Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-25/2023 28.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, böyük ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçinin iştirakı ilə, Təqsirləndirilən şəxs-xx xxxx 1970-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, İİ qrup əlil, orta təhsilli, müvəqqəti işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CMin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn, Bakı- Naxçıvan marşrutu ilə hərəkət edən 99MA808 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtobusda sərnişin qismində gələrkən İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddənin miqdarı 4.65 qram təşkil edən 62 kapsul preqabalin, təsiredici maddənin miqdarı 5 qram təşkil edən 50 ədəd tramadol güclü təsir edən dərman preparatlarını polietilen torbaya qoymuş, qara rəngli bandla sarımış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda-1.477 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 ədəd kiçik həcmli selofan paketə qoymuş, narkotik vasitəni, güclü təsir edən dərman preparatlarını əynində olan alt tumanının içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və 22 iyul 2023-cü il tarixində həmin avtobusla Azərbaycan Respublikasına gələrək saat 9 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs üzərindən həmçinin 80 ədəd böyük ağ rəngli həb, 39 ədəd mavi rəngli həb, 10 ədəd ağ rəngli həb parçası aşkar edilmişdir. 80 ədəd böyük ağ rəngli həb, 39 ədəd mavi rəngli həb, 10 ədəd ağ rəngli həb parçalarının tərkibində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin izləri aşkar edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkir. 2016-cı ildə Bakı şəhərində əməliyyat olunmuşdur. 20 iyul 2023-cü il tarixdə onu əməliyyat edən Elçin həkimin qəbuluna düşmək, müayinə olunmaq üçün Naxçıvan-Bakı avtobusu ilə Bakı şəhərinə getmiş, Bakı şəhərində olduğu müddətdə xəstəliyi ilə bağlı taksidə narahat olmuş, həkimlə görüşə bilməmiş, arvadı Səkinə Hüseynovaya zəng etmiş, danışa bilmədiyi üçün taksi sürücüsü arvadı ilə danışaraq onun narahat olduğunu bildirmişdir. Arvadı taksi sürücüsündən ona Naxçıvan şəhərinə gələn avtobus üçün bilet alıb geri yola salmasını xahiş etmiş, taksi sürücüsü ona bilet almış, onu avtobusla Naxçıvana yola salmışdır. X5 Biləsuvar şəhərində olarkən aptekə girmiş, nitq qüsurlu olduğu üçün aptekdə onu heç kim anlamamış, Naxçıvan şəhərində Vidadi həkimin yazdığı resepti göstərmiş və həmin dərmanları verməsini istəmiş, dərmanları almış və 38 manat pul ödəmişdir. Aptekdən çıxdıqdan sonra yemək yemək üçün kafeyə getmiş, kafedə oturarkən tanımadığı bir nəfər ona yaxınlaşmış, yanında oturmuş, onunla söhbət etməyə başlamış, boğazındakı yaranı soruşmuş, tez-tez öskürdüyünə və boğazındakı ağır yaraya görə yəqin ki, ağrıların çox olduğunu demiş, əməliyyat olduğuna görə boğazında belə bir yara olduğunu, çoxlu ağrı kəsici dərmanlardan istifadə etdiyini iranlıya bildirmişdir. İranlı cibindən 2 paket çıxarmış, paketin içindəkinin ağrı kəsici olduğunu, suya qarışdıraraq içməsini və ağrılarının azalacağını bildirmişdir. İki bükümə cəmi 15 manat pul istəmiş, onları almış, 15 manat pul vermişdir. Avtobusa minib Naxçıvana yola düşmüş, 21 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Culfa gömrüyünə çatmış, gömrükdə gömrük əməkdaşları tərəfindən üzəri yoxlanılmış, alt paltarında, yəni tumanında olan dərmanlar və dərman bildiyi maddə aşkar edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, İran İslam Respublikasının Biləsuvar şəhərində aptekdən aldığı dərman preparatlarının güclü təsir edən dərman preparatları olduğunu, qadağan olunmuş dərmanlar olduğunu və həkim resepti olmadan almasının mümkün olmadığını bilir. 50 ədəd tramadol və 62 ədəd preqabalin güclü təsir edən dərman preparatlarını, narkotik vasitə olan 1,477 qram heroini kiməsə satmaq üçün gətirməmiş, ölkə ərazisində kiminləsə dərman və ya narkotik gətirib satmaq kimi bir əlaqəsi olmamış, xərçəng xəstəsi olduğundan və şiddətli ağrıları olduğu üçün həmin dərmanları almış, həkim resepti olsa da dərmanlardan çox aldığına görə gömrükdən keçərkən ondan alacaqlarından qorxmuş və ona görə alt paltarında gizlətmişdir. Əməllərindən çox peşmandır. İlk dəfədir cinayət əməlləri törədir. Xərçəng xəstəsidir, İİ qrup əlildir. Belə bir vəziyyətdə azadlıqdan məhrumetəmə cəzasını çəkə bilməz .Bunların nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun Gömrük Əməliyyatları İdarəsinin inspektoru vəzifəsində işləyir. 22 iyul 2023-cü il tarixində “Culfa” gömrük postunda xidmətdə olan zaman Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 99MA808 nömrəli “Mercedes-Benz” markalı avtobus saat 9 radələrində İran İslam Respublikasından Culfa gömrüyünə giriş etmiş və sərnişinlər gömrük yoxlaması üçün sərnişin zalına gəlməyə başlamışlar. Vətəndaşların üzərini dedektorla yoxlayan zaman sərnişinlərdən birinin davranışları ona şübhəli gəlmiş, onun yoxlanma sırası çatanda həyəcanlı olduğunu və tələsik şəkildə yoxlamadan keçmək istədiyini müşahidə etmişdir. Dedektordan keçməzdən əvvəl üzərindəki əşyaları boşaltdıqda cibindən çıxardığı yapışdırıcı band şübhələrini daha da artırmış, pasportuna baxaraq adının Təqsirləndirilən şəxs olduğunu görmüş və onun üzərində şəxsi yoxlama aparmağı qərara almışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına aparmış, Şahid2 və Emin adlı iki şəxsi hal şahidi kimi dəvət etmiş, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı bir əşya və ya mal olub-olmamasını soruşmuş, o heç nə olmadığını bildirmiş və bundan sonra onun üzərini yoxlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs alt paltarının, yəni tumanının içərisində yapışqan bandla sarılmış qara rəngli polietilen torbanın içərisindən 62 ədəd sarı rəngli kapsul, 80 ədəd böyük ağ rəngli həb, 50 ədəd balaca ağ rəngli həb, 39 ədəd mavi rəngli həb, 10 parça tablet, iki ədəd şəffaf rəngli balaca sellofan paketlərdəbirinci paketin çəkisi 1 qram, ikinci paketin çəkisi isə 0.9 qram olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Yoxlama bitdikdən sonra şəxsi yoxlama protokolu tərtib etmiş və həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 22 iyul 2023-cü il tarixdə, saat təxminən 09 radələrində Culfa Gömrük postunun ərazisində yerləşən yeməkxanada olmuş, gömrük əməkdaşı onu çağırmış, İran İslam Respublikasından gələn vətəndaşın üzərində şəxsi yoxlama keçirəcəyini bildirmiş, ondan yoxlamada hal şahidi qismində iştirak etməsini xahiş etmiş və onun xahişini qəbul etmişdir. Daha sonra gömrük əməkdaşı yük boşaldan Şahid2 adlı fəhləni də oraya hal şahidi qismində iştirak etməyi üçün çağırmış və gömrük əməkdaşı Domrul ilə birlikdə yoxlama otağına getmişlər. Onlara üzərində şəxsi yoxlama keçiriləcək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmiş, yoxlama başlamazdan əvvəl hüquq və vəzifələri barədə məlumat vermiş və Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs alt paltarının içərisində qara rəngli şəffaf yapışqan bandla sarılmış torbanın içərisindən müxtəlif rəngli həblər, iki ədəd şəffaf rəngli balaca sellofan paketlərdən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Aşkar olunmuş dərmanlar və maddə barədə gömrük əməkdaşı müvafiq sənədlər tərtib etmiş və onları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər hal şahidi Şahid2 Şahid3lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidin iştirakı ilə şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs alt paltarının içərisində qara rəngli yapışqan bandla sarılmış polietilen torbanın içərisindən 62 ədəd sarı rəngli naməlum tərkibli kapsul, 80 ədəd böyük ağ rəngli naməlum tərkibli həb, 50 ədəd balaca ağ rəngli naməlum tərkibli həb, 39 ədəd mavi rəngli naməlum tərkibli həb, 10 ədəd naməlum tərkibli həb parçası, iki ədəd şəffaf balaca sellofan paketlərdə-birinci paketin ümumi çəkisi 1 qram, ikinci paketin ümumi çəkisi isə 0,9 qram olan qəhvəyi rəngli naməlum maddə aşkar edilərək götürülmüşdür. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 724 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş; - 02 ədəd sellofan paketdə ümumilikdə bükümlə birlikdə çəkisi -1,9 qram, təmiz çəkisi -1,477 qram olan toz halında, qəhvəyi rəngli, kəskin iyli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı, sıra №49). - 62 ədəd sarı rəngli kapsullar 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil olan preqabalindir. Preqabalinin təsiredici maddəsinin miqdarı - 4,65 qramdır. - 50 ədəd ağ rəngli kiçik dərman həbləri (təsiredici maddəsinin miqdarı-5 qram) tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. - 80 ədəd ağ rəngli böyük, 39 ədəd mavi rəngli dərman həblərinin və 10 ədəd ağ rəngli həb parçalarının tərkibində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin izləri aşkar edilməmişdir. Heroinin ümumi təmiz çəkisi-1,477 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 1,427 qram. Preqabalin həblərinin sayı-62 ədəd, tədqiqata sərf edildi-01 ədəd, qalıq-61 ədəd. Tramadol həblərinin sayı-50 ədəd, tədqiqata sərf edildi-01 ədəd, qalıq-49 ədəd. Narkotik maddələrə aid olmayan həblərin sayı-119 bütöv və 10 yarım həb, tədqiqata sərf edildi-2 bütöv, 1 yarım həb; qalıq-117 bütöv, 9 yarım həb. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 204 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tramadol toksikomaniyası aşkar olunur. Lakin, digər narkotik vasitələrin qəbulu istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 39 nömrəli qərarına əsasən xəstəliyi ilə əlaqədar məcburi müalicə məsləhət olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş (səh 107) tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Onkoloji Mərkəzdən verilmiş 203 nömrəli, 31 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 02 mart 2016-cı l tarixdən mərkəzdə qeydiyyatda durur. Diaqnoz Qırtlağın blasteması. Laringoektomisiya, iki tərəfli boyun lifodiseksiya əməliyyatı. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 03/1088 nömrəli, 31 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Həsənov X4 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla ona qırtlağın bədxassəli yenitörəməsi diaqnozu ilə 07 may 2026-cı il tarixədək İİ dərəcəli əlil kimi 220 manat sosial müavinət ödənilir. Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə, 30 may 2023-cü il tarixdə həkim Vilayət Cabbarov tərəfindən yazılmış resept nüsxələrində Tramadol 100 mq dərman preparatları qeyd edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 22 iyul 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2023-cü il tarixli 724 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-ci il tarixli, 204 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə İİR-dən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn, Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 99MA808 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtobusda sərnişin qismində gələrkən İİR-dən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddənin miqdarı 4.65 qram təşkil edən 62 kapsul preqabalin, təsiredici maddənin miqdarı 5 qram təşkil edən 50 ədəd tramadol güclü təsir edən dərman preparatlarını polietilen torbaya qoymuş, qara rəngli bandla sarımış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda-1.477 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 ədəd kiçik həcmli selofan paketə qoymuş, narkotik vasitəni, güclü təsir edən dərman preparatlarını əynində olan alt tumanının içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və 22 iyul 2023-cü il tarixində həmin avtobusla Azərbaycan Respublikasına gələrək saat 9 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ siyahısına görə psixotrop maddə olan heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməllərindən çox peşman olmasını, onkoloji xəstə olmaqla İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 52-1-ci maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. , Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1,427 qram heroin narkotik vasitəsi, 61 kapsul preqabalin, 49 ədəd tramadol güclü təsir edən maddələr və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan 117 bütöv və 9 yarım həb məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “Nokia” markalı (İMEİ 1: **********93187; İME2:**********93186) mobil telefon, Culfa rayon Məhkəməsində saxlanılan C03094547 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 61 ədəd preqabalin, 49 ədəd tramadol güclü təsir edən maddələr, 1.427 qram heroin narkotik vasitəsi, iş üzrə maddi sübut olmayan 117 ədəd tam və 9 ədəd yarım həb məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Culfa Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus C03094547 nömrəli pasport ona qaytarılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-25/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-25/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver