindəki plastik qapağın arxasında, elektrik naqillərinin yerləşdiyi boşluqda gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tam təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə qardaşı idarə etdiyi PP248LL/DD265O dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinə İran İslam Respublikasının Təbriz şəhərindən dəmir profil yükü yükləmiş, həmin gün yük maşınını İran İslam Respublikasının Mərənd şəhərində ona təhvil vermişdir. O, yükü Gürcüstan Respublikasına aparmalı idi. 19 iyun 2023-cü il tarixində Culfa şəhərinə gəlmiş, digər iki sürücü yoldaşı ilə birlikdə Azərbaycan Respublikasının Culfa gömrüyünə keçmiş, sənədləri hazır olduqdan sonra gömrük əməkdaşı ona yaxınlaşmış, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir şey olub-olmamasını soruşmuş, ishal üçün istifadə etdiyi dərmanlar və qəlyan tütünü olduğunu söyləmiş və başqa qadağan olunmuş nəsə olmadığını bildirmişdir. Bundan sonra video çəkiliş aparılmaqla idarə etdiyi yük nəqliyyat vasitəsində yoxlama keçirilmiş, yoxlama zamanı gömrük əməkdaşı kabində elektrik naqillərinin olduğu hissədən iki qutu üzərində “Clonazepam 2” yazısı olan dərman vasitələri aşkar etmişdir. Yük nəqliyyat vasitəsi və daşıdığı dəmir profil yükü yoxlanılmış, gömrük əməkdaşı onu otağa aparmış, üzərini yoxlamış, yoxlama zamanı üzərindən qanunsuz nəsə aşkar edilməmişdir. Daha sonra sənədlər hazırlanmış və sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinindən aşkar edilən təsiredici maddəsinin miqdarı 0,398 qram təşkil edən 199 ədəd psixotrop maddə klonazepam dərman preparatları özünə məxsusdur, 3-4 ay əvvəl Türkiyə Respublikasında olan zaman qəza etmiş, qəzada bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdır. Qəzadan sonra özünü çox pis hiss etmiş, yata bilməmiş, həkimə getmiş, baş verənləri bildirmiş, həkim ona klonazepam dərman preparatını yazmış, hərdən istifadə etməsini, sağalacağını və yuxusunun düzələcəyini bildirmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsində gizlətdiyi klonazepam dərman preparatlarını kiməsə satmaq üçün gətirməmiş, öz şəxsi istifadəsi üçün Mərənd şəhərində aptekdən almışdır. Uzun yola çıxdığından, səhərə qədər yata bilmədiyinə görə maşın sürə bilməməsi səbəbindən çox miqdarda almışdır. Klonazepam dərman preparatlarının gömrük nəzarətindən keçirməyin qadağan olduğunu bilmiş, həkim tərəfindən yazılmış resept üzərində olmadığından qorxmuş və gizlətmişdir. Məsuliyyətini dərk edir, törətdiyi əməllərdən çox peşmandır, bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, 19 iyun 2023-cü il tarixində iş qrafikinə uyğun olaraq Culfa gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olmuşdur. Saat təxminən 18-19 radələrində İran İslam Respublikasına məxsus PP248LL/DD265O qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmış, sürücü ilkin olaraq nəqliyyat vasitəsini VAİS-də qeydiyyata aldırmış, pasport nəzarətindən keçmişdir. Nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə söhbət etmiş, sürücüdən vətəndaşlığı, şəxsiyyəti və səfərinin məqsədi barədə, həmçinin sürücüdən üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində, nəqliyyat vasitəsində qanunla qadağan olumuş nəsə olmadığını bildirmişdir. Sürücü ilə söhbət etdikdən sonra onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağı qərara almış, yoxlama başlamazdan əvvəl həmin şəxsə hüquq və vəzifələrinin fars dilinə tərcümə edilmiş surəti təqdim etmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı videoçəkilişdən istifadə edəcəyini bildirmiş, şəxs hüquq və vəzifələri ilə tanış olduqdan sonra yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yerləşən alətlər panelində zavod üsulu olan plastik qapağın arxasında elektrik naqillərinin yerləşdiyi boşluqdan şəffaf sellofana bükülmüş 2 qutu ümumilikdə 199 ədəd üzərində “Clonazepam 2” yazısı olan dərman preparatı aşkar etmişdir. Yoxlama və götürmə barədə müvafiq protokollar tərtib etmiş, sürücü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun baş müfəttişi X4 məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi özünün səmini etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmişdir. Onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi PP248LL/DD265O qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yerləşən alətlər panelində zavod üsulu olan plastik qapağın arxasında elektrik naqillərinin yerləşdiyi boşluqdan şəffaf sellofana bükülmüş 2 qutu üzərində “Clonazepam 2” yazısı olan ümumilikdə 199 ədəd tərkibində psixotrop maddə olması ehtimal edilən həblər aşkar edilmişdir.. - Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 618 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş üzərində “Clonazepam 2” yazısı olan 02 ədəd qutuda, 10 ədəd konvalyutda ümumilikdə 199 ədəd ağ rəngli dərman həbləri (təsiredici maddəsinin miqdarı – 0,398 qram) klonazepam dərman preparatlarıdır. Klonazepam dərman preparatları “Azərbaycan Respublikasını ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (İİİ siyahı sıra №30) daxildir. Qeyd: Klonazepam həblərinin sayı - 199 ədəd, tədqiqata sərf edildi - 03 ədəd, qalıq 196 ədəd. - İş üzrə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş tərkibindəki təsiredici maddəsinin miqdarı 0,398 qram olan cəmi 199 ədəd psixotrop maddə klonazepam dərman preparatları cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 196 ədəd psixotrop maddə klonazepam dərman preparatları məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 175 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-dən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 07 iyul 2023-cü il tarixli, 175 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixində saat 18 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən “Culfa” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda - 0,398 qram təşkil edən 199 ədəd üzərində “Clonazepam 2” yazılmış psixotrop maddə klonazepam dərman preparatlarını şəffaf sellofan paketə bükməklə idarə etdiyi PP248LL/DD265O dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən alətlər panelinin üzərindəki plastik qapağın arxasında elektrik naqillərinin yerləşdiyi boşluqda gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində məhkəmələrə izah edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-in 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə siyahısına görə psixotrop maddə olan Klonazepamın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,1 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 52-1-ci maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərindən çox peşman olmasını, törətdiyi cinayət əməllərini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, psixotrop maddəni həkim resoti ilə müalicəsi üçün əldə etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən İran İslam Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 ay 16 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 07 iyul 2023-cü il 175 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilib-edilməməsi məsələsini müzakirə edir və belə nəticəyə gəlir ki, təyin edilən cəzanın növü nəzərə alınmalı, ona Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan, tərkibindəki təsiredici maddəsinin miqdarı 0,398 qram olan cəmi 196 ədəd psixotrop maddə klonazepam dərman preparatları məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Samsung Galaxy A73” markalı mobil telefon və Culfa Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus N******** nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə müdafiçiyə haqq şəxsi vəsait hesabına ödənilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunacaq əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3000 manat, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1500 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 19 iyun 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınsın, təyin olunmuş 4000 manat cərimə cəzası yüngülləşdirilərək onun üzərində 3500 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut, Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan tərkibindəki təsiredici maddəsinin miqdarı 0,398 qram olan cəmi 196 ədəd psixotrop maddə klonazepam dərman preparatları məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Samsung Galaxy A73” (İMEİ1 **********57767/1, İMEİ2 **********57769/1) markalı mobil telefon, Culfa Rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus N******** nömrəli pasport özünə qaytarılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə olunacaq əmlak, məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №1(089)-22/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-22/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver